Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-36/2023 23.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirаkları ilə xx xxxxxxxx 1989-cu ildə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Penitensiar müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs3 verilməsinə dair Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli 2(002)- 4889/2015 saylı, 2450,00 manat məbləğində borc və 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(075)-619/2020 saylı və 10 avqust 2020-ci il tarixdən başlayaraq 26 noyabr 2017-ci il təvəllüdlü X8 və 14 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat sabit pul məbləğində alimentin, həmçinin 14 noyabr 2018-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi 30,00 manat alimentin X4 xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(066)-1003/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə sonuncu dəfə Şəki Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 aprel 2022-ci il tarixdə 15 gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 16 iyun 2022-ci il tarixədək şəxsi maraq niyyətilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(002)-4889/2015 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs3 3996,00 manat məbləğində, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-1003/2021 saylı qətnaməsi üzrə zərərçəkmiş şəxs Səfərova (Cəfərova) Aytəkin Nasim qızına 6170,00 manat məbləğində aliment borcunu, həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)-619/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə Zərərçəkmiş şəxs2 cəmi 2480,00 manat məbləğində pul vəsaitini ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxslərə qeyd olunan məbləğlərdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elаn olunmuş ittihаmdа özünü qismən təqsirli bilərək ifаdəsində göstərmişdir ki, alimentlə bağlı onun barəsində olan iki qətnamənin icra olunmamasında təqsirli olsada, Şəki Rayon Məhkəməsinin 2(075)-619/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsinin icrasına münasibətdə özünü təqsirli bilmir. Belə ki, o, 18 sentyabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 08 oktyabr 2013-cü il tarixdə Zəhra adını verdikləri övladları anadan olmuşdur. Bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuşdur. Bir müddət sonra Gülşən aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Qaradağ Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsinə dair 28 dekabr 2015-ci il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamənin icrası ondan tələb olunmuşdur. Lakin Gülşənlə aralarında olan münasibətlərə görə alimenti ödəməmişdir. Odur ki, 15 may 2019-cu il tarixədək yaranmış 4752,00 manat aliment borcunu ödəmədiyinə görə barəsində Cinayət Məcəlləsinin 306.1ci maddəsilə cinayət işi başlanılmışdır. Cinayət işinə məhkəmədə baxılan zaman yaranmış aliment borcunu tam olaraq ödədiyinə görə Şəki Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Bundan sonra icra məmurları tərəfindən yeni icra müddəti təyin edilmiş və təqdimat verilmiş 15 may 2019-cu il tarixdən sonrakı dövrə olan alimentin ödənilməsi ondan tələb olunmuşdur. Lakin maddi imkanı zəif olduğundan bundan sonra da qeyd edilən qətnamə ilə müəyyən edilmiş aliment məbləğindən heç bir ödəniş etməmişdir. Bundan başqa Gülşənlə ayrıldıqdan sonra 10 iyun 2017-ci il tarixdə X9 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Həmin nikahdan 26 noyabr 2017-ci il tarixdə Ayan, 14 noyabr 2018-ci il tarixdə isə Dürdanə adını verdikləri övladları anadan olmuşdur. Aytəkinlə də, bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan aralarında mübahisələr yaranmış və münasibətləri pozulmuşdur. Aytəkin Cəfərova da nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Göygöl Rayon Məhkəməsi 10 avqust 2020-ci il tarixdən başlanılaraq 26 noyabr 2017-ci il təvəllüdlü X8 və 14 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat sabit pul məbləğində alimentin və 14 noyabr 2018-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi 30,00 manat alimentin X4 xeyrinə ödənilməsinə dair 11 avqust 2021-ci il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamənin icrası da ondan tələb olunmuşdur. Lakin həmin aliment məbləğindən də heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs2 borc tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsi ondan 2450,00 manat məbləğində borcun və 30,00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair 05 iyun 2020-ci il tarixli qətnamə çıxarmışdır. Lakin, o, Zərərçəkmiş şəxs2 işlətdiyi mağadan nisyə şəkildə heç nə almamışdır. Ümumiyyətlə Şəki Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən xəbəri olmayıb, məhkəmə onun iştirakını təmin etməyib, məlumat verməyib. Həmin borc məbləğindən də, bir müddət sonra icra məmurundan xəbər tutub. Alimentlə bağlı qətnamələri icra etməməsinin səbəbi maddi imkanının olmamasıdır. Anası xəstədir, anasına baxır. İbtidai istintaqda verdiyi ifadəsində həmin epizodda da özünü təqsirli bilməyib, lakin ifadəsi təhrif olunub, o, da oxumayıb ifadəsini imzalıyıb. Hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 07 dekabr 2022-ci il tarixdən həbs edilmiş və hazırda Şəki Penitensiar müəssisəsində saxlanılır. Qətnamə üzrə onun borclarını qardaşı ödəməli idi, lakin halhazırda xəstə olduğundan ödəyə bilməmişdir. Qeyd olunanları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun bacısıdır. Bacısı Gülşən 18 sentyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahdan bir övladları anadan olmuşdur. Bir müddət sonra aralarındakı münasibətlər pozulduğundan Gülşən ailəsindən ayrılmışdır. Bundan sonra Elnur uşaqla maraqlanmamış və onun saxlanılmasına köməklik göstərməmişdir. Buna görə də, Gülşən nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 108,00 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs3 verilməsinə dair 28 dekabr 2015-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamə qəbul edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini ödəmədiyinə görə onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinə məhkəmədə baxılan zaman Elnur 15 may 2019-cu il tarixədək yaranmış 4752,00 manat aliment borcunu ödəmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinə xitam verilmişdir. Lakin bundan sonra da Elnur alimenti ödəməkdən yayınmaqda davam etmişdir. Uşaq məktəblidir və onun maddi tələbatı gündən-günə artmaqdadır. Müəyyən edilmiş aliment məbləği uşağın hazırki maddi təlabatı ilə müqayisədə azlıq təşkil edir. Buna baxmayaraq bacısı Gülşən ötən müddətdə Elnura güzəşt edərək alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin Elnur buna da, məhəl qoymamış və müəyyən edilmiş aylıq 108,00 manat alimenti ödəməkdən belə yayınmışdır. Dəfələrlə icra məmurlarına da müraciət edərək alimentin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs alimenti ödəməkdən yayınmaqda davam etmiş və nəticədə 16 iyun 2022-ci il tarixədək 3996,00 manat aliment borcu yaranmışdır. Odur ki, yaranmış aliment borcunun alınaraq nümayəndəsi olduğu şəxsə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səfərova (Cəfərova) Aytəkin Nasim qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, həqiqətən o, 10 iyun 2017-ci il tarixdə Şəki rayon sakini Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 26 noyabr 2017-ci il tarixdə Ayan, 14 noyabr 2018-ci il tarixdə isə Dürdanə adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən uşaqlar onun himayəsində qalmışdır. Lakin ayrıldıqdan sonra Elnur uşaqlarla maraqlanmamış və onların saxlanılmalarına maddi köməklik göstərməmişdir. Həmçinin artıq bir ailə kimi yaşamaqları da, mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 10 avqust 2020-ci il tarixdən başlayaraq 26 noyabr 2017-ci il təvəllüdlü X8 və 14 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat sabit pul məbləğində alimentin, həmçininin 14 noyabr 2018-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi 30,00 manat alimentin tutularaq ona ödənilməsinə dair 11 avqust 2021-ci il tarixli qətnamə çıxarmışdır. Alimentin müəyyən edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Elnur məhkəmə qətnaməsinə məhəl qoymamış və ötən müddətdə müəyyən olunmuş aliment məbləğindən heç bir ödəniş etməmişdir. Halbuki, Elnur fərdi qaydada işləmiş və onun alimenti ödəməyə maddi imkanı olmuşdur. Buna baxmayaraq o, qərəzli şəkildə alimenti ödəməmişdir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da gündən-günə artmaqdadır. Himayəsində olan azyaşlı uşaqlara baxdığına görə özü işləyə bilmir. Buna görə də təkbaşına uşaqlara baxmaqda çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır və müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da, müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Elnur yenə də alimenti ödəməmiş, ümumiyyətlə uşaqlarla maraqlanmamışdır. Uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixədək yaranmış cəmi 6170,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmiş, əks təqdirdə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, o, 2016-cı ildən vergi ödəyicisi kimi qeydiyyata alınaraq sahibkarlıqla məşğul olmuşdur. Belə ki, o, Göygöl şəhərində hərbi geyimlər mağazası işlətmişdir. Təqsirləndirilən şəxs Göygöl şəhərində yerləşən hərbi hissələrin birində müddətdən artıq qulluq edən şəxs kimi tanımışdır. Belə ki, Elnur bir neçə dəfə onun işlətdiyi mağazaya gələrək nisyə şəkildə hərbi geyimlər almış, sonradan pulunu ödəmişdir. Elnur 2017-ci ilin aprel-may aylarında da mağazadan nisyə şəkildə cəmi 2450,00 manat dəyərində hərbi geyim formaları və hərbiçilər üçün lazım olan əşyalar almışdır. Həmin vaxtı o, aldığı malların dəyərini maaşda verəcəyini bildirmiş, lakin bundan xeyli müddətin keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Bir neçə dəfə Elnurla əlaqə saxlayaraq borc məbləğinin ödənilməsini tələb etsə də, Elnur borcu ödəməkdən yayınmışdır. Məcburiyyət qarşısında qalaraq borc tələbi barədə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi iddiasını təmin edərək Təqsirləndirilən şəxs 2450,00 manat məbləğində borcun və 30,00 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair 05 iyun 2020-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından iki ildən çox müddətin keçməsinə baxmayaraq Elnur müəyyən edilmiş borc məbləğindən heç bir ödəniş etməmişdir. Halbuki, Elnur əvvəllər hərbiçi, daha sonra isə fərdi qaydada işləmiş və onun qətnaməni icra etməyə maddi imkanı olmuşdur. Lakin, o, qərəzli olaraq borcunu ödəməmiş, barəsində olan qətnaməyə məhəl qoymamışdır. Qətnamənin icrası ilə bağlı dəfələrlə icra məmurlarına da, müraciət etmişdir. Bundan başqa bir neçə dəfə Elnura zəng edərək borc məbləğini ödəməyini ondan tələb etmişdir. Elnur hər dəfə müxtəlif vədlər versə də, bundan sonra da, ödəniş etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs qətnamə ilə müəyyən edilmiş borc məbləğinin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmiş, əks təqdirdə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli 2(002)- 4889/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs3 verilməlidir. Həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)- 619/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 2450,00 manat borc və 30,00 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2, Göygöl Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(066)- 1003/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsaəsən isə 10 avqust 2020ci il tarixdən başlayaraq 26 noyabr 2017-ci il təvəllüdlü X8 və 14 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat sabit pul məbləğində aliment, həmçininin 14 noyabr 2018-ci il təvəllüdlü X3 3 yaşı tamam olana kimi 30,00 manat aliment X4 xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlanılaraq icra müddətində icra sənədlərinin mahiyyətinə və icraata daxil olma ardıcıllığına uyğun olaraq ayrı-ayrı tarixlərdə Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq edilmişdir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli 2(002)- 4889/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə görülmüş zəruri icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs 15 may 2019-cu il tarixədək 4752,00 manat aliment borcunu ödəməkdən yayındığından onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülümüşdür. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və işə məhkəmədə baxılan müddətdə borclu yaranmış aliment borcunu ödədiyindən Şəki Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan sonra icra sənədləri üzrə icraat ümumi icraatda birləşdirilərək icra tədbirləri davam etdirilmişdir. Belə ki, borclu icra şöbəsinə çağırılaraq icra sənədlərinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş məbləğlərin ödənilməsi dəfələrlə tələb olunmuşdur. Borclu hər dəfə maddi imkanının zəif olduğunu əsas gətirərək ödəniş etməkdən yayınmışdır. İcra müddətində borclunun inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində də tədbirlər görülmüş və sonuncu dəfə Şəki Rayon Məhkəməsinin 3(075)- 204/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar verilmişdir. Borclu icra müddətində qətnamələrin icrası ilə bağlı müxtəlif vədlər versə də, vədlərinə əməl etməmiş, qətnamələrin icrasını etinasız yanaşmışdır. İcra sənədlərinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, borclu hərəkətlərində dönüş yaratmamış, fərdi qaydada işlədiyi halda icra sənədləri üzrə heç bir ödəniş etməmiş və qətnamələrin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. Nəticədə Təqsirləndirilən şəxs təqdimat verilən tarixədək, yəni 16 iyun 2022-ci ilədək Qaradağ Rayon Məhkəməsinin 2(002)-4889/2015 saylı 28 dekabr 2015-ci il tarixli qətnaməsi üzrə 3996,00 manat, Göygöl Rayon Məhkəməsinin 2(066)-1003/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə 6170,00 manat aliment borcu yaranmış, eyni zamanda Şəki Rayon Məhkəməsinin 2(075)-619/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində göstərilən cəmi 2480,00 manat isə ödənilməmiş qalmışdır. İcra müddətində tələbkarlar dəfələrlə yazılı və şifahi qaydada İcra və Probasiya şöbəsinə müraciət edərək qətnamələrin icrasız qalmasından narazılıqlarını bildirərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsini xahiş etmişlər. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-4889/2015 saylı 28 dekabr 2015-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs3 iddiası təmin edilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 nigahı pozulmuş, 08 oktyabr 2013-cü il təvəllüdlü X7 anasının yanında saxlanılması və uşağın saxlanılması üçün Təqsirləndirilən şəxs 108 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-4889/2015 saylı 28 dekabr 2015-cı il tarixli icra sənədinə əsasən 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-619/2020 saylı 05 iyun 2020-ci il tarixli məhkəmənin qiyabi qətnaməsindən görünür ki, iddia təmin olunmuş, Təqsirləndirilən şəxs 2 450 manat borc və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-619/2020 saylı 05 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 2 450 manat borc və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1003/2021 saylı 11avqust 2021-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Təqsirləndirilən şəxs ilə X4 nigahı pozulmuş, 26 noyabr 2017-ci il təvəllüdlü X8 və 14 noyabr 2018-ci il təvəllüdlü X3 anasının yanında saxlanılması və uşaqların saxlanılması üçün Təqsirləndirilən şəxs hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində alimentin və Cəfərova Dürdanənin 3 yaşına çatanadək 30 manat alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-1003/2021 saylı 11 avqust 2021-ci il tarixli icra sənədinə əsasən X8 və 14 noyabr 2018-ci il təvəllüdlü X1 üçün Təqsirləndirilən şəxs hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində və Cəfərova Dürdanənin 3 yaşına çatanadək 30 manat aliment X4 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş bildirişlərdən, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment və borc məbləğlərinin ödənilməklə qətnamələrin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən məhkəmə qətnamələri əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə 500,00 manat cərimə, xx.xx.2022-ci il tarixdə isə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 27 dekabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 306.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş istintaq zamanı iş üzrə alınmış tələbnamədən Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib 800,00 manat cərimə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Fizuli Hərbi Məhkəməsinin hökmünə əsasən təyin edilmiş cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Şəki Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci ilin amnistiya aktının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş, üzərindən məhkumluq götürülmüşdür. Şəki Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən isə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azadlıqdan məhrum etmə cəzası hesab edilərək Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaəsn Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmişdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1 (091)-247/2022 saylı hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə aid hissədə ləğv edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsi olmaması əsası ilə ona bəraət verilmiş və hökmdən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar xaric edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azadlıqdan məhrum etmə cəzası hesab edilərək Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1 (091)-247/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq qəti olaraq 3 (üç) il müddətə azadlıqdan möhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaəsn Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi müəyyən olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxsin həmin cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində CM-nin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən və 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhdudlaşdırılması cəzasının təyin edilməsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs borcunu ödəməli olduğunu bildiyi ilk vaxtda, sonradan icra məmurları icra sənədini məcburi icraya yönəldərkən, istintaq dövründə və azadlıq hüququ məhdudlaşdırılmamış olanda borcunu ödəməli olması öhdəliyinin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməyib, qərəzli şəkildə öz üzərinə yüksək məbləğdə borcu yığmışdırsa, hazırda ona cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə borcunu ödəyəcəyi və bununla da cəzanın məqsədinə nail olunacağı inandırıcı görünmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli, hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən yeni təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasının çəkməsi ilə bağlı həbsdə olması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın, maddi sübutun və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(107)- 76/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı tutulduğu 07 dekabr 2022-ci il tarixdən hüsablansın. Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddianın, maddi sübutun və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə təqdim olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-36/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-36/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver