Məhkəmə qərarları › İş №1(075)-36/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-36/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-36/2025 05.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Xüsusi ittihamçı X9, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, müdafiəçisi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X9 xüsusi ittiham qaydasında şikayətinə ona əlavə edilmiş sənədlərlə birlikdə 5 dekabr 2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, dəfələrlə, habelə məhkəmə kompleksinin ərazisində insanların əhatəsində ona böhtan ataraq, insanların gözü önündə onu mənfi qiymətləndirməklə şətəf və ləyaqətini aşağıladıqları, eləcə də kütləvi şəkildə insanların yanında nüfuzdan salıb təhqir edərək ortadan çəkilməsə onun yamaxlı cırıq şalvarda gəzən vaxtları, keçmişi barədə sosial şəbəkələrdə paylaşımlar edərək rüsvay edəcəkləri ilə hədələdikdən bir müddət sonra planlı surətdə illərdir ki, Əhmədova Lamara Otar qızı ilə Lətifov Tehrana qarşı birləşərək X3 ünvanına Lamara vasitəsilə “Tik-Tok” sosial şəbəkəsində X12 barəsində etdikləri növbəti videopaylaşımda, Tehran Lətifovun qohumları ilə bərabər onu mənfi qiymətləndirməklə, onun şərəf və Ləyaqətini aşağılamaqla, X10 və X5 dediklərini etmədiyinə görə ona böhtan ataraq, onu təhqir etdikləri üçün xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Şəki şəhəri B.Vahabzadə küçəsi, ev 228 ünvanında yaşayan X2, xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Şəki şəhəri B.Vahabzadə küçəsi, ev 228 ünvanında yaşayan X5, 25 mart 1969-cu il tarixdə Gürcüstan Respublikası Qardabani şəhərində anadan olmuş, ünvan 3 ünvanında faktiki yaşayan Əhmədova Lamara Otar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, onların fərdi xüsusiyyətlərini, cəmiyyətdə nüfuza malik olduğunu nəzərə alaraq X10, X13 və Əhmədova Lamara Otar qızının hər birindən mənəvi zərərin əvəzi olaraq 10000 manat olmaqla, cəmi 30000 manat miqdarında pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dəfələrlə fərqli məkanlarda, habelə X12 ilə onu məhkəmənin inzibati binasının qarşısında görən X10 və oğlu X13 ətrafda olan insanların qarşısında Tehran Lətifovun ünvanına nalayiq ifadələr işlədərək, onu da ölümlə hədələyərək, belə ki, “Sənin nə işin var burda, əgər Tehrana dəstək olmaq üçün burdasansa ortalıqdan çəkil, Tehranın yanında ora-bura getmə, arada söz aparıb gətirmə, 1 manat kontura görə, bir qarın yeməyə görə ortada gəzmə. Elə bilirsən ki, xəbərimiz yoxdu, tülkü Rahimin planları ilə Ç.... Tehranın yanına gedib onu bizə qarşı qızışdırırsan. Sənin bütün işlərini biz bilirik, ortadan çəkilməsən sənin yamaxlı cırıq şalvarda gəzən vaxtların barədə, tumanının rezinin yerinə ip bağlayıb gəzən vaxtların vardı, həmin vaxtları mən unutmamışam ha. mən bilirəm sənin keçmişini, nə yuvanın quşu olmanı sosial şəbəkələrdə yayarıq, səni və ailəni rüsvay edərik” deyib onu ətrafda olan insanların qarşısında hədələdikdə onların yanından uzaqlaşsa da, arxasınca xoşagəlməz ifadələr işlətdiklərini eşitsə də, ətrafda olan insanlardan abır edib, onların səviyyəsinə enməmək üçün cavab verməmişdir. Bundan bir müddət sonra Əhmədova Lamara Otar qızı “TikTok” sosial şəbəkəsindən canlı olaraq X3 ünvanına etdiyi videopaylaşımda onun özünün, yəni X9 da şərəf və ləyqətini alçaldan, həqiqətə uyğun olmayan video paylaşımlar etmişdir. Həmin paylaşımlarda olan ünvanına söylənilən və şərəf və ləyaqətini alçaldan ifadələri, dəfələrlə X10 və oğlu X13 ilə birlikdə onu hədələyərək “Tehranın yanında ora-bura getməməyini, arada söz aparıb gətirməməyini, 1 manat kontura görə, bir qarın yeməyə görə ortada gəzməyini, tülkü Rahimin planları ilə Tehranı onlara qarşı qızışdırmamağı” və sair böhtan və təhqir dolu ifadələri işlədərək , keçmişini sosial şəbəkədə yayaraq, onu və ailəsini rüsvay edəcəkləri ilə insanların önündə hədələyən vaxt dedikləri sözləri Əhmədova Lamara Otar qızı vasitəsilə “TikTok” sosial şəbəkəsindən canlı olaraq X3 ünvanına etdiyi videopaylaşımda dedirtmişlər. X10 və oğlu X13 tərəfindən öyrədilən Əhmədova Lamara Otar qızı xüsusi ittihamçını tanımadığı halda, X3 ünvanına etdiyi videopaylaşımda onun ünvanına da X10 və oğlu X13 tərəfindən hədələnən zaman insanların qarşısında dəfələrlə ona etdikləri nalayiq ifadələrdən istifadə edərək, alət olaraq onların sifarişləri ilə onu təhqir etmişdir. Əhmədova Lamara Otar qızı hələ xeyli vaxt əvvəl X10 və X13 tərəfindən ətrafda olan insanların yanında xüsusi ittihamçı olan onun ünvanına nalayiq ifadələr işlətmiş, nalayiq ifadələrlə ucadan onu təhqir etdikdə onlara irad bildirsə də, onlar iradlara məhəl qoymayaraq ona böhtan ataraq təhqir etməyə davam etmişdir. Bütün olanlar ətrafda olan, adlarını qeyd etmək istəmədiyi, lakin məhkəmə iclasına şahid qismində dəvət edəcəyi insanların gözü önündə baş vermiş və həmin ifadələr birə-bir Lamara tərəfindən “TikTok” sosial şəbəkəsində yaratdığı özünəməxsus səhifədən canlı olaraq X3 ünvanına etdiyi videopaylaşımda davamlı olaraq yayımlanmışdır. X10 və X13 insanların çoxluq təşkil etdiyi yerlərdə, habelə müxtəlif vaxtlarda məhkəmə kompleksinin önündə xüsusi ittihamçı olan onun barəsində həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət hədələri ilə, böhtan və təhqir xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və ictimaiyyət qarşısında nüfuzdan salan fikirlərini ucadan davamlı olaraq söyləyərək, X6, doğmalarını, onun ətrafında olan insanları təhqir etməkdən çəkinməyərək, ortalıqdan çəkilməyəcəyi halda onun keçmişi barədə onlarda olan məlumatları sosial şəbəkələrdə yayacaqları ilə hədələdikdən sonra, videogörüntüdən də göründüyü kimi, Əhmədova Lamara Otar qızı sosial şəbəkədə X10 və X5 hələ əvvəllər onun barəsində söylədiklərini əlbir olaraq paylaşaraq, onların sifarişləri ilə X3 ünvanına etdiyi videopaylaşımda yalan məlumatları kütləvi informasiya vasitəsi olan “TikTok” sosial şəbəkəsində yayaraq, Tehran Lətifovla bərabər onu da təhqir edərək böhtan atmışlar. X10 və X1 Lətifova qarşı Əhmədova Lamara Otar qızından alət kimi istifadə edərək, birlikdə X3 ünvanına etdikləri videopaylaşımda onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna zərər vurmuşlar. Sosial şəbəkələrdə onun haqqında həqiqətə uyğun olmayan məlumatları canlı yayaraq onu icimaiyyət arasında, yaşadığı şəhərdə gözdən salmışlar. Bu əməl nəticəsində o əsəb və stress keçirməklə yanaşı, yaxınları, ailəsi və onu tanıyan hərbir şəxsin yanında xeyli utanc hissi yaşamışdır. Bu səbəbdən, pozulan hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X9 xüsusi ittiham qaydasında şikayəti üzrə hazırki işdən təqsirləndirilən şəxs Əhmədova Lamara Otar qızı, onun barəsində CM-nin 147.1 və 148-ci maddələri ilə olan hissənin ayrılıb baxılması üçün olduğu yer üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X10, X13 və Əhmədova Lamara Otar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə 1(075)- 36/2025 saylı işdən Əhmədova Lamara Otar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair işin ayrıca icraata ayrılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə, iş üzrə məhkəmə linqvistik ekspertizasının təyin edilməsi qərara alınmış, ekspertizanın rəyi xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında xüsusi ittihamçı X15 təqsirləndirilən şəxs X2 oğlu X7 cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, problemlərinin çox olduğunu nəzərə alaraq, onu bağışladığını bildirmiş və X10 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətindən və mülki iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu barədə ərizələrini məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 xüsusi ittihamçı X15 ilə barışdığını bildirmiş, onun və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 müdafiəçisi Müdafiəçi2 xüsusi ittihamçı X15 ilə X10 arasında barışıq əldə edildiyini bildirmiş, X10 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında xüsusi ittihamçının vəkili Nümayəndə xüsusi ittihamçı X15 ilə X10 arasında barışıq əldə edildiyini bildirmiş, X10 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, X10 və X13 tərəfindən sabiq polis zabiti X15 barəsində “1 manat kontura görə, bir qarın yeməyə görə ortada gəzməsi, başqaları ilə ara qarışdırması”, “yamaqlı cırıq şalvarda gəzən vaxtlarının olması”, “ keçmişini bilməsi, nə yuvanın quşu olduğu”nu sosial şəbəkələrdə yayaraq onu rüsvay edəcəkləri kimi cümlələrin istifadə edilməsi şəxsə qarşı yönələn təhqir məzmunlu məlumatlar hesab edilir. X10 və X13 tərəfindən sabiq polis zabiti X15 barəsində “arada söz aparıb gətirən olması, 1 manat kontura görə, bir qarın yeməyə görə ortada gəzməsi, başqaları ilə ara qarışdırması” kimi məlumatlar təsdiqini tapmadığı təqdirdə böhtan məzmunlu məlumatlar hesab edilir. Məlumatların həqiqiliyinin müəyyən edilməsi hüquqi araşdırmaya dair məsələlərdir. 08 oktyabr 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının xərci 120 manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş medalın verilməsi barədə təsdiqedici sənədin surətindən görünür ki, polis mayoru X15 DİN-in xx.xx.2021-ci il tarixli Ə3443 ş/h h-001-21 №-li əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. X15 tərəfindən Şəki ŞRPŞ-ya yazılmış xx.xx.2025-ci il tarixli ərizədə bildirilmişdir ki, X10 onu söyüb-təhqir etməmişdir, hazırda Sevil Səlimova ilə barışmışdır. Onun barəsində heç bir şikayəti, tələbi və iddiası yoxdur. X15 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, o, hazırki iş üzrə X4 və X11 qarşı xüsusi ittiham qaydasında şikayətindən və maddi mənəvi zərərə görə tələb etdiyi mülki iddiadan tam şəkildə imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında olan X10 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. çıxarılır. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Şərh edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, xüsusi ittihamçı təqsirləndirilən şəxslərlə barışdığından, bu barədə məhkəməyə ərizələr təqdim etdiklərindən, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirlənidirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən, iş üzrə icraata xitam verilməli, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 120 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9, 41.7 və 43.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 və X13 ilə barışıb, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən, iş üzrə icraata xitam verilsin. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 120 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar