Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-37/2023 27.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 29 iyun 1989-cu ildə Şəki rayonu, Baş Göynük kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Şəki rayonu Baş Göynük kəndində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının qarşısında Müşviq Salmanovun kənd sakinləri arasında onun arxasınca danışmasını irad bildirmiş və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona burun sümüyünün aşağı 1/3-nin yerdəyişən sınığı, burun tənəffüzünün iki tərəfli pozulması, burunun yumşaq toxumalarının əzilməsi, hər iki bud və baldır nahiyyələrinin yumşaq toxumalarının əzilməsi ilə müşayət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus "Ford" markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomaşınla müxtəlif yerlərdə kömür satıb ailəsi üçün qazanc əldə edir. 2022-ci ilin may ayının əvvəllərində həmkəndlisi Şahid3 oğlunun toy məclisinə getmişdir. Həmin toyda nəmər dəftərini Zərərçəkmiş şəxs yazmışdır. Toydan çıxarkən Zərərçəkmiş şəxs yaxınlaşıb atası Əyyub Yusibovun adına 40 manat pul yazdırarkən zarafat olsun deyə ona 30 manat pul verib 40 manat yazmasını xahiş etmişdir. Həmin vaxt fikirləşmişdir ki, sonradan Zərərçəkmiş şəxs görərkən zarafat etdiyini deyib ona 10 manat verər. Nəməri yazdırıb çıxıb getmiş, bir neçə gün sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs kənd sakinləri arasında onun haqqında danışıb lağ-lağa edir. Zərərçəkmiş şəxsla görüşərkən zarafat etdiyini, onun haqqında artıq-əksik sözlər danışmamasını xahiş etmişdir. Sonuncu ona heç nə demədən çıxıb getmişdir. Zərərçəkmiş şəxs onun haqqında danışmamasını desə də həmin şəxs onun dediklərinə heç bir əhəmiyyət verməyib onun haqqında dedi-qodu etməyə davam etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs qarşı acıqlı olmuş və spirtli içki qəbul edərkən artıq nə etdiyini bilməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18-də özünə yeməkiçmək götürüb yaşadığı kəndin yuxarı hissəsinə qalxıb özü ilə götürdüyü spirtli içkini qəbul etmişdr. Təxminən saat 23 radələrində özünə məxsus "Ford" markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomaşınla yaşadığı ev istiqamətində hərəkət etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının qarşısından keçib gedərkən sonuncunun mağazasının qapısını bağladığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs kənd sakinləri arasında onun barəsində danışıb lağ-lağa etməklə nüfuzadan salması yadına düşmüş, ona görə avtomaşını saxlayıb yerə düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb onun barəsində kənd sakinləri arasında nəyə görə dedi-qodu etdiyini və onun haqqında danışmasına son qoymasını deyib yumruq zərbəsi ilə onun sifət və burun nahiyyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs vurduqdan sonra həmin şəxsin burnundan qan gəlmiş və yerə yıxılmışdır. Həmin şəxs yerdə olarkən bir neçə dəfə onun ayaqlarına təpik vurub avtomaşına əyləşib yaşadığı ev istiqamətinə getmişdir. Zərərçəkmiş şəxs yanından təxminən 150-200 metr uzaqlaşdıqdan sonra Ford markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını yolun sağ hissəsində olan böyük daşa vurmuşdur. Avtomobil əzildiyinə görə yolda saxlayıb piyada yaşadığı evə getmişdir. Mübahisdən bir neçə gün sonra Zərərçəkmiş şəxs yaşadığı evinə gedib ondan üzürxahqlıq etmək istəmişdir. Zərərçəkmiş şəxs üzür istəmək istəyən zaman sonuncu onu evindən qovmuşdur. Ondan sonra Zərərçəkmiş şəxs heç nə demədən oradan çıxıb getmiş və həmin vaxtdan sonra onunla heç bir əlaqəsi olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir ki, Şəki rayonu, Baş Göynük kəndində yaşadığı evin həyətyanı sahəsindən yola tərəf ərzaq mağazası açıb orada işləyib ailəsi üçün qazanc əldə edir. Mağazanın yaxınlığında komputer və bilardo oyun zalı yaratmış, kənd uşaqları həmin zala gəlib oyun oynamaqla vaxtlarını keçirirlər. xx.xx.2022-ci il tarixdə onu döyüb xəsarət yetirən həmkəndlisi Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəlləri olarkən Qalibin oğlunun toy məclisində nəmər dəftərini yazarkən pulu yığmaq üçün Ələhmanı köməkçi götürmüşdür. Hər bir şəxsin yazdırdığı pulu yazıb pul çəmədana yığmış, pul yığıdı çəmədanın kilidini açarkən nədənsə çəmədanın kilidi açılmamışdır. Onlar çəmədanın kilidi açmaq istəyənədə Təqsirləndirilən şəxs ona yaxınlaşıb pul yazdırmaq istəmiş, onlar da çəmadanın kilidini açarkən qarışıqlıq olmuş, Rəvanın isə masanın üzərinə nə qədər pul qoymasını görməmişdir. Rəvandan masanın üzərinə nə qədər pul qoymasını soruşanda həmin şəxs ilkin olaraq 50 manat qoyduğunu bildirmişdir. Masanın üzərinə az pul qoymasından şübhə etdiyi üçün ona yenə masanın üzərinə nə qədər pul qoymasını soruşanda sən 40 manat yaz deyə cavab vermişdir. Təqsirləndirilən şəxs inanıb nəmər dəftərinə Rəvanın atası Əyyub Yusibovun adına 40 manat yazmışdır. Toy məclisi başa çatdıqdan sonra pulu sayıb toy sahibi Şahid3 təhvil verərkən 10 manat kəsiri olmuşdur. Ondan sonra bilmişdir ki, Rəvan onu aldadıb 30 manat pul verib, əvəzində isə nəmər dəftərinə 40 manat yazdırmışdır. Toy məclisindən 4-5 gün sonra yolda Təqsirləndirilən şəxs ilə qarşılaşarkən ona nəmər dəftərinə nəyə görə artıq pul yazdırmısan, ayıb olsun demişdir. Təqsirləndirilən şəxs pulu artıq yazdırmasına əsaslı səbəb gətirməyib çıxıb getmiş, lakin başqa heç nə deməmişdir. 07 oktyabr 2022-ci il tarixdə təxminən saat 23 radələri olarkən özünə məxsus mağazanın qapısı önündə olan soyuducuların asma kilidlərini və mağazanın qapısını bağlayıb evə gedərkən sağ tərəfdən avtomaşının gəlməsini görmüş və həmin avtomaşının gəlib onun arxa hissəsində dayandığını hiss etmişdir. Bu zaman avtomaşının "Fort" markalı yük avtomobili olmasını və avtomobili idarə edən şəxsin isə Təqsirləndirilən şəxs olmasını görmüşdür. Təqsirləndirilən şəxs avtomaşından düşüb ona yaxınlaşaraq guya kənd sakinləri arasında onun Şahid3 toy məclisinə 30 manat yazdırması ilə bağlı dedi-qodu etdiyini əsas gətirib onu təhqir etməyə başlamışdır. Təqsirləndirilən şəxs onu haqqında kiminsə yanında danışmadığını, xəstə və əlili olduğunu, eyni zamanda əməliyyata gedəcəyini, ondan uzaq olmasını və oğlu yerində olduğunu demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirmiş, bu zaman çıxış yolu görməyib, həmin şəxsə bir çay gətirim, çay içək demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş və ona qarşı nə hərəkətlər etməsini sanki görməmişdir. Təqsirləndirilən şəxs onu ağır sözlərlə təhqir etmiş və ani vaxtda yumruq zərbələri ilə sağ sifət nahiyyəsinə vurmuşdur. O, aldığı xəsarətə görə burun nahiyyəsindən qan axmağa başlamış və yerə yıxılıb qışqırıb kömək istəməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs onun yerə yıxılmasına baxmayaraq bir neçə dəfə təpik və yumruq ilə sifət, ayaq və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Həmin vaxt qışqırıb kömək istəsədə səsinə heç kim gəlməmişdir. Təqsirləndirilən şəxs avtomaşına əyləşib avtomaşını arxaya onun üzərinə sürən zaman o, yerdən qalxıb kənara çəkilmiş ki, avtomaşın onu əzməsin. Təqsirləndirilən şəxs ətrafdan qonşuların darvaza qapılarının açılma səsləri eşidib avtomaşını sürüb getmişdir. Bir qədər sonra ətrafda yaşayan Faiq və Əlfətin gəlib ona köməklik etmişlər. Onun burnunun qanı dayanmadığına görə Əlfətin ilə Faiq onu xəstəxanaya aparmışlar. Həkimlər onu müainə edib tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib onu qucaqlayıb əllərini ayaqlarına vurub özünü söymüş və şərəfsiz olduğunu demiş, sonra isə onu bağışladığı halda ona və ailə üzvülərinə qarğışlar etmişdir. O, həmin vaxt elə zənn etmiş ki, Rəvan onun yaşadığı evə gəlib etdiyi hərkətə görə üzür istəyər və onlar barışar, lakin həmin şəxs onu bağışladığı halda ona və ailəsinə qarğışlar edib çıxıb getmişdir. Təqsirləndirilən şəxs bu hərəkələrinə görə hazırda ondan şikayətçidir və təqsirləndirilən şəxsin qanunamüvafiq surətdə cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 oğlu ifadəsində göstərdi ki, o, uzun illərdir yaşadığı Şəki rayonu, Baş Göynük kənd Tibb Məntəqəsində sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Həmin şəxslərin hər ikisi qonşusudur, onlarla yaxşı münasibəti vardır. Hər gün olduğu kimi 07 oktyabr 2022-ci il tarixdə işdən yaşadığı evə gəlib şam yeməyi yedikdən bir qədər sonra yerinə uzanıb yatmış, təxminən saat 23 radələri olarkən yaşadığı evin darvaza qapısı tərəfdə qışqırıq səsi eşitmişdir. Paltarını geyinib çölə çıxmış, darvaza qapısından çölə çıxdığında yaşadığı evin darvaza qapısının önündə yolun kənarında mağazası olan qonşu Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qarşsında pilləkənlərin önündə əlini sifətinə tutub yerə oturub qışqıraraq kömək istədiyini və əmisi oğlu Əlfatinin onun yanında dayanıb kömək etdiyini görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşıb nə olmasını soruşanda həmin şəxs Təqsirləndirilən şəxs onu vurduğunu demiş, ətrafa baxdığında orada Əlfatindən başqa heç kim olmadığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs Şahid2 məxsus avtomaşına qoyub Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada həkimlər Zərərçəkmiş şəxs müainə etmişlər, vəziyyəti yaxşılaşdıqdan sonra onlar həmin şəxsi xəstəxanada qoyub yaşadıqları evə qayıtmışlar. Xəstəxanadan çıxandan sonra Zərərçəkmiş şəxs qohumlarının onun yanına gəldiklərini görmüşlər. Bütün bunlardan sonra nə baş verməsindən məlumatı olmamışdır. Müşviq ilə Rəvan arasında olan mübahisəni görmədiyini, onların nə səbəbə mübahisə etmlərindən də məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 öz ifadələsində X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun iki qız və bir oğlan övladı vardır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 18 may 2022-ci il tarixdə oğlu Ceyhun Səlimovun ailə həyatı qurması ilə bağlı toy məclisi olmuşdur. Həmin toy məclisində qonşusu Zərərçəkmiş şəxs da iştirak etmiş və toyda nəmər dəftərini yazmasını ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs da buna heç bir etiraz etməmiş və qonşu Ələhmanı özünə köməkçi götürüb nəmər dəftərini yazmışdır. Toy məclisi başa çatdıqdan sonra Zərərçəkmiş şəxs toydan yığılan pulu sayıb ona təhvil verərkən dəftərdə yazılan pul ilə əldə olunan pul arasında 10 manat kəsir qalmışdır. Buna görə Zərərçəkmiş şəxs heç nə deməməsinə baxmayaraq cibindən pulun kəsirinə görə ona 10 manat pul vermişdir. Toy məclisindən bir həftə sonra qonşu Zərərçəkmiş şəxs ona toydan yığılan pulun 10 manat az olmasının səbəbini Təqsirləndirilən şəxs atasının adına yazdırdığı pulu əksik yazdırması olduğunu bilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs atası Əyyub Yusibovun adına nəmər dəftərində 40 manat yazdırsada, Zərərçəkmiş şəxs 30 manat verdiyini bilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bu hərkətindən məlumatı olmamışdır. Sonrada Təqsirləndirilən şəxs ilə aralarında olan söhbət zamanı həmin şəxsin 40 manatın əvəzinə 30 manat verməsini bilmiş, lakin onların arasında bu səbəbdən mübahisənin davam etməsini bilməmişdir. Daha sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs yanına gedərkən onun yanında Təqsirləndirilən şəxs da ailə üzvlərinin olduğunu və baş vermiş hadisəyə görə on aüzürxahlıq etdiklərini görmüşdür. Müşviq ilə Rəvan arasında olan mübahisəni görməmişdir. Bundan başqa onun heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi“ haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan mübahisə 07 oktyabr 2022-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində "Xocalı" marketin qarşısında gecə saatlarında, heç kimin olmadığı vaxtda baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi yeri göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 19 oktyabr 2022-ci il tarixli 520 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun burun sümüyünün aşağı 1/3-nin yerdəyişən sınığı, burun tənəffüzünün iki tərəfli pozulması, burunun yumşaq toxumalarının əzilməsi, hər iki bud və baldır nahiyyələrinin yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2022-ci il tarixinə uyğun olduğu və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış 28 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur və himayəsində üç azyaşlı övladı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin 28 noyabr 2022-ci il tarixli 451 №-li məktubundan görünür ki, Yusibov X3 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. Şəki Rayon Psixiatriya xəstəxanasının 29 noyabr 2022-ci il tarixli 1241 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. Şəki Şəhər-Rayon Polis şöbəsindən alınmış 07 dekabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirən zaman ictimai qaydanın pozulmadığı, onların arasında olan mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs kənd sakinləri arasında Təqsirləndirilən şəxs barəsində dedi-qodu etməsi olduğu, hadisə baş verən zaman yaxınlıqda və ətrafda müşahidə kamerları olmadığı, hadisə baş verən zaman səs-küy olmadığı, ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmadığı, hadisəni görən və hadisə yerinə toplaşan şəxslərin olmadığı, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında düşmənçilik və ədəvət olmadığı, Təqsirləndirilən şəxs keçirdiyi həyat tərzi, maraq dairəsi, yaxın münasibətdə olduğu şəxslərin dairəsi, spirtli içkilərin, narkotik maddələrin qəbuluna meyilli olub-olmaması, nə işlə məşğul olması, onun tərəfindən törədilməklə qeydə alınmış və qeydə alınmamış cinayətlər olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 22 noyabr 2022-ci il tarixdə saat 23 radələrində sifət nahiyəsinə və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla onun sağlamlığına qəsdən az ağır xəsarət yetirməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının (CM 59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşman olmasını (CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması zərərçəkmiş şəxsdən üzr istəməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Şəki regional Vəkil Bürosunun vəkili hüquqi yardıma 11 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 66 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 358-ci, 381-ci, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərdiyi 11 saat hüquqi yardıma görə 66 (altmış altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəki regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Şəki regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-37/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-37/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver