Məhkəmə qərarları › İş №1(075)-37/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-37/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-37/2024 09.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zaqatala rayonunun Muxax kəndində yaşayan Zərərçəkmiş şəxs2 6700 (altı min yeddi yüz) manat pul müqabilində sonuncunun Zaqatala RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə həbs olunmuş atası X4 həbsdən azad olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 15:30 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranında 3000 (üç min) manat, 05 oktyabr 2022-ci il tarixdə, saat 18:43 radələrində Zaqatala rayonu, Muxax kəndində yerləşən «Muxax store» mağazasında quraşdırılan «Milliön» elektron ödəmə terminalından ona göndərdiyi 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus «Leobank» kart hesabına köçürdüyü 1500 (bir min beş yüz) manat, 07 oktyabr 2022-ci il tarixdə, saat 19:36 radələrində Zaqatala rayonu, Muxax kəndində yerləşən «Muxax store» mağazasında quraşdırılan «Milliön» elektron ödəmə terminalından ona göndərdiyi 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus «Leobank» kart hesabına köçürdüyü 700 (yeddi yüz) manat, 14 oktyabr 2022-ci il tarixdə, saat 16:36 radələrində Zaqatala rayonu,Muxax kəndində yerləşən «Muxax store» mağazasında quraşdırılan «Milliön» elektron ödəmə terminalından ona göndərdiyi 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus «Leobank» kart hesabına köçürdüyü 800 (səkkiz yüz) manat, 24 oktyabr 2022-ci il tarixdə, saat 15:53 radələrində Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi,Asəf Zeynallı küçəsində yerləşən «Salam» marketində quraşdırılan «eManat» elektron ödəmə terminalından ona göndərdiyi 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus «Leobank» kart hesabına köçürdüyü 500 (beş yüz) manat, 26 may 2023-cü il tarixdə, saat 09:49 radələrində Şəki rayonu, Oxud kəndində tanışı X2 evində qonaq olan zaman mobil telefonunda olan Birbank tətbiqi vasitəsi ilə onun göndərdiyi 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus «Leobank» kart hesabına köçürdüyü 200 (iki yüz) manat olmaqla, cəmi xeyli miqdar təşkil edən 6700 (altı min yeddi yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar təşkil edən 6700 (altı min yeddi yüz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəki şəhəri, X9 küçəsi, dalan 17, ev 16 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 5000 (beş min) manat pul müqbilində sonuncunun oğlu Şahid3 Şəki Ağır Cinayətlər Məhkəməsində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 15 may 2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı Şəki şəhəri, X9 küçəsi, dalan 17, ev 16 ünvanında 500 (beş yüz) manat, 15 may 2023-cü il tarixdə saat 13 radələrində cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 vasitəsi ilə Şəki rayonu, Qoxmuq kəndində yerləşən «Bəşiroğlu» marketində quraşdırılan «eManat» elektron ödəmə terminalından onun adına olan 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus «Leobank» kart hesabına köçürdüyü 500 (beş yüz) manat, 15 may 2023-cü il tarixdə saat 14:30 radələrində cinayətkar qəsdindən məlumatı olmayan Şahid4 vasitəsi ilə Zaqatala şəhərindən onun adına olan 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus «Leobank» kart hesabına köçürdüyü 1000 (bir min) manat və 17 may 2023-cü il tarixdə, saat 16 radələrində Şəki şəhəri, Calğalıbulaq küçəsi, ev 2 ünvanın qarşısındakı həyətdə 3000 (üç min) manat olmaqla, cəmi 5000 ( beş min ) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onlara dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Şahid3 işsiz olduğu üçün tanışlarına və dostlarına oğluna iş axtardıqlarını, boş iş yerləri olan zaman ona xəbər vermələrini xahiş etmişdir. Bir müddət sonra yəni 15 may 2023-cü il tarixdə Zaqatala şəhərində yaşayan bacanağının oğlu Səbuhi arvadı ilə danışan zaman arvadına Şəki şəhərində bir tanışının olduğunu və həmin şəxsin oğlu Kənanı işə düzəldə biləcəyini və bir iki günə kimi həmin şəxsi götürüb söhbət etmələri üçün evlərinə gətirəcəyini bildirmişdi. İki gündən sonra arvadı ilə evlərində olan zaman Səbuhi Şahmarla onlara gəlmişdir. Söhbət zamanı Səbuhi Şahmarı ona təqdim edib onun oğlu Kənanı işə düzəldə biləcəyini, bunun üçün 5.000 manat pul verməli olduğunu demişdir. Oğlu işsiz olduğu üçün Şahmarın təklifi ilə razılaşmış, ona 5000 maat pul vermişdir. Pulu verdikdən bir müddət sonra Şaahmarın onları aldatdığını görüb ondan şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X10 xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün Zaqatala polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq barəsində məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuşdur. X10 istintaq müddətində barəsində həbs qətimkan tədbiri seçiləndən bir neçə gün sonra hazırda xatırlamadığı şəxs ona Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs atasının həbsdən azad olunmasına köməklik edə biləcəyini bildirmiş və Şahmarın ***-***-**-** mobil nömrəsini ona verib zəng vurub Şahmara zəng vurub danışmasını məsləhət bilmişdir. Ona görə sonradan Şahmarın göstərilən telefon nömrəsinə zəng vurub ona atasının həbs olunması ilə bağlı məsələni danışmışdır. Şahmar da ona məhkəmədə onun tanışı olduğunu, atasını da tanışının vasitəsi ilə həbsdan azad etdirə biləcəyini, lakin bu işin həll olunması üçün 5800 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin Şahmar ona pulu verdikdən qısa vaxt sonra atasının həbsdən azad olunmasına köməklik edəcəyini bildirmişdir. Bundan sonra Zaqatala şəhərində yerləşən «Al» marketin içərisində quraşdırılan millön terminalından Təqsirləndirilən şəxs ona göndərdiyi öz adına olan 4098 5844 6506 7492 nömrəli Unibanka məxsus Leobank kartına müxtəlif vaxtlarda pul göndərməklə, ona cəmi 6700 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunda ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə evlərində olan zaman dostu Kənanın atası İlqar ona zəng vurmuşdur. Söhbət zamanı İlqar ondan 3-4 gün müddətinə qaytarmaq şərti ilə 500 manat pul istəmişdir. Razılaşdığı üçün İlqarın Vathsap proqramı vasitəsi ilə göndərdiyi kart hesabına yaşadığı Qoxmuq kəndində yerləşən «Bəşiroğlu» marketdə quraşdırılan terminaldan 500 manat pul göndərmiş və zəng vurub bu barədə İlqara məlumat vermişdir. Az sonra İlqar ona zəng vurub pulun çatdığını bildirmişdir. Bir neçə gündən sonra isə İlqar pulunu qaytarıb vermişdir. İlqara 500 manat pul verən zaman ondan pulun ona nə üçün lazım olduğunu soruşmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahin ifadəsində bildirmişdir ki, 15 may 2023-cü il tarixdə evində olan zaman Şəki şəhərində yaşayan qızı Əsmər ona zəng vurub ondan 1000 manat pul istəmişdir. Qızına istədiyi pulu verəcəyini bildirdikdən sonra qızı ona tanışlarının gəlib pulu ondan götürəcəyini demişdir. Bir qədər sonra yaşadığı ünvana tanımadığı bir oğlan gəlmiş və ona pul almaq üçün nəvəsi Səbuhinin göndərdiyini bildirdiyi üçün həmin oğlana 1000 manat pul vermişdir. Sonra zəng vurub bu barədə qızına məlumat vermişdir. Bir müddət keçəndən sonra qızı ona Şahmar adlı şəxsin Kənanı işə düzəltmək adı ilə İlqarı aldadıb ondan 5000 manat pul aldığını, lakin nə Kənanı işə düzəltmədiyini, nə də pullarını qaytarmadığını, İlqarında ona görə Şahmardan polis şöbəsinə şikayət etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Şahmarı 10 ildən çoxdur ki, tanıyır. 2023-cü ilin may ayında Şəki şəhərində yaşayan xalası Əsmərlə söhbət edən zaman xalası ona oğlu üçün iş axtardıqlarını, lakin iş tapa bilmədiklərini bildirmişdir. Həmin vaxt xalasına maraqlanacağını iş olacağı təqdirdə ona xəbər verəcəyini demişdir. Bir neçə gündən sonra Şahmarla əlaqə saxlayıb danışan zaman ona Şəki şəhərində yaşayan qohumunun iş axtardığını bildirmiş və ondan onu işə düzəldə bilərsənmi deyə soruşmuşdur. Şahmar da ona maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bir-iki gündən sonra Şahmar ona zəng vurub maraqlandığını, Şəki Ağır Cinayətlər məhkəməsində hakim köməkçisi iş olduğunu, istəyəcəyi təqdirdə qohumunu həmin işə düzəldə biləcəyini, lakin həmin işə düzəlmək üçün 5.000 manat pul vermək lazım olduğunu demişdir. Ona görə zəng vurub xalasına bir iki günə kimi Şahmarı söhbət etmələri üçün evlərinə gətirəcəyini demişdir. Xalası razılaşdığı üçün iki gündən sonra Şahmarla görüşüb onu xalasının evinə aparmışdır. Şahmarı xalası və onun əri İlqarla tanış etmişdir. Söhbət zamanı Şahmar xalasına və ərinə onların oğlunu Şəki Ağır Cinayətlər məhkəməsinə işinə düzəldə biləcəyini, bu iş üçün 5.000 manat pul verməli olduqlarını bildirmişdir. İlqarda həmin pulu verməyə razılaşmış və ilkin olaraq ona 2.000 manat, qalan pulu isə 2-3 gün ərzində verəcəyini bildirmişdir. Sonra İlqar evlərində onun yanında Şahmara 500 manat pul vermişdir. Bundan başqa İlqar hazırda xatırlamadığı bir şəxslə danışıb ondan 500 manat pul istəmişdir. İlqar həmin şəxsə Şahmarın kart nömrəsini göndərmişdir. Həmin şəxsdə az sonra Şahmarın kartına 500 manat pul köçürmüşdür. Bundan sonra xalası Əsmər anası Mayisə ilə danışıb ondan 1000 manat pul istəmiş və anasına Şahmarın kart nömrəsini göndərmişdir. Anası karta pul göndərə bilmədiyi üçün Zaqatala rayonunda yaşayan dostu Rəşada zəng vurub ona demişdir ki, gedib nənəsindən 1000 manat pul alıb ona göndərəcəkləri Şahmara məxsus kart hesabına köçürsün. Bir azdan Rəşad ona zəng vurub nənəsindən 1000 manat pulu alıb Şahmarın kartına köçürdüyünü demişdir. Həmin vaxt Şahmarda telefonunda kartına baxıb onlara 1000 manat pulun kartına köçdüyünü bildirmişdir. Bir-iki gündən sonra İlqar mənə zəng vurub oğlunun işə düzəlməsi üçün Şahmarla evlərinin qarşısında görüşüb ona 3000 manat pul verdiyini demişdir. Bir neçə gündən sonra Şahmar ona zəng vurub xalası oğlunun işə düzəlməsində hər birinə 1.000 manat xeyr qaldığını, həmin pulu ona göndərməsi üçün ona kart nömrəsi verməsini dediyi üçün Şahmara kart nömrəsi göndərmişdir. Az sonra Şahmar göndərdiyi karta 1000 manat pul köçürmüşdür. Həmin kartdan 1000 manat pulu çıxarıb aparıb İlqara vermişdir. 15 gün bitəndən sonra İlqar Şahmara zəng vurub oğlunun işi ilə maraqlananda Şahmar yalandan İlqara oğlunun işinin bir neçə günə həll edəcəyini bildirmişdir. Özü də Şahmarla əlaqə saxlayıb xalası oğlunun işi ilə maraqlanan zaman Şahmar ona da narahat olmamalarını,bir iki günə kimi xalası oğlunun işini həll edəcəyini demişdir. Sonradan İlqar yenidən ona zəng vurub oğlunun işi ilə maraqlanan zaman Şahmar yenə İlqarı aldadıb oğlunun işini iki-üç günə kimi düzəldəcəyini, işi alınmayacağı halda pulunu qaytaracağını demişdir. X3 işə düzəlməsinə köməklik edəcəyi adı ilə aldadıb aldığı pulun qalan 4.000 manatını qaytarmadığına görə İlqar ondan şikayət etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 05 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış, Şahmar Kəriov tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 05 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, Şahmar Kəriov tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olan 2925 (iki min doqquz yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73- 1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı tam ödəmişlər. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlu ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 2925 (iki min doqquz yüz iyirmi beş) manat məbəlğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilsin və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar