Məhkəmə qərarları › İş №1(075)-37/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-37/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-37/2025 16.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X10 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Azərbaycan Respublikası, Şəki rayonu, Turan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)- 104/2024 saylı hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Belə ki, o, xx.xx.2004-cüi il təvəllüdlü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmədiyi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmadığı və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmədiyi halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2022-ci il tarixli, 3304 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin çağırışına əsasən çağırışçı kimi Şəki rayon çağırış komissiyasında tibbi komissiyadan keçmiş, tibbi komissiyadan keçməsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 17ç A-4 maddəsi ilə “hərbi xidmətə yararlıdır” hesab edilməsinə və ona 28 iyun 2022-ci il tarixdə təqdim edilmiş çağırış vərəqəsinin qəbzində “İmza:” qrafasındakı imzanı icra edərək çağırış vərəqəsini almasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin edilməsinə baxmayaraq, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün təyin edilmiş 22 iyul 2022-ci il tarixdə üzrlü səbəb olmadan çağırış vərəqəsində göstərilmiş təyinat məntəqəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə gəlməyərək, habelə bundan sonra həmin şöbə tərəfindən növbəti tarix olaraq təyin olunmuş və bu barədə ona məlumat verilmiş xx.xx.2022-ci il tarixdə, habelə qeyd edilən ay ərzində, həmçinin bundan sonrakı tarixlərdə də müddətli həqiqi hərbi xidmət keçmək üçün təyinat məntəqəsinə gəlməyərək, hərbi çağırışdan boyun qaçırmaqda davam etmiş, bununla da qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, şahidin ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxx 2004-cü il tarixdə Şəki rayonu, Turan qəsəbəsində anadan olmuşdur. X25 anası Xəyalə Tağıyeva ilə ailə həyatı qurmuş, birgə nikahlarından 1 övladları, yəni o dünyaya gəlmişdir. Lakin o dünyaya gəlməmişdən öncə atası ilə anası ayrılmışlar. O, 2010-cu ildə Şəki rayonu Şəki kənd tam orta mətkəbin 1-ci sinfinə qəbul edilmişdir. 2 il orada təhsil aldıqdan sonra 2012ci ildən Şəki rayonu Turan qəsəbəsi tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2019cu ildə 9-cu sinfi bitirdikdən sonra Yevlax rayonu 10 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. Elə həmin il, 14 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində hərbi xidmətlə əlaqədar qeydiyyata düşmüş və ilkin hərbi qeydiyyat həkim komissiyasından keçərək yararlı hesab edilmişdir. 2021-ci ildə həmin məktəbi bitirərək tam orta təhsilini almışdır. Bundan sonra hər hansı bir təhsil müəssisəsində təhsil almamışdır. Naxçıvan MR-na gedərək “Tatun travel” adlanan turizm şirkətində bələdçi kimi işləmişdir. Elə həmin il ailə üzvləri ilə, yəni anası Xəyaləyə və babası Fiodarla nənəsi Qənifəyə Naxçıvan MR-na bakalavr təhsilini davam etdirmək üçün gedəcəyini demişdir. Lakin həmin zaman o anası və babasını aldatmış, işləmək üçün getmişdir. Hətta babası təhsil ödənişini qarşılacağını bildirərək, iki dəfə, 2021-ci ilin sentyabr və 2022-ci ilin yanvar aylarında ayrı-ayrılıqda 600 manat ona pul göndərmişdir. O, Naxçıvan MR-da olarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən 2022-ci ilin may ayında babası Şahid2 zəng vurulmuş və o, müddətli hərbi xidmətə getməsindən ötrü qeyd olunan şöbəyə çağırılmışdır. xx.xx.2022-ci il tarixdə o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə gələrək tibbi komissiyasının yoxlanışından keçmişdir. Həmin zaman ona hərbi xidmətə yararlı olduğunu bildirmişlər. Həmin gün, yəni xx.xx.2022ci il tarixdə X3 yerləşən psixiatr müayinəsindən keçməyə vaxtı çatmamışdır. Bundan sonra ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən ona psixiatr müayinəsindən keçməsindən ötrü xx.xx.2022-ci il tarixdə yenidən şöbəyə gəlməsinin zərurətin olması bildirilmişdir. xx.xx.2022-ci il tarixdə o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə gəlmiş, ona X2 psixiatr müayinəsindən keçməsi üçün arayış verilmiş və xx.xx.2022-ci il tarixli çağırış qəbzi verilmişdir. Həmin zaman o, çağırış qəbzinə imza çəkərək qəbzin surətini götürmüşdür. Həmin çağırış qəbzinə əsasən o, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə gələrək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə yollanmalı idi. Ardınca o, X7 müayinədən keçməkdən ötrü yollanmış, orada ona yoxlanış üçün həmin gün orada qalmasının zərurət olmasını bildirmişlər. Lakin o, həmin gün bibisi oğlu Ülvinin toyuna gedəcəyini nəzərə alıb, başqa tarixdə gəlməsini xahiş etmişdir. Ona xx.xx.2024-cü il tarixdə yenidən gəlməsini bildirmişlər. xx.xx.2024-cü il tarixdə o, X7 gəldikdə müayinədən keçmiş və ona sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında akt təqdim olunmuş, həmin aktı həmin gün o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə aparıb vermişdir. Elə həmin zamanda ona yenidən xx.xx.2024-cü il tarixdə hərbi xidmətə yollanmaqdan ötrü şöbəyə gəlməsini bildirmişlər. O, hərbi xidmətə yollandığı təqdirdə ailə üzvlərinə yalan danışmasının aşkar olunacağını, yəni ki, heç bir yerdə ali təhsil almaması, babasına yalandan təhsil haqqı kimi pul alması üzə çıxacağını düşünərək hərbi xidmətə getmək fikrindən yayınmışdır. xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə getməmiş və hərbi xidmətə getməkdən qəsdən boyun qaçırmışdır. Həmin gün ona şöbədən adını hal hazırda xatırlamadığı əməkdaş zəng vurmuş və gəlməməsinin səbəbini soruşmuşdur. O isə guya tarixləri səhv saldığını, xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yollanacağını düşündüyünü yalandan aldadaraq bildirmişdir. Həmin əməkdaş həmin vaxt xx.xx.2022-ci il tarixdə ona Şəki rayon X14-19 virusuna qarşı peyvənd olunaraq tibbi arayışı almasını, həmin arayışı həmin gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə gətirməsini, həmçinin xx.xx.2024-cü il tarixdə hərbi xidmətə yollanacağını söyləmişdir. xx.xx.2024-cü il tarixdə o, Şəki rayon Mərkəzi Xəstəxanasına gedərək peyvənd olunmuş, həmin gündə tibbi arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmişdir. Həmin əməkdaş ona yaşadığı ünvanı nəzərə alaraq xx.xx.2024-cü il tarixdə səhər 08 radələrində Şəki rayonu Turan qəsəbəsində yerləşən “Socar” yanacaq doldurma mərkəzin yanında olmasını, avtobusun onu qarşılayacağını və hərbi xidmətə yollanacağını bildirmişdir. O, həmin əməkdaşın sözlərinə əhəmiyyət verməyərək deyilən vaxtda və yerə getməyərək hərbi xidmətə getməkdən boyun qaçırmışdır. Bu hadisədən sonra o Bakı şəhərinə köçərək orada 2 ay müddətində kirayə mənzildə yaşamışdır. xx.xx.2022-ci il tarixdə o, Naxçıvan MR-na yollanmış və yenidən yuxarıda qeyd etdiyi turizm şirkətində bələdçi kimi işləməyə davam etmişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən Bakı şəhərinə geri dönmüş və bələdçi kimi fəaliyyətini “Yeraz travel” və “Four ways” adlanan turizm şirkətlərində davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə o, Şəki rayonuna geri dönərək babası Şahid2 məxsus evə gizlin daxil olaraq heç kimin xəbəri olmadan babasına məxsus Huawei markalı mobil telefonu, həmçinin həmin mobil telefonun “Birbank” mobil tətbiqindən babasına məxsus 1577 manat məbləğində pulu babasının mobil telefonunda olan “M10” mobil tətbiqinə köçürmüş və QR kod vasitəsi ilə Kürdəmir rayonunda yerləşən bankomatların birindən çıxartmışdır. Bundan sonra Bakı şəhərinə geri dönmüşdür. xx.xx.2024-cü il tarixdə naməlum şəxs onun “instagram” sosial şəbəkədə ismarıc bölümünə yazaraq Qəbələ turuna qoşulmaq istəyini bildirmiş və Bakı şəhərindən turla birlikdə Qəbələ rayonuna gəlmişdir. Qəbələ rayonuna çatdıqdan sonra həmin adını hal-hazırda xatırlamadığı şəxs polis əməkdaşı olduğunu və ona Şəki ŞRPŞ-nin Sarıca PBnə getmələrini bildirmişdir. Bundan sonra Sarıca PB-də onun izahatını almışlar və o, törətdiyi əməli etiraf etmişdir. O, Şəki ŞRPŞ-Yə gətirilərək barəsində CM-nin 177-ci maddəsi ilə cinayət işi başlanılmış, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında isə Şəki ŞRPŞ-nin polis əməkdaşları qohumlarına zəng vurmuş və Şəki rayon prokurorluğuna yaxınlaşmağının zərurətinin olduğunu bildirmişlər. O, həmin tarixdə Şəki rayon prokurorluğuna gələrək sərbəst şəkildə ifadəsini vermişdir. Bildirmişdir ki, ona xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli çağırış qəbzi verilmiş və qəbzdə ki imza ona məxsudur. O, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli çağırış qəbzini imzalayan zaman şəxsiyyət vəsiqəsi hal-hazırda xatırlamadığı səbəbə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində qalmışdı deyə, sonradan o, hərbi xidmətə getməkdən boyun qaçırdığı üçün özünə yeni vəsiqə almaq qərarına gəlmişdir. Ona məxsus AA2722482 seriya nömrəsi olan xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan şəxsiyyət vəsiqəsindəki imza ilə AA******* seriya nömrəsi olan şəxsiyyət vəsiqəsindəki imzanın fərqliliyini təsdiq edir, hər iki imza ona məxsusdur. O, AA******* seriya nömrəsi ilə vəsiqə alan zaman fərqli imza çəkmişdir. AA2722482 seriya nömrəsi olan şəxsiyyət vəsiqəsindəki imza xx.xx.2022-ci il tarixli çağırış qəbzindəki imza ilə eynilik təşkil edir. Hərbi xidmətdən yayınması ilə bağlı hər hansı bir üzrlü səbəbi olmamışdır. MN-201 nömrəli hərbi hissəyə təyin olunması barədə o, adını hal-hazırda xatırlamadığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli çağırış qəbzi alan zaman öyrənmişdir. xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli çağırış vərəqəsini aldıqdan sonra o, hər hansı bir xəstəliyə tutulmamış, yaşadığı ünvanda fövqəladə və ya digər qarşısı alınmayan hal baş verməmiş, heç bir qohum və ya yaxın qohumu vəfat etməmişdir. xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixə çağırış vərəqəsi aldıqdan sonra ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə və ya təhsilini davam etdirməsi ilə bağlı ona möhlət verilməsi üçün hər hansı bir hal olmamışdır. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/775 nömrəli rəyi ilə tanış olmuş, rəyin nəticəsi ilə razılaşaraq həmin imzanın ona məxsus olmasını bildirmişdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 296 saylı rəyi ilə tanış olmuş, etirazı yoxdur. Hal-hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir, səhhətində hər hansı bir problem yoxdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-104/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hal-hazırda həmin cəzanı çəkir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma nəvəsidir. Oğlu Vüsal 2003-cü ildə Xəyalə ilə ailə həyatı qurmuş, həmin nikahdan Emil dünyaya gəlmişdir. Oğlu evləndikdən təxminən 3 ay sonra Rusiya Federasiyasına çıxıb getmiş və hazırda da orada yaşayır. 2006-cı ildə Vüsalla Xəyalə boşanmışlar. Bundan sonra Xəyalə öz ata evinə getsə də, 2012-ci ildən 2021-ci ilə kimi nəvəsi Emilə o, arvadı Qənifə Rzayeva ilə baxmış, böyütmüşlər. Həmin illər ərzində Emilin anası Xəyalə Yevlax rayonunda yaşamışdır. 2021-ci ildə Emil və anası ona Emilin Naxçıvanda yerləşən universitetə bakalavr təhsilinə qəbul olunduğunu deyib həmin universitetin ödənişli olduğunu bildirmişlər. O da Emilin təhsil xərclərini qarşılayacağını demişdir. Emil ona universitetə daxil olmasına dair sənəd də göstərmişdir. Bundan sonra o, 2021-ci ilin sentyabr ayında Emilin universitet ödənişi üçün 600 manat ona pul göndərmişdir. Həmçinin kirayə pulu hər ay 250 manat məbləğində pul ona göndərmişdir. Bir də 2022-ci ilin yanvar ayında Emil universitet ödənişinin digər hissəsini göndərməyini söylədiyi üçün ona yenidən 600 manat pul göndərmişdir. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək Emilin harada olduğunu soruşmuşlar. O, onlara Emilin Naxçıvanda universitet oxuduğunu dedikdə onlar ona Emilin hər hansı universitetdə oxumadığını, xx.xx.2022-ci il tarixdə hərbi xidmətə çağırış vərəqəsinə qol çəkərək xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yollanmalı olduğunu, buna baxmayaraq Emilin hələ də səfərbərlik xidmətinə yaxınlaşmadığını demişlər. O, həmin vaxt başa düşmüş ki, Emil 1 il ərzində onu aldatmışdır. O, həmin əməkdaşlara Emilin harada olduğunu bilmədiyini deyib onları yola salmışdır. O, həqiqətən də həmin zaman Emilin harada olduğunu dəqiq bilməmişdir. Həmin zamandan etibarən 2024-cü ilin aprel ayınadək o, Emili ümumiyyətlə görməmiş, hər hansı bir formada əlaqə saxlamamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 03 radələrində nəvəsi Təqsirləndirilən şəxs Şəki rayonu, Turan qəsəbəsində yaşadıqları evin mətbəxinə gizlin daxil olmuş ona məxsus “Huawei” markalı mobil telefonu oğurlayaraq telefondakı kart hesabından 1577 manat məbləğində pul oğurlamışdır. Onun barəsində cinayət işi istintaq olunaraq Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhdudlaşdırma cəzası təyin edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2003cü ildən etibarən 2023-cü ilin mart ayınadək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində işləmiş, 2013-2023-cü illərdə isə həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində işləmişdir. Vəzifə funksiyaları əsasən çağırışçıların qeydiyyata alınması, çağırışa cəlb edilməsi, çağırışçıların öyrənilməsinə nəzarət etmək, çağırışçıları hazırlayaraq hərbi-həkim komissiyasına təqdim etmək və s. ibarətdir. Bildirmişdir ki, çağırışçı Təqsirləndirilən şəxs 18 yaşı tamam olduğuna görə 2022-ci ilin iyul çağırışına cəlb edilməsi məqsədi ilə tərəfindən və şöbənin digər əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə çağırılmışdır. xx.xx.2022-ci il tarixdə tibbi komissiyadan keçmiş, əlavə olaraq döş qəfəsi orqanlarının rentgeni, ultrasəs müayinə, elektrokardioqramma, qan və sidik analizlərindən də keçmişdir. Əlavə olaraq xx.xx.2022-ci il tarixdə Şəki Psixiatriya göndərilmiş, X4 xx.xx.2022-ci il tarixli 707 saylı “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən ona “Hal-hazırda psixi xəstəliklər əlamətləri aşkar olunmur, anomnezində təkrarlanmayan affektiv reaksiya” diaqnozu təyin edilərək akt təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 17Ç maddəsinin İ qrafasına əsasən rayon çağırış komissiyasının qərar ilə “hərbi xidmətə yararı” A-4 hesab edilmişdir. Buna əsasən çağırışçı Təqsirləndirilən şəxs adı tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə təyin olunmuş və xx.xx.2022-ci il tarixdə şəxsən özü imza etməklə ona xx.xx.2022-ci il tarixində müddətli həqiqi hərbi xidmətə getməsi üçün çağırış qəbzi verilmişdir. Təyin olunduğu hərbi hissəyə göndərilməsi üçün Şəki rayon şöbəsinə gəlməsi barədə çağırışçı Təqsirləndirilən şəxs ilə dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılması üçün cəhd edilmiş, mobil telefon sönük vəziyyətdə olmuş, anası isə oğlunun Bakı şəhərinə getdiyini və hansı ünvanda olmasını bilmədiyini bildirmişdir. Şəki rayon-şəhər polis şöbəsinə ünvanladıqları bir neçə məktuba əsasən polis əməkdaşlarının və onların idarəsinin əməkdaşlarının çağırışçının yaşadığı ünvanda dəfələrlə olmaqlarına baxmayaraq, onu tapmaq mümkün olmamış, bununla da Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə göndərilməkdən qəsdən və şüurlu surətdə boyun qaçırmışdır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs çağırış vərəqəsi aldıqdan sonra hər hansı bir xəstəliyə tutulması, yaşadığı ünvanda fövqəladə və ya digər qarşısı alınmayan halın baş verməsi və ya yaxın qohumunun ölməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə məlumat verməmişdir. Təqsirləndirilən şəxs çağırış vərəqəsi aldıqdan sonra ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsilini davam etdirmək üçün möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə müraciət etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 1993cü ildən etibarən hal-hazırkı vaxtadək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsində müfəttiş vəzifəsində işləyir. Vəzifə funksiyaları əsasən çağırışçıların qeydiyyata alınması, onlarla profilaktik söhbət aparılması, çağırışa cəlb edilməsi, çağırış qəbzlərini imzaladaraq təqdim edilməsi, çağırışçıları hazırlayaraq hərbi-həkim komissiyasına təqdim etmək, müvafiq göndərişlə xəstəxanalara göndərilməsi və cavabların alınması və s. ibarətdir. Çağırışçı Təqsirləndirilən şəxs 18 yaşı tamam olduğuna görə 2022-ci ilin iyul çağırışına cəlb edilməsi məqsədi ilə onun tərəfindən və şöbənin digər əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə çağırılmışdır. İyun ayın sonlarında tarixi dəqiq xatırlamadığı vaxtda tibbi komissiyadan keçmiş, əlavə olaraq döş qəfəsi orqanlarının rentgeni, ultrasəs müayinə, elektrokardioqramma, qan və sidik analizlərindən də keçmişdir. Əlavə olaraq xx.xx.2022-ci il tarixdə Şəki Psixiatriya göndərilmiş, X4 xx.xx.2022-ci il tarixli 707 saylı “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən ona “Hal-hazırda psixi xəstəliklər əlamətləri aşkar olunmur, anomnezində təkrarlanmayan affektiv reaksiya” diaqnozu təyin edilərək akt təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 17Ç maddəsinin İ qrafasına əsasən rayon çağırış komissiyasının qərar ilə “hərbi xidmətə yararı” A-4 hesab edilmişdir. Buna əsasən çağırışçı Təqsirləndirilən şəxs adı tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə təyin olunmuş və xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə şəxsən özü imza etməklə ona xx.xx.2022-ci il tarixində müddətli həqiqi hərbi xidmətə getməsi üçün çağırış qəbzi verilmişdir. Lakin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə gəlməmişdir. Onunla əlaqə saxlanılan zaman Emil tarixi xx.xx.2022-ci il tarixlə səhv saldığını bildirmişdir. O, Emilə belə olan halda xx.xx.2022-ci il tarixdə Şəki rayon Mərkəzi Xəstəxanasına gedərək Covid-19 virusuna qarşı peyvənd olunmasını, arayışı şöbəyə gətirməsini və xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yollanacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs peyvənd olunaraq arayışı gətirmiş və o bir daha Emilə xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yollanacağını bildirmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Emil təyinat məntəqəsinə gəlməmiş, Emillə dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılması üçün cəhd edilmiş, mobil telefon sönük vəziyyətdə olmuş, anası və qohumları isə Emilin Bakı şəhərinə getdiyini və hansı ünvanda olmasını bilmədiklərini söyləmişlər. Bununla da Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə göndərilməkdən qəsdən və şüurlu surətdə boyun qaçırmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Turan qəsəbəsində yerləşən “Socar” yanacaq doldurma mərkəzin yanında olmasını və həmin zaman hərbi xidmətə gedəcəyini söylənilməsi barədə bildirmişdir ki, Emilin yaşadığı ünvanı nəzər alıb bu formada qeyd olunan ünvanda olması söylənilə bildiyini ehtimal etmiş, lakin həmin hadisədən zaman keçdiyindən o, tam olaraq xatırlamamışdır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs çağırış vərəqəsi aldıqdan sonra hər hansı bir xəstəliyə tutulması, yaşadığı ünvanda fövqəladə və ya digər qarşısı alınmayan halın baş verməsi və ya yaxın qohumunun ölməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə məlumat verməmişdir. Təqsirləndirilən şəxs çağırış vərəqəsi aldıqdan sonra ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsilini davam etdirmək üçün möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə müraciət etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, çağırışçı Təqsirləndirilən şəxs adı tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə təyin olunmuş və xx.xx.2022-ci il tarixdə özü şəxsən şöbənin əməkdaşlarının iştirakı ilə imza etməklə Emilə xx.xx.2022-ci il tarixində müddətli həqiqi hərbi xidmətə getməsi üçün çağırış qəbzi verilmişdir. Emilə çağırışdan boyun qaçıracağı təqdirdə AR CM-nin 321-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. İki nüsxə qəbz tərtib edilməklə bir nüsxəsi Təqsirləndirilən şəxs verilmişdir. Lakin nə xx.xx.2022-ci il tarixdə nə də ki, sonra ki tarixlərdə Emil şöbəyə gəlməmişdir, mobil telefonunu sönük vəziyyətdə saxladığı üçün Emil ilə əlaqə saxlanılması mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə o, SHXÇDX Şəki rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahid1, Şəki rayon İcra Hakimiyyəti Başçısının Turan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Musa İsrafilov ilə birlikdə Şəki rayonu, Turan qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və daimi yaşadığı Turan qəsəbəsindəki ünvanında yoxdur. X15 Təqsirləndirilən şəxs barədə soruşduqda Fiodor nəvəsinin harada olması barədə məlumatı olmadığı bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 14-C-24 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən Şəki Rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi üzrə uzun müddətdir ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçıran çağırışçıların şəxsi işlərinin təsdiq olunmuş kserosurətləri qanunamüvafiq tədbirlər görülməsi və əməllərinə hüquqi qiymət verilməsi üçün təqdim edilmişdir. Məktuba əlavə edilmiş adlı siyahıda Təqsirləndirilən şəxs adı 76-cı sırada qeyd edilmişdir. - Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 394 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şəki rayonu Turan qəsəbəsində qeydiyyatdadır, babasının verdiyi məlumata görə müddətli hərbi xidmətə getməkdən yayınaraq hara getməsindən, harada yaşamasında məlumatları yoxdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən X11 ünvanlanmış müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma ilə bağlı xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 2004-cü il təvəllüdlü çağırışçı Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınır. xx.xx.2022-ci il tarixədək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinə gəlmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. - Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 870 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Turan qəsəbəsində yaşayır, ailə tərkibi atası X12, anası X1 ibarətdir. Qeyd hissədə qeyd edilmişdir ki, Emil Sadıqlı babası Şahid2 himayəsində yaşayır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 114 saylı məktubundan görünür ki, Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olan 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 13 saylı məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs hal-hazırda babasının verdiyi məlumata görə qəsəbədə yaşamır. Yaşadığı ünvan qəsəbədə yaşayan qohumlarına məlum deyil. - Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü, subay, azərbaycanlı Təqsirləndirilən şəxs Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda və hal-hazırda qəsəbədə yaşamır. Təqsirləndirilən şəxs Şəki rayonu Turan qəsəbəsində tam orta məktəbində 2010-2019-cu illərdə 9-cu sinifə qədər təhsil alıb, 2019-cu ildən Turan qəsəbə tam orta məktəbdən ayrılıb və Yevlax şəhərində anası ilə birgə yaşayıb. Hərbi xidmətdən yayınıb. Barəsində qəsəbə nümayəndəliyinə şikayət daxil olması göstərilməmişdir. - Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Turan qəsəbəsində qeydiyyatdadır və hal-hazırda qəsəbədə yaşamır. Ailə tərkibi babası Şahid2, X9 və anası X13 ibarətdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyən edilmişdir. - Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - Azərbaycan Respublikası Prezindetinin Rəsmi internet səhifəsindən çıxarılmış məlumatlardan görünür ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidenti 01 iyun 2022-ci il tarixdə Sərəncam vermişdir. - Çağırış vərəqinin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə təqdim edilmiş çağırış vərəqəsinin qəbzində “İmza:” qrafasındakı imzanı icra edərək çağırış vərəqəsini almışdır. - xx.xx.2004-cü il tarixli, AZ-İ 498717 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs atası X12, anası X6r. - Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ-nin X20 xx.xx.2022-ci il tarixli, 372-1572- 1222 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi Şəki ŞRPŞ-yə daxil olmuş xx.xx.2022-ci il tarixli, 1176 nömrəli məktubun icrası ilə əlaqədar olaraq, vətəndaş Təqsirləndirilən şəxs Şəki rayonu Turan qəsəbəsində yaşamadığı üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinə məcburi qaydada gətirilməsi tərəflərindən mümkün olmamışdır. - Qoşun növlərinin təyin edilməsinə dair adlı siyahıdan görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunmuşdur. - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 296 saylı rəyində məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissədə qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş 707 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (müayinə zamanı onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar olunmaması, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, törətdiyi əmələ tənqidi münasibət bəsləməsi, əməlindən peşiman olduğunu və əgər cəza verilməsə hərbi xidmətə getmək istədiyini bildirməsi və s.) sübut edir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissədə qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Rəyin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs AR SHXÇDXnin Şəki rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmasına baxmayaraq xidmət etməkdən boyun qaçırdığı zaman öz hərəkətlərin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur. AR SHXÇDX-nin göndərişinə əsasən X3 ambulator qaydada müayinə olunarkən xəstəxananın həkim komissiyası tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş “hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur. Anamnezində təkrarlanmayan affektiv reakisya” diaqnozu düzgündür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı vəziyyətdə olmuşdur. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli AR CMnin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs AR SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmasına baxmayaraq xidmət etməkdən boyun qaçırdığı zaman psixi-emosional vəziyyətində və psixoloji durumunda iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik yaranmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyun 2024-cü il tarixli 4/775 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adına olan qəbzdə (çağırış vərəqəsi) “İmza:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-104/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübəli şəxs kimi saxlandığı 02 gün bir günə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növü qətimkan tədbiri seçilmişdir. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 324/10 saylı məktubunda qeyd edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 1 (041)-104/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş 18 otyabr 2024-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə qeydiyyata alınmış və həmin tarixdən cəzasının axını başlanmışdır. Cəzasının sonu isə 24 oktyabr 2027-ci il tarixdə başa çatmaqdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) gəlməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 01 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmaları qərara alınmışdır. “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023cü il tarixliqərarının 2-ci bəndində göstərilmişdir ki, hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzrlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən, şahidin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.2 və 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə, 1(bir) il azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, o, hazırkı iş üzrə cinayət əməlini həmin hökmə əsasən törətdiyi cinayət əməlindən əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına görə cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bundan əlavə, Cinayət Məcəlləsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2-ci maddə). Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-104/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq üzərində müəyyən müddətə 2 (iki) il azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, eyni zamanda CM-nin 66.2-ci maddəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çəkilən 05 (beş) ay 19 (on doqquz) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 02 (iki) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə hökm elan olunduğu tarixdən, yəni 16 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)- 104/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci mаddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə hazırkı cinayətə görə ona təyin edilmiş cəza ilə Cinayət Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün müddət, eyni zamanda Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci mаddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çəkdiyi 05 (beş) ay 19 (on doqquz) gün hissəsi iki günə bir gün hesablanmaqla 02 (iki) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı hökm elan olunduğu tarixdən, yəni 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 126 manat pul Təqsirləndirilən şəxs müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X8, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar