Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-38/2022 07.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi – anası Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1995-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəki rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, cəzasının müddəti 15 fevral 2021-ci il tarixdə bitməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan tanışı Şahid1 məxsus Opel Vectra markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 09 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində Şəki şəhəri, Vidadi küçəsində hərəkətdə olan zaman idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə arxaya doğru manevr etdirməməli, lazım gəldikdə avtomobili arxaya doğru hərəkət etdirərkən digər şəxslərin köməyindən istifadə etməli, arxada piyadaların olduğu vəziyyətdə avtomobili arxaya hərəkət etdirməməli halda həmin tələblərə riayət etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələbə riayət etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq avtomobili arxaya doğru hərəkət elətdirən zaman qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobilin arxa hissəsindən keçməkdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla ona sağ aşıq-daban oynağının hemartrozu, oynaqda hərəkət məhdudluğu, travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, sağ budun yumşaq toxumalarının əzilməsi, kəskin ağrı sindromu kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 dekabr 2021-ci il tarixdə günortadan sonra dostu Ramil ilə onların yaşadıqları evdə onlara məxsus qoyunları qırxmışlar. Qoyunları qırxıb qurtardıqdan sonra Ramilə məxsus Opel markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhərinin mərkəzinə düşüb siqaret aldıqdan sonra Ramilin yaşadığı küçəyə geri qayıtmışlar. Həmin vaxt avtomobili Ramin idarə etmişdir. Onların küçəsinə çatdıqda Ramilə avtomobilini idarə etmək üçün ona verməsini xahiş etmişdir. Ramil də onun xahişini nəzərə almış və avtomobili yolun sağında saxlayaraq idarə etməsi üçün ona vermişdir. Bildirmişdir ki, həmin anda, həmçinin ümumiyyətlə onun avtomobil idarə etməsi üçün sürücülük hüququ olmamışdır. Avtomobili idarə edib bir qədər qabağa getmiş, yolun kənarında olan 3 qızın yanından keçdikdən sonra qabaqkı küçədən sağa dönüb evə getmək istəmişdir. Lakin avtomobili idarə etmək qabiliyyəti zəif olduğundan, həmçinin küçə ensiz olduğundan avtomobili döndərə bilməmiş və geri vermək məcburiyyətində qalmışdır. Buna görə də avtomobili qəfil sütətlə geri vermişdir. Bu zaman avtomobilin nəyəsə dəyməsini hiss eləmişdir. Həmin zaman avtomobili arxaya nisbətən sürətlə vermiş, həmçinin avtomobilin arxa şüşəsində plyonka olduğuna görə arxanı görə bilməmiş və avtomobilin yan şüşələrindən isə istifadə etməmişdir. Lakin avtomobilin qızlara dəyməsi zamanı çöldəki qızların “görmürsüz?” deməklərini eşitmişdir. Həmin vaxt avtomobili saxlamışdır. Bundan sonra Ramillə birlikdə avtomobildən düşmüş və arxada hissədə 3 nəfər qızın olmasını görmüşdür. Qızlardan birinin divara yaxın vəziyyətdə əlini bədəninə sıxmış vəziyyətdə, digər iki qızın isə onun yaxınlığında olmasını görmüşdür. Həmin vaxt avtomobili geriyə verən zaman avtomobilin qızlara dəyməsini, onların xəsarət almasını bilmişdir. Bundan sonra isə onlardan üzrxahlıq eləmək istəsədə qızlar onu acılamışlar və çıxıb getmişlər. Bundan sonra şikayət etməməkləri üçün onların qaldıqları evə getmək istəmişlər. Buna görə də onların evinə gedib qapını döyərək üzrxahlıq eləmək istəmişlər. Qapını döydükdən sonra xanımlardan biri qapını açmış və digər xanımlarda qapı tərəfə gəlmişdir. Qızlar onunla acı danışmış və onu kobudlamışlar. Buna görə də onunla xanımlar arasında sözlə mübahisə yaranmış və çıxıb getmişlər. Göstərmişdir ki, sürücülük vəsiqəsi olmamış, Ramilin avtomobilini idarə etməsi üçün ona etibarnamə verməmiş, lakin avtomobili idarə edərkən ayıq olmuşdur. Həmin qızlar evin yaxınlığında kirayədə qalmış, buna görə onları tanımışdır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Göstərmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışıq etməyə cəhd etmiş ona müəyyən maddi yardım etmişdir. Belə ki, zərərçəkmiş şəxsin xəstəxanada müalicə aldığı xərcləri qarşılayaraq ona 700 manat pul vremişdir. Hazırda Zərərçəkmiş şəxs, həmçinin onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmış, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan heç bir şikayəti və tələbi yoxdur. Göstərmişdir ki, əməlindən peşmandır. Törətmiş olduğu əməldə özünü təqsirli bilir. Bütün bunları nəzərə alaraq onun işinə xitam verilməsini bu mümkün olmadıqda isə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham olunduğu cinayət əməlini törətməsi, tək özünün etirafedici ifadələri ilə deyil, həmçinin iş üzrə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsinin ifadəsi, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X8 Kollecində “arvix işi və kargüzarlıq” ixtisası üzrə 2-ci kursda təhsil alır. Samux rayonunda qeydiyyatda olduğu üçün X8 Kollecinin yaxınlığında olan evlərdən birində kirayədə yaşayır. Qeyd olunan kirayə evdə ondan başqa həmin kollecdə təhsil alan Mehriban və Sevda adlarında qızlar da qalır. Hər gün birlikdə evdən çıxıb Kollece gedir və birlikdə də geriyə qayıdırlar. Təxminən adını sonradan bildiyi Mirseyid xeyli müddətdir ki, onunla birlikdə qalan Mehribanla tanış olmaq üçün onun arxasınca düşür. Məktəbdən çıxıb evə gedəndə həmişə gözləyir. Lakin Mehriban onunla tanış olmaq istəməmişdir. 09 dekabr 2021-ci il tarixdə həmşəki kimi Kollecdən çıxıb evə getmişlər. Həmişə dərsləri 17:10-da bitməsinə baxmayaraq bu dəfə dərsləri bir qədər tez bitmişdir. Həmşəki kimi Mehriban və Sevda ilə birlikdə kollecdən çıxıb evə getmişlər. Həmin vaxt Mirseyid Opel markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə yanlarında keçmişdir. Həmin vaxt onun yanında bir nəfər tanımadığı oğlan da olmuşdur. Sonradan isə həmin oğlanın Mirseyidin xalası oğlu olduğunu bilmişdir. Mirseyid yanından avtomobil ilə keçdikdən sonra irəlidəki küçədən sağa dönmüşdür. Mirseyid sağa dönən zaman onlar artıq həmin avtomobilə çatmış və avtomobilin arxa hissəsindən keçmək istəmişlər. Bu vaxt Mirseyid avtomobili geriyə hərəkət elətdirmişdir. Həmin vaxt hər üçü avtomobilin tam arxasında olmuşlar. Avtomobilin arxasından keçən zaman Mirseyid gözləmədiyi halda avtomobili geriyə hərəkət elətdirmişdir. Avtomobilin üzərlərinə gəldiyini gördükdə avtomobilin arxa hissəsindən əli ilə vurub “görmürsənmi” demişdir. Lakin həmin vaxt artıq gec olmuş və avtomobil ayağının üzərindən keçməklə dizinin yuxarı hissəsində dəymişdir. Arxasında divar olduğuna arxaya gedib divara söykənmişdir. Mehribanı özünü saxlaya bilməmiş və üzərinə yıxılmışdır. Avtomobil ayağına dəyməsinə və xəsarət almağına görə Mehribanın üzərinə yıxılmasından sonra ayaq üstə dayana bilməmiş və ikisi də yerə yıxılmışlar. Bundan sonra isə avtomobildən Mirseyidin yanında olan adını sonradan bildiyi Ramil düşmüşdür. Ramil düşdükdən sonra divara sıxılmaqlarını görmüşdür. Həmin vaxt Mehriban və Sevda onları acılamışlar. Daha sonra isə onları oradan çıxıb getmişlər. Onlar isə evə getdikdən sonra polisə məlumat vermək üçün Kollecin yanına getmişlər. Kollecin yaxınlığında həmişə polis olduğunu bilmişlər. Onlar orada polisə dedikdən sonra evə getmişlər. Evdə olan zaman Ramil və Mirseyid onların evinə gəlmişlər. Həmin vaxt səsə bayıra çıxdıqda Ramil və Mirseyidin qapının yanında, çöl tərəfdə olmasını görmüşlər. Həmin vaxt Ramil onlardan üzr istəsə də Mirseyid “onlar kimdiki sən onlardan üzr istəyirsən” deyib onlara “polisə versəz kişi qızı deyilsiz” demişdir. Daha sonra isə Sevda polislə danışıb onların gəlməsini polisə dedikdə Mirseyid polisə məlumat verdiyini görmüş və bundan sonra onlar çıxıb getmişlər. Daha sonra həmin vaxt “102” xidmətinə məlumat vermişlər. Göstərmişdir ki, ayağından xəsarət aldığına görə xəstəxanada müalicə almışdır. Həmçinin Mirseyid əvvəlcə onunla maraqlanmadığına və törətmiş olduğu əmələ laqeyid yanaşdığına görə ondan şikayətçi olmuşdur. Lakin Mirseyid və ailəsi sonradan onların müalicə üçün xəstəxanada çəkdikləri xərci qarşılayaraq onlara 700 manat pul vermişlər. Buna görə də hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan hər hansı şikayəti və tələbi yoxdur. Gələcəkdə həmin şəxs barəsində heç bir şikayətinin və tələbinin olmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs hər hansı cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qanuni nümayəndəsi olan anasına görə yolun üzaqlığını və onun özünün dərslərindən icazə ala bilməməsini nəzərə alaraq sonrakı bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi -anası Qanuni nümayəndə məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, Samux rayonu, Qarayeri qəsəbəsində Kommunal Təsərrüfat birliyində xadiməçi olaraq işləyir. Zərərçəkmiş şəxs onun qızıdır. Xatirə 2020-ci il tarixdən X8 Kollecində “arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alır və hazırda 2-ci kurs tələbəsidir. Şəkidə tanışları olmadığına görə Xatirə Kollecin yaxınlığında kirayədə qalır. O isə işi ilə əlaqədar Samux rayonunda qalır. 09 dekabr 2021-ci il tarixdə təxminən 18:00 radələrində qızı Xatirə ona zəng edərək yolda onu maşının vurmasını, maşının onun ayağının üzərindən keçməsini, buna görə də xəsarət almasını bildirmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar səhəri günü Şəki rayonuna gəlmişdir. Şəki rayonuna gəldikdən sonra qızının avtomobil vurması ilə əlaqədar olaraq Şəki ŞRPŞ-nə ərizə yazmışdır. Qızını avtomobil vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu, Mirseyidin Xatirənin otaq yoldaşı Mehribana görə dəfələrlə dərsdən çıxdıqdan sonra Mehribanın arxalarıyca gələrək onunla tanış olmaq istəməsini, həmin vaxt Xatirənin də onlarla birlikdə olduğunu öyrənmişdir. Bundan sonra qızının tibbi ekspertizadan keçirtmişdir. Həmin vaxt onun xəsarət alması təsdiqlənmişdir. Göstərmişdir ki, qızı Xatirə ayağından xəsarət aldığına görə onu xəstəxanada müalicə etdirmişdir. Həmçinin Mirseyid əvvəlcə onlarla maraqlanmadığına və törətmiş olduğu əmələ laqeyid yanaşdığına görə ondan şikayətçi olmuşlar. Lakin Mirseyid və ailəsi sonradan onların müalicə üçün xəstəxanada çəkdikləri xərci qarşılayaraq onlara 700 manat pul vermişlər. Buna görə də hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan hər hansı şikayətləri və tələbləri yoxdur. Gələcəkdə həmin şəxs barəsində heç bir şikayətinin və tələbinin olmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs hər hansı cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin yolun üzaqlığını və Xatirənin dərslərindən icazə ala bilməməsini nəzərə alaraq sonrakı bütün məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərmişdir ki, X6 “arxiv işi və kargüzarlıq” ixtisasında təhsil alır, 2-ci kurs tələbəsidir. Yevlax rayonunda qeydiyyatda olduğu üçün X8 Kollecinin yaxınlığında olan evdə kirayədə qalır. Həmin evdə ondan başqa həmin kollecdə təhsil alan Xatirə və Sevda da qalır. hər gün birlikdə evdə çıxıb Kollece gedir və birlikdə də geriyə qayıdırlar. Yaxın məhlədə yaşayan Mirseyid adlı oğlan tanış olmaq üçün bir neçə dəfə dərsdən çıxanda, yaxud dərsə getdikdə onun arxasınca gəlmişdir. Lakin onun heç vaxt Mirseyidlə tanış olmaq niyyəti olmamış, ona üz verməmiş, onunla heç bir münasibəti olmamışdır. 09 dekabr 2021-ci il tarixdə həmşəki kimi Kollecdən çıxıb evə getmişlər. Həmişə dərsin 17:10-da bitməsinə baxmayaraq bu dəfə bir qədər dərsləri tez bitdiyi üçün tez çıxmışlar. Həmşəki kimi Xatirə və Sevda ilə birlikdə kollecdən çıxıb evə getmişdir. Evə getməkdən ötrü Kollecdən çıxdıqdan sonra bir qədər aşağı düşüb küçə ilə piyada getməyə başlamışlar. Həmin vaxt Mirseyid Opel markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə yanlarından keçmişdir. Həmin vaxt onun yanında bir nəfər tanımadığı oğlanda olmuşdur. Sonradan isə həmin oğlanın Mirseyidin xalası oğlu olduğunu bilmişdir. Mirseyid yanından avtomobil ilə keçdikdən sonra irəlidəki küçədən sağa dönmüşdür. Avtomobil sağa dönən zaman artıq həmin avtomobilə çatmış və avtomobilin arxa hissəsindən keçmək istəmişlər. Bu vaxt Mirseyid avtomobili geriyə hərəkət elətdirmişdir. Həmin vaxt hər üçü avtomobilin tam arxasında olmuşdur. Avtomobilin arxasında keçən zaman Mirseyid gözləmədiyi halda avtomobili geriyə hərəkət etdirmişdir. Avtomobilin üzərinə gəldiyini gördükdə Xatirə avtomobilin arxa hissəsindən əli ilə vurub “görmürsənmi” demişdir. Lakin həmin vaxt artıq gec olmuş və avtomobil Xatirənin ayağının üzərindən keçmişdir. Bundan sonra isə qorxaraq müvazinətini itirmiş və Xatirənin üzərinə yıxılmışdır. Daha sonra isə onları acılamışdır. Onlar evə getdikdən sonra polisə məlumat vermək üçün Kollecin yanına getmişlər. Kollecin yaxınlığında həmişə polis olduğunu görmüşlər. Orada polisə dedikdən sonra evə getmişlər. Evdə olan zaman Ramil və Mirseyid evə gəlmişlər. Mirseyid və Ramil evə gəldikdən sonra Mirseyid qapını təpiklə açmışdır. Həmin vaxt səs küyə çıxdıqda Ramil və Mirseyidin qapının yanında, çöl tərəfdə olmasını görmüşlər. Həmin vaxt Ramil üzr istəsə də Mirseyid “onlar kimdiki sən onlardan üzr istəyirsən” deyib “polisə versəz kişi qızı deyilsiz” demiş nalayiq ifadələr işlətmişdir. Daha sonra isə Sevda polislə danışıb onların gəlməsini polisə dedikdə Mirseyid polisə məlumat verdiyini görmüş və bundan sonra onlar çıxıb getmişlər. Həmin vaxt 102 xidmətinə məlumat vermişlər. Bildirmişdir ki, həmin hadisə 09 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində Şəki şəhəri, Vidadi küçəsində baş vermiş, hadisə zamanı heç bir xəsarət almamış, sadəcə müvazinətini itirib yıxılmış, həmin vaxt bədənin hər hansı nahiyəsindən xəsarət almamışdır. Mirseyidin onların avtomobilin tam arxasında olduqlarını görüb görmədiyini bilməsədə o, geriyə dönüb yenidən onun yanından keçmək üçün dönmüşdür. Həmin vaxt avtomobil ilə arasında məsafənin 1 metr olmuşdur. Avtomobili Mirseyid idarə etmişdir. Hadisədən sonra Mirseyid avtomobildən düşməsə də, Ramil avtomobildən düşüb yaxınlaşıb kömək etmək istəmiş, ancaq onu acıladığına görə onlar çıxıb getmişlər. Bildirmişdir ki, Mirseyid əvvəllər xəsarət yetirmək üçün heç bir hərəkət etməmiş, öldürməklə onları hədələməmişdir. Həmin vaxt Mirseyid ciddi xəsarət yetirmək imkanına malik olmuş, hadisədən sonra heç bir hərəkət etməmiş, çıxıb getmişdir. Onlarla Mirseyid arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Üzrlü səbəbdən məhkəməyə gəlməyən lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı eyni məzmunlu izahat verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərmişdir ki, X3 xilasedici kimi işləyir. Özünə məxsus **-TL-*** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtomobili vardır. 09 dekabr 2021-ci il tarixdə işdən gəldikdən sonra təxminən saat 16:00 radələrində evə gəlmişdir. Evə gəldikdən sonra ona məxsus 2 qoyunu dostu Mirseyid ilə birlikdə qırxmışlar. Qoyunları qırxdıqdan sonra siqaret olmadığına görə siqaret almaq üçün Xan Sarayının yanına gedib oradan siqaret almışlar. Siqaret almaq üçün evdən ona məxsus avtomobil ilə çıxmış və avtomobili özü idarə etmişdir. Siqaret aldıqdan sonra geri qayıdan zaman Mirseyid ona avtomobil idarə etmək istədiyini demişdir. O, da ara küçələr olduğuna görə ona avtomobili idarə etməyinə narazılıq etməmiş və yerləri dəyişmişlər. Mirseyidin sürücülük vəsiqəsinin olmadığını, avtomobili yaxşı idarə edə bilmədiyini “xam” olduğunu bilmişdir. Həm sürməsi, həm də öyrənməsi üçün ona avtomobili vermişdir. Mirseyid avtomobili idarə etdikdən sonra Vidadi küçəsi ilə evinə tərəf getmişdir. Həmin küçədən yolun kənarında 3 nəfər qızı keçdikdən bir qədər sonra evinə tərəf sağa dönmək istəmişlər. Lakin həmin vaxt küçə dar olduğuna və Mirseyid də “xam” olduğuna görə avtomobili yaxşı döndərə bilməmişdir. Bu vaxt ona avtomobili bir qədər irəli sağa verdikdən sonra geriyə verməsini və daha sonra küçəyə dönməsini demişdir. Bundan sonra isə Mirseyid avtomobili bir qədər sağa irəli verdikdən sonra avtomobili geriyə verməyə başlamışdır. O, avtomobili geriyə verən zaman “xam” olduğuna görə bir qədər sürətli vermişdir. Həmin vaxt sağ güzgüdən bayaq yanlarından ötüb keçdiyi 3 xanımın avtomobilin arxasından keçməsini görüb Mirseyidə saxlamasını demişdir. Elə həmin ərəfədə avtomobil artıq qızlara dəymiş və qızlar ucadan “görmürsünüz” deyib onları acılamağa başlamışlar. Daha sonra isə hər ikisi avtomobildən düşmüşlər. Avtomobildən düşən zaman qızlardan birinin əlini bədəninə sıxmasını və divara söykənməsini, digər 2 qızın isə bir qədər kənarda olmasını görmüşdür. Bundan sonra isə qızlardan üzrxahlıq etsə də onlar xəsarət aldıqlarına görə onlarla acıqlı danışmış və çıxıb getmişlər. Lakin qızların şikayət etməməkləri üçün onların qaldıqları evə getmək istəmişlər. Mirseyid həmin xanımların yaşadıqları küçədən yuxarıda yaşadığına görə onların yaşadığı evi bilmişdir. Buna görə də onların evinə gedib qapını döyərək üzrxahlıq eləmək istəmişlər. Mirseyid qapını döydükdən sonra xanımlardan biri qapını açdıqdan sonra digər xanımlarda qapı tərəfə gəlmişlər. Həmin vaxt Mirseyid ilə xanımlar arasında sözlə mübahisə yarandığına görə çıxıb getmişlər. Bildirmişdir ki, hadisə 09.12.2021-ci il tarixdə saat 17:00 radələrində Şəki şəhəri, Vidadi küçəsində baş vermişdir. Onun sürücülük vəsiqəsi vardır. Avtomobil onun adına olmuşdur. Hadisə zamanı ayıq olmuşdur. Həmin xanımlar evin yaxınlığında kirayədə qalmışlar. Buna görə də onları tanımışlar. Aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. Avtomobilin sağ güzgüsündən xanımların keçməsini görən kimi Mirseyidə avtomobili saxlamağını desə də artıq gec olmuş, avtomobil qızlara dəymişdir. İşdə olan 10.12.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ayıq olmuşdur. (i\v səh. 27) İşdə olan məhkəmə tibbi ekspertizasının 13.12.2021-ci il tarixli, 712 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı sağ aşıq-daban oynağının hemartrozu, oynaqda hərəkət məhdudluğu, travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, sağ budun yumşaq toxumalarının əzilməsi, kəskin ağrı sindromu xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixdə 09.12.2021-ci il tarixinə uyğundur, xəsarətin qərarın təsviri hissəsində qeyd edilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. (i\v səh. 47-48) İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuş və 15.12.2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 14.12.2021-ci il tarixli, 016- 300-279-1221 nömrəli məktubundan görünür ki, yaradılmış mərkəzləşdirilmiş komputer bazasına əsasən Şəki şəhəri, Vidadi küçəsi ev 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. Şəki şəhəri, M.V.Vidadi küçəsi ev 57-də qeydiyyatda olan Şahid1 məxsus Opel Vectra markalı 99TL395 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Təqsirləndirilən şəxsun adına verilmiş nəqliyyat vasitəsindən istifadə və ya nəqliyyat vasitəsinə dair sərəncam hüququnun olması barədə etibarnamə aşkar edilməmişdir. (i/v 99) İşdə olan 24.01.2022 tarixli Şəki şəhər İHB-nin “Dəmirçi bulağı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəki şəhəri, Vidadi küçəsi ev 12 ünvanda yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (i/v 162-163) İşdə olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 13.01.2022-ci il tarixli 8/3378 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərci 100 manatdır. (i\v 164-167). İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 15.02.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i\v 169) İşdə olan Şəki rayon Psixiatriya Xəstəxanasının 27.01.2022-ci il tarixli, 101 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, Vidadi küçəsi ev 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs, Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (i/v 170) İşdə olan Şəki RMX-nin 26.01.2022-ci il tarixli, 155/1 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, Vidadi küçəsi ev 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs 04.06.2019-cu ildən “Kannabinoidlərin epizodik qəbulu” (marixuana) diaqnozu ilə Şəki RMX X9 Narkologiya Kabinetində qeydiyyatdadır. (i/v 174) İşdə olan Şəki rayonu İcra və Probasiya Şöbəsinin 28.01.2022-ci il tarixli, 211/10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəza müddəti 15 fevral 2021-ci ildə bitdiyi üçün İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (i/v 181) İşdə olan 26.02.2022-ci il tarixli Samux rayon İHB-nin Qarayeri qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və 26.02.2022-ci il tarixli xasiyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, X10 Kollecində təhsil aldığı müddət ərzində isə heç bir zərərli vərdişi və mənfi xüsusiyyətləri nəzərə alınmamışdır. (i/v 191; 229-231) İşdə olan 26.02.2022-ci il tarixli Samux rayon İHB-nin Qarayeri qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və 26.02.2022-ci il tarixli xasiyətnamədən görünür ki, Qanuni nümayəndə Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamışdır. (i/v 226-228) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət vurmasına səbəb olması tam sübuta yetirilir və təqsirləndirilən şəxsin bu əməli Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edərək ondan şikayət və tələbinin olmamasını, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin zərərçəmiş şəxs Zərərçəkmiş şəxs müalicə xərclərini qarşılamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs çəkilməsi real olan, Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respulikası CM-nin 69.4-cü maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarına əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Buna görə də təqsirləndirilən şəxsə cəza təyin olunarkən qanunun bu norması tətbiq olunmalı və ona təyin olunmalı cəza yüngülləşdirilməlidir. Ona görə də Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutularaq həbsdə saxlanıldığı 3 (üç) gün müddət nəzərə alınmaqla ona təyin olunacaq cərimə cəzası yüngülləşdirilməlidir. 100 (yüz) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə maddi ziyanın, maddi sübutun, mülki iddianın və üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353 və 356-cı maddələrinə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il, altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6300 (altı min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutularaq həbsdə saxlanıldığı 3 (üç) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq bir il, altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə maddi ziyanın, maddi sübutun, mülki iddianın və üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov.
Məhkəmə qərarları › İş №1(075)-38/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-38/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver