Məhkəmə qərarları › İş №1(075)-38/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-38/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-38/2024 10.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2000-ci il ildə Tovuz rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, "X24 Baku" şirkətində sürücü işləmiş, ali təhsilli, məhkumluğu olmayan, Tovuz rayonu, Azaflı kəndində pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə X4 880 (səkkiz yüz səksən) manat pul müqabilində təhsil aldığı Azərbaycan Dövlət İqtisadiyyat Üniversitetində yaranmış akademik borcun ödənilməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 18 aprel 2023-cü il tarixdə, saat 1907 dəqiqədə X3 onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid6 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş **********462595 nömrəli kart hesabına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi H.Allahverdiyev küçəsində yerləşən nömrəsiz evdən mobil telefon vasitəsilə göndərdiyi 180 (bir yüz səksən) manat, 19 aprel 2023-cü il tarixdə, saat 1420 dəqiqədə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid6 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş **********462595 nömrəli kart hesabına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi H.Allahverdiyev küçəsində yerləşən nömrəsiz evdən mobil telefon vasitəsilə göndərdiyi 700 (yeddi yüz) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxs X4 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 880 (səkkiz yüz səksən) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 21.446 manat pul müqabilində oğlu Şahid1 “Socar” şirkətinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə saat 1640 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə 416973...7117 nömrəli kart hesabına göndərdiyi 162 manat, oğlu Şahid1 vasitəsi ilə 10 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 26 saylı notariat kontorunda notarial qaydada verdiyi 5000 manat, xx.xx.2023-cü il tarixdə, saat 1127 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 5000 manat, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 300 manat, 17 may 2023-cü il tarixdə, saat 13:20 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 300 manat, xx.xx.2023-cü il tarixdə, saat 1950 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 1305 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid6 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş **********462595 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 1555 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …5808 nömrəli kart hesabına göndərdiyi 400 manat, xx.xx.2023-cü il tarixdə, saat 2024 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …2595 nömrəli kart hesabına göndərdiyi 1400 manat, 23 may 2023-cü il tarixdə, saat 1835 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 200 manat, 25 may 2023-cü il tarixdə, saat 1835 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 1705 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …9586 nömrəli kart hesabına göndərdiyi 600 manat, xx.xx.2023-cü il tarixdə saat 1758 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …5808 nömrəli kart hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 1829 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …9586 nömrəli kart hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 1629 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 300 manat, xx.xx.2023-cü il tarixdə, saat 1842 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …7645 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 0900 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 300 manat, xx.xx.2023cü il tarixdə, saat 1233 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 1150 manat, xx.xx.2023-cü il tarixdə, saat 1305 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 2046 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə saat 1439 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 1203 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 800 manat, xx.xx.2023cü il tarixdə, saat 1642 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 180 manat, xx.xx.2023-cü il tarixdə, saat 1317 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …7645 nömrəli kart hesabına göndərdiyi 1400 manat, xx.xx.2023-cü il tarixdə, saat 1621 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …9106 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 1302 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 1742 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 1900 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş …71311033 nömrəli kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2023-cü il tarixdə, saat 1627 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş …71311033 nömrəli kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2023cü il tarixdə, saat 2004 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun göndərdiyi …1033 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 1643 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 71 manat, xx.xx.2023-cü il tarixdə, saat 1848 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə oğlu Şahid1 adına olan 416973….0335 nömrəli kart hesabına, həmin hesabdan da sonuncunun onun özünün adına olan …65226767 nömrəli kart hesabına göndərdiyi 233 manat, xx.xx.2023-cü il tarixdə, saat 1207 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş …71311033 nömrəli kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 1608 dəqiqədə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş «Milliön» ödəniş terminalı vasitəsi ilə onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş …71311033 nömrəli kart hesabına göndərdiyi 100 manat olmaqla ümumilikdə 21.446 (iyirmi bir min dörd yüz qırx altı) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda yəni, 21.446 (iyirmi bir min dörd yüz qırx altı) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli məhkəmə istintaqı zamanı özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2017-ci ildə orta məktəbi başa vurduqdan sonra Hərbi Dəniz Qüvvələrinə hərbiçi kimi işə düzəlmiş, təxminən 2 il yarım xidmət etdikdən sonra yıxılaraq qıçı və qolu sındığına görə öz razılığı ilə işdən çıxmışdır. Bundan sonra o, bir müddət Bakı şəhərində tikintidə iş icraçısı kimi işləmişdir. 2023-cü ilin may ayının əvvəllərində dostu Anarın vasitəsi ilə Bakı şəhərində yaşayan Sona xanımla tanış olmuş, söhbət zamanı Sona xanım yazıçı-jurnalist işlədiyini, bəzi işləri düzüb-qoşa bildiyini söyləmiş, eyni zamanda o da Sona xanıma bəzi işləri düzüb qoşduğunu demiş, bir-birlərinin mobil telefon nömrəsini götürmüşlər. Bir neçə gün sonra Sona xanım Şahid1 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və diplomunın şəkillərini Whatsapp proqramı vasitəsi ilə ona göndərib, bu adamı «X20» şirkətinə işə düzəltmək lazım olduğunu bildirmişdir. O, Sona xanıma, ilkin olaraq sənədlərin hazırlanması üçün 162 manat pul lazım olduğunu demiş və pulun köçürülməsi üçün öz adına olan LeoBank tərəfindən verilmiş kartının şəkilini göndərmişdir. Həmin vaxt Sona xanımın Seymurdan qeyd olunan şirkətə işə düzəlməsi üçün 10.000 manat pul istəməsi ona məlum olmuşdur. O, Seymura işə düzəlməyinə söz verdiyini, ancaq pulun verilməsinə cavabdeh olmadığını demişdir. Sona xanım telefonda Seymurun atası Elçinlə danışmış, Elçin isə Sona xanıma inanmadığı üçün razılaşmamışdır. Onlar ayrılmış, o, idarə etdiyi avtomaşına tərəf gedəndə, Seymur da Sona xanımdan ayrılıb ona yaxınlaşmış, Sona xanım özü çıxıb getmişdir. Seymur ondan əvvəlcədən göndərdiyi 162 manat pulu istəyəndə o, Seymura işini 3 günə kimi düzüb qoşacağını, əgər inanmırsa, pulu ona natariat qaydasında verməsini demişdir. Həmçinin onun pula ehtiyacı olduğu üçün işini bu istiqamətdə qurub pul əldə etməkdən, Seymuru və atası Elçini inandırmaqdan ötrü Seymurun atası ilə də mobil telefonda danışıb, işi guya Zamiq müəllim adlı şəxs düzüb qoşacağını, 5000 manat notariat qaydasında rəsmi verib, işi düzəldəndən sonra qalan 5000 manatı verməsini təklif etmişdir. Hətta o, ***-***-**-** mobil telefon nömrəsini Zamiq müəllim adı ilə qeydiyyata almışdır ki, yoxlayan olsa həqiqətən də Zamiq müəllim adında şəxsın varlığına inansın. Həmçinin həmin vaxt o, Seymura Zamiq müəllimlə görüşüb qayıdacağını deyib gözləməsini tapşırmış, Seymur da inanıb gözləmişdir. O, Seymurdan ayrılıb 15-20 dəqiqədən sonra qayıdıb gəlmiş, Seymura, Zamiq müəllim onun «X20» şirkətinə işə düzəlməyinə köməklik edəcəyini deməsini söyləmişdir. O, Seymurla birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 26 saylı Notariat kontoruna getmiş, Seymur ona narariat qaydasında 5000 manat pul vermiş, rüsumu da Seymur ödəmişdir. O, pulu götürüb, işini 3 günə kimi düzüb qoşacağını Seymura demişdir. O, Seymurdan görtürdüyü 5000 manat puldan heç kimə verməmişdir. Seymurla danışıb onu və atasını inandırdıqdan sonra o, Bakı şəhərində SOCAR şirkətinə oxşar şirkətlərlə maraqlanmış, «X20» şirkətində boş yerlər olduğunu müəyyən etmişdir. Buna görə Şahid1 adından həmin şirkətə CV vermişdir. Sabahısı gün Seymuru «X20» şirkətinə aparmışdır. Kimin adamı olmasının əhəmiyyəti olmadığını və ad desə belə maraqlanmayacaqlarını bildiyi üçün şirkətə daxil olmamış Seymura soruşan olsa Zamiq müəllimin adamı olmasını deməsini tapşırmışdır. Həmin vaxt müsahibədən keçirib təxminən 3 günün içərisində Seymurun «X20» şirkətinə işə düzəlməsi ilə bağlı əmri verilmişdir. Əmr veriləndən sonra Seymurun atası Elçin onun göndərdiyi özünə məxsus kart hesabına 5000 manatı köçürmüşdür. O həmin 5000 manat puldan da heç kimə verməmişdir. Təxminən 2-3 gün işləyəndən sonra Seymur həmin şirkətdə işləmək istəməyib oranın SOCAR şirkəti deyil, özəl şirkət olduğunu, SOCAR şirkətinə işə düzəlmək istədiyini demişdir. O, Seymura, Sona xanımın onu «X20» şirkətinə işə düzəlməsini deməsini desə də, Seymur və atası Elçin narazılıq edəndə o, Elçinə, Zamiq müəllimin işi düzüb qoşacağını yalandan söyləmişdir. Bundan sonra o, Zamiq müəllimin adından istifadə edib ***-***-**-** mobil telefon nömrəsinin Whatsapp proqramı vasitəsi ilə Elçinin telefonunun Whatsapp proqramına, «mənə deyirlər ki, Seymuru «X20» şirkətinə işə düzəlməsinə köməklik edim» yazmış, Elçin də həmin nömrəyə oğlu Seymuru SOCAR şirkətinə işə düzəltmək istədiyini yazmışdır. O, Elçinə cavab verib Seymurun SOCAR şirkətinə işə düzəlməsinə köməklik edəcəyini yazmışdır. Bir müddət bu səpgidə Elçinlə yazışmışlar. Sonra o, Elçinə, guya Seymurun SOCAR şirkətinə müsahibəyə çağırıldığını, lakin Seymurun müsahibəyə gecikdiyini yazmış, Elçindən Seymurun müsahibədən keçməsi üçün pul göndərməsin istəmiş, Elçin də yazdığı məbləğdə pulu göndərmişdir. O, Zamiq adından özü istifadə etmiş, bəzən Elçinlə Zamiq adı ilə danışmış, guya oğlunu SOCAR şirkətinə işə düzəlməsinə köməklik edəcəyini bildirib Elçindən pul istəmişdir. O, Elçinə, Zamiq müəllimin talış zonasından olduğunu, oğlunun işini guya Zamiq müəllimin həll edəcəyini demiş, bir neçə dəfə zəng edib müxtəlif məbləğlərdə pul göndərməyini istəyəndə özü Eçinlə talış ləhcəsində danışmışdır. Elçinin ümumilikdə göndərdiyini pulun qədəri dəqiq yadında qalmamış, ona pul lazım olanda Elçinə zəng edib bir bəhanə gətirib pul göndərməsini demiş, Elçin də inanıb dediyi məbləğdə pulları göndərmişdir. Bir müddətdən sonra Elçin ona zəng edib oğlunun işi düzəlmədiyi üçün pulunun qaytarılmasını istəmişdir. O, Elçini inandırmaq üçün tanışı Xəyalədən, digər tanışı Zərərçəkmiş şəxs2 adına alıb saxlamaq üçün Xəyaləyə verdiyi ***-***-**-** nömrəsini mobil telefonuna salıb Elçinə zəng edib oğlu Seymurun işinin düzəldiyini, SOCAR şirkətinin kadrtlar şöbəsinə gəlib oğlunun sənədlərini götürməsini deməsini xahişdir. Xəyalə bunu etmək istəməmiş, o, xahiş etmiş, narahat olmamasını Elçinin oğlunun işinin düzəldiyini, sadəcə zəng edib məlumat vermək lazımdır olduğunu demişdir. Xəyalə də inanıb ***-***- **-** nömrəsini özünün mobil telefonuna salıb Elçinə zəng edib oğlunun SOCAR şirkətinə işə düzəldiyini demişdir. Sonra o, Elçinə zəng edib əlavə pul istəyəndə, Elçin artıq ona inamadığı üçün pul göndərməmiş, əksinə verdiyi pulları istəmişdir. Şikayət etməməsi üçün o da hər dəfə bir bəhanə gətirib, pulunu verəcəyini demişdir. Sonra Elçin ondan şikayət etmişdir. Elçin zəng edib pulunu istəyən zaman ona ümumilikdə 21.000 manat pul verdiyini bildirmiş, o, Elçinə, 10.000 manata oğlu Seymuru «X20» şirkətinə işə düzəltdiyini, Seymurun iş yerinin dəyişməsi ilə bağlı göndərdiyin 10.000 manatı qaytara biləcəyini demişdir. Elçin isə razılaşmayıb verdiyi pulun hamısını istəmişdir. Elçin pulları onun adına olan karta göndərmiş, sonra onun kartı bloklanmışdır. Buna görə o, Şahid5, Şahmur Eyvazovdan və Şahid6 kartının nömrəsini öyrənmiş, onun üçün ayrı-ayrı vaxtlarda kartlarına göndəriləcək pulları özü çıxarmasına icazə vermələrini xahiş etmişdir. Həmin şəxslər də onu tanıdıqları üçün etiraz etməmişlər. Şahmur Eyvazovun və Şahid6 kartına 1- 2 dəfə pul göndərilmişdir. Lakin Şahid5 yaxında yaşadığına görə çox vaxt pulu Qasımın kartına göndərməsini Elçinə demişdir. Pul qeyd etdiyi şəxslərin kartına yüklənən kimi pulları o, özü çıxarmışdır. Son vaxtlar Qasım kartdan istifadə etmədiyi, ona isə tez-tez pul göndərildiyi, hər dəfə narahat etməməsi üçün Qasım öz kartını ona vermiş, kart onda olmuşdur. Təkcə Şahid6 kartına göndərilən 1350 manat puldan Rusif onun üçün xərclədiyi ümumilikdə 1100 manatını özünün əmək haqqı kartına köçürərək götürmüş, qalan 250 manatı o, özü çıxarmışdır. Şahid5, Şahmur Eyvazov və Şahid6 həmin pulu Elçini aldadaraq aldığımı deməmiş və onlar bu barədə bilməmişlər. Bundan başqa, 2023-cü ilin aprel ayının əvvəllərində həmkəndlisi Anar ona zəng edib qrup yoldaşının kəsiri olduğunu bildirib, kömək etməyin mümkünlüyünü soruşmuş, o da heç bir problem olmadığını, kəsiri düzəltdirə biləcəyini qeyd etmişdir. Bundan sonra bir nəfər zəng edib adının Tural olduğunu, telefon nömrəsini Anardan aldığını, imtahandan kəsiri olduğunu bildirmişdir. O da Turala, maraqlanıb deyəcəyini söyləmişdir. Bir gün sonra o, Turala zəng edib, müəllimlə danışdığını, kəsirini düzəldəcəyini, bunun müqabilində 880 manat verməli olduğunu demiş, Tural da razılaşmışdır. Həmin vaxt o, Turalın mobil telefonunun Whatsapp proqramına kart nömrəsi göndərib pulu həmin karta göndərməsini tapşırmış, Tural 880 manat pulu həmin karta göndərmiş, o pulu kartdan çıxarıb özü xərcləmiş, heç kimə pul verməmişdir. Tural zəng edib kəsiri ilə bağlı soruşanda, o, hər dəfə bir bəhanə gətirib guya müəllimə dediyini, yaxın vaxtda kəsiri düzələcəyini demişdir. X9 RPİ-nə şikayət ərizəsi yazdığını eşitmişdir. Zərərçəkmiş şəxs2 aldadıb 880 manat pulunu ələ keçirməsini X15 və X1 heç bir rolu olmamış, onun fikirini bilməmişlər. Həmçinin o, aldığı puldan həmin şəxslərə heç nə verməmişdir. O, törətdiyi əməlindən peşman olmuş, gələcəkdə bu kimi hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, zərərçəkmiş şəxslərin ondan qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onlara dəymiş maddi ziyanın hər ikisinə tamamlə ödənildiyini, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma oğludur. Oğlu Seymur Azərbaycan Dövlət Neft və Sənayə Universitetini 2020-ci ildə bitirib, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə getmiş və hərbi xidməti başa vurduqdan sonra Şəki şəhərinə qayıtmışdır. Oğlu Seymur SOCAR şirkətinə işə düzəlmək üçün bir neçə yerə CV vermiş, lakin konkret bir işə dəvət olunmamış, buna görə kənddə qalıb ona kömək etmişdir. 2023-cü ilin mart ayının ortalarında həmkəndlisi Nemətin oğlu Vüqar ilə söhbət edən zaman oğlu Seymuru SOCAR şirkətinə işə düzəltmək istədiyini bildirmişdir. Vüqar ona Bakı şəhərində yaşayan, jurnalist işləyən Sona adlı tanışının olduğunu, birlikdə Bakı şəhərinə gedib həmin qadınla söhbət etmələrini təklif etmiş, o razılaşıb oğlu Seymuru da götürüb Vüqarla birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində X2 yaxınlığında yerləşən kafelərin birində oturmuşlar, bir neçə dəqiqədən sonra adını sonradan bildiyi Şahid3 adlı qadın kafeyə gəlmişdir. Birlikdə çay içib söhbət edən zaman Sona özünü jurnalist və SOCAR-ın işçisi kimi təqdim edib ona, kanalları geniş olduğunu deyib, oğlunu hara işə düzəltmək istədiyini soruşmuş, o, oğlunu SOCAR-a işə düzəltmək istədiyini demişdir. Sona xanım problem olmadığını, oğlunu SOCAR şirkətinə işə düzəldə biləcəyini bildirmişdir. Həmçinin Sona xanım seçiləcək işdən asılı olaraq 7-15 min manat pul lazım olacağını söyləmişdir. O, Sona xanıma inanmadığı üçün heç nə deməyib Şəki şəhərinə qayıtmış, bundan sonra Sona xanım ona 2-3 dəfə zəng edib, pulunu verməsini təklif etmiş, oğlunu işə düzəldəcəyini, heç bir narahatçılıq olmayacağını, onu aldatmadığını demişdir. O, yenə də Sona xanıma inanmamış, həmçinin pulu olmadığı üçün pul göndərməmişdir. 07 may 2023-cü ildə oğlu Seymur ona, Sona xanımın onu SOCAR şirkətinə işini düzüb qoşduğunu, 10 min manat götürüb gəlməsini dediyini bildirmişdir. O, Sonaya inanmadığı üçün Seymura pul verməyib gedib yerində maraqlanmasını tapşırmışdır. Həmin gün saat 14 radələrində oğlu Seymur ona, Sona xanımın tanış və təqdim etdiyi Sübhan adlı şəxs ondan doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin, hərbi biletin, diplomun və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin şəkillərini çəkib Whatsapp vasitəsi ilə telefonuna göndərməyini istədiyini, həmçinin həmin sənədləşmə üçün 162 manat pul lazım olduğunu deməsini bildirmişdir. Eyni zamanda Sübhan Seymurun telefonuna pulun köçürülməsi üçün kart nömrəsi də yazmışdır. Həmin gün, xx.xx.2023-cü ildə saat 1640-da Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə Sübhanın göndərdiyi karta 162 manat pul göndərmişdir. Səhəri gün, xx.xx.2023-cü ildə o, oğlu Seymuru tək Bakı şəhərinə yola salmış, hər ehtimala qarşı Seymura 5000 manat pul vermişdir. Bakı şəhərində Sona xanım və Sübhanla görüşəndən sonra, ona zəng edib Seymur işə düzəlməsi üçün 10 min manat pul istədiklərini demişdir. O Seymura üstündə pul olduğunu deməməsini tapşırmış, pulun iş düzələndən sonra veriləcəyini söyləmişdir. Razılaşmadıqları üçün Seymur həmin adamlardan aralaşmış, bir neçə dəqiqədən sonra Seymur yenə də zəng edib, Sübhanın inanmırlarsa pulu notarial qaydada vermələrini təklif etdiyini ona demişdir. O, yenə də Sübhana inanmayıb pul verməməsini Seymura demişdir. Bu vaxt Sübhan özü telefonu Seymurdan götürüb ona ağsaqqal, dövlətin notariusuna inanmırsan, pulu notarial qaydada verəcəksən, sənin oğlunun işini düzüb qoşacam demişdir. Bundan sonra o, Sübhana inanmış və oğlu Seymura birlikdə natariat kontoruna gedib verdiyi 5000 manat pulu Sübhana verməsini demişdir. verdiyi 5 min manat pulu Seymur da notariusda Sübhana vermiş, Seymur notariusda 145 manat da rüsum ödəmişdir. Sübhan pulu götürəndən sonra 2 günə kimi oğlunun işini həll edəcəyini demişdir. Buna görə Seymur Bakı şəhərində qalmış, 11 may 2023-cü ildə zəng edib «X20» şirkətinə işə düzəlməyi barədə əmir verildiyini, əlavə 5000 manat da göndərməsini demişdir. O da həmin gün, xx.xx.2023-cü ildə saat 1127-də Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoylumuş Milliön ödəniş terminalı vasitəsi ilə Sübhanın özünün adına olan göndərdiyi karta 5000 manat pulu göndərmişdir, pulu göndərəndən sonra oğlu Seymura, «X20» şirkətinin SOCAR şirkətinin tabeliyində olubolmadığı ilə dəqiq maraqlanmasını tapşırmışdır. Həmin gün axşam oğlu Seymur ona zəng edib «X20» şirkətinin SOCAR şirkətinin tabeliyində olmadığını demişdir. X21 danışandan sonra işini Zamiq müəllim tapşırdığına görə həmin şirkətə işə götürdüklərini Sübhan demiş, Seymurun SOCAR şirkətinə işə düzəlmək istəyi ilə məsələnin həlli üçün Seymuru Zamiq müəllimə yönəltmişdir. Bundan sonra oğlu Zamiq müəllimlə yazışıb SOCAR şirkətinə işə düzəlmək istədiyini bildirmiş, Zamiq müəllim də oğluna, «X20» şirkətinə işə düzəlməsini deməsini yazmışdır. Seymur, «X20» şirkətinə işə düzəltmək barədə demədiyini bildirəndə özünü Zamiq müəllim kimi təqdim etmiş şəxs «X20» şirkətindən SOCAR şirkətinə iş yerini dəyişmək üçün əlavə 5000 manat da pul lazım olduğunu Seymura yazmışdır. O, vəziyyəti bilib razılaşmış və razılıq verməsini Seymura demişdir. Bundan sonra özünü Zamiq kimi təqdim etmiş şəxs oğlunun telefonuna kart şəkli göndərib pulun həmin karta göndərilməsini istəmişdir. Seymur ona Zamiqin göndərdiyi karta 300 manat göndərməsini demiş, o da həmin gün, xx.xx.2023-cü ildə saat 2020-də Zamiqin göndərdiyi karta 300 manat köçürtmüşdür. O, Sübhanla danışmış, Sübhan heç bir narahatçılıq olmadığını, Zamiq müəllim söz veribsə həll edəcəyini demişdir. 17 may 2023cü ildə Sübhan ona özünün adına olan kart şəklini göndərib, sənəddən ötrü Zamiq müəllimə 300 manat pul çatmalı olduğunu, pulu həmin karta göndərməsini demiş, o da həmin gün saat 1320-də həmin karta 300 manat pul göndərmişdir. Səhəri gün, xx.xx.2023cü ildə Sübhan yenə də sənəd düzəltmək üçün 100 manat pul istəmiş, o da həmin gün saat 1950-də Sübhanın kartına 100 manat göndərmişdir. Səhəri gün Sübhan ona, göndərdiyi 100 manatın onun kartına oturmadığını demiş, buna görə də həmin gün təkrar yenə həmin karta 100 manat göndərmişdir. Sübhan ona, Şahid6 adına olan kart şəklini göndərib 100 manatı həmin karta göndərməsini istəmiş, o da həmin gün, xx.xx.2023-cü ildə saat 1305-də milliön aparatı vasitəsi ilə həmin karta 100 manat pul göndərmişdir. O həmin pulların hamısını Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoylumuş Milliön ödəniş terminalı vasitəsilə göndərmiş, göndərdiyi pulların qəbzlərinin demək olar ki, hamısını saxlamışdır. Bundan sonra xx.xx.2023-cü ildə Sübhan yenə də sənəd üçün 400 manat pul istəmiş, oğlu Seymur isə ona, Sübhan guya pul karta oturmadığını deməsinə, həm də qəbzləri itirəcəyinə görə pulu Seymurun kartına göndərməsini, özü Sübhanın kartına göndərəcəyi demiş, o, həmin gün saat 1555-də oğlu Seymurun adına olan Birbank kartına 400 manat göndərmiş, oğlu da pulu Sübhana göndərmişdir. Bundan sonra özünü Zamiq kimi təqdim etmiş şəxs onun telefonunun Whatsapp proqramına yazaraq, oğlu Seymurun müsabiqəyə gecikdiyini bildirmiş, Seymurun sənədlərinin müsabiqədə qalması üçün 3000 manat pul istənildiyini, bunu 1500 manata düzüb qoşduğunu söyləmiş, 1500 manat tez tapıb göndərməsini istəmiş, o da inanıb xx.xx.2023-cü ildə, saat 2024-də 1400 manat pulu oğlunun kartına göndərmiş, Seymur da həmin pulu Sübhanın kartına köçürmüşdür. Sübhan hər dəfə bir bəhanə gətirib, guya səhiyyə üçün, sosial təminat üçün və sair vermək məqsədilə müxtəlif vaxtlarda və məbləğdə pullar almış, o, Sübhanın göndərdiyi kart hasabına 23 may 2023cü ildə saat 1835-də 200 manat, 25 may 2023-cü ildə saat 1835-də 200 manat, Sübhana göndərmək üçün oğlu Seymurun kartına xx.xx.2023-cü ildə saat 1705-də 600 manat, xx.xx.2023-cü ildə saat 1758-də 50 manat, xx.xx.2023-cü ildə saat 1829-da 200 manat, xx.xx.2023-cü ildə saat 1629-da 300 manat, xx.xx.2023-cü ildə saat 1842-də 50 manat, xx.xx.2023-cü ildə saat 0900-da 300 manat, xx.xx.2023-cü ildə saat 1233-də 1150 manat, həmin tarixdə saat 1305-də 100 manat, xx.xx.2023-cü ildə saat 2046-da 50 manat, xx.xx.2023-cü ildə saat 1439-da 100 manat, xx.xx.2023-cü ildə saat 1203-də 800 manat və həmin gün saat 1642-də 180 manatı Subhana, Sübhana verməsi üçün oğlu Seymurun kartına xx.xx.2023-cü ildə saat 1317-də 1400 manat, xx.xx.2023-cü ildə saat 1621-də 100 manat, xx.xx.2023-cü ildə saat 1302-də 50 manat, xx.xx.2023-cü ildə saat 1742-də Sübhanın kartına 100 manat, Zamiqin göndərdiyi Şahid5 adına olan karta xx.xx.2023-cü ildə saat 1900-da 1000 manat, xx.xx.2023-cü ildə saat 1627-də yenə həmin karta 1000 manat, Sübhana vermək üçün oğlu Seymurun kartına xx.xx.2023-cü ildə saat 1207-də 100 manat, həmin gün saat 1608-də Şahid5 kartına 100 manat göndərmişdir. Beləliklə Sübhan və Zamiq adlı şəxslər, oğlu Seymuru SOCAR şirkətinə işə düzəldəcəyi adı ilə aldaraqa ümumilikdə 21.446 manat pulunu ələ keçirmişlər. Bundan başqa o, 1500 manat da əlavə pul xərcləmişdir, dəfələrlə onu və oğlu Seymuru Bakı şəhərinə dəvət edib, hər dəfə Bakı şəhərinə gedib-gələndə 150-200 manat pul xərcləmişlər. Oğlu Seymura qısa müddətdə işə başlayacağını bildirib aldadaraq, təxminən 1 ay 18 gün Bakı şəhərində saxlamışdır, oğlu Seymur Bakı şəhərində qaldığı müddətdə təxminən 800 manat qalmağa və yeməyə xərcləmişdir. Bundan başqa o, Zamiqə və Sübhana təxminən 180 manat dəyərində pay alıb göndərmişdir. Sübhan adlı şəxs onunla əsasən ***-***-**-** və ***-***-**-** saylı, həmçinin ***-***-**-** saylı mobil telefon nömrələri ilə onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edib əlaqə saxlamışdır. Bundan başqa Sübhan ***-***-**-** nömrəsi ilə də onunla əlaqə saxlamışdır, özünü Zamiq kimi təqdim etmiş şəxs isə ***-***-**-** nömrəsi ilə onunla əlaqə saxlamışdır. ***-***-**-** nömrədən Sübhan və Zamiqdən başqa da əlavə 2 nəfər də onunla danışmışdır, həmin danışan şəxslər özünü Zamiq kimi təqdim etmiş, lakin həmin şəxslər başqa-başqa bölgələrin ləhcəsi ilə danışmışdır. Belə ki, biri talış, digəri isə Gəncə ləhcəsi ilə danışmışlar, ancaq Zamiq ***-***-**-** nömrənin Whatsapp proqramı vasitəsi onunla yazışmışdır. ***-***-**-** və ***-***-**-** nömrələrindən bir qadın ona zəng edərək adının Günay olduğunu və SOCAR-da kardlar şöbəsində işlədiyini bildirmişdir. Sübhan və Zamiq adlı şəxslər onu aldadıb ümumilikdə 20.362 manat pulunu aldıqdan sonra həmin Günay adlı qadın ona zəng edib, SOCAR-ın işçisi olduğunu, narahat olmamasını, oğlunun əmrinin verildiyini, təyinatdan asılı olaraq Zamiq müəllimə ya 1800 manat, ya da 3000 manat əlavə pul ödəməli olacağını demişdir. Lakin onun artıq inamı qalmadığı üçün heç kimə pul ödəməmişdir. O həmin pulları ayrı-ayrı vaxtlarda bir hissəsini Təqsirləndirilən şəxs göndərdiyi karta köçürmüşdür, böyük bir hissəsini isə oğlu Şahid1 adına olan Kapital bank tərəfindən verilmiş 4169 7388 8484 0335 nömrəli karta göndərmiş, Seymur da həmin pulları Təqsirləndirilən şəxs göndərdiyi Leobank tərəfindən verilmiş 4098 5844 6707 5808 nömrəli, Təqsirləndirilən şəxs özünün adına olan Leobank tərəfindən verilmiş 4098 5844 6522 6767 nömrəli, Şahid5 adına olan Leobank tərəfindən verilmiş 4098 5844 7131 1033 nömrəli, Şahid6 adına Leobank tərəfindən verilmiş **********462595 nömrəli və Şahmar Eyvazovun adına olan Azərbaycan Beynəlxalq Bank (ABB) tərəfindən verilmiş 4127 2081 1428 2253 nömrəli kart hesablarına köçürmüşdür. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi, bağışlayıb, təqsirləndirilən şəxslə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin 5-ci kursunda oxumuş, 2022-2023-cü ilin tədris ilinin 1-ci smesterində beynəlxalq iqtisadi hüquq fənnindən kəsiri yaranmışdır. Həmin fənn üzrə təkrar imtahana buraxılsa da, yenidən kəsilmişdir. Buna görə də dövlət imtahanına buraxılmamışdır, 08 aprel 2023-cü ildə tələbə yoldaşı X5 ona, tanışı və İqtisadiyyat Universitetinin tələbəsi X19 adlı tanışının, beynəlxalq iqtisadi hüquq fənnindən yaranmış akademik borcun ödənməsinə köməklik göstərə bilməsini demişdir. Tacəddin ona Anar Cəfərovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermiş, istəsə əlaqə saxlayıb özü danışmasını demişdir. O, Anarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni yığaraq, nömrəsini Tacəddinin verdiyini, beynəlxalq iqtisadi hüquq fənnindən kəsiri olduğunu demiş və kəsirinin düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Anar ona Sübhan adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəni verib, Sübhan ilə əlaqə saxlamasını demişdir. O, Sübhan adlı şəxsə zəng edərək, iqtisadi hüquq fənindən kəsiri olduğunu deyib, kəsirinin düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Sübhan heç bir problem olmadığını, İqtisadiyyat Universitetində tanışlarının çox olduğunu, ona köməklik edəcəyini bildirmişdir. Sübhan onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Whatsappına Şahid6u adına olan «Leo banka» məxsus **********462595 saylı plastik kart nömrəsi göndərib, iqtisadi hüquq fənindən yaranmış akademik borcunu həll etməkdən ötrü 880 manat pul köçürməsini istəmiş, o, Sübhan ilə razılaşmış, lakin hazırda pulunun olmadığını, bir neçə günə 880 manat pulu kartına göndərəcəyini demişdir. Bir neçə gündən sonra, 18 aprel 2023-cü ildə o, **********462595 saylı plastik kart hesabına 180 manat, səhəri günü 19 aprel 2023-cü ildə isə yenidən həmin kart hesabına 700 manat pul göndərmiş, sonra Sübhana zəng edərək ümumilikdə 880 manat pulu göndərməsini bildirmiş, bir müddət sonra Sübhan ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir, o da şəxsiyyət vəsiqəsinin surətini Sübhana vermişdir. Sübhan ona, iyun ayında akademik borcunun ödənəcəyini və dövlət imtahanına buraxılacağını demişdir. 2023-cü ilin may ayında İqtisadiyyat Universitetində keçirilən dövlət imtahanına kəsiri olduğu üçün buraxılmamış və buna görə də o, Universiteti bitirə bilmədiyi üçün 5-ci kursda yenidən qalmışdır. O, vəziyyətin belə olduğunu görüb Sübhana zəng edib, dövlət imtahanına buraxılmadığı üçün yenidən 5-ci kursda qaldığını demişdir. Sübhan ona, narahat olmamasını məsələsini həll edəcəyini söyləmişdir. O, artıq kömək etməsinə ehtiyac olmadığını Sübhana deyib, verdiyi 880 manat pulu qaytarmasını istəmişdir. Sübhan, istəmirsə qaytaracağını ona demişdir. O, Sübhan ilə bir neçə dəfə telefonda danışdıqdan sonra Sübhan telefonu söndürmüş və Sübhanla danışa bilməmişdir. O, Anar və Tacəddin ilə danışan zaman həmin şəxslər də pulunun Sübhan tərəfindən qaytarılmasına köməklik edəcəklərinə çalışdıqlarını desələr də, Sübhan tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş 880 manat pul ona qaytarılmamışdır. O, vəziyyəti belə görüb 11 iyun 2023-cü ildə DİN-nin 102 xidmətinə və ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etmişdir. O öz adına olan telefon nömrəsini Sübhana verməmiş, ola bilər ki, Sübhan onun şəxsiyyət vəsiqəsinin surəti ilə hansısa mobil telefonların satışı mağazasından onun adına mobil telefon nömrəsi alıb istifadə etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi, bağışlayıb, təqsirləndirilən şəxslə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Neft və Sənayə Universitetini 2020-ci ildə bitirmiş, ali təhsilini başa vurub hərbi xidmətə getmiş və hərbi xidməti başa vurduqdan sonra Şəki rayonuna qayıtmışdır. O, SOCAR şirkətinə işə düzəlmək üçün bir neçə yerə CV vermiş, lakin konrket bir işə dəvət olunmamışdır. İş olmadığı üçün kənddə qalıb atasına köməklik etmişdir. 2023-cü ilin mart ayının ortalarında atası Zərərçəkmiş şəxs1 həmkəndlisi Vüqar Nemət oğlu ilə söhbət edən zaman sonuncuya, onu SOCAR şirkətinə işə düzəltmək istədiyini bildirmişdir. Vüqar da atasına, Bakı şəhərində yaşayan, jurnalist işləyən Sona adlı tanışı olduğunu, birlikdə Bakı şəhərinə gedib həmin qadınla söhbət etmələrini demişdir. Atası və Vüqar birlikdə Bakı şəhərinə getmiş, Bakı şəhərində, X2 yaxınlığındakı kafelərin birində Sona adlı qadınla görüşüb söhbət edən zaman Sona özünü SOCAR şirkətinin işçisi və jurnalist kimi təqdim etmişdir. Söhbət zamanı Sona xanım atasına, kanallarının geniş olduğunu bildirib, oğlunu hara işə düzəltmək istədiyini soruşmuş, atası onu SOCAR şirkətinə işə düzəltmək istədiyini demişdir, Sona xanım da onu SOCAR şirkətinə işə düzəldə biləcəyini, seçiləcək işdən asılı olaraq 7-15 min manat pul lazım olacağını bildirmişdir. Lakin atası Sona xanıma inanmadığı üçün razılaşmayıb birlikdə Şəki şəhərinə qayıtmışlar. Bundan sonra Sona xanım atasına 2-3 dəfə zəng edib, pulunu verərsə, onun işini düzəldəcəyini demiş, atası yenə də Sona xanıma inanmamışdır. 7 may 2023-cü ildə Sona xanım onun özünə zəng etmiş, işini düzüb qoşacaq bir nəfər şəxsin ona zəng edəcəyini, özünün şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, diplomun, hərbi biletin, doğum haqqında şəhadətnamənin, eləcə də valideynlərinin şəxsiyyət vəsiqəsinin şəkillərini qabaqcadan həmin şəxsin telefonunun Whatsappına göndərməsini, 10.000 manat pulu da sabah götürüb gəlməsini demişdir. O, bu barədə atasına bildirmiş, atası deyilən sənədlərin şəklini deyilən adamın telefonuna göndərməsinə razılıq vermişdir. Bundan sonra bir nəfər oğlan ona zəng edib Sona xanımın dediyi Sübhan müəllim olduğunu demiş, özünün şəxsiyyət vəsiqənin, sürücülük vəsiqənin, diplomun, hərbi biletin, doğum haqqında şəhadətnamənin, eləcədə valideyinlərinin şəxsiyyət vəsiqəsinin şəkillərini telefonunun Whatsappına göndərməsini, 162 manat da sənədlərin təsdiq edilməsi üçün göndərmsini istəmişdir. O, sənədlərinin şəkillərini Sübhanın telefonuna göndərmiş, Sübhan da 162 manat pulu köçürtməsi üçün onun telefonuna kart nömrəsi göndərmişdir. Atası Elçin xx.xx.2023-cü ildə saat 1640-da Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «AL» marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə Sübhanın göndərdiyi karta 162 manat pul göndərmişdir. Səhəri gün o, tək Bakı şəhərinə getmişdir. Hər ehtimala qarşı, işi alındığı halda verməsi üçün atası ona 5000 manat pul vermişdir. Bakı şəhərində tanımadığı yerdə Sona xanımla görüşmüş, həmin vaxt Sona xanımın yanında Sübhan adlı oğlan olmuş, Sona xanım onu, SOCAR şirkətinə düzələsi adam olduğunu deyib Sübahna təqdim etmiş, yenə də ona, narahat olmamasını, pulunu verməsini və onu SOCAR şirkətinə işə düzüb qoşacağını demişdir. Sübhan da ona narahat olmamasını onun işini düzüb qoşacağını, pulun isə Sona xanımlıq olduğunu qeyd etmiş, onu işə düzəldib 5-6 aydan sonra vəzifəsini də böyüdəcəyini bildirmişdir. O, Sona xanım və Sübhanın ondan pul almaq istədiklərini görüb həmin şəxslərdən aralaşmış və zəng edib atasına bu barədə söyləmişdir. Sübhan Sona xanımdan ayrılandan sonra o, sonuncuya yaxınlaşıb 162 manat pulunu istəmiş, Sübhan 162 manat pulu verməyəcəyini, ancaq onun işini düzüb qoşacağını demiş, əgər inanmırsa, pulu ona notarial qaydada verməsini təklif etmişdir. O, zəng edib atasına bu barədə bildirmiş, Sübhan telefonu götürüb atası ilə danışıb, dövlətin peçatına inanmasını, pulu notarial qaydada götürəcəyini demişdir. Bundan sonra atası Sübhana inanıb, birlikdə notariat kontoruna gedib 5000 manat pulu Sübhana natarial qaydada verməsini ona tapşırmışdır. O, Subbanla birlikdə Notariat kontoruna gedib 5000 manat pulu notariusda Sübhana vermiş, notariusa da 145 manat rüsum ödəmişdir. Sübhan pulu götürəndən sonra 2 günə kimi işini həll edəcəyini demişdir. Həmçinin Sübhan ona, bu söhbətdən Sona xanımın xəbərinin olmamasını, heç nə deməməsini tapşırmışdır. Harasa getmək lazım olsa vaxtında getməsi üçün o, Bakı şəhərində qalmışdır. 11 may 2023-cü ildə Sübhan onu Binəqədi rayonu ərazisində yerləşən «X20» şirkətinə aparmış, onu kardrların rəisinin qəbul edəcəyini, soruşularsa Zamiq müəllimin onu göndərdiyini, Zamiq müəllimin uzaq qohumu olduğunu, bağ evində işlədiyini deməsini tapşırmışdır. O, Sübhana, SOCAR şirkətinə işə düzəlmək istədiyini demiş, Sübhan da «X20»nin SOCAR şirkətinın filialı olduğunu söyləmişdir. O, Sübhana inanıb «X20» şirkətinə daxil olmuş, kadrlar şöbəsinin müdiri onu qəbul edib kim göndərdiyini soruşmuş, o da, Sübhanın dediyi kimi, Zamiq müəllim göndərdiyini bildirmişdir, həmin şəxs ondan Zamiq müəllimi haradan tanıdığını soruşanda, o, həmin şəxsə Zamiq müəllimin uzaq qohumu olduğunu və hazırda bağ evində işlədiyini söyləmişdir. Həmin şəxs ondan müsahibə götürmüş, sonra gözləməsini tapşırmışdır. O gözləmiş, təxminən yarım saatdan sonra həmin şəxs bir qadın işçisinə ondan CV götürməsinə göstəriş vermiş, o, özü haqqında CV yazıb oradan çıxmışdır. Sonra ona, müsabiqədən keçdiyi və işə qəbul olunduğu, həftənin birinci günü gəlib işə başlaması deyilmişdir. O, şirkətdən çıxıb atasına zəng edib «X20» şirkətinə işə düzəldiyini bildirmiş və həmin gün, xx.xx.2023-cü ildə saat 1127-də atası terminal vasitəsi ilə Sübhanın adına olan göndərdiyi karta 5000 manat pul köçürtmüşdür. Sonra atası ona «X20»ın SOCAR şirkətinin tabeliyində olub-olmadığı ilə dəqiq maraqlanmasını tapşırmış, o, «X20» şirkətinın özəl şirkət olduğunu öyrənmişdir. O, atasına zəng edib bu barədə demiş, sonra isə Sübhana zəng edib «X20» şirkətinin SOCAR-ın tabeliyində olmadığını söyləmiş, Sübhanda ona sözünü Zamiq müəllimə deməsini, Zamiq müəllimin özü ona zəng edəcəyini demişdir. Zamiq adlı tanımadığı şəxs onun telefonunun Whatsappına yazmağa başlamış, o, Zamiq müəllimlə yazışıb, SOCAR şirkətinə işə düzəlmək istəydini bildirmişdir. Zamiq müəllim də ona «X20» şirkətinə işə düzəlməsini istədiyinin deyildiyini yazmışdır. O, inkar etmiş, Zamiq müəllim «X20» şirkətindən SOCAR şirkətinə iş yerini dəyişmək üçün əlavə 5000 manat da pul lazım olduğunu yazmışdır. O vəziyyəti bilib razılaşmış və bu barədə atasına zəng edib demişdir. Atası da ona, razılıq verməsini demiş və bundan sonra özünü Zamiq kimi təqdim etmiş şəxs onun telefonuna kart şəkli göndərib pulu həmin karta göndərməyini istəmişdir. Zamiq müəllim istəyi ilə göndərdiyi kartına ilkin olaraq atası 300 manat göndərmişdir. Bundan sonra atası özü Sübhanla danışmağa başlamış, Sübhan heç bir narahatçılıq olmadığını, Zamiq müəllim söz veribsə həll edəcəyini atasına demişdir. Sübhanın dediyinə görə atası 17 may 2023-cü ildə 300 manat və xx.xx.2023-cü ildə 100 manat Sübhanın kartına göndərmişdir. Həmin gün Sübhan 100 manatın kartına oturmadığını atasına demiş, buna görə atası həmin gün Sübhanın kartına əlavə 100 manat da göndərmişdir. Səhəri gün Sübhan yenə atasına Şahid6 adına olan kart şəklini göndərib sənədləşmə üçün 100 manat istəmiş, atası da xx.xx.2023-cü ildə həmin karta 100 manat pul göndərmişdir. xx.xx.2023-cü ildə Sübhan yenə də sənəd üçün 400 manat pul istəmiş, o, atasına, Sübhanın kartına göndərdiyi pulların çatmadığını dediyi üçün pulu onun kartına göndərməsini, Sübhanın kartına özü göndərəcəyini demiş, buna görə atası pulları onun kartına göndərməyə başlamışdır. Həmin gün saat 1555-də atası onun adına olan Birbank kartına 400 manat göndərmiş, o da pulu Sübhana göndərmişdir, bundan sonra özünü Zamiq kimi təqdim etmiş şəxs atasının telefonunun Whatsapp proqramına yazaraq, onun müsabiqəyə gecikdiyini bildirmiş, sənədlərinin müsabiqədə qalması üçün 3000 manat pul istənildiyini, lakin o, 1500 manata duzub qoşacağını, 1500 manatı tez tapıb göndərməsini istəmiş, atası da inanıb xx.xx.2023-cü ildə saat 2024-də 1400 manat pulu onun kartına göndərmiş, o da Sübhanın göndərdiyi karta köçürmüşdür. Sübhan hər dəfə bir bəhanə gətirib, guya səhiyyə üçün, sosial təminat üçün və sair yerlərə vermək üçün pullar almışdır və həmin pulların bəzilərini atası onun kartına göndərmiş, o da həmin pulları Sübhanın göndərdiyi kart hesabına köçürmüşdür. Belə ki, atası, Sübhanın göndərdiyi kart hasabına 23 may 2023-cü ildə saat 1835-də 200 manat, 25 may 2023-cü ildə saat 1835-də 200 manat, xx.xx.2023-cü ildə Sübhana göndərmək üçün onun kartına 600 manat göndərmiş, o da həmin gün saat 1734-də Sübhana göndərmiş, xx.xx.2023-cü ildə Sübhana göndərmək üçün onun kartına 50 manat göndərmiş, o da həmin gün saat 1758-də Sübhana göndərmiş, xx.xx.2023-cü ildə Sübhana göndərmək üçün onun kartına 200 manat göndərmiş, o da həmin gün saat 2044-də Sübhana göndərmiş, xx.xx.2023-cü ildə saat 1629-da Sübhanın kartına göndərməsi üçün onun kartına 300 manat göndərmiş, o da həmin pulu Sübhanın kartına göndərmiş, xx.xx.2023-cü ildə saat 1842-də Sübhana vermək üçün onun kartına 100 manat göndərmiş, o da həmin pulu Sübhanın kartına göndərmişdir, xx.xx.2023-cü ildə saat 0900-da onun kartına 300 manat göndərmiş, o da həmin pulu Sübhanın kartına göndərmiş, xx.xx.2023-cü ildə saat 1233-də Sübhana vermək üçün onun kartına 1150 manat göndərmiş, o da həmin pulu Sübhanın kartına göndərmiş, həmin tarixdə saat 1305-də onun kartına 100 manat göndərmiş, o da həmin dəqiqədə Sübhanın kartına göndərmiş, xx.xx.2023-cü ildə saat 0900-da onun kartına 50 manat göndərmiş, o da həmin pulu Sübhanın kartına göndərmiş, xx.xx.2023-cü ildə saat 1439-da Sübhana vermək üçün onun kartına 100 manat göndərmiş, o da həmin dəqiqə Sübhanın kartına göndərmiş, xx.xx.2023-cü ildə saat 1203-də onun kartına 800 manat və sonra 180 manat göndərmiş, o da həmin vaxt Sübhana göndərmiş, xx.xx.2023-cü ildə saat 1317-də Sübhana vermək üçün onun kartıma 1400 manat göndərmiş, o da həmin dəqiqə pulu Sübhana göndərmiş, xx.xx.2023-cü ildə saat 1621-də Sübhana vermək üçün onun kartına 100 manat, xx.xx.2023-cü ildə saat 1302-də Sübhana vermək üçün onun kartına 50 manat göndərmiş, o da həmin pulları Sübhanın kartına göndərmiş, xx.xx.2023-cü ildə saat 1742də Sübhana vermək üçün onun kartına 100 manat göndərmiş, o da pulu Sübhana göndərmiş, xx.xx.2023-cü ildə saat 1900-da Zamiqin göndərdiyi Şahid5 adına olan karta 1000 manat atası özü göndərmiş, xx.xx.2023-cü ildə saat 1627-də Zamiqin göndərdiyi Şahid5 adına olan karta 1000 manatı atası özü göndərmiş, xx.xx.2023-cü ildə saat 2004-də Sübhana vermək üçün onun kartına 100 manat göndərmiş, o da həmin dəqiqə pulu Sübhana göndərmiş, xx.xx.2023-cü ildə saat 1643-də Sübhana vermək üçün onun kartına 71 manat və saat 1848-də 233 manat göndərmiş, o da həmin dəqiqə pulu Sübhana göndərmiş, xx.xx.2023-cü ildə hər dəfə 100 manat olmaqla cəmi 200 manat atası özü Sübhanın kartına pul göndərmiş və beləliklə Sübhan və Zamiq adlı şəxslər onu SOCAR şirkətinə işə düzəldəcəkləri adı ilə aldadaraq ümumilikdə atasının 21.446 manat pulunu almışlar. Bundan başqa atası 1500 manat da əlavə pul xərcləmişdir, belə ki, Sübhan dəfələrlə onu və atasını dəvət etdiyi üçün birlikdə bu işlə bağlı Bakı şəhərinə getmişlər, dəvət edib, hər dəfə Bakı şəhərinə gedib-gələndə 150-200 manat pul xərcləmişlər. Sübhan ona, qısa müddətdə işə başlayacağını bildirib aldatdığı üçün təxminən 1 ay 18 gün Bakı şəhərində qalmışdır, Bakı şəhərində qaldığı müddətdə isə təxminən 800 manat qalmağa və yeməyə xərcləmişdir. Bundan başqa atası Zamiqə və Sübhana pay alıb göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1lə həmkəndli kimi münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Şahid3 təxminən 20 ildən artıq müddətdir ki, tanımış, mərhum bacısı tələbə vaxtı, təxminən 2002-2003-cü illərdə Sona xanımın evində kirayə qalmışdır. Sona xanımla ailəvi münasibətləri, gediş-gəlişləri yaranmışdır. 2023-cü ilin mart ayının ortalarında həmkəndlisi Elçinlə Şəki şəhərində yerləşən kafelərin birində oturub çay içib söhbət edən zaman Elçin, oğlu Seymurun hərbi xidmətdən qayıtdığını, iş tapa bilmədiyini demiş, o, Seymurun hansı ixtisas üzrə oxuduğunu soruşub, Neft və Sənaye Universitetini bitirdiyini, Neft şirkətinə işə düzəlmək istəyini öyrənmişdir. O, qonağı yazıçı-jurnalist Sona xanımın kömək etmək üçün bəlkə də tanışları olduğunu bildirib, istəyirsə zəng vurub maraqlana biləcəyini Elçinə demişdir. Elçin də, əgər mümkündürsə, Sona xanıma zəng edib soruşmasını söyləmişdir. O, istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən Sona xanımın istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib telefonu mikrofona qoyub, bir nəfər ona yaxın adam olan həmkəndlisinin Neft şirkətində boş yer varsa işə düzəltməsinə kömək etməsinin mümkünlüyünü soruşmuş, Sona xanım da, maraqlanıb deyə biləcəyini, əgər iş yeri olarsa məlumat verəcəyini, CV verməsinə, işin düzəlməsinə istiqamət verəcəyini demişdir. Təxminən 4-5 gündən sonra Elçin ona, Sona xanımla görüşüb qabaq-qabağa söhbət etmək istədiyi demiş, o da etiraz etməmişdir. O, Elçin və oğlu Seymurla birlikdə Bakı şəhərinə getmiş, Bakı şəhərində zəng edib Sona xanımla hazırda xatırlamadığı kafedə görüşmüşlər və Elçin Sona xanımla tanış olandan sonra, oğlu Seymuru Sona xanıma təqdim edib, Neft və Sənaye Universitetini bitirdiyini, Neft şirkətinə işə düzəltmək istədiyini, fəhlə kimi də işə düzəlməsinə razı olduğunu demişdir. Sona xanım da Elçinə, onsuzda Neft şirkətinə işə gərək fəhləlikdən başlayasan demiş, sonra onların yanında bir neçə adama zəng edib Seymur barədə məlumat verib, boş yerlər varsa işə düzəlməsini təklif etmişdir. Danışdığı şəxslər də, əgər olsa deyəcəklərini bildirmişlər. Təxminən 8-10 gün sonra Sona xanım ona zəng edib Seymurun mobil telefon nömrəsini istəmiş, bir boş yer olduğunu demişdir. O, Seymura zəng edib Sona xanımın mobil telefon nömrəsini verib, zəng edib danışmasını tapşırmışdır. Təxminən 1-2 gün sonra Seymur ona zəng edib, Sona xanım tapdığı iş xoşuna gəlmədiyini demiş, ancaq nə işi tapdığını deməmişdir. Bir neçə gündən sonra Sona xanım özü ona zəng edib, Binəqədi Neftdə fəhlə kimi boş olan bir iş yerini Seymura təklif etdiyini, lakin Seymur istəmədiyini demiş, o da Sona xanıma təşəkkürünü bildirmişdir. Təxminən 2 ay sonra Elçin ona zəng edib, Seymurun bəyənmədiyi Binəqədi Neftə işə düzəldiyini, Seymurdan əvvəl 10.000 manat, sonra da iş yerini dəyişmək adı ilə 11.000 manat olmaqla, cəmi 21.000 manat puln Sübhan adlı oğlan tərəfindən alındığını demişdir. Sonra o, Sona xanımdan bu haqda maraqlananda Seymurun Sübhan adlı şəxsi tapıb, 10.000 manat müqabilində Binəqədi Neftə fəhlə kimi işə düzəldiyini, sonra həmin işi istəməyib və pulunu geri tələb edəndə Sübhan onun iş yerini dəyişəcəyini bildirib əlavə 11.000 manat da pulu aldığını bilmişdir. Elçin ondan, Sübhanı tanıyırsa, pulu geri almağa köməklik etməsini xahiş etmiş, o isə Sübhanı tanımamış, sadəcə Sübhanın yanına CV aparmış, başqa heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəki rayon sakini Şahid2 və ailə üzvlərini uzun illərdir, təxminən 20 ildir tanımış, Vüqarın bacısı təxminən 20 il qabaq tələbə olduğu müddətdə onun evində kirayə qalmışdır. Sonra münasibəti yarandığı üçün qonaq kimi evində saxlamış və beləliklə münasibəti yaranmışdır. Münasibəti yaranandan bir-birinin evinə qonaq gedib gəlmişlər. 2023-cü ilin mart ayının ortalarında, Vüqar onun mobil telefonuna zəng edib, Bakıya gəldiyini, onunla görüşmək istədiyini deyib, aili təhsilli olan, ailə üzvü kimi bir nəfər çox yaxınının fəhlə də olsa işə düzəlməsinə kömək etməsini istəmişdir. O, həmin gün Zərifə parkında Vüqar və onunla birlikdə gəlmiş adını həmin vaxt bildiyi Elçin və oğlu Seymur ilə orada yerləşən kafedə görüşmüş və söhbət zamanı Vüqar yanında olan Seymuru göstərib bir yerə fəhlədə olsa işə düzəltmək istədiklərini demişdir. O, da, CV verməsini təklif etmiş, boş yer olarsa çağıracaqlarını bildirmişdir. Həmin vaxt aralarında bu səpgidə söhbət olmuş, sonra ayrılmışlar. Bundan sonra Seymur ona CV göndərmiş, dəqiq xatırlamadığı bir tədbirdə bir nəfər yaxın tanışını işə düzəltmək lazım olduğunu bildirib, köməklik etməyin mümkünlüyünü soruşmuş, tanıyanlardan kimsə bir tanışının bəlkə həll edə biləcəyini deyib CV-ni ona göndərməsini məsləhət bilmiş, o da həmin CV-ni vermişdir. Təxminən 3 ay sonra Seymur ona zəng edib, CV verdiyi oğlanın onu Nərimanova görüşə çağırdığını, həmin oğlan onu işə düzəltmək istədiyini demiş, vaxtı varsa birlikdə görüşmək üçün gəlməsini təklif etmişdir. O, da etiraz etməyib deyilən ünvana getmiş, həmin vaxt Seymurun yanında bir nəfər Sübhan adlı oğlan olmuşdur. O, Sübhandan, Seymuru hara işə düzəldəcəyini soruşmuş, Sübhan da, harda yer olsa ora işə düzəldəcəyini demişdir. Ayrılandan sonra Seymura zəng edib Sübhanın iş düzəldənə oxşamadığını, pul verməməsini demiş, Seymar da Sübhana pul verməyəcəyini bildirmişdir. Təxminən 2-3 ay sonra Elçin ona zəng edib görüşmək istədiyini bildirmiş, o isə Elçinə vaxtı olmadığını bildirib görüşməmişdir. Təxminən bir aydan sonra Elçin yenə də zəng edib, başına iş gəldiyini demiş, ona yardım etməsini istəmişdir. O, Elçindən nə baş verdiyini soruşanda, Elçin ona, Sübhana 10.000 manat verdiyini, Sübhan da oğlunu işə düzəltdiyini söyləmiş, bir müddət işləyib 600 manat əmək haqqı verildiyinə görə işdən narazılığını bildirib Sübhandan pulunu istəmiş, Sübhan ona, Seymuru böyük vəzifəyə işə düzəltmək üçün əlavə pul lazım olduğunu bildirib əlavə 11 min manat da almış, nə pulunu qaytarmamış, nə də oğlunu işə düzəltməmişdir. Buna görə ondan, Sübhandan pulunu almağa köməklik etməsini xahiş etmişdir, Elçinə, Sübhana pulu onun yanında vermədiyini bildirib bu işdə ona köməklik edə bilməyəcəyini demişdir. Bundan sonra onun Elçinlə və ya başqası ilə əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Respublika Perinetal Mərkəzdə tibb bacısı vəzifəsində işləmiş, Sübhanı təxminən 7 aydır ki, tanımışdır. Sübhanla yaxın münasibəti yaranmış, Sübhan ona dövlət idarəsində işlədiyini demiş, o da çox vaxt zəng edib Sübhandan harada olduğunu soruşanda, sonuncu çox vaxt ona işdə, növbədə olduğunu, işdən çıxa bilmədiyini, sonra görüşmələrini və sair bu kimi sözlər demiş, o da Sübhana inanmışdır. Ancaq Sübhan ona konrkret harada işlədiyini deməmişdir. Birlikdə olduqları müddətdə Sübhan ona saxlaması üçün mobil telefon nömrəsi vermiş, o həmin nömrəni öz telefonunun qabının içərisində saxlamışdır. Bir neçə gündən sonra Sübhan ona zəng edib verdiyi nömrəni telefonuna salıb, orada adı Elçin olan şəxsin nömrəsinə zəng edib, SOCAR-dandır, oğlunun sənədi hazırdır, SOCAR-ın Kadrlar şöbəsinə gəlib sənədləri götürməsini deməyi tapşırmış, o da Sübhanın verdiyi mobil telefon nömrəsini özünün istifadə etdiyi telefona salıb zəng etmiş, həmin şəxsin ləhcəsindən şəkili olmasını hiss etmişdir. O, həmin şəxsə Sübhanın dediyi kimi, SOCAR-ın Kadrlar şöbəsindən narahat etdiyini, oğlunun sənədinin hazır olduğunu, SOCAR-ın Kadrlar şöbəsinə gəlib sənədləri götürməsini demişdir. Sonra o, Sübhanın nömrəsini telefonundan çıxarmış, həmin vaxt təsadüfdən əli dəydiyi üçün öz nömrəsindən həmin Elçin adlı şəxsin telefonuna zəng getmiş və o, tez söndürmüşdür. Elçin onu yığıb kimliyini soruşanda, o, Elçindən üzr istəyib əli dəydiyini, indicə onunla danışıdığını demişdir. Təxminən 10-15 gün sonra Elçin onun öz telefon nömrəsinə zəng edərək onunla kobud danışaraq, ondan pul almalarını, oğlunun işini düzəltməyib onu aldatdıqlarını demişdir. O da cavabında Elçinə, onu narahat eləməməsini, Sübhana zəng etməsini, ondan pul almadığını deyib telefonu söndürmuşdur. Bundan sonra o, Sübhana zəng edib, Elçinin dediklərini deyib, Elçinin kim olduğunu soruşmuş, Sübhan da ona, Elçinin yalan danışdığını, Elçinin işini düzüb qoşduğunu demişdir. Son zamanlar Sübhan çox vaxt onun zənglərinə cavab vermədiyinə, özünü səhlənkar apardığına, həmçinin bu cür hərəkətini eşitdiyinə görə 2023-cü ilin sentyabr ayından Sübhandan uzaqlaşmışdır. Tanış olduqdan sonra Sübhan ona pul verməmiş, o da hansısa bir işini düzüb qoşmağa kömək üçün Sübhana pul verməmiş və həmçinin Sübhan ona qiymətli əşya və ya pal-paltar almamışdır. Ümumiyyətlə tanış olduqdan sonra Sübhan ona heç nə almamış, pul xərcləməmiş, əsasən də buna görə o, Sübhandan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən 2023-cü ilədək Bakı şəhərində müvəqqəti yaşamış və fərdi qaydada fəhlə işləmişdir, Təqsirləndirilən şəxs təxminən 2022-ci ildən tanımış, Sübhanla o, təsadüf iş yoldaşı vasitəsi ilə tanımış olmuş, münasibətləri yaranmışdır. 2023-cü ilin yayında Sübhan istəyirsə onu «X20» şirkətinə işə düzəltməsini təklif etmiş, razı olsa da, o, Sübhana pulu olmadığını demişdir. Sübhan da, narahat olmamasını, köməklik edəcəyini ona demişdir. Bundan sonra o, Sübhana hörmət əsnasında bir neçə dəfə qonaqlıq vermişdir, xahişi ilə bir neçə dəfə idarə etdiyi avtomaşına yanacaq vurmuş, hər dəfə 10 manat, 20 manat, bəzən 30 manat olmaqla hissə-hissə ona pullar vermiş, həmçinin konturu olmadığını deyəndə Sübhanın telefonuna kontur da vurmuşdur. Beləliklə o, Sübhana ümumilikdə 1100 manat pul xərcləmiş və Sübhanın bu məbləğdə ona borcu yaranmışdır. Sübhan onu «X20» şirkətinə aparmış, o, həmin şirkətdə CV vermiş və sonra onu həmin şirkətə müsabiqəyə dəvət etmişlər. Müsabiqə zamanı maraqlanıb nə qədər aylıq əmək haqqı veriləcəyini soruşanda, ona 400-500 manat əmək haqqı veriləcəyi bildirilmişdir. Əmək haqqı az olduğuna görə o razı olmamış, Sübhandan xərclədiyi 1100 manat pulunu istəyəndə sonuncu hər dəfə bir bəhanə gətirib pulunu verməmişdir. Onun özü istifadə etmək üçün Leo bank tərəfindən verilmiş plastik kartı olmuş, karta pul köçürüb alış-veriş etmişdir. 2023-cü ilin yayında, dəqiq xatırlamadığı tarixdə Sübhan, kartının bağlandığını deyib, göndərilən puları onun kartı vasitəsilə almasına kömək etməsini xahiş etmişdir. O, Sübhandan pulunu ala bilmədiyi üçün, bəlkə kart vasitəsi ilə pulunu geri ala biləcəyini fikirləşib kartını Sübhana vermişdir. Mobil telefonuna Leo bankın proqramını yükləmiş, kartına 1350 manat pul köçürülməsi barədə ona ismarıc gəlmiş, o, dərhal ona çatacaq 1100 manat pulu özünün əmək haqqı kartına köçürüb çıxarmış, qalan 250 manat pulu isə Sübhan özü çıxarmışdır. Sübhan ona zəng edib 1100 manat pulun hara olduğunu soruşanda, o, 1100 manat ona çatacaq pulu öz əmək haqqı kartına köçürdüyünü Sübhana demişdir. Həmin vaxt Sübhan Tovuz rayonunda olmuş, təxminən 2-3 gündən sonra Sübhan qayıdıb gəlmiş, onlar görüşəndə o, Sübhana, həmin 1100 manat pulun ona çatmalı pul olduğu üçün çıxartdığını izah etmiş, Sübhan da heç nə deməyib razılaşmışdır. Lakin onun kartına kimin tərəfindən pul yükləndiyi göstərilməmiş, Sübhan ondan kartı götürən zaman kimin ona pul göndərəcəyini deməmişdir, ona maraqlı olmadığı üçün özü də bu barədə soruşmamış, həmçinin Təqsirləndirilən şəxs kimlərisə aldadıb pulunu alması barədə heç nə bilməmişdir. O, Şəki rayon sakini Zərərçəkmiş şəxs1 və Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs2 tanımamış, Sübhanın həmin şəxsləri aldadaraq pullarını ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. Həmçinin o, Sübhadan pulunu aldığı üçün onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İ cild, iş.v 23). 10 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* №li cinayət işi üzrə xx xxxxxxxx 2000-ci ildə Tovuz rayonu, Azaflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Azaflı kəndində pasport qeydiyyatında olmaqla Bakı şəhərində naməlum ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. (İ cild, iş.v 105). 10 oktyabr 2023-cü il tarixli axtarış elan edilmiş şəxsin tutulması haqqında qərardan görünür ki, ********* №li cinayət işi üzrə xx xxxxxxxx 2000-ci ildə Tovuz rayonu, Azaflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Azaflı kəndində pasport qeydiyyatında olmaqla Bakı şəhərində naməlum ünvanda yaşayan Təqsirləndirilən şəxs tutularaq Şəki ŞRPŞ-nin MSY-nə təqdim edilməsi qərara alınmışdır. (İ cild, iş.v 106). 25 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 25 oktyabr 2023-cü ildə saat 1930-da Təqsirləndirilən şəxs CM-nın 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş.v 115). 27 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İ cild İş.v 141-142) Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(075)-68/2023 saylı qərarından görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 1 ay 18 gün müddətində, yəni 25 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 13 dekabr 2023-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. (İ cild İş.v 168-175) 04 noyabr 2023-cü il tarixli cinayət işinin birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və bir icraatda ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. (İ cild İş.v 205-207) 25 iyul 2023-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (İ cild İş.v 212) xx.xx.2023-xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Rusif.A adlı şəxsə məxsus 409858****2595 nömrəli "xxxx" ASC-yə aid karta cəmi 880 manat pul köçürülmüşdür. (İ cild İş.v 222-223) 16 oktyabr 2023-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx xxxxxxxx 2000-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum edilməmiş, Tovuz rayonu, Azaflı kəndində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə ittiham elan etmək üçün axtarış elan edilmişdir. (İİ cild İş.v 26) 28 avqust 2023-cü il tarixli cinayət işi başlama və icraata götürülməsi haqqında qərardan görünür ki, HK-1/1400 nömrəli material əsasında fakt üzrə CM-nin 178.2.4-cü maddəsi ilə ********* №li cinayət işinin başlanılması, icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. (İİ cild İş.v 31) 03 noyabr 2023-cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Şəki ŞRPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilib istintaqı davam etdirilməsi üçün Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. (İİ cild İş.v 42-44) 04 noyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün icraata götürülməsi qərara alınmışdır. (İİ cild İş.v 47-48) Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(107)-97/2023 saylı qərarından görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 4(075)-68/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (İİ cild İş.v 53-58) Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(075)-83/2023 saylı qərarından görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 2 ay, yəni, 13 fevral 2024-cü il tarixdək uzadılması qərara alınmışdır. (İİ cild İş.v 140-149) “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 dekabr 2023-cü il, 18- 1-76/2-857/2023 nömrəli məktubundan görünür ki, Tovuz rayonu, Azaflı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Tovuz RMX RHŞ-i Poliklinika şöbəsində həkimnarkoloqun və həkim-psixoloqun dispanser qeydiyyatında yoxdur. (İİ cild İş.v 150) Tovuz rayon İcra Hakimiyyəti Başçısının Azaflı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 448 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Azaflı kəndində pasport qeydiyyatında olmaqla atası X6, anası X7 və qardaşı X10 ilə birlikdə yaşayır. (İİ cild, iş.v 152) Tovuz rayon İcra Hakimiyyəti Başçısının Azaflı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild, iş.v 153) Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(075)-85/2023 saylı qərarından görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. (İİ cild İş.v 155-163) 30 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham edilməsi qərara alınmışdır. (İİ cild İş.v 229- 232) Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-10/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin 20 gün müddətinə, yəni 3 mart 2024-cü il tarixədək uzadılması haqqında Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqinin vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəki rayon prokurorunun təqdimatı təmin edilməmişdir. (İİİ cild İş.v 10-19) 1 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİİ cild İş.v 20- 25) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, bağışlayıb, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, bağışlayıb, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi qalmamışdır. Ödəniş sənədindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə ziyanın 25 faizi olaraq 5582 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, o, CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə verilən ittiham üzrə özünü tam təqsirli bilərək, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin onu bağışlayıb, onunla barışmasını, heç bir şikayəti və tələblərinin qalmadığını, eləcə də iş üzrə ümumi ziyanın 25 faizi həcmində dövlətə ödəniş etdiyi əsas gətirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini, cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırda iş üzrə zərərçəkmiş kimi tanınmış şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək onlara dəymiş ziyanın tam ödənildiyini, təqsirləndilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxsi bağışladıqlarını, heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmiş, həmçinin təqsirləndirilən şəxs tərəfindən ümumi ziyanın 25 faizi həcmində dövlətə ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində CM-in 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlu ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələrlə cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tamamilə ödənilmiş, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 5582 (beş min beş yüz səksən iki) manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 356, 384-cü maddələrini rəhbər tutub qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və o, həmin maddələrlə cəlb edildiyi cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar