Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-38/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs onun verəcəyi pulla lotereya oyununda iştirak edib gəlir əldə edəcəyi və həmin gəliri ona verəcəyi barədə uydurma və yalan məlumatlar verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibarından sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs 23 yanvar 2023-cü il tarixdə, yaşadığı Şəki rayonu, Bideyiz kəndində yerləşən fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 100 (bir yüz) manat pul müqabilində on gün sonra ona 220 (iki yüz iyirmi) manat pul qaytararaq sonuncunu daha da inandırmaqla Zərərçəkmiş şəxs 06 fevral 2023-cü il tarixdə yaşadığı Şəki rayonu, Bideyiz kəndində yerləşən fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 2000 (iki min) manat, 09 fevral 2023-cü il tarixdə, saat 22:27-də yaşadığı Şəki rayonu, Bideyiz kəndində yerləşən fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 1500 (bir min beş yüz) manat, 24 fevral 2023-cü il tarixdə, saat 00:37-də yaşadığı Şəki rayonu, Bideyiz kəndində yerləşən fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 500 (beş yüz) manat, 25 fevral 2023-cü il tarixdə, saat 17:22-də ünvan 2 ünvanda yerləşən Marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 200 (iki yüz) manat, 26 fevral 2023-cü il tarixdə, saat 18:35-də yaşadığı Şəki rayonu, Bideyiz kəndində yerləşən fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 500 (beş yüz) manat, 28 fevral 2023-cü il tarixdə yaşadığı Şəki rayonu, Bideyiz kəndində yerləşən fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, saat 13:48-də Şəki rayonu, Bideyiz kəndində yerləşən fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 200 (iki yüz) manat, xx.xx.2023cü il tarixdə, saat 18:33-də Şəki-Oğuz yolunun üstündə, Şəki şəhəri ərazisində yerləşən “Yolüstü” marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə ona məxsus “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına göndərdiyi 500 (beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 6.000 (altı min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2023-cü ilin yanvar ayında rəfiqəsi ona “Whatsapp” mesajlaşma şəbəkəsində lotareya oyunu keçirilən qrupa qoşularaq pul qoymaq qaydası ilə əlavə gəlir əldə etdiyini bildirmişdir. Bu məsələ onun marağını çəkdiyi üçün rəfiqəsindən ətraflı məlumat verməsini xahiş etmişdir. Rəfiqəsi ona həmin Təqsirləndirilən şəxs Anatoliyeviç adlı şəxsin olduğunu bildirib istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini vermişdir. O, həmin şəxslə əlaqə saxlayıb həmin qrupa qoşulub pul qoymaqla əlavə gəlir əldə etmək istədiyini bildirmişdir. Roman onunla razılaşmış və pulları köçürməsi üçün özünə məxsus olan “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli bank kartı hesabını ona təqdim etmişdir. O, ilkin olaraq Romanın ona təqdim etdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat köçürmə etmiş, Roman ona söz verdiyi kimi 10 gün sonra həmin pulun əvəzinə ona 220 manat qaytarmışdır. O, artıq Romana inanmağa başlamışdır. Roman ona sənəd şəkli göndərib, Bakı şəhərində ofisdə olduğunu bildirmişdir. Bununla Roman onun etibarını qazanmış və bundan sonra ilkin depozitə əlavə pul qoymağı ondan tələb etmiş və ilkin məbləği ona ödəniş etdikdən sonra ona, daha artıq pul qoymaqla artıq gəlir əldə etmək imkanı olduğunu demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 1500, xatırlamadığı tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xatırlamadığı tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat və sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla ümumilikdə 5900 manat məbləğində rulu Romanın təqdim etdiyi kart heabına köçürmüşdür. Bundan sonra Roman söz verdiyi kimi ona geri ödəniş etməməyə başlamış və o, artıq şübhələnmişdir. Hər dəfə Romanla əlaqə saxlayıb pullarını geri qaytarmasını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə Roman onun etibarından sui-istifadə edərək onu aldadıb ümumilikdə 5900 manat pulunu ələ keçirmişdir. Lakin Roman aldadıb ələ keçirdiyi həmin puldan ona pul qaytarmamışdır. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının ortalarından tanıyır. Romanla onun ancaq işlə bağlı tanışlığı olub, Romanla onun arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik, həmçinin aralarında pul və ya əmlakla bağlı mübahisələri olmayıb. Onun Whatsapp proqramında geyim əşyaları və təsərrüfat mallarının alqı-satqısı ilə bağlı qadınlar qrupu olmuşdur. Həmin qrupda yazışan zaman Nuriyə adlı qadın ona yazmışdır ki, Roman adlı şəxs lotareya oyunu təşkil edib, onun adına pul yatırım edirsə bir aydan 50 faiz artığına pul qaytarır. O, özü həmin şəxsin hesabına pul yatırım etmiş, artıqlaması ilə pulunu almışdır. Belə ki, həmin Nuriyənin deməsinə görə o, 400 manat yatırım edib, 800 manat almışdır. Belə olub o, özü Romanın özü ilə tanış olmuşdur. Romanla şəxsən görüşməmiş, onunla ancaq telefon vasitəsi ilə danışığı olmuşdur. Nuriyə adlı qadının soyadını, atasının adını, konkret hansı ünvanda yaşaması və harada işləməsi barədə heç bir məlumatı yoxdur. Nuriyə özü ona, Sabirabad rayonunda yaşadığını demişdir. Nuriyənin hansı mobil telefon nömrəsi işlətdiyini xatırlamır. Həmçinin sonradan mobil telefonu format olunduğuna görə qadınlar qrupu silinmişdir. Belə olub onun Nuriyə ilə əlaqəsi kəsilmişdir. Nuriyə də onun kimi Romanı tanımayıb pul yatırım etmişdir. Ancaq Nuriyə 400 manat yatırım edib, əvəzində 800 manat almış, sonradan yatırım etməmişdir. Buna görə onun Nuriyədən heç bir şikayəti yoxdur. Roman ona, guya lortareya oynu təşkil edib, 100 manat yatırım edib, on gündən sonra ona 220 manat vermişdir. 1000 manat yatırım edib, 10 gündən sonra 2000 manat pul götürə biləcəyini bildirib onu inandıraraq ümumilikdə 6000 manat pulunu almışdır. Belə ki, o, birinci dəfə 23 yanvar 2023-cü il tarixdə yaşadığı evdə özünün adına olan ABB kartından Romanın kartına 100 manat göndərmişdir. 10 gündən sonra Roman onun kartına 220 manat pul köçürmüşdür. Bundan sonra isə o, Romana inanıb 09 fevral 2023-cü il tarixdə saat 22:27-də yaşadığı evdə 1500 manat, 24 fevral 2023-cü il tarixdə saat 00:37-də yenə də yaşadığı evdə öz kartından 500 manat, 25 fevral 2023-cü il tarixdə saat 17:22-də ünvan 2 ünvanda yerləşən Marketdə qoylumuş Milliön ödəniş terminalından 200 manat, 26 fevral 2023-cü il tarixdə saat 18:35-də yenə də yaşadığı evdə öz kartından 500 manat, xx.xx.2023-cü il tarixdə saat 13:48-də yenə də yaşadığı evdə öz kartından 200 manat, Bundan təxminən 2 gün sonra o, Şəki şəhərinin qaz idarəsinin yaxınlığında yerləşən, “Yolüstü” marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə 1000 manatı, xx.xx.2023-cü il tarixdə saat 18:33-də yenə də “Yolsütü” marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə 500 manat pulu, Bundan təxminən 5 gün sonra axşam tərəfi Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən Bazarstor ticarət mərkəzində qoyulmuş Emanat vasitəsi ilə 500 manat, bundan təxminən 3 gün sonra axşam tərəfi 1000 manat yenə də həmin Emanatdan Romanın kartına pul göndərmişdir. Beləliklə o, Romanın kartına ümumilikdə 6000 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi 6000 manat pulun hamısı onun özünə məxsus olmuşdur. O, həmin pulların hamısını Romanın adına olan “Kapital bank” tərəfindən verilmiş 4169-7388-8844-2732 nömrəli kart hesabına köçürmüşdür. O, Təqsirləndirilən şəxs kartına etdiyi məbləğlərdə pulu köçürən zaman yanında heç kim olmamışdır. Roman onu aldadaraq aldığı 6000 manat puldan 220 manat onun kartına pul köçürmüş, sonradan isə ona 1000 manat da ayrıca ödəmişdir. Bildirmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən yazılmış 10 yanvar 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam olaraq ödəmişdir. Onunla barışmış, heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olan 1500 (bir min beş yüz) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxsə dəymiş ziyаnı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi sübut yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutub qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-38/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-38/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver