Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-39/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, xüsusi ittihamçı – X7 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X32 və onun müdafiəçisi X23, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məmmədov Əliəfsər Əliəsgər oğlu və onun müdafiəçisi X15, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X36 oğlu və onun müdafiəçisi X13 iştirakları ilə xx xxxxxx 1957-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında pаspоrt qeydiyyatında оlmаqlа, həmin ünvanda yaşayan X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xx xxxx 1975-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında pаspоrt qeydiyyatında оlmаqlа, həmin ünvanda yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xx xxxxxx 1967-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında pаspоrt qeydiyyatında оlmаqlа, ünvan 4 ünvanında yaşayan X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayətə əsasən X32 təqsirləndirilir оndаn ötrü ki, о, xx xxx 2019-cu il tarixdə, saat 12:00 radələrində özünü yandırmaq yolu ilə intihara cəhd etdiyini göstərmək istəmiş, həmin vaxt bazarda işləyən şəxsləri və orada olan şəhər sakinlərini başına toplayaraq kütləvi çıxış edərək X4 böhtan atmış, onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymış, guya onun sonuncunun yerini 10 min manata satdığı, onu terrorist adlandırdığı və s. bu kimi böhtanlar atmış, həmçinin onun təhqir etmiş, beləliklə şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Həmin kütləvi çıxışında X32 onun ünvanına “şərəfsiz köpək uşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” və “müdir terroristdir” kimi nalayiq, şərəf və ləyaqəti alçaldıcı ifadələr işlətmişdir. Xüsusi ittiham qaydasında şikayətə əsasən X16 təqsirləndirilir оndаn ötrü ki, o, X24 xx xxx 2019-cu il tarixdə, saat 12:00 radələrində özünü yandırmaq yolu ilə intihara cəhd etdiyini göstərmək istəyib həmin vaxt bazarda işləyən şəxsləri və orada olan şəhər sakinlərini başına toplayaraq X1 böhtan ataraq şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaydığı, həmçinin onu təhqir edərək şərəf və ləyaqətini nalayiq formada alçaldaraq ünvanına “şərəfsiz köpək uşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” və “müdir terroristdir” kimi nalayiq şərəf və ləyaqəti alçaldıcı ifadələr işlətdiyi kütləvi çıxışını telefon vasitəsi ilə çəkərək yaymış, həmin videoyazı X29 tərəfindən “YouTube” internet saytında yerləşdirilmiş və hal-hazıradək 900 nəfərdən artıq şəxs tərəfindən izlənilmişdir. Bundan başqa o, öz “Facebook” sosial şəbəkəsindəki səhifəsində X2 şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymış “Gənab pirezdent Şəki bazarının müdürü Bağdatda çor Xəlifə bazarda da özünü Xəlifə sayır sizdən artıq dərəgədə xaiş edirəm ki, bazarın müdürü barəsində tədbir görəsiz” kimi ifadələr işlətmiş və onun belə təhqiramiz paylaşımına çoxsaylı şərhlər yazılmışdır. Xüsusi ittiham qaydasında şikayətə əsasən X29 təqsirləndirilir оndаn ötrü ki, о, X24 xx xxx 2019-cu il tarixdə, saat 12:00 radələrində özünü yandırmaq yolu ilə intihara cəhd etdiyini göstərmək istəyib həmin vaxt bazarda işləyən şəxsləri və orada olan şəhər sakinlərini başına toplayaraq ona kütləvi böhtan ataraq şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaydığı, həmçinin onu təhqir edərək şərəf və ləyaqətini nalayiq formada alçaldaraq ünvanına “şərəfsiz köpək uşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” və “müdir terroristdir” kimi nalayiq şərəf və ləyaqəti alçaldıcı ifadələr işlətdiyi, X16 tərəfindən telefon vasitəsi ilə çəkilmiş kütləvi çıxışını “YouTube” internet saytında yerləşdirməklə yaymış və hal-hazıradək 900 nəfərdən artıq şəxs tərəfindən izlənilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X32 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 1957-ci ildə anadan olmuş, kasıbçılıqla böyümüş, zəhmətkeş insan olmuşdur. 1986-cı ildən bazarda işləyir. Bu müddət ərzində bazarda on beşə yaxın müdir dəyişmişdir ki, onların hamısı ilə mehriban olmuşdur. Lakin hazırkı müdir, yəni Eldəniz Hacıağayev gəldiyi vaxtdan yer pulunu 12 manat 30 qəpikdən 30 manata qaldırmış, verdikləri rüsumlara görə onlara çek verməmişdir. Ümumiyyətlə, bazarda işləmək üçün şərait yoxdur. Bazar paltar bazarına döndərilmişdir. Kəndliyə isə malını satmağa yer yoxdur. Dükanları xırda-xırda edib 6000-7000 manata satırlar. Əvvəllər əməliyyat olunduğu üçün bir müddət işləməmiş, yerini istədiyinə görə onu polisə çağırıb guya “Zöhrə”ni ölümlə hədələdiyinə görə 100 manat cərimə etmişlər. Daha sonra ona yer vermişlər. O da həmin yerdə bir müddət işləmişdir. Həmin yeri onun əlindən alanda, o, üzərinə benzin töküb özünü yandırmaq istəmiş, ətrafda olan vətəndaşlar hadisənin qarşısını almışlar. Eldəniz Hacıağayevin barəsində “donuz oğlu”, “köpək oğlu” kimi ifadələr işlətməmiş, amma onu “şərəfsiz” adlandırmışdır. Sonuncu onun barəsində prokurorluğa şikayət etmiş, onu sosial partlayış etməkdə günahlandırmış və “terrorist” adlandırmışdır. Odur ki, qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X16 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, həqiqətən də xx xxx 2018-ci il tarixdə Şəki bazarında baş vermiş Ülfət Xəlilovun özünü yandırmaq istəməsi hadisəsinin şahidi olmuşdur. Lakin o, da digər şəxslər kimi kənardan müşahidə etmiş, heç bir çəkiliş aparmamış və heç kimə yaymamışdır. Çəkilişə onun səs yazısı düşə bilər, amma bu, çəkilişin onun tərəfindən aparılmasına və ya yayılmasına dəlalət etmir. Bundan başqa sosial şəbəkələrdə Eldəniz Hacıağayev barəsində yazdıqları onun şərəf və ləyaqətini alçaldan ifadələr kimi qəbul edilməməlidir. Belə ki, o, Eldəniz Hacıağayevin özünü bazarda xəlifə kimi aparmasını deməklə onun barəsində tədbir görülməsini xahiş etmişdir. Yəni həmin ifadələri, o, Eldəniz Hacıağayevdən şikayət etmək üçün işlətmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X29 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, medya təmsilçisidir. “Şəkinin səsi” qəzetinin həmtəsisçisi və baş redaktoru, “İpəkçi” qəzetinin baş redaktorudur. Əldə etdiyi operativ məlumatı yaymaq onun borcudur. Vətəndaşın intihara cəhd etməsinə dair çəkilişi əldə etdikdən sonra internetdə yayımlamışdır. Bunu etiraf edir. Lakin həmin çəkilişdə xüsusi ittihamçının təhqir edilməsini görmür. “Şərəfsiz” və s. bu kimi ifadələrin kimin ünvanına söylənməsi çəkilişdə müəyyən olunmur, adlar çəkilmir. Bununla yanaşı bildirmək istəyir ki, xüsusi ittihamçı şikayət müddətini ötürmüşdür. Belə ki, ona məlumdur ki, şikayətçi bir ay ərzində ona müraciət etməli idi ki, o, yayımı götürsün, əks təqdirdə məhkəməyə müraciət edə bilərdi. Xüsusi ittihamçı bunu etməmiş, bir il keçdikdən sonra məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermişdir. Həmçinin, qeyd edir ki, ona qarşı irəli sürülmüş ittihama əsasən, guya o, böhtan xarakterli məlumatlar yayıb. Halbuki, bu, belə deyil. Xüsusi ittihamçı məlumatın böhtan xarakterli olmaqla yalan informasiya olmasını sübuta yetirməlidir. Çəkilişin kimdən aldığını gizli saxlamaq isə onun borcudur. Qeyd olunanları nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X7 göstərdi ki, o, Şəki bazar ASC-nin müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxslərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Bazarda işlədiyi müddətdə qanunvericinin tələblərinə əməl etməyə çalışmışdır. Lakin təqsirləndirilən şəxs X32 ona qarşı qərəzli mövqe seçərək mümkün olan bütün üsullardan istifadə etməklə təsir göstərmək istəmişdir. Hətta bazarda olan mübahisəli yer Ülfət Xəlilovun qızının adına rəsmiləşdirilmişdir və hazırda onlar tərəfindən işlədilir. Həmin yerdə isə ət kəsimi və satışı gigiyena tələbləri baxımından qadağan olunmuş, bunun üçün müvafiq ərazi ayrılmışdır. X39 bütün qeyd olunan hallara baxmayaraq kütlə qarşısında onun şərəf və ləyaqətini alçaldan təhqir və böhtan xarakterli məlumatlar yaymışdır. Bununla yanaşı Ülfət Xəlilov ona böhtan atdığı və təhqir etdiyi zaman X16 çəkiliş aparmış və sosial şəbəkələrdə yayılması üçün X25 vermişdir. Öz növbəsində X29 onun təhqir olunduğu və böhtan atıldığı çəkilişi “Youtube” sosial şəbəkəsində yaymışdır. Məhkəmədən təqsirləndirilən şəxslərə sərt cəza verilməsini xahiş edir. İş materiallarında olan diskə baxış keçirdikdə müəyyən olur ki, X32 bir qrup şəxs qarşısında üzərinə maye tökməklə və intihar etmək istəyini bildirməklə bazarın müdirünün onun yerini 10 min manata satdığını, onu terrorist adlandırdığını bildirir. Eyni zamanda bazarın müdirü barəsində “şərəfsiz köpək uşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” və “müdir terroristdir” kimi ifadələr işlədir. Məhkəmə tərəfindən təyin edilmiş və iş materiallarına əlavə edilən xx xxxxxxxx 2020ci il tаrixli, 4/647 nömrəli məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 01 ədəd CD diskə yazılmış videogörüntüdə X32 tərəfindən istifadə edilən “şərəfsiz köpək üşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” ifadələri X2 şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələrdir. Ekspertizaya təqdim edilmiş, 01 ədəd CD diskə yazılmış videogörüntüdə X32 tərəfindən istifadə edilən “müdir terroristdir” ifadəsi X2 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatdır. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan Aydın Məmmədov adlı istifadəçi tərəfindən “Youtube” sosial şəbəkəsində yerləşdirilmiş video əks olunan ekran kəsimi (scrennshot)dan görünür ki, X29 öz rəsmi səhifəsində “xxxxxxxxxx” ASC ərazisində növbəti intiharın qarşısı alınıb” başlıqlı, 11 dəqiqə 01 saniyədən ibarət video paylaşmış, sözügedən video 888 nəfər tərəfindən izlənilmiş, 14 nəfər tərəfindən bəyənilmiş, 2 nəfər tərəfindən bəyənilməmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X17 Rayon Xalq Məhkəməsinin xx xxxxxxx 1980-cı il tarixli hökmü ilə 01 il 06 ay əməyə mütləq cəlb olunmaqla şərti cəzaya və Şəki Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə 06 ay islah işləri cəzasına (15%) məhkum edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X16 Bakı Qarnizon Hərbi Tribunalının xx xxxx 1996-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən çəkilməmiş cəzası ½ qədər azaldılaraq, 04 il 01 ay 21 gün cəza saxlanılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X20 məhkumluğu yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X32 Azərbaycan Respublikası Cinayət Məcəllənin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə tam sübuta yetirilir. Belə ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə cinayət məsuliyyəti kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldığı hallarda yaranır. Belə olan halda, bazarda kütlə qarşısında X24 X2 barəsində söylədikləri “qeyrətsiz”, “şərəfsiz”, “donuz köpək oğlu” və s. bu kimi ifadələr Eldəniz Hacıağayevin kütləvi çıxışda şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçatma kimi qəbul olunmalıdır. Belə ki, çəkilişdən göründüyü kimi X32 X2 barəsində nalayiq sözlər söyləməklə ikidən çox şəxsin qarşısında həmin şəxslərin gördüyü, eşitdiyi və qavraya bildiyi formada ifadə etməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxs X28 istinad edilən CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Lakin məhkəmə qeyd edir ki, X28 qarşı Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsilə irəli sürülmüş ittihama CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığı üçün bəraət verilməlidir. Belə ki, X24 bazarda kütlə qarşısında xüsusi ittihamçının “onun yerini 10 000 manata satması”, onu sosial partlayış etməkdə günahlandırıb, “terrorist” adlandırması kimi işlətdiyi ifadələr Eldəniz Hacıağayevin şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan böhtan xarakterli məlumat kimi qəbul olunmamalıdır. İttihama münasibətdə məhkəmə qeyd edir ki, təqdim olunan diskdə həqiqətən də Ülfət Xəlilovun bu kimi ifadələrdən istifadə etməsi müəyyən olunur. Lakin nəzərə almaq lazımdır ki, CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır. X14 əməlində CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün X34 Hacıağayev barəsində söylədiyi ifadələr böhtan xarakterli olsa belə eyni zamanda X2 şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan xarakterli məlumatlar olmalı, yəni əxlaq prinsiplərinə zidd olmaqla Eldəniz Hacıağayevin fəaliyyəti ilə əlaqədar cəmiyyət arasında mənfi rəy yaratmalıdır. Eyni zamanda ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalı, ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Diskdə olan çəkilişdən isə müəyyən olunur ki, X27 Xəlilovu terrorist adlandırması, yerini satması kimi təqsirləndirilən şəxsin söylədikləri ümumi xarakterli, əxlaq normalarına zidd olmayan məlumatlar kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Eldəniz Hacıağayevin satmasa belə Ülfət Xəlilovun “mənim yerimi 10 000 manata satmışdır” kimi ifadəsi, eyni zamanda Eldəniz Hacıağayevin demədiyi halda Ülfət Xəlilovun “mənə terrorist deyir” kimi ifadə işlətməsi böhtan olsa belə Eldəniz Hacıağayevin şərəf və ləyaqətini alçaltmır və ümumiyyətlə bu cür ifadələrin işlədilməsi şərəf və ləyaqətin ləkələnməsi və nüfuzdan salan məlumatın yayılması kimi qəbul olunmamalı, əməlin ictimai təhlükəli olmaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X24 barəsində irəli sürülmüş CM-nin 147.1ci maddəsi üzrə bəraət verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə digər təqsirləndirilən şəxs X12 qarşı irəli sürülmüş CM-nin 147.1 və 148-ci maddələri ilə ittihama CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilməlidir. Belə ki, X8 X3 barəsində X24 söylədiyi şərəf və ləyaqəti ləkələyən və nüfuzdan salan böhtan və təhqir xarakterli məlumatların yayılmasına dair ittihama münasibətdə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə bu halların mövcudluğu göstərilsə də, məhkəmə istintaqı zamanı telefonla çəkiliş aparan şəxsin X16 olduğunu, onun adının çəkilməsi xüsusi ittihamçının nümayəndəsi və vəkili tərəfindən israr olunsa da, həmin halları sübut edən dəlillər məhkəməyə təqdim olunmamış və məhkəmə istintaqı zamanı təsdiqini tapmamışdır. Bundan başqa X8 “Facebook” sosial şəbəkəsindəki səhifəsində X3 barəsində “Şəki bazarının müdürü Bağdatda çor Xəlifə bazarda da özünü Xəlifə sayır...” kimi ifadələr işlətməsi məhkəmə tərəfindən şərəf və ləyaqətin alçaldılması kimi qəbul olunmur. Qeyd olunduğu kimi həmin ifadələr şərəf və ləyaqəti alçaldan o vaxt hesab oluna bilər ki, istifadə olunan ifadələr əxlaq prinsiplərinə zidd olsun, şəxs barəsində cəmiyyət arasında mənfi rəy yaratsın. Məhkəmə hesab edir ki, X8 “Facebook” sosial şəbəkəsində X3 “özünü Xəlifə kimi aparması və onun barəsində tədbir görülməsinin xahiş etməsi” daha çox Eldəniz Hacıağayevin barəsində şikayət kimi qəbul oluna bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarında isə göstərilmişdir ki, “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” X25 qarşı irəli sürülmüş CM-nin 147.1 və 148-ci maddələrilə ittihama münasibətdə məhkəmə qeyd edir ki, X25 CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından bəraət verilməlidir. Belə ki, X20 CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, X24 X9 barəsində söylədiyi “yerini 10 000 manata satması”, “onu sosial partlayış etməkdə günahlandıraraq “terrorist” adlandırması” kimi ifadələr əks olunan videogörüntünü “Youtube” sosial şəbəkəsinə qoyması hələ onun şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatların yayılması kimi qəbul edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, bu cinayətə görə məsuliyyəti yalnız böhtanın məzmununu təşkil edən məlumatları yayan şəxs daşıyır. Məhkəmə qəbul edir ki, X11 Ülfət İzzət oğlunun Eldəniz Hacıağayev barədə “onun yerini 10 000 manata satması”, “terrorist” adlandırması” kimi ifadələrini “Youtube” sosial şəbəkəsində yaymışdır. Göründüyü kimi, CM-nin 147.1-ci maddəsinin subyekti olmaq üçün zəruri olan kütləvi informasiya vasitələrində məlumatların yayılmasına dair şübhələr olmasa belə məhkəmə, həmin məlumatların şərəf və ləyaqəti ləkələyən olmadığı qənaətinə gəldiyindən Aydın Məmmədovun əməlində CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı qənaətinə gəlir. Məhkəmə X5 çıxış zamanı Eldəniz Hacıağayevin barəsində özünə məxsus olan yerini sonuncu tərəfindən 10 000 manata satılması, onu terrorist adlandırmasına dair ifadələrini böhtan xarakterli olsa belə şərəf və ləyaqəti ləkələyən məlumatın yayılması kimi qəbul etmir. Belə olan halda həmin məlumatların X29 tərəfindən “Youtube” sosial şəbəkəsində yayılması da CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yarada bilməz. X20 CM-nin 148-ci maddəsilə ittiham olunmasına münasibətdə məhkəmə bildirir ki, X10 qarşısında X7 barəsində təhqir kimi qəbul edilən çıxışını “Youtube” sosial şəbəkəsində Aydın Məmmədov tərəfindən yayılması sübut olunsa da, məhkəmə hesab edir ki, CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti yalnız həmin ifadələri işlədən və yayan şəxs ola bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, bu cinayətə görə məsuliyyət daşıyan şəxs yalnız təhqir sayılan ifadələrin müəllifi ola bilər. Ona görə də X29 barəsində irəli sürülmüş CM-nin 148-ci maddəsi ilə ittiham üzrə Aydın Məmmədov cinayətin subyekti ola bilməz və ona həmin maddə üzrə bəraət verilməlidir. Məhkəmə X28 CM-nin 148-ci maddəsinə əsasən cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirilən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Lakin məhkəmə X24 yaşını, ilk dəfə məhkum olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə X28 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur və şəxsin daha tez islah olunması baxımından əhəmiyyət kəsb edir. Buna görə də təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza tətbiq edilməlidir. X21 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə qətimkan tədbirinin seçilməməsi və mülki iddianın olmaması nəzərə alınmalı, maddi sübut olan X24 çıxışı əks olunmuş 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1 500 (bir min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. X28 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsilə bəraət verilsin. X12 təqsiri sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış X12 onun qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. X25 əməlində cinayət tərkibi olmamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış X25 onun qanunsuz məhkəməyə verilməsi və qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış X24 çəkilişi əks olunmuş bir ədəd disk iş materiallarında saxlanılsın. X21 150 (yüz əlli) manat miqdarında ekspertiza xərci tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə qətimkan tədbirinin seçilməməsi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-39/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-39/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver