Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-39/2022 29.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1968-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri İ.Hacıyev küçəsi ev 49-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə xx xxx 1983-cü ildə Xocalı rayonu Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Yeni Çələbixan qəsəbəsinin Mənzil Komunal İstismar sahəsində sürücü vəzifəsində işləyən, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, X3 saxlanılan Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sаtış məqsədi оlmаdаn qаnunsuz оlаrаq şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа nаrkоtik vаsitə qurudulmuş marixuana əldə etmə, sаxlаmа və dаşımа cinаyət əməlini törətmişdir. Belə ki, o, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə 12 yanvar 2022-ci il tаrixdə sааt 13:30 rаdələrində tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Şəki rayonu Yeni Çələbixan qəsəbəsi, 118 saylı evin yaxınlığında, küçədə Təqsirləndirilən şəxs2dаn 60 mаnаtа qаnunsuz olaraq şəxsi istehlаk miqаrındаn аrtıq miqdаrdа, ümumi təmiz çəkisi 8,09 qram olan nаrkоtik vаsitə qurudulmuş marixuananı əldə edib dаşıyаrаq üzərində sаxlаmış, 12 yanvar 2022-ci il tаrixdə dаxil оlmuş əməliyyаt məlumаtı əsаsındа Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və X1 əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyattədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:45 radələrində Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində “Hədiyyənin dükanı” deyilən mağzanın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X11 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulаrаq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şаlvаrın sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində 5 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,66 qram, 1,98 qram, 1,57 qram, 1,55 qram, 1,33 qram olmaqla ümumi təmiz çəkisi 8,09 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana аşkаr оlunаrаq götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tаmаh niyyəti və sаtış məqsədilə qаnunsuz оlаrаq nаrkоtik vаsitə olan qurudulmuş marixuana əldə etmə, sаxlаmа, dаşımа və sаtmа cinаyət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintаqа məlum оlmаyаn mənbədən və vaxtda tаmаh niyyəti və sаtış məqsədilə qаnunsuz оlаrаq təmiz çəkisi 8,09 qram nаrkоtik vаsitə оlаn qurudulmuş marixuananı əldə edib üzərində sаxlаyаrаq dаşımış, 12 yanvar 2022-ci il tаrixdə sааt 13:30 rаdələrində bir ədəd siqаret qutusunun içərisində 5 ədəd kağız bükümdə şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа, yəni 8,09 qrаm çəkidə nаrkоtik vаsitə оlаn qurudulmuş marixuananı yaşadığı Şəki rayonu Yeni Çələbixan qəsəbəsi, 118 saylı evin yaxınlığında, küçədə tаnışı Məhərrəmov Tоfiq İbiş оğlunа 60 mаnаtа sаtmış, 12 yanvar 2022-ci il tаrixdə dаxil оlmuş əməliyyаt məlumаtı əsаsındа Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və X1 əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:45 radələrində Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində “Hədiyyənin dükanı” deyilən mağzanın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X11 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətiriib şübhəli şəxs qismində tutulаrаq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şаlvаrın sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində 5 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,66 qram, 1,98 qram, 1,57 qram, 1,55 qram, 1,33 qram olmaqla ümumi təmiz çəkisi 8,09 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana аşkаr оlunаrаq götürülmüş, keçirilmiş əməliyyat tədbirinin davamı olaraq həmin tаrixdə sааt 19:30 rаdələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilən əməliyyаt tədbirləri nəticəsində о, Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində bazarın qarşısında yerləşən avtobus dayanacağında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən sаxlаnılаrаq Şəki şəhəri X11 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulаrаq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şаlvаrın sol ön cibində nаrkоtik vаsitənin sаtışındаn əldə etdiyi üç ədəd 20 (iyirmi) manatlıq Azərbaycan Respublikasının pul əskinaslarından ibarət оlmаqlа cəmi 60 (altmış) mаnаt məbləğində pul аşkаr оlunub qаnunа müvаfiq qаydаdа qаblаşdırılаrаq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2019-cu ildə Bakı şəhərində piyada olan zaman avtomobil onu vurmuş, qəzadan xəsarət almış, buna görə də bir neçə dəfə əməliyyat olunmuşdur. Əməliyyatdan sonra ağrıları vardır. Təqsirləndirilən şəxs2 Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində onun valideyinləri ilə qonşuluqda yaşayır. Adilin narkotik vasitədən istifadə etməsini bilirdi. Lakin əvvəllər birlikdə narkotik vasitədən istifadə etməmişlər. 12 yanvar 2022-ci il tarixdə Adilin nömrəsinə zəng edib onda narkotik vasitə olub-olmamasını soruşmuş, Adil onda narkotik vasitə olmadığını, bir neçə aydır istifadə etmədiyini, mualicə olunduğunu demişdir. O, Adildən onunçün narkotik tapmasını xahiş etmişdir. Təxminən bir saatdan sonra o, Adilə yenidən zəng edib tapıb-tapmamasını soruşmuş, tapdığı halda pul verə biləcəyini demişdir. Adil ona pulla satmadığını, lakin özündə köhnədən qalanını tapsa verəcəyini söz vermişdir. Bundan təxminən bir saat sonra yenə də, o, Adilə zəng etmiş, Adil ona özündə 5 büküm qurudulmuş marixuana olduğunu, gəlib götürməsini demişdir. Telefonda “gəl götür heç nə lazım deyil, mən narkotik satan deyiləm” demişdir. Bundan sonra evdən çıxıb Adilgilin evinin yanına getmişdir. Adilgilin evinin yanına çatdıqda Adil küçədə avtomobili təmizləyirmiş. Adilə yaxınlaşıb Adildən siqaret qutusunun içərisində 5 büküm marixuananı almışdır. Yenidən pul təklif etsə də Adil imtina etmişdir. Adilin yaxşılığının əvəzində 60 manat pulu avtomobilin arxa şüşəsindən içəriyə atıb getmişdir. Adilgilin küçələrindən çıxıb məhəllənin başında olan mağazaya gedib çörək almaq istəmişdir. O, mağazaya gedən zaman yolda dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, üzərində narkotik vasitə olmasına dair məlumatlarının olduğunu deyib onu polis şöbəsinə aparmışlar. Şöbədə müstəntiq ona narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirib vəkillərin siyahısını təqdim etmiş, həmin siyahıdan o, Müdafiəçi1 seçmişdir. Bir qədər keçdikdən sonra Müdafiəçi1 gəlmiş, hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan Adildən aldığı 01 ədəd siqaret qutusunu çıxarıb onun içərisindəki 5 ədəd kağız bükümü, 01 ədəd mobil telefonu, pulunu, kağız parçasını təqdim etmişdir. Müstəntiq yoxlamış, lakin üzərindən başqa heçnə aşkar edilməmişdir. O, narkotik vasitəni Adildən 60 manat pul müqabilində özü istifadə etmək məqsədi ilə aldığını etiraf etmişdir. Müstəntiq tərəfindən kağız bükümlər siqaret qutusunun içərisində, həmçinin mobil telefonu və üzərindəki 3 ədəd bir manatlıq pul əskinası ayrı ayrı zərfə qoyulub müvafiq qaydada qablaşdırılmış, digər əşyaları özünə qaytarılmışdır. Protokol tərtib edildikdən sonra özü tərəfindən imzalanmışdır. Məhkəmədən əməlini etiraf etməklə səmimi peşman olmasını nəzərə almaqla ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirdi ki, ifadələr arasında olan ziddiyətli məqamlar onun saxlanılan, dindirilən zamanı və ümumiyyətlə həmin dövrdə həyacanlı və stresdə olması ilə bağlıdır. Polis şöbəsində ona təsir və təziq olunmayıb. Narkotik vasitəni Adildən xahiş edib alıb, Adil ondan pul istəməyib, yaxşılıq etdiyi üçün pulu Adilin xəbəri olmadan maşına atıb. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadə ilə ziddiyətli məqamlar olduğundan Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmaqla elan edildi. İbtidai istintaqda ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla özünü və ailəsini dolandırır. Əvvəllər məhkum olunmamışdır. Təxminən 7-8 ay olar ki, narkotik vasitə olan nəşədən istifadə edir. 2019-cu il tarixdə Bakı şəhərində piyada olan zaman avtomobil onu vurmuş və qəzadan xəsarət almış, buna görə də bir neçə dəfə əməliyyat olunmuşdur. Əməliyyatdan sonra hazırda bədənində tikiş vardır və xəsarət aldığı yerlərdə ağrıları vardır. Onun nəşədən istifadə etmək məqsədi də ağrılarına görədir. Bir neçə dəfə ağrı kəsici atsa da sonra onlar keyfiyyətli təsir etmədiyinə görə nəşədən istifadə edir. Təqsirləndirilən şəxs2 təxminən 4-5 ildir ki, tanıyır. O, Bakı şəhərində qeydiyyatda olub orada yaşasa da valiydeynləri Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs2 da onlarla qonşudur, yəni aralarındakı məsafə azdır. O, əvvəllər yay aylarında Şəki rayonuna gəlsə də hazırda valideynlərinin xəstə olmasına görə 2 həftədən bir Şəki rayonuna gəlib valideynlərinin yanında qalır. Qəsəbədə olan müddət ərzində qəsəbə sakinlərindən Adildə narkotik vasitə olmasını, Adilin istifadə etməsini eşitmişdir. O, narkotik vasitədən ağrıları olduğu vaxtlar istifadə edir. Çoxdandır ki, narkotik vasitə istifadə etmədiyinə görə ağrıları yaranmağa başlamışdır. 12 yanvar 2022-ci il tarixdə təxminən 10 radələrindən sonra Adilin nömrəsinə özünə məxsus mobil nömrə ilə zəng edib onda narkotik vasitə olub-olmamasını soruşduqda Adil hazırda olmadığını, olduğu halda xəbər edəcəyini demişdir. Həmçinin, həmin vaxt Adil ondan nə qədər istədiyini soruşduqda o, Adilə 1 karopka istədiyini demiş, bundan sonra isə Adil ona karopkanın çətin olacağını, yenə baxacağını demişdir. Təxminən 1 saatdan sonra o, Adilə yenidən zəng edib tapıb-tapmamasını soruşduqda Adil ona 40 dəqiqə gözləməyini, tapacağını bildirmişdir. Bundan təxminən 1 saat sonra yenə də o, Adilə zəng edib onun üçün qurudulmuş marixuana təşkil edə bilib-bilmədiyini soruşduqda, Adil ona özündə 5 büküm qurudulmuş marixuana olduğunu, həmin narkotiki 60 manat pula satdığını bildirmiş, həmin vaxt o, Adildən karopka olub-olmamasını soruşduqda Adil karopka olmadığını, eyni şey olduğunu bildirmiş və o, Adil ilə telefonda razılaşmış, bundan sonra evdən çıxıb Adilgilin evinin yanına getmişdir. O, həmin gün saat 13:30 radələrində Adilgilin evinin yanına çatdıqda Adil küçədə dayanıb avtomobili təmizləyirdi. O, Adilə yaxınlaşıb salamlaşdıqdan sonra Adilə 03 ədəd 20 manatlıq olmaqla ümumilikdə 60 manat pulu narkotik vasitəni ondan almaq məqsədilə vermiş, sonra isə Adil cibindən “sobrani” markalı siqaret qutusunu verib 5 bükümün içərisində olduğunu bildirmişdir. Adil ilə görüşü təxminən 2-3 dəqiqə çəkmişdir. O, Adildən nəşəni götürdükdən sonra bir qədər aralanmış və siqaret qutusunun içərisinə baxdıqda qutunun içərisində 5 ədəd kağız büküm olmasını görmüş və daha sonra həmin siqaret qutusunu əynindəki şalvarın sağ cibinə qoymuşdur. O, Adilgilin küçələrindən çıxıb məhəllənin başında olan qəsəbədə olan mağazaya gedib çörək almaq istəmişdir. O, mağazaya gedən zaman yolda mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, üzərində narkotik vasitə olmasına dair məlumatlarının olduğunu deyib onu polis şöbəsinə dəvət etmişdirlər. O da artıq narkotik vasitə istifadə etməyinin bilinməsini başa düşüb etiraz etməmiş və polislərlə birlikdə Şəki ŞRPŞ-yə gəlmişdir. O, polis şöbəsinə gəldikdən sonra onu müstəntiq Zəfər müəllimin otağına aparmışdırlar. Həmin otaqda müstəntiq Zəfər müəllim ona narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirib buna görə tutulacağını bildirmiş və ona vəkillərin siyahısını təqdim etmiş, həmin siyahıdan o, Müdafiəçi1 seçmiş, bir qədər keçdikdən sonra Müdafiəçi1 gəlmiş, bundan sonra isə müstəntiq ona CM-nin 234.1-ci maddəsi ilə tutulduğunu bildirib hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı ona yenidən hüquq və vəzifələrini izah etməklə iştirak edən şəxslərlə münasibətləri, ədavət və düşmənçilikləri soruşulduqda o, heç bir iştirakçı ilə ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Bundan sonra müstəntiq ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə ayağa qalxaraq əynindəki şalvarın sağ cibindən, Adildən aldığı 01 ədəd siqaret qutusunu çıxarıb onun içərisindəki 5 ədəd kağız bükümü, həmçinin əynindəki gödəkçənin sol cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ arxa cibindən pulunu, gödəkçəsinin sol iç cibindən kağız parçasını çıxarıb masanın üzərinə qoymuş, bundan sonra müstəntiq ondan üzərində hər hansı əşya qalıb-qalmadığını soruşduqda o, “xeyr” - deyə cavab vermişdir. Daha sonra isə müstəntiq üzərini yoxlamış, lakin heçnə aşkar edilməmişdir. Daha sonra isə masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif edildikdə o, masanın üzərinə qoyduğu ona məxsus masanın üzərinə qoyduğu əşyaları təqdim etmiş, həmin vaxt kağız bükümdə narkotik vasitəni də müstəntiqə təqdim edib nəşə olduğunu, Adildən 60 manat pul müqabilində özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən kağız bükümlər siqaret qutusunun içərisində, həmçinin mobil telefonu və üzərindəki 3 ədəd bir manatlıq pul əskinası ayrı ayrı zərfə qoyulub müvafiq qaydada qablaşdırılmış, daha sonra isə digər əşyaları özünə qaytarılmışdır. Bundan sonra isə videoçəkiliş nümayiş etdirilmiş və bu barədə protokol tərtib edildikdən sonra özü tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Şəki rayon Yeni Çələbixan qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsində sürücü vəzifəsində işləyir. Əvvəllər narkotik vasitənin istifadəçisi olmuş, lakin 2021-ci ilin oktyabr ayından narkotik vasitədən istifadə etmir, müalicə olunur. İstifadə etdiyi vaxtlardan onda marixuanadan 5 büküm qalmışdır. Həmin 5 bükümü siqaret qutusunun içərisinə qoyub həyətində daşların arasında gizlətmişdi. 12 yanvar 2021-ci il tarixdə Tofiq ona zəng edib ağrıları olduğunu, qurudulmuş marixuanaya ehtiyacının olduğunu bildirərək onda qurudulmuş marixuana olub-olmamasını soruşmuşdur. Əvvəllər onlar bir neçə dəfə birlikdə narkotik vasitədən istifadə etmişlər. O, Tofiqə narkotik vasitədən istifadə etmədiyini, ümumiyyətlə narkotik vasitəsi olmadığını demişdir. Tofiq ona ikinci dəfə zəng etmiş, ona kömək etməsini xahiş etmişdir. Tofiqin əziyyət çəkdiyini anlayıb, köhnədən nəsə qalıbsa Tofiqə verəcəyinə söz vermişdir. Tofiq üçüncü dəfə zəng etdikdən sonra onun yaşadığı evin qapısına gəlmişdir. Həmin vaxt, o, maşın yuyurmuş. Köhnədən qalan beş büküm narkotik vasitəni Tofiqə vermişdir. Tofiq ona pul təklif etsə də, imtina etmiş, “mən bunun satanı deyiləm” demişdir. Tofiqin pulu maşına atmasını görməmişdir. Bundan sonra Tofiq çıxıb getmişdir. O, övladını müəllim yanından gətirmək, həmçinin evə bazarlıq etmək üçün Şəki rayonunun mərkəzi bazarına getmişdir. O, maşına yaxınlaşanda, övladının göxləri qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, qolunu burub, təhqir edərək, öz maşınlarında polis şöbəsinə aparmışlar. Yolda olarkən onun başından da vurmuşlar. Şöbədə ona boynuna almasa işkəncə verəcəklərini demişlər. Şəkər xəstəsi olmaqla, iki qabırğası yoxdur, bədənində qəlpə var, ümumiyyətlə səhəti ilə bağlı problemləri çoxdur. Yeddi saat saxlayandan sonra çəkiliş ediblər. Odur ki, şöbədə deyilənlərin hamısını etiraf etmişdir. 57 manat özünün pulu olub. Həmin puldan başqa arxa cibindən ona məxsus olmayan 60 manat pul çıxardıblar. Həmin pulu ehtimal edir ki, polislər onun cibinə qoyublar. Həkimlər onu muayinə ediblər, xəsarət izi aşkar olunmayıb, çünki polislər iz qoymadan vurmağı bacarırlar. Vəkilinə və məhkəməyə həbs seçilməsi üçün gətiriləndə heç nə deməmişdir. Düşünüb ki, iş məhkəməyə veriləndən sonra məlumat versin. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirdi ki, ifadələr arasında olan ziddiyətli məqamlar onun saxlanılan zaman ona hədə-qorxu gəlindiyindən və işkəncə veriləcəyindən qorxduğu üçün etirafedici ifadələr verib. Özünü narkotik vasitəni saxlamaqda, həmçinin əvəzsiz Məhərrəmov Adilə verməkdə təqsirli bilir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadə ilə ziddiyətli məqamlar olduğundan Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmaqla elan edildi. İbtidai istintaqda ifadəsində göstərmişdir ki, o, təxminən 10 ildir ki, Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Şəki rayon Yeni Çələbixan qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsində sürücü vəzifəsində işləyir. Onun əsas işi qəsəbə ərazisində təmir tikinti işlərində traktorla müəyyən işlər görməkdir. Təxminən 15 il olar ki, narkotik vasitə olan nəşədən, yəni qurudulmuş marixuanadan istifadə etmişdir. Lakin, son 4 aydır ki, narkotik vasitədən istifadəni tərgitməyi ilə bağlı müalicə olunur və narkotik vasitə istifadə etmir. 2021-ci ilin yay aylarında Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən gölməçələrdən birinə çimməyə gedən zaman dəmir yolunun kənarındakı bir kol diqqətini cəlb etdiyinə görə o, həmin kola yaxınlaşaraq diqqətlə baxmış və əvvəllər müxtəlif video portallarda və televiziya proqramlarında da gördüyünə görə həmin kolun çətənə kolu olduğunu anlamışdır. O, həmin vaxt həmin çətənə kolunun yarpaqlarından yığıb qurudaraq istifadə etmək qərarına gəlmiş və bu məqsədlə həmin çətənə kolunun yarpaqlarından bir qədər toplayıb, həmin ərazidə kolluqda qurudaraq özü üçün istifadə etməyə başlamışdır. Təxminən 2021-ci ilin oktyabr ayından narkotik vasitədən istifadəni tərgitməyi ilə bağlı müalicə almağa başladığına görə artıq nəşədən, yəni qurudulmuş marixuanadan istifadə etməməyə başlamışdır. Həmin vaxt isə özü qurudaraq hazırladığı qurudulmuş marixuanadan 5 (beş) büküm qalmışdı. Həmin 5 bükümü siqaret qutusunun içərisinə qoyub həyətində daşların arasında gizlətmişdi. 12 yanvar 2021-ci il tarixdə saat 11:41-də Şəki rayonu Yeni Çələbixan qəsəbə sakini kimi tanıdığı, Tofiq adlı şəxs ona zəng edib nəşəyə, yəni qurudulmuş marixuanaya ehtiyyacının olduğunu bildirərək onda qurudulmuş marixuana olub-olmamasını soruşmuş, həmin vaxt o, səhhətində biraz narahatlıqlar olduğuna görə Tofiqə özündə nəşə, yəni qurudulmuş marixuana olmadığını bildirib olacağı halda xəbər verəcəyini bildirmişdir. O, həmin vaxt evdə idi və yataqda uzanmışdı. Bundan sonra bir qədər fikirləşdikdə həmin vaxt Tofiqin ona zəng edərək xahiş etməsinə, onun da artıq müalicəsinə görə narkotikdən istifadə etmədiyinə görə gizlətdiyi həmin 5 (beş) büküm qurudulmuş marixuananı götürüb Tofiqə verməyi qərara almışdır. Bir qədər keçdikdən sonra yuxulayan zaman Tofiq yenidən ona zəng edib nəşə tapıb-tapmadığını soruşduqda o, Tofiqə nəşə tapdığını bildirmiş, həmin vaxt Tofiq onda bir karopka olub-olmadığını soruşduqda o, Tofiqə karopka olmadığını, 5 büküm olduğunu, eyni şey olduğunu bildirmiş və telefonda Tofiqlə həmin 5 büküm qurudulmuş marixuananı Tofiqə 60 (altmış) manat pul müqabilində satmağa razılaşmış və həmin zaman o, Tofiqlə yaşadığı küçədə öz evinin qarşısında görüşməyə razılaşmışdır. Bundan sonra isə həmin narkotik vasitəni gizlətdiyi yerdən götürüb cibinə qoyaraq küçəyə çıxmış, bir qədər keçdikdən sonra, yəni həmin gün saat 13:30 radələrində Tofiq onun yaşadığı evin yaxınlığına gəlmişdir. Həmin vaxt o, küçədə dayanıb avtomobilini təmizləyirdi. Tofiq onun yanına gəlib salamlaşdıqdan sonra ona 3 (üç) ədəd 20 (iyirmi) manatlıqlardan ibarət olmaqla ümumilikdə 60 (altmış) manat pul vermiş, o da Tofiqə həmin 60 manat pulun müabilində siqaret qutusunun içərisində olan 5 büküm qurudulmuş marixuananı vermiş, sonra isə Tofiq onunla sağollaşıb getmişdir. Bundan sonra isə o, evə bazarlıq etmək, həmçinin evdəki qaz borusunun qırılmasına görə Şəki rayonunun mərkəzi bazarına getmişdir. O, bazarlıq etdikdən sonra bazar ərazisində avtobus dayanacağının yanında dayanmışdır. O, bazar ərazisində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olmalarını bildirərək, narkotik vasitə satmağına dair məlumatlarının olduğunu deyib onu polis şöbəsinə dəvət etmişdirlər. O da artıq narkotik vasitə satmağının bilinməsini başa düşüb etiraz etməmiş və polislərlə birlikdə Şəki ŞRPŞ-yə gəlmişdir. Həmin vaxt avtomobilini də polis əməkdaşları idarə edib polis şöbəsinin duracağına yerləşdirmişdirlər. O, polis şöbəsinə gəldikdən sonra onu müstəntiq Zəfər müəllimin otağına aparmışdırlar. Həmin otaqda müstəntiq Zəfər müəllim ona narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib buna görə tutulacağını bildirmiş və ona vəkillərin siyahısını təqdim etmiş, həmin siyahıdan o, Musa Sarıyevi seçmiş, bir qədər keçdikdən sonra Musa Sarıyev gəlmiş, bundan sonra isə müstəntiq ona CM-nin 234.2-ci maddəsi ilə tutulduğunu bildirib hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı da ona yenidən hüquq və vəzifələrini izah etməklə iştirak edən şəxslərlə münasibətləri, ədavət və düşmənçilikləri olub-olmaması soruşulduqda o, heç bir iştirakçı ilə ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Bundan sonra müstəntiq ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə əlindəki mobil telefonu, gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu və onun içərisindəki alışqanı, əynindəki şalvarın sağ ön cibindən avtomobil açarını və həmin şalvarının sol ön cibindən pul əskinaslarını, həmin şalvarının sağ arxa cibindən kağız parçasını və əynindəki gödəkçəsinin sol iç cibindən 01 ədəd maskanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq üzərinə baxsa da başqa heçnə aşkar etməmişdir. Daha sonra isə masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi bildirildikdə o, əşyaların özünə məxsus olduğunu, pulların içərisindən 60 (altmış) manat pulu Tofiqə satdığı narkotik vasitədən əldə etdiyini, digərlərinin isə özünə məxsus olduğunu bildirmişdir. Zəfər müəllim narkotik vasitəni haradan əldə etməyini soruşduqda o, çətənə kolunu qurudaraq hazırladığı qurudulmuş marixuanadan bir qədər istifadə etdikdən sonra qalanı saxladığını, Tofiqə verdiyi narkotik vasitənin də həmin narkotik vasitədən qalan narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunan 117 manat 70 qəpik pulu, mobil telefonu ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, digər əşyaları isə özünə qaytarılmışdır. Daha sonra isə müstəntiq avtomobilinə baxış keçirilməsinə etirazının olubolmamasını soruşduqda o, etirazının olmamasını demiş, bundan sonra videoçəkiliş saxlanılmadan vəkili və digərləri ilə birlikdə otaqdan çıxıb avtomobilinin yanına getmiş və orada avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilindən qanunla qadağan edilən hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Bundan sonra isə videoçəkiliş nümayiş etdirilmiş, bu barədə protokol tərtib edilmiş və özü tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, baş əməliyyаt müvəkkili vəzifəsində işləyir. “Tofiq” аdlı şəxsin Şəki rayonu ərazisində qаnunsuz оlаrаq nаrkоtik vаsitələrin qəbulu, sаxlаnılmаsı və sаtışı ilə məşğul оlmаsı bаrədə əməliyyаt məlumаtı dаxil оlmuş, “Tofiq” adlı şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. 12 yanvar 2022-ci il tаrixdə onun rəhbərliyi və Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Həmin gün keçirilmiş əməliyyаt tədbirləri zаmаnı Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində Təqsirləndirilən şəxs1 yаxınlаşıb xidməti vəsiqələrini göstərib pоlis əməkdаşı оlduqlarını bildirmiş və Tofiqə nаrkоtik vаsitə əldə etməkdə şübhəli оlduğu üçün pоlis şöbəsinə getməli оlduğunu demişdirlər. Təqsirləndirilən şəxs1 pоlis şöbəsinə gətirilmiş və üstünə şəxsi axtarış keçirilib bаrəsində tədbir görülməsi üçün rаpоrtlа Şəki ŞRPŞ-nin rəhbərliyinə mürаciət etmişdir. Təqsirləndirilən şəxs1 Şəki rаyоnundа fəаliyyət göstərən vəkillərin siyаhısını təqdim etmiş, Təqsirləndirilən şəxs1 siyаhıdаkı vəkillərdən Müdafiəçi1 seçmiş, bir qədər sonra vəkil Müdafiəçi1 gəlmiş, sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində xidmət aparan Kamal Məmmədzadə dəvət edilmiş, daha sonra Kamal Məmmədzadə gəlmiş və hüquq və vəzifələri izah olunduqdan sonra Müdafiəçi1, onun, polis sahə rəisi Şahid2 iştirаkı ilə Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zаmаnı Təqsirləndirilən şəxs1 təklif оlunmuşdur ki, üstündəki əşyаlаrı könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində olan 01 ədəd siqaret qutusunu çıxarıb onun içərisindəki 5 ədəd kağız bükümü, həmçinin 01 ədəd mobil telefonu, pul əskinaslarını, kağız parçasını çıxarıb masanın üzərinə qoymuşdur. Axtarış zamanı Tofiqin üzərindən başqa heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra Tofiq Məhərəmova masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 5 ədəd kağız bükümdə olanları narkotik vasitə olduğunu, narkotik vasitəni Adil adlı şəxsdən 60 manat pul müqabilində özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Həmin 5 ədəd kağız büküm açıldıqda hər birinin içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli qurudulmuş bitki kütlələri olması aşkar edilmişdir. Daha sonra aşkar olunmuş, siqaret qutusunun içərisində narkotik vasitəyə bənzər kütlələr olan 5 ədəd kağız büküm, “Nokia” markalı mobil telefon və 3 ədəd bir manatlıq pul əskinası ayrıayrılıqda zərfə qoyulmuş, zərflər onun və digər iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. Şahid2 məhkəmə iclasında Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılmasında Şahid1lə birlikdə iştirak etmişlər. Kifayət qədər müddət ötdüyündən Təqsirləndirilən şəxs1 saxlanıldığı yer dəqiq yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyаt müvəkkili vəzifəsində işləyir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və satışı ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Şəki ŞRPŞ-nin NMQ-nin və İTB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 12 yanvar 2022-ci il tarixdə Şəki rayonu ərazisində saxlanılaraq Şəki ŞRPŞ-yə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin kütləni Şəki rayon sakini olan Adil adlı şəxsdən aldığını bildirmişdir. Əldə olunmuş əməliyyat tapşırığının icrası ona həvalə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Adil adlı şəxsin xx.xx.1983-cü il təvəllüdlü, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması və Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən avtobus dayanacağının yaxınlığında olması müəyyən edilmişdir. O və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən avtobus dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onu pоlis şöbəsinə gətirmişlər və Şəki ŞRPŞ-nin İB-yə təqdim etmişlər. Təqsirləndirilən şəxs2 Şəki rаyоnundа fəаliyyət göstərən vəkillərin siyаhısını təqdim etmiş, Təqsirləndirilən şəxs2 siyаhıdаkı vəkillərdən Musa Sarıyevi seçmiş, bir qədər sonra vəkil Musa Sarıyev gəlmiş, sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektorkriminalisti vəzifəsində xidmət aparan Kamal Məmmədzadə dəvət edilmiş, daha sonra Kamal Məmmədzadə gəlmiş və hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi Musa Sarıyevin, onun, əməliyyat müvəkkili Şahid4 iştirаkı ilə Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zаmаnı Təqsirləndirilən şəxs2 təklif оlunmuşdur ki, üstündəki əşyаlаrı könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs2 əlindəki mobil telefonu, üzərində olan 01 ədəd siqaret qutusunu və onun içərisindəki alışqanı, avtomobil açarını və pul əskinaslarını, kağız parçasını və 01 ədəd tibbi maskanı çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən Adilin üzərində axtarış aparılmış, əynində olan paltarları yoxlanılmış və əlavə olaraq heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi bildirildikdə, Adil həmin əşyaların özünə məxsus olduğunu, pulların içərisindən 60 (altmış) manat pulu Tofiq adlı şəxsə 5 büküm narkotik vasitə sataraq əldə etdiyini, pulların yerdə qalan hissəsini isə işləyib qazandığını bildirmişdir. Adil Nəsobovun üzərindən aşkar olunan 117 manat 70 qəpik pul və 1 ədəd Samsung markalı mobil telefon ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, digər əşyalar isə Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Daha sonra isə müstəntiq Təqsirləndirilən şəxs2 avtomobilinə özünün razılığı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilindən qanunla qadağan edilən hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Yekunda protokol tərtib edilmiş, iştirakçılar protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 saxlanılması zamanı ona hədə-qorxu gəlməmiş, vurmamışlar. Şahid4 məhkəmə iclasında Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs2 saxlanılması zamanı onu təhqir etməmiş, avtomobilə mindirəndə qolundan və boynundan tutmuşdur. Lakin şöbəyə aparılan zaman və şöbədə olduğu müddətdə Təqsirləndirilən şəxs2 qarşı heç bir təziq və zorakılıq olunmamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 12 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 yanvar 2022-ci il tаrixli şəxsi axtarış aparılması və mаddi sübutun götürülməsi hаqqındа prоtоkоldаn görünür ki, həmin tаrixdə Şəki Şəhər-Rаyоn Pоlis Şöbəsində Təqsirləndirilən şəxs1 оğlunun üstünə şəxsi аxtаrış keçirilən zаmаn Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən içərisində 5 ədəd kağız büküm olan 01 ədəd siqaret qutusu, əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd Nokia markalı mobil telefon, əynindəki şalvarın sağ arxa cibindən pul əskinasları, əynindəki gödəkçənin sol iç cibindən bir ədəd kağız parçası aşkar olunmuş, həmin 5 ədəd kağız büküm açıldıqda kağız bükümlərin hər birinin içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli qurudulmuş bitki kütlələri olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 kağız bükümlərdəki kütlələrin narkotik vasitə olmasını və həmin kütlələri tanışı olan Adil adlı şəxsdən 60 (altmış) manat pul müqabilində özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. 12 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 yanvar 2022-ci il tаrixli şəxsi axtarış aparılması hаqqındа prоtоkоldаn görünür ki, həmin tаrixdə Şəki Şəhər-Rаyоn Pоlis Şöbəsində Təqsirləndirilən şəxs2 оğlunun üstünə şəxsi аxtаrış keçirilən zаmаn Təqsirləndirilən şəxs2 üzərindən 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, avtomobil açarı, ümumi məbləği 117 manat 70 qəpik təşkil edən pul əskinasları, bir ədəd kağız parçası və 01 ədəd maska aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 60 (altmış) manat müqabilində 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana satdığını, üzərindən aşkar olunmuş puldan 3 ədəd iyirmi manatlıq pul əskinasını Təqsirləndirilən şəxs1 narotik vasitə sataraq əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 razılığı ilə onun avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan edilən hər hansı əşya, yaxud predmet aşkar edilməmişdir. 14 yanvar 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 14 yanvar 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu CM-nin 234.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə, yəni 12 yanvar 2022-ci il tarixdən 12 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2022-ci il tarixli, 17/42 saylı rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda olan 05 (beş) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 1,66 qr., 1,98 qr., 1,57 qr., 1,55 qr., 1,33 qr., ümumi təmiz çəkisi – 8,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd siqaret qutusundakı 05 (beş) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd : Marixuananın ümumi təmiz çəkisi -8,09 qr., tədqiqata sərf edildi-0,25 qr., qalıq-7,84 qr. Aparılan tədqiqatın dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir. Mobil telefona baxış keçirilməsi haqda 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 оğlundan aşkar olunmuş bir ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, telefon mavi rənglidir, ön tərəfdən yuxarı hissəsində və arxa tərəfində “Nokia” sözü yazılmışdır. Mobil telefon işlək vəziyyətə gətirilən zaman telefonun ekranında Nokia sözü yazıldı. Bundan başqa mobil telefona baxış keçirilən zaman əvvəlcə menyu hissəsinə və oradan da “Zəng qeydiyyatı” adlı hissəyə daxil olundu. Həmin hissədə sonuncu gələn və gedən zənglər, həmçinin cavabsız zənglər qeyd olunmuşdur. Həmin bölmədə müxtəlif adların və mobil nömrələrin olması müəyyən edildi. Həmin bölmədəki zənglər nəzərdən keçirilən zaman 12.01.2022-ci il tarixdə saat 11:43-də adı “Ada” şəklində qeyd edilmiş +**********85 nömrəsi ilə əlaqə saxlanılması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs1 mobil telefonunda adı “Ada” şəklində qeyd edilmiş +**********85 nömrəsinin hadisə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı aldığı Təqsirləndirilən şəxs2 məxsus olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs2 ilə həmin nömrə vasitəsi ilə əlaqə saxladığını bildirdi. Həmçinin, həmin bölmədəki zənglər nəzərdən keçirilən zaman 12.01.2022-ci il tarixdə saat 12:37-də adı “Abt” şəklində qeyd edilmiş +**********94 nömrəsi ilə əlaqə saxlanılması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs1 mobil telefonunda adı “Abt” şəklində qeyd edilmiş +**********94 nömrəsinin hadisə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı aldığı Təqsirləndirilən şəxs2 məxsus olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs2 ilə həm də həmin nömrə vasitəsi ilə əlaqə saxladığını bildirdi. Bundan başqa menyuda “Kontaktlar” olan hissəyə baxış keçirilən zaman orada adların siyahısının içərisində müxtəlif adlar və mobil nömrələr olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin mobil nömrələrin ailə üzvlərinə və tanışlarına aid olduğunu bildirdi. Həmin “Kontaktlar” olan bölmədə iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilmədi. Bundan başqa menyu hissədə digər “Oyunlar”, “Parametrlər”, “Proqramlar”, “SİM meneceri”, “Təqvim”, “Dükan”, “Musiqi”, “E-poçt”, “İnternet”, “Şəkillər” bölmələrinə baxış keçirildi, lakin, iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. Bundan başqa “Mesajlar” bölməsinə baxış keçirildi. Baxış zamanı orada gələn mesajlar olan hissəyə baxış keçirən zaman orada çoxsaylı mesaj mətnlərinin olduğu müəyyən edildi. Həmin mətn hissələrinin əksəriyyətinin müxtəlif şrikətlərdən daxil olmuş məlumat və tövsiyə xarakterli mesajlar olması müəyyən edildi. Mesajlar bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar olunmadı. Mobil telefona baxış keçirilməsi haqda 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 оğlunun üstünə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, telefon üzərinə qızılı rəngli qoruyucu örtük keçirilmiş, qara rəngli, arxa hissəsində “SAMSUNG” sözü yazılmış, Samsung markalı mobil telefondur. Mobil telefon işlək vəziyyətə gətirildi. Bundan sonra mobil telefona baxış keçirilən zaman əvvəlcə menyu hissəsindəki “Whatsapp” piktoqramı vasitəsi ilə eyni adlı sosial şəbəkəyə daxil olunduqda “Sohbetler” bölümündə müxtəlif şəxslərlə olan şəxsi məzmunlu söhbətlərə dair yazışmaların olması müəyyən edildi. Həmin zaman Təqsirləndirilən şəxs2 həmin yazışmaların tanışları və qohumları ilə olmasını bildirdi. “Gruplar” bölümündə heç bir şey olmaması müəyyən edildi. “Durum” bölümündə heç bir şey olmaması müəyyən edildi. “Aramalar” bölümündə müxtəlif şəxslərə və nömrələrə edilən zənglərin qeydə alınması aşkar olundu. Bu zaman Təqsirləndirilən şəxs2 həmin zənglərin “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanışları və qohumları ilə olmasını bildirdi. “Telefon” adlı hissəyə daxil olunduqda “Telefon” bölümündə müxtəlif mobil nömrələrə çıxan və gələn zənglərin qeydə alınması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs2 həmin telefon danışıqlarını etdiyi şəxslərin tanışları və qohumları olduğunu bildirdi. Həmçinin, Təqsirləndirilən şəxs2 bildirdi ki, telefon danışığı apardığı həmin nömrələrdən +**********78 nömrəsinin hadisə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı satdığı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs1 ilə həmin nömrə vasitəsi ilə danışdığını bildirdi. Həmin telefon danışıqlarının təfərrüatlarına baxıldıqda müəyyən olundu ki, 12.01.2022-ci il tarixdə saat 09:26-da +**********78 nömrəsindən zəng daxil olmuş və danışıq aparılmamış, həmin tarixdə saat 11:23-də +**********78 nömrəsindən zəng daxil olmuş və danışıq aparılmamış, həmin tarixdə saat 11:41-də +**********78 nömrəsindən zəng qəbul edilmiş və 25 saniyyə danışılmış, həmin tarixdə saat 12:56-da +**********78 nömrəsindən zəng qəbul edilmiş və 16 saniyə danışılmış, 11.01.2022-ci il tarixdə saat 21:46-da +**********78 nömrəsindən zəng qəbul edilmiş və 3 saniyyə danışılmış, həmin tarixdə saat 22:11-də +**********78 nömrəsinə zəng edilmiş və 46 saniyə danışılmış, həmin tarixdə saat 22:18-də +**********78 nömrəsindən zəng daxil olmuş və danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə +**********78 nömrəsi vasitəsi ilə 12.01.2022-ci il tarixdə apardığı telefon danışıqlarının təfərrüatları soruşulduqda, Təqsirləndirilən şəxs2 12.01.2022-ci il tarixdə saat 11:41-də Təqsirləndirilən şəxs1 +**********78 nömrəsindən ona zəng edən zaman bədənində ağrılarının olduğunu və qurudulmuş marixuanaya ehtiyyacının olduğunu bildirib, onda qurudulmuş marixuana olub-olmamasını soruşmuş, o isə Tofiqə özündə qurudulmuş marixuana olmadığını, olacağı halda xəbər verəcəyini bildirmiş, 12.01.2022-ci il tarixdə saat 12:56-da Təqsirləndirilən şəxs1 +**********78 nömrəsindən ona zəng edən zaman ondan özünə nəşə təşkil edə bilib-bilmədiyini soruşmuş, o isə Təqsirləndirilən şəxs1 nəşə təşkil edə bildiyini bildirmiş və telefon danışığı zamanı gəldikləri razılığa əsasən həmin gün, yəni 12.01.2022-ci il tarixdə təxminən saat 13:30 radələrində yaşadığı küçədə Təqsirləndirilən şəxs1 ilə ikilikdə görüşmüşlər. Həmin vaxt o, 05 (beş) büküm qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 60 (altmış) manat pul müqabilində satmışdır. Təqsirləndirilən şəxs2 11.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə +**********78 nömrəsi vasitəsi ilə apardığı digər telefon danışıqlarının məzmunu soruşulduqda, o, həmin telefon danışıqlarının hər birinin məzmununu dəqiq xatırlamadığını, həmin danışıqlarında isə Təqsirləndirilən şəxs1 ilə hal-əhval tutub söhbət etdiyini bildirdi. Təqsirləndirilən şəxs2 baxış keçirilən, ona məxsus mobil telefonda iki ədəd mobil nömrənin işlək vəziyyətdə olması və Təqsirləndirilən şəxs1 +**********78 nömrəsi ilə 12.01.2022-ci il tarixdə aparılmış telefon danışıqlarından birinin “1”, digərinin “2” rəqəmi ilə qeyd edilmiş mobil nömrələrlə aparılması bildirilib, həmin nömrələrin hansı nömrələr olması soruşulduqda, Təqsirləndirilən şəxs2 həmin nömrələrdən birinin ***-***-**-** mobil nömrəsi olduğunu, digər nömrənin isə ***-***-**-** olduğunu, həmin nömrələrdən hansının “1”, hansının “2” rəqəmi ilə qeyd olunduğunu bilmədiyini bildirmişdir. “Telefon” bölümündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hal qeydə alınmadı. “Kişiler” bölümünə daxil olunduqda həmin bölümdə müxtəlif şəxslərin nömrələrinin olması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs2 həmin şəxslərin tanışları və qohumları olduğunu bildirdi. “Kişiler” adlı bölümdə iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilmədi. “Mesajlar” adlı hissəyə baxış keçirildi. Baxış zamanı orada müxtəlif şirkətlərdən daxil olmuş məlumat xarakterli ismarıcların olması müəyyən edildi. “Mesajlar” adlı bölümdə iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilmədi. “Albümler” adlı hissəyə daxil olunduqda orada müxtəlif videoların və fotoşəkillərin olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin videolardakı və fotoşəkillərdəki şəxslərin özü və ailə üzvləri olduğunu bildirdi. Həmin “Albümler” adlı hissədə iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilmədi. Bundan başqa menyu hissədə digər “Play Store”, “Game Launcher”, “Kamera”, “Ayarlar”, “İnternet”, “Saat”, “Bakcell Menyu”, “Azercell”, “Galaxy Store”, “Müzik Çalar”, “Samsung Notes”, “Samsung”, “Google” və “Takvim” bölmələrinə baxış keçirildi, lakin, iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Nаrkоlоji şöbəsinin 12 yanvar 2022-ci il tаrixli, 16A №-li protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sidiyində narkotik qəbulu faktı aşkar olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Nаrkоlоji şöbəsinin 12 yanvar 2022-ci il tаrixli, 17A №-li protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sidiyində narkotik qəbulu faktı aşkar olunmadı. Şəki RMX X13 tərəfindən verilmiş 17 fevral 2022-ci il tаrixli, 317/1 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki RMX-nin Narkologiya kabinetində qeydiyyatda deyil. Şəki RMX X13 tərəfindən verilmiş 17 fevral 2022-ci il tаrixli, 316/1 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki RMX-nin Narkologiya kabinetində qeydiyyatda deyil. Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 15 fevral 2022-ci il tаrixli, 198 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində deyil. Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 15 fevral 2022-ci il tаrixli, 199 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 17 fevral 2022-ci il tarixli, 220 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan həşişdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniyadan məcburi müаlicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 22 fevral 2022-ci il tarixli, 221 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan həşişdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniyadan məcburi müаlicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən daxil olmuş 26 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş 26 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayon Məhkəməsinin 04.10.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Şəki rayon Məhkəməsinin 19.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nərimanov rayon Məhkəməsinin 21.05.2008-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 28 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. 19.11.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şəki şəhər İHB-nin Yeni Çələbixan məcburi köçkünlər qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 98 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 оğlu Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 161 saylı evdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şəki şəhər İHB-nin Yeni Çələbixan məcburi köçkünlər qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli 119 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 оğlu Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 118 saylı evdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bundan başqa Təqsirləndirilən şəxs2 onunla birgə yaşayan 10.01.2006-cı il təvəllüdlü X5, 17.05.2009-cu il təvəllüdlü X6 və 19.10.2010-cu il təvəllüdlü X7 adlı övladları var. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir: İş materiallarından görünür ki, 12.01.2022-ci il tarxdə Təqsirləndirilən şəxs1 narkotik vasitənin əldə etməsi, saxlaması və satışı barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə aşkar olunmuş, daha sonra daxil olmuş əməliyyat məlumatı əsasında 12.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinə gətirilmiş, vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Götürülmüş maddə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, habelə Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərək narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsinə şərh verilməsi qeyd edilərək izah edilmişdir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri onların ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, habelə ekspert rəyləri, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını və şöbədə məcbur qalıb etirafedici ifadələr verdiyini bildirsə də, ibtidai istintaq zamanı bu barədə məlumat verməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə ifadə verərkən qeyd edilən xüsusatla bağlı heç nə bildirməmiş, istintaq təcridxanasına qəbul olunarkən müayinə olunduğu zaman üzərində hər hansı xəsarət aşkar olunmamış və həmin müəssisəyə qəbul edilərkən də döyülmə faktı ilə bağlı məlumat verməmişdir. Odur ki, onun polis əməkdaşları tərəfindən hədə-qorxuya və işgəncəyə məruz qalması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq, pay verməklə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, narkotik vasitə satışının həyata keçirilməsi faktı mövcuddur. Bu isə həmçinin onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməklə səmimi peşman olmasını onun cəzasının yüngülləşdirici hal kimi qəbul edir. Məhkəmə qeyd olunanları rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 hаnsı cəzа növünün təyin оlunmаsı məsələsini müzаkirə edərək, cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, оnun şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrı, hаbelə təyin оlunacaq cəzаnın оnun islаh оlunmаsınа təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs1 bаrəsində təqsirləndirildiyi mаddənin sаnksiyаsındа nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzаsının təyin оlunmаsını məqsədə müvаfiq hesаb edir. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Həmçinin təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla, cəmi dörd gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasəndan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi mualicə təyin olunmalı, narkoloji şöbədə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladlarının olmasını, 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirici halları kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi mualicə təyin olunmalı, narkoloji şöbədə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan ümumi çəkisi tədqiqatdan sonra 7,84 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş Nokia markalı mobil telefon Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 götürülmüş Samsunq markalı mobil telefon və 117 manat 70 qəpiyin 57 manat 70 qəpiyi Təqsirləndirilən şəxs2 qaytarılmalı, 60 manat pul isə cinayət yolu ilə əldə olunmuş vəsait olduğundan dövlət nəfinə müsadirə olunmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 35.97 manat (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi dörd gün müddət təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Mualicə müddətində mualicə müəssisəsinin yerləşdiyi yer Təqsirləndirilən şəxs1 yaşadığı yer hesab olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan ümumi çəkisi tədqiqatdan sonra 7.84 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş Nokia markalı telefon Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 götürülmüş Samsung markalı mobil telefon və 117 manat 70 qəpiyin 57 manat 70 qəpiyi Təqsirləndirilən şəxs2 qaytarılsın, 60 manat pul isə cinayət yolu ilə əldə olunmuş vəsait olduğundan dövlət nəfinə müsadirə olunsun. Ekspertiza xərci 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-39/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-39/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver