Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-39/2025 23.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Hacı-X2 iştirakları ilə, 04 avqust 1996-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə saat 00:15 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu, İnçə kəndi ərazisindən keçən 6-cı kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus X8 CDİ markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü tələblərinə riayət etməli olduğu halda yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsinin sağı ilə onun hərəkətinin əksi istiqamətində hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyinitəmin edən yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq yolun hərəkət hissəsinin sağı ilə onun hərəkətinin əksi istiqamətində hərəkətdə olan piyada Şəki rayonu İnçə kənd sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin sol güzgüsü ilə vuraraq sonuncuya döş qəfəsinin qapalı taravması, ağ ciyərin sağ orta paylarının əzilməsi, (sağ tərəfli pstravmatik pnevmaniya) qarının küt travması, qaraciyərin cırılması-kəskin daxili qanaxma, 7-boyun və 1-2-ci bel fəqərələrinin cisimlərinin sınıqları, üz və burun sümüklərinin qapalı yerdəyişən sınqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə sonuncunun yol-nəqliyyat hadisəsi zamanı aldığı döş qəfəsinin qapalı travması, ağ ciyərin kantuziyası nəticəsində inkişaf etmiş postravmatik pnevmaniya ilə əlaqədar ağ ciyər çatışmamazlığından 13 iyul 2024-cü il tarixdə xəstəxanada ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus X8 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur. Həmin avtomobili sürücülük vəsiqəsi ilə idarə edərək Bakı şəhərinə və əksinə sərnişin daşıma ilə məşğul olmuşdur. Çox vaxtı o, saat 23 radələrində Bakı şəhərinə getmişdir. 01 iyul 2024-cü il tarixdə o, sərnişinlərini toplamış və saat 23 radələrində Zaqatala rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Avtomobildə cəmi 6 nəfər sərnişin olmuşdur. Şəki rayonunun İnçə kəndi ərazisinə çatdığında ard-arda olan körpüləri keçdikdən sonra döngəli yoldan dönərək düz yolla getməyə başlamışdır. Yolda başqa avtomobillər olmamış, hava buludlu olmuşdur. O, avtomobili kənd içindən keçdiyindən 60 km/saat sürətlə, həmçinin yaxın işıqlarla idarə etmişdir. Həmin vaxtı o, qarşıda qaraltı formasında nəyinsə olmasını görmüşdür. Qaraltını gördükdə həmin qaraltı ondan təxminən 20-25 metr irəlidə olduğundan yaxın işıqlarda həmin qaraltının nə olmasını bilməmişdir. Ona görə də tez uzaq işıqları yandırdığı anda qarşıda yolun hərəkət hissəsində bir nəfər kişinin ona tərəf gəldiyini görmüşdür. Həmin şəxs yolun hərəkət hissəsi ilə ona tərəf gəldiyindən o, həmin şəxsi avtomobilinin ön hissəsi ilə vuracağını düşündüyündən sükanı sola çəkmişdir. Həmin vaxtıda qarşıdan gələn şəxs sağ əlini yuxarı qaldırmışdır. O, həmin şəxsdən yayına bilmiş, lakin avtomobilin yan güzgüsü həmin şəxsin yuxarı qalxmış qoluna dəymişdir. Zərbədən güzgü qırılmış və sağ yan şüşəni sınmışdır. O, tez avtomobili sağa çəkərək saxlamış, avtomobildən düşüb vurulan şəxsə tərəf getdikdə yaxınlıqda olan kafedən kənar şəxslərin gəldiyini görmüşdür. Orada olan şəxslərin birindən təcili yardıma zəng etməsini xahiş etmişdir. Tanımadığı şəxslərdən biri təcili yardıma zəng edərək məlumat vermişdir. Bir qədər sonra təcili yardım avtomobili gələrək həmin şəxsi xəstəxanaya aparmışdır. O, isə orada dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər və hadisə yerinin sxemini tərtib etmişlər. O, da protokol və sxemlə tanış olduqdan sonra imza etmişdir. Sonradan həmin şəxsin Şəki rayonu İnçə kənd sakini olduğunu bilmişdir. Həmin şəxsin xəstəxanada müalicə olunması üçün bütün lazımi yardımları göstərmişdir. Xəstəxanada həmin şəxsin xəsarətləri ciddi olduğundan əməliyyat olunmuşdur. Şəki rayon xəstəxanasında həmin şəxs barəsində götürələn tədbirlərə baxmayaraq 13 iyul 2024-cü il tarixdə xəstəxanada ölmüşdür. Zərərçəkmiş şəxsin müalicəsi və dəfni ilə bağlı bütün xərcləri ödəmiş, onun hüquqi varisi ilə barışıq əldə etmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və vurulmuş maddi zərəri ödəməsini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Teymur əvvəllər ailəli olmuş və himayəsində iki övladı olmuşdur. Lakin sonradan ailəsindən ayrılmış və həmin vaxtdan sonra onunla birlikdə Şəki rayonunda İnçə kəndində yaşamışdır. Teymur uzun müddətdir ki, spirtli içkilərə meyilli olmuşdur. Daima spirtli içkilər qəbul edərək evə gəlmişdir. 01 iyul 2024-cü il tarixdə səhər saatlarında Teymur evdən çıxıb getmişdir. Ona hara getməsi barədə heç bir söz deməmişdir. Həmin gün axşama kimi Teymurdan heç bir xəbəri olmamışdır. Adətən Teymur evədn çıxıb getdiyində Teymurun haradasa spirtli içki qəbul etdiyini bilmişdir. Dəfələrlə bu barədə Teymura məsləhətlər versədə heç bir nəticəsi olmamışdır. Həmin gündə Teymur evə gəlmədiyindən o, yatmışdır. 02 iyul 2024-cü il tarixdə saat təxminən 01 radələrində xatırlamadığı şəxs ona zəng edərək yol nəqliyyat hadisəsi baş verdiyini, Teymurun xəsarətlər alaraq Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirildiyini bildirmişdir. O, xəstəxanaya getdiyində Teymurun xəsarətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilmişdir. Orada öyrənmişdir ki, Teymur spirtli içki qəbul etdikdən sonra evə gəldiyi zaman Zaqatala rayonundan Bakı şəhəri istiqamətində gedən sərnişin daşıyan MercedesVito markalı avtomobil Teymuru vurmuş və oradan Teymuru təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Vito markalı avtomobilin sürücüsünündə Zaqatala rayon sakini olduğunu bilmişdir. Həmin vaxtı Teymur aldığı xəsarətlərlə bağlı əməliyyat olunmuş və müalicəsi Şəki rayon mərkəzi xəstəxanasında davam etmişdir. Teymurun sağalması üçün də qəzanı törədən sürücü lazım olan yardımları etmişdir. 13 iyul 2024-cü il tarixdə saat 18 radələrində onlar Teymurun xəstəxanada öldüyünü eşitmişlər. Bundan sonra Teymurun meyiti müayinə olunduqdan sonra yaşadığı evə gətirərək kənd qəbiristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs oğlunun xəstəxanada müalicə alması ilə və dəfni ilə əlaqədar bütün xərcləri ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi eyni məzmunda məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində ərzaq mağazası işlətmişdir. Barəsində soruşulan Təqsirləndirilən şəxs Əliabad qəsəbə sakini olmuşdur. Həsillə münasibətləri yaxşı olmuşdur. Həsil “X8” markalı avtomobillə Bakı şəhərinə və əksinə Zaqatala rayonuna sərnişin daşıma ilə məşğul olmuşdur. O, da həmişə Bakı şəhərinə getdiyindən Həsilin avtomobili ilə getmişdir. 02 iyul 2024-cü tarixdə şəxsi işi ilə bağlı olaraq Bakı şəhərinə getməli olduğundan 01 iyul 2024-cü il tarixdə Həsilə zəng edərək onun üçün də bir yer saxlamasını demişdir. Həmin gün gecə saat təxminən 23 radələrində Həsil gələrək qəsəbə mərkəzində onu götürmüşdür. O, avtomobildə arxa oturacaqda oturmuşdur. Şəki rayonu İnçə kəndinə çatdığında o, telefon proqramı vasitəsi ilə baxdığında Həsilin avtomobli normal sürətlə, yəni təxminən 60 km/saat sürətlə idarə etdiyini görmüşdür. Bundan qısa müddət sonra Həsil qəfildən avtomobilin sükanını sola çəkmiş və həmin anda avtomobilin nəyəsə toxunduğunu hiss etmişdir. Həmin anda da avtomobilin qırılmış şüşələri avtomobilin içərisinə dağılmışdır. O, Həsilin nəyə görə sükanı sola çəkməsini və tappıltı səsinin nəyə görə olmasını bilməmişdir. Həsil avtomobili saxlayan kimi onlar avtomobildən düşmüşlər. Düşdüyü zaman arxada bir nəfərin yerdə yolun kənarında uzanıqlı olduğunu, ətrafda olan şəxslərin isə həmin şəxsin yanına gəldiyini görmüşdür. Onlar yaxınlaşdıqda həmin şəxsin huşu aydın olmuş, lakin hədsiz dərəcədə sərxoş olması görünmüşdür. Ətrafda olan şəxslərin həmin şəxsə Teymur deyə müraciət etməsindən o, həmin şəxsin adının Teymur olduğunu bilmişdir. Hadisəyə görə o, təcili yardıma zəng edərək məlumat vermişdir. Bir qədər sonra təcili yardım avtomobili gələrək həmin şəxsi xəstəxanaya aparmışdır. O, da təcili yardım avtomobilinə minərək xəstəxanaya getmişdir. Orada həmin şəxsin müayinələrində iştirak etmişdir. Həmin şəxsin üzdə görünən ağır xəsarətinin olmasını görməmiş, lakin sağ böyründə qızartı olmuşdur. O, gecə saat üçə qədər xəstəxanada qalmış, həmin vaxtı Həsilin atası oraya gəldiyindən o, başqa avtomobillə Bakı şəhərinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazi Şəki-Qax avtomobil yolunun 6-cı kilometrliyindədir, maksimum icazə verilən sürət həddi 90 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düzdür, qurudur. Yol nəqliyyat hadisəsi Şəki-Qax avtomobil yolunun Qax rayonu istiqamətindən sağ hərəkət hissəsində yolun sağ kənarından 0.8 metr soluna doğru olan hissədə baş vermişdir. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sol kənarında eni 2,5 metr, sağ kənarında isə bir hissəsi 2.5 metr yol çiyni vardır. X8 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağında, piyadanı vurduğu yerdən bir qədər bir qədər irəlidə, hərəkət hissəsinin kənarında Şəki şəhəri istiqamətində dayanmışdır. X8 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf güzgüsü və sağ ön yan şüşəsi sınmış vəziyyətdədir. Yolda hər hansı tormuz və sürüşmə izi yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli 522 nömrəli tibbi protokoldan məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin Məhkəmə tibbi ekspertizasının 13 aqust 2024-cü il tarixli 39 nömrəli rəyindən məlum olur ki, Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır. döş qəfəsinin qapalı travması, sağ ağ sağ orta və aşağı paylarının əzilməsi, (sağ tərəfli posttravmatik pnevmaniya), qarının küt travması, qaraciyərin cırılması-kəskin daxili qanaxma, 7 boyun və 1-2-ci bel fəqərələrinin cismlərinin sınıqları, üz və burun sümüklərinin qapalı yerdəyişən sınıqları qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı, yəni hərəkətdə olan avtomobilin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə xəsarətlər yetirilərkən təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. -Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin qapalı travması, ağ ciyərin kontuziyası nəticəsində inkişaf etmiş posttravmatik pnevmaniya ilə əlaqədar ağ ciyər çatışmamazlığı olmuşdur, avtoqəza nəticəsində almış olduğu xəsarətlərlə onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. – Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərdə xəstəxanaya qəbul olduğu zaman alkoqol sərxoşluğu vəzyyətində olması qeyd olunmuşdur. – Zərərçəkmiş şəxs adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında qeyd olunmuşdur ki, ölüm xx.xx.2024-cü il tarixdə saat 17:30-da baş vermişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin 13 avqust 2024-cü il tarixli 8/1974 nömrəli rəyindən məlum olur ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X8” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli 3-13-16/2-121154/24 nömrəli məktubdan məlum olur ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1996-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 053519 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 25 iyul 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Zərərçəkmiş şəxs hüquqi varisi X1 ərizə ilə müraciət edərək sürücü Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən baxış protokolu və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-39/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-39/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver