Məhkəmə qərarları › İş №1(075)-4/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-4/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-4/2023 12.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcə hüquqşünas X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X7, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki şəhəri "xxxx" ASC-nin “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətində təmirçi-çilingər vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda talama cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 16 mart 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanında yerləşən, birgə yaşadıqları evin yataq otağında, paltar dolabının içərisində olan qırmızı rəngli çamadanın üst cibindən arvadı X9 məxsus 21 qram çəkidə, “Kardinal” toxunmalı, 583 əyarlı, 1785 manat dəyərində 01 ədəd qızıl qadın boyunbağısını götürməklə gizli yolla talayaraq, zərərçəkmiş şəxs Günay Əyyubovaya 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 01 aprel 2022-ci il tarixdə, saat 1730 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin yataq otağında paltar dolabının içərisində olan qırmızı rəngli çamadanın üst cibindən arvadı X9 məxsus 3,5 qram çəkidə, 583 əyarlı, 297,5 manat dəyərində, üzərində ay-ulduz olan qızıl kulonu götürməklə gizli yolla talayaraq zərərçəkmiş şəxs Günay Əyyubovaya 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 25 aprel 2022-ci il tarixdə, saat 09 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən saxlanc yeri hesab edilən qutunun içərisinə qanunsuz daxil olaraq oradan anası Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd sadə sepli, 583 əyarlı, 3 qram çəkidə, yumru formalı, kənarları bəzəkli, 255 manat dəyərində olan qızıl qadın saatını götürməklə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 255 (iki yüz əlli beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 3 may 2022-ci il tarixdə, saat 1130 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən saxlanc yeri hesab edilən qutunun içərisinə qanunsuz daxil olaraq oradan anası Zərərçəkmiş şəxs1 məxsus 6 qram çəkidə, 583 əyarlı, hər birinin üzərində qırmızı rəngli adi qaşları olan, 510 manat dəyərində 1 cüt qızıl sırğanı və 4 qram çəkidə, üzərində adi qırmızı rəngli qaşı olan, setkaşəkilli, 583 əyarlı, 340 manat dəyərində qızıl qadın üzüyünü götürməklə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 7 may 2022-ci il tarixdə, saat 21 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən saxlanc yeri hesab edilən qutunun içərisinə qanunsuz daxil olaraq oradan anası Zərərçəkmiş şəxs1 məxsus 4,4 qram çəkidə, 585 əyarlı, buruqşəkilli, 374 manat dəyərində qızıl qadın boyunbağısını götürməklə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 374 (üç yüz yetmiş dörd) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 10 may 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən saxlanc yeri hesab edilən qutunun içərisinə qanunsuz daxil olaraq oradan anası Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 18,76 qram çəkidə, toxunmaşəkilli, 583 əyarlı qızıl qadın boyunbağı və 10 qram çəkidə, 583 əyarlı, qızıl qadın bilərziyindən ibarət cəmi 2445 manat dəyərində komplekti götürməklə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 2445 (iki min dörd yüz qırx beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 22 may 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin yataq otağında, güzgülü dolabın yuxarıdan birinci siyirməsinə, çəhrayı və qəhvəyi rəngli karton qızıl qutularının içərisində arvadı X9 məxsus 1 ədəd, 9 qram çəkidə, 583 əyarlı, 745 manat dəyərində qızıl qadın boyunbağısını, üzərində gümüşü rəngli metaldan ərəb qrafikalı yazısı olan, 585 əyarlı, 2,5 qram çəkidə, 200 manat dəyərində olan qızıl kulonu, 1 ədəd, 6 qram çəkidə, üzərində 1 ədədinin ölçüsü 0,052 karat, 6 ədəd hər birinin ölçüsü 0,004 karat, 28 ədəd hər birinin ölçüsü 0,002 karat, 4/4 keyfiyyətli briliant qaşları olan, 585 əyarlı, 1200 manat dəyərində qızıl nişan üzüyünü, 1 ədəd, 2,5 qram çəkidə, 583 əyarlı, 212,5 manat dəyərində alyans qızıl qadın üzüyünü, 1 ədəd, 1,40 qram çəkidə, dairə formalı, üzərində ərəb qrafikalı yazısı olan, 585 əyarlı, 120 manat dəyərində olan tək qızıl kulonu, 1 ədəd, 3 qram çəkidə, gümüşü rəngli metaldan, ay-ulduz formalı kulonu üzərində ağ şəffaf qaşları olan, 925 əyarlı, 10 manat dəyərində olan 2-li gümüş boyunbağını, anası Zərərçəkmiş şəxs1 məxsus yataq otağına daxil olaraq, həmin otağın girişdən yuxarı hissəsində qoyulmuş paltar dolabının içərisində asılqanla asılmış qara rəngli üst gödəkçəsinin saxlanc yeri hesab edilən sol üst cibinə qanunsuz daxil olaraq oradan 1ədəd 3,07 qram çəkidə, 583 əyarlı, 261 manat dəyərində qızıl qadın alyans üzüyünü, 1 ədəd, 20,73 qram çəkidə, 585 əyarlı, 1762 manat dəyərində qızıl qadın boyunbağısını, 1 ədəd, 12 qram çəkidə, 583 əyarlı, 1020 manat dəyərində, qaşsız alyans qızıl nişan üzüyünü, 546 manat dəyərində 1 ədəd, 2 qram çəkidə, 583-585 əyarlı, ay-ulduz formalı qızıl kulonu ilə birgə 1 ədəd 5 qram çəkidə, 583-585 əyarlı, qızıl qadın boyunbağısını götürməklə gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X9 cəmi xeyli miqdar təşkil edən 6076,50 (altı min yetmiş altı manat əlli qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2021-ci ilin avqust ayında evlənmiş, anası Zərərçəkmiş şəxs1 və həyat yoldaşı X17 ilə birgə ünvan 4 ünvanında yaşamış, böyük qardaşı Rasim Orucov evli olmaqla 2013-cü ildən Rusiya Federasiyasına gedib həmin vaxtdan Şəki şəhərinə gəlməmiş, orada qalıb Rusiya Federasiyasının Kazan şəhərində yaşamışdır. X20 2005-ci ildən Bakı şəhərində yaşamaqla hərbiçilərin binasında olan qazanxanada işləmiş, aylıq 400 manat maaş almış, ayda bir dəfə evə gəldiyi vaxtda aldığı maaşdan onlara da vermişdir. O, 2021-ci ilin noyabr ayından “Tik Tok” sosial şəbəkəsində “Orucov_İlqar” profili ilə qeydiyyatdan keçib istifadə etmiş, qarşısına çıxmış “PubG” səhifəsinə “takip” atdığı üçün səhifəyə videolar gəlmişdir. Videolar onda maraq oyatmış, oyunla bağlı bəzi şəxslərin pul qazandıqlarını, pulu necə qazandıqları barədə “Tik Tokda” videolar çəkib paylaşdıqlarını öyrənmişdir. Oyun maraqlı olduğundan 2022-ci ilin mart ayının 10-da “Play store” proqramından “Mosbet”, yəni “PubG” oyununu telefonuna yükləmiş və oynamağa başlamışdır. Oyunu daimi oynamış, hər dəfə oyunda müəyyən səviyyələri keçdikcə pul lazım olmuş, əvvəllər pul çatdıra bilsə də, mart ayının 16-da oyunu oynaya bilmək üçün ona pul lazım olmuşdur. Oyuna aludə olduğundan gözünə heç nə görünməmiş, nəyin bahasına olur-olsun oyunu oynamalı olduğunu fikirləşmiş, evdə özünə, həyat yoldaşına, həmçinin anasına məxsus qızıl-zinət əşyalarından ailə üzvlərinin xəbəri olmadan götürərək satıb oyunu davam etdirmişdir. O, 2022-ci ilin mart ayının 16-da saat 10 radələrində, anasının, həyat yoldaşına 2021-ci ilin iyul ayının axırlarında 1450 manata aldığı 1 ədəd 21 qramlıq, toxunması “Kardinal” olan, 583 əyarlı, üzərində ay-ulduz olan, çəkisi 3,5 qram, 583 əyarlı, təxminən 210 manat dəyərində qızıl kulonu olan qızıl qadın boyunbağısını paltar dolabındakı qırmızı rəngli çamadanın üst cibindən götürmüş, kulonunu ayırıb, qaytarıb yerinə qoymuş, boyunbağını Şəki şəhərində “9 mərtəbə” adlanan yerin yaxınlığında yerləşən qızıl-zinət əşyalarının alışı və satışı mağazasına aparıb özünə aid olduğunu deyib çəki ilə, yəni lom şəklində 1040 manata satmışdır. O, 1040 manatı “PubG” oyun hesabına yükləyərək oynamağa davam etmişdir. Həyat yoldaşı Günayın, boyunbağısını götürüb satmağından xəbəri olmamışdır. O, oyun oynayıb əvvəl 400 manat pul qazanmış, sonra həmin pulu uduzmuşdur. 27 mart 2022-ci ildə özünə məxsus olan 2021-ci ilin avqust ayında 300 manata alınmış 583 əyarlı, 3 qramlıq qızıl kişi nişan üzüyünü və 1 ədəd 2,5 qramlıq, 583 əyarlı, 2015-ci ildə özünün Şəkidə olan qızıl mağazasından 75 manata aldığı qızıl üzüyünü paltar dolabındakı qırmızı rəngli çamadanın üst cibindən götürmüş, Şəki Mərkəzi Bazarına aparıb Azər adlı şəxsin qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına lom qiymətinə, yəni birini 170 manata, digərini isə 110 manata şəxsiyyət vəsiqəsi təqdim və heç bir kağıza imza etmədən satmışdır. 2022-ci ilin aprel ayının 1-də saat 1730 radələrində, yataq otağında, paltar dolabındakı qırmızı rəngli çamadanın üst cibindən, əvvəl satdığı boyunbağının üzərindəki ay-ulduz formalı, çəkisi 3,07 qram, 583 əyarlı, təxminən 210 manat dəyərində qızıl kulonunu götürüb Şəki Mərkəzi Bazarına qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına aparıb lom qiymətinə 205 manata adını sonradan bildiyi X2. Satıcı ondan şəxsiyyət vəsiqəsi tələb etmiş, mağazada olan kağıza - yəni malların alış aktına şəxsiyyət vəsiqəsinin göstəricilərini qeyd etmiş, o da sənədə imza etmişdir. O, üç dəfə qızıl-zinət əşyası satmış və hər dəfə satarkən özünə məxsus olduğunu demişdir. O, həmin 205 manatı da “PubG” oyununa qoymuş, oyunu oynayıb pulu uduzmuşdur. 2022-ci ilin aprel ayının 25-də, saat 9 radələrində o, anası evdə olmadığı vaxt evin qonaq otağında, divarda, sağda olan dolabın içərisindəki taxtanın altını qaldırıb qutunun içərisindən 1 ədəd sadə sepli, 583 əyarlı, 3 qramlıq, yumru formada, kənarları bəzəkli, təxminən 220 manat dəyərində anasına məxsus qızıl qadın saatını oradan götürmüş, Şəki Mərkəzi Bazarına aparıb tanımadığı qızıl-zinət əşyalarının alqısatqısı mağazasına lom qiymətinə, 180 manata satmışdır. Satıcı ondan şəxsiyyət vəsiqəsi tələb etməmiş, mağazada heç bir kağıza imza etməmişdir. O, 180 manatı da “PubG” oyununa qoymuş və pulları uduzmuşdur. May ayının 3-də, saat 1130 radələrində anası həyətdə olan vaxtı, qonaq otağında, divarda, sağ tərəfdə dolabın içərisində olan taxtanın altından, qutunun içərisindən 1 cüt, hər birinin üzərində qırmızı rəngli adi qaşları olan, 583 əyarlı, 6 qramlıq, təxminən 330 manat dəyərində qızıl sırğaları, 1 ədəd üzərində adi, qırmızı rəngli qaşı olan, setkaşəkilli, 583 əyarlı, 4 qramlıq, 1988-ci ildə anasının nişanına qoyulan, təxminən 220 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü götürmüş, anasının saatını satdığı yerdə, üzdən tanıdığı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına lom qiymətinə, 300 manata satmışdır. Həmin vaxt satıcı yenə də əvvəlki kimi ondan şəxsiyyət vəsiqəsi tələb etməmiş və heç bir kağıza imza etməmişdir. O, 300 manatı da “PubG” oyununa qoymuş və uduzmuşdur. Pulları özünə məxsus Kapital Banka aid bank kartına qoymaqla, kartdan “PubG” hesabına yükləmişdir. 2022-ci ilin may ayının 7-də, saat 21 radələrində anası həyətdə olarkən qonaq otağında olan dolabın içərisindən 1 ədəd, 4,40 qramlıq, 585 əyarlı, buruqşəkilli, təxminən 220 manat dəyərində qızıl qadın boyunbağısını həmin yerdən götürmüş, may ayının 8-də Şəki Mərkəzi Bazarına gedib özünün qızıl üzüyünü satdığı, sonradan adını Azər kimi bildiyi şəxsin qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına 250 manata satmışdır. Azər ondan şəxsiyyət vəsiqəsi tələb etməmiş və o heç bir kağıza imza çəkməmişdir. O, 250 manat pulu da “PubG” oyun hesabına yükləmiş və uduzmuşdur. Ona oyunu oynamaq üçün yenə pul lazım olmuş, may ayının 10-da saat 14 radələrində anası həyətdə olarkən qonaq otağında olan dolabın içərisindən anasına məxsus 1 ədəd, komplekti, yəni 18,76 qram, 583 əyarlı, toxunmaşəkilli, təxminən 935 manat dəyərində qızıl qadın boyunbağını və 1 ədəd, 583 əyarlı, 10 qram çəkidə, təxminən 577,50 manat dəyərində qızıl qadın bilərziyi götürmüş, 1 ədəd boyunbağını Şəki Mərkəzi Bazarında, “Bazarstore”nin üst tərəfindəki lombarda qoyub 980 manat pul götürmüşdür. Pulun bir qismini xərcləmiş, 800 manatını isə həmişəki kimi “PubG” oyununa qoyub uduzmuşdur. May ayının 13-də 10 qram çəkidə olan qadın bilərziyini aparıb yenə həmin lombarda qoyub 540 manat pul almış, pulun 225 manatını kreditinə ödəmiş, qalanını isə “PubG” oyununa qoyub 2-3 gün ərzində uduzmuşdur. Yaz ayı olduğu üçün təxminən may ayının 20-də evdə söhbət zamanı anası evi tökərək təmizlik işləri aparılacağını bildirmiş, o, anasının qızılların oğurlandığını əvvəl-axır bilinəcəyini düşünərək etdiyi əməlin üstünü örtməyin yollarını fikirləşmişdir. May ayının 21-də axşam anası evdə dayısı Sabirin qızı Təranənin yeni köçdüyü evi görməyə getmək haqqında onlarla danışmış, bu barədə dayısı qızı Təranəyə bildirmişdir. Sabahısı günü, yəni xx.xx.2022-ci ildə, saat 12 radələrində o, anası Solmaz, həyat yoldaşı Günayla birlikdə evdən çıxmışdır. Anası Solmaz evgördüyə gedəcəklərini qonşuluqda yaşayan bibisi Sürayə Kərimovaya əvvəlcədən dediyi üçün anası evdən çıxanda bibisi Sürayəni çağırıb getmələri barədə məlumat vermiş, toyuqcücələrə baxmasını xahiş etmişdir. Həyətlərinin 3 tərəfi təxminən hündürlüyü 3 metr olan divarla əhatələnmiş, yalnız bibisinin həyəti ilə aralarında dəmir setkadan çəpər və piyada cığırı olmuşdur. Evlərindən götürdüyü qızıl-zinət əşyalarının başqası tərəfindən evlərinə girib oğurlaması görünüşü yaratmaq üçün evdən çıxmamışdan necə hərəkət edəcəyini beynində fikirləşmiş, üçü birlikdə evdən çıxıb evin yaxınlığından keçən 10 nömrəli marşrut avtobusla Şəki şəhərində yaşayan dayısı evinə getmişlər. Saat 1430 radələrində beynində fikirləşdiyi senarini həyata keçirmək üçün anası, həyat yoldaşı və dayısı evində olanlardan gizlin evdən çıxıb 14 nömrəli marşrut avtobusla Şəki Mərkəzi Bazarına, oradan da 10 nömrəli marşrut avtobusla evlərinə getmişdir. Evə saat 15 radələrində çatmış, çöl darvazanı özündə olan açarla açıb həyətə daxil olmuşdur. Həyətə daxil olmamışdan əvvəl it hürsə də, onu gördükdə tanıyıb sakitləşmiş, çöldə qutunun içərisində olan cücələrə baxaraq dənin təzə töküldüyünü görmüş, bibisinin həyətdə olmadığına, onu heç kimin görmədiyinə əmin olduqdan sonra evlərinə tərəf yaxınlaşmış, padvala girib orada olan stolun üstündən bir ədəd mətbəx bıçağını götürmüş, aynabəndin qarşısına gəlib yerdə olan stulu ön stolunun üstünə qoyub üstünə qalxmış, evə pəncərədən daxil olunması görüntüsünü yaratmaq məqsədilə bıçaqla pəncərənin çərçivəsini çöl tərəfdən zədələməyə başlamış, ancaq əli ilə pəncərəyə güc verməmiş və açmağa çalışmamışdır. Stuldan düşmüş, lakin stulu ön stolunun üzərindən götürməmişdir. Pəncərəni zədələməyə çalışdığı bıçağı evin padval hissəsində əvvəlki yerinə, stolun üstünə qoymuş, evin dəmirdən olan giriş darvazasını özündə olan açarla açıb evə daxil olmuşdur. Ayaqqabılarını girişdə çıxartmış, əvvəlcə aynabəndə daxil olmuş, aynabəndə daxil olandan sonra evə pəncərədən daxil olunmasının görüntüsünü yaratmaq üçün pəncərəni arxadan açmışdır. Sonra birbaşa həyat yoldaşı ilə yaşadığı evin baş hissəsindəki otağa girmiş, otağın qapısı açıq olduğu üçün asanlıqla içəri keçmiş, otağın içərisində sağda olan güzgülü dolabın birinci siyirməsindən, çəhrayı və qəhvəyi rəngli karton qızıl qutuların içərisində, həyat yoldaşına məxsus 1 ədəd 9 qramlıq, 583 əyarlı, təxminən 585 manat dəyərində olan qızıl qadın boyunbağı, üzərində ərəbcə “Allah” sözü yazılmış, 2,5 qramlıq, təxminən 200 manat dəyərində olan qızıl kulonu, 1 ədəd 6 qramlıq, anasının həyat yoldaşına 2020-ci ildə Şəki şəhərindən 1.200 manata aldığı 585 əyarlı qızıl qadın nişan üzüyü, 1 ədəd 2,5 qramlıq, 583 əyarlı, 2021-ci ilin avqust ayında anasının həyat yoldaşına 190 manata aldığı qızıl qadın üzüyü, 1 ədəd 1,40 qramlıq, üzərində ərəbcə yazılar olan, 583 əyarlı, 2021-ci ilin noyabr ayında həyat yoldaşına özünün 120 manata aldığı tək qızıl kulonu, 1 ədəd gümüş, 10 manat dəyərində olan nazik boyunbağı ilə birgə götürmüş, evdə olan yorğan-döşəyi, servantı, paltar dolabını dağıtmış, polislər gələndə içəri daxil olan yer kimi göstərmək üçün plastik pəncərəni açıq qoymuş və otaqdan çıxmışdır. Sonra anasının yataq otağına açıq qapıdan girmiş, otağı dağınıq vəziyyətə salaraq baş tərəfdə olan paltar şkafına yaxınlaşıb paltarları kənara tullamış, anasının qara rəngli üst gödəkçəsini yerə atanda cibindən bir qızıl-zinət əşyası yerə düşmüşdür. O, gödəkçənin sol üst cibində qızıl-zinət əşyaları olduğunu görüb oradan 1 ədəd, 3 qramlıq, 583 əyarlı, qaşsız, ortası yumru şəkilli, təxminən 165 manat dəyərində qadın üçün qızıl üzüyünü, 1 ədəd, 20 qramlıq, 585 əyarlı, atasının anasına təxminən 20 il əvvəl aldığı, təxminən 1.100 manat dəyərində, nisbətən dartınmış formada qadın üçün qızıl boyunbağını, 1 ədəd 12 qramlıq, 583 əyarlı, qaşsız, təxminən 660 manat dəyərində qızıl nişan üzüyünü, 1 ədəd 5 qramlıq, 583 əyarlı, təxminən 275 manat dəyərində qadın üçün nazik qızıl boyunbağını və həmin boyunbağının üzərində 1 ədəd 2 qramlıq, 583 əyarlı, 110 manat dəyərində, ay-ulduz olan kulonu götürüb gödəkçəni yerə atmış, qızıl-zinət əşyalarını qızıl qutusuna yığmış, lakin gödəkçənin cibində 10 manatlıq pul əskinazı görməmişdir. O, televizorun altında olan dolabda sellofanın içərisində 1 ədəd yüzlük ABŞ dolları və 3 ədəd 1.000-lik rus rublu olmaqla 3.000 Rusiya rublu pulunu görmüş, lakin götürməmiş, otaqdan çıxıb qonaq otağına keçmiş, qonaq otağında divarda olan, anasına məxsus qızıl-zinət əşyalarını əvvəldən gizlicə oğurladığı dolabın taxta qapılarını açıq qoymuş, digər dolabları, divanı, kresloları, yataq-dəstlərini dağınıq vəziyyətə salıb otaqdan çıxmışdır. Sonra aynabənddə, divarda sol tərəfdə olan dolabı dağıtmış, dolabda olan əşyaları çıxarıb yerə qoymuş, həmçinin aynabənddə olan divanı da səliqəsiz vəziyyətə salmışdır. Sonra mətbəxə daxil olub mətbəx mebelindəki siyirmələri açmış, siyirmələrdən birinin içərisindən qəndqabını götürüb mebelin qarşısına qoymuş, mətbəxi də dağınıq vəziyyətdə qoyub evin qapısından çıxmış, qapını açarla bağlamıdır. Qızıl-zinət əşyalarını sonradan həyətə atıb, guya oğruların gətirib atdığı görünüşü yaradacağı vaxta kimi müvəqqəti saxlanması üçün evdən çıxıb padvala girmiş, içəridən götürdüyü 2 ədəd qızıl qutularında olan qızıl-zinət əşyalarını divarın üstündə palçıqdan kərpic kəsmək üçün taxtadan düzəldilmiş qəlibin içərisinə qoymuşdur. Padvaldan çıxıb çöl darvazanı da bağlamış, gedib 10 nömrəli marşrut avtobusla avtovağzalda düşmüş, oradan taksi ilə dayı evinə getmişdir. Çatanda təxminən saat 17-i radələri olmuş, anası və arvadı evə getmək istədiyindən birlikdə 4 nömrəli marşrutla Mərkəzi bazara, oradan isə 10 nömrəli marşrutla evlərinə qayıtmış, saat 1730 radələrində evə çatmışlar. Çöl darvazanın qapısını açıb həyətə daxil olmuş, evə tərəf yaxınlaşanda aynabəndinin qarşısında yerdə olan stulun ön stolunun üstünə qoyulduğunu görüb anası və arvadından stulu ora kimin qoyduğunu soruşmuş, anası və arvadı stulu ora qoymadıqlarını bildirmişlər. Anası aynabəndin pəncərəsinin açıq olduğu görüb, evdən çıxarkən bütün pəncələri bağladığını, evdən oğurluq edilməsindən şübhələndiyini demişdir. Anası və arvadı evə daxil olan kimi sol tərəfdə divarda olan şkafın açıq, içərisindəki əşyaların yerdə olduğunu görüb, anası qonaq otağına, arvadı isə öz otağına daxil olub qızıl-zinət əşyalarının yerində olmadığını, evin dağınıq vəziyyətə salındığını demişlər. O, özünü şübhələndirməmək üçün onlarla birgə qızılların yerlərinə baxmışdır. Arvadı ona polisin 102 xidmətinə zəng edib evdən oğurluq olması barədə məlumat verməsini demiş, o DİN-in 102 xidmətinə zəng edib evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Bir müddət sonra Şəki polisindən polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş, baxış zamanı protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. O da baxışda iştirak etmiş və hadisə yerini göstərmişdir. Sonra polis əməkdaşları izahat vermək üçün onu, anasını və həyat yoldaşını polisə dəvət etmişlər. O, birinci etdiyi səhv hərəkət, yəni öz ailəsinin qızıl-zinət əşyalarını satıb pulunu əhəmiyyətsiz yerə sərf etdikdən sonra ikinci səhv hərəkət, yəni guya oğurluq baş verməsi görünüşü yaradaraq 102 qaynar xəttə məlumat verərək layiqsiz vəziyyət yaratmasından, baş vermiş şəraitdən, yəni anasının, arvadının, özünün polis şöbəsinə gəlməli olmalarından, polis əməkdaşlarına narahatçılıq yaratmasından xəcalət, utanc hissi, sarsıntı keçirmiş, bunun tez bir zamanda sonlanıb bitməsi üçün həqiqəti söyləmək qərarına gəlmiş, lakin bunu necə ifadə edib deməkdə çətinlik çəkib fürsət axtarmışdır. Həmin gün Şəki ŞRPŞ-də hadisə ilə bağlı izahat verərkən cinayəti özünün törətdiyini etiraf etmiş, padvala qoyduğu qızıl-zinət əşyalarını satmayıb, sonradan tapılmaq üçün həyətə atmaqdan ötrü saxladığını söyləyib yerini demişdir. Oğurlanmış kimi qeyd olunan qızılzinət əşyalarının bir qismini, evin padvalına qoyduğu anasına məxsus 1 ədəd, 3 qramlıq, 583 əyarlı, qaşsız, ortası yumru şəkilli, təxminən 165 manat dəyərində qadın üzüyünü, atasının anasına təxminən 20 il əvvəl aldığı 1 ədəd, 20 qramlıq, 585 əyarlı, təxminən 1.100 manat dəyərində, nisbətən dartınmış şəkildə olan qızıl qadın boyunbağını, anasına məxsus 1 ədəd 12 qramlıq, 583 əyarlı, qaşsız, təxminən 660 manat dəyərində qızıl nişan üzüyünü, anasına məxsus üzərindəki 1 ədəd 2 qramlıq, 583 əyarlı, 110 manat dəyərində, ay-ulduz kulonu ilə birlikdə 1 ədəd 5 qramlıq, 583 əyarlı, təxminən 275 manat dəyərində nazik qızıl qadın boyunbağını, arvadına məxsus 1 ədəd 9 qramlıq, 583 əyarlı, 585 manat dəyərində “Kardinal” qızıl qadın boyunbağını, arvadına məxsus üzərində ərəbcə “Allah” sözü yazılmış, 2,5 qramlıq, təxminən 200 manat dəyərində qızıl kulonu, anasının arvadına 2020-ci ildə Şəki şəhərindən aldığı 1 ədəd 6 qramlıq, 1200 manat dəyərində, 585 əyarlı qızıl qadın nişan üzüyünü, 2021-ci ilin avqust ayında anasının arvadına 190 manata aldığı 1 ədəd 2,5 qramlıq, 583 əyarlı, qızıl qadın üzüyünü, 2021-ci ilin noyabr ayında arvadına özünün 120 manata aldığı 1 ədəd 1,40 qramlıq, üzərində ərəbcə yazılar olan, 583 əyarlı tək qızıl kulonu, 1 ədəd gümüş, 10 manat dəyərində nazik boyunbağını qızıl qutuları ilə birgə istintaqa təqdim etmişdir. O, hərəkətlərindən peşman olduğunu, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxslərin birinin doğma anası, digərinin isə arvadı olub bir evdə, bir ailədə, birgə yaşadıqlarını, təsərrüfatı birgə idarə etdiklərini, etdiyi hərəkətlərlə zərərin özünə dəydiyini qeyd etmişdir. Buna baxmayaraq dəymiş zərəri tam ödəmiş, zərərçəkmiş şəxslər onunla barışıb, onu bağışlamış, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və tələbləri qalmamışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, onun iki oğlu olmuş, böyük oğlu X10 evli olmaqla 2013-cü ildən Rusiya Federasiyasının Kazan şəhərində yaşamağa getmiş, o vaxtdan Şəki şəhərinə gəlməmiş, kiçik oğlu Təqsirləndirilən şəxs onunla birlikdə yaşamış, 2021-ci ilin avqust ayında X18 ilə evləmiş, gəlini də köçüb onlarla yaşamışdır. X31 şəhərində “Azərsu QSC”də təmirçi-çilingər vəzifəsində işləməklə aylıq 320 manat maaş almışdır. Aralarında heç bir problem olmayıb boşanmasalar da əri X13 ailələrinə dəsdək olmaq üçün 2005-ci ildən Bakı şəhərində hərbiçilərin binasında olan qazanxanada işləyərək, hər ay bir dəfə Şəki şəhərinə yaşadıqları evə gəlib-getmiş, aylıq 400 manat maaş almış, maaşının bir hissəsini hər ay onlara vemişdir. xx.xx.2022-ci ildə o, Şəki şəhəri Qaz İdarəsinin yaxınlığında yaşayan qardaşı Sabirin qızı Təranəyə mesaj yazıb yeni tikdikləri evə köçmələri ilə bağlı sabah onlara gəlmək istədiklərini bildirmiş, Təranə də evdə olacaqlarını və gələ biləcəklərini ona demişdir. Bununla bağlı qonşuluqda yaşayan baldızı X14 qardaşı qızının evgördüsünə gedəcəyini, evdə olmadıqları vaxt toyuq-cücəyə baxmasını ondan xahiş etmiş, xx.xx.2022-ci ildə, saat 12 radələrində gəlini Günay və oğlu İlqarla evdən çıxanda baldızı Sürayəni çağırıb ondan toyuq-cücələrə baxmasını bir daha xahiş etmişdir. Həyətlərinin 3 tərəfi təxminən hündürlüyü 3 metr olan divarla əhatələnmiş, yalnız bir tərəfində, baldızıgillə olan aralıqda dəmir setka ilə əhatələnmiş çəpər və həmin çəpərdən isə açıq olan piyada cığırı olmuşdur. Onlar evdən çıxıb yaxınlıqdan keçən 10 nömrəli marşrut avtobusuna əyləşmiş, Şəki şəhərində yaşayan qardaşı evinə getmişlər. Onlarla yemək yeyib, bir az söhbət edib saat 17 radələrində 4 nömrəli marşrutla Şəki Mərkəzi Bazarına, Bazardan isə 10 nömrəli marşrut avtobusu ilə evə qayıtmışlar. Qonaq getdikləri yerdə İlqar təxminən 2-3 saat dayanmış, sonra işinin olduğunu, bir azdan qaydacağını deyib 1430 radələrində çıxıb getmiş, saat 17 radələrində qonaq getdikləri yerə qayıtmışdır. O və gəlini İlqarın şəxsi işi olduğunu və ya qadın məclisində oturmaq istəməyib gedib tanışları ilə söhbət edib, çay içdiyini fikirləşdikləri üçün İlqardan hara gedib-qayıtmasını soruşmamışlar. Saat 1730 radələrində çöl dəmir darvazanın qapısını açıb həyətə daxil olanda heç nədən şübhələnməmiş, həyətdə olan iti bağlayıb evə tərəf yaxınlaşanda aynabəndin qarşısında yerdə olan stulun ön stolun üstünə qoyulduğunu görmüşdür. Adətən onlar stulu stolun üstünə deyil, yerdə saxladıqlarından bu haldan şübhələnib oğlundan və gəlinindən stulu stolun üstünə kimin qoyduğunu soruşmuş, oğlu və gəlini də qoymadıqlarını demişlər. Eyni zamanda evdən çıxanda bütün pəncərələri bağladıqları üçün aynabəndin pəncərəsinin açıq olduğunu görüb evdən oğurluq edilməsindən şübhələnmişdir. Evin çöl giriş dəmir qapısı bağlı olmuş, açarı da özündə olmuşdur. Açarla qapını açıb evə daxil olmuş, aynabəndə keçən kimi yerdə asılqandakı paltarların yerdə olduğunu, sol tərəfdə divarda olan şkafın açıq olduğunu, içərisində olan əşyaların yerə töküldüyünü görmüşlər. Həmin yerlə üzbəüz olan evin qonaq otağının da dağınıq vəziyyətdə olduğunu görmüş, evdən oğurluq edilməsinə əmin olmuşdur. Qonaq otağında olan qızıl-zinət əşyalarının yerində olub-olmamasına baxmaq üçün həmin otağa daxil olmuş, gəlini Günay isə aynabəndin yuxarı başında olan otaqlarından qızıl-zinət əşyalarının oğurlanıb-oğurlanmadığını yoxlamaq üçün otağa daxil olmuşdur. O, qonaq otağına daxil olduqda orada olan yorğan-döşəyin, divanın, kresloların axtarıldığını və səliqəsiz vəziyyətə gətirildiyini, divarda olan şkafların isə taxta qapılarının açıldığını görmüşdür. O, sağda olan şkafın içərisinə taxtanı qaldırıb baxanda şkafında içərisində ona məxsus qızıl-zinət əşyalarının qutusu ilə birlikdə oğurlandığını görmüşdür. Həmin yerdən oğurlanan qızıl-zinət əşyaları 1 cüt, hər birinin üzərində qırmızı rəngli adi qaşları olan, 583 əyarlı, 6 qramlıq, 1988-ci ildə nişanına qoyulan, təxminən bazar qiyməti 330 manat dəyərində olan qızıl sırğalar, üzərində adi, qırmızı rəngli qaşı olan, setkaşəkilli, 583 əyarlı, 4 qramlıq, 1988-ci ildə nişanına qoyulan, təxminən 220 manat dəyərində qızıl qadın üzüyü, 1 komplekt, yəni boyunbağısı 17 qram, 583 əyarlı, toxunmaşəkilli, təxminən 935 manat dəyərində qızıl qadın boyunbağısı və 10,5 qram, 583 əyarlı, təxminən 577,50 manat dəyərində qızıl qadın bilərziyi, 4 qramlıq, 585 əyarlı, buruqşəkilli, təxminən 220 manat dəyərində qızıl qadın boyunbağısı və sadə sepli, 583 əyarlı, yumru formada, kənarları bəzəkli, təxminən 220 manat dəyərində qızıl qadın saatının oğurlanması məlum olmuşdur. O, aynabəndə qayıdanda divanın üstündə olan döşəklərin dağıdılmasını görmüş və sağda olan yataq otağına daxil olmuşdur. Onlar evdən çıxmamışdan əvvəl evin bütün otaqlarının qapısı açıq olmuşdur. O, yataq otağına daxil olarkən yorğan-döşəyin səliqəsiz şəkildə dağıdıldığını, sağda olan, televizor qoyulmuş siyirmənin, həmçinin servantın şüşələrinin açılıb səliqəsiz şəkildə qoyulmasının, paltarlar olan şkafın da qapılarının açılmasını və səliqəsiz vəziyyətə salınmasını görmüş, üstündə televizor olan, paltar qoyulan kiçik şkafa, orada olan paltarların arasına baxdıqda 1 ədəd yüzlük ABŞ dollarının, 3 ədəd 1000-lik olmaqla 3.000 məbləğində Rus rublu pulunu orada görməmişdir. Həmin kiçik kamotun yanında olan sandığın da qarışdırıldığını və axtarıldığını, sandığın arxasında olan, divarda yerləşən qab-qacağın qoyulduğu şkafın da axtarıldığını görmüşdür. Sol tərəfdə olan paltar şkafına baxıb, qara rəngli qalın üst gödəkçəsinin sol üst cibində olan qızıl-zinət əşyalarını yerində görməmişdir. O, həmin yerdən 20 qramlıq, 585 əyarlı, həyat yoldaşının təxminən 20 il əvvəl ona aldığı, təxminən 1.100 manat dəyərində, nisbətən dartınmış formada olan qızıl qadın boyunbağısının, 12 qramlıq, 1988-ci ildə həyat yoldaşının ona aldığı, 583 əyarlı, qaşsız, təxminən 660 manat dəyərində qızıl nişan üzüyünün, 5 qramlıq, 583 əyarlı, 1988-ci ildə nişanına qoyulan, təxminən 275 manat dəyərində qızıl qadın boyunbağısının, 3 qramlıq, 583 əyarlı, qaşsız, ortası yumru şəkilli, 1988-ci ildə baldızının ona hədiyyə kimi aldığı, təxminən 165 manat dəyərində qızıl qadın üzüyünün, 2 qramlıq, üzərində ay-ulduz şəkilli kulonu olan, 583 əyarlı, 110 manat dəyərində nazik boyunbağının və 10 manatlıq pul əskinazının oğurlanmasını bilmişdir. O, gəlini Günayın otağına keçib Günayın ağladığını, həmin otaqda yorğan-döşəyin, güzgülü dolabın, servantın və paltar şkaflarının axtarıldığını, səliqəsiz vəziyyətə salındığını görmüş, gəlinindən nəyin oğurlandığını soruşmuşdur. Gəlini Günay 21 qramlıq, toxunması “Kardinal” olan, 583 əyarlı, 2021-ci ilin iyul ayının axırlarında 1450 manata aldığı qızıl qadın boyunbağısının, həmin boyunbağının üzərində ay-ulduz olan, çəkisi 3,5 qram, 583 əyarlı, təxminən 210 manat dəyərində qızıl kulonun, 9 qramlıq, 583 əyarlı, təxminən 585 manat dəyərində qızıl qadın boyunbağısının, üzərində ərəbcə “Allah” sözü yazılmış, 2,5 qram, təxminən 200 manat dəyərində qızıl kulonun, 6 qramlıq, 2020-ci ildə Şəki şəhərindən 1200 manata aldığı 585 əyarlı qızıl qadın nişan üzüyünün, 2,5 qramlıq, 583 əyarlı, 2021-ci ilin avqust ayında 190 manata aldığı qızıl qadın üzüyünün, 1,40 qramlıq, üzərində ərəbcə yazılar olan, 583 əyarlı, 2021-ci ilin noyabr ayında oğlu İlqarın öz maaşı ilə 120 manata Günay üçün aldığı tək qızıl kulonun, 10 manat dəyərində nazik gümüş boyunbağısının oğurlandığını demişdir. Günay həmin qızıl-zinət əşyalarının güzgülü kamotun yuxarıdan birinci siyirməsindən və şkafda olan qırmızı rəngli çamadanın üstdən birinci cibinin açılaraq oğurlandığını bildirmişdir. Oğlu İlqar da 2021-ci ilin avqust ayında təxminən 300 manata qız evi tərəfindən sonuncuya alınmış, 583 əyarlı, 3 qramlıq qızıl kişi nişan üzüyünün və 1 ədəd 2,5 qramlıq, 583 əyarlı, 2015-ci ildə özünün Şəkidə olan qızıl mağazasından 75 manata aldığı qızıl üzüyün oğurlandığını söyləmişdir. Onlar həmin otaqdakı pəncərənin birinin də açıq olduğunu görmüşlər. Gəlininin deməsinə görə həmin pəncərə evdən çıxmamışdan əvvəl bağlı olmuşdur. Ona görə də oğruların həmin pəncərədən qaçdığını fikirləşmişlər. Mətbəxə baxıb mebelində olan qab-qacağın qarışdırıldığını görmüşlər. Ümumiyyətlə evdə olan bütün əşyalar qarışdırılmış və dağınıq vəziyyətə salınmışdır. Oğlu İlqar DİN-in 102 xidmətinə evdən oğurluq edilməsi barədə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları həyətlərinə gəlmiş, evlərinə və həyətlərinə baxış keçirilmiş, fotoşəkillər çəkmişlər. Sonra izahat vermək üçün, o, gəlini və oğlu Şəki polis şöbəsinə çağrılmış, orada evdən oğurluq edən şəxsin oğlu İlqar olduğu, İlqarın mart ayının 23-dən başlayaraq müxtəlif vaxtlarda ona, özünə və həyat yoldaşı Günaya məxsus qızıl-zinət əşyalarını evdən oğurlayıb Şəki şəhərində müxtəlif mağazalarda satması, lombarda qoyub pul götürməsi, həmin pulları “PubG” oyununda xərcləməsi məlum olmuşdur. 1 ədəd yüzlük ABŞ dollarının, 3 ədəd 1000-lik olmaqla 3.000 Rus rublunun və 1 ədəd 10 manatlıq pul əskinazları sonradan evdən tapdıqları üçün götürülmədiyini, oğurlanmadığı müəyyən etmişlər. Pullar televizorun altında olan dolabda, həmişə qoyduğu yerdə olmuş, lakin baxdıqları zaman görmədiyi üçün oğurlandığını guman etmiş, ona görə pulların da oğurlanması barədə ilkin olaraq polisə bildirmiş, sonradan pulların qoyduğu yerdən tapıldığını demişlər. Evindən oğurluq edilməsi nəticəsində ona və gəlininə ümumilikdə təxminən 8,667 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyanın 3845 manatı gəlininin qızıllarına görə ona, 4.822,50 manat məbləğində olan hissəsi isə ona dəymiş maddi ziyan olmuşdur. Oğurlanmış qızıl-zinət əşyaları 1988-ci ildə həyat yoldaşı və qohumlarının ona nişanı vaxtı aldıqları hədiyyə, həmçinin həyat yoldaşının 2021-ci iyul ayında kredit götürüb gəlini Günaya nişanında və ondan əvvəl hədiyyə aldığı qızıl-zinət əşyaları olmuşdur. O, ilkin olaraq hadisə baş verdiyini gördüyü an əsəbi və həyəcanlı olduğu üçün oğurlanmış əmlaklarının qiymətlərini təxmini, çox da olmasa bir qədər yüksək qiymətə dəyərləndirib yazmışdır. Əslində onlar həmin gün şikayət ərizəsi yazmamış, əmlaklarının onunla bir evdə yaşayan, gələcəkdə də həmin əmlakların vərəsə kimi qalacağı, elə indi də üzərində istədiyi kimi sərəncam vermək səlahiyyəti və hüququ olan oğlu İlqar tərəfindən götürüldüyünü biləndən sonra ümumiyyətlə şikayətçi olmamışdır. Lakin Polis şöbəsində onlara ərizə yazmalı olduqları deyilmiş və məcbur qalıb ərizə vermişlər. İlqar bir ədəd öz pulu ilə özünə aldığı 75 manat dəyərində olan qızıl kişi üzüyü və evlənərkən qız evinin ona aldığı 300 manat dəyərində olan qızıl nişan üzüyü, arvadının və anasının, yəni onun qızılzinət əşyalarını satmışdır. Ona və gəlini Günay Əyyubovaya dəymiş ziyan oğlu Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, heç bir şikayəti və tələbləri qalmamış və onu bağışlamışlar. Bunları nəzərə alıb oğlu Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 ifadə verərək göstərmişdir ki, o, qaynanası Zərərçəkmiş şəxs1 və həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birgə yaşamış, həyat yoldaşı İlqar Şəki şəhərində “Azərsu QSC”də təmirçi-çilingər vəzifəsində işləyərək aylıq 320 manat maaş almışdır. X12 2005-ci ildən Bakı şəhərində yaşamış və işləmiş, hər ay bir dəfə də olsa Şəki şəhərinə yaşadıqları evə gəlib-getmişdir. O, İlqarla 2021-ci ilin avqust ayında evlənmişdir. xx.xx.2022-ci ildə qaynanası Şəki şəhəri Qaz İdarəsinin yaxınlığında yaşayan qardaşı qızı Təranəyə mesaj yazıb yeni ev tikib köçmələri ilə bağlı onlara gəlmək istədiklərini bildirmiş, Təranə də evdə olacaqlarını, gələ biləcəklərini demişdir. xx.xx.2022-ci ildə saat 12 radələrində o, qaynanası Solmaz və həyat yoldaşı İlqarla evdən çıxmış, evdən çıxanda qaynanası Zərərçəkmiş şəxs1 onların həyəti ilə qonşuluqda yaşayan qohumları Sürayəni çağırıb ondan toyuq-cücələrinə baxmasını xahiş etmiş və sonuncu da baxacağını bildirmişdir. Onlar marşrut avtobusu ilə gedib saat 17 radələrinə kimi qonaq olduqları evdə oturmuş, yemək yeyib, söhbət etmiş, İlqar təxminən 2-3 saat dayanmış, sonra işinin olduğunu, bir azdan qaydacağını deyib 1430 radələrində çıxıb getmiş, geri dönməyə yaxın onların yanına gəlmiş, 1730 radələrində marşrut avtobusla evə qayıtmışlar. Evə çatanda çöl dəmir darvazanın qapısını İlqar açarla açmış və həyətə daxil olmuşlar. Həyətə daxil olanda heç nədən şübhələnməmişlər. İti bağlayıb evə yaxınlaşmış, aynabəndinin qarşısında yerdə olan stulun ön stolunun üstünə qoyulduğunu görmüşlər. Adətən stul ön stolunun yanında yerdə olduğundan bundan şübhələnib qaynanası ona və İlqara bu stulu bura kimin qoyduğunu soruşmuş, onlar stulu oraya qoymadıqlarını demişlər. Həmin yerdə, aynabəndin pəncərəsinin açıq olduğunu görüb, evdən çıxanda bütün pəncərələri bağladıqları üçün evdən oğurluq edilməsindən şübhələnmişlər. Evin çöl giriş dəmir qapısı da bağlı, açarı isə İlqarda olmuş, açarla qapını açıb evə daxil olmuşlar. Aynabəndə keçən kimi asılqandakı paltarların, sol tərəfdə divardakı şkafın da açıq olduğunu və içərisində olan əşyaların yerdə olduğunu görmüşlər. Üzbəüz olan qonaq otağının da dağınıq vəziyyətdə olduğunu görmüş və evdən oğurluq edilməsinə əmin olmuşlar. Qaynanası qızıl-zinət əşyalarının oğurlanıb-oğurlanmadığına baxmaq üçün qonaq otağına, o isə öz qızıl-zinət əşyalarının oğurlanıb-oğurlanmadığına baxmaq üçün aynabəndin yuxarı başında olan otaqlarına daxil olmuş, 9 qramlıq, 583 əyarlı, təxminən 585 manat dəyərində qaynanasının ona aldığı qızıl qadın boyunbağısının, üzərində ərəbcə “Allah” sözü yazılmış, 2,5 qram, təxminən 200 manat dəyərində qızıl kulonun, 6 qramlıq, qaynanasının ona 2021-ci ildə Şəki şəhərindən 1200 manata aldığı 585 əyarlı qızıl qadın nişan üzüyünün, 2,5 qramlıq, 583 əyarlı, 2021-ci ilin avqust ayında ona 190 manata qaynanasının aldığı qızıl qadın üzüyünün, 1,40 qramlıq, üzərində ərəbcə yazılar olan, 583 əyarlı, 2021-ci ilin noyabr ayında həyat yoldaşı İlqarın ona 120 manata aldığı tək qızıl kulonun, 10 manat dəyərində nazik gümüş boyunbağının oğurlandığını görmüşdür. Paltar şkafında olan qırmızı rəngli çamadanın birinci gözündən isə 21 qramlıq, toxunması “Kardinal” olan, 583 əyarlı, 2021-ci ilin iyul ayının axırlarında qaynanasının ona 1450 manata aldığı qızıl qadın boyunbağısının, həmin boyunbağının üzərində ay-ulduz olan, çəkisi 3,5 qram, 583 əyarlı, 210 manat dəyərində qızıl kulonunun oğurlandığını başa düşmüşdür. Qaynanası da gəlib qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. İlqar da 2021-ci ilin avqust ayında atasının ona 300 manata aldığı, 583 əyarlı, 3 qramlıq qızıl kişi nişan üzüyünün və 2,5 qramlıq, 583 əyarlı, 2015-ci ildə özünün Şəkidə olan qızıl mağazasından 75 manata aldığı qızıl üzüyün oğurlandığını söyləmişdir. Onlar həmin otaqda olan pəncərinin birinin açıq olduğunu görmüş, halbuki həmin pəncərə evdən çıxmamışdan əvvəl bağlı olmuşdur. Onlar oğruların həmin pəncərədən qaçdığını güman etmişlər. Mətbəxdə də mebelində olan qab-qacaq qarışdırılmış vəziyyətdə olmuşdur. Ümumiyyətlə evdə olan bütün əşyalar qarışdırılmış, dağınıq vəziyyətə salınmışdır. Həyat yoldaşı İlqar DİN-in 102 xidmətinə evlərindən oğurluq edilməsi barədə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları gəlmiş, evə və həyətə baxış keçirilmiş, fotoşəkillər çəkmişlər. Şəki polis şöbəsinə ərizə yazmaq üçün gedəndə evdən oğurluq edən şəxsin həyat yoldaşı İlqar olduğunu bilmişdir. İlqar mart ayının 23-dən başlayaraq müxtəlif vaxtlarda ona, özünə və qaynanasına məxsus qızıl-zinət əşyalarını evdən oğurlamış, aparıb Şəki şəhərində müxtəlif mağazalarda satmış və lombarda qoyub pul götürmüş, “PubG” oyununda həmin pulları xərcləmişdir. İlkin olaraq evə baxanda qaynanası 1 ədəd yüzlük ABŞ dolları, 3 ədəd 1000-lik olmaqla 3.000 Rus rublu və 1 ədəd 10 manatlıq pul əskinazını tapa bilmədiyi üçün onların da oğurlanmasını polisə bildirmiş, lakin sonradan həmin pullar qoyduqları yerdən televizorun altında olan dolabdan tapılmışdır. Oğurluq nəticəsində ona ümumilikdə təxminən 3,845 manat məbləğində maddi ziyan dəymişdir. Həmin qızıl-zinət əşyaların ona qaynatası Nizaməddin 2021-ci ilin iyul ayında kredit götürüb hədiyyə almışdır. Oğurluq nəticəsində ona və qaynanasına ümumilikdə dəymiş 8677,50 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, heç bir şikayəti və tələbi qalmamış, İlqarı bağışlamışdır. Bunları nəzərə alıb həyat yoldaşı Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısı, Təqsirləndirilən şəxs bacısı oğlu, X18 isə bacısı gəlini olmuşdur. xx.xx.2022-ci ildə bacısı Zərərçəkmiş şəxs1 qızına mesaj yazıb evdə olduqlarını soruşmuş, təzə evə köçmələri bağlı onlara gəlmək istədiklərini bildirmiş, qızı Təranə də evdə olduqlarını, gələ biləcəklərini demişdir. xx.xx.2022-ci ildə saat 13 radələrində Solmaz, gəlini Günay və oğlu İlqarla birlikdə qızının yeni köçdüyü evinə gəlmişlər. Qızının evi yaxınlıqda olduğu və qonaq gəldiyi üçün qızının evinə keçmiş, orada günorta yeməyi yeyilmiş, yeməkdən sonra evdən çıxıb çayçıya getmişdir. O, evdən çıxanda İlqar qızının evində olmuşdur. Axşam saat 19 radələrində evə qayıtmış, qızının evinə keçmiş, qonaqların getdiyini görmüş, o da evinə qayıtmışdır. Sabahı günü, yəni xx.xx.2022-ci ildə, saat 8 radələrində bacısı Solmaz ona zəng edərək dünən onlarda olduqları müddətdə evlərindən ona və gəlininə məxsus qızıl-zinət əşyalarının oğurlandığını, bu barədə polisə məlumat verdiklərini, Şəki ŞRPŞ-nin əməkdaşlarının, evdən qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda oğlu Təqsirləndirilən şəxs oğurladığını müəyyən etdiklərini demiş, o da bacısının evinə getmiş, bacısı Solmaz olanları ona danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Sabir oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. Vergi ödəyicisi kimi adına VÖEN olmaqla Şəki şəhəri S.Mumtaz küçəsində, Şəki Mərkəzi Bazarının içərisində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağaza oğlu X4 adına olmuşdur. Əvvəllər həmin qızıl-zinət əşyaları mağazası öz adına olmuş, təxminən 3 il əvvəl mağazanı oğlu Elvinin adına keçirmişdir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs cəmi bir dəfə görmüş, 08 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində işlədiyi “Elvin” qızıl-zinət əşyaları mağazasına gəlib özünü təqdim edərək adının İlqar olduğunu bildirdikdən sonra qızıl-zinət əşyası olan bir ədəd boyunbağıya taxılan kulonun (sinəlik) olduğunu və onu satmaq istədiyini bildirmiş, kimə məxsus olduğunu deməmiş, o da İlqarın özünə məxsus olduğunu fikirləşdiyi üçün ondan heç nə soruşmamışdır. İlqar zahirən də oğurluq edən adama oxşamamışdır. O, bundan sonra İlqarın ona təqdim etdiyi 1 ədəd qızıl kulonu qızıl tərəzisində çəkmiş, 3,7 qram olduğunu müəyyən etmişdir. Həmin qızıl-zinət əşyası 585 əyarlı olmuş, üzərində ərəbcə “Allah” sözü yazılmışdır. Qızıl-zinət əşyasını həmin gün üçün lom qiymətindən, yəni 55,40 manatdan hesablamış, 205 manat dəyərində qiymətləndirmiş, faizini isə 2 faizdən hesablayaraq 4 manat olduğunu müəyyən etmidir. Bundan sonra İlqarın şəxsiyyət vəsiqəsini surətini çıxarıb özündə saxlamış, alqı-satqıya dair qaimə yazmışdır. Qaimə özü və İlqar imza etmiş, İlqarın şəxsiyyət vəsiqəsinin nömrəsini və mobil nömrəsini özünə məxsus olan, mağazada saxlanılan kitabçada qeydiyyatını aparmışdır. Bundan sonra onun təqdim etdiyi qızıl kulonu götürüb İlqara əlbəəl 205 manat pul vermiş, o da pulu götürüb çıxıb getmişdir. Şəki polisində ifadə verərkən İlqarın onun işlədiyi mağazaya satdığı 1 ədəd qızıl kulonun oğurluq olduğunu və həmin qızıl-zinət əşyasını İlqarın öz evindən gizli şəkildə oğurladığını bilmiş, ondan əvvəl İlqarın öz evindən oğurluq etməsindən məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyasını 205 manata almağına dair “malların alış aktının” surətini ifadəsinə əlavə edilməsi üçün təqdim etmiş, həmin 3,7 qram çəkisində, 585 əyarlı qızıl kulonu polisə çağrılmamışdan təxminən 15 gün əvvəl 215 manata tanımadığı şəxsə satmışdır. Qızıl-zinət əşyasını satmağına dair heç bir sənədi olmamış, qızıl-zinət əşyasını tanımadığı şəxsə satdığı üçün istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cəmi bir dəfə görmüş, əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. ünvan 5 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində özünə məxsus “Elşad” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazası olmuşdur. Təqsirləndirilən şəxs 16 mart 2022-ci ildə işlədiyi mağazaya gəlib boyunbağı satmaq istədiyini bildirmiş, ondan götürüb-götürməməsini soruşmuşdur. O, götürdüyünü bildirib Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini istəmiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini və 1 ədəd “Kardinal” sepi ona təqdim etmişdir. O boyunbağını qızıl tərəzisində çəkmiş, 20 qram olduğunu müəyyən etmiş, boyunbağı 583 əyarlı olduğu üçün 18,2 qram olduğunu bildirmişdir. 18,2 qramlıq boyunbağını həmin gün üçün qızılın lom qiymətindən, yəni 57 manatdan hesablamış, 1040 manat dəyərində olduğunu demişdir. İlqar razılaşmış, o qızılın alış-satışına dair alış aktı tərtib etmiş, aktda Təqsirləndirilən şəxs yaşadığı ünvanı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, təvəllüdünü və fin kodunu yazmış, cədvəldə həmin qızıl-zinət əşyasının qiymətləndirici və fərqləndirici əlamətlərini qeyd etmişdir. Eyni zamanda aktda Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın oğurluq, müsadirə olunmuş, girov qoyulmuş olmamasına dair hissəsindən imza etmiş və “təhvil verdi” hissəsində öz adını öz xətti ilə əlyazma qaydasında yazmışdır. Bundan sonra o, boyunbağını götürüb İlqara 1040 manat pul vermişdir. Polisə ifadə verərkən İlqarın ona satdığı boyunbağının oğurluq olduğu bilmiş, öz evindən oğurlamasından məlumatı olmuşdur. O, İlqardan aldığı boyunbağını 2022-ci ilin mart ayının sonlarında 1060 manata tanımadığı şəxsə satmışdır. Lakin satmağına dair heç bir sənəd tərtib etməmişdir. Boyunbağını tanımadığı şəxsə satdığı üçün istintaqa təqdim edə bilməmişdir. O boyunbağını 1040 manata almağına dair “alış aktının” surətini ifadəsinə əlavə edilməsi üçün müstəntiqə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, S.Rəhman küçəsində, “Bazarstore”nin ikinci mərtəbəsində olan lombardda 2 ilə yaxın satıcı işləmiş, işlədiyi lombardın bütün qanuni sənədləri olmuşdur. Lombard Bakı şəhər sakini X11 adlı fərdi sahibkara məxsus olmuş, Elçin Bayramov vergi ödəyicisi olmaqla fəaliyyətinə görə dövlətə vergi ödəmiş, 2 nəfər də işçisi olmuşdur. O, satıcı kimi həmin lombardda işləmiş, vəzifəsi ora gətirilən qızıl-zinət əşyalarını lom qiyməti ilə hesablayıb qiymətləndirməkdən, qızılın qiymətində pulun verilməsini təmin etməkdən və prosesi sənədləşdirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 2 dəfə görmüş, qohumluq əlaqələri, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 may 2022-ci ildə saat 1015 radələrində İlqar onun işlədiyi lombarda gəlmiş, şəxsiyyət vəsiqəsini və bir ədəd qızıl qadın boyunbağısını təqdim edib lombarda girov qoyub pul götürmək istədiyini demişdir. İlqar boyunbağının kimə məxsus olması barədə heç nə deməmiş, o bu barədə soruşmamış, özünə məxsus olduğunu fikirləşmişdir. İlqar təqdim etdiyi qızıl qadın boyunbağısı toxunmaşəkilli, orta hissədən enli formada boyunbağı olmuş, boyunbağını qızıl tərəzisində çəkmiş, 18,76 qram olduğu müəyyən edilmişdir. Boyunbağını lom qiymətindən, yəni həmin gün üçün qramı 52 manatdan hesablamış, boyunbağının 1 ay müddətində girov qoyulmasına dair Təqsirləndirilən şəxsla müqavilə bağlamış, girov bileti yazaraq bir surətini İlqara vermişdir. Müqavilədə 1 ay müddətində, yəni xx.xx.2022-ci il tarixədək həmin qızıl-zinət əşyasına görə İlqara verilən 980 manat pul geri qaytarılmasa girovda saxlanılacağı, aylıq faizi olaraq lombarda hər ay 35 manat pul ödəniləcəyi göstərilmişdir. Müqavilədə 35 manat faizi ilə birgə 1 ay müddətində 1015 manat pulun lombarda geri ödəniləcəyi təqdirdə boyunbağının İlqara qaytarılacağı da göstərilmişdir. O, müqaviləni yazdıqdan sonra İlqar müqavilənin şərtləri ilə tanış olmuş və imza etmişdir. O, boyunbağını girova qəbul edib İlqara 980 manat pul vermiş, bütün sənədlərin hamısının bir yerdə fotoşəklini çəkmiş, İlqar da pulu götürüb, qızıl boyunbağını ona təhvil verib getmişdir. 13 may 2022-ci ildə saat 1410-da Təqsirləndirilən şəxs yenə də lombarda gəlmiş, şəxsiyyət vəsiqəsini və bir ədəd qızıl qadın qolbağı təqdim edib lombarda girov qoyub pul götürmək istədiyini demişdir. İlqar yenə də qızıl-zinət əşyasının kimə məxsus olmasını ona deməmiş, o da soruşmamış, özünə məxsus olduğunu fikirləşmişdir. Qadın qolbağı qızıl, toxunmaşəkilli, orta hissədən enli formada olmuşdur. Qolbağı qızıl tərəzisində çəkmiş, 10 qram olmuşdur. Qolbağı lom qiymətindən, həmin gün üçün qramı 54 manatdan hesablayaraq qiymətinin 540 manat olduğunu müəyyənləşdirmiş, 1 ay müddətində girov qoyulmasına dair Təqsirləndirilən şəxsla müqavilə bağlamış, girov bileti yazaraq bir surətini İlqara vermişdir. Müqavilədə 1 ay müddətində, yəni xx.xx.2022-ci ilədək həmin qızıl-zinət əşyasına görə İlqara verilən 540 manat pulun geri qaytarılmayacağı halda qolbağın girovda saxlanılacağı, aylıq faizi olaraq lombarda hər ay 19 manat pul ödəniləcəyi, 19 manat faizi ilə birgə 1 ay müddətində 559 manat pul lombarda geri ödəniləcəyi təqdirdə qolbağın qaytarılacağı göstərilmişdir. İlqar müqavilənin şərtləri ilə tanış olmuş, imza etmiş, boyunbağını girova qəbul edib İlqara 540 manat pul vermiş, İlqar boyunbağını təhvil verib getmişdir. O bütün sənədlərin hamısının bir yerdə fotoşəklini çəkmişdir. İlqarın lombarda verdiyi 2 ədəd qızıl-zinət əşyasını öz evindən oğurlamasını polisdə ifadə verərkən bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohumluq əlaqələri, aralarında düşmənçilik və ədavət olmamışdır. O, Şəki Mərkəzi Bazarında icarəyə götürdüyü mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuş, qızılın alışına və satışına lisenziyası, mağazanın isə sənədləri, VÖEN-i olmaqla vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs heç vaxt qızıl-zinət əşyası almamış, qızıl-zinət əşyalarını satması barədə ifadəsində göstərdiklərini düzgün hesab etməmişdir. O, Təqsirləndirilən şəxs 180 manata, yaxud da başqa qiymətə qızıl qadın saatı, yaxud da başqa qızıl-zinət əşyası almamışdır. Eləcə də Təqsirləndirilən şəxs adlı şəxsdən 300 manata, yaxud da başqa qiymətə qızıl qadın sırğaları və bir ədəd qızıl qadın üzüyünü xx.xx.2022-ci ildə, yaxud da başqa vaxt almamışdır. O, aldığı qızıl-zinət əşyalarının həmişə qeydiyyatını aparmış, qeydiyyat dəftərçəsində Təqsirləndirilən şəxs adı olmamışdır. Ona görə də İlqardan qızıl-zinət əşyaları almadığını əminliklə bildirmişdir. Təqsirləndirilən şəxs ona qızıl-zinət əşyaları satsaydı qeydiyyat dəftərçəsində buna dair müvafiq qeydiyyatlar aparmış olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, qızılzinət əşyalarının qiyməti zərərçəkmiş şəxslərin özlərinin dediyindən və təqsirləndirilən şəxsin satış yerlərinə, eləcə də sonuncuların da reallıqda satdıqları qiymətdən daha yüksək dəyərləndirilmişdir. Zərərçəkmiş şəxslər qızıl-zinət əşyalarını işlətdiklərini, 1988-ci ildə alındığını, dartılmış şəkildə olduğunu bildirsə də, yəni köhnə, işlənmiş, dəbə uyğun olmadığına görə lom şəklində işlədilmək üçün alınmaqdan savayı çox təsadüfdən və həmin halda da lom şəklində qiymətindən az fərqlə satıla biləcəyi nəzərə alınmamışdır. Həmin qızı-zinət əşyaları eksper reyində qeyd edildiyi kimi 85 manata deyil daha aşağı, lom qiymətinə dəyərləndilməli olduğu halda buna əməl edilməmişdir. Ekspert tərəfindən sözügedən qızılların köhnə dəbə uyğun olması, işlədilərək əvvəlki vəziyyətini itirməsi nəzərə alınmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş; 22 may 2022-ci il tarixli hadisə yerinə baxış protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus evin aynabəndinin pəncərəsinin biri açıq olmuş, həmin pəncərənin taxta çərçivəsinə hansısa alətlə müdaxilə edilmiş, Təqsirləndirilən şəxs yataq otağında olan plastik pəncərənin biri açıq olmuş, evin bütün otaqlarında ev əşyaları, yorğan-döşək dağıdılmış və səliqəsiz vəziyyətə salınmış, evin qonaq otağında, divarda olan dolabın içərisindən və yataq otağında olan paltar dolabından, həmin dolabda Zərərçəkmiş şəxs1 məxsus qara rəngli üst gödəkçənin sol üst cibindən özünün, Günay Əyyubovanın yataq otağında olan güzgülü dolabın yuxarıdan birinci siyirməsindən sonuncuya məxsus qızıl-zinət əşyalarının oğurlandığı bildirilmiş, hadisə yerindən 12 ədəd əl-barmaq və 2 ədəd ovuc izləri aşkar edilərək götürülmüşdür. (İ cild iş.v 5-11) xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş 189-15236-1222 nömrəli cavabda göstərilmişdir ki, əməliyyat tapşırığı ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evdən qızıl-zinət əşyalarını oğurlayan şəxsin öz oğlu, onunla eyni ünvanda - Şəki şəhəri, Sona Hacıyeva küçəsi ev 19/21 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (İ cild iş.v 18) 23 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə yaşadığı evdən gizlin olaraq götürdüyü anası Zərərçəkmiş şəxs1 və arvadı X9 məxsus qızıl-zinət əşyalarının bir hissəsini evin padvalında, kətilin üstündə olan taxta materialından hazırlanmış kərpickəsənin içərisindən 2 ədəd karton qutuları ilə birlikdə gizlətdiyi yerdən götürüb təqdim etmiş, həmin qızıl-zinət əşyaları götürülmüşdür. (İ cild iş.v 25-28) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 2110-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş.v 38-39) 25 may 2022-ci il tarixli vəsatətdən görünür ki, CM-nın 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü məhkəməyə təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ibtidai istintaqı aparan müstəntiq tərəfindən müraciət olunmuşdur. (İ cild iş.v 114-116) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsinin zəruriliyi əsaslandırılmadığı üçün, əvvəllər məhkum olunmadığına, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyinə görə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. (İ cild iş.v 118-119) 25 may 2022-ci il tarixli qərardan görünür ki, CM-nın 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin MSY-dən həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərar ona elan edlməklə, surətini saat 2030-da almışdır. (İ cild iş.v 120-122). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild iş.v 172). Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 601 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İ cild iş.v 177). Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 321 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X18 və anası Zərərçəkmiş şəxs1 ilə birlikdə şəhəri, F.Abdurahmanov küçəsi, ev 19/21 ünvanında yaşayır. (İ cild iş.v 179) Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (İ cild iş.v 180) xx.xx.2022-ci il tarixli 22/467R nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yaşayan vət.Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq faktı ilə əlaqədar 11 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 7 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Yararlı olan 7 ədəd əl-barmaq izlərindən 1 ədədi (evin gəlin otağının şkafın içərisindəki çaydan qapağının üzərindən götürülmüş) xx.xx.1991-ci il tarixdə Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 6 ədəd əl-barmaq izi ilə DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri arasında eynilik müəyyən edilməmişdir. (İ cild iş.v 204-216). Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 299 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan 1991ci il təvəllüdlü Orucov X3 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olmamış və ora müraciət etməmişdir. (İ cild iş.v 221) Kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3634-9/4724 nömrəli rəyindən görünür ki, təqdim edilən məmulatların metalı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri müəyyən edilmişdir. Tədqiqi hissədə göstərilənlər aşağıdakı kimidir: O cümlədən təqdim olunan:

1. 1 ədəd sarı rəngli metaldan boyunbağı -üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 20,73 qramdır - 1762,0 manat;

2. 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 8,77 qramdır - 745,0 manat;

3. 1 ədəd sarı rəngli metaldan, üzərində ay-ulduz formalı kulonu olan boyunbağı - üzərində “583/585" əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,42 qramdır - 546,0 manat;

4. 1 ədəd gümüşü rəngli metaldan, ay-ulduz formalı kulonu üzərində ağ şəffaf qaşları olan 2-li boyunbağı - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı qiymətli əlvan metal ərintisindən hazırlanmış bijuteriyadır, çəkisi 2,99 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 10,0 manat;

5. 1 ədəd sarı rəngli metaldan, üzərində gümüşü rəngli metaldan ərəb qrafikalı yazısı olan kulon - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,14 qramdır - 182,0 manat;

6. 1 ədəd sarı rəngli metaldan, dairə formalı, üzərində ərəb qrafikalı yazısı olan kulon üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,25 qramdır - 106,0 manat;

7. 2 ədəd sarı rəngli metaldan alyans üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 14,14 qramdır - 1202,0 manat;

8. 1 ədəd sarı rəngli metaldan alyans üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,07 qramdır-261,0 manat;

9. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,07 qramdır, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,052 karat, 6 ədədinin hər birinin ölçüsü 0,004 karat, 28 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/4 keyfiyətlidirlər — 552,0 manat. Tədqiqata təqdim olunmayan qərarda qeyd olunan məmulatların 2022-ci ilin martmay aylarına olan nəzəri orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5709,0 manat müəyyən edilir. O cümlədən, -21 qram çəkidə, “Kardinal” toxunmalı, 583 əyarlı, 01 ədəd qızıl qadın boyunbağı - 1785,0 manat; -1 ədəd sadə sepli, 583 əyarlı, 3 qram çəkidə, yumru formalı, kənarları bəzəkli qızıl qadın saatı - 255,0 manat; -1 cüt, hər birinin üzərində qırmızı rəngli adi qaşları olan, 583 əyarlı, 6 qram çəkidə olan qızıl sırğa - 510,0 manat; -1 ədəd üzərində adi, qırmızı rəngli qaşı olan, setkaşəkilli, 583 əyarlı, 4 qram çəkidə qızıl qadın üzüyü-340 manat; -1 ədəd 4,4 qram çəkidə, 585 əyarlı, buruqşəkilli qızıl qadın boyunbağısı-374,0 manat; -1 ədəd komplekt-boyunbağı 18,76 qram, 583 əyarlı, toxumaşəkilli bilərziyi 10 qram çəkidə, 583 əyarlı-2445,0 manat. Bundan başqa rəyin nəticə hissəsində göstərilmişdir ki, təqdim edilən məmulatların metalı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri müəyyən edilmişdir. Ayrı-ayrılıqda tədqiqi hissədə göstərilmişdir. Ekspertizaya təqdim edilmiş məmulatların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5366,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmayan, qərarda qeyd olunan məmulatların 2022-ci ilin mart-may aylarına olan nəzəri orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5709,0 manat müəyyən edilir. Ayrı-ayrılıqda tədqiqi hissədə göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manatdır. (İ cild iş.v 237-240). “Kristal-MM” şirkətinin 14 noyabr 2022-ci il tarixli, 3024/22 nömrəli mütəxəssis rəyindən görünür ki, 21 qram çəkidə, “Kardinal” toxunmalı, 583 əyarlı, 01 ədəd qızıl qadın boyunbağısı 1092 manat, 3,5 qram çəkidə, 583 əyarlı, üzərində ay-ulduz olan qızıl kulon 182 manat, 1 ədəd sadə sepli, 583 əyarlı, 3 qram çəkidə, dairəvi formalı, kənarları bəzəkli qızıl qadın saatı 156 manat, 6 qram çəkidə, 583 əyarlı, hər birinin üzərində qırmızı rəngli adi qaşları olan 1 cüt qızıl sırğa 312 manat, 4 qram çəkidə, üzərində adi qırmızı rəngli qaşı olan, torşəkilli, 583 əyarlı, qızıl qadın üzüyünü 208 manat, 4 qram çəkidə, 585 əyarlı, buruqşəkilli qızıl qadın boyunbağısı 208 manat, 1 ədəd 18,76 qram çəkidə, toxunmaşəkilli, 583 əyarlı qızıl qadın boyunbağısı 975,52 manat, 10 qram çəkidə, 583 əyarlı, qızıl qadın bilərziyi 520 manat, 1 ədəd, 9 qram çəkidə, 583 əyarlı qızıl qadın boyunbağısı 468 manat, üzərində gümüşü rəngli metaldan ərəb qrafikalı yazısı olan, 585 əyarlı, 2,5 qram çəkidə olan qızıl kulon 130 manat, 1 ədəd, 6 qram çəkidə, üzərində 0,132 karat brilyant qaşları olan, 585 əyarlı qızıl nişan üzüyü 348 manat, 1 ədəd, 2,5 qram çəkidə, 583 əyarlı alyans qızıl qadın üzüyü 130 manat, 1 ədəd, 1,40 qram çəkidə, üzərində ərəb qrafikalı yazısı olan, 585 əyarlı tək qızıl kulon 72,80 manat, 1 ədəd, 3 qram çəkidə, gümüşü rəngli metaldan, ay-ulduz formalı kulonu üzərində ağ şəffaf qaşları olan, 925 əyarlı 2-li gümüş boyunbağı 30 manat, 1 ədəd 3,07 qram çəkidə, 583 əyarlı qızıl qadın alyans üzüyü 159,64 manat, 1 ədəd, 20,73 qram çəkidə, 585 əyarlı, qızıl qadın boyunbağısı 1077,96 manat, 1 ədəd, 12 qram çəkidə, 583 əyarlı (halqa) qadın üzüyü 624 manat, 1 ədəd, 2 qram çəkidə, 585 əyarlı, ay-ulduz formalı qızıl kulon 104 manat və 1 ədəd 5 qram çəkidə, 585 əyarlı qızıl qadın boyunbağı 260 manat dəyərində qiyətləndirilmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə qeyd edir ki, baş vermiş hadisə ilə bağlı cinayət əməli törətmiş təqsirləndirilən şəxsə CM-nin 177.2.2-ci təkrar, 177.2.3-cü yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və 177.2.4-cü xeyli miqdarda ziyan vurmaqla törədilən əlamətləri nəzərdə tutulmuş maddələri ilə ittiham verilmişdir. Məhkəmə təqsrləndirilən şəxsin əməlində CM-nin 177.2.3-cü maddəsinin - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma əlamətlərini görmür. Belə ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxslərdən biri təqsirləndirilən şəxsin arvadı, digəri anası olmaqla, onlar hadisənin baş verdiyi evdə birgə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Deməli təqsirləndirilən şəxsin hadisə baş vermiş yaşayış evinə daxil olmaq ixtiyarı olmuşdur, yaşayış evinə qanunsuz daxil olmamışdır. Həmçinin verilmiş ittihamın məzmunundan görünür ki, təqsirləndirilən şəxsə ittiham həm təkrarlığa görə, həm də vahid niyyətlə əhatə olunan qəsdlə edilməsi kimi verilmişdir. Məhkəmə isə bu ikili halı, yəni həm təkrar, həm də vahid niyyətlə əhatə olunan qəsdlə edilməsi kimi qəbul etmir. Ona görə ki, təqsirləndirilən şəxsin niyyəti daxili hissi kimi qəbul edilirsə, oğurlanan əmlakların müəyyən hissəsini bir cür, yəni təkrarən, digər yarısını başqa cür, yəni vahid niyyətlə əhatə olunan qəsdlə törədilmə kimi yanaşılması ədalətli görünməməklə bir-biri ilə uzlaşmır. Hazırki halda hadisənin baş verdiyi yer və zərərçəkmiş şəxslər eynidir. Eyni zamanda təqsirləndirilən şəxs hadisəni törətdiyi yaşayış sahəsinə istədiyi vaxt sərbəst girib çıxa bilmək, yalnız zərərçəkmiş şəxslərin görməsi istisna olmaqla oradakı qızıl-zinət əşyalarını istədiyi vaxt, istədiyi miqdarda götürmək imkanına malikdir. Bunlar vahid niyyətlə əhatə olunan qəsdlə edilmə görünüşünə daha yaxındır. Lakin müxtəlif vaxtlarda və ara məsafələri ilə törədilməsi, eyni zamanda qızıl-zinət əşyalarını qumar oyununa pul qoymaq üçün götürüb satması, qumarda qazanmadığı üçün təkrarən bir də qızıl oğurlamasından belə nəticə çıxır ki, əgər qazansa idi təkrar götürməyəcəkdir, yəni sonrakı oğurluğu etməyi əvəlcədən qərarlaşdırmamışdır və oğurlayacağını bilmirdi. Belə olan halda isə əməlin təkrar olduğu qənaəti daha doğrudur. Məhkəmə ikinci halla, yəni əməldə təkrarlıq olması ilə razılaşır. Oğurlanan əmlakların dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilənlərə görə qızıl-zinət əşyalarının qiyməti zərərçəkmiş şəxslərin özlərinin dediyindən və təqsirləndirilən şəxsin satış yerlərinə, eləcə də sonuncuların da reallıqda satdıqları qiymətdən daha yüksək dəyərləndirilmişdir. Zərərçəkmiş şəxslər qızılzinət əşyalarını işlətdiklərini, 1988-ci ildə alındığını, dartılmış şəkildə olduğunu bildirsə də, yəni köhnə, işlənmiş, dəbə uyğun olmadığına görə lom şəklində işlədilmək üçün alınmaqdan savayı çox təsadüfdən və həmin halda da lom şəklində qiymətindən az fərqlə satıla biləcəyi nəzərə alınmamışdır. Bununla yanaşı oğurlanmış əmlaklar xeyli olan miqdarını dəyişməmişdir. Məhkəmə oğurlanmış əmlakların dəyərinə görə əlavə mütəxəssis rəyi alsa da, zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın tamamlə ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətlərinin qalmadığını bildirdiklərində, bununla da tərəflərin həmin hissə ilə bağlı mübahisələri və tələbləri qalmadığından təkrar ekspertiza keçirilməsi lüzumsuz vaxt uzanmasına səbəb olacağı nəzəzrə alınıb iş materialları ilə kifayətlənilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək, ümumiyyətlə baş vermiş hadisədə cinayət tərkibinin olmadığına görə təqsirləndirilən şəxsə bəraət verilməsini istəmişdir. Müdafiəçi fikrini belə izah etmişdir ki, qanun özgə əmlakının gizli yolla talanmasını oğurluq cinayəti kimi etiva etmişdir. İş üzrə isə götürülmüş əmlaklar özgə əmlakı olmayıb, yəni qadın üçün olduğundan arvadı və anasının istifadəsində olsa belə öz əmlakları olduğundan əməl oğurluq hesab edilməməlidir. Məhkəmə bu fikirlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin məhkəmələrdə ər və arvad arasındakı əmlak mübahisələri üzrə işlərə baxılması zamanı arvada hədiyyə alınmış qızıl-zinət əşyalarının taleyi ilə bağlı məsələlərin həlli hazırki hal üçün sadə yolla nəticə çıxarmağa imkan verir ki, hər bir halda arvad öz ərindən özünə məxsus qızıl-zinət əşyalarını haqlı olaraq tələb etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxsin anasına məxsus qızıl-zinət əşyaları da anasının mülkiyyəti hesab edilir. Məhkəmə qeyd edir ki, ər, arvad, ana yaxın qohumlar olub bir-birinə yad olmasalar da, qanunverici ümumi birgə mülkiyyətdən başqa hər kəsin öz mülkiyyəti olan əmlakları da müəyyən edib ayırmışdır. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə qızıl-zinət əşyaları arvadının və anasının olmuş olsa belə özgə əmlakı olması barədə ibtidai istintaq orqanının gəldiyi nəticə doğru olmuşdur. Məhkəmə tədqiq edilən sübütların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 16 mart 2022-ci ildə, saat 10 radələrində ünvan 3 ünvanında yerləşən, birgə yaşadıqları evin yataq otağında, paltar dolabının içərisində olan qırmızı rəngli çamadanın üst cibindən arvadı X9 məxsus 21 qram çəkidə, “Kardinal” toxunmalı, 583 əyarlı, qızıl qadın boyunbağısını zərərçəkmiş şəxsə 1785 manat dəyərində ziyan vurub gizli yolla oğurlamaqla talamışdır. Bundan başqa o, qəsdən, təkrarən özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 1 aprel 2022-ci ildə, saat 1730 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin yataq otağında paltar dolabının içərisində olan qırmızı rəngli çamadanın üst cibindən arvadı X9 məxsus 3,5 qram çəkidə, üzərində ayulduz olan 583 əyarlı qızıl kulonu zərərçəkmiş şəxsə 297 manat dəyərində ziyan vurub gizli yolla oğurlamaqla talamışdır. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 25 aprel 2022-ci ildə, saat 9 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən qutunun içərisindən anası Zərərçəkmiş şəxs1 məxsus 3 qram çəkidə, sadə sepli, yumru formalı, kənarları bəzəkli, 583 əyarlı qızıl qadın saatını zərərçəkmiş şəxsə 255 manat dəyərində ziyan vurub gizli yolla oğurlamaqla talamışdır. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 3 may 2022-ci ildə, saat 1130 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən qutunun içərisindən anası Zərərçəkmiş şəxs1 məxsus 6 qram çəkidə, hər birinin üzərində qırmızı rəngli adi qaşları olan, 583 əyarlı, 1 cüt qızıl sırğanı zərərçəkmiş şəxsə 510 manat dəyərində və 4 qram çəkidə, üzərində adi qırmızı rəngli qaşı olan, setkaşəkilli, 583 əyarlı qızıl qadın üzüyünü zərərçəkmiş şəxsə 340 manat dəyərində, ümumilikdə cəmi 520 manat dəyərində ziyan vurub gizli yolla oğurlamaqla talamışdır. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 7 may 2022-ci ildə, saat 21 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən qutunun içərisindən anası Zərərçəkmiş şəxs1 məxsus 4,4 qram çəkidə, buruqşəkilli, 585 əyarlı qızıl qadın boyunbağısını zərərçəkmiş şəxsə 374 manat dəyərində ziyan vurub gizli yolla oğurlamaqla talamışdır. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 10 may 2022-ci ildə, saat 14 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin qonaq otağında, divarda olan dolabın içərisində, taxtanın alt hissəsində yerləşən qutunun içərisindən anası Zərərçəkmiş şəxs1 məxsus 18,76 qram çəkidə, toxunmaşəkilli, 583 əyarlı qızıl qadın boyunbağı və 10 qram çəkidə, 583 əyarlı, qızıl qadın bilərziyindən ibarət komplekti zərərçəkmiş şəxsə 520 manat dəyərində, ümumilikdə cəmi 2445 manat dəyərində ziyan vurub gizli yolla oğurlamaqla talamışdır. Bundan başqa o, qəsdən, təkrarən, özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 22 may 2022-ci ildə, saat 15 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları evin yataq otağında, güzgülü dolabın yuxarıdan birinci siyirməsindən, çəhrayı və qəhvəyi rəngli karton qızıl qutularının içərisindən arvadı X9 məxsus 9 qram çəkidə, 583 əyarlı qızıl qadın boyunbağısını zərərçəkmiş şəxsə 745 manat dəyərində, 2,5 qram çəkidə, üzərində gümüşü rəngli metaldan ərəb qrafikalı yazısı olan 585 əyarlı qızıl kulonu zərərçəkmiş şəxsə 200 manat dəyərində, 6 qram çəkidə, üzərində 1 ədədinin ölçüsü 0,052 karat, 6 ədəd hər birinin ölçüsü 0,004 karat, 28 ədəd hər birinin ölçüsü 0,002 karat, 4/4 keyfiyyətli brilyant qaşları olan, 585 əyarlı qızıl nişan üzüyünü zərərçəkmiş şəxsə 1200 manat dəyərində, 2,5 qram çəkidə, 583 əyarlı alyans qızıl qadın üzüyünü zərərçəkmiş şəxsə 212,5b manat dəyərində, 1,40 qram çəkidə, dairə formalı, üzərində ərəb qrafikalı yazısı olan, 585 əyarlı tək qızıl kulonu zərərçəkmiş şəxsə 120 manat dəyərində, 3 qram çəkidə, gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan, 925 əyarlı ay-ulduz formalı kulonlu 2-li gümüş boyunbağını zərərçəkmiş şəxsə 10 manat dəyərində, ümumilikdə cəmi 1179,80 manat, anası Zərərçəkmiş şəxs1 məxsus yataq otağına daxil olaraq, sonuncuya məxsus həmin otağın girişdən yuxarı hissəsində qoyulmuş paltar dolabının içərisində asılqanla asılmış qara rəngli üst gödəkçəsinin sol üst cibindən 3,07 qram çəkidə, 583 əyarlı qızıl qadın alyans üzüyünü zərərçəkmiş şəxsə 261 manat dəyərində, 20,73 qram çəkidə, 585 əyarlı qızıl qadın boyunbağısını zərərçəkmiş şəxsə 1762 manat dəyərində, 12 qram çəkidə, 583 əyarlı qaşsız alyans qızıl nişan üzüyünü zərərçəkmiş şəxsə 1020 manat dəyərində, 2 qram çəkidə, ay-ulduz formalı 585 əyarlı qızıl kulonu ilə birgə 1 ədəd 5 qram çəkidə, 585 əyarlı qızılqadan boyunbağısını zərərçəkmiş şəxsə 546 manat dəyərində, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X9 cəmi xeyli miqdar təşkil edən 6076,50 manat ziyan vurub gizli yolla oğurlamaqla talamışdır. Beləliklə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğu, CM-nin 177.2.3-cü maddəsinin isə olmadığı müəyyən olunmuşdur. Belə olan halda verilmiş ittihamdan CMnin 177.2.3-cü maddəsi ilə olan hissəsi xaric edilməlidir. Onun 177.2.2 və 177.2.4-cü maddələri ilə olan əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə onun əməli düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə məcmu halında obyektiv hüquqi qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxsin CMnin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır və işə baxılan zaman mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.12-59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi vurduğu ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alır. Eyni zamanda CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs səmimi olub təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-nin 10.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qaneedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən qanun normaları, tövsiyyələr və presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə CM-nin 177.2.2 və 177.2.4-cü maddələrində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddələrin sanksiyasında həbsə alternativ cəza olduğunu, azadlıqdan məhrum edilmədən islah olnunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Birləşmiş Millətlər Təşkilatının həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair minimal standart qaydalarının (Tokio qaydaları) 8.1-ci maddəsinə görə həbs edilmə ilə bağlı olmayan tədbirləri seçmək səlahiyyəti olan məhkəmə orqanı hökm çıxararkən cəmiyyətdə normal həyata qayıtmaq baxımından hüquq pozucusunun tələbatını, cəmiyyətin müdafiəsi və qurbanın mənafelərini nəzərə alır. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törədən zaman və ondan sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə qaldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini, günün müəyyən vaxtlarında isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Cinayət hadisəsi nəticəsində dəymiş 12083 manat maddi ziyanın ödənilmişdir, iş üzrə mülki iddia, maddi sübut yoxdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mütəxəssis rəyinin xərci olan 150 manat pul Təqsirləndirilən şəxs alınaraq “Kristal-MM” şirkəti Qiymətləndirmə departamentinin VÖEN **********, Hesab AZ731BAZ******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə

Hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda 177.2.3-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə qaldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə Şəki rayonu ərazisini, axşam saat 2200-dan növbəti gün saat 700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mütəxəssis rəyinin xərci olan 150 manat pul Təqsirləndirilən şəxs alınaraq “Kristal-MM” şirkəti Qiymətləndirmə departamentinin VÖEN **********, Hesab AZ731BAZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkum tərəfindən surətinin ona verildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar