Məhkəmə qərarları › İş №1(075)-4/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-4/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-4/2024 01.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkillər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirаkları ilə xx.xx.1974-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulduğu günə kimi Şəki şəhəri, Y.Qarayev küçəsi ev 9 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1968-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1976-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla, ünvan 4əsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə və qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o,qəsdən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə daxil olaraq tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 fevral 2023-cü il tarixdə, saat 03 radələrində Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus, saxlanc yeri hesab edilən, fəaliyyət göstərməyən «Soyuq bulaq» restoranının qarşısına gəlib pəncərəni yerdən götürdüyü daşla sındırmaqla restoranın mətbəxinə daxil olub oradan hər birinin dəyəri 200 manat olan, ümumi dəyəri 1000 manat olan 7 litr su tutumlu, latun materialdan hazırlanmış 5 ədəd odun samovarlarını, dəyəri 35 manat olan «Re sovio» markalı 1 ədəd elektrik qızdırıcısını, dəyəri 80 manat olan «Dahongyinq» markalı 1 ədəd elektron tərəzini, dəyəri 20 manat olan qara rəngli saplı 1 ədəd mətbəx bıçağını, dəyəri 7 manat olan «Ağ süfrə» markalı 1 ədəd 0,7 litrlik çaxırı, dəyəri 10 manat olan «Orqanic» markalı 1 ədəd 0,7 litrlik arağı, həmin restoranın saxlanc yeri olan həyətindən bir metrinin qiyməti 1,5 manat olan, ümumi dəyəri 150 manat olan 100 metr uzunluğunda mis materialdan hazırlanmış 4 mm-lik elektrik naqilini, bir ədədinin qiyməti 1 manat olan, ümumi dəyəri 100 manat olan 100 ədəd elektrik patronunu, bir ədədinin qiyməti 2 manat olan, ümumi dəyəri 200 manat olan 100 ədəd elektrik patronunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 1602 (bir min altı yüz iki) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən təmiz çəkisi 47,625 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlayaraq daşımış, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 13 fevral 2023-cü il tarixdə Şəki rayonu, Vərəzət kəndində yerləşən toyuq fermasının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 prospeti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq həmin tarixdə, saat 21:46 dəqiqədən etibarən üzərinə videoçəkilişdən istifadə edilməkləşəxsi axtarış keçirilən zaman, onun əynindəki qara rəngli gödəkçənin sol üst döş cibindən bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 47,625 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayət əməlini törətmişdir. Belə ki, o,qəsdən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə daxil olaraq tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 fevral 2023-cü il tarixdə, saat 03 radələrində Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus, saxlanc yeri hesab edilən, fəaliyyət göstərməyən «Soyuq bulaq» restoranının qarşısına gəlib pəncərəni yerdən götürdüyü daşla sındırmaqla restoranın mətbəxinə daxil olub oradan hər birinin dəyəri 200 manat olan, ümumi dəyəri 1000 manat olan 7 litr su tutumlu, latun materialdan hazırlanmış 5 ədəd odun samovarlarını, dəyəri 35 manat olan «Re sovio» markalı 1 ədəd elektrik qızdırıcısını, dəyəri 80 manat olan «Dahongyinq» markalı 1 ədəd elektron tərəzini, dəyəri 20 manat olan qara rəngli saplı 1 ədəd mətbəx bıçağını, dəyəri 7 manat olan «Ağ süfrə» markalı 1 ədəd 0,7 litrlik çaxırı, dəyəri 10 manat olan «Orqanic» markalı 1 ədəd 0,7 litrlik arağı, həmin restoranın saxlanc yeri olan həyətindən bir metrinin qiyməti 1,5 manat olan, ümumi dəyəri 150 manat olan 100 metr uzunluğunda mis materialdan hazırlanmış 4 mm-lik elektrik naqilini, bir ədədinin qiyməti 1 manat olan, ümumi dəyəri 100 manat olan 100 ədəd elektrik patronunu, bir ədədinin qiyməti 2 manat olan, ümumi dəyəri 200 manat olan 100 ədəd elektrik patronunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ümumilikdə cəmi 1602 (bir min altı yüz iki) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə daxil olaraq tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 fevral 2023-cü il tarixdə, saat 03 radələrində Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus, saxlanc yeri hesab edilən, fəaliyyət göstərməyən «Soyuq bulaq» restoranının qarşısına gəlib pəncərəni yerdən götürdüyü daşla sındırmaqla restoranın mətbəxinə daxil olub oradan hər birinin dəyəri 200 manat olan, ümumi dəyəri 1000 manat olan 7 litr su tutumlu, latun materialdan hazırlanmış 5 ədəd odun samovarlarını, dəyəri 35 manat olan «Re sovio» markalı 1 ədəd elektrik qızdırıcısını, dəyəri 80 manat olan «Dahongyinq» markalı 1 ədəd elektron tərəzini, dəyəri 20 manat olan qara rəngli saplı 1 ədəd mətbəx bıçağını, dəyəri 7 manat olan «Ağ süfrə» markalı 1 ədəd 0,7 litrlik çaxırı, dəyəri 10 manat olan «Orqanic» markalı 1 ədəd 0,7 litrlik arağı, həmin restoranın saxlanc yeri olan həyətindən bir metrinin qiyməti 1,5 manat olan, ümumi dəyəri 150 manat olan 100 metr uzunluğunda mis materialdan hazırlanmış 4 mm-lik elektrik naqilini, bir ədədinin qiyməti 1 manat olan, ümumi dəyəri 100 manat olan 100 ədəd elektrik patronunu, bir ədədinin qiyməti 2 manat olan, ümumi dəyəri 200 manat olan 100 ədəd elektrik patronunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ümumilikdə cəmi 1602 (bir min altı yüz iki) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Şəki rayonu, Vərəzət kəndi ərazisində yerləşən Azər adlı şəxsə məxsus toyuq fermasında fəhlə işləməklə ailəsi üçün qazanc əldə edir. Bir müddət əvvəl Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən bazarda bir ədəd şəffaf selofan bükülüdə narkotik vasitə olan tiryək tapmış, üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə toyuq fermasını yaxınlığında mülki geyimli polis əməkdaşları onu saxlayaraq Polis Şöbəsinə aparmışlar. Şöbədə şübhəli şəxs qismində tutulmuş, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. O, üzərində olan digər əşyalarla birlikdə selofan bükülüdə Nic bazarından tapıdığı narkotik vasitə olan tiryəki təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Protokol tərtib olunmuş imza etmişdir. Bundan başqa qeyd etdi ki, Təqsirləndirilən şəxs2 onun qonşusu olmuş, Təqsirləndirilən şəxs1 ilə cəza çəkərkən tanış olmuşdur. Təqsirləndirilən şəxs1 taksi fəaliyəti ilə məşqul olur. Buna görə o, ara-sıra taksi lazım olduğunda Təqsirləndirilən şəxs1 zəng edib. xx.xx.2023-cü il tarixdə axşam saat 11 radələri olarkən Təqsirləndirilən şəxs1 zəng edib və onu fermadan götürüb Təqsirləndirilən şəxs2 yaşadığın ünvana aparmasını xahiş edib. Birlikdə gediblər Həbillahın evinə. Həbillahla spirtli içki qəbul ediblər. Həbillah ilə o Rəcəbdən xahiş edib ki, onları Soyuqbulaq tərəfə aparsın, oradan götürüləsi ev əşyaları var. Onlar birlikdə Soyuqbulaq restoranı istiqamətində gediblər. Soyuqbulaq kafesinə çatmağa təxminən 100-150 metr qalmış, o, Təqsirləndirilən şəxs1 deyib ki, avtomaşını Kiş çayı ətrafında beton divarın yanında saxlayıb onları gözləsin. Rəcəbə deyiblər ki, restoranda ev əşyaları var onları götürməliyik. Rəcəb maşında onları gözləyib. Təqsirləndirilən şəxs1 avtomaşını saxladıqdan sonra Təqsirləndirilən şəxs2 ilə düşüb piyada Kiş çayının içindən beton divarın yanı ilə Soyuqbulaq kafesi istiqamətinə gediblər. . Çayın kənarında olan beton divarın qurtarcağında Təqsirləndirilən şəxs2 dayanıb onu gözləyib. Ondan uzaqlaşıb kafenin ərazisinə göz gəzdirib, qapının şüşəsini sındırıb. Qapının şüşəsini qırdıqdan sonra oradan da mətbəxə daxil olub, mətbəxdə olan əşyalardan 05 ədəd müxtəlif ölçülərdə mis samovarlar, 01 ədəd elektron tərəzi, 01 ədəd elektrik qızdırıcısı, 01 ədəd mətbəx bıçağı, 01 ədəd 700 qramlıq "Organic" markalı spirtli içki (araq), 01 ədəd 700 qramlıq "İvanovka" markalı qırmızıçaxır butulkasını götürüb. Sonra oğurladığı mətbəx bıçağı ilə kafenin həyətində olan ağaclara sarınmış elektirik kabellərini və lampaları kəsib götürüb. Kafedən oğurladığı əşyaları Təqsirləndirilən şəxs2 dayandığı yerə beton divarın arxa hissəsinə aparıb yığıb. Oradan Həbillah ilə birlikdə oğurladığı əşyaları Təqsirləndirilən şəxs1 avtomobili dayanan yerə aparıblar. Həbillaha deyib ki, bu əşyaları kafedən götürüb. Əşyaları avtomobilə yükləyib fermaya gətiriblər. Təqsirləndirilən şəxs1 avtomobilə yığılan əşyaları satmasını deyiblər. Rəcəb əşyalartın oğurluq olub-olmadığını soruşub. O, əşyaların oğurluq olmadığını bildirdikdən sonra Rəcəb onları Yevlax şəhərində satmağa aparıb. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 onu fermaya düşürüb gediblər. Daha sonra Təqsirləndirilən şəxs1lə danışıb görüşərək ondan 85 manat almışdır. Təqsirləndirilən şəxs1 satdıqları əşyalara görə ümümilikdə 255 manat əldə etdiklərini, hər birinə 85 manat düşdüyünü bildirdib ona 85 manat pul verib. Sonda bildirdi ki, özünü yalnız CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilir, ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elçinin ata evi onun yaşadığı evlə qonşuluqdadır. xx.xx.2023-cü il tarixdə Elçin və maşının sürücüsü olan tanımadığı şəxslə birlikdə onun evinə gəlmişlər. Elçin ona deyib ki, soyuqbulaq kafesi istiqamətinə getmək lazımdır. Elçinin təşəbbüsü ilə o, Elçin və Rəcəb Rəcəbin maşını ilə “Soyuqbulaq” adlanan kafeyə getmişlər. Maşını kafeyə çatmağa 200- 300 metr qalmış aralıda saxlamışlar. O və Elçin maşından düşb, sürücü isə maşında gözləyib. Onlar, Rəcəbə kafeyə nə üçün getdiklərini deməyib. O Elçinlə piyada kafeyə doğru yolun sol tərəfində yerləşən beton pillələrin arxası ilə gedib və həmin yerdə gözləyib. Elçin təxminən 20-25 dəqiqə sonra əlində elektrik naqilləri ilə geri qayıdıb. Naqilləri onun yanına qoyub yenidən gedib və yekunda 5 ədəd somovar ( hərəsi 7 litrlik), 1 ədəd elektrik qızdırıcısı, elektron tərəzi, 1 ədəd 0.5 litrlik “Organic” adlı araq və 01 ədəd 0.7 litrlik “İvanovka” adlı çaxır, 01 ədəd mətbəx bıçağı gətirib. Onlar bu əşyaları 2 dəfəyə maşına yüklüyüblər. Onlar əşyaları maşına qoyanda Rəcəb onlardan əşyaların nə olduğunu, haradan gətirdiklərini soruşmayıb. Onlar maşınla onun yaşadı evə gəlib. Sürücü maşında qaldı. Otaqda oturub arağın yarısını içiblər və daha sonra Elçinin Vərəzət kəndində işlədiyi toyuq fermasına gediblər. Elektrik qızdırıcısını Elçin otağı qızdırmaq üçün saxladı. Elçinlə Rəcəb aralarında nə danışdığını bilmir, amma, o, Rəcəbi tanımadığı üçün onunla söhbət etməmişdir. O, təklif edib ki, əldə etdiklərini Bərdədə satsınlar. X8 satılmasının tərəfdarı idi. Elçinin işi olduğundan onlarla gəlməyəcəyini deyib. O, Elçinə deyib ki, o oğurladıqları əşyaları sata bilmiyəcək, çünki danışıq qabiliyyəti yoxdur. Rəcəb əşyaları satmağı öz öhdəsinə götürüb. xx.xx.2023-cü il tarixdə səhər 07 radələrində o, Rəcəblə yola düşüb. Lakin yolda Bərdə uzaq olduğu üçün Mingəçevirə getməyi qərara alıblar. Sonda Rəcəbin təklifi ilə Yevlaxa gediblər. Yevlaxda tanımadığı yerdə metal qəbulu yerinin qarşısında Rəcəb maşını saxlayıb, düşüb söhbət edib və daha sonra onunla məsləhətləşib 5 ədəd somavarı və naqilləri 350 manata satıblar. Yolda yemək yeyiblər, maşını düzəltdiriblər. Maşında Rəcəb ona deib ki, 280 manat pul qalıb. Həmin puldan ona 85 manat pul verib və deyib ki, Elçinə çatası pulu özü verəcək. Verilən suallara cavab olaraq bildirib ki, o, avtomobilin yanında gözləyib, oğurluğa getməyib, həmin vaxt Elçin ona deyib ki, sənlik deyil, daha sonra oğurluq olmasından xəbəri olub. Rəcəbin oğurluqdan məlumatının olub-olmamsını bilmir. Malları dayandığı yerdən maşına gətirib, yükləməyə kömək edib. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalayıb. Oğurluqdan əvvəlcədən məlumatı olmamasını, evinin olmamasını, ailə vəziyyətini, xəstə olmasını nəzərə alaraq ona azadlıqda qalmasına köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o yuxarıda qeyd edilən ünvanda 2-ci qrup əlil həyat yoldaşı Günel Babayeva ilə birlikdə yaşayır. O, 7 saylı cəzaçəkmə müəssisəsində çəza çəkərkən Şəki şəhərindən olan Elçin adlı şəxslə tanış olub. O, 2021-ci ildə Şəki şəhər sakini Günel adlı qadınla ailə həyatı qurandan sonra Şəki şəhərinə gəlib burada yaşayır. Şəki şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. Bəzən Elçin ona zəng edib çağırır və o, taksi kimi Elçini Şəki şəhərində yaşadığı ünvandan götürüb işlədiyi, Şəki rayonu Vərəzət kəndinin yaxınlığında yerləşən toyuq fermasına aparır və ya geri qaytarırdı. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində Elçin ona zəng edib, onu fermadan götürüb Şəki şəhərinə gətirməsini xahiş edib. Elçini Şəki şəhərinə gətirib. Marxal Hotel istiqamətində gedərkən avtomobilə tanımadığı şəxs əyləşib. Söhbət zamanı Elçinlə birlikdə avtomobilə əyləşən şəxsin adının Həbillah olduğunu bilib. Sonra o, Elçinin xahişi ilə avtomobili Həbillahın Şəki şəhərində bilmədiyi ünvanda yerləşən evinə sürdü. Onlar həmin ünvana çatdıqda, Həbillah Elçin ilə birlikdə avtomobildən enərək Həbllahın evinə gedib çay içib. Ona da evə gedib çay içməyi təklif etsələr də o, evə getməyib avtomobilində gözləyib. Bir qədər sonra yəni, xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində onlar geri qayıdıb Elçin ona X6 yaxınlığında istirahət obyekti olduğunu, həmin obyektdə heç kim olmadığına görə əşyaların kənar şəxslər tərəfindən oğurlanmamasından ötrü Həbillahın obyektindəki bəzi əşyaları götürüb onun işlədiyi fermaya aparmalı olduğunu, bunun üçün də həmin obyektə getməli olduqlarını bildirib. Elçinin xahişi ilə avtomobili Şəki şəhəri ərazisindəki Marxal Hotel istiqamətində sürüb. Onlar Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsi ilə Marxal Hotel istiqamətində hərəkətdə olan zaman Elçin xahişi ilə avtomobili saxlayıb və Elçinlə Həbillahı gözləyib. Bir qədər sonra Elçin və Həbillah əllərində kisələrlə geri qayıdıb kisələri yük yerinə qoyublar. Daha sonra Elçinin xahişi ilə avtomobili Şəki rayonu, Vərəzət kəndinin yaxınlığındakı fermaya sürüb. Onlar fermaya çatdıqda, Elçin və Həbillah avtomobildən enib, yük yerindəki kisələri də götürərək fermaya gedib, bir qədər sonra əllərində həmin kisələr və bir ədəd sellofan torba ilə geri qayıdıblar. Elçin əlindəki içərisində bir şüşə şərab olan sellofan torbanı ona verərək həmin şərabı ona hədiyyə etdiyini deyib. Avtomobildə Elçin ona həmin əşyaları satmaq üçün onları Bərdə rayonuna aparmağını xahiş edib və o, ümumilikdə 80 (səksən) manat ödəmələri şərti ilə onları Bərdə rayonuna aparıb, geri qaytarmağa razılıq verib. Bundan sonra, o və Həbillah Bərdə rayonu istiqamətində yola düşüb. Onlar yolda Yevlax rayonu ərazisində olduğu vaxt avtomobilin əyləc sistemində nasazlıq yaranıb. Bu səbəbdən də, Bərdəyə gedə bilməyiblər, əşyaları Yevlax rayonunda metal qəbulu məntəqələrindən birinə satmaq qərarına gəliblər. Onlar metal qəbulu məntəqəsinə çatdıqda Həbillah ona özünün danışıq qabiliyyətinin olmadığını bildirib, məntəqənin əməkdaşı ilə danışıb sövdələşməyini xahiş edib. Həmin vaxt o, metal qəbulu məntəqəsinin əməkdaşı ilə danışıb sövdələşərək Həbillahın ona öz əşyaları olaraq təqdim etdiyi 5 (beş) ədəd samovarı və təxminən 2,5 kiloqram naqili ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində pul müqabilində həmin məntəqənin əməkdaşına satıb. Həmin vaxt Həbillah kisələrdən birində olan 1 (bir) ədəd elektron tərəzini də satmaq istəsə də o özü də yay aylarında meyvə-tərəvəz satışı ilə məşğul olduğuma görə həmin tərəzini yol pulunun bir qisminin əvəzi olaraq ona verməsini xahiş edib və Həbillah da, razılaşıb həmin tərəzini ona verib. O, məntəqənin əməkdaşından götürdüyü 350 manat məbləğində pulu Həbillaha verib. Bundan sonra onlar Şəki şəhərinə qayıdıb. Həbillah ona yol pulu olaraq 80 (səksən) manat pul verib. Şöbədə ona qarşı nalayiq ifadələr işlədiblər və iki dəfə vurublar. Lakin polis əməkdaşı ondan üzr istəyib və o, şikayət etməyib. Cəzası varsa çəkməyə hazırdır. Lil olmasın, xəstəliyini. Ailəli olmasını nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin mart ayından Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən «Soyuq bulaq» restoranını icarəyə götürüb işlədir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşı ona zəng edərək Soyuqbulaq restoranından oğurluq olması barədə məlumat vermişdir. O, əvvəl Soyuqbulaq restoranına gəlib görmüşdür ki, mətbəxin qapısının üzərində olan şüşə sınıb. Mətbəxə daxil olanda mətbəxdə qoyulmuş 5 ədəd samovar, bir ədəd elektrik qızdırıcı, bir ədəd eletron tərəzi və bir ədəd polad tiyəli mətbəx bıçağı yerində olmadığını görüb. Həmçinin vitrinə qoyulmuş bir ədəd «Ağ süfrə» markalı 0,7 litrlik çaxır, bir ədəd «Orcanic» 0,7 litrlik araq oğurlanmışdır. Restoranın həyətinə asılmış üzərində işıqlar olan 100 metr uzunluğunda naqil kəsilərək oğurlanıb. O, Polis Şöbəsinə şikayət ərizəsi yazıb. Oğurluq hadisəsi kameraya çəkilib. Belə ki, kamera görüntülərinə baxış keçiriləndə görünür ki, Təqsirləndirilən şəxs3 oğurlanan əşyaları bir-bir çölə verir. Əşyaları götürən adam və ya adamlar kameraya düşməyiblər. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulan zərər tam ödənilmişdir. 5 ədəd hər biri 7 litrlik od samovarları, 1 ədəd elektron tərəzi, 01 ədəd mətbəx bıçağı, elektrik naqilləri üzərində 15 ədəd elektrik patronları və 20 ədəd lampalar ona qaytarılmışdır. Təqsirləndirilən şəxslərlə barışmışdır, şikayət və tələbi yoxdur. Onlara yüngül həddə cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilən zamanı ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Elçin adlı şəxsin Şəki rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Elçin adlı şəxsin xx.xx.1974-cü il təvəllüdlü, ünvan 10 ünvanında qeydiyyatda olmaqla, Şəki şəhəri, Y.Qarayev küçəsi ev 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. 13 fevral 2023-cü il tarixdə onun rəhbərliyi, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmiş, Şəki rayonu, Vərəzət kəndi ərazisində yerləşən toyuq fermasının yaxınlığında Təqsirləndirilən şəxs3 saxlanılaraq şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs3 üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Kamal Xəlilzadəyə həvalə edildiyindən, təhqiqatçı Kamal Xəlilzadənin xidməti iş otağında Təqsirləndirilən şəxs3 vəkillə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra müdafiəçi Səbuhi Rəcəbovun, onun, polis leytenantı Toğrul Mustafadzadənin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs3 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təklif olundu ki, üstündəki əşyaları könüllü təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs3 üzərində olan digər əşyalarla birlikdə 01 ədəd şəfaf rəngli sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Rüstəmzalovun üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisindəki kütlənin tiryək olmasını bildirərək həmin tiryəki özü istifadə etmək üçün xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic kəndində piyada şəkildə gedərkən dayanmış avtomobilin təkərinin yanından tapdığını bildirmişdir. Həmin sellofan büküm açıldıqda, içərisindən narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə aşkar olundu. Rüstəmzalovun üzərindən aşkar olunmuş, içərisində tiryək olan sellofan büküm zərfə qoyuldu, zərf onun və digər iştirakçıların imzaları ilə imzalandı və möhürlənərək götürüldü. Videoçəkiliş dayandırıldıqdan sonra onlara nümayiş etdirildi. Yekunda protokol tərtib edilərək ucadan oxundu, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmadı. O və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax şəhərində işlənmiş qara və əlvan metalların alqı-satqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə iki nəfər şəxs iş yerinə gəlmişdir. Onlardan biri adının Rəcəb olduğunu, son günlərədək Yevlax rayonunda kafe işlətdiyini, işləri yaxşı getmədiyi üçün kafeni bağladığını və kafedə istifadə etdiyi, özünəməxsus olan 5 ədəd somavarı və kafedən götürdüyü elektrik naqillərini satmaq istədiyini demişdir. Samovarları və naqilləri maşının yük yerindən götürüb yerə yığmışlar. Samovarlar latun materialından və istifadəyə yararlı olub. Naqillərin çəkisi 2.5 kq olub. Rəcəb ona naqilləri və samovarları 400 manata satdığını deyib. O, Rəcəbə samovarlara görə cəmi 300 manat pul verə biləcəyini deyib. Rəcəb maşında əyləşən şəxslə məsləhətləşib və 350 manata samovarları və naqilləri satmağa razılıq verib. Beləliklə onlar 350 manata razılaşıblar. O, maşının markasını və nömrəsini qeyd edib. xx.xx.2023-cü il tarixdə ona məlum oldu ki, Rəcəbin ona satdığı 5 ədəd somavar Şəki rayonu ərazisindən oğurlanıb. Rəcəbdən aldığı 5 ədəd samovarı polis əməkdaşlarına təhvil verib. İş materiallarına əlavə edilmiş 13 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə, yəni 13 may 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 14 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 16 fevral 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 16 fevral 2023-cü il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 оğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunduğundan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 14 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 02:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 оğlu saat 18:30-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəki rayon-polis Şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 13 fevral 2023-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs3 üzərindən maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməsi məqsədi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkcəsinin sol üst cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 47,625 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 14 fevral 2023cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Soyuqbulaq adlı restoranından beş ədəd 7 litrlik odun samovarları, bir ədəd «Ağ süfrə» markalı 0,7 litrlik çaxırı, bir ədəd «Organic» markalı 0,7 litrlik arağı, bir ədəd elektrik qızdırıcısını, bir ədəd eletron tərəzini, 100 metr uzunluğunda elektrik naqilini, naqillərin üzərində olan 100 ədəd patronu, elektrik lampalarını, bir ədəd polad materialından hazırlanmış mətbəx bıçağını oğurlanmışdır. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 14 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Şəki şəhəri, Bağbanlar küçəsi ev 42 ünvanından Zərərçəkmiş şəxs icarəəsasında işlətdiyi Soyuqbulaq adlı restoranından oğurlanmış bir ədəd eletron tərəzi götürülmüşdür. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 14 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Soyuqbulaq adlı restoranından oğurlanmış beş ədəd 7 litrlik odun samovarları satdıqları Yevlax şəhərində yerləşən əlvan və qara metal qəbulu yerindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 14 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı Şəki rayonu, Vərəzət kəndi ərazisində yerləşən toyuq fermasından Zərərçəkmiş şəxs icarəəsasında işlətdiyi Soyuqbulaq adlı restoranından oğurlanmış bir ədəd polad materialından hazırlanmış mətbəx bıçağı, naqillərin üzərində olan 15 ədəd patronu və 20 ədəd elektrik lampaları götürülmüşdür. İş materiallarına əlavə edilmiş tanımaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş əşyaların arasından beş ədəd odun somavarını, mətbəx bıçağını və elektron tərəzini tanıyaraq göstərdiyi əşyaların ona məxsus olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəki 2023-cü ilin fevral ayında Qəbələ rayonu ərazisində yolun kənarında taparaq üzərində saxladığını, onun əvvəllər istifadə etdiyi narkotik vasitəni harada və kimlərdən əldə etməsini, Zərərçəkmiş şəxs məxsus əşyaları oğurlayarkən yaxınlıqda və ətrafda kimlərin olmasını, onları oğurluq etməsini görən şəxsin olmadığını, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməli törətməsi, həmçinin həmin cinayət əməlinin törədilməsindən kənar şəxslərin məlumatı və ya iştirakları olmasını müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-bioloji ekspertizanın 14 fevral 2023-cü il tarixli 17/177 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərinə "Şübhəli şəxs Təqsirləndirilən şəxs3 şəxsi axtarış zamanı təqdim etdiyi maddi sübut...." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 47,625 qram olan kütlə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Rəyin təsviri hissəsində göstərilmişdir ki, tiryəkin təmiz çəkisi – 47.625 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 47.525 qram. Aparılmış tədqiqatın dəyəri 71.94 manatdır. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 01 aprel 2023-cü il tarixli 538 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəlyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 182 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. O, iştimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və iştimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 anlaqlığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 19 aprel 2023-cü il tarixli 9/2769 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməyən (nəzəri qaydada) malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1015.00 (923+92) manat müəyyən edillir. Ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməyən (nəzəri qaydada) malların ayrıayrılıqda qiymətləri rəyin təsviri hissəsində göstərilmişdir. Aparılan tədqiqatın dəyəri 50 manatdır. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 299 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Şəki rayon psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi "Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin" xx.xx.2023-cü il tarixli 145 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdən "Kanabinoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları”, asıllıq sindromu diaqnozu üzrə Mingəçevir Şəhər Rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş Şəki şəhəri İHB-nın "Olimpiya" məhəllə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 315 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 12 ünvanda yaşayır, yaşadığı müddət ərzində heç bir irad və şikayət daxil olmayıb. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, Şəki Rayon Məhkəməsinin 1(075)-46/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünün, Oğuz Rayon Məhkəməsinin 1(054)-2/2017 saylı hökmünün və Binəqədi Rayon Məhkəməsinin 7(001)- 535/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2008-ci il tarixdə ACDİÜ AR Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 120.1, 29. 120.2.3, 29. 120.2.7, 29. 120.2.27-ci maddələri 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Oğuz Rayon Məhkməsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 177.2.3-cü maddələri 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il Şəki Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 300 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi "Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin" xx.xx.2023-cü il tarixli 144 nömrəli məktubundan görünür ki, İbrahimov X1 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Şəki şəhəri İHB-nın "Dodu" məhəllə nümayəndəsinin xx.xx.2023-ci il tarixli 71 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1985-ci il tarixdə Şəki Rayon Xalq Məhkəməsi tərəfindən AR Cinayət Məcəlləsinin 143.3-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1989-cu il tarixdə Şəki Rayon Xalq Məhkəməsi tərəfindən AR Cinayət Məcəlləsinin 207.1, 191.2-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1992-ci il tarixdə Şəki Rayon Xalq Məhkəməsi tərəfindən AR Cinayət Məcəlləsinin 145.2, 143.4, 196-2-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən AR Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddəsi ilə 4 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 3 ay, 1 gün vaxtından əvvəl şərti azad olunub, məhkumluğu ödənilmişdir. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin 31 yanvar 2024-cü il tarixli 94/10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 cəza müddəti 25 mart 2016-cı il tarixdə bitdiyi üçün, o, həmin tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin qeydiyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Tibbi ərazi bölmələrini idarəetmə birliyi publik hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-349/2023№-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ftiziatrik kabinetində vərəm xəstəlikləri üzrə qeydiyyatda deyil. xx.xx.2021-ci il tarixdə Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. Diaqnozu: “Yuksta renal leris sindromu, Aortanın trombozu-aorta bigenoral bypass əməliyyatı. Aşağı ətraf barmaqlarının qanqrenası. Sağ İİ, sol İ barmağın sümük sınığının pis bitişməsi. Hərəkətin və yerişin pozulması. Ürəyin işemik xəstəliyi. Stenokardiya. Virus mənşəli C hepatiti. (Xəstəyə xx.xx.2019-cu il tarixdə “əlillik və sağlamlıq imkanlarının məhdudluğu” təyin edilmişdir. İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi "Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin" xx.xx.2023-cü il tarixli 146 №-li məktubundan görünür ki, Babayev X5 Şəhər Rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Şəki şəhəri İHB-nın "Çələbixan" məhəllə nümayəndəsinin xx.xx.2023-ci il tarixli 49 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 13 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, məhəllə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2002-ci il tarixdə ACDİÜ AR Məhkəməsi tərəfindən Rusiya Federasiyasıının Cinayət Məcəlləsinin 102-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.11, 29, 120.2.7, 181.2.5, 181.3.3, 66.3-cü maddələri ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 6 ay 21 gün vaxtından əvvəl şərti azad olunub, məhkumluğu ödənilmişdir. Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 cəzasını xx.xx.2014-cü il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində heç bir öhdəlik qalmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, təkrar törədildikdə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Eyni zamanda Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 təşkil edir. Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş tiryəkin miqdarı isə 47.625 olmaqla şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməli məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tam etirafı, Təqsirləndirilən şəxs1 tərəfindən isə etiraf edilməsə belə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o, cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs3 əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsinin baş verdiyi yerdə olması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 avtomobilində gözləməsi, oğurlanmış əşyaları onun avtomobili ilə daşınması, həmçinin həmin əşyaların onun tərəfindən satılması və əldə olunan mənfəətin üçünün arasında bərabər bölünməsi Təqsirləndirilən şəxs1 ifadələrində səmimi olmamsının göstəricisidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirlədirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs daymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 59.1.12 və 59.1.13-cü maddələrinə istinad edərək Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanın tamamilə ödənilməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə qeyd edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, CM-nin 83.3.5-ci maddəsinə əsasən isə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15.3-ci maddələrinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs3 Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.7, 29.120.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayətlər xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə xüsusilə ağır, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməl isə az ağır cinayət hesab olunur. Qəsdən xüsusilə ağır və az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır və cinayətlərin residivini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə istinad edərək onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanın tamamilə ödənilməsini təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə istinad edərək onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanın tamamilə ödənilməsini təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Odur ki, məhkəmə törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxslərin şəxsiyyətini, ilk dəfə məhkum olunmalarını, səmimi peşmançılıq hissi keçirmələrini əsas götürərək onların cəmiyyətdən təcrid edilmədən də islah olunmalarını mümkün sayır və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 13 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, onun üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, cəzanın icrasına nəzarəti yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 14 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı müddət 24 saatdan çox olduğundan 2 (iki) gün hesab olunmaqla bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, cəzanın icrasına nəzarəti yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş, 1 (bir) ədəd sellofan bükümdə, ekspertiza tədqiqatına təqdim edildikdən sonra qalıq çəkisi 47,525 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 5 ədəd hər biri 7 litrlik od samovarları, Təqsirləndirilən şəxs1 evinə baxış zamanı götürülmüş 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs3 evinə baxış zamanı götürülmüş 01 ədəd mətbəx bıçağı, elektrik naqilləri üzərində 15 ədəd elektrik patronları və 20 ədəd lampaların zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın ödənilməsi, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 71,94 manat ekspertiza xərci təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3, məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat isə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı müddət 24 saatdan artıq olduğu üçün 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon X10 Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 47,525 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 5 ədəd hər biri 7 litrlik od samovarlarının, 1 ədəd elektron tərəzinin, 1 ədəd mətbəx bıçağının, elektrik naqillərinin, üzərində 15 ədəd elektrik patronlarının və 20 ədəd lampaların zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın ödənilməsi, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. İş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3, məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli manat) manat isə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs3 təqdim edildiyi vaxtdan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar