Məhkəmə qərarları › İş №1(075)-4/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-4/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-4/2025 19.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 Yəhya oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri X20, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, xx.xx.1973-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs1 qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xeyli miqdarda özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 15000 (on beş min) manat pul müqabilində sonuncunun arvadı X27 rayonu, Qaratorpaq kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində, «Akel Petrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında 6500 (altı min beş yüz) manat, 2022-ci ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonu, Turan qəsəbəsində «Socar» yanacaqdoldurma məntəqəsinin yaxınlığında 8500 (səkkiz min beş yüz) manat pulunu olmaqla, ümumilikdə 15000 (on beş min) manat məbləğindəpulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdarda, yəni 15000 (on beş min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs9 Yəhya oğluna 5000 (beş min) manat pul müqabilində onun oğlu Aslan Vəliyevin KOBİA-nə işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində yerləşən «Təbriz» restoranında 5000 (beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 Yəhya oğluna 5000 (beş min) manat manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o,qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs4 7700 (yeddi min yeddi yüz) manat pul müqabilində sonuncunun arvadı X4 Şəki şəhəri 12 saylı tam orta məktəbində müəllim kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə, ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə 7700 (yeddi min yeddiyüz) manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdarda, yəni 7700 (yeddi min yeddi yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 2000 (iki min) manat pul müqabilində onun əllillər üçün inşa olunmuş yaşayış binasında mənzillə təmin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək 2023-cü ilin fevral ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində yerləşən Mərkəzi poçtun qarşısında 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 2000 (iki min) manat manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs10 4000 (dörd min) manat pul müqabilində sonuncunun oğlu X22 şəhərində yerləşən orta məktəblərin birində hərbi müəllim kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin fevral ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində «Ekonom» mağazasının yaxınlığında 4000 (dörd min) manat məbləğindəpulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat pul müqabilində sonuncunun qızı X18 şəhərində yerləşən orta məktəblərin birində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 01 mart 2023-cü il tarixdə Şəki şəhəri, M.Cabbarlı küçəsində 3500 (üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs5 3500 (üç min beş yüz) manat pul müqabilində sonuncunun tanışı Şahid2 qızı X29 rayonu, Qoxmuq kənd tam orta məktəbində təşkilatçı kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində doqquzmərtəbə adlanan yerdə 3500 (üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat pul müqabilində sonuncunun tanışı Şahid1 arvadı X3 Şəki rayonu, Vərəzət kənd tam orta məktəbində təşkilatçı kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, H.Əliyev prospektində yerləşən «Halvaçı Akif» adlı şirniyyat evində 4000 (dörd min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs6 3500 (üç min beş yüz) manat pul müqabilində sonuncunun qızı X11 Şəki rayonu, Sarıca kənd uşaq bağçasında aşpaz kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 13 mart 2023-cü il tarixdə Şəki şəhəri ərazisində doqquzmərtəbə adlanan yerdə 3500 (üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pul müqabilində onun Şəki şəhərində yerləşən orta məktəblərin birində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin Şəki filialının yaxınlığında 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs7 5000 (beş min) manat pul müqabilində Şəki şəhəri 10 saylı tam orta məktəbdə işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin aprel ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Soliton» mağazasının qarşısında 5000 (beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 5000 (beş min) manat manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs2 qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xeyli miqdarda özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs2 15000 (on beş min) manat pul müqabilində sonuncunun arvadı X27 rayonu, Qaratorpaq kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində, «Akel Petrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında 6500 (altı min beş yüz) manat, 2022-ci ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonu, Turan qəsəbəsində «Socar» yanacaqdoldurma məntəqəsinin yaxınlığında 8500 (səkkiz min beş yüz) manat pulunu olmaqla, ümumilikdə 15000 (on beş min) manat məbləğindəpulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdarda, yəni 15000 (on beş min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs9 Yəhya oğluna 5000 (beş min) manat pul müqabilində onun oğlu Aslan Vəliyevin KOBİA-nə işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində yerləşən «Təbriz» restoranında 5000 (beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 Yəhya oğluna 5000 (beş min) manat manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs4 7700 (yeddi min yeddi yüz) manat pul müqabilində sonuncunun arvadı X4 Şəki şəhəri 12 saylı tam orta məktəbində müəllim kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə, ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə 7700 (yeddi min yeddiyüz) manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdarda, yəni 7700 (yeddi min yeddi yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs10 4000 (dörd min) manat pul müqabilində sonuncunun oğlu X22 şəhərində yerləşən orta məktəblərin birində hərbi müəllim kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin fevral ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində «Ekonom» mağazasının yaxınlığında 4000 (dörd min) manat məbləğindəpulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat pul müqabilində sonuncunun qızı X18 şəhərində yerləşən orta məktəblərin birində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 01 mart 2023-cü il tarixdə Şəki şəhəri, M.Cabbarlı küçəsində 3500 (üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs5 3500 (üç min beş yüz) manat pul müqabilində sonuncunun tanışı Şahid2 qızı X29 rayonu, Qoxmuq kənd tam orta məktəbində təşkilatçı kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisində doqquzmərtəbə adlanan yerdə 3500 (üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat pul müqabilində sonuncunun tanışı Şahid1 arvadı X3 Şəki rayonu, Vərəzət kənd tam orta məktəbində təşkilatçı kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, H.Əliyev prospektində yerləşən «Halvaçı Akif» adlı şirniyyat evində 4000 (dörd min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs6 3500 (üç min beş yüz) manat pul müqabilində sonuncunun qızı X11 Şəki rayonu, Sarıca kənd uşaq bağçasında aşpaz kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 13 mart 2023-cü il tarixdə Şəki şəhəri ərazisində doqquzmərtəbə adlanan yerdə 3500 (üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pul müqabilində onun Şəki şəhərində yerləşən orta məktəblərin birində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin Şəki filialının yaxınlığında 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs7 5000 (beş min) manat pul müqabilində Şəki şəhəri 10 saylı tam orta məktəbdə işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin aprel ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Soliton» mağazasının qarşısında 5000 (beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 5000 (beş min) manat manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdirTəqsirləndirilən şəxsin cinayət əməli məhkəmə istintaqı zamanı özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Bununla da Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin cinayət əməlləri məhkəmə istintaqı zamanı özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməmişdir. 2021-ci ildə KOB X32-Zaqatala üzrə Bölməsində koordinator vəzifəsində işlədiyi zaman Şəki şəhər sakini Abduləli ilə tanış olmuşdur. Həmin vaxt Abduləli sahibkar kimi kafe işlətmişdir. İşdən çıxdıqdan sonra da Abduləli ilə münasibətləri davam etmiş, tez-tez görüşürmüşlər. Əvvəllər kredit və ayrı-ayrı şəxslərə pul borcu olmuşdur. 2022-ci ilin avqust ayında maddi sıxıntıları daha da çoxaldığı üçün kredit və digər borclarını ödəyə bilməmişdir. Həmin vaxtlarda tanışı Abduləli ona Saməddin adlı tanışının həyat yoldaşını işə düzəltmək istədiyini demiş və Surxaya Saməddindən pul alıb onun həyat yoldaşını Qaratorpaq kənd orta məktəbinə direktor vəzifəsinə işə düzəlməsinə kömək göstərməsini təklif etmişdir. Abduləli ilə razılaşmış, bir neçə gün sonra Abduləli onun yanına gəlib Şəki rayonu, Qaratorpaq kəndində yaşayan Saməddin adlı şəxsin həyat yoldaşını Qaratorpaq kənd tam orta məktəbinə direktor vəzifəsinə işə düzəlmək istədiyini dedikdə o, həmin şəxsə işə düzəlməkdə köməklik edə biləcəyini bildirmiş və onlar birlikdə Saməddinlə görüşmək məqsədiylə Qaratorpaq kəndinə getmişlər. Abduləli ilə birlikdə Saməddinlə danışıb onu, həyat yoldaşına işə düzəlməkdə köməklik edə biləcəklərinə inandırmışlar. Həmçinin Saməddinin həyat yoldaşına məxsus sənədlərin surətini və fotoşəkilləri ondan götürmüşlər. Şəki şəhərinə qayıtdıqdan bir neçə gün sonra Abduləli Şəki şəhərində Surxaya 5000 manat pul verib həmin pulu, Saməddindən həyat yoldaşı Sevinc xanımı işə düzəltmək üçün aldığını demişdir. Surxay həmin pulu Abduləlidən almış və bir neçə gün ərzində 5000 manat pulun hamısını borclarına ödəmişdir. Lakin həmin vaxt Abduləlinin Saməddindən ümumilikdə 15000 manat pul aldığını bilməmişdir. Abduləli ona bu barədə heç nə deməmişdir. Bundan başqa 2022-ci ilin sentyabr ayında Abduləli Şəki şəhəri, Axundov parkında Surxaya 4000 manat pul verərək, Zərərçəkmiş şəxs9 adlı tanışının oğlunu KOB İnkişaf Mərkəzinə işə düzəlməsinə köməklik göstərməsi üçün ona 6000 manat pul verdiyini, həmin pulun 2000 manatını özünə götürdüyünü demişdir. Surxay 4000 manat pulu Abduləlidən almış və ona əvvəllər KOBİA-da işlədiyi vaxtlar orada tanıdığı şəxslər vasitəsilə Zərərçəkmiş şəxs9 oğlu Aslan Vəliyevi orada işə düzəltdirəcəyini demişdir. Lakin həmin pul ilə də şəxsi borclarını ödəmişdir. Daha sonra Abduləli ilə birlikdə Fikrət və oğlu Aslanla Şəki şəhərində bir neçə dəfə ayrı-ayrı yerlərdə görüşüb Aslanın şəxsiyyət vəsiqəsinin surətini almış və onlara tanışları vasitəsilə Aslanın işə düzəlməsinə köməklik göstərəcəyinə söz vermişdir. Fikrət və oğlu Aslan Surxaya bir neçə dəfə zəng edib işlə bağlı soruşduqda o, onlara işlərini tezliklə həll edəcəyini deyib aldatmışdır. Bundan başqa 2022-ci ilin dekabr ayınının əvvəllərində Abduləli Surxaya zəng edib işə düzəlmək istəyən bir nəfər qadın olduğunu demiş və görüşmək istədiyini bildirmişdir. Şəki şəhərində Abduləli ilə görüşən zaman Abduləli, Şəki şəhər sakini Pərviz adlı şəxsin həyat yoldaşı Nargilənin 12 saylı tam orta məktəbdə texniki işçi kimi işə düzəlmək istədiyini, bu iş üçün 2500 manat pul gətirdiyini, iş düzəldikdən sonra da şirinlik kimi əlavə müəyyən məbləğdə pul verəcəyini demişdir. O, razılaşmış və 2500 manat pulu Abduləlidən almışdır. Daha sonra istifadəsində olan mobil telefon vasitəsilə “İnstapover” oyun proqramına daxil olub həmin 2500 manat pulun hamısını orada xərcləmişdir. Bir neçə gün sonra Pərviz ona zəng edib Nargilənin işi ilə bağlı maraqlandıqda o, Abduləlinin ona bu barədə məlumat verdiyini, bu işlə bağlı tanışları ilə danışdığını, tezliklə işin həll olunacağını demişdir. Lakin bu iş üçün heç kimə heç nə deməmişdir. Pərvizi inandırmaq üçün yalan danışmışdır. Beləliklə 2023-cü ilin mart ayının əvvəllərində Pərvizlə əlaqə saxlayıb aprel ayında imtahan olacağını, əvvəldən qeydiyyatdan keçmək lazım olduğunu demiş, Pərviz və onun həyat yoldaşı Nargilə ilə görüşüb birlikdə 11 saylı orta məktəbə getmişlər. Nargilə özü orada imtahan üçün qeydiyyatdan keçmişdir. Həmin gün söhbət zamanı Pərviz bu iş üçün Abduləliyə 8000 manat pul verdiyini ona demişdir. Abduləli isə Pərvizdən 8000 manat pul alması barədə ona heç nə deməmişdir. O, Pərvizə, Nargilə imtahan verdikdən sonra, verdiyi pulun müqabilində 12 saylı məktəbə texniki işçi kimi işə düzəlməsinə köməklik göstərəcəyini demişdir. Bundan başqa 2023-cü ilin mart ayının əvvəllərində Abduləli ona zəng edib Tərlan adlı dostunun işlə bağlı köməklik göstərməsini xahiş etdiyini bildirmiş, o, razı olub telefon nömrəsini Tərlana verməsini demişdir. Təxminən bir həftə sonra Tərlan onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Abduləlinin dediyi işlə bağlı görüşmək istədiyini bildirmiş, həmin gün günorta saatlarında Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində Bank of Baku ASC-nin yanında Tərlanla görüşmüşdür. Tərlan işə düzəlmək üçün ona 2000 manat pul vermişdir. Abduləli ilə telefon əlaqəsi zamanı Abduləli, iş düzələndən sonra əlavə pul verəcəklərini ona bildirmişdir. O, razı olmuş və 2000 manat pulu Tərlandan almışdır. Tərlana, tanışları vasitəsilə Şəki şəhəri üzrə orta məktəblərin birində onu kitabxanaçı kimi işinə düzəlməsinə kömək edəcəyini bildirmişdir. Daha sonra istifadəsində olan mobil telefon vasitəsilə “İnstapover” oyun proqramına daxil olub həmin 2000 manat pulun hamısını orada xərcləmişdir. Tərlandan aldığı pulun müqabilində heç bir iş görməmişdir. Bundan başqa 2023-cü ilin mart ayının sonlarında Abduləli ona zəng edib Sarıca kənd sakini Qəşəng adlı qadının qızını işə düzəltmək üçün onunla görüşmək istədiyini demiş və Abduləli ilə Şəki şəhəri, doqquzmərtəbə adlanan yerdə kafelərin birində görüşüb bu barədə danışmışlar. Abduləli ona Sarıca qəsəbəsində yaşayan Qəşəng adlı xanımın qızının həmin qəsəbədə fəaliyyət göstərən uşaq bağçasına aşpaz kimi işə düzəlmək istədiyini demiş və həmin vaxt bir nəfər qadın yanında bir qız ilə birgə yanlarına gəlmişdir. O, hazırda həmin yer vakant olduğu üçün Məşğulluq İdarəsinin nəzdində olduğunu izah etmiş və İdarəyə gedib qeydiyyatdan keçməsini təklif etmişdir. Beləliklə həmin xanımlarla birlikdə Şəki rayonu Məşğulluq Mərkəzinə getmiş, orada xanıma ərizə yazmasını bildirmiş və ərizənin məzmununu ona demişdir. Xanım isə ərizəni yazmış və kompyuterə işlənməsi üçün ərizəni aidiyyəti əməkdaşa təqdim etmişdir. Daha sonra xanımlarla sağollaşıb Abduləliyə zəng edib xanımı qeydiyyatdan keçirtdiyini demişdir. Abduləli idarə etdiyi “Naz Lifan” markalı avtomobil ilə doqquzmərtəbə adlanan ərazidə olduğunu bildirmişdir, o, da idarə etdiyi “Hyundai Sonata” markalı, ** ZY *** dövlət nömrə nişanlı avtomobil ilə həmin yerə getmiş və maşından düşüb Abduləlinin maşınına əyləşmişdir. Avtomobildə Abduləli ona 2000 manat pul vermiş və o, 2000 manat pulu Abduləlidən almışdır. O, həmin qeydiyyatdan sonra Məşğulluq İdarəsi tərəfindən xanımla əlaqə saxlanılacağını və işlə təmin olunacağını düşünmüş və bu barədə heç kimə heç nə deməmişdir. Bu iş üçün Abduləlidən aldığı 2000 manat pulu isə istifadəsində olan mobil telefon vasitəsilə “İnstapover” oyun proqramına daxil olub orada xərcləmişdir. Bu yol ilə qazanc əldə edə biləcəyini düşünsə də, həmin pulları geri qaytara bilməmişdir. Bundan sonra 2023-cü ilin mart ayının əvvəllərində Şəki şəhərində Abduləli ilə görüş zaman şəhər sakini Aydın adlı tanışının qızını Şəki şəhərində yerləşən orta məktəblərin birində kitabxanaçı və ya operator işinə düzəltmək istədiyini ona demiş və ondan həmin işin 3500 manata düzəlib-düzəlməyəcəyini soruşduqda o, Abduləliyə həmin işin 3500 manata düzələ biləcəyini demişdir. Təxminən 3 gün sonra Abduləli Şəki şəhəri, doqquzmərtəbə adlanan ərazidə onunla görüşüb Aydının qızını işə düzəltmək üçün ona 2000 manat pul vermiş, Aydından 3500 manat aldığını, qalan 1500 manatını özünə götürdüyünü demişdir. O, razı olmuş və 2000 manat pulu Abduləlidən almışdır. Bir neçə gün sonra Aydınla telefon əlaqəsi zamanı ona qızının şəxsiyyət vəsiqəsinin, diplomunun surətlərini və fotoşəklini ona gətirməsini demişdir. Şəki şəhəri üzrə Təhsil Şöbəsinin yanında Aydınla görüşmüş və həmin sənədləri Aydın ona vermişdir. O, Aydına aprel ayında baş tutacaq imtahandan sonra tanışları vasitəsilə Aydının qızının orta məktəblərin birində işə düzəlməsinə köməklik göstərəcəyini demişdir. Bir neçə gün sonra Aydın və qızı ilə görüşüb idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil ilə 11 saylı məktəbə aparmış, qeydiyyat otağını onlara göstərib özü kənarda dayanmışdır. Aydının qızı Firuzə özü imtahan üçün qeydiyyatdan keçmiş, oradan çıxdıqda o, Aydına imtahanın nəticəsi barədə onlara məlumat verəcəyini deyib oradan uzaqlaşmışdır. Lakin Firuzənin işə düzəlməsi üçün heç kimə heç nə deməmiş, bu iş üçün heç nə etməmişdir. Pula ehtiyacı olduğu üçün onları aldadıb 2000 manat pulu ələ keçirmişdir. Daha sonra istifadəsində olan mobil telefon vasitəsilə “İnstapover” oyun proqramına daxil olub Aydının qızı Firuzə Mustafayevanı işə düzəltmək adı ilə aldığı 2000 manat pulun hamısını orada xərcləmişdir. Bundan başqa 2023-cü ilin mart ayının ortalarında Abduləli ona zəng edib Şəki rayonu Qoxmuq və Vərəzət kəndlərində iki nəfər xanımın imtahan üçün elektron qeydiyyatdan keçdiklərini, imtahandan sonra onların işə düzəlməsinə köməklik etməsini demişdir. O, razı olmuş, Şəki şəhərində doqquzmərtəbə adlanan ərazidə Abduləli ilə görüşüb idarə etdiyi “Hyundai Sonata” markalı avtomobildə Abduləli ona 1500 manat pul verib, həmin pulun qarşılığında Qoxmuq kənd sakini hazırda adını xatırlamadığı xanımın işə düzəlməsinə köməklik etmək lazım olduğunu bildirmişdir. O, Abduləlidən 1500 manat pulu almış və həmin şəxslərdən nə qədər pul aldığını soruşmamışdır. Daha sonra Abduləli Vərəzət kənd sakini olan xanımın da bir neçə günə pulu gətirəcəyini ona demişdir. Həmin vaxt idarə etdiyi “Hyundai Sonata” markalı, ** ZY *** nömrə nişanlı avtomobil nasaz olduğu üçün həmin 1500 manat pul ilə avtomobilini təmir etdirmişdir. Abduləlidən aldığı 1500 manat pulun müqabilində Qoxmuq kənd sakini olan xanımın işə düzəlməsi üçün heç bir iş görməmiş, hətta həmin şəxsi heç görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. İki gün sonra Bakı şəhərində olarkən Abduləli ona zəng edib Vərəzət kənd sakini olan və müəllim kimi işə düzəlmək istəyən xanımın işinə görə 1000 manat pul gətirdiyini ona dedikdə o, Leobanka məxsus öz adına olan plastik kartın şəklini vatsap proqram vasitəsilə Abduləliyə göndərərək pulu kart hesabına köçürməsini demişdir. Bir neçə dəqiqə sonra Abduləli 1000 manat pulu onun kart hesabına köçürmüşdür. Həmin pulu Bakı şəhərində hesabdan çıxarmış, pulun bir hissəsi ilə özü üçün bazarlıq etmiş, qalan hissəsini isə telefon vasitəsilə “Günəş panelləri” adlı onlayn oyun proqramına daxil olub orada xərcləmişdir. Aldığı 1000 manat pulun müqabilində Vərəzət kənd sakini olan və işə düzəlmək istəyən xanım üçün heç bir iş görməmişdir. O, pul lazım olduğu üçün vətəndaşları işə düzəldəcəyinə söz verərək aldadıb Abduləli vasitəsilə pullarını ələ keçirib özü üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin aprel ayının 4-5-i tarixlərində Abduləli ona zəng edib Famil adlı şəxsin həyat yoldaşının 10 saylı orta məktəbə işə düzəlmək istədiyini, bu iş üçün 2000 manat pul verdiklərini, işə düzəldikdən sonra da pul verəcəklərini dedikdə o, həmin şəxsə işə düzəlməkdə köməklik edə biləcəyini bildirmişdir. Şəki şəhəri, çay kənarı adlanan ərazidə Fidan marketin yanında Abduləli ilə görüşmüş, Abduləli bu iş üçün ona 2000 manat pul vermişdir. O, Abduləlidən 2000 manat pulu alıb Qaz idarəsinin yanında yerləşən “Yolüstü” marketdəki Milliön aparat vasitəsilə 2000 manat pulun hamısını “Günəş paneli” adlı oyun proqramının hesabına köçürmüşdür. Bir neçə gün sonra isə həmin “Günəş paneli” oyun bağlandığı üçün hesabına qoyduğu pulların heç birini götürə bilməmişdir. Abduləli Familin həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsinin və diplomun şəkllərini vatsap proqram vasitəsilə ona göndərmişdir. O da istifadəsində olan mobil telefon vasitəsilə dma.gov.az saytına daxil olaraq həmin şəxsi iş axtaran kimi qeydiyyatdan keçirmişdir. Bundan sonra heç bir iş görməmişdir. Bundan başqa 2022-ci ilin yay aylarında əvvəllər tanıdığı Şəki şəhər sakini İlham adlı şəxslə söhbət zamanı İlham İİ qrup əlil olduğunu demiş və əlillər üçün mənzil ilə təmin olunmasına köməklik etməsini ona xahiş etmişdir. O, İlhama bu barədə köməklik edəcəyini, buna görə xəbər gözləməsini demişdir. 2022-ci ilin sonlarına qədər İlhama heç nə deməmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində ona təcili pul lazım olmuş, ona görə İlhama zəng edib görüşmüş, mənzil üçün adını qeydiyyata aldıracağını, qısa müddətdə Şəki şəhərində əlillər üçün inşa olunacaq yaşayış binasında evlə təmin edəcəyini demiş və bu iş üçün aidiyyatı şəxslərdən icazə almaqdan ötrü 4000 manat pul lazım olduğunu bildirmişdir. İlham isə 2000 manat pul bitirə biləcəyini, ilkin olaraq həmin pulu verib qalan 2000 manatı isə evlə təmin olunduqdan sonra verəcəyini bildirmişdir. 2000 manat pulu İlhamdan almış və şəxsi xərclərinə ödəmişdir. İlhama isə sənədləşmə işlərinə başlayacağını, ona xəbər verəcəyini demişdir. Lakin bununla bağlı heç bir iş görməmişdir. İlhama isə 2023-cü ilin dekabr ayının sonlarında evlə təmin olunacağını deyib onu inandırmışdır. Bundan başqa bu ilin əvvəllərində Abduləli ona zəng edib Ağa adlı tanışının oğlu Kənanın ali təhsilli olduğunu, işsiz olduğunu, Kənana iş axtardıqlarını demiş, sonradan həmin şəxsin Şəki şəhər sakini Zərərçəkmiş şəxs10 olduğunu bilmişdir. Abduləli ona İlqarın oğlunu orta məktəblərin birində müəllim kimi işə düzəltmək istədiyini bildirmişdir. O, isə Abduləliyə Şəki şəhərində orta məktəblərin birində vakant hərbi müəllim yeri olduğunu söyləyib İlqardan pul almasını demişdir. Bir neçə gün sonra Abduləli ona, İlqarın narahat adam olduğunu, guya iş düzəldikdən sonra 3000 manat pul verəcəyini demişdir. Surxay razı olmuş və İlqargildən Kənanın hərbi biletini almışdır. Hərbi bileti özündə saxlamış və bir müddət sonra işlə bağlı pul lazım olduğunu deyib İlqardan müəyyən qədər pul alacağını düşünmüşdür. Lakin sonradan Polis Şöbəsində barəsində araşdırma aparıldığı üçün bu işlə bağlı heç kimdən pul almamışdır. X1 işə düzəlməsinə köməklik edəcəklərinə söz verib 4000 manat pul alması barədə məlumatı olmuş, həmin puldan Abduləli ona pul verməmişdir. Bundan başqa 2022-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayınadək Abduləlidən hissə-hissə olmaqla ümumilikdə 2000 manat məbləğində borc pul almış, maddi sıxıntıları olduğu üçün həmin pulları qaytara bilməmişdir. O, yuxarıda adları qeyd olunan şəxslərdən işə düzəltmək üçün söz verərək pullar alsa da, həmin şəxslər üçün heç bir iş görməmiş, tanışları vasitəsilə köməklik edəcəyini desə də, konkret olaraq heç kimin adını deməmiş və bu işlərdə başqa heç kimin əli olmamış, aldığı pulun bir hissəsi ilə borclarını vermiş, bir hissəsini mobil telefon vasitəsilə “İnstapover” və “Günəş panelləri” adlı oyun proqramına daxil olub oyunların hesabına köçürmüş, 1500 manat pul ilə idarə etdiyi avtomobili təmir etdirmyş, təxminən 500 manat pulu digər şəxsi xərclərinə ödəmişdir. Təqsirləndirilən şəxs2 aldığı 2000 manat borcu da qaytarmış, Təqsirləndirilən şəxs2 borcu alıb bu barədə yazılı sənəd vermişdir. O, törətdiyi əməllərindən peşman olduğunu, gələcəkdə bu kimi hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. O, digər Təqsirləndirilən şəxs2 ilə birlikdə iş üzrə dəymiş maddi ziyanın hamısının zərərçəkmiş şəxslərin hər birinə tamamilə ödənildiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizini dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. O, bu barədə məhkəməyə ərizələr təqdim etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməmişdir. İİ qrup Qarabağ müharibəsi əlilidir. Təqsirləndirilən şəxs1 2022-ci ildən tanışları vaitəsilə tanımışdır. 2022-ci ilin fevral ayında Şəki şəhər sakini olan tanışı Ramin ona, Qaratorpaq kəndində Saməddin adlı dostunun həyat yoldaşının həmin kənd orta məktəbinə direktor vəzifəsinə təyin olunmaq istədiyini bildirmiş və köməklik etməsini xahiş etmişdir. O, görüşüb bu barədə Surxayla danışmış, Surxay həmin şəxsin sənədlərini istəmişdir. Saməddinlə görüşüb həyat yoldaşı Sevinc Hüseynovaya məxsus şəxsiyyət vəsiqəsinin, diplomun surətlərini almış və Surxaya vermişdir. Surxay sənədləri götürüb yoxladacağını demişdir. Təxminən 10 gün sonra Surxay, Sevinc Hüseynovaya məxsus diplomun məhkəmə qətnaməsi ilə verildiyi üçün hazırda direktor vəzifəsinə təyin olunmasına imkan verilmədiyini, lakin diplomun nazirlik tərəfindən tanınması üçün 1500 manat, direktor vəzifəsinə təyin olunması üçün isə əlavə 5000 manat pul verildiyi halda X9 kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmasının mümkün olduğunu bildirmişdir. O, Saməddinlə görüşüb bu iş üçün 6500 manat pul lazım olduğunu dedikdə Saməddin razı olmuş və bir gün ərzində 6500 manat pulu Şəki şəhərində ona vermişdir. O da Surxayın vədinə əsasən işin düzələcəyini deyib pulu almışdır. Səhəri gün Surxayla doqquzmərtəbə adlanan ərazidəki çayxanada görüşüb orada 6500 manat pulu Surxaya vermiş, Surxay puldan 400 manatını ona verib həmin iş üçün ona düşən pay olduğunu demişdir. O, 400 manat pulu Surxaydan almışdır. Həmin vaxtdan sonra bir neçə ay ərzində Saməddin onunla əlaqə saxlayıb həyat yoldaşının işi barədə soruşduqda o da Surxaydan bu barədə soruşmuş, Surxay ona növbəti imtahan vaxtından sonra işin düzələcəyini demişdir. Beləliklə sentyabr ayına qədər bu danışıqlar davam etmişdir. Həmin vaxtlar Saməddinin özünə məxsus heyvandarlıq təsərrüfatı olmuşdur. Birlikdə oturub söhbət edərkən Saməddin bu barədə onlara məlumat vermiş və sahibkar kimi aşağı faizlə kredit götürmək istədiyini, lakin həmin proses barədə məlumatının olmadığını bildirmişdir. Surxay KOBİM-də işlədiyi üçün o, bu barədə Surxaya demiş, Surxay Saməddinin özünə və təsərrüfatına məxsus sənədləri götürmüş və birlikdə Saməddinin yaşadığı evə və fermaya getmişlər. Surxay orada heyvanları saymışdır. Bir neçə gün sonra Surxay onunla əlaqə saxlayıb Saməddinin torpaq sənədlərində çatışmamazlıq olduğunu, belə ki şəxsi mülkiyyətində olmadığını, fermanın isə sənədsiz olduğunu və sənədləri qaydasına salmaq üçün Bakı şəhərinə göndərməkdən ötrü 6000 manat pul lazım olduğunu demişdir. Bu barədə Saməddinə də məlumat vermişdir. Saməddin razı olmuş və 6000 manat pulu Şəki şəhərində ona vermişdir. O həmin gün 6000 manat pulun hamısını Şəki şəhərində Surxaya vermiş, puldan özünə götürməmişdir. Çünki Surxay pulun hamısının Bakı şəhərində fonda çatacağını demişdir. Bir müddət sonra Surxaydan Saməddinin işləri barədə soruşduqda Surxay, Saməddinə kredit təşkil etmək üçün əlavə ferma lazım olduğunu demiş, buna görə də Saməddinlə Surxay birlikdə Şəki şəhərində fermaların birini icarəyə götürmüşlər. Surxay həmin fermanı kredit üçün əsaslandırmaqdan ötrü 2500 manat pul lazım olduğunu demişdir. Bir neçə gün sonra Surxay həmin işin öz həllini tapdığını bildirmişdir. O, Saməddinə bu barədə məlumat vermiş, Saməddin razı olmuş və Şəki rayonu Sarıca qəsəbəsində Socar petrolun yanında Saməddinlə görüşüb 2500 manat pulu almış, Şəki şəhərinə qayıdıb pulun hamısını Surxaya vermişdir. Surxayla Saməddin həmin vaxtdan sonra görüşüb Daşqaya adlanan ərazidə icarəyə götürdükləri fermada təsərrüfatla məşğul olmağa başlamışlar. Surxay Saməddinə həmin yerdə birlikdə iş görəcəklərini demişdir. Bir neçə ay keçsə də, Saməddinin həyat yoldaşı Sevinc Hüseynovanın işi düzəlməmiş, Saməddin ondan və Surxaydan işlə bağlı soruşduqda o da Surxayın sözünə inanıb Saməddinə həyat yoldaşının işinin və təsərrüfatına görə kreditin tezliklə həll olunacağını söyləmişdir. Lakin nə Sevinc Hüseynovanın işi həll olunmamış, nə də Saməddin aşağı faizlə kredit götürə bilməmişdir. Bundan başqa 2022-ci ilin sentyabr ayında Surxay ona, işlədiyi KOBİM-də vakant yer olduğunu, özünün sahibkarlarla görüşmək üçün vaxtının olmadığını və işə düzəlmək istəyən olarsa KOBİM-nə işə düzəldəcəyini bildirmişdir. Həmin vaxtlar o, tanışı Hikmətin işlətdiyi Təbriz kafesində oturub yemək yeyərkən, Hikmət oğlu Aslanı işə düzəltmək istədiyini ona demişdir. O da Hikmətə KOB-un İnkişaf Mərkəzində boş yer olduğunu, Surxay adlı tanışının orada işlədiyini, Surxayın vasitəsilə Aslanı KOBİM-də işə düzəltməyin mümkün olduğunu bildirmişdir. Hikmət razı olduğu üçün o, Surxaya zəng edib bu barədə məlumat verdikdə Surxay sənədləri istəmiş, özü Hikmətlə görüşüb Aslanın sənədlərini almışdır. Bir neçə gün sonra Surxay onunla görüşüb Aslanın sənədlərini sistemə işlədiyini, işin düzələcəyini demiş və bu iş üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Hikmətə bu barədə dedikdə Hikmət razı olmuş və 5000 manat pulu Şəki şəhərində yerləşən Təbriz kafesində ona vermişdir. O, həmin pulu Hikmətdən alıb Surxayın vədinə əsasən Hikmətə, oğlunun işinin tezliklə düzələcəyini demişdir. Daha sonra Surxayla görüşüb 5000 manat pulun hamısını Surxaya vermiş, Surxay pulu ondan alıb 250 manatını ona vermiş bu iş üçün ona düşən pay olduğunu demişdir. O, 250 manat pulu Surxaydan götürmüşdür. Dekabr ayınadək Hikmət ondan Aslanın işi barədə soruşduqda Surxaya inanıb, işin düzələcəyini demişdir. Hikmət Aslanın işə düzəlməsi barədə Əmrlə tanış olmaq istədiyini dedikdə o, Surxaya məlumat vermiş, X39 Banka məxsus plastik kart vermiş və onun KOBİM-da özünün yanında işə düzəltdiyini bildirmişdir. Lakin hər hansı rəsmi sənəd təqdim etməmişdir. Surxayın Aslana verdiyi həmin plastik karta isə bu ilin yanvar-mart aylarında hər ay müəyyən vəsaitlər köçürülmüş, Aslan həmin pulu çıxarmışdır. Ona görə də Hikmət və Aslan artıq işin həll olunduğunu düşünmüşlər. Lakin Aslan heç yerə işə getməmişdir. Surxay isə bu ilin aprel ayının 3-də öz əmri ilə birlikdə Aslanın da işə qəbul ilə bağlı əmrinin veriləcəyini ona demişdir. Bundan başqa 2022-ci ilin dekabr ayınının əvvəllərində kafelərin birində olarkən Şəki şəhər sakini Zərərçəkmiş şəxs4 ona yaxınlaşmış, həyat yoldaşının 12 saylı orta məktəbdə işə düzəlmək istədiyini demiş və bu işə köməklik etməsini xahiş etmişdir. O bu barədə Surxayla danışıb bir söz deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Surxay ilk olaraq sənədləri ondan istəmiş, o, Pərvizdən həyat yoldaşı Nargilə Məmmədovaya məxsus sənədlərin surətini götürüb Surxaya vermişdir. Surxay bir neçə gündən sonra işin düzələcəyini deyib bu iş üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. O, Pərvizlə görüşüb bu barədə məlumat vermiş, Pərviz razı olaraq Şəki şəhərində Axundov parkında ona 5000 manat pul vermişdir. O, pulu Pərvizdən götürüb Füzuli bağında Surxayla görüşmüş və 5000 manat pulu Surxaya vermişdir. Surxay pulu ondan alıb üstündən 350 manat götürüb ona vermiş, o da 350 manat pulu Surxaydan götürmüşdür. Bundan sonra Surxay bu ilin yanvar ayınadək bir neçə dəfə ona zəng edib Nargilənin işi ilə bağlı sənədləşmə işlərində, diplomunda problemlər olduğunu deyib müxtəlif məbləğlərdə pul istəmiş və o da Pərvizdən həmin pulları alıb Surxaya vermişdir. Həmin müddət ərzində hissə-hissə olmaqla 2700 manat pulu da Pərvizdən alıb Surxaya vermişdir. Surxay bu ilin aprel ayında keçirilmiş işə qəbul imtahanlarında Pərviz və həyat yoldaşı ilə birgə 11 saylı məktəbə getsə də, Surxayın bu iş üçün hansı işlər görməsi barədə məlumatı olmamışdır. Bundan başqa 2023-cü ilin mart ayının əvvəllərində Şəki şəhər sakini tanışı Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayıb Şəki şəhərində məktəblərin birində işə düzəlmə ilə bağlı köməklik göstərməsini xahiş etmiş, həmin vaxtlarda o, Bakı şəhərinə getdiyi üçün Tərlanla Surxayı tanış edərək özləri bu barədə danışmalarını bildirmişdir. İlkin olaraq Surxay Tərlanın işini həll etdikdən sonra 3500 manat pul alacağını demişdir. Bir neçə gün sonra Surxay ona zəng edib Tərlanın işini həll etdiyini, tezliklə işə düzələcəyini, lakin ilkin olaraq 2000 manat pul lazım olduğunu dedikdə o, Tərlanla danışıb Surxayla görüşməsini bildirmişdir. Tərlan görüşüb Surxaya 2000 manat pul vermişdir. Həmin puldan o, qazanc əldə etməmişdir. Bundan başqa 2023-cü ilin mart ayının sonlarında Gəncə şəhərində yaşayan Arif adlı tanışı ona zəng edib Sarıca qəsəbəsində yaşayan bibisi nəvəsinin Sarıca uşaq bağçasında aşpaz kimi işə düzəlməsinə köməklik göstərməsini xahiş etmiş, Ariflə dostluq münasibəti olduğu üçün işin həll olunmasına çalışmışdır. Ona görə də Surxaya bu barədə dedikdə Surxay, Məşğulluq Mərkəzindən qeydiyyatdan keçirdikdən sonra köməklik edə biləcəyini söyləmişdir. Beləliklə o, hazırda adını və telefon nömrəsini xatırlamadığı xanımla əlaqə saxlamış və Şəki şəhərinə gəlməsini demişdir. Həmin xanım qızı ilə birlikdə Şəki şəhərin gəlmiş, doqquzmərtəbə adlanan ərazidə yerləşən kafedə görüşmüşlər. Surxay da onların yanında olmuşdur. Həmin görüş zamanı Surxay köməklik edəcəyini demiş və xanımdan işlə bağlı məlumatlar almış, həmin yerə namizədlər olsa da, xanımın işini həll edəcəyini bildirib telefon nömrəsini götürmüş və sənədlərini gətirməsini bildirmiş və həmin gün onlar çıxıb getmişlər. Bir neçə gün sonra Surxay həmin xanımı Şəki şəhəri üzrə Məşğulluq İdarəsinə aparmış və orada işsiz kimi qeydiyyatdan keçirmişdir. Daha sonra həmin şəxsləri Şəki şəhəri üzrə Təhsil Şöbəsinin qarşısına aparıb orada onlardan arayış almış və işini həll edəcəyinə inandırmışdır. Bundan sonra Surxay ona zəng edib işin tam hazır olduğunu, təcili 2000 manat pulu Bakı şəhərinə göndərmək lazım olduğunu, bundan əlavə 1000 manat pulun Şəki Təhsil Şöbəsinə verilməli olduğunu demiş və xanımdan 3500 manat pul almasını istəmişdir. O, xanımla əlaqə saxlayıb bu barədə məlumat vermiş, səhəri gün həmin xanım Şəki şəhərində eyni kafedə 3500 manat pulu ona vermişdir. O, pulu alıb Surxaya inandığı üçün işin həll olunacağını demiş, sağollaşıb Surxayla görüşmüşdür. 3500 manat pulu doqquzmərtə adlanan ərazidə idarə etdiyi “Naz Lifan” markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobildə Surxaya vermiş, Surxay puldan 250 manatını ona verib, özünə də 250 manat götürüb qalan pulları aidiyyatı yerlərə göndərəcəyini bildirmişdir. Lakin hazıradək Surxay həmin işi həll etməmişdir. Bundan sonra bu ilin fevral ayının sonunda Şəki şəhər sakini əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb qızı X19 bitirdiyini, lakin iş tapa bilmədiyini demiş və bu işdə köməklik etməsini xahiş etmişdir. O, Aydına Surxayın bu işlərlərlə bağlı tanışlarının olduğunu, Surxayla danışıb bir söz deyəcəyini bildirmişdir. Surxaya bu barədə dedikdə Surxay köməklik edəcəyini bildirmişdir. Bir neçə gün sonra Surxay ondan Firuzənin sənədlərini istəmiş, o da Aydından Firuzəyə məxsus şəxsiyyət vəsiqəsinin və diplomun surətini götürüb Surxaya vermişdir. Aydın həmin vaxt Firuzənin 8 saylı orta məktəbdə operator işləmək istədiyini demişdir. Surxay isə bir neçə gündən sonra Firuzə rus dilini bilmədiyi üçün operator kimi işə düzələ bilməyəcəyini, lakin həmin məktəbdə kitabxanaçı kimi işə düzəldə biləcəyini deyərək bu iş üçün 3500 manat pul istəmişdir. O, Aydına bu barədə dedikdə Aydın razı olmuş və qısa müddətdə pulu verəcəyini bildirmişdir. Bu müddətdə Aydınla Surxay bir neçə dəfə görüşüb danışmışlar, Surxay Aydından borc pul da istəmişdir. Beləliklə onların münasibətləri yaranmışdır. Daha sonra Aydın Şəki şəhəri, M.Cabbarov küçəsində yaşadığı evin yaxınlığında 3500 manat pulu ona vermiş, o da pulu Aydından alıb Şəki şəhərində Surxayla görüşüb 3500 manat pulun hamısını Surxaya vermiş, Surxay puldan 250 manatını ona vermiş, 250 manat da özünə götürəcəyini, qalan 3000 manat pulu isə Bakı şəhərinə göndərəcəyini bildirmişdir. Daha sonra Firuzə 11 saylı məktəbə gedib xx.xx.2023-cü ildə keçiriləcək işə qəbul imtahanında iştirak etməsi üçün qeydiyyatdan keçmişdir. Firuzə özü imtahanda iştirak etmiş, lakin hazıradək Surxay aldığı pulun müqabilində Firuzənin işə düzəlməsini təmin etməmişdir. Bundan başqa 2023-cü ilin mart ayının ortalarında Şəki şəhər sakini tanışı Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayıb Aşağı Göynük kəndində Rəhim adlı tanışının qızını Qoxmuq kənd tam orta məktəbə işə düzəltmək istədiklərini demiş və bu işdə köməklik göstərməsini xahiş etmişdir. O, Akifə Surxayın tanışlarının olduğunu, ona bu barədə məlumat verib bir söz deyəcəyini bildirmişdir. Surxaya bu barədə dedikdə Surxay razı olmuş və ilk olaraq sənədlərini istəmişdir. Rəhim ilə Surxayı tanış etmiş, Surxay görüşüb sənədləri götürüb və özünün deməsinə görə sistemdə yoxlamışdır. Daha sonra Surxay ona, həmin xanımı Qoxmuq kənd tam orta məktəbinə işə düzəltməyin mümkün olduğunu, bu iş üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. O, da Akifə bu barədə bildirmiş, bir neçə gün sonra Şəki şəhərində Akiflə görüşmüş, Akif Rəhimin qızını Qoxmuq kənd orta məktəbində kitabxanaçı və ya operator kimi işə düzəlməsi üçün ona 3500 manat pul vermişdir. O, həmin gün Surxayla Şəki şəhərində görüşmüş və 3500 manat pulu Surxaya vermiş, Surxay puldan 250 manatını ona vermişdır. Həmin vaxtdan sonra Surxay özü Rəhim və qızı ilə əlaqə saxlayıb işlə bağlı danışmışdır. Bundan başqa 2023-cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs5 onunla yenidən əlaqə saxlayıb Vərəzət kəndində də Xəqani müəllim adlı tanışının həyat yoldaşını Vərəzət kənd tam orta məktəbinə işə düzəltmək istədiklərini demiş və bu işdə köməklik göstərməsini xahiş etmişdir. Surxaya bu barədə dedikdə Surxay razı olmuş və ilk olaraq sənədlərini istəmişdir. Akif vasitəsilə Xəqani ilə Surxayı tanış etmiş, Surxay görüşüb sənədləri götürüb və özünün deməsinə görə sistemdə yoxlamışdır. Daha sonra Surxay ona Vərəzət kənd orta məktəbdə operator yerinin vakant olduğunu, həmin yerə digər namizədlər də olduğu üçün Xəqaninin yoldaşını qabağa keçirməkdən ötrü əlavə pul lazım olduğunu deyib bu iş üçün 4000 manat pul istəmişdir. O da Akifə bu barədə məlumat vermiş, bir neçə gün sonra Şəki şəhərində görüşüb, Xəqaninin həyat yoldaşını Vərəzət kənd orta məktəbinə operator kimi işə düzəlməsi üçün Akif ona 4000 manat pul vermişdir. O həmin gün Surxayla Şəki şəhərində görüşmüş və 4000 manat pulu vermiş, Surxay puldan 250 manatını ona vermişdir. O, Rəhim və Xəqani adlı şəxsləri ümumiyyətlə görməmiş, tanımamışdır. Bundan başqa 2023-cü ilin aprel ayının əvvəllərində Surxay onunla əlaqə saxlayıb Şəki şəhəri 10 saylı tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsinin vakant olduğunu, təcili həmin yerə adam lazım olduğunu demişdir. Həmin vaxtlarda onunla qonşuluqda yaşayan Famil ona, tanışı bir nəfər qadına iş axtardıqlarını demişdir. Surxay məktəbdə yer olduğunu dediyi üçün o, Familə 10 saylı tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsinin olduğunu, həmin tanışını orada işə düzəltməyin mümkün olduğunu bildirmişdir. Surxay ondan sənədləri istəmiş, o da qadının sənədlərini Famildən alıb Surxaya vermişdir. Bir neçə gün sonra Surxay həmin şəxsin işə düzəlməsi üçün 11000 manat pul istəmiş, həmin pulun 5000 manatını ilkin olaraq almasını, qalan 6000 manatı isə əmr verildikdən sonra alacağını bildirmişdir. Famil razı olmuş və o, Şəki şəhərində 5000 manat pulu Famildən almış, həmin gün Surxayla görüşüb 5000 manat pulu vermiş, Surxay pulun hamısını Bakı şəhərinə göndərəcəyini, Əmr verildikdən sonra 6000 manatı da aldıqda öz paylarını həmin puldan götürəcəklərini demiş, o da buna razı olmuşdur. Bundan başqa 2023-cü ilin mart ayının əvvəllərində Şəki şəhər sakini adını Ağa kimi bildiyi müəllimlə söhbət zamanı orta məktəblərin birində hərbi müəllim yerinin vakant olduğunu, əgər tanıdığı adam varsa həmin yerə işə düzəlməsinə köməklik edə biləcəklərini demişdir. Ağa müəllim onu bir nəfər tanımadığı şəxslə görüşdürmüş, sonuncunun oğlunun müharibə iştirakçısı və qazi olduğunu demiş, hərbi müəllim kimi işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. O da Surxaya bu barədə dedikdə, Surxay işi tezliklə həll etmək olacağını deyib sənədlərini istəmişdir. O, Surxayla Ağa müəllimi tanış etdikdən sonra Surxay həmin şəxsin şəxsiyyət vəsiqəsi, diplom və hərbi biletini almış, sonra bu iş üçün 4000 manat pul lazım olduğunu ona bildirmişdir. O, Ağa müəllimlə bu barədə danışıb 4000 manatı alıb Şəki şəhərində Surxaya vermiş, Surxay puldan 250 manatını ona vermiş. Bir neçə gün sonra Surxay ona hərbi biletə möhür vurmaq lazım olduğunu bildirmişdir. Bir neçə gün sonra hərbi biletə möhür vurulduğunu, sənədlərin tam hazır olduğunu və qısa müddətdə işə başlayacağını bildirmiş, lakin hazıradək həmin şəxs də işlə təmin edilməmişdir. O, Təqsirləndirilən şəxs1 inanıb, adları qeyd olunan şəxslərdən müxtəlif məbləğlərdə pullar aldığını, Surxay ayrı-ayrı orqanlarda qohumlarının və tanışlarının olduğunu, onların vasitəsilə işə düzəlmələrinə köməklik edəcəyini deyib onu inandırdığını, həmin şəxslərdən işə düzəltməsi üçün alıb Surxaya verdiyi pullardan cəmi 2500 manat qazanc əldə etdiyini, qalan pulların hamısını Surxaya verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan aldığı 2000 manat borcu da qaytarmış, o borc verdiyi pulu alıb bu barədə yazılı sənəd vermişdir. O, törətdiyi əməllərindən peşman olduğunu, gələcəkdə bu kimi hərəkətlərə yol verməyəcəyini söləmişdir. O, digər Təqsirləndirilən şəxs1 ilə birlikdə iş üzrə dəymiş maddi ziyanın hamısının zərərçəkmiş şəxslərin hər birinə tamamilə ödənildiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın 25 faizini dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. O, bu barədə məhkəməyə ərizələr təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmiş, 3-cü qrup əlil olmuşdur. Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 uzun müddət əvvəldən tanmış, aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamış, şəhər sakini kimi normal münasibətləri olmuşdur. Surxay adlı şəxsi 2023-cü ilin fevral ayının sonlarında tanımışdır. xx.xx.2023-cü il tarixdə Abduləli ilə təsadüfən yaşadığı evin yaxınlığında rastlaşmış, onunla söhbət zamanı o, qızı Firuzəyə uzun müddət iş axtardığını, lakin tapa bilmədiyini, onu işə düzəltmək istədiyini dedikdə, Abduləli ondan Firuzənin təhsili barədə soruşmuş, o, X40 Kollecini bitirdiyini, həmçinin kompyuter üzrə 6 ay kurs keçdiyini demişdir. Həmin vaxt Abduləli bir nəfər tanış müəllim olduğunu, onunla bu barədə danışdıqdan sonra ona dəqiq bir söz deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Abduləli ilə yaşadığı evin yaxınlığında rastlaşdıqda ondan Firuzənin işi barədə soruşarkən o, Şəki şəhərində Surxay adlı müəllimlə bu barədə danışdığını, Surxay müəllimin tanışları vasitəsilə onun qızını işə düzəldə biləcəyini demiş, bu iş üçün 3500 manat şirinlik lazım olduğunu, pulu verdikdən sonra 11 saylı orta məktəbdə keçiriləcək işə qəbul imtahanına adının qeyd olunacağını bildirmişdir. O, razı olmuş, bir gün sonra yaşadığı küçədə görüşüb pulu ona verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində M.Cabbarlı küçəsində olarkən Abduləli onun yanına gəlmiş və pulu ondan istəmişdir. O, qızı Firuzənin işə düzəlməsi üçün 3500 manat pulu Abduləliyə vermişdir. O, pulu aldıqdan sonra Surxay müəllimlə birlikdə işi həll edəcəklərini deyib sağollaşaraq getmişdir. Təxminən bir həftə sonra hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edən şəxs adının Surxay olduğunu, qızı Firuzənin işinə görə zəng etdiyini demiş, Firuzəyə məxsus şəxsiyyət vəsiqəsinin, diplomun, kurs sertifikatının surətlərini və fotoşəklini Təhsil Şöbəsinin yanına aparıb orada onunla görüşməsini istəmişdir. O, sənədləri hazırlayıb həmin gün Şəki şəhəri üzrə Təhsil Şöbəsinin yanındakı kafedə Surxayla görüşüb sənədləri ona təqdim etmişdir. Surxay sənədləri alıb tezliklə Firuzənin işinin həll olunacağını bildirmişdir. Təxminən bir həftə sonra Surxaya zəng edib Firuzənin işi ilə bağlı maraqlandıqda o, qızının işinin imtahansız alınmayacağını, ona görə də 01 aprel tarixdə 11 saylı məktəbdə keçiriləcək işə qəbul imtahanında iştirak etməsinin vacibliyini dedikdə, o, Surxaya bu iş üçün Abduləli ilə görüşdüyünü deyib işin sonunun necə olacağını ondan soruşmuşdur. Bu zaman Surxay Abduləlinin onunla görüşdüyünü, onun işini həll edəcəyini, imtahanın formal xarakterli olacağını, Firuzəni imtahandan keçirəcəyini ona demişdir. O, Surxaya inanmış və qızı Firuzəni qeydiyyatdan keçirmişdir. xx.xx.2023-cü il tarixdə qızı Firuzə imtaha getmiş, Surxay onu inandırdığı üçün Firuzə imtahandan çıxandan sonra nəticələri öyrənmək üçün heç bir kod götürməmişdir. X34 topladığı baldan asılı olmayaraq onu imtahandan keçirəcəyini demişdir. Həmin imtahandan sonra bir neçə dəfə Surxayla telefon əlaqəsi saxlayıb imtahanın nəticələri barədə soruşsa da o, müxtəlif bəhanələr etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Surxayla telefon əlaqəsi zamanı bir gün sonra Firuzəni Şəki şəhərində yerləşən məktəblərin birində hər hansı bir vəzifə ilə təmin edəcəyini desə də, o, Surxaya inanmamış və xx.xx.2023-cü il tarixdə bu barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 ümumilikdə 3500 manat məbləğində pulu qızı Firuzəni Şəki şəhərində yerləşən orta məktəblərin birində işə düzəltməsi üçün vermiş, həmin pulu Abduləliyə verərkən yanında və ətrafda heç kim olmamış, Abduləli 3500 manat pulu ondan aldıqdan sonra onu Surxay adlı şəxslə tanış etmiş, 3500 manat pulu Abduləliyə verdikdən sonra Abduləli və Surxay onun üçün heç bir iş görməmiş, onu aldadaraq pulunu ələ keçirimişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödədiklərini, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir, təqaüdçüdür. Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təxminən 2 ay olar ki tanımişdırır. Belə ki, qızı X14 yaşadığı Sarıca kəndində yerləşən uşaq bağçasında aşpaz kimi işə düzəltmək istəmişdir. Bu məqsədlə 2023-cü ilin mart ayının əvvəllərində tanışları vasitəsilə nömrəsini əldə etdiyi Təqsirləndirilən şəxs2la danışmış, ondan bu barədə köməklik etməsini xahiş etmişdir. Abduləli Nüşabəni həmin işə düzəldə biləcəyini demiş və bu iş üçün ondan 3500 manat pul istəmişdir. Həmin vaxt onun maddi imkanı zəif olduğundan telefon danışığı zamanı Abduləlidən bir az aşağı məbləğə işi həll etməsini xahiş etsə də, Abduləli həmin iş üçün konkret 3500 manat pul lazım olduğunu demiş və pulu bitirdikdən sonra şəhərə gəlib onunla görüşməsini bildirmişdir. Təxminən bir həftə sonra, yəni xx.xx.2023-cü ildə 3500 manat pulu bitirmiş və Abduləli ilə əlaqə saxlayıb qızı Nüşabə ilə birlikdə Şəki şəhərinə gəlmişdir. Doqquzmərtəbə adlanan ərazidə kafedə Abduləli ilə görüşmüşdür. Həmin vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 də Abduləlinin yanında olmuşdur. Söhbət zamanı X24 Sarıca kənd uşaq bağçasında aşpaz kimi işə düzəltmək lazım olduğunu demiş və bu işdə onlara köməklik etməsini istəmişdir. Surxay razı olmuş və Nüşabənin qeydiyyatdan keçməsi üçün birlikdə Məşğulluq Mərkəzinə getmələrini istəmişdir. Sonra Surxay və qızı Nüşabə otaqdan çölə çıxmış, həmin vaxt Abduləli ondan hazırlıqlı gəlibgəlməməsini soruşduqda o, çantamdan 3500 manat pulu çıxarıb Abduləliyə vermişdir. Abduləli pulu ondan alıb cibinə qoyduqdan sonra Surxayı otağa çağırıb “xanımları Məşğulluq Mərkəzinə apar, ondan sonrasını özün bilirsən” sözlərini deyib çıxıb getmiş, onlar isə Surxayın idarə etdiyi avtomobillə Şəki şəhəri üzrə Məşğulluq Mərkəzinə getmişlər. Surxay Mərkəzin qarşısında çöldə dayanmış, o qızı Nüşabə ilə Mərkəzə daxil olmuşdur. Orada əməkdaşlardan birinə Nüşabənin işsiz olduğunu deyib yaşadığı evə yaxın yerdə işlə təmin olunmasını xahiş etmiş, həmin əməkdaş Nüşabənin qeydiyyata alınmasına köməklik etmiş, təxminən bir həftə sonra Mərkəzə yaxınlaşmasını demişdir. Oradan çıxdıqda sonra Surxay onlardan necə olduğunu soruşmuş, o, bir həftə sonra Mərkəzə gəlmək lazım olduğunu Surxaya demişdir. Surxay bir həftə sonra şəhərə gələndə onunla birlikdə Mərkəzə gəlmələrini söyləmişdir. Bir həftə sonra telefon əlaqəsi saxlayıb Şəki şəhərində Surxayla görüşmüş və birlikdə Məşğulluq Mərkəzinə getmişlər. Surxay onları maşından düşürüb başqa işləri olduğunu, Mərkəzdən çıxıb xəbər verməsini deyib getmişdir. Nüşabə ilə birlikdə Mərkəzə daxil olmuş, orada onlara Nüşabənin qeydiyyat vərəqəsini təqdim etmişlər. Surxay ilə görüşüb vərəqəni göstərdikdə Surxay, vərəqənin özlərində qalmasını, xəbər verdikdə şəxsiyyət vəsiqəsini, diplomu və həmin vərəqəni gətirib gəlməsini demişdir. Sonra tez-tez zəng edib Nüşabənin işi ilə bağlı soruşduqda Surxay, hər dəfə həmin işlə məşğul olduğunu, tezliklə düzələcəyini və Nüşabənin Sarıca kənd uşaq bağçasında aşpaz kimi işə düzələcəyini demişdi. Təxminən 20 gün ərzində hər dəfə Surxayla danışdıqda Surxay müxtəlif bəhanələr etmişdir. O, Surxaydan şübhələndiyi üçün Abduləliyə zəng edib işin düzəlməməsindən narazı olduğunu deyib, işi həll edə bilməyəcəkdilərsə nə üçün pulu aldığını soruşmuş, Abduləli kobud səslə “nə olub, düzələcək də, o adam iş həll edəndir” sözlərini deyərək telefonu söndürmüşdür. Yenidən əlaqə saxladıqda Surxay onları Nüşabənin sənədləri ilə birgə Şəki şəhəri üzrə Təhsil Şöbəsinə dəvət etmişdir. Onlar Təhsil Şöbəsinin qarşısına çatdıqda Surxay da kənardan gəlib onlara yaxınlaşmışdır. Təhsil Şöbəsinin qarşısında küçədə sənədləri ondan almış, işi həll edən şəxsin hazırda işdə olmadığını, onunla danışıb əlaqə saxlayacağını demişdir. O, Surxaydan həmin işi həll edən şəxsin kim olduğunu soruşsa da, Surxay heç nə deməmişdir. Növbəti dəfə telefon əlaqəsi zamanı Surxay qısa müddətdə Nüşabənin işə başlayacağını dedikdə o, Surxaya inanmamış və ondan bu iş üçün Abduləliyə verdiyi pulu qaytarmalarını istəmişdir. Lakin Surxay işin düzələcəyini, narahat olmamasını deyib telefonu söndürmüşdür. Daha sonra isə Surxaya dəfələrlə zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Belə olduqda Surxayın və Abduləlinin onu aldadıb 3500 manat pulunu ələ keçirdiklərini başa düşmüş və bu barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, xx.xx.2023-cü ildə 3500 manat pulu Şəki şəhərində doqquzmərtəbə adlanan ərazidə yerləşən kafelərin birində Təqsirləndirilən şəxs2 qızı Nüşabəni Sarıca kənd uşaq bağçasında aşpaz kimi işə düzəlməsinə köməklik göstərməsi üçün verdiyini, Abduləli həmin pulları ondan aldıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə tanışları vasitəsilə Nüşabəni işə düzəltməkdə köməklik edəcəyinə söz verdiyini, pulu Abduləliyə verərkən yanında və ətrafda heç kimin olmadığını, lakin Abduləli pulu aldıqdan sonra Surxayı otağa çağırıb onlara köməklik etməsini dediyini, Abduləli 3500 manat pulu ondan aldıqdan sonra ümumiyyətlə heç nə ilə maraqlanmadığını, heç bir iş görmədiyini, ona zəng edib iş barədə soruşduqda isə kobud cavab verib telefonu söndürdüyünü, Surxay isə idarə etdiyi avtomobil ilə onları Məşğulluq Mərkəzinin qarşısına aparsa da, içəri daxil olmadığını, başqa işləri olduğunu bəhanə edib oradan uzaqlaşdığını, qızı Nüşabənin özünün qeydiyyatdan keçdiyini, Surxay hər dəfə işin tezliklə düzələcəyini desə də, bu iş üçün heç bir iş görmədiyini, Abduləlinin və Surxayın işi həll etmək üçün hər hansı şəxsin adını demədiklərini bildirmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödədiklərini, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdirir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 təxminən 6 ay, Surxay adlı şəxsi isə təxminən 5 ay olar ki, tanımışdır. 2022-ci ildə həyat yoldaşı X5 Şəki şəhəri üzrə orta məktəblərin birində müəllim kimi işə düzəltmək istəmiş, bu məqsədlə bir neçə nəfər şəxsə məlumat vermişdir. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs2la tanış olmuş və ona bu barədə dedikdə, Abduləli yüksək vəzifələrdə işləyən qohum və tanışları ilə bu barədə danışıb ona bir söz deyəcəyini bildirmişdir. Təxminən 10 gün sonra Abduləli ona zəng edib görüşmək istədiyini demiş, doqquzmərtə adlanan ərazidə görüşmüşlər. Abduləli ondan həyat yoldaşının hansı məktəbdə işləmək istədiyini soruşmuş, 12 saylı tam orta məktəb yaşadıqları ünvana yaxın olduğundan və övladı həmin məktəbdə təhsil aldığı üçün o, Abduləliyə həyat yoldaşının 12 saylı orta məktəbdə işləməsini istədiyini bildirmişdir. Abduləli bir nəfər şəxsə zəng edib işlə bağlı danışmış, həmin şəxs telefonda ona işin düzələcəyini bildirmişdir. Abduləli işin həll olunması üçün ona dəqiq məbləğ deməsə də, ilkin olaraq 5000 manat pul lazım olduğunu bildirmişdir. O, razı olmuş, bir neçə gün sonra 5000 manat pul bitirib Abduləli ilə Şəki şəhərində görüşərək həyat yoldaşı Nargiləni Şəki şəhəri üzrə 12 saylı tam orta məktəbdə işə düzəltməsi üçün Abduləliyə ilkin olaraq 5000 manat pul vermişdir. Bundan bir neçə gün sonra bir nəfər şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib adının Surxay olduğunu, həyat yoldaşının işi ilə bağlı onunla görüşmək istədiyini demişdir. Şəki şəhəri üzrə Təhsil Şöbəsində Surxayla görüşmüş, Nargiləyə məxsus şəxsiyyət vəsiqəsinin və diplomun surətlərini də aparmışdır. Sənədləri Surxay ondan almış, Nargilənin işinin hazır olduğunu, yaxın günlərdə işə başlayacağını deyib onu inandırmışdır. Həmin gün Surxay Nargilənin xx.xx.2023-cü ildən işə başlayacağını demişdir. xx.xx.2023-cü ilədək Abduləli bir neçə dəfə onunla zəngləşib görüşmüş və sənədləşmə işləri üçün əlavə pul lazım olduğunu deyərək müxtəlif məbləğlərdə pul istəmişdir. O, hissə-hissə olmaqla 2700 manat pulu da Şəki şəhərində Abduləliyə vermişdir. Beləliklə bu iş üçün Abduləliyə ümumilikdə 7700 manat pul vermişdir. O, Surxayın dediyi vaxta qədər gözləmiş, lakin Nargilənin işi düzəlməmişdir. Surxayla əlaqə saxlayıb işlə bağlı soruşduqda o, sənədləşmə işlərində gecikmələrin olduğunu, lakin tezliklə düzələcəyini ona bildirmişdir. Beləliklə mart ayına qədər Surxay müxtəlif bəhanələrlə onu gözlətmişdir. Mart ayında Surxay ona zəng edib 1 apreldə işə qəbul üçün imtahanlar olacağını, Nargilənin imtaha daxil olub orada olan kamera görüntülərində qeydə alınmasının vacib olduğunu demişdir. Surxay Nargilənin formal olaraq qeydiyyatdan keçib imtahana getməsini, imtahandan sonra onun işini həll edəcəyini bildirmişdir. O, Surxaya inanmış, həyat yoldaşı Nargilə Məmmədova elektron qeydiyyatdan keçərək xx.xx.2023-cü ildə Şəki şəhəri 11 saylı tam orta məktəbdə baş tutmuş imtahanda iştirak etmişdir. İmtahandan sonra Surxay bir neçə günə tanışları vasitəsilə Nargilənin işini həll edəcəyini deyib aldatmışdır. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödədiklərini, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2006-cı ildən Kəlbəcər rayonu, 123 saylı tam orta məktəbdə təyinatla idman müəllimi işləmişdir. Şəki şəhər sakini Abduləli adlı şəxsi təxminən 3 il olar ki, tanımışdır. Surxay adlı şəxsi isə bir neçə ay əvvəl Abduləlinin yanında bir neçə dəfə görmüşdür. 2022-ci ildə həyat yoldaşı X15 direktorlar üçün keçirilən test imtahanından keçdikdən sonra müsahibəyə getmiş, lakin hazıradək nəticəsi barədə cavablar çıxmamışdır. İmtahanlardan bir neçə gün sonra Sevinci işə düzəltmək üçün tanış axtarmağa başlamış, beləliklə Təqsirləndirilən şəxs2la tanış olmuş, bu barədə danışmış və köməklik göstərməsini xahiş etmişdir. Abduləli tanışları vasitəsilə Sevincin işini həll edə biləcəyini, lakin bu iş üçün Sevincin şəxsiyyət vəsiqəsinin və diplomunun surəti, fotoşəkli, bir də şirinlik lazım olacağını deyib ilkin olaraq 6500 manat pul istəmişdir. O, 2022-ci ilin fevral ayında həmin pulu bitirib Abduləli ilə telefon əlaqəsi yaradaraq, günorta saatlarında Şəki şəhərinə gəlmişdir. Akel petrolun yaxınlığında Abduləli ilə görüşüb sənədlərin surətini və 6500 manat pulu vermişdir. Abduləli pulu ondan alıb narahat olmamasını, hər şeyin yaxşı olacağını demişdir. 2022-ci ilin sentyabr ayınadək gözləmiş, Abduləlidən işlə bağlı soruşduqda, növbəti imtahanları gözlədiyini, işin düzələcəyini demişdir. Sentyabr ayında Şəki şəhərində Abduləli ilə yenidən görüşən zaman əlavə 8500 manat pul istəmiş və pulu verdikdən sonra həyat yoldaşı Sevinclə bərabər özünə də yaxşı iş tapacağına söz vermişdir. O, Abduləliyə inanaraq razılaşmış və hazırda pulunun olmadığını, dediyi məbləği bitirən kimi xəbər verəcəyini demişdir. 2022-ci ilin noyabr ayında səhər saatlarında Şəki rayonu, Turan qəsəbəsində Socar petrolun yanında asfalt yolun kənarında Abduləli ilə görüşüb 8500 manat pulu vermişdir. Abduləli 8500 manat pulu götürüb ondan aldığı ümumilikdə 15000 manat pulun müqabilində həyat yoldaşı Sevinci Şəki rayonu, Qaratorpaq kənd tam orta məktəbinə direktor vəzifəsinə, onu isə yüksək maaşlı işə düzəldəcəyinə söz verib inandırmışdır. Sonra o, Abduləlidən tez-tez iş barədə soruşduqda Abduləli tanışlarına dediyini, tezliklə həll olunacağını söyləmişdir. Təxminən 5 ay əvvəl Şəki şəhərində Abduləli ilə görüşən zaman yanında bir nəfər şəxs də olmuş, Abduləli həmin şəxsin adının Surxay olduğunu demişdir. Birlikdə oturub çörək yemişlər. Söhbət zamanı Abduləlinin, onun və Sevincin işini Surxayla birlikdə həll edəcəkləri ona məlum olmuşdur. Beləliklə Abduləli və Surxayla bir neçə dəfə görüşmüşdür. Ancaq işlə bağlı həmişə Abduləli ilə əlaqə saxlamışdır. Lakin Abduləli və Surxay tərəfindən heç bir iş görülməmişdir. Sonuncu dəfə iki ay əvvəl Abduləli ilə Şəki şəhərində görüşüb çay içərkən işin düzəlmədiyi halda pulunu qaytarmasını tələb etdikdə, o, yenə də növbəti imtahan vaxtını gözlədiklərini, cavabların çıxacağını və Sevincin işini həll edəcəyini, sonra isə onu işlə təmin edəcəyini deyib inandırmışdır. Son günlər Abduləlinin onu aldatdığını başa düşmüş və ona görə də Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, ümumilikdə 15000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 verərkən yanında və ətrafda heç kimin olmadığını, Abduləli 15000 manat pulu ondan aldıqdan sonra hər dəfə növbəti imtahan ərəfəsində Sevincin işini həll edəcəyini desə də, bu iş üçün heç bir hərəkət etmədiyini, həmçinin Abduləli ona Surxay adlı şəxsin bu işdə köməklik edəcəyini desə də, Surxayın bu işlər üçün heç bir iş görmədiyini, Abduləli köməklik edəcəyini, bu iş üçün tanışları ilə danışdığını desə də, o Surxaydan başqa hər hansı şəxsin adını demədiyini bildirmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödədiklərini, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onların barəsində olan cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad olunmalarını məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Şəki şəhərindəki çayxanalardan birində tanışı Abduləli ilə birilikdə söhbət edən zaman Abduləliyə işə düzəlmək istədiyini bildirimiş, bu işdə ona köməklik edə biləcək tanışının olub-olmadığını soruşmuş, Abduləli ona Surxay adlı tanışının olduğunu, Surxayın köməklik edə biləcəyini demiş və Surxayın telefon nömrəsini ona vermişdir. Səhəri gün Surxaya zəng etmiş, Abduləlinin tanışı olduğunu, işə düzəlmək istədiyini bildirmiş, bu işdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Surxay köməklik edə biləcəyini demişdir. Üç gün sonra Şəki şəhərində yerləşən Çələbixan restoranının qarşısında Surxayla görüşüb söhbət etmişlər. Söhbət zamanı o, Surxaya orta məktəblərin birində hər hansı bir vəzifəyə işə düzəlmək istədiyini bildirmiş, Surxay onu 2000 manat pul müqabilində Şəki şəhərindəki orta məktəblərin birinə hər hansı vəzifəyə işə düzəldə biləcəyini demişdir. O, razı olmuş, Surxay bu barədə tanışları ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Təxminən on gün sonra, yəni 2023-cü ilin mart ayının sonlarında Surxay zəng edib işi ilə bağlı tanışları ilə danışdığını və işin düzəlməsi üçün ona 2000 manat pul verməsini istəmişdir. O, həmin gün saat 15 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin Şəki filialının yanında görüşüb işə düzəltməsi üçün Surxaya 2000 manat pul vermiş, Surxay pulu götürmüş, qısa müddət ərzində onu işə düzəldəcəyini bildirmişdir. Sonra o, tanışlarından Surxayın Şəki şəhərində müəyyən şəxsləri aldadaraq işə düzəltmək adı ilə pullarını ələ keçirdiyini eşitmiş, belə olduqda Surxayın onu da aldadaraq pulunu ələ keçirdiyini başa düşmüş və bununla bağlı ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam ödəmiş, bağışlayıb, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi qalmamışdır. O, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi, bağışlayıb, təqsirləndirilən şəxslə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Şəki şəhərində təzə bazar adlanan ərazidə dərzi işləməklə özünü və ailəsini dolandırmışdır. Şəki şəhər sakini Təqsirləndirilən şəxs2la uzun müddətdir ki, qonşu kimi yaşayıb tanımış, normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. İşə düzəlməsi ilə bağlı Abduləli ilə danışıqlarından sonra bir dəfə Surxayı görmüşdür. 2023-cü il aprel ayının əvvəllərində söhbət zamanı Abduləliyə özünə və qohumuna iş axtardığını demiş, səhəri gün Abduləli zəng edib 10 saylı məktəbdə təsərrüfat müdiri işinə düzəlməsinə köməklik edəcək adamın olduğunu demişdir. Axşam saatlarında Abduləli ilə yaşadıqları məhlədə görüşmüş, Abduləli yanında Surxaya zəng edib işlə bağlı bir neçə dəqiqə danışmış və işə düzəlməsi üçün ondan alacaqları pulu müzakirə etmiş, sonra Abduləli həmin iş üçün 11000 manat pul lazım olduğunu, ilkin olaraq 5000 manat verməsini, qalan 6000 manatı isə işə düzəldikdən sonra verməsini demişdir. O, razı olmuş, təxminən 10 gün sonra 5000 manat pulu bitirib Abduləliyə zəng etmiş, Abduləli bazar adlanan əraziyə onun yanına özü gəlmişdir. S.Rəhman küçəsində yerləşən “Soliton” mağazasının qarşısında Abduləli ilə görüşüb 5000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Abduləli pulu və vəsiqəni alıb tezliklə işin həll olunacağını, bu iş üçün tanışlarının olduğunu demişdir. Həmin vaxtdan sonra bir neçə dəfə zəng vuraraq, həmçinin məhlədə görüşərək Abduləlidən işlə bağlı soruşduqda, Abduləli ondan aldığı pulu Surxaya verdiyini, guya problemlərin yarandığını, ona görə işin uzandığını demişdir. O, Abduləlinin və Surxayın onu aldatdıqlarını düşünmüş, aprel ayının ortalarında isə Abduləli və Surxayın dələduzluq cinayətlərinə görə Polis Şöbəsində saxlanıldıqlarını eşitmişdir. Bir neçə gün sonra Abduləli ilə görüşüb aldığı pulları qaytarmasını istəmiş, lakin pulunu ala bilmədiyi üçün Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödədiklərini, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onların barəsində olan cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad olunmalarını məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs9 Yəhya oğlu ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri, Z.Əliyeva küçəsində yerləşən özünə məxsus Təbriz restoranını işlətmişdir. Təqsirləndirilən şəxs2 təxminən bir il olar ki, tanımış, Abduləli Təbriz restoranına qonaq kimi gələn zaman tanışlıqları yaranmışdır. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. 2022-ci ilin sentyabr ayında Abduləli restorana gəlmiş, söhbət zamanı oğlu Aslanın ali təhsilli olduğunu, lakin heç yerdə işləmədiyini, iş axtardığını demiş, bu zaman Abduləli tanışları vasitəsilə Aslana iş tapa biləcəyini, bir neçə günə ona bir söz deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Abduləli yenidən restorana gəlmiş, Şəki şəhərində KOBİM-də iş olduğunu, Aslanı həmin vəzifəyə işə düzəldə biləcəyini, Aslanın 750 manat maaş alacağını, bu iş üçün isə Bakı şəhərinə 5000 manat pul göndərmək lazım olduğunu demişdir. O, əvvəl tərəddüd etmiş, buna görə Abduləlidən ona verəcəyi pula görə qəbz və yaxud Aslanın işə düzəlmə əmrinin surətini təqdim etməsini istəmişdir. Abduləli isə pulu Bakı şəhərinə göndərən kimi qısa müddətdə hər hansı imtahan olmadan, Aslanın ilkin kursa getməklə işə əmrinin veriləcəyini demiş, o, Abduləliyə inanmış, bir neçə gün sonra Təbriz restoranında Abduləliyə oğlu Aslanı işə düzəltməsi üçün 5000 manat pul vermişdir. Abduləli pulu alıb tezliklə Aslanın KOBİM-nə işə düzəlmə əmrini və maaş kartını gətirib verəcəyini demişdir. Bir müddət sonra tez-tez Abduləliyə zəng edib iş barədə soruşurduqda, işin tezliklə həll olunacağını demiş, həmin müddətlərdə Surxay da Abduləli ilə birlikdə restorana gəlmişdir. Təxminən bir ay sonra Abduləli zəng edib Aslanın Banka yaxınlaşıb öz adına plastik kart əldə etməsini demişdir. Aslan da banka gedib öz adına kart əldə etmiş, sonra Surxay ona zəng edib kartın şəklini göndərməsini istəmiş, o, kartın şəklini Surxayın nömrəsinə göndərmişdir. Bir müddət sonra Surxay və Abduləli, Aslanın Şəki şəhərində KOBİM-də işə düzəldiyini, yanvar ayından kartına maaş vurulacağını demişlər. Yanvar, fevral və mart aylarında hissə-hissə olmaqla ümumilkdə 2400 manat pul Aslanın adına olan həmin kart hesabına köçürülmüşdür. O da Aslanın işə qəbul olunduğu üçün hər ay ona maaş vurulduğunu düşünmüşdür. Lakin Aslan heç bir yerə işə getməmişdir. O, şübhələnib Surxaydan və Abduləlidən Aslanı nə üçün işə çağırmadıqlarını soruşmuş, onlar mərkəzin əsasən yaz aylarında fəaliyyət göstərdiyini, yaz-yay aylarında Aslanı işə çağıracaqlarını demişlər. Aprel ayının əvvəllərində törətdikləri cinayət əməllərinə görə Abduləli və X30 saxlanıldıqlarını eşitmiş, eyni zamanda aprel ayından sonra artıq Aslanın kart hesabına pul köçürülməmişdir. Həmin vaxt X13 heç yerə işə düzəltmədiklərini, onu aldadıb pulunu ələ keçirdiklərini başa düşmüş, ona görə də Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödədiklərini, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onların barəsində olan cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad olunmalarını məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, rəsmi olaraq heç yerdə işləmiş, Şəki şəhərində yerləşən çörək sexlərinin birində işləmişdir. Təqsirləndirilən şəxs1 2022-ci ilin yay aylarında tanımış, Şəki şəhərində Surxayla hərdən görüşmüşdür. Söhbət zamanı Surxaya İİ qrup əlil olduğunu, əlilliyi ilə bağlı dövlət tərəfindən mənzillə təmin olunması üçün ona köməklik göstərilməsini demiş, Surxay bu işdə ona köməklik edə biləcəyini, lazımı yerlərdə tanışlarının olduğunu, bu barədə məlumat verəcəyini demişdir. Həmin ilin sonuna qədər Surxaydan xəbər gözləmiş, lakin Surxay ona 2022-ci il üçün nəzərdə tutulmuş mənzil siyahısına adını yazdıra bilmədiyini demişdir. 2023-cü ilin fevral ayının əvvəllərində Surxay onunla görüşüb mənzil üçün adını qeydiyyata aldıracağını, onu qısa müddətdə Şəki şəhərində əlillər üçün inşa olunacaq yaşayış binasında evlə təmin edəcəyini demiş və bu iş üçün aidiyyatı şəxslərdən icazə almaq üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O isə Surxaya 2000 manat pul əldə edə etdiyini, ilkin olaraq həmin pulu ona verə biləcəyini, qalan 2000 manat pulu isə evlə təmin olunacağı vaxt verəcəyini bildirmiş, Surxay da razı olmuşdur. Surxay dəfələrlə ona zəng edib pulu təcili çatdırmaq lazım olduğunu, Bakı şəhərindən ona zəng gəldiyini demiş, fevral ayının ortalarında o, Şəki şəhəri, Mərkəzi Poçtun qarşısında Surxayla görüşüb onun idarə etdiyi Hyundai markalı avtomobilin içərisində 2000 manat pulu Surxaya vermişdir. Surxay pulu ondan alıb sənədləşmə işlərinə başlayacağını, ona zəng edib məlumat verəcəyini, Bakı şəhərinə gedəcəyini, orada bu işlə məşğul olan şəxslə görüşəcəyini demiş və həmin şəxslə görüşərkən ona 500 manat pul verdiyini bildirmiş və 2023-cü ilin dekabr ayının sonlarında evlə təmin olunacağını demişdir. O, Surxaya inanıb razı olmuş, həmin vaxtdan sonra Surxayla bir neçə dəfə görüşüb evlə bağlı hansı işlər gördüyünü soruşduqda o, sənədləşmə işlərinin hazır olduğunu, onun adını ev almaq istəyən şəxslərin siyahısına yazdırdığını, 2023-cü ilin sonunda evlə təmin olunacağını demişdir. Bu ilin aprel ayında Surxayın dələduzluq cinayətlərinə görə Polis Şöbəsində barəsində araşdırma aparıldığını eşitmiş, belə olduqda Surxayla görüşüb artıq ona inanmadığını deyib pulunu qaytarmasını istəmişdir. Surxay isə onun adını heç bir siyahıya yazdırmadığını, evlə təmin olunmayacağını etiraf etmiş və xx.xx.2023-cü il tarixədək 2000 manat pulu qaytaracağına söz vermişdir. Ona inanıb bir müddət gözləmiş, lakin Surxay onu yenidən aldadıb pulunu qaytarmadığı üçün Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2bu bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onların barəsində olan cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad olunmalarını məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2005-ci ildən Şəki şəhəri Uşaq və X44 Məktəbində gözətçi işləmişdir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanımış, normal münasibətləri olmuşdur. X36 ali məktəb bitirmiş, müharibə iştirakçısı və qazi olmuşdur, lakin uzun müddətdir ki, heç yerdə işləməmişdir. 2023-cü ilin əvvəllərində Abduləli ilə söhbət zamanı oğlu Kənan ali təhsilli olsa da, işsiz olduğunu, iş axtardığını demiş, bu zaman Abduləli Şəki şəhərində orta məktəblərin birində vakant hərbi müəllim yeri olduğunu, bu barədə maraqlanıb bir söz deyəcəyini, bu işin şirinliyinin olacağını bildirmiş o, da razı olmuşdur. Bir neçə gün sonra Abduləli zəng edib görüşmək istəmiş, onlar “Acces Bank”ın qarşısında Abduləli ilə görüşmüş, Surxay da Abduləlinin yanında olmuş, o, Surxayı həmin vaxt tanımışdır. Kənanın işi ilə bağlı söhbət zamanı Abduləli Kənanın hərbi müəllim kimi işə düzəlməsi üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O razı olduqdan sonra Surxay Kənanın anket məlumatlarını götürmüş və Kənanın hərbi biletini çatdırmasını tapşırmışdır. Bir həftə sonra, yəni 2023-cü ilin fevral ayının sonlarında o, Şəki şəhəri, “Ekonom” marketin arxasında yerləşən çayxanada Abduləli ilə görüşmüş, orada 4000 manat pulu Abduləliyə vermişdir. Abduləli pulu alıb narahat olmamasını, tezliklə Kənanı işə düzəldəcəklərini bildirmişdir. Bir neçə gün sonra şəhərin mərkəzində görüşüb Kənanın hərbi biletini Surxaya təqdim etmişdir. Surxay hərbi bileti alıb Bakı şəhərinə gedib hərbi biletə möhür vurduracağını bildirmişdir. Həmin müddətdə Kənan aprel ayında keçiriləcək müəllimlərin işə qəbul imtahanına görə qeydiyyatdan keçmişdir. Aprel ayının 1-də Kənanla birlikdə 11 saylı orta məktəbə getmiş, Kənan imtahana girmiş, özü isə məktəbin qarşısında dayanmışdır. Surxay da həmin vaxt orada olmuşdur. Sonra Abduləli də həmin yerə gəlmiş, 10 dəqiqə orada dayanıb getmişdir. Bir neçə gün sonra Surxayla telefonla danışarkən o, şübhəli danışmış, Surxay hər dəfə bir məktəbin adını demişdir. Aprel ayının ortalarında isə Surxay və Abduləlinin dələduzluq cinayətlərinə görə Polis Şöbəsində saxlanıldıqlarını eşitmiş, bundan sonra Abduləli ilə bir neçə dəfə görüşüb ondan aldığı pulları qaytarmasını istəmişdir. O isə hələ də Kənanın işinin düzələcəyini demişdir. Sonra o, Abduləli və Surxayın dələduzluq cinayətləri ilə bağlı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödədiklərini, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmadığını bildirmiş və onların barəsində olan cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad olunmalarını məhkəmədən xahiş etmişdir. O, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tam ödəmələri, bağışlayıb, təqsirləndirilən şəxslərlə barışması, heç bir şikayəti və tələbi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 ildir ki, Vərəzət kənd tam orta məktəbdə riyaziyyat-informatika müəllimi işləmişdir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 2 ay əvvəl tanımışdır. Şəki şəhər sakini Zərərçəkmiş şəxs5la uzun müddətdir ki, dostluq münasibəti olmuşdur. Həyat yoldaşı X7 ali təhsilli olsa da, heç yerdə işləmdiyi üçün bu ilin əvvəllərində Akiflə söhbət zamanı Müslüməti işə düzəltmək istədiyini bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. Akif bununla bağlı heç bir əlaqələrinin və tanışlarının olmadığını, lakin kömək edə biləcək kimsə olarsa xəbər verəcəyini demişdir. Bu ilin mart ayının əvvəllərində Akif ona zəng edib Şəki şəhər sakini Surxay adlı şəxs onun həyat yoldaşının işə düzəlməsinə köməklik edəcəyinə söz verdiyini, bu iş üçün 4000 manat pul istədiyini bildirmişdir. O, razı olmuş və Akifdən onun əvəzinə Surxaya 4000 manat pul verməsini xahiş etmiş və sonra həmin pulu qaytaracağını söyləmişdir. Akif 4000 manat pulu Surxaya vermiş, bundan sonra bir neçə gün Akif Bakı şəhərində olduğu üçün görüşə bilməmişlər. Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlayıb işlə bağlı maraqlandıqda Surxay, bu işdən məlumatı olduğunu, işi həll edəcəyini demiş, Müslümatın şəxsiyyət vəsiqəsinin və diplomunun surətini istəmişdir. O, Şəki şəhəri üzrə Elm və Təhsil Şöbəsinin qarşısındakı küçədə görüşüb sənədləri Surxaya təqdim etmiş, Surxayı həmin vaxt tanımışdır. Surxay sənədləri götürüb yaxın tanışları vasitəsilə həyat yoldaşının işini tezliklə həll edəcəyini, Vərəzət kənd tam orta məktəbdə laborant-mexanik vəzifəsinə işə düzəldəcəyini demişdir. Bir neçə gün sonra Surxaya zəng edib işlə bağlı maraqlandıqda Surxay onu yenidən Şəki şəhəri üzrə Elm və Təhsil Şöbəsinin qarşısına çağırmış, orada görüşüb yenidən Müslümatın işi ilə bağlı aidiyyəti şəxslərin məlumatı olduğunu, tezliklə işlə təmin olunacağını deyib onu inandırmışdır. O, həyat yoldaşı Müslümatın işə düzəlməsi üçün heç kimə pul vermədiyini, dostu Akifin bu iş üçün Surxaya 4000 manat pul verdiyini, Surxay Müslümatı işə düzəltmədiyi üçün 4000 manat pulu Akifə vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1995-ci ildən X25 mantyor işləmişdir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır, onları heç vaxt görməmişdir. Şəki şəhər sakini Zərərçəkmiş şəxs5la uzun müddətdir ki, dostluq münasibəti olmuşdur. X41 orta-ixtisas təhsilli olsa da, heç yerdə işləmədiyi üçün bu ilin əvvəllərində Akiflə söhbət zamanı qızı Türanəni işə düzəltmək istədiyini bildirmiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Akif bununla bağlı heç bir əlaqələrinin və tanışlarının olmadığını, lakin kömək edə biləcək kimsə olarsa xəbər verəcəyini demişdir. Bu ilin mart ayının əvvəllərində Akif ona zəng edib Şəki şəhər sakini Abduləli adlı şəxslə qızının işi barədə danışdığını, Abduləlinin Surxay adlı şəxslə birlikdə Türanənin Qoxmuq kənd orta məktəbinə işə düzəlməsində köməklik edəcəyinə söz verdiyini bildirlərini, bu iş üçün 3500 manat pul istədiklərini söyləmiş, o, buna razı olmuş və Akifdən həmin şəxslərə onun əvəzinə 3500 manat pul verməsini xahiş etmiş və sonra pulunu qaytaracağını bildirmişdir. Akif 3500 manat pulu onun əvəzindən həmin şəxslərə vermiş, o vaxtdan sonra Akif bir neçə gün Bakı şəhərində olduğu üçün Akiflə görüşə bilməmiş, lakin hərdən Akifə zəng edib rayona qayıtdıqda xəbər verməsini, pulunu qaytaracağını demişdir. Aprel ayında Surxay və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə polis şöbəsində saxlanıldıqları məlum olmuşdur. Abduləli və Surxayla heç bir əlaqəsi olmamış, onlar ondan hər hansı sənəd istəməmişlər. O, qızı Türanənin işə düzəlməsi üçün heç kimə pul vermədiyini, dostum Akifin bu iş üçün Abduləli və Surxay adlı şəxslərin istədiyi 3500 manat pulu onun əvəzinə onlara verdiyini, Surxay və Abduləli Türanəni işə düzəltmədikləri üçün 3500 manat pulu Akifə vermədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X26 oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İ cild İş.v 54-56) 27 iyul 2023-vü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata götürülməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə icraatda istintaqı aparılan ********* nömrəli cinəyət işinə birləşdiilmişdir. (İ cild İş.v 74-77) 11 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 11 may 2023-cü ildə saat 1920-də Təqsirləndirilən şəxs1 CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş.v 206-208). 12 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 12 may 2023-cü ildə saat 0930-da Təqsirləndirilən şəxs2 CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş.v 248-250). 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İ cild İş.v 291-294) Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Olimpiya” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 346 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında atası- X38, anası- X10, arvadı-X16, qızı-X21 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, iş.v 227-228) 13 may 2023-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İİ cild iş.v 1-4) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 13 may 2023-cü il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsi üçün nəzərdə tutulan əsasların mövcudluğu kifayət qədər əsaslandırılmadığı üçün Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, verilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilmişdir. (İİ cild iş.v 6-8) 13 may 2023-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İİ cild iş.v 34-37) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 13 may 2023-cü il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsi üçün nəzərdə tutulan əsasların mövcudluğu kifayət qədər əsaslandırılmadığı üçün Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, verilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilmişdir. (İİ cild iş.v 39-41) 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini saat 1510-də ona elan edilmişdir. (İİ cild iş.v 42-45) 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini saat 1640-də ona elan edilmişdir. (İİ cild iş.v 47-50) 4 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İİ cild İş.v 9-11) 4 dekabr 2023-cü il tarixli, 182 nömrəli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İİ cild İş.v 185-189) 4 dekabr 2023-cü il tarixli, 193 nömrəli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İİ cild İş.v 211-214) Şəki Rayon Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 636 №-li məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 5 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 X6 dispanser müşahidəsində yoxdur. (İİ cild iş.v 52) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 11 may 2023-cü il tarixli, 348 nömərli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 5 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Rəsulov X2 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdurlar. (İİ cild iş.v 56) Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 103 və 104 nömrəli arayışlardan və xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild, iş.v 63-65) Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-ci il təvəllüdlü X21 adlı 1 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs10 məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs9 Yəhya oğlunun məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmiş, o, onları bağışlayıb, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. 19 iyun 2025-ci il tarixli, BPMPCO**********35 və 19 iyun 2025-ci il tarixli, BPMPCO**********36 nömrəli ödəniş tapşırıqlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə barələrində CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə 53200 manat ziyanın 25 faizi olaraq 13300 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndində göstərilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Hazırki iş üzrə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinin düzgün olaraq dələduzluq cinayəti kimi, eləcə də təkrar ziyan vurmaqla törədilməsi mübahisələndirilmir, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər ittihamı tam qəbul etdiklərini bildirib cinayət əməllərini etiraf etmişdir və məhkəmə tərəfindən də əməlin düzgün tövsif edildiyi müəyyən edilmişdir. CM-nin 75.1 və 75.1.2-ci maddələrində müvafiq olaraq göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında göstərilir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 verilmiş ittihamın Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə hissəsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Qeyd olunmalıdır ki, zərərçəkmiş şəxslər dəymiş zərərlərinin tam ödənilməsi, təqsirləndirilən şəxslərlə barışmaları, heç bir şikayət və tələblərinin olmadığı barədə məhkəmə baxışında bildirmiş və bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişlər. Eyni zamanda təqsirləndirilən şəxslərin birlikdə vurduqların ziyanın 25 faizini tam ödəmələri, könüllü səmiyyət göstərib peşimançılıq nümayişini şəxsiyyətlərini səciyyələnirən hal kimi sonrakı davranışları və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəyi barədə verdikləri sözlərin təsdiqi olaraq qəbul etməyi mümkün etmişdir. CM-nin 39.1.3-cü maddəsində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CM-nin 42.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Təqsirləndirilən şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə ona verilmiş ittihamla bağlı bütün epizodlar üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödədiyini, zərərçəkmiş şəxslərin onu bağışlayıb, onunla barışmasını, heç bir şikayət və tələblərinin qalmadığını, Zərərçəkmiş şəxs8 qarşı törətdiyi cinayətlə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsini, eləcə də iş üzrə ümumi ziyanın 25 faizi həcmində dövlətə ödəniş etdikləri əsası ilə barəsində olan cinayət təqibinə xitam verilməsini, cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə ona verilmiş ittihamla bağlı bütün epizodlar üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödədiyini, zərərçəkmiş şəxslərin onu bağışlayıb, onunla barışmasını, heç bir şikayət və tələblərinin qalmadığını, iş üzrə ümumi ziyanın 25 faizi həcmində dövlətə ödəniş etdikləri əsası ilə barəsində olan cinayət təqibinə xitam verilməsini, cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-nın 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsidir. Məhkəmə qeyd olunan qanun normalarına istinad edərək Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və bununla yanaşı həm də əməlində cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal CM-nın 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsidir. Məhkəmə qeyd olunan qanun normalarına istinad edərək Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və bununla yanaşı həm də əməlində cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətmiş və onların əməllərində həmin cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Əməllərinin cinayət olmalarını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutların məcmusuna əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə Zərərçəkmiş şəxs8 qarşı olan epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin Zərərçəkmiş şəxs8 qarşı olan epizod hissəsi üzrə icraatına cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Göründüyü kimi, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni zamanda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə törədilmiş əməl özündən əvvəlkinə təkrarlıq əlaməti yaratmadığından, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş epizod üzrə zərərçəkmiş şəxslərə vurulan ziyan beş min manatdan artıq olmadığından böyük ictimai təhlükə törətməyən cinayət olub törədildiyi gündən iki il keçdiyi üçün bəraətverici əsaslar olmadan, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi əsası ilə cinayət işinin Zərərçəkmiş şəxs8 qarşı olan epizod hissəsi üzrə icraata xitam verilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bununla yanaşı qeyd edilməlidir ki, CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 bаrəsində CM-in 73- 1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə bаrışmış, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərə dəymiş ziyаnı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər birlikdə cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2 və 75.1.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs1 həmin maddələrlə cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs2 həmin maddələrlə cəlb edildiyi cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 13300 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə qeyd olunanları yekunlaşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 verilmiş ittihamda 2000 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs8 ziyan vurması epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi, digər epizodlar üzrə dəymiş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərlə barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və barəsində CM-nin 75.1.1 və 73-1.2-ci maddəsi tətbiq olunmaqla, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə dəymiş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərlə barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və barəsində CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75, 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 40.3, 43.1.2, 43.3, 321, 344-347, 356, 384-cü maddələrini rəhbər tutub QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində cinayət işinin, Zərərçəkmiş şəxs8 aid epizod üzrə hissəsinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə, digər epizodlar üzrə hissəsinə dəymiş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərlə barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə dəymiş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərlə barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar