Məhkəmə qərarları › İş №1(075)-42/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-42/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-42/2021 20.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi X4, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1984-cü ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, Şəki Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il qərarı ilə qəti olataq 01 il 11 ay 21 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzanın çəkilməsi 06.04.2022-ci il tarixədək təxirə salınmış, Şəki rayonu Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə xx xxxxxx 1977-ci ildə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu Qoxmuq kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, qəsdən, təkrarən, tamah niyyəti ilə, cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə xeyli miqdarda dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Şəki rayonu Kiçik Dəhnə kənd sakini mərhum, X5 Beynəlxalq Bankdan kredit götürməsi zamanı zamin olması və Fərhad Cəbiyevin vəfat etməsindən sonra onun, həmçinin müxtəlif şəxslərə zamin olduğu üçün arvadı Şahid6 barəsində Şəki Ağır Cinayətlər Məhkəməsində cinayət işi olmasını özündən uyduraraq həmin cinayət işinin xitam ediləcəyinə köməklik göstərəcəyi ilə bağlı yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib vahid niyyətlə, 23 aprel 2018-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında 300 manat, 24 aprel 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində 900 manat, 25 aprel 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 2000 manat, 27 aprel 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 1300 manat, 30 aprel 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində 2000 manat, 07 may 2018-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Təzə bazar”ın yaxınlığında 400 manat, 10 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 1000 manat, 14 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında 600 manat, 16 may 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində 2000 manat, 18 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 600 manat, 18 may 2018-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının yaxınlığında 100 manat, 04 iyun 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 1900 manat, 07 iyun 2018-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sumqayıt şossesi, 3-cü kilometrdə yerləşən, Bakı X2rşısında 400 manat, 11 iyun 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində 1600 manat, 13 iyun 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 700 manat, 21 iyun 2018-ci il tarixdə, saat 15 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində 600 manat dəyərində 01 cüt qızıl sırğa, 300 manat dəyərində 01 ədəd qızıl boyunbağı, hər birinin qiyməti 200 manat olmaqla, ümumilikdə 1000 manat dəyərində 05 ədəd qızıl üzük, 1000 manat dəyərində 4 ton arpa olmaqla, ümumilikdə 2900 manat dəyərində əmlakı, 25 iyun 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində 550 manat, 27 iyun 2018-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən Nəsimi Rayon Məhkəməsinin inzibati binasının qarşısında 2600 manat, 02 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində 400 manat, 04 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində 400 manat, 12 iyul 2018-ci il tarixdə 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsində yerləşən Bakı şəhəri, Dəmiryol Vağzalı ərazisində 1500 manat, 16 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 500 manat, 19 iyul 2018-ci il tarixdə 11 radələrində Şəki şəhəri, X56 küçəsində yerləşən, X60 yaxınlığında 600 manat, 27 iyul 2018-ci il tarixdə, saat 15 radələrində Mingəçevir şəhəri ərazisində 620 manat olmaqla, cəmi 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Şəki rayon X35 hissəsinə “yanğınsöndürən” vəzifəsinə işə düzəldəcəyinə dair onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 25 avqust 2019-cu il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib arvadı X10 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilməklə təqaüdə çıxarılmasına köməklik göstərəcəyi dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2019-cu ilin sentyabr ayının əvvəllərində Şəki rayonu Qoxmuq kəndi ərazisində 3300 (üç min üç yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 yalan vədlər verib oğlu Bəhruz Qəfərovun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinə görə təyin edilmiş təqaüdün bitmiş müddətinin uzadılmasına köməklik göstərəcəyinə dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən «Fontan» kafesində 2019-cu ilin noyabr ayının əvvəllərində 500 manat, 2019-cu ilin noyabr ayının ortalarında 400 manat olmaqla, cəmi 900 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Şəki rayonu Bolludərə kəndi ərazisində yerləşən sonuncunun adına olan 15 hektar və qardaşı X19 adına olan 12.7 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən çıxarış alınmasına köməklik göstərəcəyi barədə yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 27 noyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin qarşısında 2600 (iki min altı yüz) manat, 2019-cu ilin dekabr ayının ortalarında ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin qarşısında 3000 (üç min) manat və 2020-ci ilin yanvar ayının əvvəllərində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən “Kapital Bank”ın inzibati binasının qarşısında 3300 (üç min üç yüz) manat olmaqla, cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X20 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib xeyli miqdarda dələduzluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Şəki rayon X35 hissəsinə “yanğınsöndürən” vəzifəsinə işə düzəldəcəyinə dair onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək 25 avqust 2019-cu il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib arvadı X10 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilməklə təqaüdə çıxarılmasına köməklik göstərəcəyi dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2019-cu ilin sentyabr ayının əvvəllərində Şəki rayonu Qoxmuq kəndi ərazisində 3300 (üç min üç yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. O, 2018-ci ildə vəfat etmiş əri, ev tikintisində ustalıqla məşğul olmuş Surxay Yusifovun iş yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə tanımışdır. Belə ki, Şəki rayonunda yerləşən ASAN xidmətdə işləri ilə əlaqədar olarkən Təqsirləndirilən şəxs2la görüşmüş, birlikdə çay içmişlər. Həmin vaxt çayxanaya tanımadığı, sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi kişi daxil olub Təqsirləndirilən şəxs2 təklifi ilə onlarla eyni masa arxasında əyləşmişdir. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 arasında 6700 manat borcla bağlı söhbət olmuş, lakin notariat kontoru bağlı olduğu üçün borc müqaviləsi bağlaya bilməmişlər. Ona görə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 borc olaraq verəcəyi pulu notariat qaydasında təsdiqlənmiş borc müqaviləsi olmadan verəcəyini demiş, Təqsirləndirilən şəxs2 da razılaşmışdır. Zərərçəkmiş şəxs1 6700 manat məbləğində pulu cibindən çıxarıb konkret müddət göstərmədən borc olaraq Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da pulu Zərərçəkmiş şəxs1 alıb sayaraq cibinə qoymuşdur. Daha sonra Zərərçəkmiş şəxs1 çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 heç vaxt pul almamışdır, onun oğlu Şahid2ı da Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə tanıyır, birlikdə Bakıya getmişlər. Birlikdə Bakıya getmələrinin səbəbi maşın pulunu birlikdə vermələri olmuş, Bakıya çatanda ayrılmış, hərə öz işinin ardınca getmişdir. Zərərçəkmiş şəxs2 ilə münasibətləri onun arvadı Fatma ilə xəstəxanada tanış olduqdan sonra yaranmışdır. Füzuli ilə münasibətləri yarandıqdan sonra aralarında ailəlikcə gediş-gəliş olmuşdur. 2019-cu il tarixdə əməliyyat olunmağına görə pul lazım olmuş və buna görə də faizə pul almaq istəmişdir. Həmin vaxt Fatma lazım olan pulu faizə onların verə biləcəyini, lakin həmin pulu yalnız notarial qaydada təsdiq olunmuş müqavilə əsasında verəcəklərini demişdir. Beləliklə, 2600 manat pulu ona 10 faizə verməyi razılaşmışlar. Şəki regional “ASAN” xidmət mərkəzində 2600 manat pulu borc kimi sənədləşdirmişlər. Həmin pulu götürdükdən sonra bir neçə ay Füzulinin pulunu vermişdir. Lakin bir müddət keçdikdən sonra imkanı olmadığına görə Füzuliyə pulunu verə bilməmişdir. Füzuli verdiyi pulu bundan sonra 20 faizlə hesablanmasını istəmişdir. Aralarında qeyd etdiyi məsələlərə görə narazılıq yaranmış və Füzuli ondan şikayət etmişdir. Həmin puldan başqa Füzulidən heç bir pul almamışdır. 2018-ci ilin yay aylarında VAZ-2106 markalı avtomobili ilə Şəki şəhərinə getdiyi zaman həmkəndlisi Zərərçəkmiş şəxs3 onun xahişi ilə özü ilə götürmüşdür. Şəki şəhərində Zərərçəkmiş şəxs3 banka kredit borcunun olduğunu, həmin kredit üzrə ödənişi ödəyə bilmədiyi təqdirdə bankın onu məhkəməyə verəcəyini bildirib banka ödəməsi üçün 250 manat məbləğində pulu ona borc verməyi xahiş etmişdir. Pulun qarşılığında özünün torpaq sahəsindən biçdiyi arpadan hər bir kiloqramını 10 qəpikdən hesablamaqla verəcəyini bildirmişdir. O da 250 manat pulu borc olaraq Zərərçəkmiş şəxs3 vermişdir. Zərərçəkmiş şəxs3 ona arpa vermişdir. Lakin sonradan razılaşdığı qiymətdən baha hesab etmişdir. Odur ki, aralarında narazılıq baş vermişdir və hələ də Zərərçəkmiş şəxs3 ona 50 manat borcu qalmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3la aralarında pul haqq-hesabı olmamış, ondan pul və qızıl-ziynət əşyaları almamışdır. Ona qarşı deyilənlərin hamısı şər-böhtandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 onunla birlikdə ev tikintisində ustalıqla məşğul olmuş iş yoldaşı, 2018-ci ildə vəfat etmiş Surxay Yusifovun arvadıdır. Zərərçəkmiş şəxs1 isə onun həmkəndlisidir. 2019-cu ilin yay aylarında ağac məmulatlarından ev əşyaları və tikinti konstruksiyaları hazırlanan sex açmaq qərarına gəlmişdir. Bunun üçün pula ehtiyacı olduğundan həmkəndlisi Zərərçəkmiş şəxs1 borc pul istəmişdir. Zərərçəkmiş şəxs1 pulu ona notarial müqavilə əsasında verəcəyini demiş, o da razılaşmışdır. Həmin vaxtlarda razılığa əsasən ASAN xidmətə getmiş orada Zərərçəkmiş şəxs1 gözləmişdir. ASAN xidmətdə olan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə görüşmüş və ondan İcra və Probasiya Şöbəsində tanışı olub-olmadığını maraqlanmış, o da orada işləyən tanışı olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 da ASAN xidmətə gəlmiş və inzibati binanın birinci mərtəbəsində Təqsirləndirilən şəxs1 yanında onunla görüşmüşdür. Həmin vaxt notariat kontoru işləmədiyindən onlar çayxanada oturmuşlar. Zərərçəkmiş şəxs1 borc olaraq verəcəyi pulu notariat qaydasında təsdiqlənmiş borc müqaviləsi olmadan da verə biləcəyini demiş və o da razı olduğundan Zərərçəkmiş şəxs1 Əfsanənin yanında 6700 (altı min yeddi yüz) manat məbləğində pulu cibindən çıxarıb müddətsiz olaraq borc verməsi şərti ilə ona vermişdir. Pulu Zərərçəkmiş şəxs1 alıb sayaraq cibinə qoymuşdur. Daha sonra hər biri oradan ayrılıb getmişlər. Pulun bir hissəsinə tanımadığı şəxslərdən avadanlıqlar almış, bir hissəsini isə xərcləmişdir. Halhazırda borcunu qaytara bilmir. Zərərçəkmiş şəxs1 onun oğlu Orxanı işə düzəldəcəyini və yoldaşına xəstəlik kağızı alacağına dair vəd verərək ümumilikdə 9300 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, oğlu X44 Nazirliyinin X35 Xidmətinin Şəki rayon X35 hissəsinə işə düzəltmək istəmişdir. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs2 söhbət əsnasında Şəki rayonu Kiçik Dəhnə kəndində yaşayan “Əfsanə” adlı tanışının olduğunu, Əfsanənin çox adama belə işlərdə köməklik etdiyini demişdir. Bundan təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs2 Əfsanənin işi danışdığını, 5000 manat pul lazım olduğunu demiş, o da razılaşmışdır. 22.08.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 çağırışı ilə Şəki şəhərində yerləşən M.F.Axundov adına parkın qarşısına getmiş, Əfsanəni orada görüb tanış olmuşlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 Orxanın işə düzəlməsi üçün ona 6000 manat pul verməli olduğunu, bunun üçün bəzi sənədlər də toplanmalı olduğunu bildirmişdir. Səhəri gün Orxan, Əfsanə və Məmmədlə sənəd toplamaqla məşğul olmuşlar. Belə ki, Orxan evə gəldikdə gün ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Şəki şəhər Poliklinikasına gedib, orada özünün qan analizi verdiyini, bir qədər sonra qanının tərkibinə dair və ümumi sağlamlığına dair sənədləri götürdüklərini bildirmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs1 ona zəng edib 6000 manatı istəmişdir. 25.08.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə yenə də Axundov adına parkın qarşısında görüşmüş, pulu notarial qaydada verəcəyini demişdir. Bundan sonra hər üçü Şəki şəhərində yerləşən ASAN xidmət mərkəzinə getmişlər. Əfsanə onları dəhlizdə qoyub getmiş, bir müddət sonra qayıtmış və notariat kontorunun işləmədiyini demişdir. Sonra onlar birinci mərtəbədə olan kafedə oturmuşlar. Həmin kafedə söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 səhəri gün pulu Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinə çatdırmalı olduqlarını demişlər. Təqsirləndirilən şəxs2 ona pula zamin olduğunu demişdir. Təqsirləndirilən şəxs2 belə təkidindən sonra inanaraq Təqsirləndirilən şəxs1 yanında 6000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da pulu alıb sayaraq Təqsirləndirilən şəxs1 vermişdir. 26.08.2019-cu il tarixdə səhər tezdən Orxanı Axundov adına parkın qarşısına aparmış və oradan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X50 idarə etdiyi avtomobil ilə Bakı şəhərinə yola düşmüşlər. Həmin gün təxminən saat 12:00 radələrində oğlu Orxan ona zəng edib sənədlərin əsllərinin və dörd qutu halva lazım olduğunu demişdir. Orxan ilə danışdıqdan sonra sonuncuya məxsus onun orta məktəbi bitirməsi haqqında attestatını, hərbi biletini, şəxsiyyət vəsiqəsini və 4 (dörd) qutu halvanı həmin gün günorta saatlarında Şəkidən Bakıya gedən xətt avtobusunun sürücüsü ilə Orxana göndərmişdir. Səhəri gün Orxan Bakı şəhərindən evə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə FHN-nin yerini tanımadığı filialına getdiklərini, Təqsirləndirilən şəxs1 onun sənədlərini və 4 qutu halvanı ondan götürüb filialın inzibati binasına girdiyini, təxminən 30 dəqiqə sonra geri qayıdıb ona filialın inzibati binasının içərisində hər tərəf kamera olduğuna görə inzibati binadan bayıra çıxıb onun işə girməsi məsələsini həll edəcək şəxsə inzibati binanın ətrafındakı ağacların arasında pulu verməsini və həmin şəxsin Əfsanəyə Orxanın bir ay ərzində idmana çağırılacağını demişdir. Bundan təxminən bir həftə sonra, yəni 2019-cu ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs1 ona zəng edib səhəri günü idman olduğunu, Bakı şəhərinə getmək lazım olduğunu demişdir. Səhəri gün Orxan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Şəki-Bakı xəttinin mikroavtobusu ilə Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhərində olduqları vaxt Təqsirləndirilən şəxs1 ona zəng edib “Orxanın işi düzəlib, lakin Şəki rayonuna yox, başqa rayona. Orxanın iş yerini Şəki rayonuna dəyişmək üçün Orxanın anasının xəstəlik vərəqəsi olmalıdır ki, onun iş yerini bu əsasla Şəki rayonuna dəyişək” demişdir. Əfsanəyə həyat yoldaşının xəstə olmadığını və heç bir xəstəlik vərəqəsinin də olmadığını bildirdikdə Əfsanə “gələrəm söhbət edərik” demişdir. Həmin gün Orxan evə qayıtmış və Bakıda FHN-nin binasına getdiklərini, Təqsirləndirilən şəxs1 binaya daxil olub qayıtdıqdan sonra idmandan azad olunduğunu deyib geri qayıtmışlar. Həmin günün sabahı Təqsirləndirilən şəxs2 ona zəng edib Şəki Rayon Mərkəzi Xəstəxanasının köhnə inzibati binasına gəlməsini xahiş etmiş, həmin yerdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Təqsirləndirilən şəxs1 xəstəxanada adını demədiyi həkimlə guya danışıb həyat yoldaşına xəstəlik vərəqəsi düzəldəcəyini, həmin xəstəlik vərəqəsinə görə oğlu Orxanın iş yerinin FHN-nin X35 Xidmətinin Şəki rayon X35 hissəsinə dəyişiləcəyini, bununla yanaşı həyat yoldaşına da pensiya alacağını bildirmiş, o razılaşmış və hər üçü xəstəxananın inzibati binasına girmişlər. Dəhlizdə Məmmədlə dayanıb Əfsanəni gözləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs1 qayıdıb Təqsirləndirilən şəxs2 və ona həyat yoldaşının xəstəliklə bağlı əlillik dərəcəsi ilə təqaüdə çıxarılması üçün xəstəlik vərəqəsinin düzəlməsi üçün həkim 3300 manat pul istədiyini demişdir. Pulu olmadığı üçün qardaşı oğlu Şahid4 zəng edib Orxanın iş yerini başqa rayondan Şəki rayonuna dəyişmək və həyat yoldaşının xəstəliklə bağlı əlillik dərəcəsi ilə təqaüdə çıxarılması üçün 3300 manat pulun lazım olduğunu deyib ondan həmin məbləğdə borc istəmişdir. Ramil də gəlib dükandan götürməyini demişdir. Bundan sonra o, Əfsanə və Məmməd Əfsanənin idarə etdiyi avtomobil ilə Qoxmuq kəndinə getmişlər. Şahid4 üzərində 3300 manat pul olmadığı üçün o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid4 işlədiyi ət dükanının qarşısında avtomobildə gözləmişlər. Ramil isə pulu gətirmək üçün yaşadığı evə getmiş və 3300 manat pulu gətirib dükanda ona vermişdir. O da Ramildən borc olaraq aldığı 3300 manat pulu Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə sonuncunun yanında sayıb Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da aldığı 3300 manat pulu sayıb Təqsirləndirilən şəxs1 vermişdir. Qardaşı oğlu Ramil də şahiddir. Çünki o, avtomobilin yanında dayanıb baxmışdır. 09.09.2020-ci il tarixdə o, oğlu Orxan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Elman Bəkirovun idarə etdiyi avtomobil ilə Bakı şəhərinə getmişlər. 20 Yanvar metrosunun yaxınlığında çayxanalardan birində çay içdiyi vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 FHN-nin nahardan sonra işləyəcəyini bildirib saat 13:00-dək həmin çayxanada gözləmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və oğlu Orxan ikilikdə taksi ilə Fövqəladə Hallar Nazirliyinə getmiş, Məmməd və Elman isə çayxanada qalmışlar. Təqsirləndirilən şəxs1 oğlu Orxan ilə birlikdə təxminən bir saat sonra Təqsirləndirilən şəxs2 və onları gözlədiyi çayxanaya qayıdıb, üzərində oğlu Orxanın fotoşəkili olan FHN-nin məktubunu ona göstərmiş, əslini FHN-nin baş idarəsinə təqdim olunmalı olduğunu demişlər. Məktubu həmin vaxt orda olan Şahid1 da görmüşdür. Məktubun surətini çıxartdırıb, əslini isə Təqsirləndirilən şəxs1 qaytarmış, sevinərək Şəki rayonuna qayıtmış, oğlu Orxan isə onlarla birlikdə Bakı şəhərində qalmışdır. Həmin gün axşam saat 22:00 radələrində oğlu Orxan evə qayıtdıqdan sonra ondan məktubun əslinin FHN-nin baş idarəsinə verilib-verilmədiyini soruşduqda Orxan bildirmişdir ki, həmin çayxanada onlardan ayrıldıqdan sonra heç bir yerə getməmiş və həmin sənədi də heç bir yerə verməmişlər. Anlamışdır ki, Əfsanə onu aldadaraq özünün hazırladığı saxta sənəd verib. 2019-cu ilin oktyabr ayının ikinci yarısında oğlu Orxan yenidən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Əfsanənin atası Qəzənfər ilə birlikdə Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin binasına gedib qayıtmışlar. Gələndən sonra Orxan demişdir ki, Bakıda Təqsirləndirilən şəxs1 ilə Fövqəladə Hallar Nazirliyinə getmişlər. Binanın dəhlizində Əfsanə bir nəfər serjant rütbəli qadınla təxminən 15 (on beş) dəqiqə söhbət etmiş, sonra işin bu dəfə alınmadığını, başqa vaxt gəlməli olduqlarını deyib qayıtmışlar Bakıya. 09 yanvar 2020-ci il tarixdə müalicə almağı ilə əlaqədar Bakı şəhərində olduğu vaxt Təqsirləndirilən şəxs1 ona zəng edib “Orxan təlim üçün Oğuz rayonuna getməlidir” demiş, o da qaynı Şahid3 Orxan ilə birlikdə Oğuz rayonuna getməsini xahiş etmişdir. Xahişinə görə qaynı Şahid3 oğlu Orxan və Təqsirləndirilən şəxs1 ilə birlikdə Oğuz rayonuna getmişlər. Oğuzda Təqsirləndirilən şəxs1 Şahid3 yaxın günlərdə aldığı 9300 manat pulun hamısını qaytaracağını demişdir. Daha sonra isə Şahid3 oğlu Orxan ilə birlikdə yaşadığı Şəki rayonuna qayıtmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onları bağışlamadığını, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 9300 (doqquz min üç yüz) manat maddi, 50000 (əlli min) manat mənəvi zərər və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 59330 (əlli doqquz min üç yüz otuz) manatın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, övladı X31 2016-cı ildən 2019-cu ilin noyabr ayınadək olan müddətdə xəstəliklə bağlı əlillik dərəcəsi ilə təqaüd almışdır. 2019-cu ilin noyabr ayında təqaüdün verilmə şərtləri ilə əlaqədar olaraq Bəhruz Qəfərovun təqaüd alma müddəti bitmiş və ona yenidən təqaüd təyin edilməsi üçün təkrar həkim komisiyasının müayinəsindən keçib, həkim komisiyasının rəyindən asılı olaraq Bəhruz Qəfərova təqaüd təyin olunub-olunmaması məsələsinə baxılmalı olmuşdur. Bütün bu işlərin görülməsinə kömək edilməsi üçün tanışı Şahid8 adam tapmasını xahiş etmişdir. Bir neçə gün sonra Şahid8 Şəki rayonu Kiçik Dəhnə kəndində yaşayan “Elman” adlı şəxsin onu “Əfsanə” adlı şəxslə tanış etdiyini və “Əfsanə” adlı şəxsin bu işdə kömək edə biləcəyini bildirmişdir. Şahid8 Əfsanə ilə əlaqə saxlamış və onlar ikisi birlikdə Şəki şəhərindəki Fontan kafesinə gedib, orada Təqsirləndirilən şəxs1 və X21 ilə görüşmüşlər. Təqsirləndirilən şəxs1 Daxili İşlər Nazirliyinin jurnalisti olduğunu, Elman Bəkirovun isə onun sürücüsü olduğunu demiş və təqaüdə çıxarma, sosial müavinət təyin etdirmə və torpaqla bağlı sənədləşmənin aparılması işlərini gördüyünü demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Elman Bəkirovdan iş vəsiqəsini göstərməsini xahiş etsə də, “nazirlik icazə vermir” deyə onu aldatmışlar. O, Şahid8 və Elman Bəkirovun yanında Təqsirləndirilən şəxs1 övladı X14 yenidən həkim komisiyasının müayinəsindən keçirilib təqaüd təyin edilməsi məsələsini həll edə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs1 bütün bu işləri görə biləcəyini və bunun müqabilində ona 500 (beş yüz) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Həmin vaxt Şahid8 və Elman Bəkirovun yanında Təqsirləndirilən şəxs1 övladı Bəhruz Qəfərovun xəstəliklə bağlı təqaüdə çıxarması üçün 500 manat məbləğində pul və Bəhruz Qəfərovun xəstəliyi haqqında sənədlərini vermişdir. Təqsirləndirilən şəxs1 isə həmin pulu və sənədi alıb 15 gün ərzində övladı Bəhruz Qəfərovu təqaüdə çıxaracağını bildirmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 ona zəng edib işin düzəldiyini, lakin əlavə 400 manat pul Səfərbərlik Xidmətinə verməli olduğunu demişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 ilə razılaşıb ondan “Fontan” kafesinə gəlməsini xahiş etmiş və bir qədər sonra Şahid8 ilə birlikdə Fontan kafesinə gedib orada Təqsirləndirilən şəxs1 və həmin zaman onun yanında olan Elman Bəkirov ilə görüşmüş, onlara 400 manat məbləğində pul vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 və atası, şəxsiyyəti sonradan məlum olan X3 Bəkirovun idarə etdiyi yaşıl rəngli VAZ-2106 markalı avtomobil ilə Şəki rayonu Baş Göynük kəndi ərazisindəki Qaraqul deyilən torpaq sahəsində yerləşən onun yaşadığı evə gəlmiş, övladı Bəhruz Qəfərovun təqaüdə çıxarılması məsələsinin həll edilməsində problem olmasını, yəni onun və ailə üzvlərinin adında torpaq olması səbəbindən övladın təqaüdə çıxarılması məsələsini həll etməyin mümkün olmadığını, həmin torpaqların sənədləşməsi olmadan övladının təqaüd məsələsinin həll edilməsinin mümkün olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhərində yerləşən idarəsinə müraciət edib onun və ailə üzvlərimin adına olan ümumilikdə 15 (on beş) hektar torpaq sahəsinin, Bakı şəhərində yaşayan qardaşı X19 adına olan 12 (on iki) hektar torpağın da sənədləşdirilməsini xahiş etmişdir. Səhəri günü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin qarşısına gəlib, orada görüşmüşlər. Təqsirləndirilən şəxs1 tək həmin idarəyə girmiş, onlar isə idarənin qarşısında gözləmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs1 idarədən çıxıb Qəzənfər Yusifov və Elman Bəkirovun yanında idarədə ondan torpaqların sənədlərini istədiklərini demişdir. Sənədlər həmin vaxt evdə olmuşdur. O, Şahid7 zəng edib sənədləri gətirməyi xahiş etmişdir. Daha sonra Əyriçay su anbarının yaxınlığıdakı avtobus dayanacağında Şahid7 ilə görüşüb gətirdiyi sənədlərini ondan götürmüş, onun yanında Təqsirləndirilən şəxs1 vermişdir. Səhəri gün, yəni 26.11.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və X47 Bəkirovun idarə etdiyi avtomobil ilə yaşadığı ünvana gəlmiş, həyat yoldaşı Şahid9 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində əməkdaşlarından biri ilə danışdığını, həmin əməkdaşın onlara məxsus torpaqların sənədlərində problem olmasını, həmin torpaqlardan 15 hektar torpaq sahəsinin lazımı qaydada sənədləşməsi üçün 3300 manat, qardaşı Fazil Qəfərovun adına olan 12 hektar torpaq sahəsinin lazımı qaydada sənədləşməsi üçün 3000 manat pulun dövlət rüsumu olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, bundan əlavə dövlət rüsumu olaraq 2600 manat məbləğində pulun isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin baş idarəsinə ödənilməli olduğunu bildirmişdir. Səhəri gün, Əfsanəyə zəng edib Şəki şəhərində onunla görüşüb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin baş idarəsinə ödənilməli olan 2600 manat məbləğindəki pulu ona vermək istədiyini bildirmiş, yalnız bunu notarial qaydada təsdiq edilməsinə dair razılaşmışlar. Həmin gün, yəni, 27.11.2019-cu il tarixdə Şəki şəhərindəki ASAN xidmət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 ilə görüşüb birlikdə notariusda borc müqaviləsi bağlamış və Təqsirləndirilən şəxs1 2600 manat məbləğində pulu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin baş idarəsinə ödənilməsi üçün vermişdir. Bundan sonra qardaşı Fazil Qəfərova zəng edib, bütün baş verənlər haqqında danışmış, ondan adına olan torpağın sənədləşməsi üçün 3000 manat məbləğində pul verməsini istəmiş və bir neçə gün sonra X61 Avtovağzalında 550 manat pul verib, pulun yerdə qalanını isə yaşadığı Bakı şəhərinə çatıb göndərəcəyini bildirmişdir. Bir neçə gün sonra Fazil Qəfərov poçt vasitəsi ilə 1000 manat, “Kapital Bank” vasitəsi ilə 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul göndərmişdir. O, təxminən 2019-cu ilin dekabr ayında Şahid7 ilə birlikdə Şəki Rayon Mərkəzi Poçtuna gedib təklikdə poçta girib qardaşın göndərdiyi pulu qəbul etmiş, sonra “Kapital Bank”a gedib, təklikdə bankın inzibati binasına girib pulu qəbul etmiş və geri qayıdıb, avtomobilə əyləşib Şahid7 Şəki şəhərindəki ASAN xidmət mərkəzinə aparmasını xahiş etmişdir. ASAN xidmət mərkəzində avtomobil dayanacağındakı Elman Bəkirovun VAZ-2106 markalı avtomobilinə yaxınlaşaraq Şahid7 yanında 3000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bu zaman avtomobildə Qəzənfər Yusifov və Elman Bəkirov da olmuşdur. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 zəng edib yerdə qalan 3300 manat məbləğində pulu da ona verməyi xahiş etmiş, “Kapital Bank”ın qarşısına görüşməyə razılaşmışlar. “Kapital Bank”ın qarşısına Elman Bəkirovun VAZ-2106 markalı avtomobilinə yaxınlaşıb Şahid10 yanında cibindən pul çıxarıb saymış, 3300 manat olduğunu deyib avtomobilin sükanı arxasında əyləşmiş Elman Bəkirova avtomobilin pəncərəsindən uzadaraq vermiş və o da pulu götürmüşdür. Həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs1 və Qəzənfər Yusifov da olmuşdur. Həmin vaxtdan ötən müddət ərzində dəfələrlə Təqsirləndirilən şəxs1 zəng edib ya işləri həll etməsini, ya da pulu geri qaytarmasını tələb etsə də, Əfsanə müxtəlif bəhanələr gətirərək, işi də həll etməmiş, pulu da geri qaytarmışdır. Hətta ona verdiyi sənədləri də geri qaytarmamışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu, onu bağışlamadığını, lakin təqsirləndirilən şəxsin qadın olduğuna görə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs1 cinayət əməllərinin nəticəsi olaraq ona dəymiş 9800 (doqquz min səkkiz) manat maddi ziyanlığın, 4900 (dörd min doqquz yüz) manat əldən çıxmış faydanın, 1000 (bir min) manat mənəvi ziyanlığın, oğlu Qəfərov Bəhruzun pensiyasının düzəldilməsinə görə 3000 (üç min) manatın, ümumilikdə 18700 (on səkkiz min yeddi yüz) manatın alınaraq ona ödənilməsi və yuxarıda qeyd etdiyi sənədlərin alınıb ona verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Təxminən 2013-2014-cü ildə həmkəndlisi X6 xahişi ilə Beynəlxalq Bankdan kredit götürərkən ona zamin olmuşdur. 2015-ci ilin əvvəllərində Fərhad Cəbiyev vəfat etdikdən sonra maddi vəziyyətləri pis olduğuna görə ailə üzvləri onun götürdüyü kredit üzrə aylıq ödənişləri ödəməmiş və həmin kredit müqaviləsi üzrə zamin olduğu üçün X48 Cəbiyevin kredit üzrə aylıq ödənişlərinin ödənməməsi səbəbindən məhkəməyə vermişdir. Eşitmişdir ki, ölüm haqqında şəhadətnamə əsasında kredit müqaviləsi üzrə öhdəliyə xitam verilir. Buna görə də Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə təqdim etmək məqsədi ilə Fərhad Cəbiyevin ölümü haqqında şəhadətnamənin nüsxəsini götürmək üçün 2018-ci ilin aprel ayının ortalarında Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinə gedib şifahi şəkildə müraciət etmiş, lakin həmin sənədin yalnız vəfat edən şəxsin yaxın qohumuna verilə bilməsi əsas göstərilərək sənədi ona verməkdən imtina etmişlər. Bundan sonra eyni məqsədlə yenidən Fərhad Cəbiyevin qardaşı Yəhya Cəbiyev ilə birlikdə Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinə gedib şifahi şəkildə müraciət etmiş, lakin Yəhya Cəbiyevin doğum haqqında şəhadətnaməsini təqdim etməməyi əsas göstərilərək Fərhad Cəbiyevin ölümü haqqında şəhadətnaməsinin nüsxəsini verməkdən imtina etmişlər. Həmin zaman orada Təqsirləndirilən şəxs1 ilə rastlaşmışdıt. Təqsirləndirilən şəxs1 orada gözləməyi tapşırıb inzibati binadakı otaqlardan birinə daxil olmuş və təxminən 10-15 dəqiqə sonra həmin otaqdan çıxıb Fərhad Cəbiyevin ölümü haqqında şəhadətnamənin nüsxəsini gətirib vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 işə xitam verilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə 300 manat pul verilməli olduğunu demişdir. O da razılaşmış və səhəri gün taksi ilə Əfsanə və Qəzənfər ilə birlikdə Şəki rayon Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin qarşısına gəlmişlər. Əfsanə ondan 300 manat alıb Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş, o isə həyətdə gözləmiş, təxminən 10 dəqiqədən sonra qayıdıb Fərhad Cəbiyevin adına olan kredit işinə xitam veriləcəyini demişdir. Həmin gün kəndə qayıtdıqdan sonra günorta saatlarında Əfsanə zəng edib, onun barəsində dələduzluqla bağlı cinayət işi başlandığını, işin Ağır Cinayətlər Məhkəməsində olduğunu və işi həll etmək üçün Xırdalan şəhərində yerləşən İcra Şöbəsinə getmək lazım olduğunu deyib 24.04.2018-ci il tarixdə Xırdalan qəsəbəsində yerləşən İcra şöbəsinin qarşısındakı parkın içində Əfsanə sənədlərin yoxlanılması üçün 900 (doqquz yüz) manat pul alıb İcra Şöbəsinə daxil olmuş və bir müddət sonra qayıdaraq həmin idarəyə 850 manat pul verdiyini, imzaların saxta olub-olmamasının yoxlanılması üçün sənədlərin ekspertizaya göndəriləcəyini demişdir. Daha sonra mobil telefonla Bakı şəhərində yaşayan vəkil tanışı ilə danışdığını bildirib, həmin şəxsdən Ağır Cinayətlər Məhkəməsində 178.2.4 və 178.4.4-cü maddələri ilə barəsində cinayət işinin olduğunu və həmin işi neçəyə qurtarmaq mümkün olduğunu soruşmuşdur. Bundan sonra vəkilin 3500 manata bu işi həll etməyi boynuna götürdüyünü, həmin puldan 3000 manat məhkəməyə verəcəyini, 500 manat isə vəkilin alacağını demişdir. 25 aprel 2018-ci il tarixdə özü ilə 2000 manat pul götürüb Əfsanə ilə Şəki şəhərində məhkəmənin qarşısında görüşmüşlər. Həmin vaxt Əfsanənin yanında həmkəndlisi Elman Bəkirov da olmuşdur. Əfsanə məhkəməyə gedən bir kişini göstərib vəkil olduğunu demişdir. Şəki Məhkəmə Kompleksinin qarşısında Elman Bəkirovun yanında Əfsanəyə barəsindəki cinayət işinə xitam verdirməsi üçün 2000 manat pul vermişdir. Əfsanə pulu götürüb Məhkəmə Kompleksinə daxil olmuş, təxminən 10-15 dəqiqədən sonra qayıdıb razılaşdıqlarını, pulun qalan hissəsini də bir həftəyə verməli olduğunu demişdir. Təxminən 3-4 gündən sonra Əfsanə, Elman və o, Şəki Məhkəmə Kompleksinin qarşısına gəlmişlər. Orada Elmanın yanında Əfsanəyə barəsindəki cinayət işinə xitam verdirməsi üçün 1300 manat məbləğində pul vermişdir. 30 aprel 2018-ci il tarixdə Elmanın idarə etdiyi avtomaşınla Əfsanə, Əfsanənin atası və o, Abşeron rayonu İcra şöbəsinə getmişlər. Abşeron rayonunda olan zaman Əfsanə ona məhkəmələrdə özünün iştirakı etməsi üçün ona etibarnamə verilməsini istəmişdir. O da notariusda Əfsanəyə etibarnamə vermişdir. Etibarnaməni verdikdən sonra Əfsanə İcra Şöbəsinə getmiş və təxminən 30 dəqiqə sonra geri qayıdıb iş ilə bağlı vəkil dostlarının köməkliyi ilə danışıb razılaşdığını, bu iş üçün 2000 manat pul lazım olduğunu demişdir. O da üzərində olan 2400 manat puldan 2000 manatını Əfsanəyə vermişdir. Əfsanə də pulu götürdükdən sonra İcra şöbəsinə getmişdir. Təxminən 40-50 dəqiqə sonra Əfsanə geri qayıdıb işin alındığını bildirmişdir. Əfsanəni gözləyən zaman Elman həmkəndlisi X7 ilə zəng edib onunla danışmış və yaxınlıqda olan parkda gözləyən vaxt Firuz gəlmişdir. Bir müddət sonra isə Əfsanə də yanına gəldikdən sonra Firuz, o, Elman, Qəzənfər və Əfsanə birlikdə Masazır qəsəbəsində olan kafeyə gedib nahar etmişlər. Nahar etdikdən sonra Əfsanə, atası və Elman Xırdalanda ucuzluq adlı mağazadan xeyli geyim əşyaları almışlar. Həmin vaxt o, Firuzla kafedə oturub çay içmişlər. Əfsanəgil alış-veriş etdikdən sonra Şəki şəhərinə geri qayıtmışlar. Firuz isə Abşeron rayonunda qalmışdır. Şəkiyə qayıtdıqdan bir neçə gün sonra Xırdalan İcra Şöbəsində ona yaşadığı rayonda prokuror ilə razılaşma olmasının vacib olduğunu bildirmişdir. Buna görə prokurora 800 manat pul vermək lazım olduğunu demişdir. Ondan “prokurora hansı səbəbə pul verilməlidir” deyə soruşduqda, Əfsanə orada bu işlə bağlı izahat verməli olduğunu, etibarnamə olduğu üçün onun əvəzindən o özü izahat verəcəyini bildirmişdir. O da “Kapital Bank”ın yaxınlığında olan çayxanada Elman və Qəzənfərin yanında Əfsanəyə 500 manat pul vermişdir ki, prokurorluğa versin. Əfsanə də həmin pulu götürüb getmiş və bir xeyli keçdikdən sonra geri qayıtmışdır. Əfsanə qayıtdıqdan sonra 500 manat pulun az olduğunu deyib üzərinə 300 manatda əlavə etməyini, həmin pulu prokurorluğun poşt vasitəsi ilə prokurorluğun hesabına köçürəcəyini demişdir. Buna görə də Əfsanəyə əlavə 300 manat da pul vermiş və birlikdə poçta getmişdir. Həmişəki kimi poçta getdikdən sonra çöldə gözləmiş, Əfsanə isə poçta gedib 10 dəqiqə sonra qayıdıb bütün qəbzləri Dəryaya verəcəyini, həmin qəbzlərin onda qalacağını bildirmişdir. Sonra isə kəndə qayıtmışlar. Həmin vaxtdan bir neçə gün sonra Əfsanə korrupsiya idarəsinə də 400 manat pul vermək lazım olduğunu demişdir. Pulu olmadığına görə Elman İbrahimkənddə olan Rafiq adlı şəxsin arpa aldığını demiş və Rafiqə zəng edib danışmışdır. Bundan sonra Əfsanə və Elman ilə birlikdə İbrahimkəndə gedib Rafiq ilə görüşüb söhbət etmiş, 300 manat pul almışdır. Həmin pulu da verən zaman Elman və Əfsanə də orada olmuşdur. Bundan sonra isə şəhərə qayıtmışlar. Həmin vaxt Əfsanə 300 manatın az olduğunu dediyinə görə Şəki şəhərində olan “Təzə bazar”da olan şagirdi Cəfərabad kənd sakini X1 yanına getmiş və ondan 100 manat Əfsanəyə vermək üçün borc almışdır. Xəyaldan da 100 manatı aldıqdan sonra ümumilikdə 400 manat pulu Əfsanəyə vermişdir. Bu hadisədən 2-3 gün sonra Əfsanə Dəryanın əl çəkmədiyini, Dəryanın bu işdə böyük köməklik etdiyini, ona da pul verməli olduğunu, Dəryanın çox istədiyini, lakin 1000 manata danışdığını bildirmişdir. Bundan sonra 1000 manat da pul düzəldib Elmanın idarə etdiyi avtomaşınla Əfsanə ilə birlikdə Şəki Məhkəmə Kompleksinin qarşısına gəlmişlər. Orada Dəryaya verməsi üçün 1000 manat pulu Elmanın yanında Əfsanəyə vermişdir. Əfsanə də pulu götürüb Məhkəmə Kompeksinə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra qayıdıb Əfsanə ona Dəryanın işi yekunlaşdığını və işini icra şöbəsinə yönəldiyini, icra şöbəsində şöbə rəisi olan Məzahir müəllimi də görmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Əfsanə 500 manat pula bu işi də həll edəcəyini bildirmişdir. Yenidən 500 manat pul tapmış, yenə də Elmanın idarə etdiyi avtomaşınla Əfsanə ilə birlikdə Şəki İcra Şöbəsinin qarşısına gəlmişlər. Orada 500 manat pulu Elmanın yanında Məzahirə verməsi üçün Əfsanəyə vermiş, Əfsanə də pulu götürüb İcra Şöbəsinə daxil olmuş, bir neçə dəqiqədən sonra qayıdıb gəlmişdir. Qayıdandan sonra 100 manata da ehtiyac olduğunu demişdir. Məzahirə verməsi üçün 100 manat da Elmanın yanında vermiş, Əfsanə pulu götürüb İcra Şöbəsinə daxil olmuş, bir neçə dəqiqədən sonra qayıdıb “burdan qurtardıq” demişdir. Bundan təxminən 1-2 gün sonra Əfsanə yenidən Xırdalana getmək lazım olduğunu demişdir. Ondan bu dəfə nəyə görə getmək lazım olduğunu soruşanda, Əfsanə işlərin burada yekunlaşdığını və işin xitam olunması üçün Xırdalan məhkəməsinə göndərildiyini, gedib orada işi tamamilə bağlamaq lazım olduğunu demişdir. Əfsanə ilə Elmanın idarə etdiyi avtomaşınla Xırdalana getmişlər. Əfsanə orada məhkəməyə girmiş və oradan çıxıb işin yekunlaşması üçün 2000 manat pul lazım olduğunu bildirmiş, birlikdə kəndə qayıtmışlar. Kəndə qayıtdıqdan sonra 2000 manat pul düzəldib yenidən Elmanın maşını ilə Əfsanə ilə birlikdə Xırdalana getmişlər. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin qarşısındakı parkın içində Elmanın yanında mənkəməyə verməsi üçün Əfsanəyə 2000 manat pul vermişdir. Əfsanə həmin pulu götürüb məhkəməyə daxil olub çıxmış və pulu verdiyini artıq qərar verildiyini bildirmişdir. Əfsanə məhkəmə binasından çıxandan sonra əlində İcra Şöbəsinin blankını göstərib evinin həbsdən çıxarılması üçün 1088 manat cərimə və 36 ay 400 manat pul cəriməsi yazılan sənədi göstərmişdir. Əfsanə həmin sənədi verməmiş, həmin sənədi Dəryaya verəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin iyul ayının əvvəllərində 550 manat, iyul ayının sonlarında isə 400 manat pulu qeyd etdiyi cərimənin ödənməsi üçün Əfsanəyə vermişdir. Həmin pulu verən zaman Elman da yanında olmuşdur. Bir neçə gündən sonra Xırdalandan aldığı sənədi Dəryaya aparmaq üçün Əfsanə ilə məhkəməyə getmişlər. Orada Əfsanə məhkəməyə girib-çıxdıqdan sonra əlində 7 rəqəm şifrəli kod gətirib həmin koddakı bank hesabına 600 manat pul ödəmək lazım olduğunu və işin tamamilə yekunlaşdığını bildirmişdir. Orada məhkəmənin həyətindəki parkın içində təklikdə Əfsanəyə bank hesabına yükləməsi üçün 600 manat pul vermiş və orada Əfsanə polis şöbəsinə getməli olduğu demişdir. Bundan sonra 2018-ci ilin may ayının sonunda Əfsanə polis şöbəsində dəftərxanaya vermək üçün Şəki şəhər-rayon Polis Şöbəsinin yaxınlığında küçədə təklikdə 100 manat pul almışdır. Bu hadisədən sonra Əfsanə ilə birlikdə onun maşınında Şəki şəhərinə gəlmişdir ki, məhkəmədən sənədləri götürsün. Həmin vaxt Əfsanəyə zəng gəlmişdir. Əfsanə telefonla danışa-danışa soruşmuşdur ki, “həyat yoldaşının atasının adı Şabandırmı?”. Ona cavab vermişdir ki, “bəli, Şabandır”. Bu zaman Əfsanə telefonla danışdıqdan sonra ona gələn zəngin icra şöbəsindən olduğunu, arvadı Şahid6 iki nəfər şəxsə zamin durduğunu, həmin şəxslər pulu ödəmədikləri üçün arvadına da cinayət işi başlandığını bildirmişdir. Bundan sonra Əfsanə Dəryaya zəng etmək adı ilə telefonla danışmış və Dəryanın arvadın işini də xitam eləmək üçün 2000 manat pul istədiyini bildirmişdir. 2018-ci ilin iyun ayının əvvəllərində o, arvadı Mehriban və Əfsanə Elmanın idarə etdiyi avtomaşınla Şəki Məhkəmə Kompleksinin qarşısına gəlmişlər. Əfsanəyə 1900 manat pulu Elmanın və Mehribanın yanında vermişdir. Əfsanə həmin pulu götürüb məhkəməyə getmiş, bir neçə dəqiqədən sonra qayıdaraq demişdir ki, pulu Dəryaya vermişdir. Bundan sonra kəndə qayıtmışlar. Təxminən 3-4 gündən sonra Əfsanə evə gələrək Dəryanın ona Xırdalana getmək lazım olduğunu bildirdiyini və işə orada xitam veriləçəyini demişdir. Əfsanə və Mehriban həmkəndlisi X15 idarə etdiyi maşınla Abşeron rayonu Xırdalan şəhərinə getmişlər. Əfsanə 2000 manat pul vermək lazım olduğunu bildirmiş, Mehriban da ona pulu olmadığını demişdir. Mehriban da Bakı şəhərində yaşayan bacısı oğlu X22 zəng edərək borc pul istəmişdir. Həmin gün axşam Aqil gətirib Bakı şəhər Avtovağzalında Mehribana 400 manat pul verib çıxıb getmişdir. Bundan sonra isə Mehriban Bakı şəhər Avtovağzalında Əfsanəyə 400 manat pulu vermiş, Əfsanə isə həmin pulu götürüb vəkilə verdiyini demişdir. Bundan sonra Əfsanə ilə birlikdə həmkəndlisi Bəhruz Cəmilovun idarə etdiyi avtomaşınla Xırdalan qəsəbəsinə getmiş və məhkəmənin qarşısındakı Heydər Əliyev adına parkda təklikdə 1600 manat pulu Əfsanəyə vermişdir. Əfsanə pulu götürüb Xırdalanda məhkəmə binasına gedib bir neçə dəqiqədən sonra qayıdıb “məhkəmə işə xitam verəcək. Xitam qərarını birbaşa Dəryaya göndərəcəklər. Gedib Dəryadan götürəcəyik” demişdir. Bundan 2-3 gün sonra Əfsanə yenidən demişdir ki, Şəki Rayon Məhkəməsinə getmək lazımdır. Səhəri gün o və arvadı Mehriban Əfsanənin idarə etdiyi VAZ-2106 markalı avtomaşın ilə Şəki Məhkəmə Kompleksinin qarşısına gəlmişdir. Əfsanə içəri daxil olub qayıdıb 7 rəqəm şifrəli kodu göstərib həmin kodu Dərya verdiyini və həmin koda 700 manat pul ödəmək lazım gəldiyini bildirmiş və məhkəmənin qarşısındakı parkın içində Mehribanın yanında 700 manat pulu Əfsanəyə vermişdir. Əfsanə 700 manat pulu götürüb məhkəmənin binasına daxil olub qayıdıb demişdir ki, pulu köçürdüb. Sonra Əfsanə demişdir ki, iyun ayının 27-də Nəsimi Rayon Məhkəməsinə gedəcək, məhkəmə 20000 manat pul istəyib, birtəhər məbləği 5000 manata saldırıb. Məhkəməyə 5000 manat verilməlidir, 500 manat da vəkilə veriləcək. Təxminən 20-21 iyun 2018-ci il tarixdə yaşadığı evin həyətində Mehribanın yanında Əfsanəyə həmin vaxt onunla birgə ümumilikdə təqribən 1900 manat qiymətində dəyərləndirdiyi özünə və arvadına məxsus bir cüt sırğa, bir ədəd boyunbağı, üç ədəd kişi üzüyü, iki ədəd qadın üzüyü olmaqla, qızıl əşyalarını Əfsanənin Vüqar adlı lombarda qoyub pul götürməsi və 1000 manat dəyərində 04 ton arpanı satıb pul əldə etməsi məqsədi ilə Əfsanəyə vermişdir. Həmin vaxt bu barədə söhbət edərkən və qızılları Əfsanəyə verərkən yanında arvadı Mehribandan başqa heç kim olmamışdır. Səhəri gün Əfsanə zəng edib qızılları lombarda qoyub 2000 manat pul götürdüyünü, arpanı isə hər bir kiloqramını 26 qəpikdən olmaqla satıb 1000 manat pul əldə etdiyini və bütün bu pulların onda olduğunu bildirmişdir. Bundan başqa kənddə həmkəndlilərindən birindən 1300 manat pul borc götürmüşdür. Rusiya Federasiyasında işləyən kürəkəni 50000 rubl, yəni 1320 manat pulu xatırlamadığı bank vasitəsilə göndərmişdir. 27 iyun 2018-ci il tarixdə, səhər tezdən Əfsanə və o, Bəhruzun idarə etdiyi avtomaşınla Bakı şəhərinə getmiş və 20 Yanvar metrostansiyasının yanında avtomaşından düşmüşlər. Əfsanə ilə birlikdə banka gedib kürəkənin göndərdiyi 50000 rublu götürüb Azərbaycan puluna çevirmiş, 1320 manat olmuşdur. Bundan sonra Əfsanə ilə birlikdə Nəsimi Rayon Məhkəməsinin inzibati binasının qarşısına getmişdir. Əfsanə məhkəmə binasına daxil olub 4-5 dəqiqədən sonra qayıdıb demişdir ki, məhkəmə prosesi başlayıb pulu ver. O, da məhkəmənin yanında küçədə təklikdə Əfsanəyə 2600 manat pulu vermiş, o, pulu götürüb məhkəmə binasına daxil olmuşdur. Əfsanə təxminən 15-20 dəqiqədən sonra qayıdıb demişdir ki, “pulu vermişəm, məhkəmə qərar verəcək”. Bundan sonra Əfsanə ilə birlikdə kəndə qayıtmışlar. 2018-ci ilin iyul ayının əvvəllərində Əfsanə demişdir ki, Xırdalan İcra Şöbəsinə 400 manat pul keçirilməlidir. Etiraz etməmiş, həmin dövrdə Əfsanə, Qəzənfər və o, Elmanın idarə etdiyi avtomaşınla kənddən çıxıb Xırdalan İcra Şöbəsinin qarşısına gəlmişlər. Əfsanə İcra Şöbəsinə daxil olub qayıdıb bir neçə blank göstərmişdir. Həmin blanklardan birində üzərində Elşən Mustafayevin imzası olan və möhür olmayan sənəd olmuşdur. Həmin sənəddə məhkəmə tərəfindən arvadı Şahid6 4000 ABŞ dolları məbləğində cərimə edilməsi qeyd olunmuşdur. Digər blankda Mehribanın 12 ay müddətində hər ay 250 manat cərimə olunması qeyd olunmuşdur. Həmin blankın aşağısında Azər Mehdiyev yazısı olmuşdur. Üçüncü blankda isə Mehribanın aylıq əmək haqqının 20 faizi tutulmaqla ona cərimə cəzası tətbiq olunması qeyd olunmuşdur. Blankları ona verməmişdir. Əfsanə cərimə ödəyəcəyini bildirib ondan 400 manat pul almışdır. Pulu Əfsanəyə verməyi Elman və Əfsanənin atası Qəzənfər görmüşlər. Həmin gün Şəki şəhərinə qayıtmışlar. Təxminən 2-3 gündən sonra Əfsanə yenidən gələrək 4000 ABŞ dollarını ödəmək lazım olduğunu bildirmişdir. Güc-bəla ilə cəmi 1550 manat pul toplamışlar. 2018-ci ilin iyul ayının sonlarında Əfsanə, o və arvadı Mehriban Elmanın idarə etdiyi avtomaşınla Bakı şəhəri Abşeron rayonu Xırdalan qəsəbəsinə getmişdir. Gedən günün səhərisi Bakı şəhəri 28 May metrostansiyasının yaxınlığında Əfsanə və Elmanla görüşüb 28 May metrostansiyasının qarşısında yerləşən Dəmiryol vağzalının birinci mərtəbəsindəki kafedə Mehribanın və Elmanın yanında Əfsanəyə 1550 manat pul vermiş, Əfsanə Mehribanı da götürüb taksi ilə Xırdalan İcra Şöbəsinə gedəcəyini bildirmiş və onlar ikisi birgə çıxıb getmişlər. O isə Elmanla birlikdə Dəmiryol vağzalının ikinci mərtəbəsindəki gözləmə zalında oturub onları gözləmişlər. Təxminən 2 saatdan sonra onlar qayıdıb gəlmişlər. Bundan sonra Mehriban, Əfsanə və Elmanın idarə etdiyi avtomaşınla Şəki rayonuna qayıtmışlar. Bundan təxminən 1-2 gün sonra Əfsanə kənddə demişdir ki, ekspertdən rəy alınıb, imzalar saxta olub, imza etməmisiniz. Buna görə ekspertə 500 manat pul vermək lazımdır. Məcbur yenə də 500 manat pul tapmış, Əfsanənin idarə etdiyi avtomaşınla Şəki İcra Bölməsinin yanına gəlmişlər. 500 manat pulu avtomaşında təklikdə Əfsanəyə vermiş, o da İcra Bölməsinin binasının üst tərəfinə gedib bir neçə dəqiqədən sonra qayıdıb demişdir ki, burada da işini həll etmişdir. Bundan yenə 1-2 gün sonra Əfsanə yenə də qapıya gəlib demişdir ki, Dərya ona deyib ki, prokurorluq işə xitam verilməsinə 1000 manat pul istəyir, 600 manat versə Dərya özü həll edəcək. Yenə də 600 manat pul tapmış və Əfsanə ilə birlikdə onun idarə etdiyi avtomaşınla Şəki şəhərinə gəlmişdir. Xan sarayının qarşı tərəfindən sağa doğru bir qədər gedəndən sonra Əfsanə avtomaşını saxlayıb təklikdə 600 manat pulu götürüb Xan sarayının həyətinə gedib bir neçə dəqiqədən sonra qayıdıb gəlib pulu Dəryaya verdiyini bildirmişdir. 2018-ci ilin iyul ayının sonunda Əfsanə ona demişdir ki, X32, X25 və X23 adlı şəxslər ondan və arvadı Mehribandan Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət ediblər, bu iş də həll olunmalıdır. Müstəntiqə 400 manat, məhkəməyə isə 1500 manat verilməlidir. Bundan sonra Əfsanə, Qəzənfər və o, Elmanın idarə etdiyi avtomaşınla Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir Şəhər Polis Şöbəsinin yaxınlığında avtomaşında Qəzənfər və Elmanın yanında 600 manat müstəntiqə verməsi üçün, 20 manat da yol pulu olaraq cəmi 620 (altı yüz) manat pulu Əfsanəyə vermişdir. Əfsanə də həmin 620 manatı atası Qəzənfərə vermişdir. Bundan sonra Qəzənfər orda qalmış, o və Əfsanə Elmanın maşını ilə kəndə qayıtmışlar. Həmin gün axşam Əfsanə demişdir ki, müstəntiq pulu götürməyib. Bundan sonra Əfsanə yenə də pul istəyəndə artıq pul tapa bilməmişlər. Daha sonra kənd camaatından maraqlanıb öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 kənddə dələduz bir insan kimi tanınır. 02.09.2018-ci il tarixdə isə bununla bağlı Şəki ŞRPŞ-ya müraciət etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu, onu bağışlamadığını, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) manat maddi zərərin və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş etdi. Verilən cəzaya münasibətdə məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 nümayəndəsi X8 mülki iddianın təmin edilməsini və cavabdeh Təqsirləndirilən şəxs1 layiqli cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əmisidir. Təxminən 2019-cu ilin sentyabr ayında əmisi Zərərçəkmiş şəxs1 ona zəng edib oğlu Orxanın işə düzəlməsi məsələsinin gedişatı barədə danışmış və Orxanın iş yerini başqa rayondan Şəki rayonuna dəyişməyə görə öz həyat yoldaşının xəstəliklə bağlı əlillik dərəcəsi ilə təqaüdə çıxarılması üçün xəstəlik vərəqəsinin düzəldilməsindən ötrü ona əlavə olaraq təcili 3300 manat pul lazım olduğunu demişdir. O, həmin vaxt Şəki rayonu Qoxmuq kəndində işlətdiyi ət dükanında olduğundan əmisinə “gəl dükandan götür” demişdir. Bir qədər keçdikdən sonra əmisi Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə Qoxmuq kəndindəki dükanına gəlmişlər. Üzərində pul olmadığı üçün əmisinə pulu gətirmək üçün yaşadığı evə getməli olduğunu demiş və onu dükana nəzarət etməsi üçün orada qoyub evə getmişdir. Evdən pulu götürmüş, işlətdiyi ət dükanının içərisində sayıb 3300 manat pulu əmisi Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 götürdüyü həmin 3300 manat pulu gözünün önündə işlətdiyi ət dükanının qarşısında Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə Əfasnə Kərimovanın yanında sayıb həmkəndlisi Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da əmisi Zərərçəkmiş şəxs1 götürdüyü pulu sayıb Təqsirləndirilən şəxs1 vermişdir. O, həmin vaxt kənarda dayanıb onlara baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 zəng edib xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərində olduğunu, Əfsanə Orxanı təlim üçün Oğuz rayonuna aparmaq istədiyini, əgər vaxtı varsa onlarla birlikdə getməyini xahiş etmişdir. O da bacısı oğlu Şahid2 öz avtomobili ilə yaşadığı evdən götürmüş, sonra birlikdə Şəki şəhərində yerləşən Bazar Store marketinin yanına gəlib orada Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Təqsirləndirilən şəxs1 Orxanın təlim keçməsi üçün Oğuz rayonuna getməli olduğunu demişdir. Əvvəlcə Əfsanə onun da onlarla getməyinə razı olmamışdır. Lakin getməyi ilə bağlı təkid etdiyi üçün razılıq vermişdir. Təqsirləndirilən şəxs1 gəldiyi taksidə öndə, o, isə Orxan ilə birlikdə öz avtomobili ilə arxada hərəkətdə olmaqla, Oğuz rayonuna getmişlər. Oğuz rayonunda FHN-nin X35 Xidmətinin Oğuz rayon X35 hissəsinə çatdıqda Təqsirləndirilən şəxs1 əvvəlcə Şahid2 yanına alıb həmin hissənin giriş qapısına yaxınlaşsa da, qapıdan içəri girmədən geriyə, yanına qayıtmış, Orxanın işləmək istəmədiyini, Qurbanın da xəstə olduğunu, dörd gündən sonra Bakı şəhərində 20 Yanvar metrosunun yanında Qurbandan aldığı 9300 manat pulun hamısını qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 polisə şikayət etməməyini tapşırmasını xahiş etmişdir. Daha sonra isə Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 yanından ayrılıb yaşadığı Şəki rayonuna qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, azyaşlı övladının xəstə olması səbəbindən dərman almaq məqsədi ilə mütəmadi olaraq Bakı şəhərinə gedir. Yanacaqdoldurma məntəqəsində işlədiyi vaxtdan Təqsirləndirilən şəxs1 tanımışdır. 09.09.2019-cu il tarixdə Şəki şəhərinə qayıtmaq üçün taksi tapmaq məqsədilə Bakı şəhərində 20 Yanvar metrosunun ətrafında olan çayxanalardan birində çay içdiyi vaxt qonşu masada əyləşən Təqsirləndirilən şəxs1 görüb salamlaşmış və eyni masada əyləşmişlər. Təqsirləndirilən şəxs1 və onunla birlikdə həmin masa arxasında Zərərçəkmiş şəxs1 və Şahid2 da olmuşdur. Zərərçəkmiş şəxs1 qəssab kimi tanımışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 Şahid2 FHN-nin X35 Xidmətinin Şəki rayon X35 hissəsinə işə düzəldəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Şahid2 ilə birlikdə Fövqəladə Hallar Nazirliyinə gedib, oradan Orxanın işə düzəlməyi haqqında sənədi götürüb gətirib ona verəcəyini bildirmiş və Şahid2 ilə birlikdə olduğu çayxanadan çıxıb getmişdir. O isə Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin çayxanada onların geri qayıtmalarını gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 və Şahid2 birlikdə onları gözlədiyi çayxanaya geri qayıtmış, Təqsirləndirilən şəxs1 üzərində Şahid2 şəkili olan FHN-nin məktubunu Zərərçəkmiş şəxs1 vermişdir. Zərərçəkmiş şəxs1 məktubu Təqsirləndirilən şəxs1 götürüb onun üçün oxumağını xahiş etmişdir. O da məktubu Zərərçəkmiş şəxs1 oxumuş və ona həmin məktubun surətini çıxartdırıb özündə saxlamasını tövsiyə etmişdir. Bundan başqa qeyd etdi ki, Təqsirləndirilən şəxs1 israr etdiyi kimi, ondan 150 manat borc almamış, Təqsirləndirilən şəxs1 onu şahidlik etdiyi təqdirdə şərləyəcəyinə demişdir. Şahid2 məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 tanıyır. Təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ilə birlikdə Şəki Rayon Məhkəməsində olmuşdur. Məhkəmədən çıxdıqdan sonra Füzuli ilə birlikdə Şəki şəhərindəki “Kapital Bank”ın qarşısına getmişlər. Füzuli orada yaşıl rəngli avtomobilə yaxınlaşaraq onun yanında cibindən pul çıxarıb sayıb, 3300 manat olduğunu deyib, avtomobilin sükanı arxasında əyləşmiş şəxsiyyəti sonradan ona məlum olan X12 vermişdir. Həmin vaxt avtomobildə şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 və X11 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. 2019-cu ilin noyabr ayında Şəki rayonu Kiçik Dəhnə kənd sakini Elman Bəkirov və Təqsirləndirilən şəxs1 həmkəndlisindən Niva markalı avtomobili alan zaman onunla tanış olmuşdur. Əfsanə atası Qəzənfər ilə birlikdə onlarda olan zaman söhbət əsnasında xəstəlik üçün təqaüd düzəldə biləcəyini, bu işlərlə məşğul olduğunu bildirmişdir. Bu söhbətdən bir müddət sonra Füzuli ona oğlu Bəhruzun xəstəliyin vaxtını bitməsini, vaxtını uzatmaq istədiyini demiş, o da Füzuliyə Əfsanənin bu işlərlə məşğul olduğunu demişdir. Birlikdə Əfsanəyə zəng edib Şəki şəhərində olan “Fontan” kafesinə görüşmüşlər. Əfsanə VAZ-2106 markalı avtomobil ilə gəlmiş və avtomobili Elman Bəkirov idarə etmişdir. Söhbət zamanı Əfsanə Füzuliyə kömək edəcəyini demiş, Elman da Əfsanənin dediklərini təsdiqləmişdir. Bundan sonra Füzulidən oğlunun işinin düzəlməsi üçün 500 manat ilkin olaraq pul istəmiş, Füzuli də 500 manat pulu Əfsanəyə vermişdir. Həmin vaxtdan bir müddət sonra isə Füzuli nəsə problem olduğunu, Əfsanənin yenə də 400 manat pul istədiyini ona demişdir. Yenə Füzuli ilə görüşüb “Fontan” kafesinə getmişlər. X58 və Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Onun və Elmanın yanında Füzuli Əfsanəyə 400 manat pul vermişdir. Şahid9 məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun qayınatasıdır. Təqsirləndirilən şəxs1 isə həmkəndlisidir. Təxminən 2018-ci il ildə may ayının əvvəllərində Əfsanə onların evinə gəlmiş, qayınatası Bayramın bank işinə görə pul lazım olduğunu demişdir. Həmin vaxt onların pulu olmadığından qayınatası işinin düzəlməsinə görə qızıllarını götürüb Əfsanəyə vermişdir. Bundan başqa qızılların pulu bəs etmədiyinə görə əlavə taxıl da vermişdir. Taxılın avtomobilə yığılmasında iştirak etmişdir. Bundan sonra isə bir neçə dəfə də qayınatası Bayram işinin düzəlməsi üçün Əfsanəyə pul vermişdir. Lakin sonradan Əfsanənin qayınatası Bayramı aldatmasını, etibarından sui-istifadə edib onun xeyli pulunu ələ keçirməsini anlamışdır. Şahid6 məhkəmə iclasında Zərərçəkmiş şəxs3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi məhkəmə iclasında tədqiq edilməklə elan olundu. Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 2016-cı ildən etibarən yaşadığı yerin yaxınlığındakı torpaq sahəsində yaşayır. Həmin ildən etibarən də Zərərçəkmiş şəxs2 Şəki şəhərinə getməli olduqda ona müraciət etmiş və öz avtomobili ilə onu şəhərə aparıb-gətirmişdir. Təxminən 2019-cu ilin noyabr ayının sonlarında Füzuli zəng edib evlərindən sənəd olduğunu, onu götürüb Əyriçay su anbarının yanına gətirməyini bildirmişdir. Bundan sona isə özünə məxsus VAZ-2107 markalı avtomobil ilə Füzulinin evinə gedib arvadı Fatmadan sənədləri götürüb Əyriçay su anbarının yanına gəlmişdir. O su anbarını yanına çatdıqdan bir müddət sonra Füzuli də yaşıl rəngli VAZ-2106 markalı avtomobil ilə gəlmişdir. Həmin vaxt avtomobildə içərisində kimlərin olduğunu görə bilməmişdir. Avtomobili saxladıqdan sonra Füzuli avtomobildən düşüb yanına gəlmiş və sənədləri götürüb avtomobilə tərəf gedib sənədləri vermiş, daha sonra isə avtomobilə əyləşməklə birlikdə kəndə qayıtmışdır. Bundan başqa təxminən 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs2 yenə də ona müraciət edib işləri ilə bağlı Şəki şəhərindəki ASAN xidmət mərkəzinə getməli olduğunu bildirmiş və razılıq vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə öz avtomobili ilə Şəki şəhərinə gəlmişdir. Birlikdə ASAN xidmət mərkəzinə getmiş və orada Zərərçəkmiş şəxs2 avtomobildən endikdə onunla birlikdə avtomobildən enmiş və birlikdə avtomobil dayanacağındakı yaşıl rəngli VAZ-2106 markalı avtomobilə yaxınlaşdıqda Zərərçəkmiş şəxs2 yanında cibindən pul çıxarıb sayıb, 3000 (üç min) manat olduğunu deyib, avtomobildə arxa sol tərəfdə əyləşmiş şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs1 vermiş, avtomobildə ön sağ tərəfdə şəxsiyyəti sonradan məlum olan X11, avtomobilin sükanı arxasında şəxsiyyəti sonradan məlum olan X21 əyləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 gedib avtomobili gətirməyi tapşırdığından oradan uzaqlaşıb avtomobilin yanına getmişdir. Zərərçəkmiş şəxs2 isə orada qalmışdır. Sonradan söhbət zamanı Zərərçəkmiş şəxs2 həmin pulu Təqsirləndirilən şəxs1 12 hektar torpaq sahəsi üçün reyestrdən çıxarış alıb ona verməsindən ötrü verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 24 iyul 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddələr ilə оnа ittihаm elаn edilmişdir. 24 iyul 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 oktyabr 2020-ci il tаrixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittihаm elаn edilmisi üçün axtarışa elan edilmişdir. 10 dekabr 2020-cu il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutularaq Şəki ŞRPŞ-nin X40 təhvil verilmişdir. 12 dekabr 2020-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə 10 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 25 dekabr 2020-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 habsdə saxlanma müddəti bir ay müddətinə, yəni 01 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək uzadılmışdır. 21 yanvar 2021-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətinin uzadılmasına dair təqdimat təmin edilməmiş və həmin tarixdə Təqsirləndirilən şəxs2 həbsdən azad edilmişdir. 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş 12 may 2020-ci il tarixli tələbnamədən və Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci tarixli, 1(107)-85/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 32.4,320.1-ci maddəsi ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına və CM-nin 320.2-ci maddəsi ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, CM-nin 66.2ci maddəsinə əsasən həmin Məcəllənin 32.4,320.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzası və CM-nin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətə islah işləri cəzasının azadlığın məhdudlaşdırılması cəzasına iki günə bir gün bərabər tutulmaqla 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) günü, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən iki günə bir gün bərabər tutulmaqla 06 (altı) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(107)-66/2019 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,320.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(107)-66/2019 nömrəli qərarından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 1(102)-128/20 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(107)-66/2019 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci tarixli, 1(107)-85/2020 saylı qərarı ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, CM-nin 32.4,320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə və CM-nin 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 üzərində təqsirli bilindiyi maddələrin məcmusu üzrə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Abşeron Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) günü, CM-nin 66.5 və 68.1.3-cü maddələrinə əsasən, azadlıqdan məhrumetmənin bir gününə islah işləri cəzasının dörd günü bərabər tutulmaqla 03 (üç) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzаsı qərarla təyin edilmiş cəzaya qismən birləşdirilmiş və o, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə barəsində təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzаsından çəkdiyi 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün, CM-nin 69.3-cü maddəsinə əsasən iki gün bir günə bərabər tutulmaqla 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası qərarla ona təyin edilmiş cəzadan çıxılaraq, o, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 79-cu maddəsi tətbiq edilərək, qərarla ona qəti cəza kimi təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməsi 06.04.2022-ci il tarixədək təxirə salınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş 12 may 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyib sonuncunu özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir. Üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyib sonuncunu özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir. Üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyib sonuncunu özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir. Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 08 may 2020-ci il tarixli, 225 nömrəli rəydən məlum olur ki, “...Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 halhazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır...” Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 262 №li, 05.05.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 261 №li, 05.05.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 395 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayonu kiçik Dəhnə kəndində yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)-85/2020-ci il saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 29.03.2001-ci il təvəllüdlü X38 və 06.04.2008-ci il təvəllüdlü X33 adlı iki uşağı vardır. 13 oktyabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 06.10.2021-ci il təvəllüdlü X13 adlı övladı vardır. Şəki şəhər İHB-nin Qoxmuq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 64 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Şəki rayonu Qoxmuq kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 İİİ dərəcə əlildir. Əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Şahid1 09.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun yanında Zərərçəkmiş şəxs1 verdiyi məktubun surəti olduğunu bildirmişdir. Şəki Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 barəsində Şəki Rayon Məhkəməsinin icraatında 2018-ci il ərzində mülki, cinayət və ya inzibati xarakterli material olmamışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 22.05.2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 barəsində cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmamışdır. Mingəçevir ŞRPŞ-nin 23.05.2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 barəsində Mingəçevir şəhər polis şöbəsində material olmamışdır. Abşeron Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli məktubundan görünür ki, 2018ci ildə Zərərçəkmiş şəxs3 barəsində Abşeron Rayon Məhkəməsinin icraatına cinayət, mülki və inzibati qaydada iş daxil olmamış və baxılmamışdır. Nəsimi Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 tərəf olduğu mülki, inzibati və ya cinayət işinə baxılmamamışdır. Şəki Rayon Prokurorluğunun 20.08.2020-ci il tarixli məktubundan görünür ki, 2018-ci ilin aprel-iyul ayları ərzində Təqsirləndirilən şəxs1 Şəki Rayon Prokurorluğunun hesabına 800 (səkkiz yüz) manat pul köçürməmiş, həmçinin Zərərçəkmiş şəxs3 barəsində rayon prokurorluğunda araşdırma aparılmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri; Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətmişlər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı cinayət əməlini etiraf etməyərək özlərini təqsirli bilməmələrinə tənqidi münasibət bəsləyərək qeyd edir ki, onların törətdikləri cinayət əməlləri yuxarıda şərh olunan sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla tam təsdiq edilir. Məhkəmə zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə ziyanın ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinin ictimai təhlükəlilik dərəcəsi (epizodların çoxluğu, məhkəmənin və digər qurumların adından istifadə etməklə orqanları nüfuzdan salınması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)-85/2020 nömrəli qərarı ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən yeni təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 təyin edilən cəzanı Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərarı ilə təyin olunan cəza ilə Konstitusiya Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qərarına əsasən CM-nin 67.1-ci maddəsi ilə toplanmasına dair təklifinə münasibətdə məhkəmə bildirir ki, Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərarı qüvvədə olduğu və həmin qərarla təyin olunan cəza dəyişdirilmədiyi halda cəzaların toplanması CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla mümkün olardı. Halbuki, Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən olunan cəza hazırda mövcud deyil. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində olan Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmünü qüvvədə saxlanılmasına dair Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarı ilə ləğv olunduğundan və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını müəyyən edən, cəzanın icrasını təxirə salan Şəki Apellyasiya Məhkəməsinin qərarı 17.06.2020-ci il tarixdə qüvvəyə mindiyindən hazırkı hökmlə təyin olunan cəza Şəki Apellyasiya Məhkəməsinin 17.06.2020ci il tarixli qərarı ilə təyin olunan cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri barəsində çıxarılan Şəki Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli qərarından öncə törədildiyindən Şəki Apellyasiya Məhkəməsinin qərarı cəzanın icrası hissəsində nəzərə alınmalı və hazırkı hökmlə təyin edilən cəzanın icrası Şəki Apellyasiya Məhkəməsinin 17.06.2020-ci qərarı ilə müəyyən olunan tarixədək, Təqsirləndirilən şəxs1 himayəsində olan 06.04.2008-ci il təvəllüdlü övladı X33 on dörd yaşına çatanadək, yəni 06.04.2022-ci il tarixədək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİİ dərəcə əlil olmasını onun cəzasının yüngülləşdirici hal kimi qəbul edir. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həbsdə olduğu müddət nəzərə alınmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə aşağıdakılara görə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası qismən, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsinə dair mülki iddiası tam və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 9800 (doqquz min səkkiz) manat maddi ziyanlığın, 4900 (dörd min doqquz yüz) manat əldən çıxmış faydanın, 1000 (bir min) manat mənəvi ziyanlığın, oğlu Qəfərov Bəhruzun pensiyasının düzəldilməsinə görə 3000 (üç min) manatın, ümumilikdə 18700 (on səkkiz min yeddi yüz) manatın alınaraq ona ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 9800 (doqquz min səkkiz) manat məbləğində maddi ziyanın vurulması ilə əlaqədar ittiham elan olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməmiş 9800 (doqquz min səkkiz) maddi ziyanın, 1000 (min) manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsini əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 9300 (doqquz min üç yüz) manat maddi, 50000 (əlli min) manat mənəvi zərər və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 59330 (əlli doqquz min üç yüz otuz) manatın alınaraq ona ödənilməsini tələb edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 9300 (doqquz min üç yüz) manat məbləğində maddi ziyanın vurulması ilə əlaqədar ittiham elan olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməmiş 9300 (doqquz min üç yüz) manat məbləğində maddi ziyanın, 1000 (min) manat məbləğində mənəvi zərərin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsini əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində məbləğində dövlət rüsumu olmaqla, cəmi 25900 (iyirmi beş min doqquz yüz) manat pulun alınaraq ona ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyanın vurulması ilə əlaqədar ittiham elan olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməmiş 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübutun və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)- 85/2020 nömrəli qərarı ilə qəti olaraq təyin edilmiş və 06.04.2022-ci il tarixədək icrası təxirə salınmış 01 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplansın. Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)-85/2020 nömrəli qərarı nəzərə alınsın və Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməsi, himayəsində olan 06.04.2008-ci il təvəllüdlü övladı X33 on dörd yaşına çatanadək, yəni 06.04.2022-ci il tarixədək təxirə salınsın. Hökmün icrasına bu hissədə nəzarət Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü mаddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 10 dekabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 20 dekabr 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 9800 (doqquz min səkkiz yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 10800 (on min səkkiz yüz) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia tələbinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 sənədlərin alınıb zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 verilməsi hissəsində baxılmamış saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 25900 (iyirmi beş min doqquz yüz) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 9300 (doqquz min üç yüz) manat məbləğində maddi ziyanın, 1000 (min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 10300 (on min üç yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübutun və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar