Məhkəmə qərarları › İş №1(075)-42/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-42/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-42/2022 21.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünsan X7, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçının) nümayəndəsi X8, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Baxtiyar oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1959-cu ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Baxtiyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM-nin) 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Baxtiyar oğlu CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs Baxtiyar oğlu qəsdən, qeyriləri ilə tamah məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, "Yaşıllıqların Mühafizəsi" haqqında Azərbaycan Respublikası 2 may 2014-cu il tarixli qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı 30 avqust 2016-ci il tarixli " Yaşıllıqların götürülməsi Qaydası” sı ilə müəyyən edilmiş əsaslar olmadan 2021-ci ilin oktyabr ayının əvvəllərində vahid niyyətlə meşə fonduna daxil olmayan, Şəki rayonu, Cumakənd kənd ərazisində, Şəki rayonu Cumakənd Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində 64 sm diametrdə 1600 manat dəyərində 01 ədəd yaş köküstə qovaq və Şəki rayonu, Cumakənd kənd ərazisində, Əyriçayın Mühafizə zolağında yerləşməklə dövlət mülkiyyətinə aid olan torpaq sahəsində 26 sm diametrdə 250 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 250 manat olmaqla cəmi 500 manat dəyərində 28 sm diametrdə 02 ədəd, 30 sm diametrdə 300 manat dəyərində 01 ədəd, 34 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 36 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 40 sm diametrdə 400 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 500 manat olmaqla cəmi 1000 manat dəyərində 42 sm diametrdə 02 ədəd, 44 sm diametrdə 600 manat dəyərində 01 ədəd, 48 sm diametrdə 800 manat dəyərində 01 ədəd, 54 sm diametrdə 1100 manat dəyərində 01 ədəd və 76 sm diametrdə 2200 manat dəyərində 01 ədəd olmaqla cəmi 7850 manat dəyərində olan 13 ədəd yaş köküstə qovaq olmaqla ümumilikdə 9450 manat dəyərində 14 ədəd yaş köküstə qovaq cinsinə məxsus ağacların kəsməsi nəticəsində təbiətə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Baxtiyar oğlu CM-nin 259.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ağdam rayon sakini X2 əvvəllər tanımış, həmin şəxs yaşadıqları kəndə gələrək yeşik üçün ağac almışdır. O, da kəsilməli ağacları tapıb yiyəsi ilə danışıb ağacın kubunu 50 manata razılaşdıqdan sonra Şahlara bu barədə məlumat verib, Şahlar da özü ilə adam gətirib ağacı kəsib aparıbdır. Şahlar hər səfər ağac tapdıqda 40-50 manat ona pul verib. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Şəki rayonu, Cumakənd kənd ərazisindəki kafedə olan zaman həmin kənd sakini Səfəri görmüş, Səfərin yanında olan Mustafa ilə də tanış olmuşdur. Söhbət əsnasında Mustafa kəsilməli ağaclar olduğunu deyib alıcı tapmasını xahiş etmişdir. O, isə Mustafaya Şahları tanıdığını, Şahlarla danışıb Mustafaya məlumat verəcəyini demişdir. Mustafa kəsiləsi ağacların qovaq ağacı olduğunu bildirib, onlara görə 800 manat pul istəmiş, o, da bu barədə zəng edib Şahlara demişdir. Daha sonra Şahlarla Mustafa özləri danışmış 740 manata razılaşmışlar. Bundan sonra yenidən Şahlarla danışmış, Şahlar ona ağaclar üçün drujbaçı, fəhlə və Kamaz göndərəciyini, 740 manat pulu isə Kamazın sürücüsü verəcəyini ona demişdir. Qax rayonundan qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı Vaz-2106 markalı avtomobil ilə 4 nəfər şəxs gəlmişdir. Həmin şəxslərdən adının Fuad olduğunu bildiyi oğlanın drujbaçı, digər adlarını bilmədiyi şəxslərin isə fəhlə kimi gəlmişlər. Drujbaçını da fəhlələri də, o, dəvət etməmişdir. Əvvəldən də onları tanımamışdır. Bundan sonra ağacların yerləşdiyi torpağın sahibi Adil Fuadı və yanında olan şəxsləri ağacların yerləşdiyi sahəyə aparmışdır. O, isə yolun kənarından ağaclara baxmış və ağacların Əyriçayın kənarında yerləşdiyini görmüşdür. Fuad və yanında gələn şəxslər 2 gün ərzində 14 ədəd qovaq ağacını kəsib bitirmişdir. Balakən rayonundan adını bilmədiyi 20-25 yaşlarında Kamaz sürücüsü gəlmiş və Şahların ona 1200 manat pul verdiyini demişdir. Həmin gün 1200 manat pulu sürücüdən götürüb ağacların kəsilməsinə görə 740 manatını Mustafaya, 400 manat isə Fuada vermişdir. Kəsilmiş ağacların Kamaza daşınması üçün traktoru da Mustafanın qudası Səfər gətirmişdir. Həmin gün axşam radələrində kəsilmiş ağaclar Kamaza yüklənib Ağdama yollanmışdır. Puldan ona 60 manat qalmışdır ki, onun da 20 manatını taksiyə vermişdir. Onun qazancı cəmi 40 manat olmuşdur. Ağacları satan da bəllidir, allan da, kəsən də. Maddi imkanı olmadığı üçün ağacların kəsilməsi ilə bağlı təbiətə vurulmuş ziyanlıq tərəfindən ödənilməmişdir. Lakin onun payına düşən hissəsini gələcəkdə ödəyə bilər. Bütün qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X14 ifadəsində göstərmişdir ki, Azərbaycan Respubliksı ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləyir. 2021-ci ilin oktyabr ayında Şəki rayonu Cumakənd kənd ərazisində 14 ədəd qovaq ağacının kəsilməsi barədə idarə rəhbərliyi tərəfindən Baş Prokurorluğa məlumat verilmiş, həmin əraziyə baxış keçirilməsi müfəttiş Şahid11 həvalə edilmiş və baxış zamanı Şəki rayonu, Cumakənd kənd sakinləri Şahid2 və Şahid3 istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla 1 ədəd 26 sm, 2 ədəd 28 sm, 1 ədəd 30 sm, 1 ədəd 34 sm, 1 ədəd 36 sm, 1 ədəd 40 sm, 2 ədəd 42 sm, 1 ədəd 44 sm, 1 ədəd 48 sm, 1 ədəd 54 sm, 1 ədəd 64 sm, 1 ədəd 76 sm diametrli, cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparıldığı və nəticədə təbiətə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində, yəni külli miqdarda ziyan vurulduğu müəyyən edilmişdir. Kəsilmiş ağaclarla bağlı Azərbaycan Respubliksı ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş, hadisə yerinin müayinəsi zamanı 26 sm diametrdə 250 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 250 manat olmaqla cəmi 500 manat dəyərində 28 sm diametrdə 02 ədəd, 30 sm diametrdə 300 manat dəyərində 01 ədəd, 34 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 36 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 40 sm diametrdə 400 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 500 manat olmaqla cəmi 1000 manat dəyərində 42 sm diametrdə 02 ədəd, 44 sm diametrdə 600 manat dəyərində 01 ədəd, 48 sm diametrdə 800 manat dəyərində 01 ədəd, 54 sm diametrdə 1100 manat dəyərində 01 ədəd və 76 sm diametrdə 2200 manat dəyərində 01 ədəd olmaqla cəmi 7850 manat dəyərində olan 13 ədəd yaş köküstə qovaq olmaqla ümumilikdə 9450 manat dəyərində 14 ədəd yaş köküstə qovaq cinsinə məxsus ağacların kəsməsi nəticəsində təbiətə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində, yəni külli miqdarda ziyan dəydiyi müəyyən olunmuşdur. Dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs Baxtiyar oğlu tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbədən Təqsirləndirilən şəxs Baxtiyar oğlundan şikayətçidir. Mülki iddianı müdafiə edir, təmin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs Baxtiyar oğlunun qanunamüvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, rəsmi olaraq 2020-ci ildən etibarən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttiş vəzifəsində işləmiş, əsas vəzifəsi rəhbərliyin müvafiq sərəncamları əsasında ekoloji pozuntularla bağlı daxil olmuş məlumat və şikayətlərin araşdırılması, mütəmadi reydlərin keçirilməsi, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etməkdən ibarət olmuşdur. ETSN-dən daxil olmuş, həmçinin sosial şəbəkələrdə yayılmış məlumat əsasında Şəki ayonu, Cumakənd kəndində, Əyriçayın kənarında qanunsuz kəsilmiş ağaclara tərəfindən 29 oktyabr 2021-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı qeyd olunan ərazidə 1 ədəd 26 sm, 2 ədəd 28 sm, 1 ədəd 30 sm, 1 ədəd 34 sm, 1 ədəd 36 sm, 1 ədəd 40 sm, 2 ədəd 42 sm, 1 ədəd 44 sm, 1 ədəd 48 sm, 1 ədəd 54 sm, 1 ədəd 64 sm, 1 ədəd 76 sm, diametrli, cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparılması, nəticədə təbiətə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Həmin ağacların kəsilməsi nəticəsində dəymiş ziyanlığın müəyyən edilməsi Nazirlər Kabinetinin 421 nömrəli qərarına əsasən hesablanmışdır. Ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmamış, işlədiyi idarəyə bu barədə heç bir rəsmi müraciət edən olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmır. Onun xurma bağı var. Buna görə də həyətyanı sahələrdən ağaclar alır və həmin ağaclardan yaşadığı Ağdam rayonu, Əfətli kəndində olan sexində xurma üçün taxta yeşikləri hazırlayır. Şəki rayonu Baş Göynük kənd sakini Orucu da bu işlərlə bağlı tanımış, əvvəllər bir-iki dəfə Orucdan çinar ağacı almışdır. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Oruc zəng edərək kənddə həyətyanı sahədən kəsilmiş ağac olduğunu, alıbalmadığını soruşmuşdur. Ehtiyacı olduğu üçün bir Kamaz maşınını 1500 manata razılışmışlar. Oruca hazır olduqdan sonra xəbər verməsini, Kamaz göndərəcəyini, 1500 manat pulu da sürücüyə verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Oruc zəng edib ağacların hazır olduğunu demişdir. Elə həmin gün Sakit adlı Balakən rayon sakini kimi tanıdığı Kamaz sürücüsünə zəng edib Oruc ilə əlaqə saxlayıb kəsilmiş ağacları götürərək Ağdamdakı sexə aparmasını, həmçinin Sakitdən Oruca 1500 manat pul verməsini, sexə ağacları apardıqdan sonra oradan 1500 manat pulu götürməsini xahiş etmişdir. Fəhlələrlə, o, danışmamış, Oruc danışıb razılaşmışdır. Mustafa adlı şəxsi də tanımır. O, ağacların harada olmasını bilməmiş, ağacların olduğu yerə getməmiş, Oruc ona icra nümayəndəsi ilə razılaşdığını, ağacları kəsmək üçün fəhlə tapdığını bildirmiş, həmin şəxslərlə tanışlığı olmamış və onları görməmiş, Kamaz sürücüsü Sakit alı şəxslə özü danışıb ağacları aparması barədə razılaşmışdır. Ağacları Fuad adlı şəxsin kəsdiyini bilsə də, həmin şəxlə Oruc danışmış və ona ödənişi Oruc vermişdir. O, Fuadı görməmiş və onunla görəcəyi iş barəsində danışmamışdır. Ağacların həyətyanı sahədən olduğunu bildiyindən hər hansı bir sənəd tələb etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, atasına məxsus Kamaz markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, həmin Kamazla müxtəlif şəxslərin yüklərini daşıyıb pul qazanır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Yevlax rayonu Xaldan kəndində kərpic zavodunda olan zaman Samir adlı tanışı Şəki rayonu, Cumakənd kəndində kəsilmiş ağacların olduğunu, həmin ağacları Şəki rayonundan götürüb Ağdam rayonuna aparmaq lazım olduğunu, həmin ağacların aparılması üçün Şahlar adlı şəxsin 250 manat pul verdiyini bildirmişdir. O, da Samirdən həmin ağacların kəsilməsində problem olub olmaması barədə soruşduqda Samir heç bir problem olmadığını demiş və orada Oruc adlı şəxsin olacağını, Orucun ağacları kəsib maşına yüklətdirəcəyini, yalnız ağacları Ağdama aparıb pulunu alacağını ona demiş və o, da razılaşmışdır. Bundan sonra o, Şahlar ilə əlaqə saxlamış, Şahlar ona taksi ilə 1400 manat pul göndərəcəyini, həmin pulu Oruca verəcəyini, ağacları Ağdama apardıqdan sonra orada ona 250 manat pul veriləcəyini demiş və onlar razılaşmışlar. Şahlar ona Kamaz dolmamış Oruca pul verməməsini demişdir. Həmin gün tanımadığı taksi ilə Şahlar ona 1400 manat pul göndərmiş, o, Şəki rayonu, Cumakənd kəndində gedib Kamazı İsmayıl dayının kafesinin qarşısında saxlamış və Samirin verdiyi nömrə ilə Orucla əlaqə saxlayıb Kamazı burda qoyub Balakən rayonuna getdiyini bildirmişdir. Oruc Şahların verdiyi pulu istədikdə ona Balakən rayonuna getdiyini, pulu geri qayıtdıqda verəcəyini demişdir. Balakən rayonuna getdikdən sonra səhərisi günü Oruc zəng edib Kamazın yükləndiyini bildirib gəlməsini, pulu paylamaq lazım olduğunu demişdir. Gəldikdən sonra Kamazın yükləndiyini görüb 1400 manatı Oruca vermişdir. Ağaclar kəsiləndə və maşına yığılanda orada olmamışdır. Maşın artıq yığıldıqdan sonra əraziyə gəlmiş, ərazidən çıxıb getmək istəyəndə isə maşın batmışdır. Oruc traktor gətizdirmiş və maşın cıxartmışlar. Həmin vaxt hətta onu aparıblar Cumakəndin polis sahə müvəkkilinin yanına. Orada onu sorğu-sual edən zaman Oruc gəlmiş və bundan sonra onu buraxmışlar. Ağacların kəsilməsindən sahə müvəkkilinin də xəbəri olmuşdur. Daha sonra yükü Ağdam rayonuna aparmışdır. Ağacları Ağdam rayonu, Əfətli kəndində yaşayış evinə aparıb həyətə boşaltmış, həmin vaxt isə tanımadığı oğlan 250 manat ona pul vermişdir. İbditai istintaqda Şahların ona göndərdiyi və onun Oruca veriyi məbəğ 1500 manat göstərilsədə əslində həmin məbləğ 1400 manat olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Vaz-2106 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 2021-ci ilin oktyabr ayının əvvəllərində kənd ərazisində olan zaman Orucu iki dəfə Cumakənd kəndinə aparmış, onu kənddə gözləmiş və geri qaytarmışdır. Hər dəfəsində Oruc ona 5-6 manat pul vermişdir. Orucu Cumakənd kəndində sahəlik hissəyə, çayın kənarına aparmış, ilk dəfə gedəndə orada olan ağaclardan bir neçəsi kəsilmiş, ikinci gün gedəndə isə artıq ağaclar Kamaza yüklənmiş formada olmuşdur. Bundan başqa baş verənlər barədə məlumatı olmamışdır. Mustafa Əliyevin icra nümayəndəsi olduğunu eşitmiş, lakin onunla heç bir münasibəti olmamış, Orucu maşın batan vaxtı kənd sovetliyinə Orucun deməsinə görə Mustafanın yanına aparmamışdır. Lakin oların söhbət etdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Şəki rayonu Baş Göynük kənd sakini Orucu tanıyır. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Oruc ona zəng edərək Şəki rayonu, Cumakənd kəndində, Əyriçayın yanında kəsiləsi ağacların olduğunu bildirmişdir. Oruc əvvəllər bir neçə dəfə pul məsələsində onu aldatdığına görə ona inanmayıb ağac kəsməyə razılıq verməmişdir. Həmin gün ikinci dəfə Oruc zəng edib gəlməsi barədə israrlı olduqda ondan ağacları kimin almasını soruşmuş, Oruc həmin ağacları Şahların aldığını bildirmiş və o, da Şahları əvvəlcədən tanıdığı və onunla münasibəti yaxşı olduğu üçün Şahlardan Oruc vermədiyi halda pulu alacağını fikirləşib razılıq vermişdir. Oruc ilə həmin vaxt pul danışıb razılaşmamış və buna səbəb artıq qiymətlərin hamı tərəfindən bilinməsi olmuşdur. Belə ki, Kamaza vurulan hər cərgə ağacların kəsilməsinə görə 40 manat pul alınır ki, həmin pula benzin pulu, daşıma pulu, fəhlə pulu, kəsim pulu və yemək pulu daxildir. Oruc ilə danışan zaman ondan ağacların bələdiyyə torpaq sahəsində olub-olmadığını soruşmuş, o, da yonca sahəsi olduğunu, icra nümayəndəsi ilə danışdığını, heç bir problem olmadığını bildirmişdir. Orucla bu barədə danışan zaman yaşadığı kənddə kafedə olmuş, yanında dostları və birlikdə işlədiyi Qax rayonu, Zərnə kənd sakinləri Əmrah və Orxan olmuşdur. İşlərin görülməsi ilə bağlı Əmrah və Orxanla danışıb razılaşmış, əlavə olaraq Zərnə kənd sakini İlham adlı oğlan da onlarla birlikdə getməyə razılıq vermişdir. Bundan sonra səhərisi gün Əmraha məxsus qara rəngli, Vaz-2106 markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonundan Şəki rayonu, Cumakənd kəndinə, İsmayıl dayının kafesi deyilən yerə gəlmişlər. Həmin vaxt orada onları Oruc qarşılamış, onları avtomobillə ağacların yerləşdiyi sahəyə aparmışdır. Həmin əraziyə getdikdən sonra Oruc kəsəcəyi ağacları konkret olaraq bir-bir göstərmişdir. Orucun dediyi ağacların təxminən yarısını kəsdikdən sonra olduğu yerdə, 62 sm uzunluğunda doğrayaraq evə qayıtmış və səhərisi gün yenə də həmin sahəyə gəlib ağacların qalanını kəsib bitirmişdir. Ümumilikdə 2 gün ərzində 14 ədəd qovaq ağacı kəsmişdir. Kamazı sürücü avtomobil yolundan sahələrə tərəf 100-150 metr daxil olduqdan sonra saxlamış, yer palçıq olduğuna görə sahəyə, ağacların kəsildiyi yerə gələ bilməmişdir. Ağacları kəsdikdən sonra tanımadığı, bir nəfər şəxs ağacları Kamazın yanına daşıması üçün traktoru ilə birlikdə gəlmişdir. Hesab edir ki, traktorçunu Oruc çağırmışdır. Ağacları həmin gün kəsdikdən sonra birlikdə traktora yükləmiş və Kamazın yanına aparmışlar və orada isə traktordan götürüb Kamaza yükləmişlər. Oruc 8 cərgə ağac kəsdikləri üçün onlara 320 manat pul vermiş, həmin puldan hər birinə 50 manat olmaqla ümumilikdə 150 manat fəhlə kimi işlədiklərinə görə Əmrah, Orxan və İlhama, 20 manat benzin puluna görə Əmraha vermiş və 150 manat isə özünə götürmüşdür. O, Şahlarla danışmamış, pulu onlara Oruc vermişdir. Oruc ona heç bir sənəd təqdim etməmiş, torpaq sahəsinin kimə məxsus olduğunu soruşduqda, ondan narahat olmamasını, hamı ilə danışıb razılaşdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid12 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o həqiqətən də yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolandırır. Qax rayonu, Ləkit kənd sakini Fuadı tanıyır. Fuad ilə bir neçə dəfə müxtəlif işlərdə birlikdə işləmişlər. 2021-ci ilin oktyabr ayının əvvəllərində kənd ərazisində olan zaman Əmrah ona kəsiləcək ağacların olduğunu və daşımaq lazım olduğunu deyib işləmək istəyib istəmədiyini soruşduqda o onunla razılaşıb işinin olmadığını demişdir. Bundan sonra isə səhərisi günü, səhər radələrində onlar Orxan və Əmrah ilə kənd ərazisində görüşüb Əmraha məxsus qara rəngli, Vaz-2106 markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ləkit kəndində gəlib oradan da Fuadı götürdükdən sonra Şəki rayonu Cumakənd kəndinə gəldikdən sonra İsmayıl dayının kafesi deyilən yerə gəlmişlər. Bir qədər sonra Oruc həmin kafeyə gəlmiş və onlar birlikdə Əmrahın maşınıyla sahəyə getmişlər. Həmin sahəyə gəldikdən sonra Oruc Fuada həmin ağacların yerini göstərmişdir. Həmin yerin Əyriçayın kənarında olmasını görmüşdür. Oruc konkret olaraq kəsiləcək ağacları göstərdikdən sonra Fuad özünə məxsus drujba ilə ağacları kəsməyə və doğramağa başlamışdır. Həmin gün ağacların demək olar ki, yarısını kəsmişdir. Fuad ağacları kəsdikcə onlar həmin ağacların şah budaqlarını təmizləyib maşına yükləməyə hazırlayırdılar. Həmin gün axşam radələrinə kimi işlədikdən sonra çıxıb evə getmişlər. Səhərisi günü, yenə eyni qayda da və eyni vaxtda həmin sahəyə gəlib işlərinə davam etmişlər. Həmin gün isə Fuad ağacları kəsib bitirmişdi. Onalr gəldikdən sonra bir qədər keçmişdi ki, tanımadığı, şəxs özünə məxsus Kamaz ilə sahənin yaxınlığına gəlmişdir. Lakin həmin vaxt palçıq olduğuna görə sahəyə girə bilməyib avtomobili yoldan 100-150 metr içəridə saxlamış və yasının olduğunu və avtomobil dolduqdan sonra gələcəyini bildirib getmişdir. Həmin gün Fuad ümumilikdə Orucun göstərdiyi 14 ədəd qovaq ağacını kəsib bitirdikdən sonra həmin ağacları əvvəlcə Orucun gətirdiyi tarktor vasitəsilə Kamazın yanına oradan isə Kamaza yükləmişlər. Həmin gün axşam radələrinə kimi işlədikdən sonra 62 sm uzunluğuna kəsilmiş ağacları Kamaza yükləmişlər. Həmin vaxt Kamazda 8 cərgə olmuş və Kamaz dolmamışdır. Bundan sonra isə cərgəsinə 40 manat hesablamaqla ümumilikdə 320 manat pulu Oruc Fuada vermişdir. Həmin puldan Fuad özünə 150 manat götürüb hər birinə 50 manat vermiş, əlavə Əmrahın maşını ilə gəlib getməklərinə görə 20 manat benzin pulunu ona vermişdir. Daha sonra isə çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı kəndə yerləşən kafedə olan zaman Oruc ona yaxınlaşmış və birlikdə çay içmişlər. Çay içən zaman Oruc ağac işinə baxdığını bildirmiş, birlikdə satmaq üçün ağac tapmasını ondan xahiş etmiş, bu işindən başı çıxmadığı onun təklifi ilə razılaşmamış və çıxıb evə getmişdir. Həmin vaxt Mustafa onların yanında olmamışdır. Səhərisi günü Ağdam rayonuna əsgərlikdə olan oğlunun yanına getmiş, Ağdamda olan zaman Oruc yenidən zəng edib ona satmaq üçün ağac tapdığını, ağacların olduğu yerə baxmaqda ona köməklik etməsini xahiş etmişdir. Həmin gün axşam vaxtı Ağdamdan kəndə qayıtmışdır. Bundan sonra Oruc yenidən zəng edib artıq kəsilmiş ağacları sahədən çıxarmaq üçün traktor lazım olduğunu demişdir. O, da kənd ərazisində yaşayan traktor sürücüsü Telman adlı şəxsi görmüş, ona sahədən ağacları daşımaq üçün traktor lazım olduğunu, daşıya biləcəyini soruşmuş və Telmanla bu barədə razılaşdıqdan sonra Əyriçayın çay hövzəsinin yaxınlığında olan, həmkəndliləri Adil və Söhrabın sahələrinə aparmışdır. Sahəyə gedib çatdıqda Orucun orada olduğunu, ağacların kəsildiyini, əlavə bir neçə şəxsin də olduğunu görmüşdür. Həmin sahəyə çatdıqda Telman ona pulunu kimin verəcəyini soruşmuş, o, da Orucu göstərərək pulu ondan alacağını bildirmiş, Telman və Oruc öz aralarında danışıb razılaşmışlar. Həmin vaxt təxminən orada 1 saat qaldıqdan sonra evə gəlmiş və bundan sonra Orucla heç bir əlaqəsi olmamışdır. Orucun ona 20 manat verməli olsada pul verməmiş, həmin vaxt Mustafa müəllimi orada görməmişdir. Ağacları Oruca o, göstərməmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində göstərmişdir ki, özünə məxsus traktoru ilə kənd ərazisində işləməklə ailəsini dolandırır. 2021-ci ilin oktyabr ayının əvvəllərində kənd ərazisində olan zaman kənd sakini Səfər adlı şəxs ona yaxınlaşıb bir nəfərin doğranmış ağaclarının sahədən çıxarmaq lazım olduğunu, ondan köməklik edə biləcəyini soruşmuş, o, da həmin vaxt pula ehtiyacı olduğuna görə Səfər ilə razılaşaraq onunla birlikdə sahəyə getmişdir. Sahəyə gəldikdə orada bir neçə şəxsin və ətrafda kəsilmiş ağaclar olduğunu görmüş, həmin vaxt Səfərdən kiminlə pul danışacağını soruşmuş, Səfər də Orucu göstərmişdir. Daha sonra isə Oruc kəsilmiş ağacları göstərib fəhlələrin həmin ağacların traktora yükləyəcəyini, həmin ağacları yaxınlıqda olan Kamazın yanına aparacağını bildirmiş və həmin vaxt onunla 40 manat pul müqabilində işin görülməsi üçün razılaşmışdır. Həmin gün fəhlələr ağacları traktora yükləmiş, traktoru yaxınlıqda olan Kamazın yanına aparmışdır. Kamazın yanına getdikdən sonra isə fəhlələr həmin ağacları Kamaza yükləmişlər. Bundan sonra Orucdan 40 manat pul alıb evinə getmişdir. İşi gördürən Oruc olub. Mustafa orada olmayıb, lakin işin sonunda yolun kənarında Mustafa ilə Orucun söhbət etdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 40 ildən çoxdur ki yaşadığı Cumakənd ərazisində olan Əyriçayın ətrafında 50 sot torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsində vərəmir, yonca, kartof əkir və örüş kimi istifadə edir. Həmçinin torpaq sahəsinin ətrafını təxminən 30 ildən çoxdur ki, mal qara girməməsi üçün setka ilə hasarlamışdır. Lakin torpaq sahəsindən istifadə etməsi ilə bağlı heç bir sənədi yoxdur. Qeyd etdiyi ərazidə 50 sot torpaq sahəsinin ətrafında bir neçə qovaq ağacları olmuş, həmin ağaclar iri olduğundan torpağa kölgə salaraq əkdiyi yonca və vərəmirin inkişafına mane olmuşdur. Bu səbəbdən icra nümayəndəsi Mustafaya bir neçə dəfə sahənin kənarlarında olan qovaq ağaclarının budanmasında ona köməklik etməsini xahiş etmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində sonradan adının Oruc olduğunu bildiyi şəxs ona zəng edib daha sonra yanına gəlmiş və sahəsində qovaq ağaclarını kəsmək istədiyini demişdir. Bundan sonra Orucla və yanında olan tanımadığı şəxslə birlikdə onların avtomobil ilə torpaq sahəsinə getmişlər. Onlar sahəyə getdikdən sonra Oruc sahənin ətrafında olan qovaq ağaclarına baxmış və kəsilməsi ilə bağlı razılaşmışlar. Səhərisi günü sahəsinə özünə məxsus avtomobillə gəldikdə Orucun sahədə olduğunu, həmin vaxt orada 5-6 nəfər şəxsin və bir nəfər drujbaçının olduğunu, ağacların kəsilərək bir hissəsinin doğrandığını, bir hissəsinin yerə aşırıldığını, Orucun sahənin girişində kəsilən ağacların yanında olduğunu görmüş, həmin vaxt Orucun yanına gedərək Orucla görüşmüş, təxminən 30 dəqiqə söhbət etdikdən sonra çıxıb getmişdir. Bir müddət sonra Orucu görmüş, Oruc ona ağacların kəsilməsinin bilindiyini demiş, o, da əvəzində bu işin onluq olmadığını, ağaclarını onların kəsdiyini demişdir. Oruc ona pul verməmiş, nə də verəcəyini deməmişdir. Oruc sahəni tanımadığı üçün onunla birlikdə gedib ağacları Oruca göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 40 ildən çoxdur ki, yaşadığı Cumakənd ərazisində olan Əyriçayın ətrafında 50 sot torpaq sahəsindən istifadə edir, əvvəllər həmin torpaq sahəsinin atası yabanı otlarını biçmiş, atası rəhmətə getdikdən sonra isə, o, istifadə edir. Sahənin otu biçildikdən sonra həmin sahə örüş kimi istifadə edilmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Oruc ona zəng etmişdir. Orucun bacısı kənddə ailəli olduğuna görə kənd ərazisində onu bir neçə dəfə görmüş və tanımışdır. Oruc ondan sahəyə gəlməsini xahiş etmişdir. Sahəyə getdikdə orada qara rəngli Vaz-2106 markalı avtomobilin, təxminən 500 metr məsafədə isə Kamazın olduğunu, azı 3-4 nəfər şəxsin olduğunu görmüş və kənardan drujba səsini gəldiyini eşitmişdir. Sahəyə çatdıqda Orucu sahənin kənarında çay hövzəsində olan iri qovaq ağacının yanında görüb, yanına gedib salamlaşmış və sonra söhbət edən zaman Oruc kamazın dolmayacağı halda bu iri qovaq ağacını kəsəcəyini bildirmişdir. O, Oruca ağac işinin çətin olduğunu, qorxduğunu, ağacı əkmədiyini və bu məslənin onluq olmadığını Oruca bildirmiş və çıxıb getmişdir. Bundan xeyli müddət sonra sahəyə getdikdə Orucun həmin qovaq ağacını, həmçinin onun aşağı hissəsindəki ağacları da kəsdiyini görmüşdür. Oruc ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, Şəki rayonu, Cumakənd İƏD nümayəndəsi vəzifəsində işləyir. Təxminən 25-26 oktyabr 2021-ci il tarixdə sosial şəbəkələrdə ona qarşı şər və böhtan xarakterli, yəni hansısa ağaclara qarşı soyqırım apararaq həmin ağacları kəsdirməsi barədə məlumatlar yerləşdirildiyini görümüşdür. Hər hansı ağacın kəsilməsinden məlumatı olmamış, bununla bağlı hər hansı şəxsə tapşırıq verməmişdir. Ağacların kəsilməsi ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, həmin ağacları Şəki rayonu, Baş Göynük kənd sakini Oruc adlı şəxs tərəfindən gətirilmiş bir neçə Qax rayon sakinləri tərəfindən kəsilmişdir. Onun ağacların kəsilməsi barədə başqa məlumatı yoxdur. Ağac satmamış, heç kəsdən o, cümlədən Orucdan pul almamış, ümumiyyətlə bu hadisə ilə bağlı onun məlumatı olmamış, ağacların kəsilməsi prosesini görməmiş, prosesdə iştirak etməmişdir.. Ancaq onu bildirmək istəyir ki, həmin ərazidə bütün ağacları kəsdirib satdıran şəxs Orucdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi vəzifəsində işləyir. 11 mart 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 259.3cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Aərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə Şahid2, X16, Şahid8, Şahid3, X4, Şahid9, Şahid5, Şahid7, Şahid12, Şahid6 və Şahid1 dair hissə üzrə ayrıca icraatda cinayət işi ayrılmışdır. Hazırda həmin iş onun icraatındadır. Lakin cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin ayrılması və dayandırılmasının səbəbini izah edə bilmir. Lakin qeyd edir ki, yaxın günlərdə icraat təzələncək və həmin şəxslər məhkəməyə veriləcəklər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 73235 saylı aktından görünür ki, Şəki rayonu, Cumakənd kəndinə, Əyriçay çayının kənarına 30 oktyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı 14 ədəd müxtəlif diametri qovaq ağaclarının 20-25 gün əvvəl kəsilməsi, həmin ağacları Şəki rayonu, Göynük kənd sakini Oruc adlı şəxs kəsməsi, 14 ədəd qovaq ağacına görə təbiətə dəymiş ziyanlığın ümumilikdə 9450 manat olması qeyd edilmişdir. (cild İ, iş.v 12) xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, Şəki rayonu Cumakənd kənd ərazisində, Əyriçay çayın kənarında 14 ədəd qovaq ağacının kəsilməsi müəyyən edilmiş, həmin ağacların hər birinin diametri mütəxəssis tərəfindən ölçülməklə qeyd edilmiş, bu barədə fotocədvəl tərtib edilib protokola əlavə edilmişdir. (cild İ, iş.v 26-44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8950 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əlavədən istifadə edilməklə, tikinti və abadalşdırma məqsədi istisna olunmaqla ümumilikdə 14 ədəd müxtəlif diametrli qovaq ağaclarının qanunsuz götürülməsinə (kəsilməsinə) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 9450 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 70 manatdır. (cild İ, iş.v 104-106) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/1267 saylı Məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, 993 və 994 nömrəli aktına əsasən Şəki rayonu Cumakənd kənd sakinləri Şahid2 və Şahid3 istifadə etdiyi bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, əyriçay çayının mühafizə zolagından köküstə yaş olmaqla 1 (bir) ədəd 26 sm, 2 (iki) ədəd 28 sm, 1 (bir) ədəd 30 sm, 1 (bir) ədəd 34 sm, 1 (bir) 36 sm, 1 (bir) ədəd 40 sm, 2 (iki) ədəd 42 sm, 1 (bir) ədəd 44 sm, 1 (bir) ədəd 48 sm, 1 (bir) ədəd 54 sm, 1 (bir) ədəd 64 sm, 1 (bir) ədəd 76 sm diametrli (cəmi 14 ədəd) qovaq cinsinə məxsus ağacların qanunsuz olaraq təxminən 20-25 gün əvvəl kəsirlərək aparılması faktı aşkar olundu. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. (cild İ, iş.v 111-112) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 30 dekabr 2021-ci il tarixli, **********40 nömrəli məktundan görünür ki, qovaq ağaclarının yerləşdiyi müayinə edilən torpaq sahəsinin bir hissəsi Şəki rayonu Cumakənd bələdiyyəsinin mülkiyyətinə məxsus torpaqlarda, digər hissəsi Əvri çayın mühafizə zolağında yerləşməklə dövlət mülkiyyətinə aid olan torpaq sahələrində yerləşir. (cild İ, iş.v 119) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Baxtiyar oğlu məhkum olunmamışdır. (cild İ, iş.v 196) “Şəki rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 04 fevral 2022-ci il tarixli, 209/1 saylı məktubundan görünür ki, Şəki rayonu, Baş Göynük kənd sakini Təqsirləndirilən şəxs Baxtiyar oğlu “Şəki MRX” publik hüquqi şəxsin Narkoloji kabnetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (cild İ, iş.v 223) xx.xx.2022-ci il tarixli, **********55 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən daxil olmuş məktubdan və ona əlavə edilmiş sxematik plandan görünür ki, Şəki rayonu, Cumakənd kəndi ərazisində kəsilən ağaclardan bir ədədi Şəki rayonu, Cumakənd bələdiyyəsinin mülkiyyətində, digər ağaclar isə dövlət mülkiyyətinə aid torpaq sahəsindədir, həmin ağacların yerləşdiyi torpaq sahələri sxematik plan üzrə ayrı-ayrılıqda qeyd edilmişdir. (cild İ, iş.v 224-225) xx.xx.2021-ci il tarixdə baxış protokolundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən daxil olmuş sxematik plana əsasən Şəki rayonu Cumakənd kənd ərazisində kəsilmiş 14 ədəd qovaq ağacının yalnız 1 ədədi Şəki rayonu Cumakənd Bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşir, həmin ağacın diametri 64 sm olmaqla həmin ağacın kəsilməsi nəticəsində təbiətə 1600 manat ziyanlıq vurulmuşdur. (cild İ, iş.v 226-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 135 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yaşayan Abdurahmanov X17 rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (cild İ, iş.v 249) Axtarışda olan şəxsin tutulması haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Baxtiyar oğlu daxil olmuş əməliyyat məlumatı əsasında Şəki rayonu, Baş Göynük kəndi ərazisində yeri müəyyən olunaraq xx.xx.2022-ci il tarixdə tutulmuş və Şəki ŞRPŞ-yə gətirələrək İB-nə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Baxtiyar oğlu 09 mart 2022-ci il tarixdə saat 12:00-da CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şübhəli şəxs qismində tutulmuşdur. (cild İİ, iş.v 16-18) Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-21/2022 saylı qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Baxtiyar oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X9 vəsatəti və həmin vəsatət əsasında ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Şəki rayon prokuroru, ədliyyə müşaviri X5 təqdimatı təmin edilməmiş və Təqsirləndirilən şəxs Baxtiyar oğlu məhkəmə iclas zalından azad edilmişdir. (cild İİ, iş.v 73-76) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Baxtiyar oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İİ, iş.v 77-78) Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Abdurahmanov X17 rayonu Baş Göynük kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild İİ, iş.v 82-84) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Aərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə Şahid2, X16, Şahid8, Şahid3, X4, Şahid9, Şahid5, Şahid7, Şahid12, Şahid6 və Şahid1 dair hissə üzrə ayrıca icraatda cinayət işi ayrılmışdır. (cild İİ, iş.v 112-115) Şəki Rayon Prokurorluğu tərəfindən Şəki Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baxtiyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə taqsirləndirilməsinə dair Şəki ŞRPŞ-nin istintaq bölməsinə aparılmıəş ********** nömrəli cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. Beləliklə məlum olur ki, "Yaşıllıqların Mühafizəsi" haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı 30 avqust 2016-cı il tarixli "Yaşıllıqların götürülməsi Qaydası" ilə müəyyən edilmiş əsaslar olmadan 2021-ci ilin oktyabr ayının əvvəllərində vahid niyyətlə meşə fonduna daxil olmayan, Şəki rayonu, Cumakənd kənd ərazisində, Şəki rayonu Cumakənd Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində 64 sm diametrdə 1600 manat dəyərində 01 ədəd yaş köküstə qovaq və Şəki rayonu, Cumakənd kənd ərazisində, Əyriçayın Mühafizə zolağında yerləşməklə dövlət mülkiyyətinə aid olan torpaq sahəsində 26 sm diametrdə 250 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 250 manat olmaqla cəmi 500 manat dəyərində 28 sm diametrdə 02 ədəd, 30 sm diametrdə 300 manat dəyərində 01 ədəd, 34 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 36 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 40 sm diametrdə 400 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 500 manat olmaqla cəmi 1000 manat dəyərində 42 sm diametrdə 02 ədəd, 44 sm diametrdə 600 manat dəyərində 01 ədəd, 48 sm diametrdə 800 manat dəyərində 01 ədəd, 54 sm diametrdə 1100 manat dəyərində 01 ədəd və 76 sm diametrdə 2200 manat dəyərində 01 ədəd olmaqla cəmi 7850 manat dəyərində olan 13 ədəd yaş köküstə qovaq olmaqla ümumilikdə 9450 manat dəyərində 14 ədəd yaş köküstə qovaq cinsinə məxsus ağacların kəsməsi nəticəsində təbiətə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində, yəni külli miqdarda ziyan ziyan vurmuşdur. Təqsirləndirilən şəxsin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib 14 ədəd ağac kəsmələrinə görə ümumilikdə təbiətə 9450 manat məbləğində ziyan vurmaları hərəkətləri əməllərində CM-nin 259.3-cü maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-nin 259.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam təsdiq edilir. İbtidai araşdırma orqanı iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlinə dair gəldiyi nəticənin ibtidai araşdırma orqanının iş materiallarına, o cümlədən sübutların məcmuyuna və işin faktiki hallarına tam uyğun olmasını nəzərə alır, sübutları CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirməklə onların təqsirini müəyyənləşdirir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ağacların kəsilməsində təqsirləndirilən şəxsin əməli kifayət qədər sübuta yetir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Baxtiyar oğlu qəsdən, qeyriləri ilə tamah məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, "Yaşıllıqların Mühafizəsi" haqqında Azərbaycan Respublikası 2 may 2014-cu il tarixli qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı 30 avqust 2016-ci il tarixli " Yaşıllıqların götürülməsi Qaydası” sı ilə müəyyən edilmiş əsaslar olmadan 2021-ci ilin oktyabr ayının əvvəllərində vahid niyyətlə meşə fonduna daxil olmayan, Şəki rayonu, Cumakənd kənd ərazisində, Şəki rayonu Cumakənd Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində 64 sm diametrdə 1600 manat dəyərində 01 ədəd yaş köküstə qovaq və Şəki rayonu, Cumakənd kənd ərazisində, Əyriçayın Mühafizə zolağında yerləşməklə dövlət mülkiyyətinə aid olan torpaq sahəsində 26 sm diametrdə 250 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 250 manat olmaqla cəmi 500 manat dəyərində 28 sm diametrdə 02 ədəd, 30 sm diametrdə 300 manat dəyərində 01 ədəd, 34 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 36 sm diametrdə 350 manat dəyərində 01 ədəd, 40 sm diametrdə 400 manat dəyərində 01 ədəd, hər birinin dəyəri 500 manat olmaqla cəmi 1000 manat dəyərində 42 sm diametrdə 02 ədəd, 44 sm diametrdə 600 manat dəyərində 01 ədəd, 48 sm diametrdə 800 manat dəyərində 01 ədəd, 54 sm diametrdə 1100 manat dəyərində 01 ədəd və 76 sm diametrdə 2200 manat dəyərində 01 ədəd olmaqla cəmi 7850 manat dəyərində olan 13 ədəd yaş köküstə qovaq olmaqla ümumilikdə 9450 manat dəyərində 14 ədəd yaş köküstə qovaq cinsinə məxsus ağacların kəsməsi nəticəsində təbiətə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində, yəni külli miqdarda ziyan ziyan vurmuşdur. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə CM-nin 259.3-cü maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Baxtiyar oğlunun cinayəti tamah məqsədi ilə törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs Baxtiyar oğlunun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin nəzərdə tutulduğu CM-nin 259.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetməyə alternativ azadlığın məhdudlaşdırılması və cərimə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli olan qanunsuz ağac kəsmə, xeyli miqdar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmə əlamətlərinə görə tövsif edilmişdir. Ağacların qanunsuz kəsilməsi mövcuddur, ağacların kəsilməsi ilə xeyli miqdar hesab edilən ziyan vurulmuşdur, təqsirləndirilən şəxsin ağacları qabaqcadan əlbir olan bir qrup şəxs halında kəsməsi sübuta yetir, bununla bağlı təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə əsaslı cəlb edildiyi sübhə doğurmur. Belə olan halda məhkəmə, kəsilmiş 14 ədəd ağaca görə dəymiş 9450 manat ziyan ödənilmədiyinə və əməlində ağırlaşdırıcı halın olması və yüngülləşdirici halların olmamasına görə təqsirləndirilən şəxsi gözləyən doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından eləsini və elə həddə seçməlidir ki, qanuni, əsaslı, ədalətli olub cəzanın məqsədini təmin etsin. Azərbaycan Respublikasının cinayət qanunu, cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Ali Məhkəmə Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, qeyd olunmalıdır ki, cəza təyini ilə bağlı qanunvericiliyin mənasına görə cəzanın məqsədinə nail olmağın yolu CM-nin 58.3-cü maddəsində nəzərdə tutulan cəza təyinetmənin meyarlarına əməl edilməsindən keçir. Həmin meyarlara görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanun normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan cəzanı real çəkməsi onuı islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədinə xidmət edəcək, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzasını ağırlaşdıran hala və yüngülləşdirən halların olmamasına uyğun gəlməklə yanaşı, təqsirləndirilən şəxsin islah olunmasına da inam yaradacaqdır. Məhkəmə hesab edir ki, cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının real çəkilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cəzanı ağırlaşdıran hala və yüngülləşdirən halların olmamasına uyğun gəlmir, onun islah olunmasına xidmət etmir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi onun islah olunmasına, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına, o cümlədən cəzanı ağırlaşdıran hala və yüngülləşdirən halların olmamasına daha münasibdir. Təqsirləndirilən şəxsə isnad edilən maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs vəzifəli şəxs olmamaqla, heç bir vəzifə tutmamaqla yanaşı, əməli də vəzifəi ilə bağlı törətməmişdir. Belə olduğu halda təqsirləndirilən şəxsə əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə əsas cəza təyin edilməsi lüzumsuzdur. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə təqsirləndirilən şəxsə isnad edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir, vurulmuş ziyan ödənilməməklə əməlin ictimai təhlükəliliyi aradan qalxmamış və bu səbəbdən zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxsdən şikayətçidir və onun qanunamüvafiq şəkildə cəzalandırılmasını xahiş edir. Təqsirləndirilən şəxs Baxtiyar oğlunun cinayəti tamah məqsədi ilə törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Məhkəmə o qənaətdədir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, ilk dəfə cinayət törətməsi, vurulmuş ziyanı ödəməməsi, əməlin ictimai təhlükəliliyinin aradan qalxmaması, törətdiyi əməli səmimi etiraf etməməsi, ağacları satıb qazanc əldə etmək üçün kəsməsi, zərərçəkmiş şəxsin nümayəndəsinın təqsirləndirilən şəxsdən şikayətinin olması Təqsirləndirilən şəxs Baxtiyar oğlunun cəza çəkmədən islah olunmasına inam yaratmır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Baxtiyar oğlu müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, onun 09 mart 2022-ci ildən 10 mart 2022-ci ilədək şübhəli şəxs kimi həbsdə saxlandığı müddət, 24 saatdan çox olduğundan iki gün kimi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs Baxtiyar oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs Baxtiyar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İşdə maddi sübut olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs Baxtiyar oğlundan 9450 (doqquz min dörd yüz əlli) manat tutularaq Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutub, hökm etdi : Təqsirləndirilən şəxs Baxtiyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək axtarışda olan şəxs qismində tutulduğu müddət 24 saatdan çox olduğundan ümumilikdə 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Baxtiyar oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Baxtiyar oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs Baxtiyar oğlunun cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs Baxtiyar oğlundan 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində pul alınaraq mülki iddiaçı Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilsin. İş üzrə cəmi 120 (bir yüz iyirmi) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra X1 tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə maddi sübutların və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar