Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-42/2025 23.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X5 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2, müdafiəçisi Müdafiəçi3, xx.xx.1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.3 və 32.4, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 22 sentyabr 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona özünün fəhlə kimi işlədiyi, Zərərçəkmiş şəxs quşçuluq ferması kimi istifadə etdiyi Şəki şəhəri, H.Sarabski küçəsində yerləşən həyətyanı sahəsindəki saxlanc yeri hesab edilən su çəninin altından Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 6500 (altı min beş yüz) manat pulu oğurlayaraq onunla bölüşməsini təklif etməklə sövdələşərək onu ələ almaqla onda həmin cinayəti törətmək qətiyyəti yaratdıqdan sonra, Təqsirləndirilən şəxs2 təhriki ilə onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, həmin tarixdə saat 08 radələrində sonuncunun təhriki ilə fəhlə kimi işlədiyi Şəki şəhəri, H.Sarabski küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus quşçuluq fermasının həyətyanı sahəsindəki saxlanc yeri hesab edilən su çəninin altına qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus, xeyli miqdar təşkil edən 6500 (altı min beş yüz) manat pulu gizli yolla talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, yəni 6500 (altı min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etməyə təhrik etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 21 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs quşçuluq ferması kimi istifadə etdiyi Şəki şəhəri, H.Sarabski küçəsində yerləşən həyətyanı sahəsindəki saxlanc yeri hesab edilən su çəninin altında Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən 6500 (altı min beş yüz) manat pulun olmasını görmüş, bundan sonra 22 sentyabr 2024-cü il tarixdə tanışı, həmin fermada fəhlə kimi işləyən Təqsirləndirilən şəxs1 həmin pulu oğurlayaraq onunla bölüşməsini təklif etməklə sövdələşərək onu ələ almaqla onda həmin cinayəti törətmək qətiyyəti yaratdıqdan sonra, Təqsirləndirilən şəxs1 onun təhriki ilə onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, həmin tarixdə saat 08 radələrində sonuncunun təhriki ilə fəhlə kimi işlədiyi Şəki şəhəri, H.Sarabski küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus quşçuluq fermasının həyətyanı sahəsindəki saxlanc yeri hesab edilən su çəninin altına qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus, xeyli miqdar təşkil edən 6500 (altı min beş yüz) manat pulu gizli yolla talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, yəni 6500 (altı min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmiş, bununla da o, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etməyə təhrik etmə cinayət əməllərini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4, 177.2.3 və 32.4, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətmələri özlərinin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, yaşadığı kənddə həmişə yaşıl və meyvə ağacları tinglərini yetişdirib satmaqla ailəsini dolandırır. Təxminən iki ay bundan qabaq Şəki şəhər sakini Zərərçəkmiş şəxs müxtəlif ağac tingləri satmış və həmin vaxtdan onunla tanış olmuşdur. Zərərçəkmiş şəxsla tanış olduqdan sonra ona bildirmişdir ki, birlikdə toyuq cücələri alıb böyüdərək satsınlar. O, da Zərərçəkmiş şəxs bildirmişdir ki, onun cücə almağa maddi imkanı yoxdur. Belə olduqda Zərərçəkmiş şəxs ona cücələri özünün alacağını, şərikli baxıb, satdıqdan sonra cücələri aldığı pulu çıxıb qazancı yarı bölmələrini demişdir. O, da Zərərçəkmiş şəxsla razılaşmış və Zərərçəkmiş şəxs təxminən bir ay bundan qabaq 500 dənə toyuq cücəsi almış və Zərərçəkmiş şəxs məxsus olan, Şəki şəhərinə yerləşən ünvanını dəqiq bilmədiyi ferma tipli tikilidə cücələrə baxmağa başlamışdır. Bəzi günlər Hüseyin Salamov özü bəzi günlər də o, fermaya baş çəkib cücələri yemləmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 18 radələrində fermaya gedən zaman yaşadığı Çeşməli kəndində həmkəndlisi Təqsirləndirilən şəxs2lə rastlaşmışdır. Təqsirləndirilən şəxs2 ondan hara getməsini soruşduqda, Zaur Fətəlitevə bildirmişdir ki, fermaya gedir. Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, o da bekardır birlikdə getsinlər, o, da Təqsirləndirilən şəxs2lə razılaşmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla ondan qabaq tanış olmuş, birlikdə tərəvəz alveri ilə məşğul olmuşlar. Onlar fermaya çatdıqdan sonra o, cücələri yemləməklə məşğul olmuş, Təqsirləndirilən şəxs2 isə fermanın həyətində dayanmışdır. O, cücələri yemlədikdən sonra Təqsirləndirilən şəxs2 yanına yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs2 yanına çatmağa 4- 5 metr qalmış görmüşdür ki, Təqsirləndirilən şəxs2 həyətdə yığılmış mişar daşlarının arasındakı boşluğa əlini salıb oradan göy sellofan torba çıxarıb. Təqsirləndirilən şəxs2 torbanı açıb içərisinə baxmış və torbanın içərisində pul olduğunu bildirmişdir. Torbanı götürüb fermanın həyətində olan butkaya daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 torbanı açaraq içərisindəki pulları saymağa başlamışdır. Pulu sayarkən bir neçə ədəd pul əskinazı əlindən yerə düşmüş, o, da pulları götürüb Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 pulu saymış və 5450 (beş min dörd yüz əlli) manat pul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 pulları göy rəngli həmin sellofan torbaya qoyaraq aparıb götürdüyü yerə qoymuşdur. Daha sonra onlar birlikdə yaşadıqları Şəki rayonu, Çeşməli kəndinə qayıtmışlar. Sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə, təxminən saat 08 radələrində o, yenidən cücələri yemləmək məqsəilə fermaya getmişdir. Fermaya çatıb cücələri yemləyib qurtardıqda Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuşdur. O, da Təqsirləndirilən şəxs2 fermada olduğunu, cücələri yemləyib qurtardığını və kəndə qayıtmağa hazırlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona dünən qoyduğu pulu götürüb gəlməyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs2lə razılaşmış və pulu götürüb, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Dəsmal sexi”ndə gözətçi işləyən atası Şahid1 yanına getmişdir. Atasını qapıya çağırıb pulu ona verərərək pulu saxlamasını, gələcəyini demişdir. Atası Şahid1 ondan pulun haradan olmasını bildirdikdə o, atasına ting satıb onun pulunu götürdüyünü demişdir. Bundan sonra o, taksi tutaraq Şəki rayonu, Çeşməli kəndinə getmiş və Təqsirləndirilən şəxs2 də götürüb həmin taksi ilə atasının yanına qayıtmışdır. Orada o, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, atasının banka kredit borcu olduğu üçün ona 1700 manat pul verəcək qalanını isə bölərlər. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və o, atasına 1700 (min yeddi yüz) pul vermiş, yerdə qalan 3700 (üç min yeddi yüz) manat pulu isə hərəsinə 1850 (min səkkiz yüz əlli) manat olmaqla yarı bölmüşlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2lə birlikdə yaşadıqları Çeşməli kəndinə qayıtmışlar. 1850 manat pulun 900 (doqquz yüz) manatını televizor aldığı məişət malları mağazasına olan borcunu vermiş, 600 (altı yüz) manatını “Azpulmat” kredit təşkilatına olan kredit borcunu ödəmiş, 51 (əlli bir) manat, 92 (doğsan iki) manat və 40 (qırx) manat olmaqla ümumilikdə 173 manat (yüz yetmiş üç) manat pulla cərimələrini ödəmiş, qalan pulu isə xərcləmişdir. Bildirmişdir ki, vurulmuş zərəri 6500 manat kimi qəbul edir. Vurulmuş zərəri ödəmişdir. Əməlindən peşmandır. Ailəlidir, himayəsində azyaşlı övladı vardır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, yaşadığı kənddə həmişə yaşıl və meyvə ağacları tinglərini yetişdirib satmaqla ailəsini dolandırır. Təxminən 15 ilə yaxındır ki, Şəki şəhər sakini Zərərçəkmiş şəxs ilə tanışdır, tanışlığı tərəvəz satarkən olmuşdur. Təxminən bir ilə yaxındır ki, Zərərçəkmiş şəxsla şərikli olaraq ağac tingləri və tərəvəz məhsulları satır. O, həftədə bir-iki dəfə Hüseyin Salamova məxsus quşçuluq fermasına onun yanına getmişdir. Hüseyin Salamovun quşçuluq fermasında həmkəndlisi Təqsirləndirilən şəxs1 işləyirdi. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı Şəki rayonu, Çeşməli kəndində olan zaman yolda həmkəndlisi Təqsirləndirilən şəxs1lə rastlaşmışdır. O, Təqsirləndirilən şəxs1 hara getməyini soruşduqda Təqsirləndirilən şəxs1 fermaya getdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o da bekardır birlikdə getsinlər, Təqsirləndirilən şəxs1 də onunla razılaşmışdır. Onlar fermaya çatdıqdan sonra Təqsirləndirilən şəxs1 cücələri yemləmiş, o, isə həyətdə dayanmışdır. O, Hüseyin Salamovla əvvəllər görüşən zaman bir neçə dəfə onun yanında fermanın həyətyanı sahəsində yerləşən su çəninin yanındakı mişar daşlarının içərisində düzəltdiyi yerə pul qoymuşdur. O, həmin yerə baxdıqda içəridə göy rəngli sellofan torba olduğunu, torbanı götürdükdə içərisində pul olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 də onun yanında olmuşdur. Sonra onlar torbanı götürüb həyətdəki butkaya daxil olmuşlar. O, torbanı açıb içərisində olan pulları çıxarıb saymış və 5400 (beş min dörd yüz) manat pul olduğunu görmüşdür. Pulları saydıqdan sonra torbaya qoyaraq götürdüyü yerə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları Şəki rayonu, Çeşməli kəndinə qayıtmışlar. Sabahı gün, yəni xx.xx.2024-cü il tarixdə, təxminən saat 08 radələrində o, Təqsirləndirilən şəxs1 zəng edib harada olduğunu soruşmuşdur. Rəşad Novruəzliyev ona fermada olduğunu, cücələri yemləyib qurtardığını və kəndə qayıtmağa hazırlaşdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 dünən göstərdiyi yerdən pulu götürüb gəlməsini bildirmiş, Təqsirləndirilən şəxs1 də onunla razılşaraq pulu götürəcəyini bildirmişdir. Təxminən yarım saatdan sonra Təqsirləndirilən şəxs1 taksi ilə gələrək onu yaşadığı Şəki rayonu, Çeşməli kəndindən götürmüş və birlikdə Təqsirləndirilən şəxs1 atası Şahid1 gözətçi işlədiyi “Dəsmal sexi”nə getmişlər. Təqsirləndirilən şəxs1 pulu götürdükdən sonra aparıb atasına vermişdir və satdığı tingin pulu olduğunu bildirmişdir. Onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs1 atasından pulu götürmüş və 1700 (min yeddi yüz) manat pulu atasına vermiş, yerdə qalan 3700 (üç min yeddi yüz) manat pulu hərəsinə 1850 manat olmaqla yarı bölmüşdür. Bundan sonra yaşadıqları Şəki rayonu, Çeşməli kəndinə qayıtmışlar. 1850 manat puldan 950 manatı xərcləmiş, qalan 900 manatı saxlaması üçün dayısı Şahid3 vermişdir. O, həmişə pulu olduqda saxlaması üçün pulunu dayısı Şahid3 vermişdir. Buna görə 900 manat pulu dayısına verəndə dayısı Şahid3 hesab etmişdir ki, həmişəki kimi qazancı olub və pulu ona saxlamağa vermişdir. Bildirmişdir ki, vurulmuş zərəri 6500 manat kimi qəbul edir. Vurulmuş zərəri ödəmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, meyvə tərəvəz və mürəbbə məhsulları satmaqla ailəsini dolandırır. Həmçinin Şəki şəhəri, H.Sarabski küçəsində özünə məxsus quşçuluq ferması var. O, Şəki rayonu, Çeşməli kəndində yaşayan Təqsirləndirilən şəxs2lə iki ilə yaxındır ki, şərikli olaraq işləyir. Təxminən bir ay bundan qabaq o, Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin vaxt belə qərara gəlmişdir ki, quşçuluq fermasında toyuq cücəsi yetişdirib sataraq gəlir əldə etsin. O, Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, aldığı cücələrə baxmağa kömək etsin, əldə etdikləri qazancı bölsünlər. Təqsirləndirilən şəxs1 də onunla razılaşmış və beləliklə 500 dənə toyuq cücəsi almışdır. Təxminən 20 günə yaxın müddətdə birlikdə cücələrə baxmışlar. Həmin müddət ərzində Təqsirləndirilən şəxs2 də fermaya gəlib-getmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs2 yanında fermanın həyətində olan su çəninin yanındakı mişar daşlarının içərisində xüsusi hazırladığı yerə pul qoymuş, Təqsirləndirilən şəxs2 də bunu görmüşdür. xx.xx.2024-cü il tarixdə, təxminən saat 17 radələrində satdığı qoz mürəbbəsinin 7100 (yeddi min bir yüz) pulunu ona gətirib fermada vermişlər. O, da həmin gün Bakı şəhərinə gedəcəyi üçün pulu mişar daşlarının arasında düzəltdiyi yerə qoymuşdur. Həmin vaxt fermada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 də olmuşlar. O, hər ikisini taksi ilə yaşadıqları Şəki rayonu, Çeşməli kəndinə aparmış, onlara Bakı şəhərinə gedəcəyini bildirmişdir. Oradan Şəki şəhər avtovağzalına gəlmiş və avtobusla Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saat 04:30 radələrində arvadı Şahid2 zəng edib fermanın həyətinə qoyduğu pulu götürməsini bildirmişdir. Arvadı Şahid2 oğlu İlkin Salamovla birlikdə fermanın həyətinə qoyduğu 7100 manat puldan 600 (altı yüz) manat pulu götürüb geri qalanını həmin yerə qoymuşdur. Həmin gün arvadı Gəncə şəhərinə getdiyi üçün pulun hamısını götürməmişdir. Gəncədən gəldikdən sonra, təxminən saat 18 radələrində pulun hamısını götürməyə getdikdə Təqsirləndirilən şəxs1 orada olmasını görmüşdür. Təqsirləndirilən şəxs1 getdikdən sonra pulu götürmək istədikdə pulun olmadığını görüb ona zəng edərək bu barədə məlumat vermişdir. O, həmin vaxt Bakı şəhərində olmuşdur. Bu xəbəri alan kimi Bakı şəhərindən çıxmış və təxminən saat 22 radələrində Şəki şəhərinə çatmışdır. Şəki şəhərinə çatan kimi Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 çağırıb pulu geri qaytarmalarını bildirmiş, lakin həmin şəxslər pulu götürmədiklərini bildirmişlər. O, xx.xx.2024-cü il tarixədək gözləsə də, sonucuların pulu qaytarmadıqlarını görüb, xx.xx.2024-cü il tarixdə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Bildirmişdir ki, təqsirləndirilən şəxslərdən şikayətçidir. Təqsirləndirilən şəxslərin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirmiş, iztirab çəkmişdir. Anası insult keçirmiş, daha sonra vəfat etmişdir. Onların əməlləri nəticəsində ailədaxili problemlər yaşanmışdır. Təqsirləndirilən şəxslərə sanksiyada nəzərdə tutulan ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs2 onun bacısı oğludur. Bildirmişdir ki, tarixini dəqiq xatırlamır, təxminən 2024-cü ilin oktyabr ayının 22-si, səhər saat 09:30 radələrində Təqsirləndirilən şəxs2 onlara gəlmişdir. Zaur ona şəhərə gedəcəyini bildirmiş, ona pul vermişdir. O, Zaurdan soruşduğu zaman, Zaur həmin pulu ağac əkib satdığını, ağacların pulunu indi aldığını, oradan qalan gəlir olduğunu bildirmişdir. 2 gün sonra polis şöbəsindən ona zəng gəlmiş, pulu gətirib təhvil verməsini bildirmişlər. Bu səbəbdən o, polis şöbəsinə yaxınlaşmış, Zaurun ona verdiyi pulları təhvil vermişdir. O, polis şöbəsinə getdikdən sonra Zaurun ona verdiyi pulun oğurluq olduğunu bilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs2 ona 900 manat məbləğdə pul vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun doğma oğludur. Bildirmişdir ki, tarixini dəqiq xatırlamır, təxminən 2024-cü ilin oktyabr ayının 22-si o, mühafizəçi işlədiyi “dəsmal sexi”ndə olmuşdur. Rəşad həmin yerə gələrək ona pul vermiş, kreditini bağlamasını bildirmişdir. O, Rəşaddan pulun haradan olduğunu soruşduqda, Rəşad Kürdəmirdə işlədiyini, həmin işdən aldığı pul olduğunu bildirmişdir. O da həmin pulla banka olan kredit məbləğini ödəmişdir. Rəşadın həmin pulu oğurlamasından məlumatı olmamışdır. Təxminən 2 - 3 gün sonra Rəşadın həmin pulları oğurladığından məlumatı olmuşdur. Rəşad ona təxminən 1600 manat məbləğdə pul vermişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, onların 6 nömrəli tam orta məktəbdən aşağıda həyətyanı torpaq sahələri, həmin torpaqda balaca otaq vardır. Onlar meyvə tərəvəz və mürəbbə məhsulları satmaqla, eyni zamanda heyvandarlıqla məşğul olub, qazanc əldə edirlər. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə şərikli toyuq cücə alıb böyüdüb satmağa başlamışlar. Bildirmişdir ki, tarixini dəqiq xatırlamır, təxminən 2024-cü ilin sentyabr ayının 19-u həyat yoldaşı ona zəng edərək Bakı şəhəri getdiyini, yola çıxdığını bildirmişdir. Hüseyn ona bu barədə xəbər verəndə gecə saat 12 radələri olmuşdur. Həya yoldaşı ona fermada saxladığı pulu götürməsini bildirmişdir. Gec olduğu üçün o, gedib pulu götürməmişdir. Səhəri günü o, oğlu ilə birlikdə Gəncə şəhərinə getməli idi. Səhər tezdən o, həmin fermaya gedib, gücələrə yem vermişdir. Gəncə şəhərinə getmək üçün özünə lazım olan məbləğdə 600 manat pul götürmüş, qalan pulu götürməmişdir ki, birdən yolda itirər. Lakin həyat yoldaşı onunla danışan zaman pulun hamısını götürməsini bildirmişdir. Gəncədən qayıtdıqdan sonra o, fermaya getmiş, lakin Rəşad orada olduğu üçün onun yanında pulu götürə bilməmişdir. Həmin günün səhəri həmin fermaya getmişdir ki, gücələrə yem versin, lakin Rəşad həmin fermada olduğu üçün pulu götürə bilməmişdir. Günorta saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng vurmuş, Banka pul ödənilməli olduğunu bildirmişdir. O, fermaya pulu götürməyə gedən zaman pulun orada olmadığını görmüşdür. Həyat yoldaşına zəng vurub onun Bakıdan qayıdıb-qayıtmadığını pulu özünün götürməsini soruşmuşdur. Lakin yoldaşı Şəkiyə çatmadığını yolda olduğunu bildirmişdir. O, həyat yoldaşına pulun olmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs1 zəng vurduqda pulu götürdüyü etiraf etməmişdir. Onlar Təqsirləndirilən şəxs2 bu barədə bildirmiş, pulu qaytarmalarını bildirmişdilər. Sonrada məlum olmuşdur ki, həmin oğurluqda əsas Zaur özü iştirak etmişdir. Belə ki, onların pul saxladıqları yeri heç kim görməmişdir. Onlar Rəşadla təxminən 1 ay müddətində birlikdə işləmişlər. Lakin Zauru uzun müddətdir ki, tanıyırlar. Hesab edir ki, pul saxladıqları yeri Zaur görüb, Rəşada bildirmişdir. Onlar Rəşadgilin evinə gedib pulu geri istəyən zaman Rəşad yoldaşı onları təhqir etmişdir. O, Rəşadın pul saxladıqları yeri görməməsi üçün onun yanında pulu götürməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1837 nömrəli material üzrə Təqsirləndirilən şəxs2 Səmail oğlu və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4cü maddələri ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış Şəki şəhəri, H.Sarabski küçəsində yerləşən, vətəndaş Zərərçəkmiş şəxs məxsus quşçuluq fermasında keçirilmişdir. Baxış zamanı quşçuluq fermasının daşla hasara alınması, giriş hissəsində yaşıl rəngli darvaza olması, giriş hissədən sol tərəfdə tikili olması, qarşı tərəfdə cücələrin saxlanıldığı tikili olması, sağ tərəfdə dəmir barmaqlılarla hasar çəkilməsi, sağ tərəfdə göy əngli qapı olması, giriş hissəsinin sağ tərəfində ağ rəngli su çəni olması, qapı ilə su çəninin ortasında daların arasında kvadrat formada oyuq olması müyyən edilmişdir. Zərərçəkmiş şəxs pulu həmin oyuqda saxladığını bildirmişdir. - Maddi sübutun təqdim edilməsi və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 6 ədəd 100 manatlıq və 6 ədəd 50 manatlıq pul əskinazını təhqiqata təqdim edərək, həmin pulu xx.xx.2024-cü il tarixdə bacısı oğlu Təqsirləndirilən şəxs2 yaşadığı evdə saxlamaq üçün ona verdiyini bidirdi. Şahid3 təqdim etdiyi cəmi 900 manat məbləğdə pul Şəki ŞRPŞ-nin inzibati binasında Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cabir Həmzəyev tərəfindən təhvil götürülmüşdür. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 20:40-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 21:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 910 saylı məktubundan görünür ki, Şəki rayonu, Çeşməli kəndində yaşayan Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 912 saylı məktubundan görünür ki, Şəki rayonu, Çeşməli kəndində yaşayan Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində cinayət məsuliyyətinə cəlb edilməsi barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək varəsində 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Məhkumluğu yoxdur. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-71/2- 1527/2024 saylı məktubundan görünür ki, Şəki rayonu, Çeşməli kəndində yaşayan Təqsirləndirilən şəxs1 “X10” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-71/2- 1522/2024 saylı məktubundan görünür ki, Şəki rayonu, Çeşməli kəndində yaşayan Təqsirləndirilən şəxs2 “X10” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Mexsusluq tarixchesi_OTHER_557010865” adlı fayl açıldıqda 01 səhifədə ***-***-**-** saylı mobil nömrənin Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 məxsus olması, həmin mobil nömrənin xx.xx.2019-cu il tarixdən aktiv olması müəyyən edildi. “Mexsusluq tarixchesi_OTHER_557830296” adlı fayl açıldıqda 01 səhifədə ***-***-**- ** saylı mobil nömrənin Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olan X2 məxsus olması, həmin mobil nömrənin xx.xx.2021-ci il tarixdən aktiv olması müəyyən edildi. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_557010865” adlı fayl açıldıqda 99 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə gedən və gələn zənglərin detallaşması barədə, həmçinin anten dairəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 08:34:13 saniyədə “LSHK3575O1/LSHK3575 ShakiRWS/Şəki rayonu, Şəki dəmir yol stansiyası/Shaki/ (41.067xx/xx.13329” anten dairəsini əhatə etdiyi, müəyyən olundu. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_557830296” adlı fayl açıldıqda 93 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə gedən və gələn zənglərin detallaşması barədə, həmçinin anten dairəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrənin xx.xx.2024 -cü il tarixdə saat 08:34:24 saniyədə “USHK2175E/USHK2175 Shaki Akhundov/Şəki rayonu, Muxtar Hacıyev, ev 1/Shaki/ (41.17xx/xx.1763)” anten dairəsini əhatə etdiyi, müəyyən olundu. “SMS detallashmasi_MSİSDN_557830296” faylı açıldıqda həmin faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ailə məişət mövzusunda mesajların göndərilməsi və qəbul edilməsi müəyyən edildi. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_557010865” adlı fayl açıldıqda 01 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən zəngin qeydə alındığı mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatların olduğu müəyyən edilmişdir. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_557830296” adlı fayl açıldıqda 01 səhifədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən zəngin qeydə alındığı mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatların olduğu müəyyən edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. - Şəki şəhər İHB-nin “Çeşməli” kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 262 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayonu Çeşməli kəndində yaşayır. - Şəki şəhər İHB-nin “Çeşməli” kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Şəki şəhər İHB-nin “Çeşməli” kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 263 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayonu Çeşməli kəndində yaşayır. - Şəki şəhər İHB-nin “Çeşməli” kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4, 177.2.1, 32.4, 1772.3 və 32.4 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. - M/V 144393 seriya nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X1 Müharibəsi iştirakçısı olmaqla, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 457/10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 barəsində “28 May - Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli amnistiya aktı tətbiq edilmiş və o, 22 avqust 2016-cı il tarixli qərarla cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Həmin Qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.3 və 32.4, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları özlərinin etiraf ifadəsindən, zərərçəkmiş şəxs, şahidin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 32.4, 177.2.3 və 32.4, 177.2.4-cü maddələri düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hərəkətində CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin və Təqsirləndirilən şəxs2 hərəkətində CM-nin 32.4, 177.2.3 və 32.4, 177.2.4-cü maddələrinin tərkibi olduğundan təqsirə görə məsuliyyət prinsipi baxımından törətdikləri cinayətə görə onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunvericilik iştirakçılığın anlayışını verməklə onun ayrı-ayrı növlərini müəyyən etmişdir. Cinayətin icraçısı cinayəti bilavasitə törədən subyekt olsa da, cinayətə təhrik etmə başqasında cinayət törətmək qətiyyəti yaradan fəaliyyədir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarından, eləcə də məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 baş vermiş oğurluq hadisəsi üzrə cinayətin törədilməsində biləvasitə iştirak etsə də, digər Təqsirləndirilən şəxs2 həmin oğurluq hadisəsi üzrə cinayətin törədilməsində təhrikçi olaraq iştirak etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində icraçı kimi, Təqsirləndirilən şəxs2 isə təhrikçi kimi iştirak etməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təhrikçi kimi iştirak etməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın daha yuxari həddində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduqlar 2 gün müddət onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 6500 manat məbləğdə maddi ziyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə ekspertiza xərcinin, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.3 və 32.4, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 6500 manat məbləğdə maddi ziyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-42/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-42/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver