Məhkəmə qərarları › İş №1(075)-43/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-43/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-43/2022 20.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işləməyən, orta təhsilli, İİ qrup Qarabağ müharibəsi əlili, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla tutulan günə kimi Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi ev 59 ünvanında yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəki rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Şəki rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarına əsasən “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzasının 01 il müddətinə azaldılmasına baxmayaraq cəzasını çəkib qurtarmadan məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədən, 2021-ci ilin may ayında yaşadığı Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq iki ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini əkib, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edib yetişdirmiş, həmin ilin avqust ayının sonlarında yetişmiş çətənə bitkisinin yarpaqlarını toplayıb qurudaraq qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 51,82 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq özündə və yaşadığı ünvanda saxlamış, 22 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananın 4,38 qram hissəsini bir ədəd sellofan bükümdə ayıraraq qəsdən, tamah niyyəti ilə qanunsuz olaraq yaşadığı Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi ev 59 ünvanında yerləşən evinin qarşısında 75 (yetmiş beş) manata tanışı Şahid3 satmış, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət - Axtarış Bölməsinin və X2 əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30-da Şahid3 Şəki şəhəri, Fuad Abdurahmanov küçəsində yerləşən Gülüstan restoranının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər Rayon-Polis Şöbəsinə gətirilib orada şübhəli şəxs qismində tutulmaqla qeyd olunan tarixdə saat 21:41-dən etibarən üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki gödəkçənin sağ yan cibindən qəsdən, satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə edib daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarında, bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,38 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-istintaq tədbirlərinin davamı olaraq 23.12.2021-ci il tarixdə saat 02:14-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi ev 59 ünvanına baxış keçirilmiş, keçirilmiş baxış zamanı qəsdən, qanunsuz olaraq, tamah niyyəti və satış məqsədilə əldə edib daşıyaraq yaşadığı evin zal otağında qoyulmuş dolabdan sellofan torbada ayrı-ayrı sellofana bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,85 qram, 4,96 qram, 7,12 qram, 4,75 qram və 5,01 qram olmaqla ümumi təmiz çəkisi 26,69 qram, evin mətbəxindəki mətbəx mebelinin içərisindən bir ədəd sellofan torbada ayrı-ayrı sellofan bükümlərdə hər birinin təmiz çəkisi 1,06 qram, 2,24 qram, 4,91 qram və 9,14 qram olmaqla ümumi təmiz çəkisi 17,35 qram, 01(bir) ədəd siqaret giləsində təmiz çəkisi 0,19 qram və 01(bir) ədəd salfet kağızına bükülmüş metal qabın içərisində təmiz çəkisi 3,21 qram olmaqla ümumi təmiz çəkisi 47,44 qram saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitənin satışında istifadə etdiyi bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra o, 23.12.2021-ci il tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən bir ədəd 5 (beş) manat, bir ədəd 20 (iyirmi) manat və bir ədəd 50 (əlli) manat olmaqla cəmi 75 (yetmiş beş) manat pul əskinazları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, 2021-ci ilin may ayında yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq 02 (iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini əkib, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edib yetişdirmiş, həmin ilin avqust ayının sonlarında yetişmiş çətənə bitkisinin yarpaqlarını toplayıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 325 qram çəkidə qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı ünvan 5 ünvanda saxlamış, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin və X2 əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı 23.12.2021-ci il tarixdə saat 02:14-dən etibarən onun yaşadığı Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi ev 59 ünvanına baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evin zal otağında qoyulmuş dolabın içərisində 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 325 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İİ qrup Qarabağ müharibəsi əlilidir. Təxminən 1994-cü ildən narkotik vasitənin marixuana növündən istifadə edir. Üzərində narkotik vasitə saxladığına görə Şəki rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şəki şəhər sakini Şahid3 təxminən 1 aydır ki, tanıyır. Aralarında qohumluq, həmçinin ədavət və düşmənçilik olmamışdır. Şahid3 onun narkotik vasitə istifadə etməyini bilmiş, çünki əvvəl də bir dəfə ona narkotik vasitə satmışdır. Qeyd edir ki, 2021-ci ilin yaz aylarında, yəni təxminən may ayında həyətində 2 ədəd çətənə kolu əkmişdir. Daimi olaraq qurudulmuş marixuanadan istifadə etdiyi və pula da ehtiyacı olduğu üçün fikirləşmişdir ki, həmin çətənə bitkisi böyüdükdən sonra yarpaqlarını yığıb qurudar, həm də maddi imkanı düzəlməsə satar. Ona görə də həmin çətənə bitkiləri böyüdükdən sonra keçən il avqust ayının sonlarında yarpaqlarını yığmış, çətənə bitkisinin kolunu isə bellə təmizləyib məhv etmişdir. Evində, ailə üzvlərinin görmədiyi vaxt yarpaqları gətirib evin zirzəmisində gizlətmişdir. Sonra isə çətənənin yarpaqları qurumuş və o da həmin çətənə bitkisinin yarpaqlarını qurutduqdan sonra hamısını götürmüşdür. Çətənə bitkisinin yarpaqlarını ayrı-ayrı sellofanlara yığıb evin zal hissəsində olan güzgülü dolabın alt siyirməsində, həmçinin mətbəxdə olan mətbəx mebelində gizlətmişdir. Həmin aralar həyat yoldaşı ilə münasibətləri pozulduğu üçün həyat yoldaşı evdən çıxıb atası evinə getmişdir. Ona görə onun bu məsələlərdən xəbəri olmamışdır. Oğulları isə həmin vaxt evdə olmamışlar. Sonradan isə mətbəx mebelinə fikir verməmişlər. O, narkotik vasitələri evində saxlayarkən arabir istifadə etmiş, həm də fikirləşmişdir ki kimsə istəsə, pula ehtiyacı olsa satar. Təxminən 1 ay əvvəl də Şahid3 adlı Şəki şəhər sakini ilə tanışlığı yarandıqdan sonra ondan narkotik vasitə istədiyi üçün o da satmağa razılıq vermişdir. Bildirmişdir ki, ola bilsin ki, Şahid3 onun narkotiklə həbsdə olduğunu haradansa öyrənmişdir, ona görə də onda narkotik vasitə olub-olmadığını, varsa almaq istədiyini demişdir. O da razılıq vermiş və ona bir dəfə 1 ədəd sellofan bükülüdə narkotik vasitəni elə 75 manata satmışdır. Həmin vaxt onun mobil nömrəsini də götürmüşdür. Asif də onun mobil nömrəsini telefonuna yazmışdır. Ona demişdir ki, nə vaxt “nəşəyə”, yəni narkotikə ehtiyacı olsa ona zəng etsin. 22 dekabr 2021-ci il tarixdə də saat təxminən 18:40 radələrində Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, ona demişdir ki, yenə “nəşə” lazımdır. O da demişdir ki, indi evdə deyil, 20 dəqiqəyə evin qarşısına gəlsin və 80 manat pul gətirsin ki, ona “nəşə” versin. Həmin vaxt evdə olmuş, yuyunmaq üçün hamama girmişdir. Elə hamamdan çıxan kimi Asif qapını döyərək onu küçəyə çağırmış, o da demişdir ki, gəlir. Bundan sonra evdə olan 01 ədəd sellofan bükülüyə güzgülü dolabın altında, sellofanda olan “nəşə”dən təxminən 4-5 qram yığıb küçəyə çıxmış və öz evinin qarşısında, yəni ünvan 7 ünvanının qarşısında Asiflə görüşmüşdür. Şahid3 ona 80 manat, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazları ilə pul vermişdir. Ancaq ona verdiyi “nəşə”nin az olduğunu görüb 5 manat pulunu geri qaytarmışdır. Bundan sonra Asif çıxıb getmişdir. 23 dekabr 2021-ci il tarixdə gecə saatlarında evin küçə qapısı döyülmüşdür. O, küçəyə çıxanda görmüşdür ki, evinin çöl darvazasında polis əməkdaşları var. Onlar Şəki ŞRPŞ-nin əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslərdən ikisi polis formasında, biri isə mülki paltarda olmuşlar. Onlardan biri, özünü şöbənin müstəntiqi kimi təqdim edən əməkdaş bildirmişdir ki, Şahid3 adlı şəxs Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılarkən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Şahid3 həmin kütləni haradan əldə etdiyini soruşduqda isə o həmin narkotik vasitəyə bənzər kütləni 75 manat müqabilində ondan aldığını bildirmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, evinə baxış keçirilməlidir. Evinə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuşlar. O da etirazı olmadığını bildirmişdir. Həmçinin Şahid3 narkotik vasitəni onun satıb-satmadığı soruşulanda o da həqiqətən həmin gün saat 19:00 radələrində Şahid3 evinin qarşısında narkotik vasitəni 01 ədəd sellofan bükülüdə 75 manata satdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan evindən narkotik vasitə və ya hər hansı qanunla qadağan edilmiş əşya və ya vasitə saxlayıb-saxlamadığını soruşanda o, evindən narkotik vasitələrin olduğunu bildirmişdir. Onları təqdim edibetməyəcəyi soruşanda da təqdim edə biləcəyini demişdir. Bundan sonra evinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alınmışdır. Daha sonra polis əməkdaşları ilə birgə əvvəlcə onun evinin həyətinə, oradan isə pilləkənlə evə qalxmışlar. Sonra evin zal hissəsinə keçmişlər. O, burada olan güzgülü dolabın altında olan siyirmədən sellofanlarda olan narkotik vasitəni çıxarıb dolabın üzərinə qoymuş və bunun “nəşə” olduğunu bildirmişdir. Narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən edildiyi üçün müstəntiq tərəfindən ona izah edilmişdir ki, dövlət hesabına müdafiəçi dəvət ediləcək. Siyahı təqdim edilmiş və o, həmin siyahıdan Şəki Regional Vəkil Bürosunun vəkili Musa Sarıyevi seçmişdir. Bundan sonra Musa Sarıyev dəvət edilmiş və onun iştirakı ilə evə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı evinin zal hissəsində olan güzgülü dolabın altından 01 ədəd sellofanda və 05 ədəd kiçik sellofanlarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin marixuanalar iştirakçıların, onun və müdafiəçisinin iştirakı ilə kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Daha sonra mətbəxə keçmişlər. Burada da mətbəx mebelinin gözündə 04 ədəd sellofan bükülüdə, 01 ədəd siqaretin içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Həmçinin 01 ədəd qabda tütünlə qarışmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, bundan başqa 07 ədəd boş siqaret kötükləri, 01 ədəd “nəşəni” doldurmaq üçün nəzərdə tutulmuş sadə karandaş, 01 ədəd elektron tərəzi və 01 ədəd sellofanda marqaniz məhlulu aşkar edilmişdir. Bütün bu aşkar edilən narkotik vasitələr, həmçinin sadə karandaş və elektron tərəzi kağız zərflərdə qablaşdırılıb götürülmüşdür. Daha sonra Şəki ŞRPŞ-nə gəlmişlər. Burada hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 110 manat pul aşkar edilmiş, o, həmin pullardan bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq pul əskinazının Şahid3 satdığı narkotik vasitəyə görə əldə etdiyi pul olduğunu bildirmişdir. Həmin pul da digər pul əskinazları ilə aşkar edilib götürülmüş, qablaşdırılmış, bütün bunlar olarkən videoçəkiliş aparılmışdır. Daha sonra videoçəkilişlər hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət olmadıqdan sonra protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Yaşadığı evdən aşkar olunmuş və Şahid3 satdığı narkotik vasitə olan qurudulmuş marixuananı saxlamaqda məqsədi əsasən satış olmuş, həmçinin arabir özü də istifadə etmişdir. O, təxminən 1994-cü ildən narkotik vasitə olan “nəşə”dən, yəni qurudulmuş marixuanadan istifadə edir. Üzərindən aşkar edilmiş 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinazları Şahid3 satdığı narkotik vasitə olan qurudulmuş marixuanadan əldə etdiyi həmin pullar olmuşdur. O, öz yaşadığı həyətdə 2021-ci ilin yaz aylarında 2 ağac çətənə kolu əkmiş, sonra da yarpaqlarını yığıb qurutmuşdur. Ailə üzvləri onun narkotik vasitə istifadə etməyini bilmişlər. Qurudulmuş marixuanadan başqa narkotik vasitələrdən istifadə etməmişdir. Yaşadığı evə baxış zamanı aşkar edilmiş ayrı-ayrı kiçik sellofan bükümlərdə olan narkotik vasitələri istəyən olsaydı pulu ilə satacaqmış. “Nəşəni” ayrı-ayrı sellofan bükümlərə bölməkdə məqsədi də onları satmaq olmuşdur. 1 ədəd böyük sellofan torbada olan “nəşəni”, yəni marixuananı isə özünün istifadə etməsi məqsədilə saxlamışdır. Evində əvvəlcədən elektron tərəzi olmuş, satdığı “nəşəni” də həmin 01 ədəd elektron tərəzidə çəkib satacaqmış. Buna görə də bu məqsədlə evində həmin elektron tərəzini saxlamışdır. Bildirmişdir ki, İİ qrup Qarabağ müharibəsi əlilidir. Qarabağ döyüşlərində çanaq nahiyəsindən snayper gülləsi ilə yaralanmış, ona görə də ayağının biri digərindən 4 sm qısadır. Himayəsində 1 azyaşlı uşağı vardır. Törətmiş olduğu əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından “nəşə”dən istifadə edir. “Nəşəni” siqaretə dolduraraq çəkmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin noyabr ayından tanımışdır. Belə ki, Arazgilin VAZ 2107 markalı avtomobilləri olmuş, avtoqəza etmişlər. Maşını onun yanına rənglətməyə gətirmişlər. O da həmin avtomobili rəngləmişdir. Belə olub Arazı tanımış və aralarında münasibət yaranmışdır. Mobil nömrəsini də götürmüş, o da onun mobil nömrəsini bilmişdir. Arazın “nəşədən” istifadə etdiyini də eşitmişdir. O da “nəşə”dən istifadə etdiyi üçün 2021-ci ilin noyabr-dekabr aylarında 2 dəfə hər dəfəsində 75 manat pul verib Arazdan “nəşə” almışdır. 2021-ci ilin dekabr ayının 22-də onun yenə də könlünə “nəşə” çəkmək düşmüş, düşünmüşdür ki, tanışı Araza zəng etsin. Ancaq həmin vaxt telefonu üstündə olmamış, evdə zaryatkada olmuşdur. Ona görə də həmin vaxt yanında olan bir tanışından telefonunu alıb Arazın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Həmin vaxt saat təxminən 18:40 radələri olmuşdur. Araza telefonda demişdir ki, ona “nəşə” lazımdır. Araz da demişdir ki, indi evdə deyildir, 20 dəqiqəyə evin qarşısına gəlsin və gələndə də 80 manat da pul gətirsin. O da 20 dəqiqəyə Arazın yaşadığı Şəki şəhəri F.Abdurahmanov küçəsi ev 59 ünvanının qarşısına getmişdir. O, həmin vaxt Arazın evinin qarşısına gedəndə küçə qapısını döyüb onu çağırmış və demişdir ki, evin qabağındadır, onu gözləyir. Araz da evdən cavab vermişdir ki, gözlə gəlirəm. Heç 2-3 dəqiqə keçməmişdir ki, Araz küçəyə çıxmış, onun yaşadığı evin qarşısında Arazla görüşüb salamlaşmışdır. Araz həmin vaxt 01 ədəd sellofan bükülüdə “nəşəni” ona vermişdir. O da üzərində olan bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazlarını Araza vermişdir. Araz həmin 2 ədəd 5 manatlıq pul əskinazlarından birini ona qaytarmışdır və demişdir ki, 80 manat çoxdur, ona verdiyi “nəşə” 75 manatlıqdır. O da bir söz deməmiş, 5 manatı qaytarıb cibinə qoymuşdur. Arazdan aldığı 01 ədəd sellofan bükülüdə olan “nəşəni” əynindəki boz-qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Bundan sonra oradan çıxıb küçə ilə evə gəlməyə başlamışdır. Piyada bir az gəlmişdir ki, “Gülüstan” şadlıq sarayının qarşısında 2 nəfər mülki paltarda olan şəxslər ona yaxınlaşmışlar. Onlar ona yaxınlaşıb Şəki ŞRPŞ-nin polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulu, saxlanması və satışında şübhəli olduğunu və üzərinə baxış keçirilməsinin vacibliyini bildirib Şəki ŞRPŞ-nə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birgə Şəki ŞRPŞ-nə gəlmişdir. Burada inzibati binanın 1-ci mərtəbəsində müstəntiqin xidməti otağına keçmişlər. Müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah olunmuş, bundan sonra dövlət hesabına ona Emil Əliyev vəkil təyin olunmuşdur. Sonra müstəntiq tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Ona müstəntiq həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da əynindəki boz-qara rəngli gödəkçənin sağ yan cibindən Arazın ona 75 manata satdığı 01 ədəd sellofan bükümdə olan “nəşəni”, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq ondan üzərində təqdim etmədiyi əşyanın olub-olmadığını soruşanda o, bütün əşyaları təqdim etməsini demişdir. Daha sonra qollarını qaldırmaq təklif olunmuş, o, hər iki qolunu yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki köynəkdə, şalvarda, şalvarın altındakı geyimdə və digər geyimlərdə axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki boz-qara rəngli gödəkçənin sol yuxarı yan cibindən 01 ədəd kağız parçası, əynindəki qara rənli şalvarın sol ön cibindən 01 ədəd açar, həmin şalvarın sağ ön cibindən 01 ədəd 5 manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür. Sonra müstəntiq ayaqqabılarını və corablarını çıxarıb silkələmiş, ancaq heç bir cinayət xarakterli əşya və narkotik vasitə aşkar edilməmişdir. O, bundan sonra üst başını səliqəyə salmışdır. Daha sonra ona masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etmək təklif olunmuşdur. O, əvvəlcə masanın üzərində olan açarın evinə məxsus olduğunu, kağızın su çeki olması, siqaret və yandıran, həmçinin 1 ədəd 5 manatlıq pul əskinazının özünə məxsus olduğunu bildirmişdir. Sellofan bükümdə isə çətənə, yəni “nəşə” olduğunu bildirmişdir. Bundan sonra müstəntiq həmin vasitənin nə olması, hansı məqsədlə üzərində saxlamağı və nə vaxt əldə etməyi barədə sual-cavab etməyə başlamışdır. Müstəntiq ona suallar verəndə bu 01 ədəd bükümdə olan “nəşəni” tanışı Araz adlı şəxsdən 75 manat pul müqabilində həmin gün, yəni 22.12.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində aldığını, Araza 75 manatın 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq verdiyini bildirmişdir. Sonradan Araz 5 manatlığın birini qaytarıb ona vermişdir. Arazı onun maşınının malyar işini gördüyü üçün tanımışdır. Arazdan narkotik vasitəni almaqda məqsədi satış olmamış və heç kəsə narkotik vasitə satmamışdır. Narkotik vasitəni özü istifadə etməsi üçün almışdır. Bildirmişdir ki, əvvəllər də Arazdan 2 dəfə 75 manat pul verib “nəşə” almışdır. Daha sonra üzərindən aşkar olunan 1 ədəd sellofan bükümün çəkisi və mənşəyi müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəyi bildirilərək ağ rəngli kağız zərfə qoyulub möhürlənib götürülmüş, zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Daha sonra 01 ədəd açar, 01 ədəd 5 manatlıq pul əskinazı, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 01 ədəd çek iş üzrə əhəmiyyət daşımadığı bildirilərək özünə qaytarılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı heç bir şikayət və vəsatət olmamışdır. Protokol tərtib olunduqdan sonra o da imza etmişdir. Onun narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyindən ailə üzvlərinin, həmçinin onu tanıyan başqa şəxslərin məlumatları olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Polis mayorudur. Onun vəzifəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Bildirmişdir ki, 22.12.2021-ci il tarixdə Şəki ŞRPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Toğrul Mustafazadəyə əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Şahid3 oğlu qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb və satışı ilə məşğuldur. Toğrul Mustafazadə 22 dekabr 2021ci il tarixdə Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, bundan sonra Şahid3 qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, sonra Toğrul Mustafazadə və Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Anar İbrahimovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Toğrul Mustafazadə bu barədə qərar qəbul etmiş, hər iki qərarlar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra məhkəməyə və prokurorluğa bu barədə məlumat verilmişdir. Bundan sonra 22.12.2021-ci il tarixdə saat 19:30 radələrində Şahid3 Şəki şəhəri F.Abdurahmanov küçəsində yerləşən “Gülüstan” Şadlıq Sarayının yaxınlığında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Şahid3 Şəki ŞRPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasının birinci mərtəbəsində olan müstəntiq Abdulla Xəlilovun otağında ona hüquq və vəzifələri izah olunmuş, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil Emil Əliyevin və iştirakçıların iştirakı onun üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki boz-qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Asif Hüseynov həmin kütlənin “nəşə”, yəni narkotik vasitə olduğunu bildirmiş, həmin narkotik vasitəni 22.12.2021-i il tarixdə saat 19:00 radələrində tanışı, Şəki şəhəri “Gülüstan” şadlıq sarayının yaxınlığında yaşayan “Araz” adlı şəxsdən 75 manat müqabilində aldığını, narkotik vasitəni üzərində saxlayıb gəzdirməkdə məqsədinin istifadə etmək olduğunu bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. Sonra “Araz” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və İstintaq Bölməsinə dəvət edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün icraatına 23.12.2021-ci il tarixdə əməliyyat tapşırığı daxil olmuş, əməliyyat tapşırığı ilə bağlı onun və Şəki ŞRPŞ-nin CABnın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Araz” adlı şəxsin ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxs 23.12.2021-ci il tarixdə gecə saat 02:00 radələrində evinin qarşısında saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Şəki şəhər sakini Şahid3 polis tərəfindən saxlanıldığı, üzərində narkotik vasitəyə bənzər kütlənin aşkar edildiyi və onun həmin kütləni Təqsirləndirilən şəxs 75 manat məbləğində aldığını bildirməsi, bununla bağlı onun yaşadığı evdə narkotik vasitə, cinayət xarakterli əşya və vasitənin olması ilə əlaqədar evinə baxış keçirilməsinin vacibliyi bildirilmişdir. Təqsirləndirilən şəxs həqiqətən də 22.12.2021-ci il tarixdə saat 19:00 radələrində ünvan 7 ünvanında yerləşən evinin qarşısında 75 manat müqabilində tanışı Şahid3 narkotik vasitə satdığını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, cinayət xarakterli əşya və vasitə olub-olmadığı soruşulanda o həqiqətən də yaşadığı evdə narkotik vasitə hesab edilən “nəşə”, yəni qurudulmuş marixuana olduğunu, başqa cinayət xarakterli əşya və vasitə olmadığını bildirmişdir. “Nəşəni” təqdim edibetməyəcəyi soruşulanda Təqsirləndirilən şəxs təqdim edə biləcəyini və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. O, bu barədə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə ilkin olaraq videoçəkilişlə qısa baxış keçirilmiş və zal hissədə olan güzgülü dolabın içərisində olan sellofanda narkotik vasitə bənzər, yaşıl rəngli, spesifik iyə malik bitki kütləsi olduğu müəyyən edilmişdir. Ona görə də videoçəkiliş dayandırılmış. bundan sonra Təqsirləndirilən şəxs saxlanılmış, vəkillərin siyahısı ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısına nəzər yetirərək buradan Şəki Regional Vəkil Bürosunun vəkili Musa Sarıyevi özünə vəkil seçmişdir. Bundan sonra ona vəkil Musa Sarıyev təyin edilmiş, vəkil dəvət edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs, vəkil Musa Sarıyevin, onun, Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə başlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçi Musa Sarıyev, onun və Şahid1 iştirakı ilə müstəntiq tərəfindən onun yaşadığı evə baxış keçirilməsinə başlanmışdır. Əvvəlcə onlar birgə Təqsirləndirilən şəxs həyətinə, oradan isə pilləkənlə evə qalxmışlar. Sonra evin zal hissəsinə keçmişlər. Təqsirləndirilən şəxs burada olan güzgülü dolabın altında olan siyirmədən sellofanlarda olan narkotik vasitəni çıxarıb dolabın üzərinə qoymuş və bunun “nəşə” olduğunu bildirmişdir. Sonra həmin sellofanın ağzı açıldıqda bunun spesifik iyli, yaşıl rəngli vasitə olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin zal hissəsində olan güzgülü dolabın altından 01 ədəd sellofanda və 05 ədəd kiçik sellofanlarda narkotik vasitəyə bənzər, yaşıl rəngli spesifik iyli vasitələr aşkar edilmiş, həmin narkotik vasitəyə bənzər, yaşıl rəngli spesifik iyli vasitələr iştirakçıların, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə kağız zərflərdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs baxış zamanı həmin narkotik vasitələri həm satış, həm də arabir istifadə etməsi üçün saxladığını bildirmişdir. Daha sonra birgə Təqsirləndirilən şəxs evinin mətbəxinə keçmişlər. Burada da mətbəx mebelinin gözündə 04 ədəd sellofan bükülüdə, 01 ədəd siqaretin içərisində narkotik vasitəyə bənzər, yaşıl rəngli, spesifik iyli vasitələr aşkar edilmişdir. Həmçinin 01 ədəd qabda tütün məhsulu ilə qarışmış kimi görünən narkotik vasitəyə bənzər, yaşıl rəngli spesifik iyli vasitələr aşkar edilmiş, bundan başqa 07 ədəd boş siqaret kötükləri, 01 ədəd “nəşəni” doldurmaq üçün nəzərdə tutulmuş sadə karandaş, 01 ədəd elektron tərəzi və 01 ədəd sellofanda marqaniz məhluluna bənzər tünd qırmızı rəngli vasitə aşkar edilmişdir. Bütün bu aşkar edilən narkotik vasitələrə bənzər vasitələr, həmçinin sadə karandaş və elektron tərəzi iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, narkotik vasitələrə bənzər vasitələrin çəkisinin, tərkibinin və mənşəyinin müəyyən edilməsi məqsədilə qablaşdırılaraq götürüləcəyi ona bildirilmişdir. O, buna etiraz etməmiş, bundan sonra zərflərin hər birinin içərisi iştirakçılara göstərilmişdir. Boş olduğu müəyyən edildikdən sonra narkotik vasitələrə bənzər vasitələr, həmçinin sadə karandaş və elektron tərəzi kağız zərflərdə qablaşdırılmış, zərflərin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra onlar Şəki ŞRPŞ-nə gəlmişlər. Burada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Şahid1, Təqsirləndirilən şəxs və müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə onun üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən pul əskinazları və 1 ədəd mobil telefon, həmin gödəkçənin sol yan cibindən 02 ədəd siqaret qutusu, 01 ədəd açar, 01 ədəd kibrit və 01 ədəd elektron qurğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa heç nə olmadığını bildirmiş, onun əynindəki köynəyə, şalvara və digər geyim əşyalarında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş başqa əşya və ya vasitə aşkar edilməmişdir. Ayaqqabılarını və corablarını çıxarmış, burada da heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif olunmuş, o, masanın üzərinə qoyduğu əşyaların özünün olduğunu, aşkar edilmiş 110 manat pulun 75 manatının isə tanışı Asif adlı şəxsə 22.12.2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evin qarşısında satdığı “nəşə” müqabilində həmin şəxsin ona verdiyi 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinazlarının olduğunu bildirmişdir. 01 ədəd elektron qurğunun isə barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq edildiyi üçün təyin edildiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi 75 manat pulla birgə 110 manat pul əskinazları, 01 ədəd “Redmi” markalı mobil telefonunun ayrı-ayrılıqda zərflərə qoyulacağı və iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılacağı ona bildirilmişdir. O, buna etiraz etməmiş, bundan sonra zərflərin hər birinin içərisi iştirakçılara göstərilmiş, boş olduğu müəyyən edildikdən sonra həmin mobil telefon və pullar ayrı-ayrı kağız zərflərdə qablaşdırılmış, zərflərin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Sonra 02 ədəd siqaret qutusu, 01 ədəd açar, 01 ədəd kibrit və 01 ədəd elektron qurğu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Bununla da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması yekunlaşdırılmış, şəxsi axtarış zamanı heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı fotoçəkiliş aparılmış, bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuşdur. O da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü imzamla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Vaqif oğlu şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 22 dekabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, 22 dekabr 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Şahid3 Vaqif oğlunun əynindəki boz-qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar edilərək götürülmüş, həmin 01 ədəd sellofan bükümdə olan yaşıl rəngli kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan isə iş üçün əhəmiyyət daşımadığından Şahid3 özünə qaytarılmış, Asif Hüseyov üzərindən aşkar edilmiş 01 sellofan bükümdə olan vasitənin narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuana olduğunu, həmin “nəşəni” 22 dekabr 2021-ci il tarixdə Şəki şəhər sakini olan tanışı Araz adlı şəxsdən 75 (yetmiş beş) manata özünün istifadə etməsi üçün aldığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. (İ cild. i/v- 41-53) İşdə olan baxış və maddi subutun götürülməsi haqqında 23 dekabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs evinə baxış zamanı, evin zal hissəsində olan güzgülü dolabın alt gözündə 05 ədəd kiçik və 01 ədəd böyük sellofanlarda, spesifik iyə malik, yaşıl rəngli kütlələr ayrı-ayrı kağız zərflərdə qablaşdırılaraq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx mebelində 03 ədəd sellofanda narkotik vasitəyə bənzər, spesifik iyli kütlələr, 01 ədəd kiçik sellofanda tünd qırmızı rəngli vasitə, 01 ədəd ağzı açıq qutunun içərisində narkotik vasitəni siqaretə doldurmaq üçün nəzərdə tutulmuş sadə karandaş, 07 ədəd boş siqaret gilələri, 01 ədəd içərisində spesifik iyli kütlə olan dolu siqaret giləsi, 01 ədəd göy rəngli siqaret qutusunun içərisində 01 ədəd sellofana bükülmüş, spesifik iyli kütlələr, 01 ədəd kiçik qabın içərisində spesifik iyə malik vasitə və 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. (İ cild i/v-71-80) İşdə olan şübhəli şəxsin tutulması haqqında 23.12.2021-ci il tarixli, 5712 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23.12.2021-ci il tarixdə saat 08:05-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i/v-87-88) İşdə olan şəxsi axtarış və maddi subutun götürülməsi haqqında 23 dekabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 110 manat məbləğində pul əskinazları və 01 ədəd mobil telefon, həmn gödəkçənin sol yan cibindən isə 02 ədəd siqaret qutusu, 01 ədəd açar, 01 ədəd kibrit və 01 ədəd elektron qurğu aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunan 110 manat puldan 01 ədəd 5 manatlıq, 01 ədəd 20 manatlıq və 01 ədəd 50 manatlıq olmaqla cəmi 75 manat pulun Şahid3 satdığı narkotik vasitəyə görə sonuncunun ona verdiyi pullar olduğunu bildirmiş, digər əşyaların özünə məxsus olduğunu bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 110 manat pul və 01 ədəd mobil telefon ayrı-ayrı kağız zərflərdə qablaşdırılaraq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 02 ədəd siqaret qutusu, 01 ədəd açar, 01 ədəd kibrit və 01 ədəd elektron qurğu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. (İ cild i/v- 102-113) İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin 23.12.2021-ci il tarixli, 391 A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Rafiq oğlunun sidiyindən marixuana qəbulu faktı aşkar edilmişdir. (İ cild. i/v-123) İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın 23 dekabr 2021-ci il tarixli 17/862 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid3 üzərinə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 4,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd sellofan....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 325 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar olunaraq götürülmüş 5 ədəd büküm....” sözləri yazılmış zərfin içərisindəki sellofan torbaya bükülmüş 05(beş) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,85 qr, 4,96 qr, 7,12 qr, 4,75 qr, 5,01 qr, ümumi təmiz çəkisi 26,69 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki -04(dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,06 qr, 2,24 qr, 4,91 qr, 9,14 qr,ümumi təmiz çəkisi 17,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanalardır. -01(bir) ədəd papirosda, təmiz çəkisi 0,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin papirosun içərisindəki, təmiz çəkisi -0.14 qram olan digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. - salfet kağızına bükülmüş, 01(bir) ədəd metal qabda , təmiz çəkisi 3,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin metal qabın içərisindəki, təmiz çəkisi -2.76 qram olan digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid3 üzərinə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş....”sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki qurudulmuş marixuana ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar olunaraq götürülmüş ...” sözləri yazılmış 03(üç) ədəd zərflərin içərisindəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi -376.82 qramdır. Tədqiqata 0.26 qram sərf edilmiş (hər obyektdən 0.02 qram) 376.56 qram qalıq qalmışdır. Ekspertiza xərci 35.97 manatdır. İşdə olan 23 dekabr 2021-ci il tarixdə şübhəli şəxs Hüseynov Asif Vaqif oğlu ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Rafiq oğlunun ifadələri arasında ziddiyyətlər olduğundan onlar videoçəkilişlə üzləşdirilmiş, üzləşmə zamanı Asif Hüseynov ifadəsində göstərdiyi xüsusatları bir daha Araz Məmmədovun üzünə qarşı deyərək 22 dekabr 2021-ci il tarixdə saat 19 radələrində günorta saatlarında Təqsirləndirilən şəxs Şəki şəhəri F.Abdurahmanov küçəsi ev 59 ünvanının qarşısında görüşüb ona 01 ədəd 5 manatlıq, 01 ədəd 20 manatlıq və 01 ədəd 50 manatlıq pul əskinazları ilə 75 manat pul verdiyini və ondan həmin vaxt 01 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana aldığını bildirmişdir. (İ cild. i/v - 168-174) İşdə olan Şəki rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş 24.12.2021-ci il tarixli, 1637/10 nömrəli məktubdan görünür ki, Şəki rayon Məhkəməsinin 1(075) -37/2021 saylı, 26 aprel 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş 20 may 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 20 may 2021-ci il tarixdən hesablanmışdır. Şəki rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzası 01 il müddətinə azaldılmışdır. Onun cəzası 16 may 2022-ci il tarixdə başa çatır. (İ c. s. 194). İşdə olan Şəki rayon Məhkəməsindən 24.12.2021-ci il tarixli, 1(075)-109/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23.12.2021-ci il tarixindən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ c.səh. 207-210) İşdə olan Şəki rayonu X1 ŞRPŞ-nə daxil olmuş 05.01.2021-ci il tarixli, 006 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi ev 59 ünvanında yaşayan,1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Rafiq oğlu Şəki rayonu Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İ cild, i\v-223) Cinayət işinə əlavə edilmiş, Şəki rayon Məhkəməsindən 26.04.2021-ci il tarixli, 1(075)-37/2021 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə qəti cəzaya məhkum olunmuşdur. Eyni zamanda işdə olan Şəki rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 7(075)- 310/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilməklə o, 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzasının 01 il hissəsindən azad edilmişdir. (İ c. s. 225- 231). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 14.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə qəti cəzaya məhkum olunmuşdur. (İ cild, i/v-235) İşdə olan Şəki RMX Publik hüquqi şəxsindən daxil olmuş 15.01.2022-ci il tarixdə daxil olmuş 79/1 nömrəli məktubdan görünür ki, Şəki şəhəri Sarabski küçəsi ev 5A ünvanında pasport qeydiyyatında olmaqla ünvan 11şayan 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki RMX Publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İ cild, i/v-236) İşdə olan 17.01.2022-ci il tarixli, Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 29 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Rafiq oğlu həqiqətən də Şəki şəhər “Bağbanlar” məhəlləsi F.Abdurahmanov küçəsi 19A saylı evdə yaşayır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş xasiyyətnamədən görünür ki, o, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Onun barəsində məhəllə nümayəndəliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. 17.02.2022-ci il tarixli, 32 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 01 (bir) övladı vardır. (İ cild, səh 237-238, İic. S.52) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 26.01.2022-ci il tarixli, 114 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (İİ cild. səh. 29) İşdə olan 000560 saylı Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlili olmaqla Qarabağ müharibəsi veteranıdır. (İİ c. səh. 53) İşə əlavə edilmiş, Mobil telefona baxış keçirilməsi haqqında 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə 23.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Rafiq oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman müvafiq qaydada qablaşdırılmış üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş bir ədəd mobil telefon” sözləri yazılmış ağ rəngli zərf açılmışdır. Həmin zərf açıldıqdan sonra içərisində 01 ədəd qara rəngli, arxa hissəsində “Redmi” “Made in China Model M2101K7AG X5.Ltd Designed by Redmi” sözləri yazılmış, arxa hissəsində 4 kamera və bir ədəd işığı olan, yanında “Ultra premium” sözləri yazılmış mobil telefona baxış keçirilməsinə başlanmış, baxış zamanı telefonun sağ yan düyməsi basılmış və telefon işə salınmışdır. Bundan sonra ekranda, yuxarıda “Bakcell AZ/Nar” və “PİN kodu daxil edin” sözləri yazıldı. Təqsirləndirilən şəxs kodun 1071 olduğunu dediyi üçün kod yığıldı və telefon açıldı. Bundan sonra ekrana soldan başlayaraq baxış keçirilməsinə başlandı. Gələn- gedən zənglərin siyahısı olan fayla daxil olduqda isə burada Təqsirləndirilən şəxs telefonuna gələn və gedən telefon zənglərinin olduğu müəyyən edildi. Həmin telefon zənglərinə baxış zamanı Təqsirləndirilən şəxs telefon zənglərinin yaxın qohumlarından və tanışlarından edildiyini bildirdi. Yalnız 22.12.2021-ci il tarixdə saat 18:43-də gələn telefon zənginə baxdıqda bildirdi ki, həmin ***-***-**-** mobil nömrəsindən ona zəng edən şəxs Şəki şəhəri Bağbanlar küçəsi döngə 14, ev 7-də yaşayan, Şahid3 olmuşdur. “Kontaktlar” proqramında 79 ədəd mobil telefon nömrəsi aşkar olundu. Təqsirləndirilən şəxs Şahid3 ona zəng etdiyi ***-***-**-** mobil nömrəsini telefonun kontaktlar bölməsində qeyd etmədiyini bildirdi. Mesajlara baxış zamanı mesaj bölməsində Şahid3 məxsus ***-***-**-** mobil nömrəsi aşkar edilmədi. Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, Asif Hüseynov onunla əvvəllər ***-***-**-** mobil nömrəsi ilə telefonla danışsa da hadisə günü, yəni 22.12.2021-ci il tarixdə saat 18:43 radələrində ***-***-**-** mobil telefon nömrəsi ilə telefonla danışmışdır. Bundan başqa digər fayllarda iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmadı. Bundan sonra telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilmədiyi üçün “Redmi” markalı mobil telefon yenidən qablaşdırıldığı zərfə qoyuldu və eyni qaydada qablaşdırıldı. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 17 fevral 2022-ci il tarixli, 6/987 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində AR DİN “arayışlar üçün 53 nömrəli möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı...” və s. yazılar, imzalar olan zəfdəki 01 ədəd sellofan bükümdə 9.314 qram çəkidə qara rəngli maddə kütləsinin tərkibində narkotik vasitə, psixotrop, güclü təsir edən və zəhərli maddələrin əlamətləri müəyyən edilmədi. Ekspertiza xərci 110 manat təşkil edir. ( İİ cild. s. 59-61) İşdə olan Azərbaycan Respublikası Məhkəmə X4 Regional Bölməsindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 22 fevral 2022-ci il tarixli, 17/155 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edildi. Çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş qurudulmuş marixuanalar ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Təqdim olunmuş 03(üç) ədəd sellofan torbalarda olan torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Ekspertiza xərci 34.55 manatdır. (İİ c. s. 84-87) Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş 15.04.2022-ci il tarixli, 571/10 nömrəli məktubda göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin 1(075)-37/2021 saylı, 26 aprel 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş 20 may 2021-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 20 may 2021ci il tarixdən hesablanmışdır. Şəki Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzası 1 il azadılmışdır. Onun cəzası 16 may 2022-ci il tarixində başa çatır. Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 4(075)-109/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 23 dekabr 2021-ci il tarixdən hesablanmaqla 23 mart 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Şəki Rayon Məhkəməsinin 1(075)-37/2021 saylı, 26 aprel 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 16 may 2022-ci il tarixədək çəkilməmiş qalan hissəsi 4 (dörd) ay 23 (iyirmi üç) gündür. Məhkumun qeydiyyata alındığı 20 may 2021- ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 7 (yeddi) ay 3 (üç) gününü çəkmişdir. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Həmçinin işdə olan Şahid3 Şəki ŞRPŞ-də aparılan istintaq zamanı üzərində videoçəkilişlə axtarış keçirilən və Təqsirləndirilən şəxs ilə üzləşmə aparılmasını əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Şahid3 əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Belə ki, Narkotik vasitə olan marixuananın saxlanılması və satılması ilə bağlı cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun bunda təqsirli olması tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qəsdən əldə edərək özündə saxlaması və narkotik vasitə olan marixuananı tamah niyyətilə satması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin nin 59.2-ci maddəsinə istinad edərək onun İ Qarabağ Müharibəsi veteranı, İİ qrup əlil və yaşayış yerindən müsbət xarakterizə olunmasını, yetkinlik yaşına çatmayan bir uşağının, CM-nin 234.1-ci maddəsi üzrə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndirildiyi CM-nın 234.1 və 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən, narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakı ilə bağlı onun əvvəllər də məhkum olunmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzadır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmçinin ona Şəki rayon Məhkəməsindən 26.04.2021-ci il tarixli, 1(075)-37/2021 nömrəli hökmü təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Şəki rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 7(075)-310/2021 nömrəli qərarı ilə barəsində “8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzasının 01 il hissəsindən azad edilməklə üzərində qalan azadlığın məhdudlaşdırılması cəzasını çəkməməsini də nəzərə almalıdır. Ona təyin ediləcək cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respubliksı CİM-nin 51-2.2-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Qanunun bu müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 23 dekabr 2021-ci il tarixdə seçildiyindən barəsində olan qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinə hesablanmamalıdır. Yəni Təqsirləndirilən şəxs barəsində olan azadlığın məhdudlaşdırılması cəzaları CM-nin 68.1.1-1-ci maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu tarixədək çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 7(075)-310/2021 nömrəli qərarı ilə onun üzərində saxlanılmış 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu 23 dekabr 2021-ci il tarixinədək çəkilməmiş qalan 4 ay 23 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda aydın olur ki, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 2 ay, 11 gün, 12 saata bərabər olur. CM-nin 69.1-ci maddəsində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Göründüyü kimi Şəki rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 7(075)-310/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə cəza riyazi olaraq 2 ay, 11 gün, 12 saata bərabər olur. CM-nin 69.1 və 69.2-ci maddələrinin tələbləri baxımından isə azadlıqdan məhrum etmə cəzasının növünün dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətləri illər, aylar və yaxud da günlərlə hesablana bilər. Belə olduqda məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs əvəz edilməklə üzərində saxlanılan 2 ay, 11 gün, 12 saat azadlıqdan məhrumetmə cəzasının 12 saatı təqsirləndirilən şəxsin xeyrinə təfsir edilərək hesablanmaqla onun xeyrinə şərh edilməli, Təqsirləndirilən şəxs üzərində yalnız 2 ay, 11 gün azadlıqdan məhrumetmə cəzası saxlanmış hesab edilməlidir. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan Şahid3 oğlunun üstündən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 4,36 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs oğlunun evinə baxış zamanı aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkiləri 4,83 qram, 4,94 qram, 7,1 qram, 4,73 qram və 4,99 qram, evin mətbəxindəki mətbəx mebelinin içərisindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkiləri 1,04 qram, 2,22 qram, 4,89 qram və 9,12 qram, bir ədəd siqaret giləsində, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 0,17 qram, bir ədəd salfet kağızına bükülmüş metal qabın içərisində, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 3,19 qram, yaşadığı evin zal otağında qoyulmuş dolabın içərisində iki ədəd ayrı-ayrı sellofan torbalardan birində aşkar edilmiş, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 324,98 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitəqurudulmuş marixuana və narkotik vasitənin satışında istifadə edilən 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan cinayət yolu ilə əldə edilmiş bir ədəd 5 (beş) manat, bir ədəd 20 (iyirmi) manat və bir ədəd 50 (əlli) manat olmaqla cəmi 75 (yetmiş beş) manat pul əskinazları və narkotik vasitənin satışında istifadə edilən 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilməlidir. İşdə olan 05 ədəd videoçəkilişlər olan disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. 180,52 (yüz səksən manat, əlli iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1 və 234.2-ci maddələri ilə təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs üzərində üç il, beş ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsindən 26.04.2021-ci il tarixli, 1(075)-37/2021 nömrəli hökmü təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Şəki rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 7(075)-310/2021 nömrəli qərarı ilə barəsində “8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzasının 01 il hissəsindən azad edilməklə üzərində qalan saxlanılmış 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu 23 dekabr 2021-ci il tarixinədək çəkilməmiş qalan 4 ay 23 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla, cəmi 2 ay, 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq üç il, altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 23 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan Şahid3 oğlunun üstündən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 4,36 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs oğlunun evinə baxış zamanı aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkiləri 4,83 qram, 4,94 qram, 7,1 qram, 4,73 qram və 4,99 qram, evin mətbəxindəki mətbəx mebelinin içərisindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkiləri 1,04 qram, 2,22 qram, 4,89 qram və 9,12 qram, bir ədəd siqaret giləsində, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 0,17 qram, bir ədəd salfet kağızına bükülmüş metal qabın içərisində, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 3,19 qram, yaşadığı evin zal otağında qoyulmuş dolabın içərisində iki ədəd ayrı-ayrı sellofan torbalardan birində aşkar edilmiş, tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 324,98 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitəqurudulmuş marixuana və narkotik vasitənin satışında istifadə edilən 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan cinayət yolu ilə əldə edilmiş bir ədəd 5 (beş) manat, bir ədəd 20 (iyirmi) manat və bir ədəd 50 (əlli) manat olmaqla cəmi 75 (yetmiş beş) manat pul əskinazları xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilsin. İşdə olan 05 ədəd videoçəkilişlər olan disklər cinayət işinin materiallarında (əlavə edilməklə) saxlanılsın. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. 180,52 (yüz səksən manat, əlli iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan, məhkuma isə hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində, Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar