Məhkəmə qərarları › İş №1(075)-43/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-43/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-43/2023 13.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 oğlunun və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qax şəhərində anadan olmuş, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1988-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, tam orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu, Baş Göynük kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 oğlu, qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 il qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki rayonu Baş Göynük kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus kafeyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 780 (yeddi yüz səksən) manat dəyərində olan iki ədəd pivə soyudan aparatı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1560 (bir min beş yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Palma” adlı kafenin həyətinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 850 (səkkiz yüz əlli) manat dəyərində bir ədəd pivə soyudan aparatı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 850 (səkkiz yüz əlli) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1, qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs2 oğlu il qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki rayonu Baş Göynük kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus kafeyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 780 (yeddi yüz səksən) manat dəyərində olan iki ədəd pivə soyudan aparatı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1560 (bir min beş yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Palma” adlı kafenin həyətinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 850 (səkkiz yüz əlli) manat dəyərində bir ədəd pivə soyudan aparatı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 850 (səkkiz yüz əlli) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, təxminən 2 ay olar ki, o, Xırdalan şəhərində yaşayan bacısının əri Şirin Məmmədovla birlikdə evlərin təmiri işləri ilə məşğul olur və həmin müddətdə müvəqqəti olaraq Xırdalan şəhərində bacısıgildə yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Xırdalan şəhərində küçədə ögey qardaşı Təqsirləndirilən şəxs1 ilə görüşmüş, söhbət zamanı Vüsal ona pula ehtiyyacı olduğunu, buna görə də pivə soyudan aparatlar oğurlayıb sataraq pul əldə etmək qərarına gəldiyini demişdir. Vüsal ondan bu işdə kömək etməyini xahiş etmiş, o, əvvəl Vüsal ilə razılaşmamış və Vüsala tutulmaqdan qorxduğunu demişdir. Həmin vaxt Vüsal ona demişdir ki, qorxma, pivə soyudan aparat ucuz şeydir, buna görə adamı tutmurlar. Həmçinin, Vüsal ona bildirmişdir ki, oğurladığı pivə aparatlarını sataraq əldə edəcəyi pulla onun üçün də ucuz qiymətə avtomobil alacaq, o da həmin avtomobil ilə sərnişin daşıyıb çörək pulu qazanacaq. O da Vüsalın bu sözündən sonra onunla razılaşmışdır. Sonra Vüsal ona Şəki şəhərinə sərnişin aparacağını bildirib birlikdə getməyini təklif etdikdə, o, razılaşmış və Vüsal ilə birlikdə onun idarə etdiyi “Opel” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minmiş və Şəki şəhərinə yola düşmüşdürlər. Yolda Vüsal ona demişdir ki, oğurlayacaqları pivə soyudan aparat Şəki rayonu Baş Göynük kəndindədir. Həmin gün təxminən saat 22 radələrində Şəki rayonu Baş Göynük kəndinə çatmışdırlar. Vüsal avtomobili yolun kənarında saxlamış və ona yorğun olduğunu bildirib, bir qədər yatmışdır. Vüsal yuxudan oyandıqdan sonra ona pivə aparatı oğurlayacaqları kafenin tanışının Baş Göynük kəndindəki kafesi olduğunu demiş və birlikdə həmin kafeyə getmişdirlər. xx.xx.2022-ci il tarixdə 00:30 radələrində onlar Vüsalın tanışının kafesinin qarşısına çatmış və Vüsal avtomobilini kafenin qarşısında saxlamışdır. Həmin kafenin ətrafı taxta çəpər və metal torla, yəni setka ilə əhatələnmişdi, işıqları isə söndürülmüşdü. Vüsal ona tapşırmışdır ki, ətrafa baxsın və kimsə gəlsə ona xəbər versin. Sonra Vüsal avtomobildən enib kafeyə tərəfə getmiş və kafeni əhatə edən taxta çəpərin üstündən keçərək kafenin həyətinə daxil olmuşdur. O, isə avtomobilin yanında qalıb ətrafa göz qoymuşdur. Bir qədər sonra Vüsalın onu çağırdığını eşidib, kafeni əhatə edən taxta çəpərin yanına getdikdə, Vüsal həmin çəpərin digər tərfındən əlindəki 1 (bir) ədəd pivə soyudan aparatı taxta çəpərin üzərindən ona vermiş və o da həmin pivə aparatını götürüb yerə qoymuşdur. Daha sonra Vüsal ona kafedə daha bir pivə soyudan aparat olduğunu, həmin aparatı gətirməyə getdiyini bildirib, taxta çəpərin yanında gözləməyini tapşırmış və kafenin həyətinə getmişdir. Bir qədər sonra Vüsal əlində 1 (bir) ədəd pivə soyudan aparatla geri qayıdıb, həmin aparatı taxta çəpərin üstündən ona vermiş və o da aparatı götürüb yerə qoymuşdur. Sonra Vüsal taxta çəpərin üstündən keçərək küçəyə çıxmış və onlar birlikdə həmin 2 (iki) ədəd pivə aparatını götürüb avtomobilin yük yerinə qoymuşdurlar. Bundan sonra o, Vüsal ilə birlikdə avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 06:00 radələrində onlar Bakı şəhərinə çatmışdırlar. O, Vüsala bacısıgilə gedəcəyini bildirmiş və “Xırdalanın kruqu” deyilən yerdə avtomobildən enib bacısıgilə getmiş, Vüsal da çıxıb getmişdir. Həmin gün nahardan sonra Xırdalan şəhərində küçədə qardaşı Vüsal ilə görüşmüş, həmin vaxt Vüsal ona 100 (bir yüz) manat pul verib, oğurladıqları həmin 2 ədəd pivə aparatının satışından 400 manat pul əldə etdiyini, ona verdiyi 100 manat pulun da həmin puldan olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində o, Xırdalan şəhərində küçədə Vüsal ilə görüşmüş və yaxınlıqdakı bir kafeyə gedib, ikilikdə masalardan birində əyləşib çay içib söhbət etmişdirlər. Söhbət zamanı Vüsal ona Şəki şəhərinə sərnişin aparacağını bildirib, yoldaşlıq etmək üçün birlikdə getməyini xahiş etdikdə, o, razılaşmış və onlar birlikdə Vüsalın idarə etdiyi “Opel” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərindəki Beynəlxalq avtovağzala gedib avtovağzaldan tanımadığı 3 nəfər sərnişin götürüb, Şəki şəhəri istiqamətində yola düşmüşdürlər. Həmin şəxslər Şamaxı rayonu ərazisində avtomobildən enmiş və hər biri 5 manat yol pulu vermişdirlər. Onlar Şəki rayonu istiqamətində yola davam etmişdirlər. Onlar Şəki şəhərinə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində çatmış və Vüsal tanımadığı yerdəki “Palma” adlı kafenin yanında yolun kənarında avtomobili saxlayıb demişdir ki, kafeyə baxıb gələcək, əgər kafedə aparat olsa həmin aparatı götürüb gələcək. Ona da tapşırmışdır ki, ətrafa göz qoysun, kimsə gəlsə xəbər versin. Sonra Vüsal avtomobildən enib kafeyə getmiş, o isə avtomobildə qalıb ətrafa göz qoymuşdur. Bir qədər sonra Vüsal əlində 1 (bir) ədəd pivə soyudan aparatla kafenin həyətindən çıxıb avtomobilin yanına gəlmiş, o, avtomobildən enib pivə aparatını yük yerinə qoymaqda Vüsala kömək etmiş, bundan sonra onlar avtomobillə Bakı şəhərinə yola düşmüşdürlər. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində onlar Xırdalan şəhərinə çatmış və o, “Xırdalanın kruqu” deyilən yerdə avtomobildən enib bacısıgilə getmiş, Vüsal da çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, Xırdalan şəhərində küçədə Vüsal ilə görüşmüş və söhbət zamanı Vüsal ona “Palma” kafesindən oğurladığı həmin 1 ədəd pivə aparatını sataraq əldə etdiyi pulu avtomobilinin xərclərini ödəməyə xərclədiyinə görə ona pul verə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Vüsal ona Şəki şəhərinə sərnişin aparacağını bildirib, birlikdə getməyi təklif etdikdə, o, razılaşmış və birlikdə sərnişin götürmək üçün Bakı şəhərindəki Beynəlxalq avtovağzala getmişdirlər. Avtovağzalda bir nəfər tanımadığı qadın özünə məxsus iti Şəki şəhərinə göndərmək istəmiş, həmin qadın Vüsal ilə danışmış və yol haqqı olaraq Vüsala 30 manat pul vermiş, Vüsal həmin qadının itini götürmüş və onlar Şəki şəhərinə yola düşmüşdürlər. Onlar xx.xx.2022-ci il tarixdə təxminən saat 03 radələrində Şəki şəhərinə çatmışdırlar. Vüsal həmin iti ona verən qadının tapşırığına əsasən Şəki şəhərindəki sahibinə təhvil vermişdir. Onlar avtomobildə yatmışdırlar. Səhər açıldıqdan sonra o və Vüsal yemək yeyib şəhərdə bir qədər gəzib vaxt keçirmiş, daha sonra Qax rayonuna gedib atasına baş çəkmək qərarına gəlmiş və bu məqsədlə Qax rayonu istiqamətində hərəkət etmiş, yolda çay içmək üçün kafelərdən birinin qarşısında dayanmışdırlar. Onlar avtomobildən endikdə, mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onları Şəki şəhər-rayon Polis Şöbəsinə dəvət etmiş və onlar da razılaşıb polis şöbəsinə gəlmişdirlər. O, qeyd edilən cinayət əməlindən başqa cinayət əməli törətməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, oğurluq cinayətini ehtiyac üzündən törətdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərdi ki, o, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olsa da, işləmək üçün 2011-ci ildə Bakı şəhərinə getmişdir. Fərdi qaydada müxtəlif işlərlə məşğul olaraq qazanc əldə edir. Təxminən 6 ay bundan əvvəl Bakı şəhərində Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “VİP” adlı çay evini icarəyə götürüb işlədirdi. Həmin çay evi satıldığına görə o, çay evini sahibinə təhvil vermişdir. İşsiz olduğundan kreditlə avtomobil alıb taksi olaraq fəaliyyət göstərməklə qazanc əldə etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindəki bir tanışından 600 (altı yüz) manat məbləğində borc pul alıb, borcunu 10 gün ərzində qaytaracağına söz vermiş, sonra həmin 600 manat pulu ilkin ödəniş etməklə Bakı şəhərində özünə “Opel” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobili kreditlə almışdır. Bundan sonra Bakı şəhərindən Şəki şəhərinə və əks istiqamətdə olmaqla taksi olaraq fəaliyyət göstərməyə başlamışdır. İki gün sonra borc pul aldığı tanışı ona pula ehtiyacının olduğunu bildirib, pulunu geri qaytarmağını tələb edərək, pulunu qaytarmadığı halda ondan polisə şikayət edib avtomobili əlindən aldıracağını bildirmiş, o da 600 manat borcunu qaytara bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Nə oğurlayıb sata biləcəyini düşündükdə, əvvəllər də kafedə işlədiyinə görə kafelərdə istifadə olunan pivə aparatı oğurlayıb sata biləcəyini düşünmüş və əvvəllər yaşadığı Şəki rayonu Baş Göynük kəndində tanışı Kərəmə məxsus kafedə pivə aparatı gördüyündən həmin pivə aparatını oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin vaxt düşünmüşdür ki, qardaşı Nicatı da özüylə aparsın ki, pivə aparatını oğurlayan zaman ona kömək etsin. O, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Xırdalan şəhərində küçədə qardaşı Nicatla görüşmüşdür. Söhbət zamanı o, Nicata pula ehtiyyacı oldğundan, pivə soyudan aparatlar oğurlayıb sataraq pul əldə etmək istədiyini bildirib, ona bu işdə kömək etməsini xahiş etdikdə, Nicat əvvəlcə onunla razılaşmamış və ona tutulmaqdan qorxduğunu bildirdikdə, o, Nicata demişdir ki, qorxma, pivə soyudan aparat ucuz, şeydir, buna görə adamı tutmurlar. Həmin zaman o, Nicata oğurladığı aparatları satıb əldə edəcəyi pullarla onun üçün də ucuz qiymətə avtomobil alacağını, onun da həmin avtomobil ilə taksi olaraq fəaliyyət göstərərək pul qazanacağını bildirdikə, Nicat razılaşmışdır. O, Nicata Şəki şəhərinə sərnişin aparacağını bildirib, ona yoldaşlıq etməsini xahiş etdikdə, Nicat razılaşmış və onun idarə etdiyi “Opel” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, əvvəlcə sərnişin götürmək üçün Bakı şəhərindəki Beynəlxalq avtovağzala getmiş, avtovağzalda sərnişin tapmadığı üçün yolüstü sərnişin götürmək qərarına gəlmiş və qardaşı Nicatla birlikdə Şəki şəhəri istiqamətində yola düşmüşdür. Həmin vaxt o, Nicata demişdir ki, oğurlayacaqları pivə soyudan aparat Şəki rayonu Baş Göynük kəndindədir. Sonra onlar Şəki rayonu istiqamətində yollarına davam etmiş, həmin gün təxminən saat 22:00 radələrində Şəki rayonu Baş Göynük kəndinə çatmışdırlar. O, yorğun olduğundan avtomobili yolun kənarında saxlayıb bir qədər yatıb dincəlmişdir. Daha sonra yuxudan oyanmış və qardaşı Nicatla birlikdə tanışı Zərərçəkmiş şəxs1 Baş Göynük kəndində yerləşən kafesinə getmişdir. O, xx.xx.2022-ci il tarixdə 00:30 radələrində Kərəmin kafesinin qarşısına çatıb, avtomobilini kafenin qarşısında saxlamışdır. Kafe bağlı idi, işıqları da söndürülmüşdü. Kafenin ətrafının bir qismi taxta çəpər, bir qismi isə setka, yəni metal tor ilə əhatələnmişdi. O, əvvəlcə heç kimin ətrafda olmadığından əmin olmaq üçün ətrafa baxmış və ətrafda heç kimin olmadığını dəqiqləşdirmişdir. Nicata tapşırmışdır ki, ətrafa baxsın və kimsə gəlsə ona xəbər versin. Daha sonra taxta çəpərin üstündən keçərək kafenin həyətinə daxil olmuşdur. Həyətdəki mətbəxin yaxınlığında tikili var idi, həmin tikiliyə yaxınlaşıb baxdıqda qapısının açıq vəziyyətdə olduğunu, yəni kilidli olmadığını görmüşdür. Həmin tikiliyə açıq qapıdan daxil olduqda, içəridə qab-qacaq, stəkanlar və küncdə 2 ədəd pivə soyudan aparat olduğunu görmüşdür. O, əvvəlcə həmin pivə aparatlarından birini götürüb, bayıra çıxaraq kafeni əhatə edən taxta çəpərin yanına getmiş və Nicatı çağırmış, Nicat gəldikdə, həmin pivə aparatını taxta çəpərin üzərindən Nicata vermiş və Nicat da pivə aparatını götürüb yerə qoymuşdur. Daha sonra o, geri qayıdıb yardımçı tikilidəki digər pivə aparatını götürüb Nicatın yanına gedib taxta çəpərin üstündən Nicata vermiş və Nicat da aparatı götürüb yerə qoymuşdur. Sonra özü də taxta çəpərin üstündən keçərək küçəyə çıxmış və Nicatla birlikdə həmin 2 (iki) ədəd pivə aparatını götürüb avtomobilinin yük yerinə qoymuşdur. Bundan sonra o, Nicatla birlikdə avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşdürlər. xx.xx.2022- ci il tarixdə təxminən saat 06:00 radələrində onlar Bakı şəhərinə çatmış. Nicat ona bacısıgilə gedəcəyini bildirmiş və “Xırdalanın kruqu” deyilən yerdə avtomoildən enmişdir. Özü isə oğurladıqları həmin 2 ədəd pivə soyudan aparatları satmaq üçün əvvəllər tanıdığı Vüqar adlı şəxsə zəng edib, Vüqara özündə pivə soyudan aparatlar olduğunu, həmin pivə aparatlarını əvvəllər kafe işlətdiyi vaxt aldığını, artıq istifadə etmədiyini və satmaq istədiyini bildirib, ona həmin aparatları almasını təklif etmişdir. Vüqar özü də pivə satışı ilə məşğuldur. Vüqar razılaşmış və pivə aparatlarını görmək istədiyini demişdir. Onlar Xırdalan şəhərində “Kristal 1” yaşayış kompleksinin yaxınlığında görüşmüşdürlər. Vüqar pivə aparatlarına baxdıqda, bəyənmişdir. Aralarındakı razılığa əsasən pivə aparatlarının hər birini 200 (iki yüz) manata olmaqla, 2 ədəd pivə aparatını ümumilikdə 400 (dörd yüz) manata Vüqara satmışdır. Həmin gün Xırdalan şəhərinə gedib küçədə qardaşı Nicatla görüşüb, həmin pivə aparatlarının satışından əldə etdiyi 400 manat puldan 100 (bir yüz) manatını qardaşı Nicata vermiş, qalan 300 manat pul ilə idarə etdiyi maşının kreditini ödəmişdir. xx.xx.2022ci il tarixdə təxminən saat 16:00 radələrində o, Xırdalan şəhərinə gedib orada küçədə Nicatla görüşmüş və onlar yaxınlıqdakı kafelərdən birində əyəşib söhbət etmişdirlər. Söhbət zamanı o, Nicata Şəki şəhərinə sərnişin aparacağını bildirib, ona yoldaşlıq etməsini xahiş etmiş, Nicat da razılaşıb avtomobilə əyləşmişdir. O, Nicatla birlikdə idarə etdiyi “Opel” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərindəki Beynəlxalq avtovağzala gedib avtovağzaldan tanımadığı 3 nəfər sərnişin götürmüş və Şəki şəhəri istiqamətində yola düşmüşdür. Həmin sərnişinlər Şamaxı rayon ərazisində avtomobildən enmiş və hər biri gediş haqqı olaraq 5 manat pulu vermişdir. Sonra o, Şəki rayonu istiqamətində yola davam etmişdir ki, Şəki şəhərinə çatıb sərnişin götürüb Bakı şəhərinə geri qayıdar. xx.xx.2022-ci il tarixdə təxminən saat 00:30 radələrində onlar Şəki şəhərinə çatmış və o, avtomobil ilə Şəki şəhərindəki Qaz idarəsi ilə üzbəüz yerləşən “Palma” adlı kafenin yanından keçən zaman kafenin həyətində pivə soyudan aparat olduğunu gördükdə, həmin pivə aparatını oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. O, avtomobilini kafenin yaxınlığında saxlamışdır. O, Nicata tapşırmışdır ki, ətrafa göz qoysun, kimsə gəlsə ona xəbər versin. Özü də gedib kafeyə baxacaq, əgər kafedə aparat olsa həmin aparatı götürüb gələcək. O, avtomobildən enib ətrafa baxıb, heç kim olmadığından əmin olduqdan sonra kafenin həyətinin qapısı olmadığından birbaşa kafenin həyətinə daxil olmuş və bir qədər irəliyə gedib, kafenin həyətində spirtli içkilər satılan piştaxtanın altına baxdıqda orada pivə soyudan aparat olduğunu görmüşdür. Sonra həmin pivə soyudan aparatın borularını kəsib ayırmış, sonra həmin 1 (bir) ədəd pivə soyudan aparatı götürüb kafenin həyətindən çıxıb avtomobilə tərəf getmişdir. Həmin vaxt Nicat avtomobildən enib pivə aparatını yük yerinə qoymaqda ona kömək etmiş, bundan sonra o, Nicatla birlikdə avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində onlar Xırdalan şəhərinə çatmış və Nicat “Xırdalanın kruqu” ceyilən yerdə avtomobildən enib bacısıgilə getmişdir. Bundan sonra o, oğurladığı həmin bir ədəd pivə soyudan aparatı daha sonra satıb pul əldə etmək məqsədi ilə Bakı şəhərində kirayə yaşadığı ünvana aparıb, həmin ünvanda saxlamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, Xırdalan şəhərində küçədə qardaşı Nicatla görüşmüş və söhbət zamanı Nicata “Palma” kafesindən oğurladığı həmin 1 ədəd pivə aparatını sataraq əldə etdiyi pulu avtomobilinin xərclərini ödəməyə xərclədiyindən Nicata pul verə bilməyəcəyini bildirmişdir. Həmçinin, həmin vaxt Nicata Şəki şəhərinə sərnişin aparacağını bildirib, birlikdə getməyi təklif etmişdir. Nicat da razılaşıb onunla birlikdə avtomobilinə əyləşmiş, onlar birlikdə Bakı şəhərindəki Beynəlxalq avtovağzala getmişdirlər. Axşam saatları olduğundan o. Şəki şəhərinə gedən sərnişin tapmamış, orada bir nəfər tanımadığı qadın özünə məxsus iti Şəki şəhərinə göndərmək istədiyini bildirmiş və o, razılaşmış, həmin qadın ona yol haqqı olaraq 30 manat pul vermiş, o da həmin qadının itini götürüb, Nicatla birlikdə Şəki şəhərinə yola düşmüşdür. Onlar xx.xx.2022-ci il tarixdə təxminən saat 03:00 radələrində Şəki şəhərinə çatıb, həmin iti ona verən qadının tapşırığına əsasən Şəki şəhərindəki sahibinə təhvil vermişdir. O, yorğun olduğundan avtomobildə yatmışdır. Səhər açıldıqdan sonra o və Nicat yemək yeyib şəhərdə bir qədər gəzib vaxt keçirmişdir. Daha sonra onlar Qax rayonuna gedib atasına baş çəkmək qərarına gəlmiş və bu məqsədlə Qax rayonu istiqamətində hərəkət etmişdirlər. Yolda çay içmək üçün kafelərdən bimin qarşından avtomobilini saxlamış və onlar avtomobildən endikdə, mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onları Şəki şəhərrayon Polis Şöbəsinə dəvət etmişdirlər və onlar da razılaşıb polis şöbəsinə gəlmişdirlər. Onun və Nicatın kafelərdən oğurluq etmələrini heç kim görməyib. Həmin vaxt ətrafda tam sakitçilik olduğu üçün kiminsə onları görməsini hiss etməmişdir. O, oğurladığı pivə aparatlarını satmaqla cəmi 600 manat pul əldə etmiş, 450 manat ilə maşının kreditini ödəmiş, 150 manat borcuna vermiş, 100 manatını isə qardaşı Nicata vermişdir. Onun əvvəldən Nicata maşın almaq fikri var idi, lakin maddi imkanı buna yol vermirdi. Həm də pivə aparatlarını satmaqla əldə edəcəyi qazancın üstünü bitirib Nicata maşın ala biləcəyini düşünürdü. Lakin, idarə etdiyi maşının kreditini ödədiyi üçün pulu qalmamışdır. Hadisə zamanı oğurladıqları pivə aparatlarını satdığı Vüqar adlı şəxs həmin aparatların oğurluq olmasını bilmirdi. O, Vüqara həmin pivə aparatlarının özünə məxsus olduğunu bildirmişdi. O, hazırda yuxarıda qeyd edilən cinayət əməlindən başqa cinayət əməli törətməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, oğurluq cinayətini ehtiyac üzündən törətdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq etməklə bildirdi ki, onun yaşadığı kənddə özünə məxsus 32 sot torpaq sahəsi var, həmin torpaq sahəsinə müxtəlif növ ağaclar əkmiş, həmin bağın ətrafını isə taxta çəpərlə bağlamışdır. Giriş qapısı isə dəmir materialından hazırlanmış darvaza qoymuşdur. Bağa girişi iki yerdən qoymuşdur. Bağda yay-yaz mövsümündə pivə və çay sataraq çörək pulu qazanır. Bağın yol tərəfdən giriş hissəsində 40 kv ərazidə bir mərtəbəli tikli tikmiş, həmin tikilinin içərisinə stul və stol qoymuş, Xırdalan pivə zavodundan isə iki ədəd çəllək pivəsi soyducusu aparatı almışdır və həmin aparatları tikliyə quraşdırıb pivə satır. Təxminən 20-25 gün əvvəl havalar soyuduğu üçün artıq pivə içən olmadığından pivə satışını danıdırmışdır. Tiklinin içərisində pivə soyuducusu apartları qalmışdır ki, gələn mövsümdə pivə satışı ilə məşğul olıun. Özünə məxsus bağ sahəsi onun yaşadığı evə yaxın ərazidə yerləşdiyi üçün özünə məxsus mal-qaranı gətirərək orada otarır. xx.xx.2022ci il tarixdə həyat yoldaşı Sevinclə birlikdə bağ sahəsinə gələrək bağın ərazisində təmizlik işləri aparmış, əkdikləri tərəvəzləri, qoz və alma ağacından isə meyvələri yığmışdırlar. Bağda həyat yoldaşı Sevinclə axşam saat 20:30 radələrinə qədər olub, sonra yaşadığı evə getmişdir. Evə gedərkən pivə apartalırının saxladığı tiklinin qarşısını bağlasa da qıfıllamamış, bağın giriş qapısını isə qıfıl ilə bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci ildə saat 11:30 radələrində bağa iş görmək üçün getmişdir. Kənardan görmüşdür ki, tikilinin qapısı açıqdır. Qapının açıq olması onda şübhə yaratmış və tikilinin içərisinə girib ora qoyduğu əşyaları nəzərdən keçirtməyə başladıqda, görmüşdür ki, iki ədəd çəllək pivəsi soyuducusu aparatları qoyduğu yerdə yoxdur. 2 gün vacib işləri olduğu üçün o, bu barədə Şəki ŞRPŞ-yə gələrək məlumat verə bilməmişdir. İşlərini qurtardıqdan sonra xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-yə gələrək ona məxsus iki ədəd çəllək pivəsi soyuducusu aparatının naməlum şəxslər tərəfindən oğurlanması barədə ərizə yazmışdır. xx.xx.2022-ci il tarixdə o, bağında olarkən polis əməkdaşları əvvəldən tanıdığı Şəki rayonu Baş Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs1 və onun Qax rayounda yaşayan kiçik qardaşı Təqsirləndirilən şəxs2 öz müdafiəçiləri ilə birlikdə bağa gətirmişdirlər və onlar hansı qaydada ona məxsus iki ədəd çəllək pivəsi soyuducusu aparatını oğurladıqlarını göstərmişdirlər. O, bundan sonra bilmişdir ki, ona məxsus iki ədəd çəllək pivəsi soyuducusu aparatını Vüsal və qardaşı Nicat oğurlayıblar. Oğurlanmış çəllək pivəsi aparatının birinin qiyməti 780 manatdır, 2 ədəd oğurlanıb, ona cəmi 1560 manat maddi ziyanlıq dəymişdir. Təqsirləndirilən şəxslər ona məxsus olan iki ədəd çəllək pivəsi soyuducusu aparatını geri qaytarmış, Şəki şəhər-rayon Polis şöbəsində təhfil verilmişdir. Hazırda Təqsirləndirilən şəxs2 Ehtiram oğlu və Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onlardan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Şəki şəhəri N.Nərimanov prospektində Şirin Həbibullayevə məxsus kafeni uzun müddətdir ki, icarə əsasında işlədir. Həmin kafe bir mərtəbəli daşdan tikilib, bir zal, 3 otağ və kiçik ölçülü həyətdən ibarətdir. Kafenin ətrafı bir metr hündürlükdə dəmir barmaqlığla bağlanmışdır. Giriş qapsı isə dəmir barmaqlığdan hazırlanıb. Kafeni icarə əsasında işlətsə də, vergi və digər ödənişlər onun adından həyata keçirilir. Kafedə əsasən çay, yay mövsümündə isə pivə satışı ilə məşğul olur. Yay mövsümündə kafenin qarşı tərəfində bar düzəldərək oradan pivə satışını həyata keçirdir. Xırdalan pivə zavodundan bir ədəd çəllək pivəsi soyducusu aparatını müqavilə əsasında almış və həmin aparatı kafenin qarşı tərəfində düzəltdiyi bara quraşdırıb pivəni oradan satışını həyata keçirdir. Son vaxtlar hava soyuduğu üçün pivənin satışı azalıb, ona görə də Xırdalan pivə zavoduna sifariş göndərməmişdir. xx.xx.2022-ci il tarixdə səhər tezdən kafenin xidmətçisi Elvin kafeyə gələrək kafeni açıb işə başlayıb, o, isə həmin gün saat 12 radələrində kafeyə gəlmişdir. Həmin gün axşama qədər kafedə Elvinlə birlikdə olmuşdur. xx.xx.2022-ci il tarixə keçən gecə saat 02:00 radələrinə qədər kafedə olsalar da kafeyə müştəri gəlmədiyi üçün kafeyə və həyətinə giriş qapılarını bağlayıb çıxıb öz yaşadıqları evə getmişdir. Səhər tezdən Elvin ondan əvvəl kafeyə gəlib, təmizlik işləri görən zaman bir ədəd çəllək pivəsi soyuducusu aparatının yerində olmadığını görüb və bu barədə ona telefonla məlumat vermişdir. O, tez kafeyə gəlmiş, həqiqətən görmüşdür ki, kafenin qarşısında qoyduğu çəllək pivəsi soyuducusu aparatı qurşdardığı yerdə yoxdur. O, xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-yə gələrək icarə əsasında işlətdiyi kafedən bir adəd çəllək pivəsi soyuducusu aparatının naməlum şəxslər tərəfindən oğurlanması barədə ərizə yazmışdır. Polis əməkdaşları kafeyə gələrək baxış keçirtmiş və bu barədə protokol yazmışdırlar, o da həmin protokola imza etmişdir. O, bir ədəd çəllək pivəsi soyudcusu aparatını Xırdalan pivə zavodundan müqavilə əsasında almışdır. Bir ədəd aparat ona məxsusdıır, Oğurlanmış çəllək pivəsi aparatının qiyməti 850 manatdır, ona cəmi 850 manat maddi ziyanlıq dəyib. Onun işlətdiyi kafedən bir ədəd çəllək pivəsi sərənləşdirici aparatdan başqa heç bir əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxslər ona məxsus olan bir ədəd çəllək pivəsi sərənləşdirici aparatını geri qaytarmış, Şəki şəhər-rayon Polis şöbəsində təhfil verilmişdir. Hazırda Təqsirləndirilən şəxs2 Ehtiram oğlu və Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onlardan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs1 2018-ci ildən tanıyır. Belə ki, 2018-ci ildən o, Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif restoran və kafelərə pivə satır və bu yolla əldə etdiyi qazancla dolanır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 da Bakı şəhəri Nizami rayonu ərazisindəki Qara Qarayev metrostanisyasının yaxınlığında yerləşən adını xatırlamadığı kafeni işlədirdi. O, isə vaxtaşırı həmin kafeyə gedib Vüsala pivə satırdı. 2020-ci ilin əvvəllərinədək Vüsala pivə satmış və həmin dövrdə Vüsal icarə əsasında işlətdiyi kafeni təhvil verib fəaliyyətini dayandırdığına görə həmin vaxtdan Vüsala pivə satmamışdır. Lakin, o, bəzən Bakı və Xırdalan şəhərləri ərazisində Vüsal ilə rastlaşdıqda, görüşüb haləhval tutmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edib ona özündə pivə soyudan aparatlar olduğunu, həmin pivə aparatlarını əvvəllər kafe işlətdiyi vaxt aldığını, kafeni təhvil verdiyindən həmin aparatları artıq istifadə etmədiyinə görə satmaq istədiyini bildirib, ona həmin aparatları almağını təklif etmişdir. O, özü də pivə satışı ilə məşğul olduğundan həmin aparatları alıb istifadə etmək qərarına gəlmiş və Vüsala aparatları almaq istədiyini bildirib, pivə aparatlarını görmək istədiyini demişdir. Vüsal ilə Xırdalan şəhərində yaşadığı “Kristal-1” yaşayış kompleksinin yaxınlığında ikilikdə görüşmüşdür. Vüsalın gətirdiyi pivə aparatlarına baxmış və aralarındakı razılığa əsasən pivə aparatlarının hər birini 200 (iki yüz) manata olmaqla, 2 ədəd pivə aparatını ümumilikdə 400 (dörd yüz) manata Vüsaldan almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Xırdalan şəhərində küçədə onunla görüşmüş, həmin vaxt Vüsalın yanında ona ögey qardaşı olaraq təqdim etdiyi Nicat adlı şəxs də var idi. Vüsal ona satdığı həmin 2 ədəd pivə soyudan aparatını oğurladığını, həmin oğurluqla bağlı Şəki şəhər Polis Şöbəsində araşdırma aparıldığını, buna görə də aparatları geri almaq istədiyini bildirmiş və o da razılaşıb həmin 2 ədəd pivə soyudan aparatı Vüsala təhvil vermişdir. Daha sonra isə Vüsal və Nicat çıxıb getmişdirlər. Təqsirləndirilən şəxs1 ona 2 ədəd pivə soyudan aparatı satan zaman o, həmin aparatların oğurluq olmasını bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona satdığı aparatların özünə məxsus olduğunu bildirmişdi. Vüsal özü də əvvəllər kafe işlətdiyi dövrdə pivə satışı ilə məşğul olduğuna görə o, həmin aparatların həqiqətən də Vüsala məxsus olduğunu düşünmüş və Vüsalın həmin aparatları qeyri-qanuni yolla əldə etməyindən şübhələnməmişdir. O, Vüsal Hiimmətovun ona satdığı 2 ədəd pivə soyudan aparatın oğurluq olmasım xx.xx.2022-ci il tarixdə Vüsal özü ona həmin aparatları oğurladığını deyən zaman bilmişdir. Təqsirləndirilən şəxs1 ona yalnız xx.xx.2022-ci il tarixdə 2 (iki) ədəd pivə soyudan aparat satmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs1 aldığı pivə soyudan aparatın bir ədədinin orta bazar qiyməti təxminən 200-250 manatdır. Pivə soyudan aparat kranı, reduktoru, qaz balonu və başqa hissələri ilə birlikdə dəst şəkilində yeni, yəni işlənməmiş vəizyyətdə 780 (yeddi yüz səksən) manatdır. Lakin, o, hadisə zamanı Təqsirləndirilən şəxs1 pivə soyudan aparatın yalnız özünü almış və həmin aparat işlənmiş vəziyyətdə olmuşdur. İşlənmiş vəziyyətdə olan tək şəkildə pivə soyudan aparatın isə orta bazar qiyməti təxminən 200-250 manatdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əşyanın könüllü təqdim olunması, götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu üç ədəd pivə soyudan aparatı təqdim etmiş və həmin əşyaların hadisə zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladıqları 3 ədəd pivə soyudan aparat olduğunu bildirmişdir. “Əşyalar üzrə tanınmanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun təqdim etdiyi iki ədəd pivə soyudan aparat tanınmaya təqdim olunan zaman Zərərçəkmiş şəxs1 həmin pivə soyudan aparatları tanıyaraq göstərmiş və həmin aparatlardan heç birinə zərər yetirilmədiyini bildirmişdir. “Əşyalar üzrə tanınmanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun təqdim etdiyi bir ədəd pivə soyudan aparat tanınmaya təqdim olunan zaman Zərərçəkmiş şəxs2 həmin pivə soyudan aparatı tanıyaraq göstərmiş və həmin əşyalardan heç birinə zərər yetirilmədiyini bildirmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs1 məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən kafeyə, X3 yaşadığı ünvanında yerləşən evə, Zərərçəkmiş şəxs2 məxsus Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Palma” adlı kafeyə gizli olaraq qanunsuz daxil olub oğurluq etmələrini göstərmişdir. “Cinayət işinin tövsif edilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaq aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində tövsif edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəki şəhərində yerləşən “Palma” adlı kafeyə baxış keçirilən zaman pivə qablarından birinin, yəni üzərində “Xırdalan” yazısı olan qabın içəri tərəfindən naməlum şəxs və şəxslər tərəfindən həmin aparatın oğurlanması faktı öz təsdiqni tapmışdır. “Təqdimetmə, götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun təqdim etdiyi üç ədəd pivə soyudan aparat götürülərək aparatların biri ağ rəngdə, digər ikisi mavi rəngdə olmaqla üzəriləri metal materialdan hazırlanması göstərilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi pivə soyudan aparatları hadisə zamanı Təqsirləndirilən şəxs1 ilə oğurladıqları aparatlar olduğunu bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu xx.xx.2022-ci il tarixdə, saat 21:35-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 19:10-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Repspublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Repspublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 oğlu barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin tutulması haqqında” 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs1 ittiham elan edilməsi üçün tutulsması barədə qərar qəbul edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində axtarış qərarı qəbul edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdə saat 11:00-da Bakı şəhərində, Bakı Metropolitenin əməkdaşları tərəfindən tutularaq Şəki ŞRPŞ-nın əməkdaşlarına təhvil verilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs1 tutulara istintaqa təhvil verildiyindən ********** nömrəli cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi üçün təzələnmişdir. “Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Repspublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şəki ŞRPŞ-nə saxlanca verilmiş 3 ədəd pivə soyudan aparat cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 038 nömrəli məktubda göstərilmişdir ki, ünvan 6 ünvanında yaşayan Yusublu X4 rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 037 nömrəli məktubda göstərilmişdir ki, Şəki rayonu Baş Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs1 Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanında yaşayan Yusublu X2 şəhər Rayonlararası Nakoloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 08 nömrəli məktubunda göstərilmişdir ki, Şəki rayonu Baş Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs1 2016-cı il tarixdən “Kanabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asılılıq sindromu” diaqnozu üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur. İş üzrə təyin olunmuş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 58 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş və hal-hazırda da keçirmir. Cinayət əməlini törədərkən və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünashq ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/688 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, fotoşəkilləri təqdim edilmiş pivə soyudan aparatların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1050,00 manat müəyyən edilir. O, cümlədən: - 02 ədəd pivə soyudan aparat 700,00 (2x350 man), - 01 ədəd pivə soyudan aparat - 350,00 manat. Qax rayon İHB-nin Qax şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həqiqətən də ünvan 10 ünvanda yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarkterizə olunur. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 203 nömrəli, 03 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayon, Baş Göynük kəndində yaşayır. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyatnamədən görünür ki, Şəki rayon, Baş Göynük kənd sakini Təqsirləndirilən şəxs1 cəza çəkmə müəssisəsində olmuş və polis əməkdaşları tərəfindən nəzarətdədir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 hadisə nəticəsində ona dəymiş maddi ziyanı tamamilə ödəmişdirlər. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 10 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 hadisə nəticəsində ona dəymiş maddi ziyanı tamamilə ödəmişdirlər. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə cinayət törətməsini, törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-in 59.2-ci maddəsi), zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), himayəsində bir azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-c i il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cəzalarını yaşayış yeri üzrə çəkməli və cəza çəkdikləri müddət ərzində onların üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 25 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, digər Təqsirləndirilən şəxs1 25 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs və 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 8 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd pivə soyudan aparatın, iki ədədi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və bir ədədi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 1 (bir) il, altı (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 oğlunun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (il) il, 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 25 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs və 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - üç ədəd pivə soyudan aparatın, iki ədədi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və bir ədədi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar