Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-43/2024 03.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1992-ci ildə Şəki rayonu, Turan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu, Turan qəsəbəsində pasport qeydiyyatında olmaqla tutulana günə qədər həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilərək hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq zavod üsulu ilə keçimiş SSRİ dövlətində istehsal olunmuş, üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli, Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapançanı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz, və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı, döyüş sursatı hesab edilən 04 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı patronları, nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomatı, «Kalaşnikov» konustruksiyalı, RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olmaqla, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat darağını, döyüş sursatı hesab edilən, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45X39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 13 ədəd patronları əldə edib, daşımaqla üstündə və onun cinayət əməlindən xəbəri olmayan tanışı Şahid1 idarə etdiyi, özünün sərnişin kimi əyləşdiyi VAZ-21011 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış, 12 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün Şəki rayonu Turan qəsəbəsində saxlanılaraq həmin qəsəbədə yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq göstərilən tarixdə saat 18:16 dəqiqədən etibarən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, bel hissəsində kəmərin altına keçirilmiş vəziyyətdə olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli, Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz, və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən 04 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı patronlar aşkar edilərək götürülmüş, həmin videoçəkilişin davamı olaraq sərnişin qismində əyləşdiyi və onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 idarə etdiyi «VAZ-21011» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin yük yerinə qoyduğu ağ rəngli torbada olan nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat, «Kalaşnikov» konustruksiyalı, RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olmaqla, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat daraq, döyüş sursatı hesab edilən, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45X39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 13 ədəd patronlar aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan başqa, o, qəsdən, qanunsuz olaraq, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı, «Kalaşnikov» konstruksiyalı avtomat silahın, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən süngü bıçağı və qınını əldə edib gəzdirərək daşımaqla üstündə və onun cinayət əməlindən xəbəri olmayan tanışı Şahid1 idarə etdiyi, özünün sərnişin kimi əyləşdiyi VAZ-21011 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış, 12 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün Şəki rayonu Turan qəsəbəsində saxlanılaraq həmin qəsəbədə yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq göstərilən tarixdə saat 18:16 dəqiqədən etibarən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman, videoçəkilişin davamı olaraq sərnişin qismində əyləşdiyi və onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 idarə etdiyi «VAZ-21011» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin yük yerinə qoyduğu həmin 1 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı, «Kalaşnikov» konstruksiyalı avtomat silahın, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən süngü bıçağı və qını aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Usta işləməklə özünü dolandırır. 2020-ci ilin yaz aylarında işğaldan azad olunmuş Tərtər rayonunda tikililərin birində usta işləmişdir. Həmin işi başa çatdırıb rayona qayıdarkən, ara yollar ilə magistral yola tərəf piyada gedən zaman yerdə ağ rəngli torba görmüş, torbanın içərisi dolu olduğundan diqqətini çəkmişdir. Torbanın ağzı lentlə bağlanmışdır. Torbanı açıb içərisinə baxdıqda tapança və avtomat silahlarının olduğunu görmüşdür. Silahları torbadan çıxardıqda avtomata bitişik ştiknoz olduğunu görmüşdür. Həmin silahları öz avadanlıqlarının arasına qoyub özü ilə birgə Turan qəsəbəsinə yaşadığı evə gətirmişdir. Evdə silahlara baxdıqda tapançanın darağında dörd ədəd, avtomatın darağında isə on üç ədəd güllə olduğunu görmüşdür. Həmin silahları yaşadığı evin həyətindəki tövlənin arxasında olan daşların altında gizlətmiş, daha sonra uşaqların əlinə keçməsindən ehtiyat edərək silahları oradan götürüb Turan qəsəbəsinin kənarında yaşayış olmayan köhnə yarımtikiliyə aparıb tavanda gizlətmişdir. Bu ilin fevral ayının 9-da şəxsi işləri ilə bağlı Mingəçevir şəhərində olarkən, bazarın yaxınlığında dayanarkən orta yaşlı bir nəfər şəxslə tanış olmuş, söhbət zamanı həmin şəxs əvvəllər silaha görə türmədə olduğunu, silahda yaxşı pul olduğunu ona demişdir. Bu zaman o da tikilidə gizlətdiyi silahları satıb borclarını ödəyə biləcəyini düşünüb həmin şəxsə özündə tapança və avtomat olduğunu, lakin kənddə saxladığını demişdir. Aralarındakı söhbət zamanı həmin şəxs tapancanı və ştiknozu 1500 manata, avtomatı isə 1700 manata ala biləcəyini dedikdə onunla razılaşmış, xx.xx.2024-cü il tarixdə, saat 19:00-da Mingəçevir şəhərində göyərçin heykəlinin yanında həmin şəxslə görüşüb silahları ona satacağı barədə aralarında razılığa gəlmişlər. Daha sonra yaşadığı qəsəbəyə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında silahları gizlətdiyi köhnə tikiliyə getmiş, torbanın ağzını açıb tapancanı götürüb əynindəki şalvarın arxa sol bel hissəsinə kəmərin altına keçirmiş, torbanın ağzını bağlayıb əlinə alıb qəsəbəyə tərəf getmişdir. Qəsəbədə həmkəndlisi taksi sürücüsü olan Rəsul ilə rastlaşmışdır. Ona əlindəki torbanı göstərib içərisində perperator olduğunu, xarab olduğu üçün Mingəçevir şəhərinə təmirə aparmaq istədiyini deyib onu avtomobili ilə Mingəçevir şəhərinə aparmasını xahiş etmişdir. Ruslan 15 manat müqabilində onu aparmağa razı olmuşdur. O, maşının yük yerini açıb əlindəki torbanı yük yerinə qoymuş, daha sonra özü sağ ön oturacaqda əyləşmişdir. Rəsul bir qədər getdikdən sonra avtomobili yolun kənarında saxlayıb telefonla danışdıqda polis əməkdaşları onlara yaxınlaşıb üzərlərində silah olduğuna dair məlumat olmasına görə Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra o və Rəsul buna etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə getmişlər. Həmin vaxt onun üzərində silah olması barədə şübhələr olduğunu bildirib vəkil seçməsini bildirmiş və o, Zaur Byramovu seçmiş, bir müddət sonra vəkil də gəlmişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən 01 ədəd plastik kartı, içərisində siqaret olan bir ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, qara rəngli şalvarın sağ ön cibindən pul əskinazlarını, sol arxa bel hissəsində saxladığı Makarov tapancasını çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş əşyaları təqdim etmiş və makarov tapançasını Tərtər rayonunda yoldan tapdığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən tapançaya baxış keçirilmiş, ekspertə təqdim olunması üçün qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmçinin üzərindən aşkar edilmiş digər əşyalar da qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Daha sonra ondan başqa hər hansı yerdə silah və ya digər qanunsuz əşya saxlayıb-saxlamadığı barədə soruşulduqda o, saxlanılarkən sərnişin qismində əyləşdiyi avtomobilin yük yerində torbanın içərisində avtomat saxladığnı demişdir. Bundan sonra Rəsulun idarə etdiyi Vaz-21011 markalı avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerindən onun gizlətdiyi avtomat, güllələr və ştiknoz aşkar edilmiş, baxış keçirildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. O, həmin silah-sursatı sataraq qazanc əldə etmək məqsədilə gizlədib saxladığını, silahların üzərində dəyişiklik etmədiyini, silahın hansısa hissəsini təmir etdirmədiyini, həmin silah-sursatı gizlədib saxladığını heç kimin görmədiyini, bununla bağlı heç kimə heç nə deməmişdir. Rəsulun onun üzərində və torbada silah saxlaması barədə məlumatının olmadığını, həmin aşkar olunaraq götürülmüş silah-sursatdan başqa heç yerdə silah gizlətməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ailədə himayəsində xəstə anasının olmasını nəzərə alaraq, ona azadlıqdan məhruetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, protokollar, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 12 fevral 2024-cü il tarixdə xidmətdə olarkən, Şəki rayonu, Turan qəsəbə sakini “Sahib” adlı şəxsin Şəki rayonu ərazisində qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi barədə məlumatı daxil olduğundan Sarıca PB-nin PPXBnin manqa komandiri, polis baş serjantı Şahid3 və onun iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki rayonu, Turan qəsəbəsi ərazisində qəsəbə sakini Şahid1 idarə etdiyi VAZ-21011 markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşməsi müəyyən olunaraq avtomobil ilə saxlanılıb polis bölməsinə dəvət edilmişdir. X5 Yaqubova hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra vəkil Müdafiəçi iştirakı ilə videoçəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə, Təqsirləndirilən şəxs əynində olan qara göy rəngli gödəkcənin sağ iç cibində bir ədəd plastik kartı, 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan qara rəngli şalvarın sağön cibindən pul əskinazlarını, əynində olan qara rəngli şalvarın sol arxa bel hissəsində saxladığı 01 ədəd Makarov modelli tapançaya bənzər predmeti çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa Sahibin üzərində başqa qanunla qadağan edilmiş hər hanısı bir əşya aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən çıxarıb masanın üzərinə qoyduğu əşyaları götürüb bir-bir təqdim etməsini təklif etdikdə, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyanın silah olduğunu, 2020-ci ildə Tərtər rayonunda işləyən zaman orada yerdən torbanın içərisində həmin tapançanı və avtomobildə saxladığı avtomatı tapdığını, tapançanı 1500 manata, avtomatı isə 1700 manata satmaq üçün Mingəçevir şəhərinə aparmaq istədiyini bildirmişdir. Həmin predmetə baxış zamanı üzərində bir ədəd daraq, darağın içərisində isə dörd ədəd patron olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin tapança, daraq və dörd ədəd patron qablaşdırılaraq möhürlənmiş, imzalanmış və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən sərnişin qismində əyləşdiyi, Rəsulun idarə etdiyi Vaz 21011 markalı avtomobilin yük yerində bir ədəd avtomat və bir ədəd süngü bıçaq saxladığını, üzərindən aşkar edilmiş silahla birlikdə onları da Mingəçevir şəhərinə aparıb orada satmaq məqsədilə özündə saxladığını demişdir. Daha sonra videoçəkilişlə bölmənin həyətində saxlanılan Vaz-21011 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük yerinə yaxınlaşıb açaraq orada olan torbanı çıxarıb təqdim etmişdir. Baxış zamanı torbanın içərisindən bir ədəd Kalaşnikov avtomatına bənzər predmet, bir ədəd daraq, içərisində 13 ədəd patron və bir ədəd süngü bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin silahı və sursatları Tərtər rayonunda yerdən tapdığını, həmin silahları üzərində və avtomobildə saxlaması barədə sürücü Rəsulun məlumatının olmadığını bildirmişdir. Bundan sonra həmin kalaşnikov tipli avtomata bənzər predmet, daraq, güllələr və süngü bıçaq təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənərək imzalanmış və götürülmüşdür. Bundan sonra videoçəkiliş nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, sonra isə bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin digər əməkdaşı Şahid3 eyni məzmunda ifadə verərək Şahid2 göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “VAZ-21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə edir. Həmin avtomobili özünə məxsus sürücülük vəsiqəsi ilə idarə edir. Həmkəndlisi Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, onunla normal münasibəti olmuşdur. 12 fevral 2024-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “VAZ-21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Turan qəsəbəsində olarkən, həmkəndlisi Sahib ona yaxınlaşıb 15 manat zəhmət haqqının müqabilində Mingəçevir şəhərinə aparmasını xahiş etmiş və o, razı olmuşdur. Həmin vaxt Sahibin əlində ağ rəngli torba olmuşdur, o, torbanı ona göstərib içərisində özünə məxsus gidrafon olduğunu, xarab olduğu üçün Mingəçevir şəhərinə təmirə apardığını demişdir. Daha sonra avtomobilinin yük yerinin qapısını açıb həmin torbanı yük yerinə qoymuşdur. Özü isə sağ ön oturacaqda onun yanında əyləşmişdir. Avtomobildə Sahibdən və ondan başqa heç kim olmamışdır. O, “VAZ-21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Turan qəsəbəsinin çıxışına doğru bir qədər sürmüş, daha sonra telefonla danışmaq üçün avtomobili yolun kənarında saxlamışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşıb üzərlərində silah olduğuna dair məlumat olmasına görə Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra o, və Sahib buna etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə getmişlər. Polis Bölməsinə getdikdən sonra ona üzərində silah olmasına görə şübhələr olduğunu deyib siyahı verərək vəkil seçməsini bildirilmişdir. Həmin vaxt siyahıdan Fərid Əliyevi seçmiş, bir müddət sonra vəkil də gəlmişdir. Bundan sonra ona şübhəli şəxs qismində tutulması barədə bildirilib hüquq və vəzifələrini izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçirilimişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində olan əşyaları təqdim edilməsi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarın sağ arxa cibindən bir ədəd cib dəsmalını, sağ əlinin orta barmağında olan bir ədəd üzüyü masanın üzərinə qoymuşdur. Daha sonra həmin əşyaları təqdim etməyi xahiş etdikdə, üzərindən aşkar edilmiş əşyaları təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən silah və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə videoçəkiliş yekunlaşdırılmış və təhqiqatçı tərəfindən nümayiş etdirilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Onun avtomobilinə Sahib tərəfindən qoyulmuş silah barədə heç bir məlumatının olmadığını, silahı avtomobilinin yük yerinə Sahibin qoyduğunu, Sahibin ona torbanın içərisində gidrafon olduğunu deyib aldatdığını, Sahibin silah əldə edib özündə saxlaması barədə heç bir məlumatının olmadığını, X6 getdikdən sonra Sahibin üzərində silah saxlaması barədə məlumatı olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:35-də Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə ittiham elan edilmişdir. “Şəxsi axtarış və götürmə” haqqında 12 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, həmin tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin X6 gətirilmiş Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol arxa bel hissəsində kəmərin altına keçirilmiş vəziyyətdə olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli, Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz, və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən 04 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı patronlar, Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi «VAZ-21011» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən ağ rəngli torbada olan nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat, «Kalaşnikov» konustruksiyalı, RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olmaqla, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat daraq, döyüş sursatı hesab edilən, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45X39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 13 ədəd patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı, «Kalaşnikov» konstruksiyalı avtomat silahın, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən süngü bıçağı və qını aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəki Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli, 1(009)-136/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3, 67.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 11 ay 29 gün azadlıqdan məhrum etmə və 1700 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək üzərində 2 (iki) il 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsindən verilmiş 22 may 2024-cü il tarixli məktubdan və Aministiya Aktının tətbiq edilməsi haqqında 26 avqust 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 may Respublika günü münasibəti ilə Şəki Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 2000 (iki min) manat cərimə cəzasının çəkilməmiş qalan 1700 (bir min yeddi yüz) manat hissəsindən azad edilmişdir. Şəki Rayon Məhkəməsinin 4(075)-12/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 13 fevral 2024-cü il tarixli, 24/332 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşüçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişən heç bir əlavə dəyişiklik edilməmişdir; tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar (Bax: tapançanın tədqiqi hissəsinə); tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu iləistehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. ( Bax: tapançanın tədqiqi hissəsinə); tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişən heç bir əlavə dəyişiklik edilməmişdir; tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. (Bax: avtomatın tədqiqi hissəsinə): tədqiqata təqdim edilmiş 13 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: avtomatın tədqiqi hissəsinə); eksperimental atəşlər zaman əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-13-16-16-17/288 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq və onun qını zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı (“Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçağıdır, soyuq silah hesab edilir, həmin predmetin üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir, təyinatı dəyişdirilməmişdir. X3 “Ovçuluq və Balıqçılıq” klubundan daxil olmuş 18 mart 2024-cü il tarixli, 05 nömrəli məktuba əsasən, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Ovçular Cəmiyyətinin və “Ovçuluq və Balıqçılıq” klubunun üzvü olmamışdır, hal-hazırda da üzv deyil. “Sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və sərnişin kimi əyləşdiyi VAZ-21011 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış olduğu keçmiş SSRİ dövlətində istehsal olunmuş, üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli, Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən 01 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı patron, nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat, «Kalaşnikov» konustruksiyalı, RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olmaqla, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat daraq, döyüş sursatı hesab edilən, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45X39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 10 ədəd patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı, «Kalaşnikov» konstruksiyalı avtomat silahın, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən süngü bıçağı və qını maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə verilmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində və sərnişin olduğu VAZ-21011 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdən daxil olmuş 15 mart 2024-cü il tarixli, 267 nömrəli məktubdan görünün ki, Yaqubov X2 şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda durmur. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 17 fevral 2024-cü il tarixli, 147 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 9 mm kalibirli, Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən 01 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı patron, nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat, «Kalaşnikov» konustruksiyalı, RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olmaqla, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat daraq, döyüş sursatı hesab edilən, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45X39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 10 ədəd patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı, «Kalaşnikov» konstruksiyalı avtomat silahın, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən süngü bıçağı və qınını qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 9 mm kalibirli, Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən 01 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı patron, nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat, «Kalaşnikov» konustruksiyalı, RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olmaqla, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat daraq, döyüş sursatı hesab edilən, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45X39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 10 ədəd patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı, «Kalaşnikov» konstruksiyalı avtomat silahın, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən süngü bıçağı və qınını qanunsuz olaraq əldə edib özündə saxlamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahları və onların komplekt hissələrini eyni zamnad süngü bıçağı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün Şəki rayonu Turan qəsəbəsində saxlanılaraq həmin qəsəbədə yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 inzibati binasına gətirilib orada üzərində və sərnişin kimi əyləşdiyi avtomobilin yük yerindən yuxarıda göstərilən silahlar və onların komplekt hissələri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1 və 228.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-i maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən cinayətdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Turan qəsəbəsində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 4(075)-12/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayət az ağır cinayətlər, 228.4-cü maddəsində göstərilən cinayət böyük ictimai təhlükə törətməyən,cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməllərini törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İbtidai həbs müddəti çəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəzanın başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs və sərnişin qismində olduğu “VAZ-21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış olduğu keçmiş SSRİ dövlətində istehsal olunmuş, üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli, Makarov konstruksiyalı 01 ədəd tapança, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən 01 ədəd 9x18 mm kalibrli olmaqla təyinatı üzrə istifadə və atəş üçün yararlı patron, nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik 01 ədəd avtomat daraq, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45X39 mm kalibrli olmaqla atəş üçün yararlı 10 ədəd patronlar, 01 ədəd kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən süngü bıçağı və qını müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Şəki ŞRPŞ-nin saxlama anbarına saxlanca verilmiş 9 mm kalibirli, Makarov konstruksiyalı 01 ədəd tapança, 08 ədəd 9x18 mm kalibrli 01 ədəd daraq, 01 ədəd 9x18 mm kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı patron, 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, 40 ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik 01 ədəd avtomat daraq, 5,45X39 mm kalibrli 10 ədəd patronlar, 01 ədəd süngü bıçağı xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut – 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 30.60 (otuz manat altmış qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həm də həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-43/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-43/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver