Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-44/2020 06.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Ağdaş rayonu Pirəzə kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, ünvan 1 mənzil 36 ünvanında qeydiyyatda olmaqla, tutulana kimi ünvan 2 ünvanında yaşamış, X11 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən cinayət törətdiyinə görə məhkum edilib X1 cəza çəkərkən yenidən qəsdən cinayət törədərək şəxsi marağı naminə, istintaqa məlum olmayan mənbədən əldə etdiyi «Cəzaçəkmə müəssisələrinin X8» ilə məhkumlara qadağan olunmuş əşya sayılan əldəqayırma üsulu ilə hazırlanmış, deşici xassəyə malik olan bir ədəd bizi əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, xx.xx.2020-ci il tarixdə, saat 09:10 radələrində X2 əməkdaşları tərəfindən üzərinə axtarışbaxış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən həmin biz aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona CM-nin 317-2.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, X11 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib həmin məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Cəzasını X1 cəkmişdir, hal-hazırda isə cəzasını X4 çəkir. xx xxxx 2020-ci il tarixdə X2 əməkdaşları müəssisədə səhər düzülüşü zamanı üzərinə axtarış-baxış tədbirləri keçirərkən onun cibində olan 01 (bir) ədəd bizi aşkar edərək götürmüşlər. Həmin bizi müəssisənin ərazisindən bir müddət əvvəl tapmış və özündə saxlamışdır. Müəssisəyə daxil olarkən qadağan edilmiş əşyaların siyahısı ilə tanış edilmiş və bu cür əşyaların məhkumlar üçün qadağan edilmiş əşya olduğunu, onun saxlanılması və istifadəsinin cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 əməliyyat şöbəsinin baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs X1 saxlanılan şəxs kimi tanıyır, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. Daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxx 2020-ci il tarixdə, saat 09:10 radələrində müəssisənin digər əməkdaşları ilə birlikdə, hal şahidlərinin iştirakı ilə məhkumların səhər düzülüşü vaxtı müəssisənin ciddi rejimli 1-ci korpusunda qəfləti axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən «Cəzaçəkmə müəssisələrinin X8» ilə qadağan olunmuş bir ədəd deşici xassəyə malik olan biz aşkar edərək götürmüşlər. Faktla bağlı müvafiq protokol tərtib edilmiş, aşkar edilən biz qablaşdıraraq protokola əlavə edilmiş və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 əməkdaşı Şahid3 Şahid1 ifadəsinə məzmunca eyni olan uyğun ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs X1 saxlanılan məhkum kimi tanıyır, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. xx xxxx 2020-ci il tarixdə X1 rəisin növbətçi köməkçisi kimi xidmətdə olmuşdur. Xidmətdə olduğu zaman saat 09:10 radələrində müəssisənin digər əməkdaşları ilə birlikdə, hal şahidlərinin iştirakı ilə məhkumların səhər düzülüşü vaxtı müəssisənin ciddi rejimli 1-ci korpusunda qəfləti axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı həmin korpusun 3-cü mərtəbə 6-cı kamerada saxlanılan məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən «Cəzaçəkmə müəssisələrinin X8» ilə qadağan olunmuş bir ədəd deşici xassəyə malik olan biz aşkar edərək götürmüşlər. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bizin ona məxsus olduğunu, müəssisənin ərazisindən tapdığını və onun əynindəki şalvarının cibində saxlayıb gəzdirməkdə hər hansı məqsədinin olmadığını bildirmişdir. Faktla bağlı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilmiş, aşkar edilən biz qablaşdıraraq protokola əlavə edilmiş və möhürlənmişdir. Protokolla tanış olub onun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan X2 Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 09:10 radələrində X2 1-ci ciddi rejimli korpus 3-cü mərtəbə 6-cı kamerada saxlanılan 1970-ci il təvəllüdlü Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş, X11 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 29,120.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki şalvarının sağ cibindən bir ədəd deşici alət olan biz aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxx 2020-ci il tarixli 17/303 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulu ilə hazırlanmış, deşici xassəyə malik olan alət – bizdir, kоnstruksiyasına görə soyuq silah hesab edilmir”. Aparılmış tədqiqatın dəyəri 30.60 (otuz manat altmış qəpik) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş tələbnamədən, X11 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünün və Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 7(075)-93/2020 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, lakin CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Daha sonra X11 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3cü maddəsi tətbiq edilməklə 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx xxxx 2014-cü ildən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 7(075)-93/2020 saylı qərarına əsasən cəzasının 01 (bir) il 06 (altı) ay hissəsini həbsxanaya keçirilməsi qərara alınmışdır. İş materiallarında olan X2 rəhbərliyi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X3 İntizam Qaydaları”nın təsdiq edilməsi barədə xx xxxxxx 2011-ci il tarixli 7-N nömrəli qərarının 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxsin həmin cinayəti törətməsi özünün etirafı, şahid ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, həmçinin əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə hökmü ilə təyin edilmiş 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə onun çəkilməmiş 09 il 05 ay 02 gün azadlıqdan məhrum etmə cəzası vardır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 il 05 ay 02 günü həmin cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd deşici xassəyə malik olan əldəqayırma üsulu ilə hazırlanmış biz məhv edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 30.60 (otuz manat altmış qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs X11 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 (doqquz) il 05 (beş) ay 02 (iki) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd deşici xassəyə malik olan əldəqayırma üsulu ilə hazırlanmış biz hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 30.60 (otuz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesabına keçirilsin. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-44/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-44/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver