Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-44/2022 28.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13 iyun 2014-cü il tarixdən başlayaraq 17 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 30 manat, X1 əmək qabiliyyətini itirdiyinə görə 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində alimentin, həmçinin X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq 23 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 70 manat, 13 yanvar 2020-ci il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq Abdureyimova (Məmmədova) Ruhiyə Tehran qızına verilməsinə dair müvafiq olaraq Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı, 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı və 13 dekabr 2019-cu il tarixli, 2(075)-2158/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə sonuncu dəfə həmin rayon məhkəməsi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 20.09.2021-ci il və 01.10.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanması mərhələsinə baxılması üçün təqdimat verilənədək, yəni 22 oktyabr 2021-ci il tarixədək şəxsi maraq niyyətilə Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı qətnaməsi üzrə 1007 manat, 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı qətnaməsi üzrə 1890 manat, 13 dekabr 2019-cu il tarixli, 2(075)- 2158/2019 saylı qətnaməsi üzrə isə 2100 manat olmaqla, cəmi 4997 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Cinayət-Prosessual Məcəllənin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi aşağıdakı mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində törətmiş olduğu cinayət əməlini etiraf etməklə göstərmişdir ki, o, 03 iyul 1996-cı ildə Abdureyimova (Məmmədova) Ruhiyə Tehran qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 15 may 2000-ci il tarixdə Nurlan, 17 iyul 2009-cu il tarixdə isə Nuray adlı övladları anadan olmuş, bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar. Nikahları Şəki Rayon Məhkəməsinin 18 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan övladlarından Nurlan onun himayəsində, Nuray isə anası Ruhiyənin himayəsində saxlanılmışdır. Həmçinin Ruhiyə aliment tələbi ilə də məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsi ondan cavabdeh kimi 13 iyun 2014-cü il tarixdən başlayaraq 17 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 30,00 manat, həmçinin Abdureyimova (Məmmədova) Ruhiyə Tehran qızının əmək qabiliyyətini itirdiyinə görə 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin alınaraq Abdureyimova (Məmmədova) Ruhiyə Tehran qızına verilməsinə dair 22 avqust 2014-cü il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğindən imkanı daxilində ödənişlər etsə də aliment borcunu tam olaraq ödəyə bilməmişdir. Bundan başqa Ruhiyə aliment məbləğinin artırılması ilə bağlı sonradan iki dəfə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsi X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq 23 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 70,00 manat, 13 yanvar 2020-ci il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 100,00 manat müəyyən edilməsinə dair 22 sentyabr 2017-ci il tarixli 2(075)-5146/2017 saylı və 13 dekabr 2019-cu il tarixli 2(075)-2158/2019 saylı qətnamələr çıxarmışdır. Qeyd edilən qətnamələrin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə dəfələrlə inzibati qaydada həbs də edilmişdir. Lakin aylıq aliment məbləğinin çox olması və Ruhiyə ilə aralarında olan münasibətlərə görə alimenti ödəməmişdir. Ruhiyə Nuray adlı uşaqla birlikdə Qoxmuq kəndində ona məxsus evdə yaşamış və uşaqlardan birinin onun himayəsində qalmasına baxmayaraq ondan aliment tələb etmişdir. O, arabir fəhlə kimi işləsə də, qazancıyla oğlu Nurlan və özünün zəruri xərclərini ödəyə bilməmişdir. Yaranmış aliment borcunu hazırda ödəmək imkanı olmamışdır. Borcunu hissə-hissə ödəməyə çalışmağı qərarlaşdırmışdır. O, yuxarıda qeyd etdiklərinin nəzərə alıraq məhkəmədən barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 03 iyul 1996-cı ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 15 may 2000-ci il tarixdə Nurlan, 17 iyul 2009-cu il tarixdə isə Nuray adlı övladları doğulmuş, ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan Tahirin təqsiri üzündən münasibətləri pisləşdiyindən ayrılmışlar. Nikahları da Şəki Rayon Məhkəməsinin 18 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin həmin qətnaməyə əsasən birgə nikahdan olan övladları Nurlan atası Tahirin himayəsində, Nuray isə onun himayəsində saxlanılmışdır. Buna baxmayaraq ayrı yaşadıqları müddətdə Tahir uşağın saxlanılmasına maddi köməklik göstərməmiş və onunla maraqlanmamışdır. Özü 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsiz olduğu üçün uşağa baxmaqda çətinliklər çəkmiş və buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi 13 iyun 2014-cü il tarixdən başlayaraq 17 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 30,00 manat, həmçinin onun əmək qabiliyyətini itirdiyinə görə 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair 22 avqust 2014-cü il tarixli qətnamə çıxarmışdır. Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında və tam olaraq ödəməmişdir. Həmçinin uşaq böyüdüyündən onun maddi tələbatı da xeyli artmışdır. Müəyyən edilmiş aliment məbləği ilə uşağın zəruri xərclərini ödəmək mümkün olmamışdır. Odur ki, sonradan aliment məbləğinin artırılması ilə bağlı iki dəfə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq 23 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 70,00 manat, 13 yanvar 2020-ci il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 100,00 manat müəyyən edilməsinə dair 22 sentyabr 2017-ci il tarixli 2(075)-5146/2017 saylı və 13 dekabr 2019-cu il tarixli 2(075)-2158/2019 saylı qətnamələr çıxarmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Tahir məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğlərini ödəməmişdir. Halbuki, Tahir fərdi qaydada işlədiyindən alimenti ödəməyə maddi imkanı olmuşdur. Buna baxmayaraq aralarında olan münasibətlərə görə qətnamələrin icrasından qərəzli olaraq yayınmışdır. Uşaq böyüdüyündən onun maddi tələbatı da kifayət qədər artmışdır. Özünün əmək qabiliyyəti olmamaqla yanaşı qulluğa ehtiyacı da olmuşdur. Əlil kimi aldığı pensiya ilə uşağa baxması mümkünsüz olmuşdur. Maddi vəziyyətləri olduqca ağırlaşmışdır. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Tahir əvvəllər ara-sıra ödənişlər etsə də, son iki ilə yaxın müddətdə heç bir ödəniş etməmişdir. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs yenə də alimenti ödəməkdən yayınmışdır. Buna görə də Tahirdən şikayətçi olmuşdur. Dəfələrlə icra məmurlarına müraciət edərək Təqsirləndirilən şəxs barəsində ciddi tədbirlərin görülməsini və borc məbləğinin alınmasına köməklik göstərilməsini xahiş etsə də, məhkəmə qətnaməsi tam icrasız qalmışdır. Odur ki, məhkəmə qətnaməsində göstərilən borc məbləğinin alınıb ona verilməsinə köməklik göstərilməsini, əks halda Təqsirləndirilən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, 23 sentyabr 2014-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs cavabdeh kimi 13 iyun 2014-cü il tarixdən başlayaraq 17 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 30,00 manat və X1 əmək qabiliyyətini itirdiyinə görə 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli 2(075)-1535/2014 saylı qətnaməsi əsasında icra sənədi daxil olmuşdur. İcra sənədini icraata qəbul edərək tələbin könüllü icrası barədə borcluya bildiriş vermişdir. Borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu dəfələrlə icra qurumuna çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən olunmuş aliment məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Lakin borclu müxtəlif bəhanələrlə aliment məbləğini ödəməkdən yayınmışdır. Odur ki, borclunun inzibati qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülmüş və Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 04.02.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 3 gün müddətinə, 31.07.2017-ci il tarixli qərarı ilə isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş və məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar verilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmin icra sənədi üzrə yaranmış aliment borcunu tam olaraq ödəməmişdir. Bundan başqa 21 noyabr 2017-ci ildə icraatına X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 23 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 70,00 manat müəyyən edilməsinə dair Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(075)-5146/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədi, 15 yanvar 2020-ci il tarixdə isə aliment məbləğinin artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 13 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay üçün 100,00 manat müəyyən edilməsinə dair Şəki Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(075)-2158/2019 saylı qətnamələri əsasında verilmiş icra sənədləri daxil olmuşdur. Hər iki icra sənədi üzrə tələbin icrası barədə borcluya bildiriş verilmişdir. Borclu həmin icra sənədləri üzrə tələblərin də icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Həmçinin borclu Təqsirləndirilən şəxs barəsində olan hər üç icra sənədi üzrə icraat Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi rəisinin 15 yanvar 2020-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilərək icrası ona həvalə edildiyindən məcburi icra tədbirlərini davam etdirmişdir. İcra müddətində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində dəfələrlə axtarış elan edilmiş və hər dəfə Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra qurumuna gətirildikdə müəyyən edilmiş aliment məbləğlərinin ödənilməsi tələb olunmuş, məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar verilmişdir. Həmçinin borclu alimenti ödəməkdən yayındığı üçün dəfələrlə inzibati qaydada məsuliyyətə cəlb edilərək müxtəlif müddətlərdə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Şəki Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqlar edilmişdir. Borclu izahat verərək Bakı şəhərində fəhlə işlədiyini bildirsə də, ödəniş etməmişdir. Borclu ilə icra sənədlərinin icrası istiqamətində fərdi söhbətlər aparmış, məsuliyyətini şəxsən diqqətinə çatdırmışdır. Lakin icra sənədlərinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, alimentin ödənilməsi üçün vaxt verilməsinə, həmçinin dəfələrlə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə və cinayət məsuliyyəti barədə çoxsaylı xəbərdarlıqların edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs görülmüş tədbirlərdən nəticə çıxarmamış və məhkəmə qətnamələrinin icrasından yayınmaqda davam etmişdir. Nəticədə 22 oktyabr 2021-ci il tarixədək Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli 2(075)-1535/2014 saylı qətnaməsi üzrə 1007,00 manat, 22 sentyabr 2017-ci il tarixli 2(075)- 5146/2017 saylı qətnaməsi üzrə 1890,00 manat, 13 dekabr 2019-cu il tarixli 2(075)-2158/2019 saylı qətnaməsi üzrə isə 2100,00 manat olmaqla cəmi 4997,00 manat aliment borcu yaranmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə müxtəlif dövlət orqanlarına, həmçinin İcra və Probasiya şöbəsinə müraciət edərək əmək qabiliyyəti olmadığına görə işləyə bilmədiyini, kənar şəxsin qulluğuna ehtiyacı olduğunu və buna görə də uşağın maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, 17 iyul 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs sabit pul məbləğində 30 manat, X1 əmək qabiliyyətini itirdiyinə görə 30 manat, cəmi 60 manat alimentin alınaraq iddiaçı X2 verilməsi və alimentin tutulmasının əvvəlinin 13 iyun 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. (İş.v-9-11) Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs alınaraq 17 iyul 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abdureyimova (Məmmədova) Ruhiyə Tehran qızına verilən aliment miqdarının artırılaraq hər ay üçün sabit pul məbləğində 70 manat məbləğində müəyyən edilməsi və alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qərara alınmışdır. (İş.v-13-14) Şəki Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(075)-2158/2019 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, 17 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 70 manat aliment məbləğinin artırılaraq hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qərara alınmışdır. (İş.v-16-17) 23 sentyabr 2014-cü il tarixli icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı qətnaməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs 60 manat alimentin alınaraq X2 ödənilməsi barədə icra sənədi üzrə icraat başlanmışdır. (İş.v-20) 23 sentyabr 2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün vaxt verilmiş, verilmiş müddətdə tələbi üzrsüz səbəbdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişinin ondan tutulacağı bildirilmişdir. (İş.v- 21) Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisinə ünvanlanmış 25 noyabr 2021-ci il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat verilərək, cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasının məqsədə müvafiq olduğu bildirilmişdir. (İş.v-6-8) Təqsirləndirilən şəxs 04 fevral 2015-ci il tarixli izahatının təsdiq olunmuş surətindən görünür ki, qətnaməyə əsasən X1 xeyrinə 420 manat yığılmış aliment borcunu ödəməli olduğu barədə ona bildirilib, ödəməkdən boyun qaçırmağa görə məsuliyyət daşıdığı izah olunmuşdur. O işləmədiyini, maddi vəziyyətinin ağır olduğunu qeyd edib, ödəniş etməyə imkanının olmadığını bildirmişdir. (İş.v-25-26) Şəki Rayon Məhkəməsinin 04 fevral 2015-ci il tarixli 3(075)-74/2015 saylı İnzibati xəta haqqında iş üzrə qərarının təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib, 3 gün müddətinə inziabti qaydada həbs edilmişdir. (İş.v-30) Borclunun axtarılması haqqında 20 aprel 2015-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı icra sənədi üzrə ödəməli olduğu pulu ödəmədiyi, icra sənədində göstərilən ünvanda, yəni Şəki rayonu, Qoxmuq kəndində yaşamadığı və eyni zamanda borclunun sonuncu yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış elan olunmuşdur. (İş.v-34) Şəki Rayon Məhkəməsinin 31 iyul 2017-ci il tarixli 3(075)-625/2017 saylı İnzibati xəta haqqında iş üzrə qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. (İş.v-48) 21.11.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı qətnaməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs 17.07.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Abdureyimova (Məmmmədova) Ruhiyə Tehran qızına verilən alimentin miqdarının artırılaraq hər ay üçün sabit pul məbləğində 70 manat müəyyən edilməsi barədə icra sənədi üzrə icraat başlanmışdır. (İş.v-55) 21.11.2017-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün vaxt verilmiş, verilmiş müddətdə tələbi üzrsüz səbəbdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişinin ondan tutulacağı bildirilmişdir. (İş.v- 56) Təqsirləndirilən şəxs 19.07.2018-ci il tarixli izahatının təsdiq olunmuş surətindən görünür ki, qətnaməyə əsasən X1 xeyrinə Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı icra sənədi üzrə ödəməli olduğu 2080 manat yığılmış aliment borcu barədə ona bildirilmiş, ödəməkdən boyun qaçırmağa görə məsuliyyət daşıdığı izah olunmuşdur. O fərdi əməklə məşğul olduğunu, lakin borcunu tam həcmdə ödəyə bilməyəcəyini qeyd etmişdir. (İş.v-58) Şəki Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 3(075)-711/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inziabti qaydada həbs edilmişdir. (İş.v-62) 19.09.2018-ci il tarixli və 16.11.2018-ci il tarixli aktlardan görünür ki, borcun ödənilməsi üçün məcburi icra tədbiri görülməsindən ötrü Təqsirləndirilən şəxs əmlak vəziyyəti yoxlanılmış, lakin borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. (İş.v-72-73 Borclunun axtarılması haqqında 16 noyabr 2018-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı icra sənədi üzrə ödəməli olduğu pulu ödəmədiyi, icra sənədində göstərilən ünvanda, yəni Şəki rayonu, Qoxmuq kəndində yaşamadığı və eyni zamanda borclunun sonuncu yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış elan olunmuşdur. (İş.v-74) Təqsirləndirilən şəxs 12.12.2018-ci il tarixli izahatının təsdiq olunmuş surətindən görünür ki, qətnaməyə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017ci il tarixli, 2(075)-5146/2017 saylı icra sənədi üzrə ödəməli olduğu 1523 manat yığılmış aliment borcu barədə ona bildirilmiş? ödəməkdən boyun qaçırmağa görə məsuliyyət daşıdığı izah olunmuşdur. O, imkansızlıqdan borcu ödəyə bilməyəcəyini qeyd etmişdir. (İş.v-77) Təqsirləndirilən şəxs 15.02.2019-cü il tarixli izahatının təsdiq olunmuş surətindən görünür ki, qətnaməyə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017ci il tarixli, 2(075)-5146/2017 saylı icra sənədi üzrə ödəməli olduğu 1653 manat yığılmış aliment borcu barədə ona bildirilmiş, ödəməkdən boyun qaçırmağa görə məsuliyyət daşıdığı izah olunmuşdur. O, işsizlikdən və imkansızlıqdan borcu ödəyə bilməyəcəyini qeyd etmişdir. (İş.v- 79) Şəki Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 3(075)-92/2019 saylı İnzibati xəta haqqında iş üzrə qərarının təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. (İş.v-82-83) Borclunun axtarılması haqqında 13 may 2019-cu il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı icra sənədi üzrə ödəməli olduğu pulu ödəmədiyi, icra sənədində göstərilən ünvanda, yəni Şəki rayonu, Qoxmuq kəndində yaşamadığı və eyni zamanda borclunun sonuncu yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış elan olunmuşdur. (İş.v-86) Təqsirləndirilən şəxs 13.11.2019-cü il tarixli izahatının təsdiq olunmuş surətindən görünür ki, qətnaməyə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı icra sənədi üzrə ödəməli olduğu 1560 manat yığılmış aliment borcunu barədə ona bildirilib ödəməkdən boyun qaçırmağa görə məsuliyyət daşıdığı izah olunmuşdur. O, işsizlikdən və imkansızlıqdan borcu ödəyə bilməyəcəyini qeyd etmişdir. (İş.v-89) Şəki Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 3(075)-606/2019 saylı İnzibati xəta haqqında iş üzrə qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. (İş.v-92-93) 15.01.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, 17 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 70 manat aliment məbləğinin artırılaraq hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə icra sənədi üzrə icraat başlanmışdır. (İş.v-95) 15.01.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(075)-2158/2019 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişinin ondan tutulacağı bildirilmişdir. (İş.v-96) “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 15.01.2020-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı, Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)- 5146/2017 saylı və Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(075)-2158/2019 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. (İş.v-114) Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 3(075)-456/2021 saylı İnzibati xəta haqqında iş üzrə qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. (İş.v-117-118) 20.09.2021-ci il və 01.10.2021-ci il tarixli xəbərdarlıq məktublarının təsdiq olunmuş surətlərindən görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı, Şəki Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı və Şəki Rayon Məhkəməsinin 13.12.2019cu il tarixli, 2(075)-2158/2019 saylı icra sənədlərinə əsasən ödəməli olduğu, lakin ödəməkdən boyun qaçırdığı aliment borcunu ödəməzsə barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanması üçün icra işinin materiallarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. (İş.v-121-123) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v-130) Şəki şəhər İHB-nın Qoxmuq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Şəki rayonu, Qoxmuq kəndində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (İş.v-172) 21 fevral 2022-ci il tarixli “başqa yerə getməmə haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (İş.v-173-174) Şəki şəhər İHB-nın Qoxmuq İƏD üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 28 aprel 2022-ci il tarixli 471 №-li arayışın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla, oğlu 15 may 2000-ci il təvəllüdlü X6 ilə birlikdə həmin kənddə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafları ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13 iyun 2014-cü il tarixdən başlayaraq 17 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 30 manat, X1 əmək qabiliyyətini itirdiyinə görə 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində alimentin, həmçinin X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq 23 oktyabr 2017ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 70 manat, 13 yanvar 2020-ci il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq Abdureyimova (Məmmədva) Ruhiyə Tehran qızına verilməsinə dair müvafiq olaraq Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı, 22 sentyabr 2017-ci il tarixli, 2(075)- 5146/2017 saylı və 13 dekabr 2019-cu il tarixli, 2(075)-2158/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə sonuncu dəfə həmin rayon məhkəməsi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 20.09.2021-ci il və 01.10.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanması mərhələsinə baxılması üçün təqdimat verilənədək, yəni 22 oktyabr 2021-ci il tarixədək şəxsi maraq niyyətilə Şəki Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(075)-1535/2014 saylı qətnaməsi üzrə 1007 manat, 22 sentyabr 2017-ci il tarixli, 2(075)-5146/2017 saylı qətnaməsi üzrə 1890 manat, 13 dekabr 2019-cu il tarixli, 2(075)-2158/2019 saylı qətnaməsi üzrə isə 2100 manat olmaqla, cəmi 4997 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə nəticəyə gəlir ki, o, həmin maddə ilə təqsirli bilinməli və sanksiyası həddində cəzalanmalıdır. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, habelə CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə, ictimai işlər və islah işləri cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə tutulmalı olan pulu ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin onun üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. İctimai işlər və islah işləri cəzasının təyin edilməsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə isnad edilən maddədə onun borcunu ödədikdən sonra məsuliyyətdən azad edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, daha səmimiyyət göstərib istintaq və məhkəmə mərhələsində ödəniş edən və cəzasını yüngülləşdirən halları olan təqsirləndirilən şəxslərlə, ödəniş etməyib belə yüksək borcu olanlar arasında fərqlər qoymaq baxımından, hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər və islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədinə xidmət etməyəcəkdir. Həmdə ona görə ki, təqsirləndirilən şəxs borcunu ödəməli olduğunu bildiyi ilk vaxtda, sonradan icra məmurları icra sənədini məcburi icraya yönəldərkən, istitaq dövründə və məhkəmə baxışının ilkin mərhələlərində, yəni azadlıq hüququ məhdudlaşdırılmamış olanda borcunu ödəməli olması öhdəliyinin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməyib, qərəzli şəkildə öz üzərinə yüksək məbləğdə borcu yığmışdırsa, hazırda ona ictimai işlər və islah işləri cəzası təyin ediləcəyi təqdirdə borcunu ödəyəcəyi və bununla da cəzanın məqsədinə nail olunacağı inandırıcı görünmür. Bundan başqa təqsirləndirilən şəxs uzun müddətdir ki, azyaşlı uşağına və əlil olan sabiq arvadına az da olsa heç bir pul ödənişi etməmiş, sonuncuların iş qabiliyyətinin olmadığını açıq bildiyi halda narahat olmayıb ən aşağı qidalanma tələbatlarının ödənilməsinə belə çalışmamış, belə bir fikirinin olmadığını da nümayiş etdirmiş, məhkəmə baxışında ödəniş edəcəyini desə də, sonradan imkanının olmadığını deməklə bundan imtina etmiş, əlilin az da olsa pensiyası olduğunu, özünün isə heç bir yerdən gəlirinin olmadığını əsas gətirməklə, niyyətini, düşüncəsini və məqsədini nümayiş etdirməklə, heç bir pul ödənişi etməyəcəyini bildirmişdir. Hətta şikayətçi olacağı təqdirdə 1-i qrup əlil olan zərərçəkmiş şəxsə real olmayan hədələr gəlməkdən də çəkinməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların və 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış və qeydiyyat yerlərindən müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Odur ki, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, o, təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində nisbətən aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən orta həddən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının verilməsinin cəzanın məqsədinə xidmət edəcəyi və bununla həmin məqsədə nail olmanın mümkünlüyü qənaətinə gəlir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və cəza çəkmə müddətinin əvvəli həbsə alındğı 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında” iltizam qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı 28 aprel 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-44/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-44/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver