Məhkəmə qərarları › İş №1(075)-44/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-44/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-44/2025 06.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və vəkili X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10, X9, Əhmədova Lamara Otar qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakları ilə, X10, X21 və Əhmədova Lamara Otar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X8 xüsusi ittiham qaydasında şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X22 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10 və X9 dəfələrlə, ailəsini narahat edərək, insanların əhatəsində ona böhtan ataraq, insanların önündə onu mənfi qiymətləndirməklə onun şərəf və ləyaqətini aşağıladıqları, eləcə də kütləvi şəkildə insanların yanında nüfuzdan salıb, təhqir edərək barəsində sosial şəbəkələrdə paylaşımlar edərək hədələdikdən bir müddət sonra planlı surətdə illərdir ki, Əhmədova Lamara Otar qızı ilə Lətifov Tehrana qarşı birləşərək X7 ünvanına Lamara vasitəsiylə “Tik-Tok” sosial şəbəkəsində X19 barəsində etdikləri növbəti videopaylaşımda Tehran Lətifovun digər qohumları ilə bərabər Tehranın qardaşı olaraq onu da mənfi qiymətləndirməklə onun şərəf və ləyaqətini aşağılamaqla X10 və X11 qardaşı Tehranla barışdırmaq iqtidarında olmadığı üçün Tehrana qarşı hələ 2008-ci il tarixdən ədavətə başlamaqla ona böhtan ataraq, onu təhqir etdikləri üçün X6, X9 və Əhmədova Lamara Otar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi, onun keçirdiyi mənəvi sarsıntıların xarakteri və ağırlığını, onların fərdi xüsusiyyətlərini, cəmiyyətdə nüfuza malik olduğunu nəzərə alaraq X10, X21 və Əhmədova Lamara Otar qızının hər birindən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat olmaqla, cəmi 30000 (otuz min) manat miqdarında pulun və ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 180 (yüz səksən) manat məbləğdə pul vəsaitinin onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Şəki şəhərində anadan olmuş, ali təhsilli, ailəli, uzun illər DİO-da zabit olaraq vətəndaşlara qarşı cinayətkar hüquqa zidd qəsdlərdən qorunması istiqamətində dövlətə qüsursuz olaraq xidmət etmişdir. Bu xidmətləri ilə də qurur duymuş, lakin son illərdə Sevil Səlimovanın, Vasif Səlimovun davam edən əməlləri və sonda onların sifarişləri ilə milliyyətcə Gürcüstan vətəndaşı olan Lamara Əhmədovanın paylaşmış olduğu həqiqətə uyğun olmayan yalan, şər və böhtan xarakterli videoları onun işgüzar nüfuzuna xələl gətirməklə yanaşı, həmçinin şərəf və ləyaqətinə toxunmuşdur. 2019-cu ilin əvvəllərində X10 qardaşı Tehran Lətifovla aralarında olan münasibətlərinin pisləşdiyini ona bildirən X16 Səlimovla birlikdə ona müraciət edərək, Tehranla Sevilin ər-arvad kimi yaşadığını, Vasifə doğma atadan da artıq atalıq etdiyini, lakin son zamanlar Tehranın artıq onlarla maraqlanmadığını, Tehranla aralarında olan münasibətlərinin pisləşdiyini, Tehranla aralarında olan münasibətlərin əvvəlki vəziyyətə bərpa olunmasında onlara yardım etməsini xahiş etmişlər. Onları səbr və diqqətlə dinlədikdən sonra Tehranın yetkin bir insan olduğunu, kiminlə durub oturmağı ona deməyə lüzüm olmadığını, onun şəxsi işinə qarışmadığını, habelə Tehranın qardaşı olsa da, ona kiminlə münasibət qurub-qurmamağı ona desə belə onun dediyinə qulaq asası bir şəxs olmadığını bildirdikdə, X29 sənin sözündən çıxmaz deyərək israrla onlara yardım etməsini isdəsə də, ondan istədiyi cavabı almayacağını görüb onu təhqir edərək hədələmiş, əgər Tehranla barışmağında, ər-arvad kimi yaşamalarına ona yardım etməsə, o və Tehran barədə rüsvayedici məlumatları yayacağını, Tehranın onlardan ayrılmaqla onu təhqir edərək, ər-arvad kimi yaşamayacağı təqdirdə onlardan qisas alacağını, ona yardım etmədiyi üçün isə onu da polisə verəcəyi ilə hədələmişdir. Dəfələrlə bu mövzuda ona müraciət edən Sevil Səlimovanın sonunda barəsində Şəki ŞRPŞ-yə şikayət etdiyindən izahat verməsi üçün Şəki ŞRPŞ-yə dəvət olunmuşdur. Şikayətlə tanış olduqda Sevil Səlimovanın onun barəsində etdiyi şikayətin şər və böhtan olduğunu bildirmişdir. Sevilin şikayəti üzrə xx.xx.2019-cu il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra öz mənfi əməlindən usanmayan Sevil Səlimova dəfələrlə barəsində Şəki ŞRPŞ-yə şikayətlər edərək, guya onu öldürməklə hədələməsini, guya Sevil Tehranın yanına gedərsə, onları ayıracağını, onları birlikdə yaşamağa qoymayacağını bildirdiyini qeyd edərək ondan intiqam almaq üçün şər və böhtandan ibarət barəsində şikayətlər etmişdir. Onun barəsində müxtəlif vaxtlarda dəfələrlə etdiyi bütün şikayətlər üzrə Şəki ŞRPŞ-də cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2022-ci il tarixlərdə və sair qərarlar qəbul edilmişdir. Sevil Səlimova və oğlu Vasif qardaşı Tehran Lətifovla aralarında olan soyuq münasibətlər səbəbli Tehran Lətifovun yaxın qohumlarına problemlər yaradaraq, onlar barədə yalan məlumatlar yayaraq, onları şantaj edərək, onlara və Tehranın ətrafında olan insanlar barədə yalan məlumatlar paylaşaraq, onları təhqir etməkdən, habelə yerliyersiz Tehran Lətifov və onun ətrafı barədə müvafiq orqanlara yalan məlumatlar verməkdən çəkinməmişdir. Tehran Lətifova qarşı ədavətə başlamış X10 və oğlu X21 dəfələrlə fərqli məkanlarda, ətrafda olan insanların qarşısında Tehran Lətifovla aralarında olan yersiz mübahisə səbəbli onun yaxınları barədə ünvanlarına nalayiq ifadələr işlədərək, dayanmadan ev telefonlarına zənglər etmiş, hətta bu məsələyə ailə üzvlərini də qataraq hədə-qorxu gəlmişdir. Tehranın qardaşı olduğu üçün onların qərəzli olaraq rayonda ona qarşı etdiyi bu davranışları həm ictimaiyyət arasında, həm də ailələrində böyük narahatçılıqlar yaratmışdır. Bundan sonra, Əhmədova Lamara Otar qızı “Tik tok” sosial şəbəkəsindən canlı olaraq X7 ünvanına etdiyi video paylaşımda X12, habelə onun da şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan video paylaşımlar etmişdir. Həmin paylaşımlarda olan ünvanına söylənilən və şərəf və ləyaqətini alçaldan ifadələri, dəfələrlə X10, oğlu X21 ilə birlikdə onu hədələyərək, şəxsinə dedikləri böhtan və təhqir dolu ifadələri işlədərək onların barəsində dedikləri sözləri X20 vasitəsi ilə “Tik-Tok” sosial şəbəkəsindən canlı olaraq X7 ünvanına eldiyi videopaylaşımda dedirtmişlər. X10 və X21 tərəfindən öyrədilən Əhmədova Lamara Otar qızı onu tanımadığı halda X7 ünvanına etdiyi video paylaşımda onun ünvanına da qardaş Tehran Lətifova qarşı ədavətə başlamış X10 və X21 tərəfindən hədələnən zaman insanların qarşısında Tehranın qardaşı olduğu üçün ona etdikləri nalayiq ifadələrdən istifadə edərək, alət olaraq onların sifarişləri ilə onu təhqir etmişdir. Əhmədova Lamara Otar qızı X10 və X9 qardaşı Tehran Lətifova qarşı hələ 2008ci il tarixdən başladığı ədavətin davamı olaraq həmin ifadələr birə-bir Lamara tərəfindən “Tik-Tok” sosial şəbəkəsində yaratdığı özünə məxsus səhifədən canlı olaraq X7 ünvanına etdiyi video paylaşımda davamlı olaraq yayımlanmışdır. X10 və X3 şəhərində insanların çoxluq təşkil etdiyi yerlərdə, habelə müxtəlif vaxtlarda barəsində həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət hədələri ilə böhtan və təhqir xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan fikirlərini ucadan davamlı olaraq söyləyərək X7 qardaşı olduğu üçün, habelə onun ətrafında olan insanları təhqir elməkdən çəkinməyərək, yalan məlumatları sosial şəbəkələrdə yayacaqları ilə hədələdikdən sonra, video görüntüdən də göründüyü kimi Əhmədova Lamara Otar qızı sosial şəbəkədə X13 və X9 hələ əvvəllər barəsində söylədiklərini əlbir olaraq paylaşaraq, onların sifarişləri ilə X7 ünvanına etdiyi video paylaşımda yalan məlumatları kütləvi informasiya vasitəsi olan “Tiktok” sosial şəbəkələrdə yayaraq Tehran Lətifovla bərabər, onun qardaşı olaraq Tehranla olan ədavəti səbəbli onu da təhqir edərək böhtan atmışlar. X10 və X21 ilə Tehran Lətifova qarşı Əhmədova Lamara Otar qızından alət kimi istifadə edərək birlikdə X7 ünvanına etdikləri video paylaşımda onun şərəfi, ləyaqətinə və işgüzar nüfuzuna zərər vurmuşlar. Sosial şəbəkələrdə onun haqqında həqiqətə uyğun olmayan məlumatları canlı yayaraq onu ictimaiyyət arasında, yaşadığı şəhərdə nüfuzdan salmışlar. Bu əməl nəticəsində o, əsəb və stress keçirməklə yanaşı, yaxınları, ailəsi və onu tanıyan hər bir şəxsin yanında xeyli utanc hissi yaşamışdır. Bu səbəbdən pozulan hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X13 və X2 Lətifovun qardaşı olaraq qohumları ilə barabər ona da böhtan ataraq, insanların gözü önündə onu da mənfi qiymətləndirməklə, qardaşı Tehrana olan ədavətini davam etdirərək onun şərəf və ləyaqətini aşağılamışlar, eləcə də kütləvi şəkildə insanların yanında, ailəsində nüfuzdan salıb, təhqir edərək hədələdikdən bir müddət sonra planlı surətdə illərdir ki, Əhmədova Lamara Otar qızı ilə Lətifov Tehrana qarşı birləşdikləri üçün səbəbsiz yerə X7 ünvanına Lamara vasitəsiylə etdikləri növbəti video paylaşımda ona da böhtan atmışlar. Bu illər ərzində Tehran Lətifovla düşmən münasibətində olan X10, onun oğlu Vasif Səlimov və ana ilə oğulun əl oyuncağı, icra aləti olmuş Əhmədova Lamara Otar qızı X10 və oğlu Vasif Səlimov tərəfindən Tehran Lətifovun ətrafında olan şəxslər barədə olan yalan, böhtan və təhqir dolu məlumatları X7 ünvanına Lamara vasitəsiylə sosial şəbəkədə etdikləri növbəti video paylaşımda Tehranın ətrafında olan ailə üzvlərini və başqa şəxslərlə yanaşı, yuxarıda qeyd etdiyi Tehranın qardaşı olaraq ona qarşı etdikləri hərəkətləri onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Əhmədova X24 və oğlu Vasifin cəmiyyət içində onun ünvanına dedikləri yalan dolu ifadələri, yazılı formada ana və oğlundan aldıqdan sonra, sosial şəbəkədə həmin yazılanları canlı formada üzündən səsləndirərək onu hədələyirlər. Tehran Lətifova qarşı Sevil Səlimova və X9 Lamaradan istifadə edərək etdikləri qanunsuz əməllərinə müvafiq qiymət verilmədiyindən və Tehran Lətitovun qardaşı olaraq onların hədələrinə məhəl qoymadığından, onun barəsində böhtan və təhqir xarakterli məlumatlar həm insanlar arasında, həm də sosial şəbəkədə yaymaları və bunun davamının olmasını bildirərək onu hədələmələri onun iztirab keçirməsinə və fiziki əzab çəkməsinə səbəb olmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X22 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında süsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və vəkili X14 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs Əhmədova Lamara Otar qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X15 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X10 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X21 şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, şikayət forma və məzmunla bağlı tələblərə riaət edilmədən tərtib edilmişdir. Belə ki, şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10, X21 və Əhmədova Lamara Otar qızı haqqında məlumatlarla bağlı CPM-in 293.3.3-cü maddəsinin tələbləri gözlənilməmiş, məlumatlar natamam qeyd edilmişdir (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi). Ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxsin doğulduğu gün, ay, il göstərilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X1 Sevil Niyazı qızı, X21 və Əhmədova Lamara Otar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncuların hansı əməllərinə görə həmin Məcəllənin 147.1 hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmalarını fərqləndirməmişdir. Eyni zamanda şikayət ərizəsində X10, X21 və Əhmədova Lamara Otar qızına isnad edilən əməllər ümumilikdə tövsif edilərək sonuncuların hansı əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, hansı əməlllərə görə isə CM-in 148-ci maddəsi ilə təqsirləndirilmələri fərqləndirilməmişdir. Bununla CPM-nin 293.3.2-ci maddəsinin tələbi də pozulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Eyni zamanda həmin qərarın 12-ci bəndinin 2, 3 və 4-cü abzaslarında göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə qərar aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10, X21 və Əhmədova Lamara Otar qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar