Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-45/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs: - xx.xx.1985-ci ildə Şəki şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşayan, 05 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin, həmçinin narkotik vasitə olan marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd selofan bükümdə təmiz çəkisi 0,581 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin alıb əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, 05 yanvar 2021ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saat 11:00 radələrində yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X7 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 12:37 radələrində üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd selofan bükümdə 0,581 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirinin davamı olaraq 05 yanvar 2021-ci il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman onun yaşadığı evin həyətində yerləşən toyuq hinindən qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 470,00 qram olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci mаddəsi ilə, оnа elаn оlunmuş ittihаmdа özünü təqsirli bilərək ifаdələrində göstərdi ki, 2014-cü ildən narkotik vasitə istifadə etməyə başlamışdır. 2014-cü ildə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıdığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2015-ci ildə 2 il azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuşdur. 23 fevral 2016-cı il tarixdə isə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. 15 iyul 2016cı il tarixdə yenidən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıdığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş və 06 iyul 2018-ci ildə cəzasının qalan 2 ay 9 gününü vaxtından əvvəl şərti azad olunmuşdur. Həbsdən çıxandan sonra bir müddət narkotik vasitələrdən istifadə etməmişdir. Sonradan onurğasında ağrılar olduğuna görə dərman atsa da təsir etməmiş, ona görə qərara gəlmişdir ki, narkotik vasitə olan marixuana əldə edib çəkmiş ki, ağrılarını sakitləşdirsin. Lakin axtarsa da narkotik vasitə tapa bilməmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Öyrət kəndinə getmişdir. Eşitmişdir ki, Öyrət kəndində əkin sahələrinə gedən yolun kənarlarında yabanı halda çətənə bitkiləri bitir. Fikirləşmişdir ki, gedib əkin sahələrinin kənarına baxsın, əgər olarsa həmin çətənə bitkilərinin yarpaqlarından bir qədər yığıb qurudub istifadə etsin. Ona görə o, Öyrət kəndi ərazisindəki əkin sahələrinə doğru getmiş və orada yabanı halda yetişmiş çətənə bitkilərinin yarpaqlarından bir qədər yığıb polietilen torbaya yığıb gətirib yaşadığı evin həyətindəki hində gizlətmişdir. Həmin çətənə bitkilərinin yarpaqları qurumuş halda olmuşdur. Bir neçə gündən sonra həmin çətənə bitkilərinin yarpaqlarından götürüb siqaretə doldurub çəkmişdir. Narkotik vasitə olan marixuananı çəkəndə keyfiyyətinin aşağı olduğunu hiss etmiş və ona görə sonradan həmin narkotik vasitədən istifadə etməmişdir. Yığdığı narkotik vasitə elə toyuq hinində qalmışdır. 02 yanvar 2021-ci il tarixdə ağrıdığına görə qərara gəlmişdir ki, Yevlax şəhərinə qaraçılar məhəlləsinə gedib əvvəllər narkotik vasitə olan heroin aldığı «Şaka» kimi tanıdığı şəxsdən narkotik vasitə olan heroin alıb istifadə etsin. Ona görə həmin gün sms icazəsi alıb Yevlax şəhərinə qaraçılar məhəlləsinə getmişdir. Qaraçılar məhəlləsində «Şaka» adlı şəxsi küçədə gözləsə də gəlib çıxmamışdır. Təxminən saat 14:00 radələrində küçədə tək dayandığı vaxt yanına təxminən 35-40 yaşlarında bir oğlan gəlmişdir. Onun ağrıdığını görüb demişdir ki, istəyirsə narkotik vasitə verə bilər. Həmin şəxsdən bir büküm heroini neçəyə verəcəyini soruşduqda, həmin şəxs ona, bir bükümü 35 manata satdığını bildirmişdir. O da həmin şəxsə 35 manat pul vermişdir. Həmin şəxs də ona gözləməsini deyib, gedib təxminən 10 dəqiqədən sonra qayıdıb ona bir selofan bükümdə narkotik vasitə olan heroin vermişdir. Narkotik vasitə olan heroini ondan alıb gödəkcəsinin cibinə qoyub Şəki şəhərinə qayıtmışdır. Həmin gün və səhəri gün aldığı narkotik vasitədən bir qədər götürüb suya qatıb içmişdir. Qalan narkotik vasitəni isə gödəkcəsinin cibinə qoyub saxlamışdır. 05 yanvar 2021-ci il tarixdə təxminən saat 11:00 radələrində yaşadığı evin yaxınlığındakı küçədə dayandığı vaxt Yevlax şəhərində tanımadığı şəxsdən aldığı bir ədəd selofan bükümdə narkotik vasitə olan heroin də üstündə olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirib, onun narkotik vasitə əldə etməsi və satışı ilə məşğul olması barədə onlara məlumat daxil olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Razılaşdığı üçün polis işçiləri ilə birlikdə Şəki ŞRPŞ-nə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona, narkotik vasitə əldə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğundan üsünə video çəkilişdən istifadə etməklə şəxsi axtarış aparacağını bildirmiş və ona Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəyini demişdir. Vəkillərin siyahısından vəkil "Dəyanət" müəllimi seçdiyi üçün təhqiqatçı zəng vurub "Dəyanət" müəllimi PŞ-nə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişlər. Sonra onun üstünə şəxsi axtarış keçirmişlər. Təhqiqatçı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd selofan bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə, şalvarının bel nahiyyəsinə və digər nahiyələri axtarılmış, lakin üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçı ondan stolun üstünə qoyduğu bükülünü təqdim etməsini xahiş etdikdə, bir ədəd selofan bükülünü təqdim edib həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni iki-üç gün əvvəl Yevlax şəhərindən tanımadığı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülünü təhqiqatçı açıb baxdıqda içərisində qəhvəyi rəngli maddə olduğu aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən üstündən aşkar olunmuş selofan bükülü narkotik vasitə ilə bilikdə elektron tərəziyə qoyulub çəkildikdə çəkisinin 0,79 qram olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı həmin selofan bükülünü zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Təhqiqatçı ondan və digər iştirakçıların hər birindən şikayətlərinin və vəsatətlərinin olub-olmadığını soruşduqda heç bir şikayəti olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə iştirakçılara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətlərinin olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunduqdan sonra vəkili Dəyanət müəllim və polis işçiləri kimi həmin protokolu imzalamışdır. Sonra təhqiqatçı ondan yaşadığı evdə narkotik vasitə saxlayıb saxlamadığını soruşduqda təhqiqatçıya yaşadığı evin həyətindəki toyuq hinində yabanı halda bitən çətənə bitkilərin yarpaqlarından yığıb özü istifadə etmək məqsədilə saxladığını bildirmiş, sonra Şəki ŞRPŞ-nə könüllü razılığı və iştirakı ilə evinə baxış kesirilməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra təhqiqatçı polis əməkdaşlarının, onun, vəkilinin və mütəxəssisin iştirakı ilə video çəkilişlə evinə, evinin həyətyanı sahəsində olan tikililərə baxış keçirmişlər. Baxış zamanı evinin həyətindəki toyuq hinindən bir ədəd içərisində narkotik vasitə marixuana olan polietilen torbanı çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin polietilen bükülünü açıb baxdıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı həmin selofan bükülünü zərfə qoyaraq zərfi möhürləmiş, oda digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra evinə, evinin həyətyanı sahəsində olan tikililərə baxış keçirsə də narkotik vasitə və ya başqa maraq kəsb edən maddə aşkar olunmamışdır. Təhqiqatçı iştirakçıların hər birindən şikayətlərinin və vəsatətlərinin olubolmadığını soruşduqda heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. O və digər iştirakçılar heç bir əlavə və şikayətlərinin olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuşdur. O, vəkili və polis işçiləri həmin protokolu imza etmişlər. Əlavə olaraq göstərmişdir ki, ailə qurmamış, uşaqları yoxdur. Böyrək xəstəliyindən əziyyət çəkdiyindən və ağrıları olduğundan məcbur olaraq heroin qəbul edir. Anası vəfat etmiş, lakin atası vardır. Qeyd etmişdir ki, ailədə böyük oğuldur. İki qardaşı, biri kapitan, digəri əsgər olmaqla Vətən müharibəsi iştirakçısı olmuşlar. Həmçinin göstərmişdir ki, yenidən üzərində narkotik maddə saxladığına görə Yevlax rayon məhkəməsinin 26.04.2021-ci il tarixli 4(039)- 48/2021saylı qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Göstərmişdir ki, xəstədir, əməlindən də peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, ona Şəki şəhərində yaşayan "Rüfət" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə 05.01.2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zamanı "Rüfət " adlı şəxsin, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Rüfət Nürəliyevin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 05.01.2021-ci il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 11:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri, H.Əliyev prospekti 6 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında görüb ona yaxınlaşmış, əvvəlcə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz əldə edib saxlanılmasında və istifadə edilməsində şübhəli olduğunu bildirib, bunu yoxlamaq üçün onlarla birlikdə Polis Şödəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs özünü narahat aparsa da çıxış yolu olmadığını başa düşüb onlarla birlikdə polis şöbəsinə gəlmişdir. PŞ-nə gəldikdən sonra o, Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınması və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin Növbətçi Hissəsində PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alındıqdan sonra onun üstünə şəxsi axtarış keçirilməsi Təhqiqat bölməsinin təhqiqatçısı H.Kərimova həvalə edilmişdir. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs vəkillərdən Müdafiəçi seçərək onun dəvət edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Müdafiəçi zəng olunaraq PŞ-nə dəvət olunmuşdur. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin KTQ-nun inspektor kriminalisti Qiyam Səfərəliyev dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakları ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə iştirakçıların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd selofan bükülünü çıxarıb təqdim edib üstündə başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra X5 tərəfindən Təqsirləndirilən şəxs əynindəki paltarlarının cibləri, ayaqqabılarının içərisi, şalvarının bel nahiyyəsi və digər yerləri axtarılmış, lakin heçnə aşkar olunmamışdır. X5 Rüfətdən təqdim etdiyi sellofan bükülünün içərisindən olduğunu soruşduqda, Rüfət sellofan bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə olan heroini Yevlax şəhərində tanımadığı şəxsdən aldığını, özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı Rüfətin təqdim etdiyi narkotik vasitəyə bənzər kütləni elektron tərəzidə çəkdikdə çəkisinin 0,79 qram olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı həmin bükülünü zərfə qoyaraq zərfi bağlayıb möhürləmiş, o da digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Təhqiqatçı iştirakçıların hər birindən şikayətləri və vəsatətləri olub-olmadığını soruşduqda, onlarda heç bir şikayətlərinin olmadığını bildirmişlər. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq onlara ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Sonra təhqiqatçı Rüfətdən yaşadığı evdə narkotik vasitə saxlayıb saxlamadığını soruşduqda Rüfət ona yaşadığı evin həyətindəki toyuq hinində yabanı halda bitən çətənə bitkilərin yarpaqlarından yığıb özü istifadə etmək məqsədilə narkotik vasitə olan marixuana saxladığını bildirmiş və Şəki ŞRPŞ-nə evinə könüllü razılığı və iştirakı ilə baxış keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi, polislərin və mütəxəssisin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Rüfətin evinə, evinin həyətyanı sahəsində olan tikililərə baxış keçirilmişdir. Baxış zamanı Rüfət evinin həyətindəki toyuq hinindən bir ədəd sellofan bükülünü götürüb təqdim etmişdir. Təhqiqatçı həmin bükülünü açıb baxdıqda içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngdə qurudulmuş, xüsusi iyə malik bitki kütləsi aşkar olunmuşdur. Rüfət həmin bitki kütləsinin marixuana olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı həmin selofan bükülünü zərfə qoyaraq zərfi möhürləmiş, o da digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra Rüfətin yaşadığı evə, evinin həyətyanı sahəsində olan tikililərə baxış keçirsə də narkotik vasitə aşkar olunmamışdır. Təhqiqatçı iştirakçıların hər birindən şikayətləri və vəsatətləri olubolmadığını soruşduqda, o, digər iştirakçılarla birlikdə heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuşdur. Protokol düz yazıldığı üçün o da digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Şahid1 Əlşah oğlu məhkəməyə ərizə həm də teleqram göndərərk ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 05 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üstündən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. İşdə olan baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 05 yanvar 2021ci il tarixli protokoldan görünürki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda yerləşən evə və evin həyətindəki yardımçı tikililərə baxış keçirilən zaman həyətdə yerləşən toyuq hinindən polietilen torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2021-ci il tarixli 17/6 №-li rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs /imza/ Nurəliyev… Müdafiəçi: /imza/ Mustafayev…, iştirakçı: /imza/ Dəmirov və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmizçəkisi - 0,581 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs /imza/ Nurəliyev… Müdafiəçi: /imza/ Mustafayev…, iştirakçı: /imza/ Dəmirov və imzalar yazılmış digər zərfin içərisindəki, bir ədəd ağ rəngli polietilen torbada, təmiz çəkisi - 470.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza xərci 107.91 manat təşkil etmişdir. Heronin təmiz çəkisi 0.581 qram olmuş, tədqiqata 0.050 qram sərf edildikdən sonra 0.531 qram qalıq qalmışdır. Marixuananın təmiz çəkisi 470.00 qram olmuş, tədqiqata 0.05 qram sərf edildikdən sonra 469.95 qram qalıq qalmışdır. İş üzrə təyin olunmuş məhkəmə-psixatrik ekspertizanın 17 fevral 2021-ci il tarixli 90 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 22 fevral 2021-ci il tarixli, 162 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan 31 mart 2021-ci il tarixli 17/244 saylı ekspert rəyində göstərilmişdir ki, təqdiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman hadisə yerində götürülmüş” torpaq nümunəsi sözləri yazılmış 03 ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edilmədi. Təqdim olunmuş 03 ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Ekspertiza xərci 34.55 manat təşkil edir. Şəki MRX-nın Narkoloji şöbəsinin 12.01.2021-ci il tarixli 27 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə Şəki MRX-nın Narkoloji kabinetində qeydiyyatdadır. Şəki Rayonlar arası Psixatriya xəstəxanasının 12.01.2021-ci il tarixli 022 №-li məktubundan görünürki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İşdə olan 01.04.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəki şəhər, H.Əliyev pr, 60 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdə saat 11:45-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 07 yanvar 2021-ci il tarixli, 03 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və bu qərar ona 07.01.2021-ci il tarixdə saat 18:00-da elan edilmişdir. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki rayon məhkəməsinin 11.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 23.02.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmçinin Şəki rayon məhkəməsinin 12.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Şəki rayon məhkəməsinin 06.07.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay, 9 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuşdur. İşə əlavə olunmuş Yevlax rayon məhkəməsinin 26.04.2021-ci il tarixli 4(039)- 48/2021saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi üzrə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəylərinin, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən heroinin yuxarı həddi 0.15 qram, külli miqdarı 2 qram, qurudulmuş Marixuana-Kannabisin yuxarı həddi 5 qram, külli miqdar isə 500 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin miqdarı 0.581 qram və evindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın cəmi miqdarı 470.00 qram olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş 0.581 qram heroin və 455.97 qram qurudulmuş marixuana Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, xəstə olmasını, qardaşları Vətən müharibəsi iştirakçısı olmasını, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin Azərbaycan Respublikası 234.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 05.01.2021-ci il tarixdən 07.01.2020-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 0.531 qram heron və 469.95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 142.46 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, bir il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 05.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 3 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq bir il, iki ay, iyirmi yeddi gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 0.531 qram heron və 469.95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 142.46 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-45/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-45/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver