Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-46/2020 01.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1974-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «xxxx» qətimkan tədbiri seçilmiş və X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs оğlu qəsdən, özü istifadə etmək məqsədi ilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkilərini xeyli miqdarda qanunsuz əkib, xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, X18 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 29, 120.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.10, 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə CM-in 29, 120.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.10, 62, 66.3, 66.5-ci maddələrinə əsasən 09 il azadlıqdan məhrum etmə cəzası təyin olunmasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-in 132-ci maddəsi ilə təyin olunmuş 03 ay cəzadan azad olunmaqla cəzası 08 il 09 aya endirilməsinə, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl şərti azad olunmasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının 03 ilə endirilməsinə, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, qeyd edilən cinayətlərə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən özü istifadə etmək məqsədi ilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisinin toxumlarını əldə edib, qəsdən, qanunsuz olaraq 2020-ci ilin aprel ayının əvvəlində yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində xeyli miqdarda əkib aqrotexniki qaydada qulluq edərək becərib kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞRPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkilmiş hündürlüyü 11 sm olmaqla təmiz çəkisi 1.66 qram olan 01 ədəd çətənə bitkisi və həmin evin zirzəmisində 04 ədəd plastik qabda əkilmiş hündürlükləri 08 sm-dən 22 sm-dək, ümumi təmiz çəkiləri 18.76 qram olan 04 ədəd çətənə bitkisi olmaqla ümumilikdə hündürlükləri 08 sm-dən 22 sm-dək, ümumi təmiz çəkiləri 20.42 qram olan 05 ədəd xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs оğlu məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuananı istifadə edir. 2017-ci ilin əvvəllərində Bakı şəhərində yaşamışdır və həmin vaxtda Vaqif adlı şəxsdən təxminən 30 ədəd çətənə toxumu almış və özündə saxlamışdır. 2020-ci ilin aprel ayının əvvəlində isə saxladığı həmin toxumlardan yararlı olan beş ədədini özü istifadə etmək üçün əkib-becərib yetişdirmək qərarına gəlmişdir. Bu məqsədlə həmin çətənə toxumlarından 4 (dörd) ədədini hər birində bir ədəd olmaqla 4 (dörd) ədəd ayrı-ayrı plastik su qablarında, 1 (bir) ədədini isə yaşadığı evin həyətyanı sahəsindəki heyva ağacının dibində torpağa əkmiş və daha sonra qulluq etmişdir. Yəni çətənə bitkisinin yetişməsi üçün su vermiş, peyin də tökmüş, diblərini yumşaltmışdır. Lakin xx xxxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gəlib, onlarda məlumat olmasını bildirmişlər və onun yaşadığı ünvana baxış keçiriləcəyini demişlər. O, evinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Daha sonra onun özü yuxarıda qeyd edilən çətənə kollarını polis əməkdaşlarına göstərib, həmin bitkilərin çətənə kolları olmalarını bildirmişdir.Polis əməkdaşları ona vəkillərin siyahısını təqdim etmişlər. O, Müdafiəçi Əbdurrəhman oğlunu özünə vəkil seçdikdən sonra, vəkilin iştirakı ilə çətənə kollarına baxış keçirilmiş və həmin çətənə kolları ayrı-ayrılıqda qablaşdırılmış, qablaşdırmalar onun və digər iştirakçıların imzaları ilə imzalanmış, möhürlənərək götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən onun yaşadığı fərdi yaşayış evinə də baxış keçirilmiş, lakin, qanunla qadağan edilmiş heç bir şey aşkar olunmamışdır. Etdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyyat müvəkkili vəzifəsində işləyir. Elçin adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu və narkotik tərkibli bitkilərin əkilməsi, becərilməsi və kultivasiya edilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə Şahid1 rəhbərliyi ilə, ondan, Şəki ŞRPŞ-nin İTB-nin, sahə polis nəfəri, polis serjantı Şahid4, Şəki ŞRPŞ-nin İTB-nin, sahə polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına getmişlər. Qapıya çıxan Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkilməsi və yetişdirilməsi ilə bağlı bizə məlumat daxil olması bildirilib, bununla bağlı onun yaşadığı ünvana baxış keçirilməsi zərurəti izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə yaraq könüllü razılığı və iştirakı ilə yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra mütəxəssis-aqronomun, hal şahidlərinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Rüstəmzalovun yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Elçin Rüsəmzalov baxışda iştirak edən iştirakçılara evin zirzəmisində yetişdirdiyi narkotik bitkilərin olduğunu bildirmişdir. Zirzəmiyə daxil olduqda hər birinin içərisində bir ədəd yaşıl rəngli, nartkotik vasitəyə bənzər bitki olan 4 (dörd) ədəd ağız hissələri kəsilmiş plastik butulka olmasının şahidi olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki ağaclardan birinin dibində əkilmiş 1 (bir) ədəd yaşıl rəngli, narkotik vasitəyə bənzər bitkini göstərib, onun da özünün əkdiyi narkotik vasitə olan çətənə bitkisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o, da vəkil Müdafiəçi seçdiyini bildirmişdir. Dəvət olunan vəkil Müdafiəçi gəlmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra baxış davam etdirilmişdir. Baxışın gedişində Təqsirləndirilən şəxs yenidən yaşadığı evin zirzəmisindəki hər birinin içərisində bir ədəd yaşıl rəngli, narkotik vasitəyə bənzər bitki olan 4 (dörd) ədəd ağız hissələri kəsilmiş plastik butulkaları göstərib, həmin bitkilərin narkotik vasitə olan çətənə bitkiləri olduğunu və həmin bitkiləri özünün istifadə etməsi məqsədi ilə təxminən 1 (bir) ay əvvəl əkdiyini və əkdiyi gündən etibarən həmin bitkilərə qulluq göstərərək onları yetişdirdiyini bildirmişdir. Həmin vaxt baxışda iştirak edən mütəxəssis baxış zamanı aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə xüsusi akrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra həmin bitkilər əkildikləri plastik butulkalarda olmaqla ayrı-ayrılıqda qablaşdırılıb, möhürlənmiş və bütün baxış iştirakçıları tərəfindən qablaşdırmaların üzərləri imzalandıqdan sonra götürülmüşdür. Baxış nəticəsində əhəmiyyəy kəsb edən başqa bir şey aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ədavəti, düşmənçiliyi, o, cümlədən qohumluq əlaqəsi yoxdur. O, X4 təhsil almışdır, hazırda Şəki Dövlət X13 bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Şəki ŞRPŞnin təhqiqatçısı Natiq Əzimov tərəfindən ona Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında baxış keçirilməli olduğunu, baxış zamanı aşkar olunması ehtimal edilən bitkilərin növünü, adını, narkotik tərkibli bitkilər olub-olmamasını müəyyən edilməsindən ötrü mütəxəssisin iştirakının zəruri olması izah edilmişdir. O, təhsili və iş təcrübəsi haqqında məlumatları təqdim etmiş və Natiq Əzimov tərəfindən iş üzrə mütəxəssis təyin edilmişdir. Hüquq və vəzifələri, məsuliyyəti izah edildikdən sonra onun, hal şahidlərinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Elçin Rüstəmzadə evin zirzəmisində narkotik bitkiləri yetişdirdiyini bildirmişdir və zirzəmiyə daxil olduqda 4 (dörd) ədəd ağız hissələri kəsilmiş plastik butulkarda yaşıl rəngli nartkotik vasitəyə bənzər bitkilər aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki ağaclardan birinin dibində əkilmiş 1 (bir) ədəd yaşıl rəngli, narkotik vasitəyə bənzər bitkini göstərib, onun da özünün əkdiyi narkotik vasitə olan çətənə bitkisi olduğunu bildirmişdir. Həmin zaman, o, da Təqsirləndirilən şəxs göstərdiyi bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduqlarını təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqdim edilən vəkil gəldikdən sonra baxış davam etdirilmiş aşkar olunmuş bitkilərə baxaraq həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu, bitkilərə xüsusi aqrotexniki qaydada qulluq göstərildiyi, vaxtlı-vaxtında suvarıldıqlarını, diblərinin yumşaldıldığını və yetişdirmə dərəcəsinə çatdırılmaları üçün xüsusi qaydada qulluq göstərildiyi müəyyən olunmuşdur. Daha sonra həyətyanı torpaqda əkilmiş bitki əkildiyi torpağın bir qismi ilə birlikdə, plastik butulkada əkilən bitkilər isə əkildikləri plastik butulkalarda olmaqla ayrı-ayrılıqda qablaşdırılıb, möhürlənmişdirlər və bütün baxış iştirakçıları tərəfindən qablaşdırmaların üzərləri imzalandıqdan sonra götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzaq qonşuluqda yaşayan bir şəxs kimi üzdən tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi, o, cümlədən qohumluq əlaqəsi yoxdur. Bildirdi ki, o, xx xxx 2020-ci il tarixdə Y.Qarayev küçəsində olduğu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq həmin küçədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və həmin baxışda hal şahidi kimi iştirak etməyini ondan xahiş etmişlər. O, polis əməkdaşlarına razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə baxış keçiriləcək evə tərəf getmişlər. Baxış keçiriləcək evin yanına çatanda bir nəfər də onun kimi hal şahidi qismində dəvət olunmuşdur. Polis işçiləri onlara Təqsirləndirilən şəxs təqdim edib, Təqsirləndirilən şəxsla onların münasibətini aydınlaşdırdıqdan və onlara hüquq və vəzifələrini izah etdikdən sonra baxışın başlandığını bildirmişlər. Baxış zamanı Elçin Rüstəmzadənin yaşadığı evin zirzəmisində narkotik bitkiləri yetişdirdiyini bildirmişdir və zirzəmiyə daxil olduqda 4 (dörd) ədəd ağız hissələri kəsilmiş plastik butulkarda yaşıl rəngli nartkotik vasitəyə bənzər bitkilər aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki ağaclardan birinin dibində əkilmiş 1 (bir) ədəd yaşıl rəngli, narkotik vasitəyə bənzər bitkini göstərib, onun da özünün əkdiyi narkotik vasitə olan çətənə bitkisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim edilən vəkillərin siyahısından seçdiyi vəkil gəldikdən sonra baxış davam etdirilmişdir. Baxış zamanı Rüstəmzadə Elçin aşkar olunmuş bitkiləri özü əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Qeyd olunanları baxışda iştirak edən mütəxəssiz də təsdiq etmişdir. Daha sonra aşkar olunan bitkilər ayrı-ayrılıqda qablaşdırılıb, möhürlənmişdir və bütün baxış iştirakçıları tərəfindən qablaşdırmaların üzərləri imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılmış, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək məhkəmə iclasında onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan olunan şahid qismində tanınan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmayıb, həmçinin, onunla heç bir qohumluq əlaqəsi yoxdur. Şəki şəhəri ərazisində yaşayan “Elçin” adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, narkotik tərkibli bitkilərin əkilməsi, becərilməsi və kultivasiya edilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin əməliyyat məlumatının yoxlanılması, “Elçin” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəisinin icazəsi ilə xx xxx 2020-ci il tarixdə «Elçin» adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə onun rəhbərliyi və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Şəki ŞRPŞ-nin İTB-nin, sahə polis nəfəri, polis serjantı Şahid4, Şəki ŞRPŞ-nin İTB-nin, sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Elçin” adlı şəxsin ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin tarixdə də onun tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına gedilmişdir. Həmin ünvanın qapısı döyüldükdə qapıya çıxan Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkilməsi və yetişdirilməsi ilə bağlı bizə məlumat daxil olması bildirilib, bununla bağlı onun yaşadığı ünvana baxış keçirilməsi zərurəti izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə yaraq könüllü razılığı və iştirakı ilə yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra mütəxəssisaqronomun, hal şahidlərinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Həmin zaman Elçin Rüsəmzalov baxışda iştirak edən iştirakçılara əli ilə yaşadığı evin zirzəmisinin giriş qapısını göstərib, həmin qapının açıldığı zirzəmidə kultivasiya edərərk yetişdirdiyi narkotik bitkilərin olduğunu bildirmiş və Təqsirləndirilən şəxs özü yaşadığı evin zirzəmisinə açılan həmin qapını açmışdır. O, qapını açdıqda zirzəmidə hər birinin içərisində bir ədəd yaşıl rəngli, nartkotik vasitəyə bənzər bitki olan 4 (dörd) ədəd ağız hissələri kəsilmiş plastik butulka olmasını görmüşdür. Təqsirləndirilən şəxs həmin 4 (dörd) ədəd bitkini göstərib, həmin bitkilərin özünün əkdiyi narkotik vasitə olan çətənə kolları olmalarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki ağaclardan birinin dibində əkilmiş 1 (bir) ədəd yaşıl rəngli, narkotik vasitəyə bənzər bitkini göstərib, onun da özünün əkdiyi narkotik vasitə olan çətənə bitkisi olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən vəkil Müdafiəçi seçdiyini bildirmişdir. Bundan bir qədər sonra Müdafiəçi oraya gəlmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi hər hansı bir etirazının olub-olmaması soruşulduqda, o, Müdafiəçi heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra baxış davam etdirilmişdir. Baxışın gedişində Təqsirləndirilən şəxs yenidən yaşadığı evin zirzəmisindəki hər birinin içərisində bir ədəd yaşıl rəngli, narkotik vasitəyə bənzər bitki olan 4 (dörd) ədəd ağız hissələri kəsilmiş plastik butulkaları göstərib, həmin bitkilərin narkotik vasitə olan çətənə bitkiləri olduğunu və həmin bitkiləri özünün istifadə etməsi məqsədi ilə təxminən 1 (bir) ay əvvəl əkdiyini və əkdiyi gündən etibarən həmin bitkilərə qulluq göstərərək onları yetişdirdiyini bildirmişdir. Həmin vaxt baxışda iştirak edən mütəxəssis baxış zamanı aşkar olunmuş bitkilərə baxaraq həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə xüsusi akrotexniki qaydada qulluq göstərildiyini, vaxtlı-vaxtında suvarıldıqlarını, diblərinin yumşaldıldığını və yetişdirmə dərəcəsinə çatdırılmaları üçün xüsusi qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra həmin bitkilər əkildikləri plastik butulkalarda olmaqla ayrı-ayrılıqda qablaşdırılıb, möhürlənmiş və bütün baxış iştirakçıları tərəfindən qablaşdırmaların üzərləri imzalandıqdan sonra götürülmüşdürlər. Sonra evin zirzəmisinə baxış davam etdirilsə də zirzəmidən qanunsuz heç bir şey aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir daha yaşadığı evin həyətyanı sahəsindəki ağaclardan birinin dibində əkilmiş 1 (bir) ədəd yaşıl rəngli, narkotik vasitəyə bənzər bitkini göstərib, həmin bitkinin narkotik vasitə olan çətənə bitkisi olduğunu və həmin bitkini özünün istifadə etməsi məqsədi ilə təxminən 1 (bir) ay əvvəl əkdiyini və əkdiyi gündən etibarən həmin bitkiyə qulluq göstərərək onu yetişdirdiyini bildirmişdir. Həmin vaxt baxışda iştirak edən mütəxəssis baxış zamanı aşkar olunmuş bitkiyə baxaraq həmin bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu, bitkiyə xüsusi akrotexniki qaydada qulluq göstərildiyini, vaxtlı-vaxtında suvarıldığını, dibinin yumşaldıldığını və yetişdirmə dərəcəsinə çatdırılması üçün xüsusi qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra həmin bitki əkildiyi torpağın bir qismi ilə birlikdə qablaşdırılıb, möhürlənib, bütün baxış iştirakçıları tərəfindən qablaşdırmanın üzəri imzalandıqdan sonra götürülmüşdür. Sonra evin həyətyanı sahəsinə baxış davam etdirilsə də qanunsuz heç bir şey aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin bütün otaqlarına da baxış keçirilmiş və həmin evdən də qanunsuz heç bir şey aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol yazılaraq ucadan oxunulmuş, heç bir əlavə və şikayət daxil olmamış, o da digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə xx xxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlunun yaşadığı ünvan 7 ünvanında yerləşən evinə və evə aid həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamanı yaşayış evinin zirzəmisində dörd ədə ağız hissəsi kəsilmiş plastik butulkada hər birinin içərisində bir ədəd olmaqla dörd ədəd çətənə kolu və həyətyanı sahədə torpağa əkilmiş bir ədəd çətənə kolu, ümumi sayı beş ədəd çətənə kolu аşkаr edilib götürülərək qablaşdırılmış və iştirakçiların, hal şahidlərinin, mütəxəssizin, müdafiəçinin və təqsirləndirilən şəxsin imzası ilə təsdiqlənmişdir. xx.xx.2020-ci il tarixli Şəki Dövlət X14 Bitkiçilik Sektorunun baş məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Şahid7 verdiyi rəydən görünür ki, xx.xx.2020-ci il tarixdə axşam saat 17-51 radələrində ünvan 7 ünvanda keçirilən baxış zamanı bir ədəd fanta butulkasında kəsilmiş vəziyyətdə torpaq içərisində 5 sm boyunda, eyni qaydada bir ədəd 10 sm boyunda, eyni qayda ilə iki ədəd 20sm boyunda olmaqla cəmi dörd ədəd dibçək halında və bir ədəd heyva ağacının altında 75 sm boyunda çətənə bitkisi aşkar edilmişdir. Bütün çətənə köklərinin hər biri suvarılmış, aqrotexniki qulluq işi aparılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xxxx qətimkan tədbirinin seçilməsinə dair vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla üç ay müddətinə xxxx qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli, 17/280 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanın zirzəmisindən aşkar edilmiş 04 ədəd...” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki 04 (dörd) ədəd plastik qablarda torpağa əkilmiş vəziyyətdə olan, hündürlükləri 08 sm-dən 22 smdək, ümumi təmiz çəkiləri 18,76 qram olan 4 (dörd) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış selofan torbanın içərisindəki torpağa əkilmiş vəziyyətdə olan, hündürlüyü 11 sm, təmiz çəkisi 1, 66 qram olan 1 (bir) ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd sintetik kisədə olan 4 (dörd) ədəd və 1 (bir) ədəd sellofan torbada olan 1 (bir) ədəd çətənə bitkisi tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəssis Şahid7 xx.xx.2020-ci il tarixli rəyinə əsasən 5 (beş) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmin rəyin təsviri hissəsindən görünür ki, 5 (beş) ədəd çətənə bitkisinin ümumi təmiz çəkisi-20,42 qram, tədqiqata sərf edildi – 0,10 qram (hər bitkidən 0,02 qram), qalıq 20.32 qramdır. Aparılmış tədqiqatın dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edir. xx.xx.2020-ci il tarixli, 17/353 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, “Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı götürülmüş torpaq nümunələri...” sözləri yazılmış 03 (üç) ədəd selofan torbalardakı torpaq nümunələrindən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kanabis) bitkisinin hissəcikləri aşkar edildi. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Tədqiqata təqdim olunmuş torpaq nümunələrindən aşkar edilmiş çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisi müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş torpaq nümunələrindən aşkar edilmiş çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin hissəciklərlə təqdim edilmiş 05 (beş) ədəd çətənə bitkilərinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı.” Aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respubliası DİN BƏSİİ tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş tələbnamədən, həmçinin Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(054)- 2/2017 nömrəli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs X18 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 29,120.1, 29,120.2.3, 29,120.2.7, 29,120.2.10, 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il azadlıqdan mərun etmə cəzasına məhkum olunub, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə CM-in 29,120.1, 29,120.2.3, 29,120.2.7, 29,120.2.10, 62, 66.3, 66.5-ci maddələrinə əsasən 09 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-in 132-ci maddəsi ilə təyin olunmuş 03 ay cəzadan azad olunmaqla cəzası 08 il 09 aya endirilib. Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl şərti azad olunub. Bundan başqa Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 29,177.2.3, 69.3cü maddəsinə əsasən 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilib və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilib. Məhkəmə narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. X9 tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs X5 dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi X12 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X10 “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. Şəki şəhər “Olimpiya” məhəllə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Y.Qarayev 9 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünün və şahidlərin ifadələri, ekspert rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs оğlu cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əməlində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alır. Lakin məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, CM-nin 83.3.5-ci maddəsinə əsasən isə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15.3-ci maddələrinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən X6 Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.7, 29.120.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayətlər xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə xüsusilə ağır, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməl isə az ağır cinayət hesab olunur. Qəsdən xüsusilə ağır və az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunmuş X6 məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır və cinayətlərin residivini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən X7 təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, X7 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan X7 həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən X10 ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin xxxxdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-da saxlanılan 20.32 qram çəkidə 05 ədəd narkotik tərkibli çətənə kolu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. X2 70.52 (yetmiş manat əlli iki qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs xxxxdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş xxxx qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 20.32 qram çəkidə 05 ədəd narkotik tərkibli çətənə kolu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 70.52 (yetmiş manat əlli iki qəpik) manat miqdarında ekspertiza xərci tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə təqdim olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-46/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-46/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver