Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-46/2022 22.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Şəki Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında, Təqsirləndirilən şəxs: xx xxxx 1998-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, onun üçün aşkar sürətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, o, yetkinlik yaşına çatmaqla, yəni xx xxxx 1998-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan, yəni xx.xx.2005-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs ilə qeyri rəsmi nigah münasibətlərinə girdikdən sonra 02 aprel 2021-ci il tarixdə saat 23:00 radələrində yaşadıqları Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin ona məxsus yataq otağında sonuncunun könüllü razılığı ilə qızlıq pərdəsinin tamlığını pozmaqla təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra o, Zərərçəkmiş şəxs 16 yaşı tamam olanadək, yəni 28 may 2021-ci il tarixdək sonuncu ilə təkrarən mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 iyun 2021-ci il tarixdə narkotik vasitə satdığına və üstündə saxladığına görə tutulmuş, Şəki rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. X7 Müəssisəsində cəza çıkir. Mahiyyəti üzrə bildirmişdir ki, o, 2018-ci ilin yanvar ayında hərbi xidmətdən qayıtdıqdan sonra kənddə münasib iş tapa bilmədiyinə görə işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Hərbi Hospitalın yaxınlığında yerləşən evlərin birində kirayə qalıb fəhlə işləmişdir. 2020-ci ilin sentyabr ayında Qəşəng adlı qadın iki oğlu və bir qızı ilə birlikdə kirayə qaldığı məhəlləyə gəlib orada kirayə tutduqları evdə yaşamağa başlamışlır. Həmin dövrdə o, Qənşəngin qızı Aytacı görmüş və Aytac xoşuna gəlmişdir. Buna görə o, Aytaca yaxınlaşıb onunla tanış olmuş, tanış olduqdan sonra Aytacla münasibəti yaranmış, Aytac da onu sevmişdir. Bir məhəllədə yaşadıqları üçün Aytacla tez-tez görüşüb söhbət etmişlər. Qəşəng onun Aytacı sevdiyini bilmiş, buna görə ona demişdir ki, Aytacı ona verməyəcək, bacısı oğluna verəcəkdir. Münasibəti pozmamaq üçün Qəşəngə demişdir ki, “necə məsləhət bilirsiz elə də edərsiz”. 2021-ci ilin mart ayının əvvəllərində Aytac ona demişdir ki, anası onu xalası oğluna nişanlamaq istəyir. O, atası İlkinə zəng edib, Bakıda yaşayan Aytac adlı qızı istədiyini bildirmiş, Aytacı ona nişanlamaq üçün elçi gəlməsini xahiş etmişdir. Lakin atası ona, maddi vəziyyətinin çətin olduğunu, buna görə elçi gələ bilməyəcəyini demişdir. O, vəziyyəti başa düşüb atasına heç nə deməmişdir. Sonra Aytacla görüşəndə nə edəcəklərini soruşmuşdur. Aytacda ona, «məni götür qaç» demişdir. O, Aytaca, sonra problem ola biləcəyini deyəndə, sonuncu ona, “mən özüm sənə qoşulub gedirəm, heç bir problem ola bilməz” demişdir. 17 mart 2021-ci il tarixdə saat 15:00 radələrində Aytac anasının mobil telefonu ilə onun telefonuna zəng edib bildirmişdir ki, anasının fikri ciddidir, onu bacısı oğluna nişanlamaq istəyir, buna görə gəlib onu qaçırsın. Həmin vaxt o, iş yerində olmuşdur. Aytaca demişdir ki, sabah səhər çıxarıq. Razılaşandan sonra o, iş yerində alacağı pulları götürmüşdür. Səhəri gün yəni 18.03.2021ci tarixdə saat 09:00 radələrində Aytac yola çıxmış və birlikdə Bakı şəhər Avtovağzalına getmişlər. Oradan Bakı-Şəki marşurutu üzrə sərnişin daşımaqla məşğul olan, sürücüsünü xatırlamadığı fərdi avtomaşınla yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndinə gəlmişlər. O, Aytacı qaçırdan zaman sonuncu özünün şəxsiyyət vəsiqəsini də götürüb gəlmişdir. Evdə anası Xumar Aytacdan necə olub oğluna qoşulub gəldiyini soruşanda, Aytac anasına vəziyyəti danışıb bildirmişdir ki, onu sevir, lakin anası onu xalası oğluna nişanlamaq istəyib, buna görə ona qoşulub gəlmişdir. Həmin vaxt anası Xumar qaynanası Qəşəngə zəng edib danışıb qızı Aytacın oğluna qoşulub gəldiyini bildirib qızına xeyir dua verməsini xahiş etmişdir. Qəşəng isə anasına, Aytacın hələ yaşı bitmədiyini bildirmişdir. Anası da qaynanasına demişdir ki, artıq iş işdən keçib, evladları xoşbət etmək lazımdır. Qaynanası Qəşəng həmin vaxt əsəbi olduğuna görə gəlməyəcəyini bildirmişdir. Aytacla o, bir-birilərini sevdiklərinə görə valideyinləri onun Aytacla toyunu etməyə qərar vermişlər. Toydan bir neçə gün qabaq anası Xumar qaynanası Qəşəngə zəng edib, 02 aprel 2021-ci il tarixdə Əmrahla Aytacın ailə qurmaları üçün özləri həyətdə yüngül məclis quracağını bildirmiş, qaynanası Qəşəngi həmin məclisə dəvət edib demişdir ki, gəlib məclisdə iştirak edib qızına xeyir dua versin. Lakin qaynanası Qəşəng Aytacın özbaşına ona qoşulub gəlməsinə görə küsülü qaldığı üçün həmin məclisə gəlməmişdir. Buna baxmayaraq 02.04.2021-ci il tarixdə valideyinləri yaxın qohumların iştirakı ilə həyətdə yüngül məclis qurub onunla Aytacın toyunu etmişlər. Həmin gecə o, Aytacla bir evdə qalmış, o vaxtdan ər arvad kimi yaşayırlar. Həmçinin qeyd etmişdir ki, 02.04.2021-ci il tarixdə onların toy məclisindən sonra həmin gecə o, Aytacla bir yatağa girmiş və həmin gecə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olan zaman hər şey öz qaydasında olmuş və həmin gecə Aytacın bakirəliyi pozulmuşdur. Bundan sonra o, Aytacla birlikdə qeyri-rəsmi də olsa ailə qurduqları üçün mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. X4 ad günü olduğu üçün 28 may 2021-ci il tarixdə onlara qonaq gəlmiş və həmin gün qayıdıb getmişdir. Həmçinin o, göstərmişdir ki, Aytac onu sevdiyi üçün və anası onu xalası oğluna nişanlamaq istədiyinə görə öz razılığı ilə ona qoşulub gəlmişdir. O, Aytacla qeyri rəsmi ailə qurana qədər sonuncunu qucaqlamamış, ona qarşı seksual xarakterli hərəkətlər etməmiş və Aytacla təbii yolla və ya arxadan qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Ailə qurandan sonra isə o, Aytacla ancaq təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa göstərmişdir ki, Aytacın 16 yaşı tamam olmadığına görə o, sonuncu ilə onun molla kəbini kəsilməmiş və rəsmi nigaha daxil olmamışlar. Həmçinin ailə qurmamışdan qabaq o, Aytacın 16 yaşı tamam olmadığını bimişdir. Aytacla bir-birilərini sevdikləri üçün valideyinləri onların toyunu etmişlər. Ancaq o, sonradan başa düşmüşdür ki, 16 yaşına çatmayan qızla cinsi yaxınlıq etmək olmazmış. Göstərmişdir ki, hazırda Aytac Şəki rayonunun Kiçik Dəhnə kəndində valideynləri ilə birlikdə yaşayır. Onun 18 yaşı tamam olan kimi nikaha girəcəkdir. Himayəsində 11.01.2022-ci il tarixdə doğulmuş 1 azyaşlı uşağı vardır. Törətdiyi cinayət əməlindən peşmandır. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Qəşəng atasından ayrılandan sonra anası və iki qardaşı ilə birlikdə ayrı yaşayırlar. Son vaxtlar anası Qəşəng onun və iki qardaşları ilə birlikdə Bakı şəhərində kirayə evdə yaşamışlar. Anası kafedə xidmətçi işləmişdir. Bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində kirayə evdə yaşadıqları müddətdə, 2020-ci ilin sentyabr ayında həmin kirayə qalıdıqları evin həyətində kirayə yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanış olduqdan sonra Əmrahla birbirilərini sevmişlər. Bir məhəllədə yaşadıqları üçün Əmrahla tez-tez görüşüb söhbət etmişlər. Əmrahla onun bir-birilərini sevdiklərini anası da bilmişdir. Buna görə anası onun Əmrahla görüşməsinə icazə verməmişdir. Söhbət zamanı anası ona demişdir ki, onu özünün bacısı oğluna ərə verəcəkdir. Lakin o, xalası oğlunu istəməmişdir. O, söhbət zamanı Əmraha, anasının onu bacısı oğluna nişanlaqmaq istədiyini demişdir. Bundan sonra eşitmişdir ki, xalası onların evinə gəlib onu oğluna nişanlamaq istəyir. O, Əmrahla zəng edib vəziyyəti bildirib demişdir ki, onu götürüb qaçsın. Əmrah ona, sonra problem olar deyəndə, o, Əmraha, heç bir problem olmayacağını, o, özü öz razılığı ilə qoşulub gedəcəyini demişdir. Birlikdə razılığa gələndən sonra qabaqcadan danışdıqları kimi 18 mart 2021-ci il tarixdə səhər saat 09:00 radələrində o, evdən şəxsiyyət vəsiqəsini götürüb yola çıxmışdır. Əmrah gəlib onu götürmüş və birlikdə Bakı şəhər Avtovağzalına getmişlər. Bildirmişdir ki, anası işdən gec gəldiyi üçün səhər yuxudan gec oyanırmış. Buna görə o, saat 09:00 radələrində evdən çıxanda anası yuxulu olduğu üçün bilməmişdir. Həmçinin o, evdən çıxanda kağıza yazmışdır ki, «öz razılığımla Əmraha qoşulub gedirəm, məni axtarma» kağızıda stolun üstünə qoymuşdur ki, anası oyananda kağızı oxuyab onu axtarmasın. Əmrahla o, Bakı şəhər Avtovağzalında Bakı-Şəki marşurutu üzrə sərnişin daşımaqla məşğul avtomaşınla Şəki rayonu, Kiçik Dəhnə kəndinə gəlmişlər. Evlərində Əmrahın anası Xumar ondan necə olub Əmraha qoşulub gəldiyini soruşanda, o, qaynanası Xumara vəziyyəti danışıb, anası onu özünün bacısı oğluna nişanlamaq istədiyini, o, isə xalası oğlunu istəmədiyini, Əmrahı sevdiyi üçün sonuncuya qoşulub gəldiyini bildirmiş və anasının yanına qayıtmayacağını demişdir. Həmin gün qaynanası Xumar anası Qəşəngə zəng edib danışıb, anasından qızına xeyir dua verməsini xahiş etmişdir. Anası Qəşəng qaynanası Xumara qızının hələ yaşı bitmədiyini bildirmişdir. Qaynanası Xumar da anasına, artıq iş-işdən keçdiyini, evladları xoşbət etmək lazımdır deyib anasını Şəkiyə dəvət etmişdir. Anası Qəşəng həmin vaxt əsəbi olduğuna görə gəlməyəcəyini bildirmişdir. Əmrah onu qaçırdıqdan sonra o, Əmrahdan ayrı, qaynanası Xumarla birlikdə yatmışdır. O, Əmrahla bir-birilərini sevdiklərinə görə valideyinləri Əmrahla onun toyunu etməyə qərar vermişlər. Toy qabağı qaynanası Xumar anası Qəşəngə zəng edib, 02 aprel 2021-ci il tarixdə Əmrahla onun ailə qurmaları üçün həyətdə məclis təşkil edəcəyini bildirib, anasını həmin məclisə dəvət edib gəlib məclisdə iştirak edib qızına xeyir dua verməsini demişdir. Lakin anası Qəşəng, onun özbaşına Əmraha qoşulub gəlməyinə görə küsülü qaldığı üçün həmin məclisə gəlməmişdir. 02.04.2021-ci il tarixdə Əmrahın valideyinləri yaxın qohumların iştirakı ilə həyətdə məclis qurub onunla Əmrahın toyunu etmişlər. Həmin gecə saat 23:00 radələrində o, Əmrahla birlikdə onlara ayrılmış yataq otağına keçmişlər, həmin vaxt Əmrah onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Birinci dəfə cinsi əlaqədə olan zaman onun bakirəliyi pozulmuşdur. Bundan sonra qeyri-rəsmi də olsa ailə qurduqları üçün Əmrah onunla demək olar ki, hər gecə cinsi əlaqədə olmuşdur. Ad günü olduğuna görə 28 may 2021-ci il tarixdə anası onun evinə qonaq gəlmiş, onun ad gününü qeyd edib qayıdıb getmişdir. 05 iyun 2021-ci il tarixdə Əmrah narkotik vasitə satdığına görə tutulmuş, ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Əmrahla o, cinsi əlaqədə olduqları üçün 2021-ci ilin aprel ayında o, hamilə qalmışdır. Həmin hamiləlikdən 11 yanvar 2022-ci il tarixdə uşağı dunyaya gəlmişdir. Həmçinin göstərmişdir ki, Əmrahla bir-birilərini sevdikləri üçün, anası Qəşəng onu özünün bacısı oğluna, yəni onun xalası oğluna nişanlamaq istədiyi üçün, o isə xalası oğlunu sevmədiyi üçün öz razılığı ilə Əmraha qoşulub gəlmişdir ki, anası onu xalası oğluna nişanlamasın. Əmrah onu qaçırdan zaman ona qarşı heç bir zor tətbiq etməmişdir. Həmçinin qeyri rəsmi ailə qurana qədər Əmrah onu qucaqlamamış, ona qarşı seksual xarakterli hərəkətlər etməmiş, həmçinin onunla təbii yolla və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Ailə qurandan sonra isə Əmrah onunla ancaq təbii yolla cinsi əlaqədə olmuş, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamış, ona qarşı seksual xarakterli hərəkətlər etməmişdir. Bundan başqa o, göstərmişdir ki, Əmrah onunla ailə qurmamışdan qabaq onun 16 yaşı tamam olmadığını bimişdir. Əmrahın valideyinləri də onun 16 yaşı tamam olmadığını bilmişlər. Ancaq başqa çarəsi olmamışdır. Çünki Əmrahla o, bir-birilərini sevmişlər və geriyə anasının yanına qayıdası deyildi. Buna görə valideyinləri Əmrahla onun toyunu etmişlər. Həmçinin onun 16 yaşı tamam olmadığına görə Əmrahla o, qeyri rəsmi ailə qurmamışdan qabaq onların kəbini və nigahı kəsilməmiş, lakin gələcəkdə nikahlarını rəsmləşdirərək ailə kimi yaşayacaqlar. Hazırda Əmrahın ailəsi ilə birlikdə yaşayır, 1 azyaşlı uşaqları vardır. Əmraha qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də hər hansı şikayəti və tələbi olmayacaqdır. Göstərilənlərin nəzərə alınmasını və Təqsirləndirilən şəxs hər hansı bir cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Qanuni nümayəndə şahid qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. O, ərindən ayrılandan sonra 3 övladları ilə birlikdə Bakı şəhərində, Hərbi Hospitalın yaxınlığında kirayə evdə yaşamışdır. Kafedə qab yuyub pul qazanaraq övladlarını saxlayır. Bildirmişdir ki, o, həmin əraziyə 2020-ci ilin sentyabr ayında gəlmişdir. Kirayə qaldığı evin həyətində onlardan başqa Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Əmrah adlı oğlan da qalmışdır. Əmrah həyətdə yaşadığı müddətdə qızı Aytacı görüb xoşu gəlmişdir. O, hiss etimişdir ki, Əmrah qızı Aytacı sevir, həmçinin Aytac da Əmrahı sevir. O, Aytaca, yaşı az olduğunu, bacısının oğlu hərbi xidmətə gedib gələndən sonra onu bacısı oğluna nişanlayacağını demişdir. Aytac isə qəti olaraq, xalası oğluna ərə getməyəcəyini, xalası oğlu onun qardaşı olduğunu demişdir. 18 mart 2021-ci il tarixdə səhər oyanmış, Aytacı yerində görməmişdir. Yuxudan oyanandan sonra stolun üstündə yazılı kağızı görüb götürüb oxumuş, görmüşdür ki, qızı Aytac yazmışdır ki, «ana narahat olma, mən Əmraha öz razılığımla qoşulub getmişəm». Mobil telefonuna baxıb görmüşdür ki, tanımadığı mobil telefon nömrəsinə zəng edilmişdir. O, həmin nömrəni yığanda qızı Aytac telefonu açmış, o, Aytacdan, haraya getdiyini və harada olduğunu soruşmuşdur. Aytac da ona, Əmrahı sevdiyini və buna görə Əmraha qoşulub getdiyini demişdir. O, Aytaca, yaşı az olduğunu deyəndə, ona demişdir ki, qalsaydı onu bacının oğluna nişanlayacaqdı, Əmrahı sevdiyinə görə ona qoşulub getmişdir. O, görmüşdür ki, qızı Aytac həqiqətən də Əmrahı sevir, fikri qətidir, heç nə deməmişdir. Bundan sonra Əmrahın anası Xumar zəng edib ona, onun evinə gəlib razılıq almaq istədiyini bildirmiş, qızına halallıq verməsini xahiş etmişdir. O, isə həmin vaxt əsəbi olduğuna görə Xumara, gəlməməsini demişdir. Həmin vaxt qızı Aytac özünün şəxsiyyət vəsiqəsini də götürüb getmişdir. Bundan sonra Xumar ona zəng edib, 02 aprel 2021-ci il tarixdə Əmrahla Aytacın ailə qurmaları üçün özləri həyətdə yüngül qonaqlıq təşkil edəcəyini bildirmiş, onu da həmin məclisə dəvət edib demişdir ki, gəlib məclisdə iştirak edib qızına xeyir dua versin. O, Xumara demişdir ki, qızı Aytacın hələ 16 yaşı tamam olmayıb, onların necə toyunu edəcəklər? Xumar da demişdir ki, artıq saxlaya bilmir, Aytacla Əmrah bir-birilərini sevirlər, ona görə də toylarını edirlər. Qızı Aytacın yaşının az olmasına görə və özbaşına Əmraha qoşulub çıxıb getdiyinə görə o, küsülü qaldığı üçün qızının toy məclisinə getməmişdir. Ancaq eşitmişdir ki, 02.04.2021-ci il tarixdə valideyinləri məclis qurub Əmrahla Aytacın toyunu etmişlər və həmin vaxtdan Əmrahla Aytac qeyri rəsmi ailə qurub birlikdə yaşayırlar. Əmrah ilk dəfə ailəsinə məxsus olan öz evində qızı Aytacla cinsi əlaqədə olmuşdur. 28 may 2021-ci il tarixdə qızı Aytacın ad günü olduğuna görə o, Şəki rayonu, Kiçik Dəhnə kəndinə gəlmiş, qızı Aytacın ad gününü qeyd edib həmin gündə Bakı şəhərinə qayıtmışdır. 06 iyun 2021-ci il tarixdə o, kürəkəni Əmraha zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Atası İlkinə zəng edib danışanda, sonuncu ona, Əmrahın tutulduğunu bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Əmrah narkotik vasitə satdığına görə tutulmuşdur. Əmrah tutulandan sonra eşitmişdir ki, qızı Aytac hamilədir. 11 yanvar 2022-ci il tarixdə səhər qudası Xumar ona zəng edərək Aytacın oğlan uşağı dünyaya gəldiyini bildirmişdir. Gündəlik işlədiyinə görə o, Şəki rayonuna gələ bilməmişdir. Həmçinin o, göstərmişdir ki, qızı Aytac Əmrahı sevdiyi üçün öz razılığı ilə Əmraha qoşulub gəlmişdir. X5 16 yaşı tamam olmadığını bilmişdir. X16 uzun müddət idi bir-birilərini tanımışlar. X15 qoşulub gələndə şəxsiyyət vəsiqəsini də götürmüşdür. Buna görə də Əmrah Aytacla ailə quranda Aytacın 16 yaşı tamam olmadığını bilmişdir. Həmiçinin Aytacın 16 yaşı tamam olmadığına görə onunla Əmrahın molla kəbini də kəsilməmiş və nigahları rəsmiləşdirilməmişdir. Onun İlkindən hər hansı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Hazırda qızı X22 kəndində Əmrahin valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs hər hansı bir cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu, Zərərçəkmiş şəxs isə onun gəlini, yəni Əmrahın arvadıdır. Bildirmişdir ki, oğlu Əmrah ailə qurmamışdan qabaq uzun müddət Bakı şəhərində fəhlə işləmiş evə qazanc gətirmişdir Əmrah hərbi xidmətdən qayıtdıqdan sonra təxminən 4 il Bakı şəhərində fəhlə işləmişdir. 2020-ci ilin mart ayında Əmran ona zəng edib, Bakı şəhərində bir qız istədiyini bildirmiş, onlara elçi gedib həmin qızı ona nişanlamalarını xahiş etmişdir. O, da əri İlkinə demişdir ki, oğlu Əmrah qız istəyir, gedib bir maraqlansın görək kimin qızıdır, harada yaşayırlar, nə cür ailədirlər. İlkin isə ona, uzaq olduğunu, Bakını tanımadığını deyib getməmişdir. 2021-ci ilin mart ayının 18-də Əmrah kəndə gəlmiş, gələndə özü ilə bir qız, yəni Aytacı gətirmişdir. O, oğlu Əmrahdan Aytac barədə soruşanda, Əmrah ona, istədiyi həmin qız olduğunu demişdir. O, Aytacdan da necə olub Əmraha qoşulub gəldiyini soruşanda, sonuncu ona demişdir ki, «anası onu xalası oğluna nişanlamaq istəyirdi, o, isə xalası oğlunu istəməmiş, ona görə də Əmrahı istədiyi üçün ona qoşulub gəlmişdir. Anası onu Əmraha ərə getməyinə razı olmadığına görə Əmraha qoşulub gəlmişdir». Həmin gün anası Aytaca zəng edib harada olduğunu soruşanda, Aytac anasına, «xalası oğlunu sevmədiyini, Əmrahı sevdiyi üçün ona qoşulub gəldiyini demişdir. Sonra o, telefonu götürüb Aytacın anası Qəşəng ilə danışanda, sonuncu ona demişdir ki, «sənin oğlun mənim qızımı qaçırdıb». Oda Qəşəngə demişdir ki, «qızı xalası oğlunu istəmədiyi üçün onun oğluna qoşulub gəlib». Bundan sonra Aytacın anası Qəşəngə heç nə deməmişdir. Bir müddət o, Aytacı öz yanında saxlamış, Əmrahla bir yerə qalmağa qoymamışdır. Zəng edib Qəşənglə danışıb demişdir ki, gəlib qızına xeyir dua versin ki, onları evləndirsinlər. Qəşəng isə ona, «mənim o adda qızım yoxdur» deyib gəlməmişdir. Qəşəngdən xəbər çıxmadığı üçün o, məcbur olmuş, Əmrahla Aytacın qeyri rəsmi də olsa ailə qurmalarını təşkil etmişdir. Çünki Aytac anasının yanına qayıtmaq istəməmişdir. Buna görə fikirləşmişdir ki, Aytacı nə qədər öz yanında saxlayacaqdır. Belə olub 02 aprel 2021-ci il tarixdə həyətlərində stol açıb əri İlkin, anası Gülpəri, atası Nazim, qaynatası Məmməd, qaynanası Bəsdi və digər qohumlardan ibarət həyətdə yüngül qonaqlıq edib həmin gün Əmrahla Aytacı qeyri rəsmidə evləndirmişlər. Həmin gecə Aytac Əmrahla bir evdə qalmış və həmin gecə Əmrah birinci dəfə Aytacla cinsi əlaqədə olmuş, daha sonra isə onlar ailə kimi birlikdə yaşamışlar. 05 iyun 2021-ci il tarixdə oğlu Əmrah narkotik vasitə satdığına görə tutulmışdur. Əmrahın işinə Şəki rayon Məhəkəsində baxılmış 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Hal-hazırda X12 Müəssisəsində cəza çəkir. Əlavə olaraq bildirmişdir ki, Aytacın 16 yaşı tamam olmadığına görə Əmrahla Aytac qeyri rəsmi ailə qurmamışdan qabaq onların kəbini kəsilməmiş və nigaha daxil olmamışlar. Həmçinin Aytac özü demişdir ki, Əmrahı sevdiyi üçün öz razılığı ilə sonuncuya qoşulub gəlmişdir. Aytacın anasının yanına qayıtmaq fikri olmamış və birmənalı olaraq bildirmişdir ki, anasının yanına getməyəcək. X13 bir-birilərini sevdiklərinə görə məcbur olub onları evləndirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı və Şahid1 şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid2 Nazim qızının ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.
1. İş materiallarında olan iş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizanın 19.01.2022-ci il tarixli, 19 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.
2. Zərərçəkmiş şəxs 11.01.2022-ci il tarixdə 39 həftəlik hamilə olmuşdur, yəni 39 dəftə (təqribən 273 gün) əvvəl cinsi əlaqə zamanı hamilə qalmışdır və təbii yolla doğuş keçirmişdir, oğlan cinsli vaxtında yetkin döl döğulmuşdur.
3. Zərərçəkmiş şəxs bədəni üzərində zorla onunla cinsi əlaqə zamanı əmələ gələn hər hansı bir xəsarət və ya onun izləri aşkar edilməmişdir.
4. Zərərçəkmiş şəxs hamilələiyi və diri dölünün doğurlması onunla cinsi əlaqədə olmaya dəlalət edir. Hal-hazırda hamiləlik əlamətləri aşkar olunmamışdır. (İ.cild. i/v-20-22) İşdə olan Ədliyyə Nazirliyinin PX-in X1 daxil olmuş 25.01.2022-ci il tarixli 17/33-341 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs hal-X7 müəssisənin təsərrüfat briqadasında cəza çəkir. (i/v-24) İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək Şəki rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (i/v-48) İşdə olan Ədliyyə Nazirliyinin PX-in X1 daxil olmuş 25.01.2022-ci il tarixli, 17/33-348 nömrəli məktubdan və məktuba əlavə edilmiş hökmdən görünür ki, 08.06.20221-ci il tarixdən X2 İstintaq təcridxanasında saxlanılan, Şəki rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2, 66.2-ci maddələri ilə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs hal-X7 müəssisənin təsərrüfat briqadasında cəza çəkir. (i/v-49-58) İşdə olan Şəki Rayonlararası Psixatriya Xəstəxanasının 10.02.2022-ci il tarixli, 169 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Kçik Dəhnə kəndində yaşayan, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X3 dispanser müşahidəsində yoxdurlar. (i/v-63) İşdə olan Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla tutulan günə kimi həmin kənddə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i/v-71-73) İşdə olan Şəki MRX-nın 16.02.2022-ci il tarixli, 301/1 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin xəstəxananın Narkoloji kabinetində qeydiyyatda yoxdur. (i/v-92) İşdə olan Ağsu rayon İHB-nın Kalva kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs həqiqətəndə Ağsu rayonu, kalva kəndində qeydiyyatda olsada, hazırda həmin kənddə yaşamır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i/v-97-99) İş materiallarında olan cinayət işi üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizanın 19.02.2022-ci il tarixli, 86 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni səthi üzərində gözlə görünən xəsarət və onun izləri aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi əlaqəyə girmə qabiliyyəti normaldır və cinsi həyatı aktivdir. (i/v-102-103) İşdə olan Şəki ŞRPŞ-nin Sarıca PB-nə verilmiş əməliyyat tapşırığının 02.03.2022-ci il tarixli 372-325-1222 nömrəli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birbirilərini sevdikləri üçün sonuncu 18.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qoşularaq Şəki rayonu, Kiçik Dəhnə kəndinə gətirmiş, 02.04.2021-ci il tarixdə hər ikisinin razılığı ilə yaşadıqları həyətdə məclis quraraq toylarını etmiş və ilk dəfə həmin gün Təqsirləndirilən şəxs yaşadığı evdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmiuşdur. Bundan sonra onlar ərarvad münasibətində olduqları üçün mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. Həmçinin keçirilmiş əməliyyit tədbirləri zamanı müəyyən olunmuşdur ki, həmin toyu Şahid1 təşkil etmiş, həmin məclisdə onun arvadı Şahid2 Nazim qızı, qaynanası Şahid3 qızı, qaynatası X8, atası X9, anası X10 və başqaları iştirak etmişlər. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs kimin idarə etdiyi, hansı markalı və dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki rayonu, Kiçik Dəhnə kəndinə gəlmələrini, onların Bakı şəhərindən çıxıb Şəki rayonuna gəlmələrini kimlərin gördüyünü müəyyən etmək mümkün olmamışdır. (i/v-128) İş materiallarında olan cinayət işi üzrə təyin olunmuş əlavə məhkəmə tibbi ekspertizanın 16.03.2022-ci il tarixli, 115 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcəyi nahiyəsində onunla qeyri təbii yolla cinsi əlaqədə olmağa aid əlamətlər və xəsarətlər aşkar olunmamışdır. (i/v-129-130) İşdə olan AZ-İV 711643 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 11.01.2022-ci il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyləri, iş materiallarında olan digər sübutlarla onun üçün aşkar surətdə 16 yaşına çatmayan, yəni xx xxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs könüllü razılığı ilə qəsdən onunla cinsi əlaqədə olması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan heç bir şikayətinin və tələbinin olmamasını, zərərçəkmiş şəxslə artıq ailəli olmasını və onun azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları, onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(075)- 87/2021 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 06.06.2021-ci ildən hesablanması, Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Azərbaycan Respublikasının 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(075)-87/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2-ci və 66.2-ci maddələrinə əsasən onun üzərində qəti olaraq saxlanılmış 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası hazırkı cinayətə görə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin ediləcək cəza Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzasının əvvəli 06 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 1(075)-87/2021 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsində cəza çəkməsini nəzərə alaraq, onun barəsində qətimkan tədbirinin seçilməsini zəruri hesab etməmişdir. İş üzrə maddi sübutun, maddi ziyanın, mülki iddianın, ekspertiza xərcinin və üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 357-358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilisin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Şəki Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(075)-87/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə hazırkı cinayətə görə ona təyin edilmiş cəza CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq üç il, doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(075)- 87/2021 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 06 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(075)- 87/2021 saylı hökmü üzrə hazırda cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutun, maddi ziyanın, mülki iddianın, ekspertiza xərcinin və üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cahid İmanov.