Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-46/2024 22.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X4, X10 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4, X10 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, X8 2023-cu ilin sentyabrın 1-dən imtahan verərək, Şəki Təhsil Sektorunun müdiri Cəbiyev Zamik tərəfindən Saki şəhər 16 saylı uşaq X5raq göndərilmişdir. İşinə qarşı tələbkar və masulliyətli insan olduğundan, bağçada olan çatışmazlıqları aradan qaldırmağa çalışmışdır. Onun vəzifə borcundan irəli gelen bütün məsələləri yüksək səviyyədə həll etmişdir. Bağçanın müdiri vəzifələrini müvəqqəti icra eden Mahmudova Aygün ona iş şərati yaratmaq əvəzinə (buna görə əmək müffəttişlıyı tərəfindən 4 min manat cərimə edilib) maneçilik törətməyə başladı. Lazım olan sənədləri ona imzalatmaqdan boyun qaçırır, işinə qiymət vermirdi. Şəki Regional Təhsil İdarəsində və Şəki Təhsil Sektorunda onun əleyhinə danışır bağçanın aşpazı Lətifova Vəfa, paltaryuyanı Əhmədova Rəsmiyyə ilə birlikdə işçilər arasında onun şərəf və ləyaqətinə qarşı ifadələr işlədərək işçiləri ondan narazı salmağa çalışmışdılar. Dəfələrlə bağçadan ərzaq oğurlanmasının qarşısını almaq üçün mübarizə aparsa da müdir bu fəaliyyətini onun bağçanı dağıtmaq kimi qiymətləndirilmişdir. Baş verən oğurluq hadisaləri hamçinin digər problemlərlə bağlı X7 İdarəsinə və Şəki Tahsil sektoruna müraciət etsə də baxılmamışdır. xx.xx.2023-cü il tarixində onu əsassız olaraq işdən azad etmişdilər. 04,10,2023-cü ildə ona qarşı bağçanın vatsap qrupunda təhqiredici ifadə işlətmişdir. Bununla bağlı ona yaxınlaşıb etiraz bildirdiyimdə ona "sən kimsən ki, mən sənə vaxt ayırıram" deyərək onu otaqdan çıxarmağa çalışməşdır. O, da cavab olaraq "men sizin işçi, Azərbaycan vətəndaşı, bir ailənin evladı cavabını vermişdir. Qarşılıq olaraq o da ona sən kimsən ki, sənin ailəni bütün Şəki tanıyır" deyərək onu aşağılamışdır Bu sözdan sonra aralarında mübahisə oldu. Üst geyimini soyunaraq işçilərin yanında onun üstünə hücum etdi. Yenə nalayiq ifadələrlə onu təhqir etdi. Döyüşlərdə iştirak etməyinə kölgə salan ifadələr işlədərək döyüşdən qaçmısan, yalandan demisən" "kişi bağçada işləməz kimi ifadələr işlətmişdir. Həmçinin vatsap qrupunda onu təhqir etməyə davam etmiş vəzifəli şəxslərin (Nəbili Behruz, Bayramov Araz, Cəbiyev Zamik, Şahın, Ulduz) adından ona hədə qorxular gəlmiş, dini etiqadina qarşı təhqir edici ifadələr söyləmişdir Bundan sonra Mahmudova Aygün, Lətifova Vəfa və Əhmədova Rəsmiyyə onu işdən azad etməkdən ötrü akt tərtib edərək işçilərə "Elnur narkomandır içir, çəkir, qadınlara təcavüz edəcək" işçilərin gizli videolarını, şəkillərini çəkir və.s ifadələrlə onları məzmunu bəlli olmayan akta tayziq göstərərək imza çəkdirmişdir. İmza çəkməkdən imtina edən ocaqçı Yunusova Tünzalənin yanına gedən Əhmədova Rəsmiyyə "Niyə imza çəkmirsən Elnur sənə tecavüz edəcək xoşuna gələsidir ? deyərək onu şərləmişdir. X18 dəfələrlə onun şərəf və ləyaqətini aşağılayıcı ifadələr işlətmiş, ailəsini belə təhqir etmişdir. Əlində akt olan kağıza zorla işçilərə qol çəkməsini tələb etmişdir. Nuran, Nərmin adlı müəllimələrə də imza çəkməyi təklif edib ancaq onlar imtina etmişdirlər. Rəhimova Şəfa, Əliyeva Günel, Ramazanova Sevda, Rəsulova Xəyalə, Əyyubova Gülşən, Həsənova Züleyxa bu altı nəfər şəxsə "Elnur narkomandır, içir, çəkir sizə təcavüz edəcək işdən çıxaraq onu deyərək onlara məzmunu belli olmayan akta məcburi imza çəkdirmişdilər. Mahmudova Aygün imza çəkməyən tərbiyəçi köməkçisi Rasimə adlı şəxsə zorla imza çəkdirməyə çalışmış sonuncu bundan imtina etmişdir. Rəsulova Xəyaləyə imza çəkməlisən yoxsa işdən azad edəcəm deyərək psixoloji təsir göstərmişdir. Ümumi 6 nəfər işçiyə macbur imza çəkdirmişdir. Sonradan imza çəkən 5 nəfər mənə yazılı şəkildə ərizə yazaraq imzalarını geri götürdüklərini bildirmişdirlər. Eləcə də müdir bağçada gözətçi işləyən Nağıyev Əlidən tələb etmişdir ki, get polis idaresində Elnurun üzüne dur, guya Ümummilli Liderimizin və Cənab Prezidentimizin şəkillərini ayaqaltına atıb tapdalayıb. Nağıyev Əli bunu etməkdən imtina etmişdir. Odur ki, yuxanda qeyd etdiklərini nəzərər alaraq məhkəmədən barələrində xüsusi ittiham qaydasında şikayət edilen şəxslər X11, X16, X1 ona şər, böhtan atılmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini rəhbər tutaraq, onların barələrində qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində şikayət verilmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən X8 şikayətdə göstərilənlərə uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: (bundan sonra CPM) 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.3.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 298.5-ci maddəsinə əsəsən, məhkəmənin hazırlıq iclası keçirilənədək cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin baxılmaq üçün verilmiş olduğu hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri, vəsatət və ərizələri öyrənirlər. 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.6.1-ci maddəsinə əsasən, xüsusi ittihamçı məhkəmə baxışı zamanı tədqiq etmək niyyətində olduqları xüsusi ittiham qaydasında şikayət üzrə sübutlar siyahısını məhkəməyə təqdim edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu məzmunun tələblərinə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6 və 302.1.8-ci maddələrində nəzərdə tutlmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət forma və məzmunla bağlı tələblərə riaət edilmədən tərtib edilmişdir. Belə ki, şikayət vermiş şəxsin özü haqqında məlumatlarla bağlı CPM-in 293.3.1-ci maddəsinin tələbləri gözlənilməmiş, məlumatlar natamam qeyd edilmişdir (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi). Ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxslərin doğulduğu gün, ay, il göstərilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X6, X10 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncuların hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmalarını fərqləndirməmişdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, 147-ci maddə iki bənddən ibarətdir. Şikayətdə isə konkret olaraq Aygün Mahmudovanın, Vəfa Lətifovanın və Rəsmiyyə Əhmədovanın həmin maddənin hansı bəndi ilə məsuliyyətə cəlb edilməli olmaları da fərqləndirilməmişdir. Eyni zamanda şikayət ərizəsində Aygün Mahmudovaya, Vəfa Lətifovaya və Rəsmiyyə Əhmədovaya isnad edilən əməllər ümumilikdə tövsif edilərək sonuncuların hansı əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci, hansı əməlllərə görə isə CM-in 148-ci maddəsi ilə təqsirləndirilmələri fərqləndirilməmişdir. Bununla CPM-nin 293.3.2-ci maddəsinin tələbi də pozulmuşdur. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən şəxs X8 öz şikayətində X4, X10 və X3 onu təhqir etdiklərini, şərəf və ləyaqətini alçaldıqlarını göstərsə də, ancaq həmin “çıxış”ların kütləviliyinin dərəcəsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 5-ci bəndində göstərilmişdir ki, CM-in 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymağa və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayış etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun olmadığından məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X6, X10 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-46/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-46/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver