Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-47/2020 28.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxxx 1983-cü ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə, saat 14:45 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonu Baş Zəyzid kənd ərazisində yerləşən, Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinə məxsus inzibati binada fəaliyyət göstərən X17 Hakimiyyəti başçısının Baş Zəyzid kənd X13 üzrə nümayəndəliyinə gələrək əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, 30 dəqiqə ərzində icra nümayəndəliyin iş rejimini pozan hərəkətlər edərək X17 Hakimiyyətinin başçısının Baş Zəyzid kənd X13 üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə hədələyib qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt inzibati binada olan vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan, Şəki rayon, Vərəzət kənd sakini Lətifov X6 İbadova yaxınlaşaraq onu nizam-intizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpasına çalışsa da sonuncu aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərinə davam etməklə Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla bədənin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrı yetirmiş, bununla yanaşı inzibati binanın plastik materialdan hazırlanmış giriş qapısının şüşəsini və inzibati binada olan dəmir barmaqlıqların bəzəklərini sındırması ilə nəticələnən hərəkətlər etməklə Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinə ümumilikdə 200 manat maddi ziyanlıq vuraraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs оğlu məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəki şəhərində yerləşən Peşə məktəbində qaynaqçılıq fakultəsini bitirsə də ixtisas üzrə işləmir. Sərbəst olaraq çəkiliş edib müxtəlif kanallara həmin çəkilişləri verir və buna görə qonorar alır, ailəsini dolandırır. Ona məlum olmuşdur ki, onların ev telefon nömrəsi sosial şəbəkədə paylaşıblar və kəndin sahə rəisinin telefon nömrəsini almaq məqsədilə xx.xx.2020-ci il tarixdə günorta vaxtlarında yaşadıqları kəndin icra nümayəndəliyinə yaxınlaşmış, icra nümayəndəsi ilə görüşmək istəmişdir. Üç dəfə zəng etdikdən sonra icra nümayəndəsi Zərərçəkmiş şəxs1 idarəyə gəlmiş və onu qəbul edə bilməyəcəyini bildirmişdir. O, isə həmin zaman yüngül içkili olmuşdur və əsəbləşərək nalayiq ifadələr işlətmişdir. Həmin vaxt icra nümayəndəliyinə gələn Məzahir adlı kənd sakini ona sakit olmasını deməklə irad bildirmiş, o, da Zərərçəkmiş şəxs2la məsələyə qarışdığına görə mübahisəyə başlamış, lakin vurmamışdır. İcra nümayəndəsinin Zərərçəkmiş şəxs2 otağına apardıqdan sonra dəmir barmaqlıqları silkələyərək sahə polisinin nömrəsini istəmiş və bu zaman Əhmədov Fariz otaqdan çıxaraq ona təpik zərbələri vurmuşdur. Daha sonra oraya gələn Emin onu binadan çölə çıxarmış və hadisə yerinə gələn polis əməkdaşları onun qolunu buraraq avtomobilə otuzdurmuşlar. Ümumiyyətlə hadisə nəticəsində xəsarət almışdır, kimin tərəfindən xəsarət yetirildiyini bilmir, binaya ziyan vurmamışdır, onun hərəkətlərini əks etdirən video isə birtərəfli qaydada çəkilmişdir. Özünü qismən təqsirli bilərək etdiyi əməldən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə almaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Şəki rayonu Baş Zəyzid kənd icra nümayəndəsi vəzifəsində çalışır. İcra nümayəndəliyinin binası olmadığına görə uzun illərdir ki, icra nümayəndəliyi kənddə olan Bələdiyyəyə məxsus inzibati binada yerləşir. Təqsirləndirilən şəxsi kənd sakini kimi tanıyır. Hadisə baş verən gün günorta saatlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış, bir məsələ ilə bağlı görüşməli olduqlarını söyləmişdir. İdarəyə gəldikdə binada səs küy olduğunu, idarəyə daxil olduqda təqsirləndirilən şəxsi içkili vəziyyətdə olduğu üçün ayaq üstə çətinliklə dayandığını və məhkəmə zalında təkrarlanması mümkün olmayan nalayiq ifadələr işlətdiyini görmüşdür. O, Qorxmaza içkili olduğu üçün zərurət olmadığı halda onu qəbul edə bilməyəcəyini, sabahsı gün yenidən yaxınlaşmasını xahiş etmişdir. Lakin xidməti otağından sahə rəhisinə hadisə barədə məlumat vermişdir. Çünki həmin vaxt dəhlizdən yenədə Qorxmazın səsi gəlib, o, hərəkətlərini davam etdirib. Buna görə də digər otaqda olan müavini Elşada Qorxmazın hərəkətlərini telefonla videoya çəkməsini tapşırmış və dəhlizə çıxmışdır. Dəhlizdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə mübahisə etdiyinin, Məzahirə fiziki zor tətbiq etdiyinin şahidi olmuş onları ayıraraq Zərərçəkmiş şəxs2 otağına aparmışdır. Otaqda olarkən şüşə sınması səsi gəlmişdir. Dəmir barmaqlıqların qırılması naticəsində Qorxmaz yenidən otağa daxil olmuş və zor tətbiq etmək məqsədi ilə Məzahirin üstünə getmişdir. O, Qorxmazın hərəkətini görüb dərhal onun qolundan tutub çölə çıxarmışdır. Həmin anda Qorxmazla arasında yalnız qolundan tutaraq onu çölə çıxarmağa çalışarkən təmas yaranmışdır, başqa halda ona toxunmamışdır, Qorxmaz özünə bəraət qazandırmaq üçün ona şər atır. Ümumiyyətlə təqsirləndiril şəxs ondan polisin nömrəsini istəməmişdir, əsaslı hal olmadığı halda qəbula daxil olmaq istəmişdir. Onun, Qorxmazın telefon nömrəsinin yayılmasından xəbəri olmamışdır, daha sonra polis bölməsində öyrənmişdir, əgər ayıq və sakit halda yaxınlaşıb bildirsə bu məsələ ilə bağlı onu qəbul edə bilərdi. Hadisə tam şəkildə videoya çəkilib və məhkəməyə təqdim olunmuşdur. Hadisədən sonra Qorxmazın səhvini başa düşəcəyini ümüd etmişdir, lakin Təqsirləndirilən şəxs əksinə internet səyfəsində onun haqqında şər böhtan xarakterli məlumatlar yaymağa davam edir. Təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, hazırda işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxslə hadisəyə qədər tanışlığı olmayıb. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında karantin qaydalarına uyğun olaraq müvafiq qaydada 2 saatlıq icazə aldıqdan sonra pay torpağında işləmək üçün arayış almağa görə icra nümayəndiliyinə gəlmişdir. O, nümayəndəliyə daxil olan zaman Təqsirləndirilən şəxs sərxoş halda dəmir barmaqlığın yanında dayanaraq ucadan nalayiq söyüşlər söydüyünü görmüşdür. Səs-küy olduğunu görüb qoşulmaq istəmədiyi üçün həyətdə mübahisənin bitməsini gözləmişdir. Daha sonra icra nümayəndəsinin gəldiyini görüb onun arxası ilə binaya daxil olmuşdur. Lakin binada eyni halın davam etdiyini görmüş, ətrafa narahatçılıq verdiyini Təqsirləndirilən şəxs bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, karantin rejimi ilə bağlı sms icazəsinin vaxtına az qalıb Qorxmaz isə onun işini icra etməyə imkan vermir. Lakin təqsirləndirilən şəxs əsəbləşərək onun üstünə gəlmiş, yumruq zərbələri ilə vurmağa çalışmış, lakin sərxoş olduğu üçün özü yıxılmışdır. O, da öz növbəsində özünü müdafiə etmişdir. Lakin Təqsirləndirilən şəxsı vurmamışdır, halbuki o, yıxılanda onu təpikliyə bilərdi. Daha sonra icra nümayəndəsi onu otağına dəvət etdiyindən, o, otaqda olmuşdur. Bu zaman dəhlizdən ayna sınmasının səsi gəlmişdir. Bir neçə dəqiqə sonra Qorxmaz yenidən mübahisə üçün otağa daxil olmuş, lakin icra nümayəndəsi Qorxmazın qolundan tutaraq çölə çıxarmışdır. Təqsirləndirilən şəxsdən küsməmişdir, ondan şikayət etmək niyəti olmamışdır, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur, himayəsində azyaşlı uşağı var. Ona görə də təqsirləndirilən şəxsə mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Şəki rayonu Baş Zəyzid kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyinənin inzibati binası Şəki rayonu Baş Zəyzid kəndində yerləşir. Həmçinin həmin inzibati binada onlardan başqa icra nümayəndəsi, kənd kitabxanası və mədəniyyət şöbəsi fəaliyyət göstərir. Təqsirləndirilən şəxsi kənd sakini kimi tanıyır və onunla heç bir düşmançılığı yoxdur. O, hadisə vaxtı idarədə olmamışdır, hadisədən həmin günün axşamı xəbər tutmuşdur. Səhər işə gələrkən giriş qapısının şüşəsinin sınmasını, dəmir barmaqlığın əyilməsi və sınmasını görmüşdür və hadisənin şahidləri bunun sərxoş halda olan Təqsirləndirilən şəxs törətdiyini ona söyləmişlər. İş üzrə 200 manat məbləğində ziyan hesablanmışdır və ziyan ödənməmişdir. Lakin təqsirləndirilən şəxs hazırda kənd qəbristanlığında iştimai əsaslarla müəyyən işlərin görülməsində qaynaqçı kimi köməklik göstərir və vurulan ziyanı ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəki rayonu Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyində mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır və onula heç bir düşmənçiliyi yoxdur. xx xxxxx 2020-ci il tarixdə nahardan qayıdanda əlində pivə butulkasını tutmuş sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs dəhlizdə oturan görmüşdür. Gəlməsinin səbəbini soruşmuş, icra nümayəndəsinin gec gələcəyini, sərxoş halda binaya daxil ola bilməyəcəyini söyləmişdir. Qorxmazdan karatinlə bağlı icazəsi olub olmadığını soruşub, Qorxmaz cibindən “press” sözü yazılmış vəsiqəyə oxşar kağız çıxarıb jurnalist olduğunu, icazə almağa ehtiyacının olmadığını deyib müsahibə almaq istədiyini deyib. O. İsə öz növbəsində müsahibə verməyəcəyini bildirmiş və digər vətəndaşlara mane olduğu üçün çöldə gözləməsini xahiş etmişdir. Otağa keçdikdən sonra Qorxmazın dəmir barmaqlığı silkələdiyini, söyüş söydüyünü, səs küy saldığını eşidib. O, dəhlizdən səslərin yüksəlməsi səbəbilə otaqdan çıxdıqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava vəziyətində görüb onları aralamışdır. Məzahirin icra nümayəndəsinin otağına girdikdən sonra bu dəfə dəhlizdən ayna sınması səsi gəldiyini eşitmiş, daha sonra isə icra nümayəndəsinin Qorxmazın qolundan tutaraq çölə çıxarmağa çalışdığının şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəki rayonu Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyində müavin vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır və onunla heç bir düşmənçiliyi yoxdur. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona üç dəfə zəng edərək Arizin nömrəsini istəmişdir. O, hər səfərində də Arizin nömrəsini vermişdir. Həmin gün nahardan qayıdarkən Qorxmazın sərxoş halda idarədə olduğunu görmüşdür. Bir müddət sonra Ariz özü də idarəyə gəlmiş Qorxmaza sərxoş olduğundan onu qəbul edə bilməyəcəyini söyləmişdir. Beləliklə də gərginlik artmış, təqsirləndirilən şəxs məhkəmədə səslənə bilməyəcək nalaiq ifadələr işlətmiş, dəmir barmaqlığı silkələmişdir. Zərərçəkmiş şəxs1 onu otağından çağırıb sübut üçün Qorxmazı videoya çəkməsini tapşırmışdır. O, da özünə məxsus mobil telefon ilə Qorxmazın təxminən bir saat çəkən əməlini videoya çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşının qaynıdır, onunla münasibətləri yaxşıdır. xx xxxxx 2020-ci il tarixdə, saat 14:40 radələrində karantin ilə əlaqədar işsizlərə ayrılmış 190 manat pul ilə maraqlanmaq üçün icra nümayəndəliyinə gəlmişdir. Nümayəndəliyin binasına daxil olduqda qohumu Qorxmazın sərxoş vəziyyətdə ucadan səsküy saldığını, nümayəndəliyin dəmir dəmir barmaqlığı silkələdiyini şahidi olmuşdur. O, Qorxmazın içkili olduğuna görə özünü idarə edə bilmədiyini görüb onu sakitləşdirmək üçün çölə çıxarmışdır. Qapının şüşəsinin sınmasını görməmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2020-ci il tarixli 125 nömrəli protokolunda göstərmişdir ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və MSY-dən azad edilmişdir. Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi hadisə nəticəsində inzibati binanın giriş qapısının şüşəsini sındırması və dəmir barmaqlığın bir hissəsini zədələməsi nəticəsində inzibati binaya təxminən 200 manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat yoxdur. X5 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs X2 dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi X9 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. X17 Hakimiyyətinin Baş Zəyzid İcra Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X1, həyat yoldaşı X3 və oğlu xx.xx.2018-ci il təvəllüdlü X12 ilə birlikdə Şəki rayonu Baş Zəyzid kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İş üzrə cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə baş vermiş hadisəni əks etdirən 01 ədəd DVD diskdə olan görüntülərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Şəki rayonu Baş Zəyzid kənd Bələdiyyəsinə məxsus inzibati binada nalayiq ifadələr işlətməsi, Zərərçəkmiş şəxs2 üzərinə hücum etməsi, onu vurmağa cəhd etməsi və digər hərəkətlər etməsi müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, CMyə əsasən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq cinayəti hesab edilir (maddə 221.1). Məcəllənin 221.2.2-ci maddəsində onun ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi həmin əməlin xüsusi forması kimi göstərilmişdir. Təqsirləndirilən şəxsin həmin əməli törətməsi özünün qismən etirafı, zərərçəkmişlərin ifadələri, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, cinayət işinin baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə orta dərəcəli sərxoş vəziyyətdə ümumi təşəkkül tapmış məişət davranışı və əxlaq qaydalarına zidd olan hərəkətlərə yol verib, ictimai yerdə uzun müddət ərzində vətəndaşların ünvanına nalayiq sözlər işlədərək və insanların mütəmadi olaraq gəldiklər dövlət müəssisəsinin normal iş rejimini pozaraq bələdiyyə əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu hərəkətlərin qarşısını almaq istəyən icra nümayəndəliyində olan Zərərçəkmiş şəxs2 qanuni tələbinə tabe olmamış və onun üzərinə düşən vəzifə borclarını yerinə yetirilməsinə maneçilik törətmək üçün onu vurmağa cəhd göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixdə nümayəndəliyin binasında ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol versə də, icra nümayəndəliyinə gəlmiş və onu nizam-intizama dəvət edən Zərərçəkmiş şəxs2 qarşı heç bir zorakı hərəkətlər etmədiyi, əksinə ona qarşı bu cür hərəkətlərin edilməsi barədə ifadələrini məsuliyyətdən yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirərək, bu ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin hallar cinayət işinin məhkəmə baxışında tədqiq edilmiş materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 221.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri). Məhkəmə CM-nin 59.1.4-cü maddəsi ilə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxsna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Hadisəni əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalı, maddi ziyanın ödənilməməsi, məhkəmə xərclərinin, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Hadisə əks olunan bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə 200 manat maddi ziyanının ödənilməməsi, məhkəmə xərclərinin və mülki iddianının olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-47/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-47/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver