Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-47/2021 09.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Şəki Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1963-cü ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində 28 mart 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 11 oktyabr 2020-ci il tarixdə saat 16:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonu, Böyük Dəhnə kənd ərazisində yerləşən, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Böyük Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının, «Sərfəli» marketin yaxınlığında, küçədə milli əxlaq qaydalarına zidd olaraq əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan hərəkətlərə yol verərək, ətrafda kənar şəxslərin olduğunu gördüyü halda onların gözü qarşısında Şəki rayonu, Böyük Dəhnə bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, ona istifadəsində olan fermanın ətrafındakı torpaq sahəsinin əkilməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb zor tətbiq etməklə hədələyib sillə ilə üzünün sağ nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sağ çənə-gicgah oynağı nahiyəsinin travmatik şişkinliyi kimi xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt hadisə yerində olan və vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan qohumu Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs söyüş söyməsini görüb ona yaxınlaşaraq münaqişənin daha da dərinləşməsinin, sərxoş vəziyətdə ağır nəticələrə səbəb ola biləcək hər hansı hadisənin qarşısını almaq, ətrafdakı insanlar narahatçılıq yaradılmaması məqsədilə onu nizamintizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpası üçün hər iki əli ilə qucaqlayaraq onu hadisə yerindən uzaqlaşdıran zaman sonuncu aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb ona qarşı müqavimət göstərərək başı ilə onun baş-təpə nahiyəsinə qəsdən bir dəfə vuraraq ona başın təpə nahiyəsinin əzilmişsıyrılmış yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Şəki rayon Böyük Dəhnə kənd ərazisində fəaliyyət göstərən «Sərfəli» marketin iş rejimini pozaraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun və kiçik qardaşının Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində ferması vardır. Kiçik qardaşı ilə birlikdə həmin fermalarında xırda buynuzlu heyvanlar saxlayaraq ailəsini dolandırır. Fermalarının ətrafındakı torpaq sahələri kənd sakinlərinə və kənd bələdiyyəsinə, həmçinin dövlətə məxsus torpaq sahələridir. 2018-ci ildə heyvanları otarmaq üçün fermalarının ətrafındakı torpaq sahələrindən ayrılması üçün kiçik qardaşı Aqil ərizə ilə Şəki rayon İcra Hakimiyyətinə müraciət etmiş və qardaşının ərizəsindən sonra Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindəki dağlıq sahədə onlara 100 ha örüş otlaq sahəsi ayrılmışdır. İcra Hakimiyyətindən gələn nümayəndə sonradan ayrılan 100 ha örüş otlaq sahəsini kiçik qardaşı Aqilə göstərmişdir. Lakin həmin otlaq sahəsi fermalarından uzaq olduğuna görə qardaşı həmin otlaq sahəsini istəməmişdir. Özü də sonradan həmin otlaq sahəsinin yerini öyrənəndən sonra həmin otlaq sahəsini istəməmişdir. Onlar fermalarının yaxınlığındakı dövlətə məxsus torpaq sahələrində örüş otlaq sahəsi ayrılmasını istəmişlər. Bununla bağlı 2018-ci ildə qardaşı Aqil yenidən Şəki rayon İcra Hakimiyyətinə fermalarının yaxınlığındakı torpaq sahələrindən onlara örüş sahəsinin ayrılması ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin onlara həmin torpaq sahəsini verməmişlər. Həmin torpaq sahələrini başqa kənd sakinlərinə vermişlər. 2020-ci ilin oktyabr ayının əvvəllərində eşitmişdir ki, fermalarını yaxınlığındakı torpaq sahələrini başqa kənd sakinlərinə əkməyə vermişlər. Səhəri gün yəni, 11.10.2020-ci il tarixdə saat 16:00 radələrində Şəki rayonu, Böyük Dəhnə kənd icra nümayəndəliyinin qarşısına getmişdir. Kənd icra nümayəndəliyinin qarşısına çatanda icra nümayəndəliyi ilə “Sərfəli” market arasında yolda kənd icra nümayəndəsi Rüstəm müəllimin, kənd bələdiyyəsinin sədri Fərahim müəllimin və həmkəndlisi Rüstəm Cavanşirin dayanıb söhbət etdiklərini görmüşdür. Fermalarının yaxınlığındakı torpaq sahəsinin ərizələrinin olmasına baxmayaraq onlara deyil, başqa kənd sakinlərinə verilməsinin səbəbini öyrənmək üçün onlara yaxınlaşmış salamlaşıb bələdiyyə sədri Fərahim müəllimdən fermalarının yaxınlığındakı torpaq sahəsini kim əkdiyini soruşmuşdur. Fərahim müəllimdə ona «mən əkmişəm» deyə cavab vermişdir. Həmin vaxt Fərahim müəllimə «bəs bizim orda fermamız var, ərizəmiz də var, niyə bizdən soruşmayıb həmin yeri əkmisən» demişdir. Fərahim müəllimdə ona «sən kimsən ki, niyə səndən soruşmalıyam, bələdiyyənin torpağıdır özüm bilərəm» deyə cavab vermişdir. Sonra Fərahim müəllimə «necə olur ki, həmin torpaqları sən əkirsən, sən yeni bələdiyyə sədri seçilmisən, sənə qədər həmin torpaqları biz əkirdik, həmin torpaq sahələrinin bizə ayrılması üçün ərizə vermişik, həmin torpaq sahəsinin kimə verilməsi hələ təsdiq olunmayıb, sən necə olur ki, həmin yeri əkirsən» demişdir. Bu zaman Fərahim müəllim ondan Rüstəm Cavanşirlə (Feyziyevlə) nə üçün görüşmədiyini soruşmuşdur. O da X4 (Feyziyevin) aralıda telefona baxdığı üçün onunla görüşmədiyini bildirmiş və yaxınlaşıb ona əl uzadıb görüşmüşdür. Bundan sonra yenidən Fərahimlə danışmağa başlamış, söhbətləri mübahisəyə çevrilmiş və bu zaman əlinin arxası ilə Fərahimin üzünə yavaşca vurmuşdur. Bu zaman həmkəndlisi və əmisi oğlu olan Tural yaxınlaşıb bir əli ilə onun ayağından, digər əli ilə bel nahiyəsindən tutub boyun nahiyəsinə qaldırıb təxminən 15 metr kənara aparmışdır. Yolda Turala «oldu ay əmoğlu məni burax» desə də, Tural onu buraxmamış, bir neçə metr də irəli aparıb onu yerə buraxmışdır. Yerə düşəndən sonra huşunu itirmişdir. Bir az sonra ayılmış və kənddəki xəstəxanaya getmişdir. Xəstəxanada ona demişlər ki, alnına və qulağına tikiş vurulmalıdır. Buna görə də Şəki şəhərindəki Mərkəzi Xəstəxanaya getməlidir. Göstərmişdir ki, hadisə vaxtı qohumu Zərərçəkmiş şəxs2 onu tutub havaya qaldırıb sonradan aparıb kənarda yerə atmasının səbəbini bilməmişdir. Qohumu Turalla davaya kimi çox yaxşı münasibətləri olmuşdur. Turalla əvvəllər heç vaxt aralarında dava-dalaş, mübahisə, narazılıq, o cümlədən ədavət və düşmənçiliklərinin olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin vaxt Turalı vurmamışdır. Həmin vaxt 100 qram araq içdiyini və sərxoş olduğunu qeyd etmişdir. Həmin vaxt yanlarında Rüstəm Cavanşirin (Feyziyev), Şahid1, kənarda isə xatırlamadığı təxminən 4-5 kənd sakinlərinin olduğunu bildirmişdir. Tural onu yerə buraxandan sonra bir anlıq özündə olmamışdır. Buna görə Turalın onu yerdə vurubvurmadığını, aldığı xəsarətin yerdə daşa dəyərək alıb-almadığını xatırlamadığını göstərmişdir. Göstərmişdir ki, törətmiş olduğu əməlindən peşmandır. Zərəçəkmiş şəxslərin hər ikisi onun qohumudur və onlarla barışmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da onu bağışlamış, ondan hər hansı şikayət və tələbləri yoxdur. Qeyd etmişdir ki, yetkinlik yaşına çatmış 3 övladı, nəvələri olmaqla böyük bir ailənin başçısıdır. Hazırda 60-a yaxın yaşı vardır. İndi başa düşür baş vermiş münaqişəni ictimai yerdə deyil, müvafiq icra hakimiyyətinə məxsus kabinetdə həllə etməli idi. Bütün qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından Şəki rayonu, Böyük Dəhnə bələdiyyəsinin sədri vəzifəsində işləyir. 11.10.2020-ci il tarixdə saat 16:00 radələrində həmkəndliləri Ceyhun Məmmədov və Şahid3la icra nümayəndəliyinin yaxınlığında yerləşən «Sərfəli» marketin yaxınlığında küçədə dayanıb söhbət etmişdir. Onlardan 2-3 metr kənarda isə kənd icra nümayəndəsi dayanmışdır. Ceyhun və İdrisnəbi ilə söhbət edən zaman həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxs onlara doğru gəlib Rüstəm müəllimin yanına getdiyini görmüşdür. Hakim Rüstəm müəllimlə və onlarla salamlaşandan sonra Rüstəm müəllimə «bizim fermanın yaxınlığındakı torpaq sahəsini hər il mən əkirdim, indi niyə qoymursan əkməyə» dedikdə Rüstəm müəllim də Hakimə həmin torpaq sahələrini qanunsuz əkdiyini, bundan sonra həmin yerləri əkməyəcəyini” demişdir. Bu zaman Hakim Rüstəmlə sözlə mübahisə etməyə başlamışdır. Hakimin Rüstəm müəllimlə mübahisə etdiyini gördükdə Rüstəm müəllimin yeni əməliyyatdan çıxdığını, Hakimin onu birdən vura biləcəyindən ehtiyyat etdiyi üçün Hakimi sakitləşdirməyə getmişdir. Hakimə yaxınlaşanda onun ağzından spirtli içki qoxusu gəldiyini hiss etmiş və ona sərxoş olduğunu və evlərinə getməsini, səhər gəlib söhbət etməsini məsləhət bilmişdir. Bu zaman Hakim də ona həmin torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsini özündən başqa şəxsin əkə bilməyəcəyini demişdir. O da Hakimə onun da həmin torpaq sahəsini qanunsuz əkə bilməyəcəyini dedikdən sonra Hakim onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Hakimi sakitləşdirib sərxoş olduğunu, çıxıb evinə getməsini, söyüş söyməməsini, ətrafda kənd sakinlərinin olduğunu desə də, Hakim onun dediklərinə məhəl qoymayaraq yenə söyüş söyməkdə davam etmişdir. Sonra Hakim onun üstünə gəlib gözləmədiyi anda sol əli ilə üzünün sağ hissəsindən vurmuşdur. Həmin vaxt əli ilə Hakimi arxaya itələmiş, lakin onu vurmamışdır. Bu zaman İdrisnəbi və Ceyhun gəlib Hakim kənara çəkmişlər. Lakin Hakim sakitləşməyərək yenə onun üstünə hücüm çəkib vurmaq istəmişdir. Daha sonra yanlarına həmkəndliləri Zərərçəkmiş şəxs2 gəlmiş və Hakimin onu vurduğunu görüb yaxınlaşıb Hakimi hər iki əli ilə qucaqlayıb havaya qaldırıb yanlarından uzaqlaşdırmışdır. Tural Hakimi təxminən 10-15 metr kənara apardıqdan sonra birdən Hakim başı ilə Turalın baş nahiyəsindən vurduğu üçün Tural Hakimi qucağından buraxmış və bu zaman Hakim yerə yıxılmışdır. Sonra Turalın başından qan axdığına görə Hakimdən aralanıb marketin həyətindəki bulaqda başının qanını yumağa getmişdir. Ondan sonra Hakim də çıxıb oradan getmişdir. Göstərmişdir ki, Hakim onu vuran zaman yanlarında icra nümayəndəsi Rüstəm müəllim, həmkəndliləri İdrisnəbi, Ceyhun, Anar olmuş, ətrafda isə digər həmkəndlisi Zərərçəkmiş şəxs2 dayanmışdır. Hakim onu vuran zaman onları Tural, İdrisnəbi, Ceyhun və Anar ayırmışdır. Hakimin onunla və icra nümayəndəsi Rüstəm müəllimlə mübahisə edən zaman hər ikisinin ünvanına nalayiq söyüşlər söymüş, onlar isə Hakimə söyüş söyməmişlər. Hakimlə aralarındakı dava-dalaşın təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumdurlar və hal-hazırda onunla barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Hazırda münasibətləri davadan əvvəlki vəziyyətdədir. Məhkəmədə bu barədə ərizə yazmış və hakimin cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Vetka QSC-də sürücü işləyir. İşi olmadığı üçün 10.10.2020-ci il tarixdə saat 09:00 radələrində anasını görmək üçün Şəki rayonu Böyük Dəhnə kəndinə yola düşmüşdür. Təxminən saat 13:00 radələrində Böyük Dəhnə kəndinə çatmışdır. Səhəri gün təxminən saat 16:00 radələrində içməli su almaq üçün Şəki rayonu, Böyük Dəhnə kəndində icra nümayəndəliyinin yaxınlığında yerləşən “Sərfəli” marketə getmişdir. İdarə etdiyi avtomobillə “Sərfəli” marketin qarşısına çatıb avtomobili saxlayanda təxminən 10 metr kənarda kənd icra nümayəndəsi Rüstəm müəllimin, kənd bələdiyyəsinin sədri Fərahim müəllimin, həmkəndlisi Ceyhunun, İdrisnəbinin və onlardan bir neçə metr kənarda isə həmkəndlisi Anarın tək dayandığını görmüşdür. Eyni zamanda icra nümayəndəliyi tərəfdən qohumu Hakimin kənd icra nümayəndəsi Rüstəm müəllimə tərəf gəldiyini görmüşdür. Hakim Rüstəm müəllimə yaxınlaşıb onunla nəsə söhbət etmiş, lakin avtomobildə olduğu üçün onların nə danışdıqlarını eşitməmişdir. Sonra Fərahim müəllim Hakimin qarşısına keçib onu Rüstəm müəllimdən uzaqlaşdırmaq istəmişdir. Bu zaman Hakim sillə ilə Fərahim müəllimin üzünün sağ hissəsindən vurmuşdur. Hakimin Fərahim müəllimi vurduğunu görüb avtomobildən yerə düşüb onlara yaxınlaşmışdır. Avtomobildən düşəndən sonra Hakimin Fərahim və Rüstəm müəllimin ünvanına nalayiq söyüşlər söydyüyünü eşitmişdir. Hakim atasının əmisi oğlu olduğu üçün qohum kimi yaxınlaşıb onu sakitləşdirmək məqsədilə qarşı tərəfdən hər iki əli ilə onu qucaqlayıb onların yanından götürüb təxminən 10-15 metr kənara aparmaq istəmişdir. Birdən Hakim başı ilə onun başının üst nahiyəsindən vurmuşdur. Zərbədən başı ağrıdığı üçün Hakimi qucağından buraxmışdır. Bu zaman Hakim sol yanı üstə yerə yıxılmışdır. Başından qan axdığı üçün Hakimdən aralanıb marketin həyətindəki bulaqda başının qanını yumağa getmişdir. Başının qanını yuyub geri qayıdanda Hakimin çıxıb getdiyini görmüşdür. Göstərmişdir ki, Hakim kənd icra nümayəndəsinə söyüş söyərək onunla mübahisə etmiş, sonra isə Hakim Fərahim müəllimi sillə ilə üzünə vurmuşdur. Hakimin qohumu olduğu üçün qohumu kimi yaxınlaşıb onu ayırmaq istəmiş, onlara yaxınlaşanda Hakimin spirtli içki qəbul etdiyini hiss etmişdir. Bildirmişdir ki, başı ağrıdığından və qanadığından ixtiyarsız olaraq Hakimi qucağından buraxmışdır. Bu zaman nə hakim onu nə də o Hakimi vurmamışdır. Məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə yaxın qohumdurlar və hal-hazırda onunla barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Hazırda münasibətləri davadan əvvəlki vəziyyətdədir. Məhkəmədə bu barədə ərizə yazmış və hakimin cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11.10.2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhərində yaşayan həmkəndlisi X8 rayonu, Böyük Dəhnə kəndində kənd icra nümayəndəliyi ilə kənddə yerləşən «Sərfəli» marketin arasında küçədə dayanıb söhbət edirmişlər. Onlardan 2-3 metr kənarda isə kənd bələdiyyəsinin sədri Fərahim müəllim həmkəndliləri Ceyhun Məmmədov və Şahid3la dayanmışdır. Rüstəm Cavanşirlə söhbət edən zaman həmkəndlisi Təqsirləndirilən şəxs onların yanlarına gəlib salamlaşmışdır. Sonra Hakim ona «bizim fermanın yaxınlığındakı torpaq sahəsini hər il mən əkirdim, indi niyə qoymursan əkməyə» dedikdə Hakimə indiyə kimi həmin torpaq sahəsini qanunsuz əkdiyini, bundan sonra həmin yeri əkmiyəcəyini, həmçinin bazar günü və sərxoş olduğu üçün getməsini səhər iş otağına gəlməsini bildirmişdir. Dediyi sözlər Hakimə xoş gəlmədiyi üçün Hakim hirslənib ona nalayiq söyüşlər söyməyə başlamışdır. Hakim söyüşlər söyüb üstünə gələndə geri çəkilmişdir. Bələdiyyə sədri yeni əməliyyatdan çıxdığını bildiyi üçün Hakimin söyüş söyüb üstünə gəldiyini görüb yaxınlaşıb Hakimə sərxoş olduğunu çıxıb evlərinə getməsini, səhər gəlib söhbət etməsini məsləhət bilmişdir. Bu zaman Hakim Fərahim müəllimə də «həmin yer mənimdir, məndən başqa heç kim oranı əkə bilməz» deyə bildirmişdir. Fərahim müəllim də Hakimə «onda səndə həmin torpaq sahəsini qanunsuz əkə bilməzsən» dedikdə Hakim ona nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Fərahim müəllim Hakimi sakitləşdirib sərxoş olduğunu, çıxıb evinə getməsini, söyüş söyməməsini, ətrafda kənd sakinlərinin olduğunu desə də, Hakim Fərahim müəllimin dediklərinə məhəl qoymayaraq yenə onlara söyüş söyməkdə davam etmişdir. X11 müəllimin üstünə gedib sol əli ilə onun üzünün sağ hissəsinə bir dəfə vurmuşdur. Fərahim müəllim də əli ilə Hakimi arxaya itələmişdir. Bu zaman İdrisnəbi və Ceyhun gəlib Hakim kənara çəkmişlər. Lakin Hakim sakitləşməyərək yenə Fərahim müəllimin üstünə hücüm çəkib onu vurmaq istəmişdir. Daha sonra onların yanına həmkəndliləri Zərərçəkmiş şəxs2 gəlmiş və Hakimin Fərahim müəllimi vurduğunu görüb yaxınlaşıb Hakimi hər iki əli ilə qucaqlayıb havaya qaldıraraq yanlarından uzaqlaşdırmışdır. Tural Hakimi təxminən 10-15 metr kənara apardıqdan sonra birdən Hakim başı ilə Turalın başından vurmuşdur. Bu vaxt Tural Hakimi qucağından buraxdığı üçün Hakim yerə yıxılmışdır. Sonra Tural başından qan axdığına görə Hakimdən aralanıb marketin həyətindəki bulaqda başının qanını yumağa getmişdir. Ondan sonra Hakim də oradan çıxıb getmişdir. Hakim onunla və Fərahimlə müəllimlə mübahisə edən zaman hər ikisinin də ünvanına nalayiq söyüşlər söydüyünü, nə özünün, nə də Fərahim müəllim Hakimə söyüş söymədiyini, Hakimlə aralarında mübahisə və dava-dalaşın təxminən 10- 15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişlər. İşdə olan 11.10.2020-ci il tarixli, 513A nömrəli, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. İşdə olan 23.10.2020-ci il tarixli 455 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertiza zamanı sağ çənə-gicgah oynağı nahiyəsinin travmatik şişkinliyi xəsarəti aşkar edilmiş, həmin xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 11.10.2020-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarət xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 21.11.2020-ci il tarixli, 502 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertiza zamanı başın təpə nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarəti aşkar edilmiş, həmin xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 11.10.2020-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarət xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 11.12.2020-ci il tarixli, 2923 nömrəli Şəki RMX-dan daxil olmuş məktubdan görünür ki, Şəki rayon, Böyük Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs “Şəki RMX” publiq hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşdə olan 04.12.2020-ci il tarixli, 755 nömrəli X2 daxil olmuş məktubdan görünür ki, Şəki rayon, Böyük Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Böyük Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.01.2021-ci il tarixli Arayışdan və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşlarına çatmış üç övladı, həmçinin nəvələri vardır. Verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu doğulduğu andan Böyük Dəhnə kəndində yaşayır. Fərdi təsərrüfatla məşğul olur. İçkiyə meyllidir, sərxoş olduqda özünü idarə etməyi bacarmır, nalayiq söyüşlər söyən və dava-dalaşa meylli bir insandır. İş materiallarında olan 08.02.2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində onun şübhəli şəxs qismində tutularaq Şəki ŞRPŞ-nın MSY-nə təhvil verilməsi qərar alınmışdır. İşdə olan Şəki ŞRPŞ-nin 26.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 26.03.2021-ci il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndi ərazisində gizləndiyi yer müəyyən olunaraq Şəki ŞRPŞ-nın MSY-nə təhvil verilmiş və 26.03.2021-ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 28 mart 2021-ci il tarixli, 307 saylı Qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə saat 11:40-da Şəki ŞRPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəylərinin, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 221.2.2-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 221.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hər birinin ayrı-ayrılıqda ondan şikayət və tələbinin olmamasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun özünün yaşlı və nəvələrinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Ona görə də məhkəmə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 (iki) gün həbsdə saxlanıldığı müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla bir il üç ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 (iki) gün həbsdə saxlanıldığı müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla bir il, iki ay, iyirmi iki gün müddət islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İslah işləri cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-47/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-47/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver