Məhkəmə qərarları › İş №1(075)-47/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-47/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-47/2023 08.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirаkları ilə xx xxxx 1999-cu ildə Şəki rayonunun Baş Kəldək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu, Baş Kəldək kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq fərdi yaşayış evinə və qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi iiə 26 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Şəki rayonu, Baş Kəldək kəndində yaşayan qonşusu X2 məxsus fərdi yaşayış evində olduğu zaman həmin evin qapısı açıq olan qonaq otağına qanunsuz olaraq daxil olmuş, həmin otaqda olan sonuncuya məxsus saxlanc yeri hesab edilən paltar dolabındakı qadın çantasının içərisində olan parçaya bükülmüş 1275 manat dəyərində 1 ədəd 585 əyyar 15 qramlıq qızıl boyunbağını və həmin boyunbağının üzərindəki 550 manat dəyərində 01 ədəd qızıl 5-liyi gizli yolla qanunsuz olaraq talayaraq zərərçəkmiş şəxs X5ma ümumilikdə 1825 (bir min səkkiz yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə onа elаn edilən ittihаm üzrə özünü qismən təqsirli bilərək ifаdəsində göstərmişdir ki, böyrəklərindən biri olmadığına görə İİİ qrup əlildir, aylıq 120 manat pensiya alır. X3 onların qonşuluğunda yaşayır. Güldanə Nəsrullayevanın əri dünyasını dəyişən vaxtdan qorxmasın deyə gecələr gedib yanında qalmışdır. Hər gecə Güldanə Nəsrullayevanın yaşadığı evə gedib orada yatır, səhər saatlarında isə yaşadığı evə qayıdır. 2022-ci ilin may ayının əvvələrində Şəki şəhər sakini Şahid2 anası, bacısı və bir neçə tanımadığı qohumu onunla ailə qurması üçün elçi gəlmişlər. Həmin şəxslər gəlib valideyinlərindən onu Pərviz üçün istəmişlər, valideyinləri onların ailəsini tanımadıqlarını, onların bir müddət danışıb bir-birilərini tanımaqlarını məsləhət görmüşlər. Belə olmuş həmin vaxtdan Pərviz ilə telefon vasitəsi ilə danışmağa başlamışdır. Pərviz ona Bakı şəhərində qəbir daşlarının istehsalı işində fəhlə işlədiyini, yaxşı iş qabiliyyəti olduğunu demişdir. Pərviz ona zəng edib başqa şəxslərlə danışdığını və əxlaqsız olduğunu deyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bir daha onu narahat etməməsini dediyində isə Pərviz onu təhqir elmişdir. Bundan bir müddət sonra Şahid2la danışarkən çox borcu olduğunu, banka kredit ödədiyini, Bakı şəhərində cinayət etdiyinə görə pul lazım olduğunu, ona borca pul verməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Şəki şəhərində Beynəlxalq Bankın bankomatından özünə məxsus Tam kartdan 300 manat çıxarıb Şəki Storda milliöndən Şahid2 məxsus Azəritürk kartının hesabına köçürmüşdür. Şahid2 pulu götürdükdən sonra qısa vaxtda qaytaracağını demişdir. Bundan sonra Şahid2 ilə aralarında mübahisə olduğuna görə bir müddət onunla danışmamışdır. Pərviz ilə barışdıqdan bir müddət sonra ona yenə pis vəziyyətdə olduğunu bildirdib təcili pul lazım olduğunu və borca pul istəmişdir. xx.xx.2022-ci il tarixdə Şəki şəhərinə gəlib Şəki Storun qarşısında olan Beynəlxalq bankın bankomatında tam kartından 100 manat çıxarıb həmin pulu da milliön ilə Şahid2 kart hesabına köçürmüşdür. Pərvizə ona daha çox pul lazım olduğunu bildirmiş, onu biabır edəcəyi ilə, öldürəcəyi ilə hədələyərək ona pul verməsini tələb etmişdir. Onu təhdid edərək Güldanənin evindən nəsə götürərək ona verməsini tələb etmişdir. Deyib ki, Güldanəni öldürəcəm, sənin üzərində qalacaq. xx.xx.2022-ci il tarixdə gecə Güldanə müəllimənin yanında qalmaq üçün onlara getmiş, Güldanə yatandan sonra yatdıqları otaqdan durub qonaq otağının açıq qapısından otağa daxil olub orada dolabın bir neçə yerini açıb qiymətli əşya və pul axtarmağa başlamışdır. Dolablardan birinin qapısı bağlı olmuşdur. Kənarda olan qabın içindən dolabın açarını götürmüş və dolabın qapısını açmışdır. Dolabın qapısını açdığında orada bir ədəd qara-boz rəngli qadın çantası olmasını görmüşdür. Həmin çantanı açıb baxdıqda içərisində bir ədəd qırmızı rəngli parça düyünçə olmasını görmüşdür. Həmin düyünçəni açıb baxdığında içərisində qızıl sırğa, sep və üzük əşyalar olmasını görmüş, həmin əşyaların içərisindən bir ədəd klonlu qızıl boyunbağını götürüb cibinə qoymuş, digər qızıl əşyalar yenidən parçaya büküb çantaya qoymuş, çantanı yenidən səliqəli şəkildə dolaba qoyub otaqdan çıxmışdır. Səhər oyanıb yaşadıqları evə getdikdən sonra Şahid2 mesaj yazmış və öz evlərindən qızıl götürdüyünü demişdir. Pərvizə həmin vaxt qızılı Güldanənin evindən götürdüyünü deməmişdir. Qızılı Pərvizin dostu gəlib götürdü və Pərvizə göndərdi. Artıq onda Pərvizə qızılı Güldanənin evindən oğurladığını demişdir. Sonradan Pərviz zəng edib dedi ki, qızıl ondadır və 450 manata satıb. Klonun da ona verməsini istəmiş, lakin verməmiş, polislərə təqdim etmişdir. Həyatı alt-üst olmuşdur. Polis şöbəsində olarkən Pərvizin qardaşı Anar ona işi öz üzərinə götürməsini, sonda onu qartaracaqlarını demişdir. O, da inanmış, səhv ifadə vermişdir. Ona görə ifadələrinin arasında ziddiyətlər var. Peşmandır. Onun bağışlanmasını məhkəmədən xahiş edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Güldanə ilə bir otaqda yatmışlar, qızıl olan otağa girməyə icazəsi olsa da, həmin otağa arabir girib-çıxmışdır. Qızıl olan dolabın qapısı bağlı olmuş, açarı isə kənarda qabın içində olmuşdur. Açarın yerini bilmirdi, axtarıb tapmışdır. Açarı həmin qabdan götürüb dolabı açmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 6 qız övladı var, qızları hazırda ailə həyatı quraraq başqa ünvanlarda yaşayırlar. Həyat yoldaşı Feyruz Nəsrullayev 2020-ci ildə vəfat etmişdir. Əri vəfat etdikdən sonra tək qalmaması üçün qonşusu X4 axşamlar gələrək onunla birlikdə qalmış, səhər isə öz evlərinə qayıtmışdır. Özünə məxsus qızı-zinət əşyalarını evin qonaq otağında olan şkafın içərsində dəsmala bükərək saxlayır. Şkafın qapısı açarla bağlı olub. Qızıl əşyalarının həmin yerdə saxlamasını qızlarından başqa heç kim bilməmişdir. xx.xx.2022-ci il tarixdə dərs dediyi məktəbdə olarkən qızı Sodər ona zəng edərək onlara qonaq gələcəyini bildirmiş, o, isə evin açarının həmişəki yerində olduğunu, onların evə daxil olmalarını, özünün isə 1 saat sonra evə gələcəyini demişdir. Evə gələrkən qızı Sodər ona nəvəsi Qönçənin dəsmal götürən zaman şkafın içərsində olan gözlüyün qapısının açılaraq onun üstünə düşdüyünü, qızıl zinət əşyaları saxladığı kiçik ölçülü əl çantasının isə ağzının aralı olduğunu demişdir. O, da, şkafın qapsını açaraq qızıl əşyalarını saxladığı şkafın içərsində olan gözlüyün qapsını açıb əl çantasında saxladığı dəsamlı açıb dəsmalın içərsində qoyduğu bir ədəd kalso, bir ədəd qaşlı üzük, bir ədəd sırğa, bir ədəd saatı nəzərdən keçirdiyində qeyd etdiyi qızıl zinət əşyaları ilə birlikdə saxladığı bir ədəd 15 qramlıq qızıl sep və bir ədəd 5-lirə yerində olmadığını görmüşdür. O, qeyri-ixtiyari qışqırmış, qızı Sodər və kürəkəni Surxay onun yanına gəlmişlər. Həyəcandan ayağı tutulmuş, qızı və kürəkəni onun qoluna girib onu digər otağa aparmışlar. Sodərə demişdir ki, qonşuları Ruhiyyə və Gülmayəni çağırsın. Ruhiyyə, Gülmayə və Ruhiyyənin anası Qeysur da onlara gəlmişlər. Onlara kimsə ona məxsus evdən bir ədəd qızıl sepi və bir ədəd 5-lirəni oğurladığını demişdir. Onlardan o, evdə olmayan zaman kiminsə evə gəlib-gəlməməsini soruşmuş, onlar isə evə heç kimin gəlmədiyini demişlər. Ruhiyyə ona DİN-in 102 xidmətinə zəng etməsini demişdir. Onun xahişi ilə kürəkəni Surxay DİN-nin 102 xidmətinə zəng vurub evdən bir ədəd qızıl boyunbağının və bir ədəd 5-lik lirənin oğurlanması barədə məlumat vermişdir. Surxay 102 xidmətinə zəng vurandan sonra yaşadığı evə Şəki ŞRPŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları onu, qızı Sodəri, kürəkəni Surxayı və qonşularını sorğu-sual etmişlər. Bundan sonra polis şöbəsində ona məlum olmuşdur ki, ona məxsus bir ədəd qızıl sepi, bir ədəd 5-lik lirəni onun yanında gecələr qalan qonşu Gülşən oğurlamışdır. Gülşənə evdən istifadə etməyə, otaqlara girməyə icazə vermiş, yemək bişirməyə istədiyini yeməyə məhdudiyyət qoymamışdır. Qızılların dolabda saxlanmasından Gülşənin xəbəri olamamışdır. Lakin qızılları saxladığı dolab açarla bağlı olmuş və ora daxil olmağa Gülşənin icazəsi olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs balalarından ayırmır, Gülşənin bir böyrəyinin olmamasını nəzərə alınmasını, cəza verilməməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının 23-dən Şəki RMX-nın X11 qeydiyyatçı vəzifəsində işə qəbul olunmuşdur. Şəki şəhər sakini Surxay ilə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə Şəki şəhərində yaşayır. X10 isə Şəki rayonu, Baş Kəldək kəndində yaşayır. Vaxtı olduqca Baş Kəldək kəndinə gedib X10ya baş çəkir. Həmişə olduğu kimi xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs zəng edib onlara gedəcəyini bildirənə anası məktəbdə işdə olduğunu bildirdiyində anasından evin açarının yerini soruşub uşaqları ilə birlikdə anasıgilə getmiş, açarı götürüb qapını açıb evə daxil olduqdan sonraq azyaşlı qızı Qönçə əlini yumuş, əlini qurulamaq üçün dəsmal axtararkən ona qonaq otağına gedib dolabdan dəsmal götürməsini demiş, qızı qonaq otağına keçib dolabın alt siyirməsini açarkən dolanıb yuxarı hissəsindəki qapısı yerindən çıxıb onun üzərinə düşmüşdür. Həmin vaxt qızı Qönçənin qışqırma səsini eşidib otağa keçdiyində dolanıb qapısının onun baş nahiyyəsinə dəyərkən əli ilə tutub saxladığını görmüş, yaxınlaşıb köməklik edərkən Qönçə dolabın qapısını örtə bilmədiyini bildirmiş, həmin vaxt dolabın qapısını yerinə söykəyib otaqdan çıxmış, uşağı sakitləşdirib yenidən qonaq otağına keçib şüşə qabdan açarı götürüb dolabın qapısını bağlamışdır. Bir qədər sonra X10 evə gəldikdən sonra ondan dolabın qapısını açıb-açmadığını, Qönçənin otağa girib dəsmal götürərkən dolabın qapısının açıq olduğunu bildirmişdir. X10 dolabın qapısını açmadığını bildirmiş, həmin vaxt ona otağa keçib dolaba qoyduğu qızılların yerində olubolmamasına baxmasını demiş, X10 otağa keçib qızılları qoyduğu dolabı açıb baxdığında orada qara rəngli qadın çantasında çəhrayı rəngli parçanın içərəsinə qoyduğu qızıl ziynət əşyalarından bir ədəd qızıl boyunbağının və bir ədəd beşlik qızıl lirənin yerində olmadığını müəyyən etmişdir. Ondan sonra evdən kimlərinsə oğurluq etmələrini fikirləşmişlər. Ona görə də, X10 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir. Müəyyən vaxtdan sonra polis əməkdaşları onların evə gələrək hadisə ilə bağlı baxış keçirmişlər. Polis şöbəsində aparılan araşdırmadan bir müddət sonra öyrənmişlər ki, X10ya məxsus qızıl boyunbağını və beşlik lirəni oğurlayan şəxs qonşu Təqsirləndirilən şəxsdır. Bundan başqa hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvələri anası Pərvanə, qardaşı Anar, bacısı Tünzalə və yeznələri Ələşrəf ilə birlikdə Baş Kəldək kəndinə Gülşən adlı qızın yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs valideyinləri onları tanımadıqlarını, bir müddət bir-birlərini tanımalarını məsləhət görmüşlər, tanışlıq olduqdan sonra qızı verib-vermədikləri ilə bağlı cavab deyəcəklərini bildirmişlər və eyni zamanda Təqsirləndirilən şəxs ilə bir-birlərini tanımaları üçün bir neçə ay vaxt vermişlər. Həmin vaxtdan Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamağa başlamış, günün bir çox vaxtı Təqsirləndirilən şəxs ilə danışıb, hal-əhval etmişdir. Müəyyən müddət Gülşən ilə danışdıqdan sonra onun hərkəti və danışığı xoşuna gəlməmiş, lakin Təqsirləndirilən şəxs qəlbinə dəyməmək üçün ondan xoşu gəlmədiyi ilə bağlı heç nə deməmişdir. Bu barədə anası Pərvanə Qasımovaya dedikdən sonra Təqsirləndirilən şəxs anasına zəng edib işin almmayacağım bildirmişdir. Gülşənin anası da onun anaslı ilə razılaşıb əlaqəni kəsmələrini bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs mütəmadi olaraq ardı-arası kəsilməyən zənglər və mesajlar yazmağa başlamışdır. Təqsirləndirilən şəxs zəng edib mesaj yazmamasını desə də Gülşən onun dediklərinə heç bir əhəmiyyət verməyib ona zəng edəcəyini demişdir. Məcbur qalıb Təqsirləndirilən şəxs ilə ara-sıra danışmış, bir müddət işləmədiyinə görə Beynalxaq bankdan aldığı tam kartdan pul çıxarıb xəcləmiş, tam kartından çıxardığı pulu yerinə qoya bilmədiyi üçün çıxardığı pula görə də faiz gəlmişdir. Təqsirləndirilən şəxs ilə telefonda danışarkən tam kartdan çıxardığı pulu ödəyə bilmədiyini, ona görə də pulun fazinin çoxaldığını, ona borca pul verməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Gülşəndən borca 100 manat verməsini xahiş etmiş, Gülşən də tam kartından 100 manat pul çıxarmış və onun adına olan Azərtürk banka məxsus kartın hesabına köçürmüşdür. Gülşənin dediyi kimi ikinci dəfə də 100 manat Gülşənnən alması dəqiq yadında deyil. Bir neçə ay işlər zəif olduğuna görə yaxşı pul qazana bilməmiş, ona görə də evin kirayə haqqı və banka olan borcu getdikcə çoxalmışdır. Bu səbəbdən əlacsız qalıb Təqsirləndirilən şəxs ilə danışarkən ondan borca pul verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs borca pul verməsini xahiş etdiyində Gülşən nəğd pulu olmadığını, lakin uzun illər öncə yaşlı nənəsinə baxdığını, nənəsinin ona qızıl boyunbağı verdiyini, “həmin boyunbağını verim sənə, satıb borcunu ödə, sonra sən mənə verərsən” demişdir. Təqsirləndirilən şəxs ona boyunbağının özünün olduğunu demişdir. Təqsirləndirilən şəxs boyunbağını satıb pulunu borc olaraq ona verməsini demişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək Şəki mərkəzi bazarında olduğunu, nənəsinin ona verdiyi boyunbağını sənə göndərim, orada satıb borcunu ödəyərsən demişdir. Ona görə də, məhlə uşağı Şahid3, Gülşən ilə görüşüb qızıl boyunbağını götürüb ona göndərməsini xahiş etmişdir. Nicat Gülşən ilə Şəki şəhərində görüşüb qızıl boyunbağı götürüb yol maşınları ilə ona göndərmiş, qızıl boyunbağını götürüb metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən qızıl-ziynət əşyalarının alıq-satqısı ilə məşğul olan mağazaya gedib boyunbağını çəkdirmişdir. Boyunbağının 15 qram olması müəyyən edilmiş, boyunbağının bir qramı 55 manata olmaqla satıcı ona boyunbağına görə 825 manat pul vermişdir. Boyunbağının pulundan 200 manatını Təqsirləndirilən şəxs kart hesabına, 200 manat isə özü kartına, 200 manat evin kirayəsinə, 180 manatını isə öz adına olan tam kartın hesabına köçürmüş, qalan hissəsini isə şəxsi işlərinə xəcləmişdir. Təqsirləndirilən şəxs borc pul istəsə də, onun borc pul verməsi üçün kiminsə evindən oğurluq edəcəyini düşünməmişdir. Təqsirləndirilən şəxs qonşusu Güldanə Nəsrullayevanın evindən qızıl boyunbağı, beşlik qızıl lirə oğurlamasından məlumatı olmamışdır. Gülşən oğurluq etməsi ilə bağlı ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X5ma məxsus fərdi yaşayış evinin qonaq otağında olan dolabda qadın çantasının içərisindən naməlum şəxs və ya şəxslər tərəfindən bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl beşlik lirə oğurlanmışdır. İş üzrə xx.xx.2023-cü il tarixli təqdim etmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd beşlik qızıl lirəni araşdırmaya təqdim edərək həmin qızıl lirəni X5ma məxsus evdən oğurladığı qızıl lirə olduğunu bildirmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, tanıyan şəxs X3 dəvət edildikdən sonra rəqəmlərlə nömrələnmiş bir ədəd qızıl beşlik lirəyə baxıb nəzərə yetirdikdən sonra həmin beşlik lirələrin arasında 1 rəqəmi ilə işarələnmiş qızıl beşlik lirəni göstərərək yaşadığı evindən oğurlanmış bir ədəd beşlik qızıl lirənin həmin qızıl lirə olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli, 9/467 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 585 əyyar 15 qramlıq qızıl sepin 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1275 manat, 01 ədəd qızıl beşlik 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 520 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 1240 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 452 №-li məktubundan görünür ki, Yusifova X7 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək kənd İnzibati Ərazi Dairəsininin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Baş Kəldək kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Feyruz qızı əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyun 2011-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadə verməsinə tənqidi yanaşaraq, onun bu cür ifadə verməsini məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirlir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini inadırıcı hesab etməklə, şübhəli olmasını qəbul etmir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi digər sübutlarla inkar olunmur, bunun əksi olaraq məhkəmə iclasında verdiyi ifadə şahid ifadələri və digər iş materialları ilə təkzib olunmur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs olan X3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş maddi ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən və zərərçəkmiş şəxslə barışmasını isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini, qadın olmaqla ilk dəfə cinayət törətməsini əsas götürərək onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki şəhər-rayon Polis Şöbəsinin təminat hissəsinə təhvil verilmiş 1 ədəd beşlik lirə X2 qaytarılmalıdır. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki şəhər-rayon Polis Şöbəsinin təminat hissəsinə təhvil verilmiş 1 ədəd beşlik lirə X2 qaytarılsın. İş üzrə maddi ziyanın ödənilməsi və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar