Məhkəmə qərarları › İş №1(075)-47/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-47/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-47/2024 05.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1992-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 29 dekabr 2016-cı il təvəllüdlü X2 ve 29 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 yanvar 2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün sabit pul məbləğində 120,00 manat, 16 may 2021-ci il tarixdən hesablanmaqla isə hər ay hər uşaq üçün sabit pul məbləğində 130,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-440/2019 saylı, 14 may 2019-cu il tarixli və 2(075)-629/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə sonuncu dəfə həmin rayon məhkəməsinin 3(075)-876/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 31 oktyabr 2023-cü il tarixədək şəxsi maraq niyyətilə Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi üzrə 3380,00 manat, 2(075)-629/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi üzrə isə 7800,00 manat olmaqla, cəmi 11180,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq və qəsdən icra etməməklə zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 20 sentyabr 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 29 dekabr 2016-cı il tarixdə Mələk və İnci adlarında əkiz övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan 13 sentyabr 2018-ci il tarixdən Rufanə ilə faktiki olaraq ayrılmışlar. Ayrılarkən azyaşlı övladları Rufanənin himayəsində qalmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Rufanə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin ondan cavabdeh kimi 07 yanvar 2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 14 may 2019-cu il tarixli qətnamə çıxarmışdır. Maddi imkanı zəif olduğundan məhkəmənin qeyd edilən qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəyə bilməmişdir. Buna baxmayaraq Rufanə alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsi aliment məbləğini artıraraq hər ay hər uşaq üçün 130,00 manat müəyyən edilməsi barədə 14 aprel 2021-ci il tarixli qətnamə çıxarmışdır. Hər iki qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Lakin maddi imkanı zəif olduğuna, həmçinin Rufanə uşaqlarla görüşməyinə şərait yaratmadığına görə aliment məbləğini ödəməmişdir. O, "xxxx" QSC-də işə düzəlmiş və icra məmuru tələbi onun əmək haqqına yönəltmişdir. Əmək haqqından 427,00 manat tutularaq tələbkara göndərildiyinə görə həmin işdən çıxmışdır. Qətnamələr üzrə 11180,00 manat aliment borcunun olduğunu bilir. Bildirmişdir ki, hazırda o, fəhlə işləməklə qazanc əldə edir. Alimenti ödəməyə maddi imkanı olduqca hissə-hissə ödənişlər etmişdir. İkinci dəfə ailə qurmuşdur. İkinci nikahdan da himayəsində azyaşlı övladı vardır. Onun rəsmi maaşı yoxdur. Onun atası 1-ci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin atasının şəhid olması ilə bağlı hər hansı müavinat almır. Onun adına heç bir əmlak yoxdur. Yaşadıqları ev bacısına vəsiyyət edilib. O, 427 manat bir, 250 manat məbləğlərdə zərərçəkmiş şəxsin kartına ödəniş etmişdir. Hazırda həmin məbləği bir dəfəyə ödəyə bilmir, lakin çalışıb imkanı daxilində ödənişlər edəcəkdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 20 sentyabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 29 dekabr 2016-cı il tarixdə Mələk və İnci adlarında əkiz övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Məhəmmədin təqsiri ucbatından münasibətləri pozulmuş və 13 sentyabr 2018-ci il tarixdə Məhəmmədlə faktiki olaraq ayrılıb azyaşlı övladları ilə birlikdə ata evinə qayıtmışdır. Ayrı yaşadıqları müddətdə Məhəmməd uşaqlarla maraqlanmamış və onların saxlanılmasına köməklik göstərməmişdir. Həmçinin artıq bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, məcburiyyət qarşısında qalaraq aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs cavabdeh kimi 07 yanvar 2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120,00 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən qətnamənin icrasını təmin etməmiş, müəyyən edilmiş aliment məbləğini vaxtlı-vaxtında ödəməmişdir. Eyni zamanda müəyyən edilmiş aliment məbləği uşaqların artan maddi tələbatını ödəməyə kifayət etmədiyindən alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi 14 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş və aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 130,00 manat müəyyən edilmişdir. Hər iki qətnamənin çıxarılmasından xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə müəyyən edilmiş aliment məbləğini ödəməmiş, qətnamələrin icrasından qərəzli olaraq yayınmışdır. Halbuki, Məhəmməd Bakı şəhərində işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəmir, ümumiyyətlə uşaqlarla maraqlanmır. Uşaqlar böyüdüyündən onların maddi tələbatı da xeyli artmışdır. Uşaqlara baxmaqda valideyinləri və qardaşları köməklik etsələr də bu qaydada uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Məhəmməd yenə də hərəkətlərini davam etdirmiş və alimenti ödəməmişdir. Bildirmişdir ki, təqsirləndirilən şəxs avtomobilini satıb, alimentin yarısını ödəmişdir. Anasından miras qalmış evi də satıb, həmin pul ilə ödənilməmiş aliment borcunu ödəyə bilərdi. Lakin təqsirləndirilən şəxs qərəzli olaraq borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs uşaqları ilə altı ildir ki, maraqlanmır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, uşaqların maddi tələbatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixədək yaranmış cəmi 11180,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-440/2019 saylı 14 may 2019-cu il tarixli və 2(075)- 629/2021 saylı 14 aprel 2021-ci il tarixli qətnamələrinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2016-cı il təvəllüdlü X2 və 29 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 yanvar 2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşağ üçün sabit pul məbləğində 120,00 manat, 16 may 2021-ci il tarixdən hesablanmaqla isə hər ay hər uşağ üçün sabit pul məbləğində 130,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədləri üzrə müvafiq olaraq 14 may 2019-cu il və 17 may 2021-ci tarixli qərarlarla icraata başlanılmış, qərar və bildirişlər borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmış və icra sənədlərinin daxil olma ardıcıllığına uyğun olaraq zəruri tədbirlər görülmüşdür. Belə ki, görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2019-cu il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində icra sənədinin mahiyyəti borcluya izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu maddi imkanının olmadığını əsas gətirərək ödəniş etməkdən yayınmışdır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra məcburi icra tədbirləri davam etdirilmiş və qətnamənin icrası borcludan tələb olunmuşdur, icra müddətində borclunun "xxxx" MMC-də sürücü işlədiyi müəyyən edilmiş və alimentin onun əmək haqqından tutularaq ödənilməsi məqsədilə qeyd edilən MMC-yə təklif göndərilmişdir. Borcluya hesablanan əmək haqqıdan cəmi 840,00 manatın tutularaq tələbkara ödənilməsi təmin edilsə də borclu 15 oktyabr 2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunduğundan təklifin icrası mümkün olmamışdır. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində olan axtarış qərarı icra edilərək o, xx.xx.2021-ci il tarixdə icra şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin gün yaranmış aliment borcundan 2500,00 manatın ödənilməsini təmin etmişdir. Həmçinin borclu Bakı şəhərində dönərçi işlədiyini və aylıq qazancının 600,00 manat olduğunu bildirərək qalan aliment borcunu hissə-hissə ödəyəcəyini bildirərək bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. Borcluya vaxt verilsə də xeyli müddətin keçməsinə baxmayaraq aylıq aliment məbləğini, o cümlədən yaranmış aliment borcunu ödəməmişdir. Həmçinin görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından yenidən barəsində xx.xx.2023-cü il tarixli qərarla axtarış elan edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində icra sənədinin icrası bir daha borcludan tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu yaranmış aliment borcunun ödənilməsini təmin etmədiyinə görə barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Sonuncu dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamələrin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 31 oktyabr 2023cü il tarixədək Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı 14 may 2019-cu il tarixli qətnaməsi üzrə 3380,00 manat, 2(075)-629/2021 saylı 14 aprel 2021-ci il tarixli qətnaməsi üzrə isə 7800,00 manat olmaqla cəmi 11180,00 manat alimenti ödəməməklə qeyd edilən qətnamələrin icrasından qərəzli olaraq yayınmışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs icra sənədlərinin icrasına etinasız yanaşmış, fərdi qaydada işlədiyi və gəlirləri olduğu halda alimenti ödəməyə səy göstərməmiş, icra müddətində çağırışlara gəlməkdən yayınmışdır. İcra müddətində tələbkar ibrahimzadə Rüfanə İbrahim qızı isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşaqların maddi tələbatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs qardaşıdır. Bacısı Rufanə 20 sentyabr 2015-ci il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahdan 29 dekabr 2016-cı il tarixdə Mələk və İnci adlı iki əkiz qız övladları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan Məhəmmədin təqsiri ucbatından aralarında mübahisələr baş vermişdir. Belə ki, Məhəmməd müxtəlif yerlərdə işləyib normal qazanc əldə etsə də, ailəsinə baxmamış, uşaqlarına qarşı laqeyid münasibət bəsləmişdir. Ona görə də Rufanə məcburiyyət qarşısında qalaraq 2018-ci ilin sentyabr ayında azyaşlı uşaqlarını da götürüb ata evinə qayıtmışcır. Bundan sonra onların barışıb ailələrini bərpa etməyə cəhd göstərsələr də, bu mümkün olmamışdır. Həmçinin ayrıldıqdan sonra Məhəmməd uşaqları ilə maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Faktiki olaraq ayrıldıqdan xeyli müddət sonra Zərərçəkmiş şəxs aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnamələri ilə hər ay hər uşaq üçün 120,00 manat, daha sonra 130,00 manat aliment müəyyən edilmişdir. Lakin alimentin müəyyən edilməsindən beş ildən çox müddətin keçməsinə baxmayaraq Məhəmməd məhkəmə qətnamələrinə məhəl qoymamış və alimenti ödəməmişdir. Uşaqlar hazırda məktəblidirlər və onların onların maddi təlabatı da xeyli artmışdır. Uşaqlara baxmaqda Rufanəyə bir qardaş kimi köməklik etsə də, uşaqların zəruri xərclərini lazimi qaydada ödəmək mümkün olmur. Məhəmməd isə Bakı şəhərində müxtəlif yerlərdə işləyir və alimenti ödəməyə maddi imkanı olduğu halda alimenti ödəmir və ayrıldıqdan sonra bir dəfə də olsa uşaqlarla görüşməyib. Yalnız icra məmurları tərəfindən görülmüş ciddi tədbirlər nəticəsində Məhəmməd aliment məbləğindən qismən ödənişlər etmiş, hər dəfə alimenti ödəyəcəyi barədə vədlər versə də, vədinə əməl etməmiş, qətnamələrin icrasından qərəzli olaraq yayınmışdır. Odur ki, uşaqlarla çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq müəyyən edilmiş aliment məbləğlərinin Təqsirləndirilən şəxs alınaraq bacısı Zərərçəkmiş şəxs verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması və başlanmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatda qeyd edilmişdir ki, hazırkı tarixə borclu Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 3380 manat, Şəki Rayon Məhkəməsinin 2(075)-629/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzr 7800 manat olmaqla, ümumilikdə 11180 manat aliment borcu mövcuddur. Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-440/2019 saylı qətnaməsindən görünür ki, X7 ilə Təqsirləndirilən şəxs arasında 20 sentyabr 2015-ci il tarixdə bağlanmış 405 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları - cavabdeh X3 himayəsində saxlanılmaları, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat aliment tutularaq X6 verilməsi, nikah pozulduqdan sonra iddiaçı X6 öz qızlıq soyadı olan İbrahimzadə soyadının qaytarılması, aliment tutulmasının əvvəlinin 07 yanvar 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, X3 dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumunun onun özünə aid edilməsi, Təqsirləndirilən şəxs 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-440/2019 saylı icra vərəqəsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 440/2019 saylı qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2019-cu il tarixdə icra vərəqəsi icra olunması üçün verilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-629/2021 saylı qətnaməsindən görünür ki, 29 dekabr 2016-cı il təvəllüdlü X9 və 29 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, 260 (iki yüz altmış) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Təqsirləndirilən şəxs 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-629/2021 saylı icra vərəqəsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)- 629/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, həmin tarixdə icra olunması üçün icra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-440/2019 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(075)-440/2019 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(075)-250/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsi, inzibati həbsə alınmanın əvvəlinin onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 08 may 2020-ci il tarixdən, saat 16:30-dan hesablanması qərara alınmışdır. - İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-629/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(075)-629/2021 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. - Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin 2(075)-629/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi, icra sənədlərinin icrasının Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 həvalə edilməsi qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-876/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi, inzibati həbsə alınmanın əvvəlinin 31 avqust 2023-cü il tarixdən, saat 08:00-dan hesablanması qərara alınmışdır. - Şəki Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Bağbanlar küçəsi, 59V saylı ictimai yaşayış binasının 17 saylı mənzilində qeydiyyatdadır, mənzil satılmışdır. Yaşadığı müddətdə onun davranışından yaşadığı bina sakinləri tərəfindən Şəki Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq beş ildən artıq müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Çünki, bu müddət ərzində hesablanmış 11180 manat aliment borcu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində öz övladlarının saxlanılmasında zərərçəkmiş şəxsə yardım etməməklə aliment borcunun ödənilməməsi, eyni zamanda məhkəmə tərəfindən övladlarının maddi tələbatlarının ödənilməsi üçün müəyyən olunmuş aliment məbləğini uzun müddət ödəməməklə onların normal həyat şəraitinin təmin olunmasından yayınması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan - 14 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 10:30-dan saat 19:10-a kimi tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY-də saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 10:30-dan saat 19:10-a kimi tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY-də saxlandığı 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmdən elan edildiyi, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar