Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-47/2025 27.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Xüsusi ittiham qaydasında şikayət olunan şəxs X6 iştirakları ilə, X9 tərəfindən, X2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: X9, xisusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, “onun barəsində “Tik Tok” sosial şəbəkəsində böhtan xarakterli məlumatları dəfələrlə yayaraq, onun ünvanına təhqir dolu ifadələr işlədərək, onu təhqir etdiklərinə görə barəsində müxtəlif dövlət orqanlarına böhtan və təhqirlərlə dolu yalan məlumatlar və şikayətlər göndərilməsini təşkil etdiklərinə görə və onu ağır cinayətdə ittiham etdiklərinə görə 25 yanvar 1951-ci ildə anadan olmuş, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında yaşayan X2 və Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1959-cu ildə Şəki şəhərində anadan olmuş, ali təhsilli, ailəli, “Azər Kooperasiya” müəssisəsinin rəhbəri, ünvan 2 ünvanında yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar çıxarılmasını xahiş etmişdir”. X5 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi barədə heç bir məlumat göndərməmişdir. Məhkəmə X2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. X9 Xüsusi ittiham qaydasında şikayətinin məzmununa uyğun ifadə verib şikayətini müdafiə edərək göstərmişdir ki, X2 Bakı şəhərində yerləşən mağazasında sonuncunun qızı X10 ilə olan fotoşəkili çəkilib əlaqələrinin olması və birləşib X4 pul ələ keçirmək istəməkdə ittiham olunmuş, Zeynəb Əhmədovanın bu məzmunlu çıxışı çəkilmiş videoçarx Tik-Tok sosial şəbəkəsində yayılaraq ona böhtan atılmış, eyni zamanda qəbir baş daşının üzərində onun fotoşəkili heyvan şəkili ilə yanaşı əks etdirilərək şərəfsiz sozü yazılmaqla təhqir olunmuşdur. Başqa məhkəmə iclasında Tehran Lətifov onun X1 Lamara Otar qızı ilə əlaqaqəsinin olmasını sübut etmək üçün qeyd etdiyi fotoşəkili və Zeynəb Əhmədovanın çıxışını məhkəməyə təqdim etmək istəsə də məhkəmə onları sübut kimi qəbul etməmişdır. Barəsində təhqir və böhtan hesab etdiklərinin yayıldığı sosial şəbəkə hesabı X7 məxsus olmasa da, başqa məhkəmə iclasında Tehran Lətifovun məhkəməyə sübut kimi təqdim etmək istəməsi onda həmin social şəbəkədə əks olunanları Tehran Lətifovun təşkil etməsi fikrini yaratmışdır. Ona görə də hazırki xüsusi ittiham qaydasında şikayəti etmişdir. Eyni zamanda həmin sosial şəbəkənin məxsus olduğu şəxs və Zeynəb Əhmədova, eləcə də digər şahid ola biləcək şəxslər Tehtan Lətofovla olan yaxın münasibətlərinə görə onun xeyrinə şahidlik etməyəklərini, Tehran Lətofovun xeyrinə danışacaqlarını qeyd etmişdir. Lakin buna baxmayaraq Zeynəb Əhmədova çəkilmiş vidoçarxı Tehran Lətifova verdiyindən yayılmasını da sonuncu təşkil etməsi fikrini yaratdığından Zeynəb Əhmədovanın məhkəmədə dindirilməsini istəmişdir. O, X2 və X6 CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittihamçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da eyni məzmunlu çıxış edərək, böhtan və təhqir hesab etdiklərinin yayıldığı social şəbəkə hesabının barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 aid olmadığını, lakin sonuncunun təşkil etdiyini bildikləri üçün şikayətin verildiyini bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 məhkəmə iclasında göstərmişdir ki, o, Tik-Tok sosial şəbəkəsindən istifadə etməmiş və onun yaydığı iddia edilənlər onun tərəfindən sosial şəbəkəyə qoyulmamış, ittiham edilən halla heç bir əlaqəsi bağlılığı olmamışdır. Xüsusi ittamçının eyni hadisə ilə bağlı şikayəti Şəki ŞRPŞ-də araşdırılmış, təsdiqini tapmadığı üçün rədd edilmişdir. O, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir.Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayətlə tanış olaraq hesab edir ki, qeyd olunan və aşağıdakı səbəblərdən şikayət üzrə məhkəmə baxışının keçirilməsindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, şikayətdə X5 və X11 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törədilməsi qeyd olunsa da, lakin bunlar heç bir möhtəbər sübutlarla əsaslandırılmamışdır. Nə şikayətdə, nə də məhkəmədə verilən ifadə və çıxışda Zeynəb Əhmədovanın kütləvi yayım nə nümayış hərəkətləri olduğu ittiham edilmir, əlavə edilmiş video çəkilişdəki danışdıqlarda böhtan atdığı iddia edilir, lakin dediklərinin yalan olduğuna, bunun yalan olduğunu bilə-bilə böhtan atdığına dair sübut şikayətdə qeyd olunmamış və məhkəmədə təqdim olunmamışdır. Böhtanın və təhqirin nədə ifadə olunduğu, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən internet informasiya ehtiyatında yayıldığı və kütləvi nümayiş etdirildiyinin nə ilə təsdiq edildiyi, yəni, iddia olunan əməllərin cinayət olduğu və həmin şəxslər tərəfindən törədildiyi, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, nə də məhkəmədə təqdim edilməmişdir. Əksinə, şikayət verən şəxs və nümayəndəsi tərəfindən məhkəmədə, böhtan və təhqir hesab etdiklərinin yayılmasını iddia etdikləri internet hesabının xüsusi ittiham qaydasında şikayət edilmiş şəxslərə aid olmadığı bildirilmişdir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən şikayətdə, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. CPM-nin 300.1.3-cü maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə də qərar qəbul edilir. CPM-nin 302.1.3 maddəsində göstərilir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7 maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-nin 302.2.3-ci maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302.1.3, 302.2.3, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 xüsusi ittiham qaydasında şikayəti əsassız olduğu, onun dəlillərini təsdiq edən sübutları şikayət ərizəsində əks etdirilmədiyi, məhkəmədə təqdim edilmədiyi və şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7 madəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, şikayət olunan şəxslər X2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən, şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-47/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-47/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver