Məhkəmə qərarları › İş №1(075)-48/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-48/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-48/2021 08.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Rəfiq oğlunun və onun nümayəndəsi Şəki şəhər Vəkil Bürosunun vəkili X15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Şəki rayonu, Bideyiz kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta ixtisas təhsilli, İ Qarabağ müharibəsi veteranı, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Bideyiz kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə cinayət əməlini törətmişdir. Belə ki, o, 14 yanvar 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsinin yükünün xüsusiyyətlərini və vəziyətini, yol və metoroloji şəraiti, xüsusi hərəkət istiqamətində görmə şəratini nəzərə almaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda buna riayət etməyərək, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Qaz 33021 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Bideyiz kəndinin qəbristanlığından kəndin mərkəzi hissəsinə doğru gedən döngəli, enişli və daşlıq yolda avtomobili 40-50 km/saat sürətlə təhlükəli idarə etdiyi üçün, avtomobilin sərnişin oturacağının sağ kənarında oturmuş X5 avtomobilin sürətinin artmasını gördükdə baş verə biləcək hadisədən yayınmaq üçün avtomobilin sağ qapısını açıb özünü yerə atmaq istəyən zaman əynindəki jaketin ətəyi avtomobilin qapısının kilidinin bağlanan hissəsinə ilişdiyindən Kamran Həbibillayev avtomobilin sağ arxa təkəri altına düşmüş, həmin vaxt sürücü Təqsirləndirilən şəxs təhlükəni görüb avtomobilin arxa sağ təkəri yerə yıxılmış sərnişinə çatmadan avtomobili dayandırmağa texniki imkanı olmasına baxmayaraq, yəni avtomobilin əyləcini basıb tam dayanma vəziyyətinə gətirməli olduğu halda buna əməl etməyib avtomobilin hərəkətini davam etdirmiş, nəticədə Kamran Həbibillayev aldığı həyatla bir araya sığmayan travma, açıq kəllə beyin travması, baş nahiyyəsinin əzilmiş-cırılmış yarası, kəllə tağı, kəllə əsası və üz skelet sümüklərinin çox saylı, basılmış, dağılmış sınıqları, baş beyin maddəsinin və baş beyin qişalarının əzilib dağılması, xaricə evakuasiyası ilə nəticələnən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus Qaz 33021 markalı, ** BU *** dövlət nömrə nişanlı yük avtomaşını ilə müxtəlif kənd sakinlərinin lazimi yüklərini daşımaqla ailəsi üçün qazanc əldə edir. 7-8 ildir ki, avtomobil idarə edir. Sürücülük vəsiqəsi vardır. 14 yanvar 2021-ci il tarixdə evdə olarkən saat təxminən 18:00- 18:30 radələrində həmkəndlisi Şahid1 ona zəng edərək kəndin yuxarı hissəsində yerləşən kənd qəbirstanlığında odun olduğunu, odunları avtomaşına yığıb onun yaşadığı evə gətirməyini xahiş etmişdir. O, avtomaşını işə salıb kənd qəbirstanlığına getmişdir. X10 mühərrikli mişarla (drujba) odun doğramasını, Şahid1 isə doğranmış odunları kənara yığdığını görmüşüdür. Belə ki, Kamran Həbibillayev və Şahid1 qəbirsanlıqda olan qurumuş odunçaqları doğrayıb yığmaqla bir növ qəbirsanlığı təmizləmişlər. O da avtomaşını yaxınlıqda saxlamış və köməkli şəkildə odunları avtomaşının yük yerinə yığmışlar. Odunu avtomaşına yükləyəndən sonra, odun yığdıqları yerdən təxminən 15-20 metr sonra yol enişli və sərt döngəli olduğuna görə hər ehtimala qarşı Kamran Həbibillayev ilə Şahid1 demişdir ki, “siz piyada gəlin, mən yolun sərt eniş hissəsini keçib qarşıda avtomaşını saxlayacam, sonra gəlib minərsiniz”. Lakin həmin şəxslər onun sözünə baxmayıb avtomaşına minmişlər. Bundan sonra o, sükan arxasına əyləşib avtomobili işə salıb asta sürətlə yola düşmüşüdür. Yolun enişli və döngəli yerində o, avtomaşını təxminən 20-30 km/saat sürətlə idarə etmiş, odun yığdıqları yerdən təxminən 50-60 metr uzaqlaşandan sonra yol düzəlsə də, ancaq yol enişli olmuşdur. Yolun enişli olmasına və avtomobilin yüklü olmasına görə avtomobilin sürəti artmağa başlamışdır. Avtomaşının sürəti təxminən 25-40 km/saat sürətə qədər artmış, tormuz edib avtomaşını saxlamaq istəsə də, bir anlıq sanki əyləc tutmamış və demişdir ki, “əyləc niyə belə edir, deyəsən zəifdir.” 10-15 metr gedəndən sonra avtomaşında sağ tərəfdə əyləşən Kamran Həbibillayev avtomaşının qapısını qəfildən açıb özünü yerə atmışdır. Bu zaman Sahib demişdir ki, “ə Kamran atılma”. Lakin Kamran özünü maşından artçışdır. Kamranın maşından atmasını praktiki olaraq görməmişdir. Kamran özünü maşından atdığı andan 30-40 metr sonra maşını əyləc vasitəsilə saxlamış və yerə düşmüşdür. Kamran özünü atanda əynində olan jaketi avtomaşının qapısının kilid yerinə ilişmiş, buna görə də o, avtomaşından sərbəst tullana bilməmişdir. Avtomaşın dayandıqdan sonra Şahid1 ilə birlikdə avtomaşından düşüb Kamran Həbibillayevin avtomaşından özünü atdığı yerə getmişlər. Onlar Kamranın olduğu yerə çatanda fanarın işığında onun başının qanadığını görmüşlər. Sahib ona yaxınlaşıb onun nəbizini yoxlayanda nəbzinin vurmadığını, öldüyünü görmüşlər. Həmin vaxt o, Kamranın öldüyünü görüb həyacanlamağa başlamışdır. Şahid1 Kamranın dayısı Şirin müəllimin yaşadığı evə zəng vurub Kamranın avtomaşından özünü atdığını və ölməsi barədə məlumat vermişdir. Hadisədən az sonra hadisə yerinə kənd bələdiyyəsinin sədri Şahid3, daha sonra isə kəndin icra nümayəndəsi Şahin müəllim hadisə yerinə gəlmişlər. Həmin vaxt o və Sahib də hadisə yerində olmuşlar. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Həmin yol-nəqliyyat hadisəsi konkret olaraq 14.01.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Şəki rayonu, Bideyiz kəndinin qəbirstanlığından kəndin mərkəzinə doğru gəldikdə kənd arası yolda baş vermişdir. Həmin vaxt avtomaşında o, Sahib və Kamran olub, başqa heç kim olmamışdır. Hadisə zamanı yolda və ətrafda heç kim olmamışdır. O, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomaşını birinci sürətlər qutusunda təxminən 25-40 km/saat sürətlə idarə etmiş, avtomaşının mühərriki işlək vəziyyətdə olmuş, aqvtomobilini neytralda idarə etməmişdir. Hadisə zamanı bir neçə dəfə tormuzu sıxıb avtomaşını saxlamaq istəsə də ilkin olaraq sanki əyləc tutmamışdır. Lakin enişi düşərkən avtomaşının sürəti çoxaldıqda bir neçə dəfə tormoz əyləcini və avtomaşının sürət qutusunu dəyişdirməklə avtomobili saxlamağa çalışmışdır. Buna baxmayaraq nədənsə avtomaşının tormuzu ilkin olaraq tutmamışdır. Avtomobilin yükü elə də ağır olmamışdır. Odunların hamısı quru olmuşdur. Odunlar maşının bortunun içərisində döşəmədən təxminən 60-100 sm hündürlükdə olmuşdur. Əvvəlləcədən avtomaşının tormuz sistemində və ya hansısa bir hissəsində nasazlıq olmamışdır. Hadisə zamanı avtomaşın yolun enişli və döngəli yerində narahat getdiyinə görə, sonra da avtomaşının sürəti bir az artdığına görə Kamran Həbibillayev qəza baş verəcəyini düşündüyü üçün özünü avtomaşından atmışdır. Kamranın özünü atması anı olmuşdur. Kamranın özünü atması təxminən 4-5, bəlkə də 2-3 saniyə ərzində baş vermişdir. O, həmin anda hər hansı təhlükə hiss etdiyi üçün əyləci tez-tez sıxaraq avtomobili saxlamağa çalışmışdır. Avtomobil sürət yığaraq 25-40 km/s-la getdiyi vaxt əyləc sanki tutmamışdır. Lakin 30-40 metr sonra maşın nisbətən düzənlik yerə çatdığından əyləc tutmuşdur. Lakin bundan əvvəl maşında yük olduğundan həm də yol enişli olduğundan tormoz bir az gec və ağır tutmuşdur. Yəni maşında yük olduğundan əyləci bassada sanki yük avtomobikli basıb aparmışdır. Həmin vaxt insanın özünü atacaq heç bir təhlükə olmamışdır. Sonradan Kamranın jaketinin cırılıb qalmış parçasını maşının kilid yerində ilişib qalmasını aşkar etmişdir. Göstərmişdir ki, ailəlidir, 2 azyaşlı uşağı vardır. İ Qarabağ müharibəsində iştirak etmiş, müharibə veteranıdır. Bildirmişdir ki, baş vermiş hadisədə özünü qismən təqsirli bilir. Lakin göstərmişdir ki, Kamran da özünü maşından atmamalı idi. O özünü maşından atmaqla onun başına iş açmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin huquqi varisi qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs Rəfiq oğlu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Müxtəlif yerlərdə fəhlə işləyib ailəsi üçün qazanc əldə edir. Mərhum qardaşı X5 anası X16 ilə birlikdə yaşamışdır. X21 ilə atası X9 uzun illər əvvəl ayrılmışlar. O isə ailə həyatı qurduqdan sonra özünə başqa yerdə fərdi yaşayış evi tikib ayrılmışdır. Bu səbəbdən anası mərhum X11 ilə bir yerdə yaşamışlar. X11 müxtəlif yerlərdə fəhlə işləmiş, eyni zamanda elektirik mişarı ilə müxtəlif şəxslərə odun doğrayıb qazanc əldə etmişdir. 14.01.2021-ci il tarixdə axşam üstü dayısı X17 ona zəng edərək qardaşı Kamranın həmkəndliləri Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı avtomobilin altına düşüb dünyasını dəyişməsi barədə məlumat vermişdir. Bir qədər sonra dayısı Adışirin Alxasov avtomaşınla gələrək onu götürmüş və onlar birlikdə hadisə yerinə getmişlər. Hadisə yerində X11in cansız cəsədinin uzanıqlı vəziyyətdə yerdə olduğunu görmüşlər. O, qardaşı Kamran Həbibillyevin cansız cəsətini qucaqlayıb ağlamışdır. O, Kamranın cəsətinə baxdığında onun başının əzilib beyninin ətrafa dağıldığını görmüşdür. O, elə vəziyyətdə olmuş ki, həmin vaxt orada kimlərin olmasını xatırlamır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər. Baxış zamanı protokol tərtib olunmuş və protokol oxunduqdan sonra heç bir etiraz etmədən protokolu imza etmişdir. Bütün bunlardan sonra öyrənmişdir ki, Kamran Həbibillayev həmkəndlisi Şahid1 kəndin yuxarı hissəsində yerləşən qəbirstanlığa elektirik mişarı ilə odun qırmağa aparmış, odun qırıb qurtardıqdan sonra onlar odunu Təqsirləndirilən şəxs Qazel markalı avtomobilinə yükləyib kənd yolu ilə gəlmişlər. Onlar yolda gələrkən Təqsirləndirilən şəxs avtomaşını yellənib sürətlə getmişdir. Buna görə X11 qorxaraq özünü avtomaşından atmışdır. Həmin vaxt onun əynindəki paltar avtomaşının qapısının kilid yerinə ilişmiş, ona görə o, avtomaşından uzağa atıla bilmədiyinə görə təkəri altına düşmüş, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Əlavə olaraq göstərmişdir ki, Nakifgillə əvvəlcədən münaqişələri olmuşdur. Belə ki, əvvəllər Nakifin yoldaşının dayısı ilə onun dayısı arasında münaqişə olmuş və bu münaqişə məhkəməyədək gedib çıxmışdır. Bundan başqa Nakifin yoldaşı onun anasının işdən çıxarılması barədə yazılmış ərizəyə imza etmiş və bundan sonra anası işdən çıxarılmışdır. Həmçinin qardaşı Kamranın 40-günü onunla Nakifin qardaşı Niymət arasında mübahisə yaranmış və o Niyməti bellə (lopatka) vuraraq ona az ağır xəsarət yetirmişdir. Buna görə də Şəki ŞRPŞ-də onun barəsində CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ittiham aktı tərtib olunaraq məhkəməyə göndərilmiş və o, Şəki rayon məhkəməsinin 28.07.2021-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda onun xahişi ondan ibarətdir ki, qardaş Kamran Həbibillayevin ölümünə səbəb olmuş Təqsirləndirilən şəxs qanunvericiliklə layiqli cəzasını alsın. Təqsirləndirilən şəxs şikayəti vardır, çünki həmin şəxsin səhlənkarlığı üzündən qardaşı Kamranın həyatına son qoymuşdur. Bununla əlaqədar anası ağır psixi duruma düşmüşdür. Məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza – 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Kənd təsərrüfatı ilə məşğul olur. İki övladı ruhi xəstədir, onların xəstəlikləri ilə əlaqədar dövlətdən verilən pensiya pulu ilə dolanışıq əldə edir. Yaşadığı ev Şəki rayonu, Bideyiz kəndinin yuxarı hissəsində yerləşən qəbirstanlığa yaxın yerdə yerləşir. Kəndin bələdiyyəsi və kənd sakinləri tərəfindən qəbirstanlıqda təmizlik və abadlıq işləri görülmüşdür. Yəni qəbirstanlığın ərazisində quru odunları kəsib kənara atmışlar. Havalar soyuq keçdiyinə görə evdə sobada yandırmaq üçün odun olmadığı üçün qəbirstanlığa getmiş, orada olan quru odunları doğrayıb evə gətirmək qərarına gəlmişdir. Özünə kömək üçün və odunları kəsib doğramaq üçün mühərrikli mişarı olan həmkəndlisi X4 zəng edib qəbirstanlıqdan odunların kəsilib yaşadığı evə gətirilməsinə kömək etməsini xahiş etmişdir. Həmin şəxs də onunla razılaşıb elektirik mişarını götürüb birlikdə kənd qəbirstanlığına getmişlər. 15:30-da qəbirstanlığa çatıb Kamran Həbibillayevlə birlikdə orada kəsilib kənara yığılmış odunları mühərrikli mişar ilə doğrayıb kənara toplamışlar. Odunları doğrayıb qurtarmağa az qalmış təxminən 17:00-18:00 arası qazel sürücüsü həmkəndlisi Təqsirləndirilən şəxs zəng edib gəlib odunları evə aparmasını xahiş etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs qəbirstanlığa gəlmişdir. Onlar birlikdə odunu avtomaşının yük yerinə yığıb yaşadığı ev istiqamətinə hərəkətə başlamışlar. Qəbirstanlıqdan kəndə doğru gedən yol döngəli və enişlidir. Qəbirstanlıqdan bir qədər uzaqlaşdıqdan sonra yolun sərt eniş hissəsi vardır. Yolda enişin sərt hissəsində avtomaşının surəti birdən artmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əyləci bir neçə dəfə sıxıb avtomaşının sürətini azaltmaq istəsə də sanki əyləc işləməmişdir. Nakif demişdir ki, “Ə bu nədi deyəsən tormoz tutmur”. O, avtomaşının sərnişin yerində, orta hissədə, həmkəndlisi Kamran Həbibillayev isə sağ kənarda əyləşmişdir. Həmin vaxt avtomaşının sürəti çoxaldıqda Kamran Həbibillayev qapını açıb özünü yerə atmaq istəmişdir. Sürücü Təqsirləndirilən şəxs da avtomaşınının sürətini azaltmaq istəsə də, lakin avtomaşının sürəti azalmamışdır. Avtomaşının sürətinin çoxalmasını görən Kamran Həbibillayev qapını açıb özünü yerə atmaq istəyəndə o, Kamrana "Ay Kamran özünü atma" desə də Kamran ona qulaq asmayıb özünü avtomaşından atmışdır. Kamran Nakifin “Ə bu nədi deyəsən tormoz tutmur” sözündən təxminən 5-6 metr sonra özünü maşından atmışdır. Həmin vaxt Nakif avtomaşını saxlamaq üçün həm tormoz, həm də sürətlər qutusundan istifadə etsə də, saxlaya bilməmişdir. Avtomobil Kamran özünü atdığı yerdən təxminən 50-60 metr getdikdən sonra tormoz vasitəsilə dayanmışdır. Avtomaşın dayandıqdan sonra hər ikisi avtomaşından düşüb Kamran Həbibillayevin avtomaşından özünü atdığı yerə getmişlər. Nakif ondan 8-10 metr öndə getmiş, o da Nakifin arxası ilə getmişdir. Onlar Kamranın olduğu yerə çatanda fanarın işığında onun başının qanadığını görmüşlər. O, Kamranın nəbizini yoxlayanda nəbzinin vurmadığını və öldüyünü görmüşdür. Həmin vaxt Nakif Kamranın öldüyünü görüb həyacanlamışdır. Bu zaman o, Kamranın dayısı Şirin müəllimin yaşadığı evə zəng vurub Kamranın avtomaşından özünü atdığını və ölməsi barədə məlumat vermişdir. Hadisədən az sonra hadisə yerinə kəndin bələdiyyəsinin sədri Şahid3, daha sonra isə kəndin icra nümayəndəsi Şahin müəllim gəlmişdir. Həmin vaxt o və Nakif hadisə yerində olmuşlar. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Həmin yol-nəqliyyat hadisəsi konkret olaraq 14.01.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Şəki rayonu, Bideyiz kəndinin qəbirstanlığından kəndin mərkəzinə doğru enən kənd arası yolda baş vermişdir. Həmin vaxt avtomaşında sürücü Nakif, o və Kamran olmuş, başqa heç kim olmamışdır. Hadisə zamanı yolda və ətrafda heç kim olamışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs avtomaşını təxminən 20-30 kilometr saat sürətlə idarə etmişdir. Kamran özünü atanda isə maşının sürəti təxminən 25-40 km/saatadək artmışdır. Hadisə zamanı avtomaşının mühərrikinin işlək və ya sönülü olmasını xatırlamır. Hadisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə tormuzu sıxıb avtomaşını saxlamağa cəhd göstərmiş, deyəsən avtomaşının tormuzu tutmamışdır. Lakin enişi düşərkən avtomaşının sürəti çoxalanda Nakif bir neçə dəfə tormuz əyləcini və avtomaşının sürət qutusunu dəyişdirməklə avtomobili saxlamağa çalışmışdır. Həmin vaxt avtomaşın yolun enişli və döngəli yerində narahat getdiyinə görə, sonra da avtomaşının sürəti bir az artdığına görə Kamran qəza baş verəcəyini fikirləşdiyi üçün özünü avtomaşından atmışdır. Həmin vaxt sürücü Nakifin avtomobili dayandırmaq üçün əl tormuzundan istifadə edibetməməsini xatırlamır. Nakif avtomaşını idarə edən zaman avtomaşının sürətini azaltmaq istəmişdir. Nakifin Kamrana, özünü atmaması barədə nəsə deməsini eşitməmişdir. Onun Kamrana, «Ay Kamran özünü atma» deməsini yəqin ki, Nakif eşitmişdir. Çünki bu sözləri Kamrana uca səslə demişdir. O, Kamrana «Ay Kamran özünü atma» deməyi ilə Kamranın özünü atması anına kimi təxminən 4-5 saniyə müddət keçərdi. Kamran özünü atandan sonra qapı açıq qalmış və Nakifin deməsi ilə qapını bağlamışdır. Kamranın özünü atandan sonra Nakiflə heç nə danışmamışlar. Kamran özünü atandan sonra düşünməmişdir ki, o, ölüb. Nakif hadisədən sonra Kamranın jaketinin cırılmış hissəsini maşının kilid hissəsindən aşkar edərək ona göstərmişdir. Kamranın maşının bort hissəsində olması və onun ağaca ilişərək yerə yıxılaraq ölməsi kimi ifadələr işlətməmişdir. Avtomobilə yığlmış odunların quru olduğunu və avtomobilin yükünün elə də ağır olmadığını bildirmişdir. Bildirmişdir ki, avtomobilə həmin vaxt ona yüklənmiş odunun 1.5 misli qədər də əlavə odun yığmaq mümkün olarmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, 1981-ci ildən yaşadığı Şəki rayonu, Bideyiz kənd tam orta məktəbində Coğrafiya fənni üzrə müəllim işləyir. Yaşadıqları kənddə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmiş X5 onun bacısı Mənsurə Alxasovanın oğludur. Bacısının iki oğlan övladı olmuşdur. Mənsurə Alxasova uzun illər yaşadıqları kəndin orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. Uzun illər əvvəl şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişələr səbəbindən həyat yoldaşı Rəfiq Həbibillayevdən ayrılmışdır. Bacısının böyük oğlu Zərərçəkmiş şəxs ailə qurub ayrılmış, Mənsurə Alxasova kiçik oğlu, yəni X13 ilə birlikdə yaşamışdır. 14.01.2021-ci il tarixdə evdə olarkən həmkəndlisi Şahid1 ona zəng edərək odun gətirərkən bacısı oğlu X12 İskəndərovun idarə etdiyi Qazel markalı avtomaşının təkəri altına düşərək öldüyünü və təcili olaraq kəndin qəbirstanlığına gedən yola getməyini bildirmişdir. Bundan sonra o, dərhal bacısı oğlu Zərərçəkmiş şəxs zəng edib qardaşı Kamranın başına gələn hadisə barədə məlumat vermişdir. Sonra isə İmranın yaşadığı ünvana gedib onu da götürüb hadisə yerinə getmişdir. Hadisə yerinə çatarkən bacısı oğlu X13in cansız cəsətinin kəndin mərkəzinə doğru gedərkən yolun sağ kənarında sağ üzü üstə yerdə olduğunu görmüşdür. O, dərhal yaxınlaşıb Kamranı arxası üstə çevirmişdir. Həmin vaxt X13in bədəninin isti olduğunu, lakin sağ üzünün, başının və beyninin əzildiyini, beyninin isə bir neçə yerə səpələndiyini görmüşdür. Sonra əliylə onun bədən hissəsini yoxlamış, onun bədənində xəsarət olmasını hiss etməmişdir. Həmin vaxt orada kəndin icra nümayəndəsi Şahid4 və kəndin bələdiyyəsi Şahid3 və bir neçə adını xatırlamadığı kənd sakinlərinin hadisə yerində olmasını görmüşdür. Bacısı oğlu Zərərçəkmiş şəxs X11in cansız cəsətini görüb onu qucaqlayıb ağlayarkən o, İmranı sakitləşdirməyə çalışmışdır. Onların hadisə yerinə gəlmələrindən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. Bütün bunlardan sonra öyrənmişdir ki, bacısı oğlu Kamran Həbibillayev həmkəndlisi Şahid1 kəndin yuxarı hissəsində yerləşən qəbirstanlıqda odun kəsməyə kömək etmək üçün getmiş, odun kəsib qurtardıqdan sonra onlar odunu Təqsirləndirilən şəxs Qazel markalı avtomobilinə yükləmişlər. Onlar yolda gələrkən Təqsirləndirilən şəxs avtomaşının tormuzu tutmamış və yaxud da nəsə olmuşsa bacısı oğlu Kamran Həbibillayev qorxaraq özünü avtomaşından yerə atmışdır. Həmin vaxt onun jaketi qapının kilidinə ilişmiş, ona görə avtomaşının təkəri altına düşmüş, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonradan Təqsirləndirilən şəxs avtomaşınının sağ arxa təkərinə baxarkən təkərin qabaq və arxasında olan rezinin üzərində beyin hissəciklərinin olmasını görmüşdür. Təkərin üzəri də yaş olduğuna görə fikirləşimiş ki, Təqsirləndirilən şəxs hadisədən sonra təkərin üzərində olan qanı yumuşdur. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı avtomaşının qapısının özü-özlüyündə açılma ehtimalı da vardır. Həmçinin göstərmişdir ki, Kamranın meyidi yerdə elə vəziyyətdə olmuşdur ki, onun baş nahiyəsi deyil, ayaq tərəfi yola daha yaxın istiqamətdə olmuşdur. Bundan başqa hadisədən heç bir məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayından Şəki rayonu, Bideyiz kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Kənd bələdiyyəsinin sədri kimi sakinlərin problemi olduğunda bacardığı qədər köməklik göstərməyə çalışır. 14.01.2021-ci il tarixdə təxminən saat 18:30-da evdə olan zaman Bideyiz kənd sakini Rufət İskəndərov ona zəng edib qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla Kamran Həbibillayevin üzərindən keçməsi barədə məlumat vermişdir. O, Rufət İskəndərov ilə danışdıqdan sonra dərhal kənd icra nümayəndəsi Şahid4 zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra isə bələdiyyənin mühasibi vəzifəsində işləyən Elman Mahmudova zəng edib avtomaşınla onu hadisə yerinə düşürməsini demişdir. Elman Mahmudov tez bir zamanda avtomaşınla gəlib onu evdən götürıb hadisə baş verdiyi yer istiqamətində getmişlər. Yolda olarkən təcili tibbi yardıma zəng etmiş, daha sonra isə Daxili İişlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Kəndin giriş hissəsində icra nümayəndəsi Şahid4 ilə qarşılaşmış, onunla görüşüb birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqlarında qaranlıq olmuşdur. Onlar qaranlıq olmasına baxmayaraq telefon işığı ilə hadisə yerinə piyada yaxınlaşmışlar. Hadisə yerinə çatdıqlarında X13 yerdə hərəkətsiz halda uzanmış vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt orada sürücü Təqsirləndirilən şəxs ilə kənd sakini Şahid1 dayandığını görmüşdür. Onlara yaxınlaşıb Kamran Həbibillayevin nəbzini yoxlamalarını xahiş etdiyində həmin şəxslər artıq Kamranın keçindiyini bildirmişlər. Onlar telefon işığı ilə Kamran Həbibillayevə baxdıqlarında onun başının əzildiyini və beyin hissəsinin ətrafa töküldüyünü görmüşlər. X13 üçün nəsə edə bilməmişlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları ilə təcili tibbi yadım gəlmişlər. Onlar hadisənin necə olmasını soruşduqlarında sürücü Təqsirləndirilən şəxs ilə Şahid1 kəndin qəbirstanlığından odun yığıb gələrkən yüklü olduğu üçün avtomaşının sürətinin artdığını, bundan ehtiyat etmək istəyən Kamran Həbibillayevin qapını açıb özünü yerə atarkən onun köynəyinin avtomaşının kilid yerinə ilişdiyini və onun kənara atıla bilmədiyi üçün avtomaşının təkarı altına düşdüyünü, nəticədə avtomaşın onun başından keçdiyinə görə hadisə yerində keçindiyini bildirmişlər. Onlar hadisə yerinə çatarkən orada Təqsirləndirilən şəxs ilə Şahid1 başqa heç kim olmamışdır. O, konkret olaraq baş vermiş hadisənin şahidi olmamışdır. O, Rufət İskəndərovun verdiyi məlumata əsasən hadisə yerinə getmişdir. Konkret olaraq hadisənin şahidi olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 analoji ifadə verərək Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ekspert X18 göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində ekspert vəzifəsində işləyir. Bildirmişdir ki, Şəki ŞRPŞ-nin İB-nin məhkəmə avtotexniki ekspertizasının keçirilməsi barədə 22.02.2021-ci il tarixli qərarı 26.02.2021-ci il tarixdə MEM-ə daxil olmuşdur. Qərarda göstərilən sullarla bağlı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirmiş və bu barədə 12 mart 2021-ci il tarixli, 8/444 nömrəli rəy vermişdir. Rəyə əsasən "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qənaətinə gəlmiş və bu barədə rəy vermişdir. Ona verilən suallara cavabında qeyd etmişdir ki, o, ekspertiza rəyini Şəki ŞRPŞ-nin İB-nin məhkəmə avtotexniki ekspertizasının keçirilməsi barədə 22.02.2021-ci il tarixli qərarının təsviri hissəsində göstərilmiş və həmin qərarda qoyulmuş suallara əsasən vermişdir. Bildirmişdir ki, "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və o, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 14 yanvar 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəki rayonu, Bideyiz kəndinin qəbristanlığından kəndin mərkəzinə doğru gedən yolda baş vermişdir. Hadisə baş verən yerdə yol torpaqlı və daşlı olmaqla qurudur. Yolun sağ hərəkət hissəsinin kənarında kişi meyidi olması, meyidin sifəti və baş nahiyyəsi defarmasiyaya uğramış formada olması müəyyən edilmişdır. İşdə olan 14 yanvar 2021-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs məxsus Qaz 33021 yük markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobildə heç bir zədələr yaranmamışdır. İşdə olan 14.01.2021-ci il tarixli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Tibbi müəayinəsi Aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ayıq olmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizanın 12 fevral 2021-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir. - Həyatla bir araya sığmayan travma, açıq kəllə beyin travması, baş nahiyəsinin əzilmiş-cırılmış yarası, kəllə tağı, kəllə əsası və üz skelet sümüklərinin çox saylı, basılmış, dağılmış sınıqları, baş beyin maddəsinin və baş beyin qişalarının əzilib dağılıması, xaricə evakuasiyası. - X1 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə əmələ gəlməsi mümkündür, avtomobilin baş nahiyəsi üzərindən keçməsi zamanı əmələ gəlməsi istisna edilmir. - X1 ölümünə səbəb həyat ilə bir araya sığmayan travma, açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilmiş və evakuasiyası olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölüm meyitin məhkəmə-tibbi ekpertizasından 3-4 saat əvvəl baş vermişdir. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının 18.02.2021-ci il tarixli cavabından görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2021-ci il tarixdə saat 18:30 radələrində Şəki rayonu, Bideyiz kəndində kəndarası yolda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Bideyiz kənd sakini Şahid1 başqa yaxınlıqda və ətrafda heç kim olmamış, hadisə yerinə yaxın ərazidə çayxana, kafe, ictimai-iaşə obyektləri, müşahidə kameraları, yoldan keçən digər avtonəqliyyat vasitələri olmadığı, həmçinin yol-nəqliyyat hadisəsi törətmiş və X3 ölümünə səbəb olmuş sürücü Təqsirləndirilən şəxs ilə Kamran Həbibillayev və ailə üzvüləri arasında ədavəti və ya düşmənçilikləri olmadığı müəyyən edilmişdir. İşdə olan Şəki "xxxx" ASC-nin 22 fevral 2021-ci il tarixli 05 nömrəli arayışından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məxsus Qaz 33021 markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilə Şəki Oğuz şossesi-4 də yerləşən Şəki "xxxx" ASC-nin texniki xidmət stansiyasının mütəxəssisi tərəfindən baxış keçirlidiyi, baxış zamanı avtomobilin tormuz sisteminin düzgün işlədiyi, istismara yararlı olduğu, avtomobilin qəzalı vəziyyətdə olmaması müəyyn edilmişdir. İşdə olan məhkəmə-lifli ekspertizanın 11 fevral 2021-ci il tarixli 17/106 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş "Qaz 33021" markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturcağından götürülmüş parolon qupkanın üzərindən tapılmış açıq-göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş, "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağından götürülmüş parolon qubkanın üzərindən tapılmış açıqsarı rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş, "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağından götürülmüş parolon qubkanın üzərindən tapılmış boz rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə mərhum X4 məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş, "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağından götürülmüş parolon qubkanın üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə mərhum X4 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş, "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağının üzərindən götürülmüş 01 ədəd tünd-boz rəngli parça hissəsinin tərkib lifləri cinsi əlamətlərinə görə mərhum X4 məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. Ekspertiza xərci 71.94 manat təşkil edir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 mart 2021-ci il tarixli 8/444 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərci 100 manat təşkil edir. İşdə olan məhkəmə-trasoloji ekspertizanın 30 mart 2021-ci il tarixli 3/399 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş uzunqol jaketin və bir ədəd parça hissəsinin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş uzunqol jaketin və bir ədəd parça hissəsinin səthində olan zədələr ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədələr əmələ gəlmə mexanizminin kriminalstik tədqiqat aparılması yolu ilə müəyyn edilməsi mümkün deyil. Qeyd olunan zədələrin müxtəlif şəraitdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Təqdim edilmiş bir ədəd uzunqol jaket bir ədəd parça hissəsi ilə əvvəllər vahid bütövlük təşkil etmişdir. Ekspertiza xərci 64 manat təşkil edir. İşdə olan 7 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən 05.03.2021-ci il tarixdə verilmiş 216 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs idarəçiliyində olmuş "Qaz 33021" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində olan və müxtəlif ölçülərdə doğranmış odun tam quru olmaqla yığım forması pərakəndə halda olduğundan sıx kub/metr həcmi 1.7 kub/metr təşkil edir. İşdə olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Psixatiriya xəstəxanasının 24.02.2021-ci il tarixli 307 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İşdə olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Narkoloji Şöbəsinin 01.03.2021-ci il tarixli 322 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bu günə kimi məhkumluğu olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 aprel 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28638 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan Şəki şəhər Hərbi komissarlığı tərəfindən verilmiş 036885 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı kimi imtiyaz və güzəştlərə malikdir. İşdə olan Şəki ŞİHB-nın Baş Küngüt nümayəndəliyi tərəfindən verilmiş 04.02.2021ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən kənddə yaşamaqla himayəsində 2007-ci və 2011-ci illərdə anadan olmuş iki övladı var, xasiyyətnamə üzrə müsbət xarakterizə olunmuşdur. Birinci Qarabağ müharibəsi veteranıdır. İşdə olan AZ-İİ 588990 və AZ-İ 987242 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci və 2011-ci il təvəllüdlü Rəvan və Roman adlarında 2 azyaşlı uşağı vardır. İşdə olan DİN BDYPİ-nin 30.03.2021-ci il tarixli, 016-466 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki RQİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki rayonu, Bideyiz kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs DİN BDYPİ-nin Şəki RQİ və TB şöbəsindən 27.03.2014-cü il tarixdən 27.03.2024-cü il tarixədək etibarlılıq müddəti olan “BC” kateqoriyalı AE 707326 nömrəli sürücülük vəsiqəsi almışdır. Araşdırma zamanı məhkəmə hadisə yerinə baxış keçirilməsi qənaətinə gəlmiş və məhkəmə dövlət ittihamçısının, zərərçəmiş şəxsin hüquqi varisinin, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin iştirakı ilə hadisə baş verən Şəki rayonun Bideyiz kəndində qəbrstanlığa yaxın yerə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə Bideyiz kəndinin kənd qəbiristanlığından kəndə enən hissəsində baş vermişdir. Həmin vaxt təqsirləndirilən şəxs odunların yığıldığı yeri, avtomobilin hərəkət istiqamətini, hadisənin baş verdiyi yeri və idarə etdiyi avtomobili dayandırdığı yeri göstərmişdir. K.Həbibillayevin vəfat etdiyi yerə nisbətən böyük qaya daşları qoyulmuşdur. Müəyyən edilmişdir ki, odunların yığıldığı dağın ətəyinin yuxarı hissəsində yolun olmasına dair işarələr mövcud olmasa da hadisə baş verən yerdən təxminən 30-40 addım yuxarı hissədən qəbistanlıqdan kəndə enən nisbətən daşlı, nahamar torpaq yol vardır. Həmin yolda yağış sularının yaratdığı su axınının yerləri mövcuddur. Hadisə baş verən yerdən təxminən 10-15 addım yuxarı yolun nibətən daha enişli hissəsi başlanır. Təqsirləndirilən şəxs deməsinə görə avtomobili məhz həmin hissədən etibarən daha da sürət yığmış və təxminən 25-40 km/saat sürətlə hərəkət etmişdir. Sədrlik edən baxış zamanı kəndin qəbiristanlıqdan enən hissəsində Təqsirləndirilən şəxs avtomobilinin eynisi olan Qaz 33021 markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobil aşkar etmiş və həmin avtomobilin sürücüsündən qəbirstanlıqdan enən yolla aşağı düşməsini xahiş etmişdir. Avtomobilin sürücüsü bununla razılaşmışdır. Həmin vaxt zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs də avtomobildə əyləşmək istəmişdir. Bundan sonra sədrlik edən, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Qaz 33021 markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilin salonunda əyləşərək hadisə baş verən yerə doğru hərəkət edilmişdir. Sədrlik edən sağ qapı tərəfdə sərnişin yerində əyləşmişdir. Avtomobildə hər hansı yük olmamışdır. Sədrlik edənin göstərişi ilə hadisə baş verən yolun lap yuxarı hissəsində sürücü hərəkətə başlamışdır. Sürücü hərəkətə başlamazdan əvvəl ona verilən suala cavabında bildirmişdir ki, qeyd edilən yolu sürətlər qutusuz (yəni xolostoyda) idarə edilməsi mümkünsüzdür, bunu etmək olmaz. Sürücü avtomobili maxsimum 5-10 km/saatla idarə etmişdir. Elə həmin sürətlə də gəlib hadisə baş verən yerin (Kamranın vəfat etdiyi) yanından keçib 30-40 metr aşağıda dayanmışdır. Sədrlik edənin xahişi ilə sürücü yenidən arxa-arxaya gedərək yolun yuxarı hissəsində dayanmışdır. Həmin zaman sədrlik edən sürücüyə bildirmişdir ki, avtomobilinin sürətini nə qədər bacarırsa artırsın və hadisə baş verən yerə çatanda qapının açılmasını eşidən kimi avtomobilinin əyləcini sıxsın. Sürücü avtomobilini hərəkətə gətirmiş və hadisə baş verən yerə təxminən 7-8 metr qalmış avtomobilinin sürət göstəricisi 15 km/saatı göstərmişdir. Bu zaman sədrlik edən tərəfindən qapı qəfldən açılmış, həmin anda sürücü əyləci sıxmış və avtomobil təxminən 1 metr məsafə keçməmiş dayanmışdır. Sürücüyə verilən suallara cavabında demişdir ki, əgər avtomobildə yük olarsa avtomobilin qeyd edilən yolda sürəti 20-25 km/saata qədər arta bilər. Göstərmişdir ki, qeyd edilə yolu yüklü avtomobillə 40-50 km/saatla yenmək təhlükəlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq həll edildiyi halda, bir sıra hallarda məhkəmələr işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirmir, təqsirləndirilən şəxslərlə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət vermirlər. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin bənddə məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmçinin həmin Qərarın 21-ci bəndinin 2-ci abzasında göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsinin yükünün xüsusiyyətlərini və vəziyətini, yol və metoroloji şəraiti, xüsusi hərəkət istiqamətində görmə şəratini nəzərə almaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda buna riayət etməyərək, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Qaz 33021 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Bideyiz kəndinin qəbristanlığından kəndin mərkəzi hissəsinə doğru gedən döngəli, enişli və daşlıq yolda avtomobili 40-50 km/saat sürətlə təhlükəli idarə etdiyi üçün, avtomobilin sərnişin oturacağının sağ kənarında oturmuş X5 avtomobilin sürətinin artmasını gördükdə baş verə biləcək hadisədən yayınmaq üçün avtomobilin sağ qapısını açıb özünü yerə atmaq istəyən zaman əynindəki jaketin ətəyi avtomobilin qapısının kilidinin bağlanan hissəsinə ilişdiyindən Kamran Həbibillayev avtomobilin sağ arxa təkəri altına düşmüş, həmin vaxt sürücü Təqsirləndirilən şəxs təhlükəni görüb avtomobilin arxa sağ təkəri yerə yıxılmış sərnişinə çatmadan avtomobili dayandırmağa texniki imkanı olmasına baxmayaraq, yəni avtomobilin əyləcini basıb tam dayanma vəziyyətinə gətirməli olduğu halda buna əməl etməyib avtomobilin hərəkətini davam etdirmiş, nəticədə Kamran Həbibillayev aldığı həyatla bir araya sığmayan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə dövlət ittihamçısının, zərərçəmiş şəxsin hüquqi varisinin, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin iştirakı ilə hadisə baş verən yerə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, yüklü avtomobillə hadisə baş verən yolda nəinki 40-50 km/saatla, həmçinin Təqsirləndirilən şəxs və Şahid1 qeyd etdikləri kimi 25-40 km/saatla da idarə etməklə hərəkət etmək təhlükəlidir. Yuxarıda bəhs edilən Plenum qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozuntusu olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olması göstərilmişdir. Məhz qeyd edilən qayda pozuntusu ilə K.Həbibillayevin ölümü arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxs K.Həbibillayevin də qeyd olunan hadisənin baş verməsində müəyyən təqsirli davranışları olmuşdur. Belə ki, əgər K.Həbibillayev özünü avtomobilin qapısını açaraq yerə atmamış olsa idi hazırda törədilmiş cinayət əməli baş vermiş olmayacaqdı. Araşdırma zamanı müəyyən edilmişdir ki, avtomobilin salonunda sürücü Təqsirləndirilən şəxsla yanaşı iki sərnişin - Şahid1 və K.Həbibillayev özü olmuşdur. Sərnişinlərdən biri, eyni zamanda iş üzrə şahid olmuş Şahid1 hadisə baş verən zaman özünü avtomobildən atmamış və hər hansı xəsarət almamışdır. Həmçinin sürücü Təqsirləndirilən şəxs da hər hansı xəsarət almamışdır. Bu mənada məhkəmə zərərçəkmiş şəxs K.Həbibillayevin hərəkətlərində qarşılıqlı təqsirin elementlərinin olması qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs K.Həbibillayev Təqsirləndirilən şəxs avtomobilində sərnişin kimi əyləşmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində sərnişinin vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən Sərnişin: 1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minibdüşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın); 2) hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır; Həmçinin həmin Qanunun 56-cı maddəsinin X bəndinə görə sərnişinlərə aşağıdakılar qadağan edilmişdir: 1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya güclə açmaq; 3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq; 4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq; Göründüyü kimi qanunvericilik vətandaşlara nəqliyyat vasitələrində sərnişin qismində olduğu zaman onların üzərinə qanunla müəyyən edilmiş vəzifələr qoymuşdur. Lakin zərərçəkmiş şəxs K.Həbibillayev qanunla sərnişin kimi onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş və hərəkətdə olmuş nəqliyyat vasitəsinin qapılarını açaraq özünü çölə atmaq istəmiş, lakin bu zaman o hərəkətdə olan avtomobilin təkərləri altına düşərək həyatını itirmişdir. Həmçinin araşdırma zamanı məhkəmə “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndinin 2-ci abzasında göstərilənləri təhlil edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan hər hansı cinayət törətməmiş, əvvəllər inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin özünün qarşılıqlı təqsiri mövcud olmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən qaçmamışdır. Buna görə də məhkəmə hesab edir ki, bütün yuxarıda şərh olunanlar cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs 263.2-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, məhkəmə tibbi, məhkəmə yol nəqliyyat hadisələri, məhkəmə trasoloji, məhkəmə lifli materialların ekspertiza rəyləri, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi, protokolu və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən İ Qarabağ müharibəsi veteranı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə bütün yuxarıda şərh edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs çəkilməsi real olan, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisələrində çəkməlidir. 235 (iki yüz otuz beş) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə maddi sübut olan Qaz 33021 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin sağ sərnişin oturacağı üzərindən götürülmüş uzunluğu 0.80 m, eni 0.8 m olan qara rəngli parça, avtomobilin sürücü və sərnişin oturacaqlarından parolon qupka vasitəsilə götürülmüş lifli nümunələr məhv edilməlidir. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəng cins şalvar, 01 ədəd sarı rəngli köyənk və 01 ədəd qara rəngli gödəkcə hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə, həmçinin zərərçəkmiş şəxs X4 məxsus bir ədəd qara rəngli papaq, bir ədəd cins şalvar, bir ədəd jaket və bir ədəd qara rəngli polver hökm qanuni qüvvəsini aldıqdan sonra hüquqi varisi Zərərçəkmiş şəxs Rəfiq oğluna qaytarılmalıdır. İş üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353 və 356-cı maddələrinə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 235 (iki yüz otuz beş) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə maddi sübut olan Qaz 33021 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin sağ sərnişin oturacağı üzərindən götürülmüş uzunluğu 0.80 m, eni 0.8 m olan qara rəngli parça, avtomobilin sürücü və sərnişin oturacaqlarından parolon qupka vasitəsilə götürülmüş lifli nümunələr məhv edilsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəng cins şalvar, 01 ədəd sarı rəngli köyənk və 01 ədəd qara rəngli gödəkcə hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə, həmçinin zərərçəkmiş şəxs X4 məxsus bir ədəd qara rəngli papaq, bir ədəd cins şalvar, bir ədəd jaket və bir ədəd qara rəngli polver hökm qanuni qüvvəsini aldıqdan sonra hüquqi varisi Zərərçəkmiş şəxs Rəfiq oğluna qaytarılsın. İş üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar