Məhkəmə qərarları › İş №1(075)-48/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-48/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-48/2022 04.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki şəhəri X6 prospekti bina 180, mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri, tiryəki, heroini və qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarыndan artıq miqdarda narkotik vasitə olan tiryəki, heroini və qurudulmuş marixuananı əldə edib özündə daşıyaraq saxlamış, 31 yanvar 2022-ci ил таrиxdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 2 ünvanının yaxınlığında saat 15 radələrində saxlanılaraq Şəki şəhəri, X7 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, оrada şübhəli şəxs qismində tutulаrаq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbada təmiz çəkisi 46,852 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, şalvarın həmin cibindən 01 ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,912 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 31 yanvar 2022-ci il tarixdə saat 19:36-da hadisə yerinə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri Kərpiczavod adlanan yerdə olan yarım tikilidə gizlədib saxladığı 01 ədəd sellofan torbada, təmiz çəkisi 455 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2021-ci ilin noyabr ayının sonlarında Şəki rayonu Çeşməli kəndində yaşayan qohumlarından Şəki şəhərinə qayıtmaq üçün yolun kənarında dayanıb avtobus gözləyərkən yolun kənarında olan kolların arasında qara sellofan torba görmüş, yaxınlaşıb təpiklə torbanı yoxladıqda dolu olduğunu bilmişdir. Torbanın daxilinə baxdıqda görmüşdür ki, sellofanın içərisində qurudulmuş marixuana, tiryək və bir ədəd kağız bükümdə heroin vardır. Hərəsinin üstündən bir az götürmüş, qalanını sellofana qaytarıb qoymuşdur. Şəki şəhəri Kərpiczavod adlanan yerə getmiş, orada olan yarımçıq tikilidə sellofan torbanı orada gizlətmişdir. Aradan keçən təxminən 2 aydan çox olan müddətdə arabir gedib həmin narkotik vasitələrdən götürüb istifadə etmişdir. 30 yanvar 2022-ci il tarixdə Şəki şəhərində olan Kərpiczavodun yanında olan həmin yarımtikiliyə gedəndə orada olan heroni və tiryəki özü ilə götürmüşdür. “Kokosdan” istifadə eləmişdir. Həmin günün sabahısı evə yaxın ərazidə olarkən 2 nəfər mülki paltarda olan şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Onlarla birgə Şəki şəhər rayon polis şöbəsinə gəlmiş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, vəkillərin siyahısı təqdim edilmişdir. Ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmişdir. Sonra təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, da cibindən 01 ədəd sellofan torbada, narkotik vasitə olan tiryəki və 01 ədəd qara-ağ rəngli kağız bükümdə olan “kokosu”, yəni heroini çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən başqa heç nə aşkar olunmamışdır. Ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuş, o, da sellofan bükülüdə olan qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddənin tiryək olduğunu, qara-ağ rəngli kağız bükümdə olan narkotik vasitənin “kokos”, yəni heroin olduğunu, bunları 2021-ci ilin noyabr ayının sonlarında yolun kənarından tapdığını bildirmişdir. O, Şəki şəhərində, Kərpiczavod adlanan yerdə olan yarımçıq tikilidə narkotik vasitə olan marixuana saxladığını da demişdir. Təhqiqatçı daha sonra aşkar olunan narkotik vasitələri zərflərə qoymuş, qablaşdırmış və protokol tərtib edilmişdir. Daha sonra 31 yanvar 2022-ci il tarixdə axşam saatlarında o, iştirakçılar ilə birgə Kərpiczavod deyilən yerə getmişlər. Videoçəkilişlə keçirilən baxış zamanı yarımçıq tikiliyə daxil olaraq, tikilinin içərisində olan dəmir vedrənin altında gizlətdiyi, 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitəni ”nəşəni göstərmişdir. Narkotik vasitə olan marixuana ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmişdir. O, narkotik vasitələrdən arabir istifadə edir. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Ümumiyyətlə səhətində problemləri var. Anası onu bağışlayıb, cəzasını çəkib, normal həyata qayıtmaq, anasına yardım etmək istəyir. Qeyd olunanları, həmçinin əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan “Elnur” adlı şəxs narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğuldur. Araşdırma nəticəsində “Elnur” adlı şəxsin xx.xx.1981-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 31.01.2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yaşadığı evin yaxınlığında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Elnur Vəliyevə vəkillərin siyahısı təqdim edilmiş, dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş, təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs cibindən 01 ədəd sellofan torbada narkotik vasitə olan tiryək və 01 ədəd qara-ağ rəngli kağız bükümdə heroin aşkar olunmuşdur. Aşkar olunanlar ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Kərpiczavod adlanan yerdə narkotik vasitə olan marixuana saxlayır. Potokol tərtib edilmişdir. Bundan sonra həmin gün axşam saatlarında onlar Kərpiczavod adlanan əraziyə getmişlər. Videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə yarımçıq tikilidə gizlədib saxladığı selofan torbada narkotik vasitə olan marixuananı təqdim etmişdir. Aşkar olunan narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 31 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Çingiz oğlunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü və 1 ədəd qara rəngli kağız büküm aşkar olunaraq və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs sellofan bükülünü göstərərək içərisindəkini narkotik vasitə olan tiryək olduğunu, qara rəngli kağız bükümdə isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni Şəki şəhəri Kərpiczavod adlanan yerin yaxınlığında yerləşən yarımçıq tikiliyə, tikilinin içərisinə baxış keçirilmiş, baxış zamanı yarımçıq tikilinin içərisində, sağ divar boyunda, döşəmə hissəsinə yığılmış halda olan daşların arasında, dəmir qutunun altında qara rəngli sellofan bükülüdə yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə aşkar edilərək və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 01 fevral 2022-ci il tarixli, 17/113 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə... sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,912 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş,üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.... sözləri yazılmış digər zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 46,852 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş,üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə.... sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi-0,912qr, tədqiqata sərf edildi-0,050qr, qalıq-0,862qr. Tiryəkin təmiz çəkisi–46,852qr, tədqiqata sərf edildi–0,100qr, qalıq–46,752qr. Marixuananın təmiz çəkisi–455qr, tədqiqata sərf edildi–0,05qr, qalıq–454,45qr. (Aparılmış tədqiqatın dəyəri 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat təşkil edir). 02 fevral 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla 30 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 144 nömrəli 05 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi X3 Şəxs tərəfindən verilmiş 225/1 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19.08.2015-ci il tarixdən “Opoidlərin epizodik qəbulu” diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Narkoloji kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 10 mart 2022-ci il tarixli, 309 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji dispanserdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş 16 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki rayon Məhkəməsinin 25.12.2015-ci il tarixli qərarı ilə CPM-nin 513, 520-ci maddələrinə və CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 04 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 10.08.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 29.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəki Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 158 nömrəli 19.03.2022-ci il tarixli arayışdan və 08.03.2022-ci il tarixli xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri Məmmədəmin Rəsulzadə küçəsi 180 saylı binanın 4 saylı evində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da, təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl CM-nin eyni maddəsi ilə iki dəfə məhkum olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət törətməyə meyillidir, əvvəllər ona təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 31 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyya olması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra çəkisi tədqiqatdan sonra 0,862 qram olan heroin, 46,752 qram olan tiryək, 454,45 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin və cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 0.862 qram olan narkotik vasitə - heroin, 46.752 qram olan narkotik vasitə - tiryək, 454.45 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 107.91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar