Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-48/2023 14.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, tutulana qədər həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, həm satış, həm də satış məqsədi olmadan, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarında, ümumi təmiz çəkisi 0,027 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 23 dekabr 2022-ci il tarixdə saat 16:20 radələrində həmin psixotrop maddəni qanunsuz olaraq Şəki şəhəri, X13 küçəsində yerləşən «Məmmədəfəndi» ziyəratgahının qarşısında, küçədə tanışı Şahid1 20 manata satmış və 23 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən «Hava Bürosu»nun inzibati binasının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 11:30 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs əldə edib istifadə etmək məqsədi ilə üzərində daşıyaraq saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarında, ümumi təmiz çəkisi 0,027 qram Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 23 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində Şəki şəhəri, X9 prospektində yerləşən «Aşağı Karvansaray»ın yaxınlığında həmin tarixdə saxlanılaraq Şəki şəhəri, X9 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 17:30 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə məhkum olunandan sonra narkotik vasitə qəbul etmirdi. Təxminən bir neçə ay olar ki, narkotik vasitə olan kakos, yəni heroin və patı, yəni metamfetamin qəbul edir. Şəki şəhər sakini Elmanla türmə yoldaşı olmaqla onunla bir korpusda cəza çəkmişdir. Azadlığa çıxandan sonra da Elmanla yaxın münasibəti olmuşdur. Tutulmamışdan bir gün qabaq o, idarə etdiyi “Vaz-2106” markalı avtomaşını ilə özü tək Bakı şəhərinə gedən zaman Şamaxı rayonunda bir nəfər ona əl edib saxladıb Bakı şəhərinə getmək istədiyini bildirmiş, o da həmin şəxsi götürmüşdür. Bir qədər getdikdən sonra həmin şəxs onu narahat görüb nə olduğunu soruşmuş, o da həmin şəxsə demişdir ki, anası rəhmətə gedib, özü də narkotik vasitə qəbul edir, ancaq yoxudur. Həmin şəxs ona demişdir ki, ona 40 manata narkotik vasitə təşkil edə bilər. Həmin vaxt Elman ona təsadüf zəng edəndə, o, Elmana demişdir ki, narkotik vasitə var, 40 manata verir, alsınmı? Elman da ona «al» demişdir. O da həmin şəxsə 40 manat pul verib bir büküm kakos, yəni heroin və iki büküm patı, yəni metamfetamin almışdır. O, Bakı şəhərinə gedib həmin şəxsi düşürüb, öz işini görüb Şəki şəhərinə qayıtmışdır. Aldığı metamfetaminin bir bükümünü özü qəbul etmişdir. xx.xx.2022ci il tarixdə səhər saatlarında Elman ona zəng edib patı istəmiş, o da Elmana demişdir ki, «Məhəmmədəfəndi» ziyarətinin yanına gəlsin. Sonra o, idarə etdiyi “Vaz-2106” markalı avtomaşını ilə Şəki şəhərində yerləşən «Məhəmmədəfəndi» ziyarətinin yanına gəlmiş, Elman orada onu gözləmişdir. O, çatıb avtomaşını Elmanın yanında saxlamış, sonuncu gəlib avtomaşına oturmuş, o, avtomaşını üzü aşağı sürüb, qabaqdan sağa doğru dönüb “Hava bürosu”nun binasının yaxınlığında saxlamış, üstündə olan metamfetamini çıxarıb Elmana vermişdir. Elman da avtomaşından düşmüşdür. O, avtomaşını sürüb oradan uzaqlaşmışdır. Bir qədər gedəndən sonra görmüşdür ki, oturacağın üstündə 20 manat pul var. Başa düşmüşdür ki, Elman maşından düşəndə 20 manat pulu oturacağın üstünə qoymuşdur. Günortadan sonra o, Şəki şəhərində yerləşən “Aşağı Karvansaray”ın yanında dayandığı vaxt mülki geyimdə iki nəfərin ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, ona narkotik vasitə qəbul etməkdə, saxlamaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, buna görə də üzərinə baxış keçirilməsi vacibliyini bildirib Polis Şöbəsinə dəvət etdiklərindən etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Şəki Şəhər Polis Şöbəsinə gəlmişdir. Şöbədə olarkən müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonu, sol yan cibindən idarə etdiyi “Vaz-2106” markalı avtomaşının açarlarını, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə heroini, şalvarın arxa sol cibindən ümumilikdə 37 manat pulları çıxarıb stolun üstünə qoyub, üstündə başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra müstəntiq onun üstünü axtarmış, lakin heç nə aşkar olunmamışdır. Müstəntiq onun üstündən aşkar olunmuş bükülünü açıb iştirakçılara göstərdikdən sonra zərfin içərisinə qoyub bağlayıb möhürləmişdir. Tərtib edilmiş protokol düz yazıldığı üçün o, da digər iştirakçılarla birlikdə imza etmişdir. Elmanla yaxın münasibəti olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin o, Elmandan başqa heç kimə narkotik vasitə verməmişdir. Üstündən aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə deyil, istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Şəxsi istehlak miqdarından artıq narkotik vasitəni üzərində gəzdirdiyi və həmin narkotik vasitədən Şahid1 da verdiyi üçün peşmandır. O, qeyd etdiklərinin nəzərə alınaraq ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, o, təxminən bir ilə yaxındır kakos və patıdan, yəni narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Şəki şəhər sakini Niyazını təxminən bir ildir tanıyır. Belə ki, onun həyətinin qarşısında halva sexi vardır. Bir il qabaq Niyazı halva sexinin qarşısında yerləşən “Oba” marketdə satıcı işləmişdir. Niyazı ilə “Oba” marketdə satıcı işlədiyi müddətdə tanış olmuşdur. Niyazı bilirdi ki, o, narkotik vasitə qəbul edir. Həmçinin Şəki şəhər sakini «Dəli» ləqəbli Rafiqlə türmədə tanış olmuşdur. Türmədən çıxandan sonra Rafiqlə yaxın əlaqəsi yaranmışdır. Ona narkotik vasitə və ya psixotrop maddə lazım olanda Rafiqdən almışdır. Tutulmamışdan təxminən 4-5 gün qabaq Niyazı ona yaxınlaşıb, patı, yəni metamfetamin qəbul etmək istədiyini bildirib, haradan tapmağın mümkün olduğunu soruşmuşdur. O, da Niyazıdan, narkotik qəbul etməsini soruşmuş, Niyazı da ona, bir az vaxt olar qəbul etməyə başladığını demişdir. Həmçinin Niyazı ona demişdir ki, «eşitmişəm dəli ləqəbli Rafiqdə var, amma mən onu tanımıram, Rafiqlə tanışlığın varsa onun üçün ala bilərmi»? O, Niyazıya, maraqlanıb bir söz deyər, demişdir. Axşam o, Rafiqə zəng edib metamfetamin olubolmadığını soruşmuş, Rafiq də ona olduğunu bildirmişdir. Axşam saat təxminən 18 radələrində o, Niyazıya zəng edib harada olduğunu soruşmuş, sonuncu da ona, Dram teatırın binasının yaxınlığında olduğunu demişdir. Zəng edib şəhərin mərkəzində Rafiqlə görüşmüş, sonuncunun idarə etdiyi Vaz- 21 06 markalı avtomaşınla Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən Dram Teatrın binasının sağ tərəfinə gəlmişdir. Niyazı orada dayanmışdır. O, avtomaşında Rafiqdən bir çet metamfetamini götürüb, üstündəndə bir az özü istifadə etmək üçün götürmüşdür. Çatan kimi o, avtomaşından düşüb Niyazıdan 20 manat pulu götürüb Rafiqə vermiş, Rafiq çıxıb getmişdir. Rafiqdən götürdüyü metamfetamin olan bükülünü Niyazıya verib demişdir ki, «halallığını ver, üstündən özüm üçün bir az götürmüşəm». Niyazı da halallığını verib çıxıb getmişdir. O da özünə götürdüyü metamfetamini xəlvət istifadə etmişdir. Bundan sonra 22 dekabr 2022-ci il tarixdə axşam tərəfi Niyazı yenə zəng edib metamfetamin istəmişdir. O, Niyazıya, maraqlanıb deyəcəyini, demişdir. O, Rafiqə bir neçə dəfə zəng etmiş, lakin Rafiqin mobil telefonu bağlı olmuşdur. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Rafiqə zəng etmiş, yenə zəng çatmamışdır və Rafiq telefonu açanda, metamfetamin lazım olduğunu bildirmişdir. Rafiqdə «var» demişdir. Sonra o, Niyazıya zəng edib, patı olduğunu bildirib, harada olduğunu soruşmuşdur. Niyazı da, evdən çıxdığını, 10 dəqiqəyə evinin yanına çatacağını demişdir. O, Rafiqə zəng edib harada görüşəcəyini soruşmuş, Rafiq də ona, «Məhəmmədəfəndi» ziyarətgahının yanına gəlməsini demişdir. Təxminən 10 dəqiqədən sonra Niyazı onun evinin qarşısına gəlmişdir. Niyazı ona 20 manat pul verəndə, o, Niyazıya, üstündə əlavə pul olmadığını, birdən Rafiq gəlib çıxmasa, başqa əraziyə gedəsi olsa taksiyə verməyə üstündə pul olmadığını bildirmişdir. Niyazı da ona 2 manat pul verib, üstündə başqa pulu olmadığını bildirmişdir. O, hər ehtimala qarşı 2 manatı da götürmüşdür. Sonra Niyazı ilə birlikdə yaşadığı evin qarşısında yerləşən 2 mərtəbəli evlərin arasından Şəki şəhərində yerləşən “Hava bürosu”nun binasının yanına, oradan da «Məhəmmədəfəndi» ziyarətgahının yanına getmişlər. Orada yerləşən işıqforun yanına çatanda o, Niyazıya demişdir ki, ondan bir az aralıda dayansın, Rafiq gəlib onu görməsin. Niyazı da təxminən 5-6 metr arxaya çəkilmişdir. Bu vaxt Rafiq idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla gəlib onun yanında saxlamış, o, avtomaşının qabaq sərnişin oturacağına oturmuşdur. Rafiq avtomaşını qabağa doğru sürüb sağa “Hava bürosu”nun yerləşdiyi istiqamətə sürüb saxlamışdır. O, 20 manat pulu Rafiqə vermiş, Rafiq pulu götürüb ona içərisində meatmfetamin olan bir ədəd bükülü vermişdir. O, həmin bükülünü götürüb əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibinə qoymuş və avtomaşından düşmüşdür. Rafiq avtomaşını sürüb getmişdir. O, Niyazıya zəng edib “Hava bürosu”nun yanına gəlməsini bildirmişdir. O da gəlib çıxmış, Niyazı onun yanına çatan kimi mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onların narkotik vasitələrin qəbul etməkdə, saxlamaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğuqlarını bildirib, buna görə Polis Şöbəsinə dəvət etmişlər. Vəziyyəti başa düşüb Niyazı ilə o, etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Şəki Şəhər Polis Şöbəsinə gəlmişlər. Şöbədə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Baxış zamanı üzərində sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü digər əşyalarla birlikdə çıxarıb stolun üstünə qoymuşdur. Müstəntiq aşkar olunmuş bükülünü açıb iştirakçılara göstərdikdən sonra zərfin içərisinə qoyub bağlayıb mohürləmişdir. Həmçinin göstərmişdir ki, Rafiqi təxminən 5-6 ildir tanıyır. Rafiqlə onun yaxın tanışlıq münasibəti vardır. Onların arasında heç bir ədavət və ya düşmənçilik olmayıb və yoxdur. O, əvvəllər istifadə etdiyi metamfetamini və ya heroini Rafiqdən almışdır. Niyazı ona heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış və ya pay verməmişdir. Niyazı özü isə ondan iki dəfə metamfetamin istəmiş, Niyazının xahişini yerinə yetirib birinci dəfə 20 manat alıb Rafiqə verib bir büküm metamfetamin alıb Niyazıya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. “Niyazı” və “Elman” adlı şəxslərin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbul etmələri, üzərində saxlamaları və satışı ilə məşğul olmaları barədə 23 dekabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Əli Xəlilova əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman, “Niyazı” adlı şəxsin, xx.xx.1991-ci ildə təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid2 və “Elman” adlı şəxsin xx.xx.1973-cü il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid1 olmaları müəyyən edilmişdir. Həmin məlumat Əli Xəlilov tərəfindən rəsmiləşdirilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Şahid2 və Şahid1 cinayət əməlinin ifşa olunaraq onların cinayət başında yaxalanmaları məqsədi ilə Əli Xəlilov, o, özü, Şəki ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Toğrul Mustafazadə və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat təxminən 10:40 radələrində Əli Xəlilov, Toğrul Mustafazadə, Şahid4 və o, özü birlikdə Şəki şəhəri, Şərbablar küçəsində əməliyyat tədbirləri keçirən zaman həmin küçədə yerləşən “Hava bürosu”nun yaxınlığında Şahid1 və Şahid2 müəyyən edib yaxınlaşaraq onlara polis əməkdaşları olduqlarını və onların narkotik vasitə əldə etmələri, üstündə saxlamaları və narkotik vasitənin satışı ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getmələrini demiş və birlikdə polis şöbəsinə gəlmişlər. Müstəntiq tərəfindən Şahid1 şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilməklə video çəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmiş, sonuncu da etiraz etməmişdir. Şəxsi axtarış aparılan zaman Elmanın əynindəki göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülü, göy rəngli cins şalvarın sol yan cibindən isə 2 ədəd bir manatlıq olmaqla cəmi iki manat pul aşkar edilmişdir. Kağız bükülü açılıb baxıldıqda içərisində ağ rəngli kristal maddə aşkar edilmişdir. Elman həmin maddənin metamfetamin olduğunu, tanışı Rafiqdən 20 manata digər tanışı Nicat üçün aldığını bildirmişdir. Həmin maddə kağızla birlikdə ağ rəngli zərfin içərisinə qoyularaq bağlanmışdır. Şəxsi axtarışdan sonra məlum olmuşdur ki, Şahid2 üzərində şübhəli heçnə aşkar olunmamışdır. Şahid1 narkotik vasitəni əldə etdiyi Rafiq adlı şəxsin şəxsiyyətini müəyyən edib istintaq bölməsinə gətirilməsi üçün daxil olmuş əməliyyat tapşırığı Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 həvalə edilmişdir. Şahid5 sahə polis nəfəri vəzifəsində işləyən Şahid3lə birlikdə həmin gün Rafiq adlı şəxsin şəxsiyyətini müəyyən edib Polis Şöbəsinə gətirib istintaq bölməsinə təqdim etmişlər. Həmçinin Elman üzərində şəxsi axtarış aparılan zaman bildirmişdir ki, üstündən aşkar olunmuş metamfetamini tanışı Rafiqdən 20 manata Niyazı üçün almışdır. Təqsirləndirilən şəxs Elmana satdığı metamfetamini nə vaxt haradan əldə etməsi barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Bu sahədə əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-cü il tarixdə icraatına İstintaq bölməsinin müstəntiqi Zəfər Cəlilovun əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığında göstərilmişdir ki, narkotik vasitənin qəbulunda və satışında şübhəli bilinən Şahid1 Şəki şəhərində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutularaq üzərlərində şəxsi axtarış aparılan zaman Şahid1 üstündən bir büküm metamfetamin aşkar olunaraq götürlmüşdür. Şahid1 həmin matemfetamini Şəki şəhər sakini “Rafiq” adlı tanışından aldığını bildirmiş və “Rafiq” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək İstintaq bölməsinə gətirilməsi qeyd olunmuşdur. Tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, “Rafiq” adlı şəxs, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Şəki ŞRPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində işləyən Şahid3lə birlikdə Şəki şəhəri, M.F.Axundov prospektində əməliyyat-tədbiri keçirilən vaxt, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Aşağı Karvansarayın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dayandığını görüb ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, narkotik vasitənin satışında şübhəli olduğuna görə onlarla birlikdə Polis Şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla Rafiqin idarə etdiyi avtomaşınla birlikdə Polis Şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyata alındıqdan sonra müstəntiq Zəfər Cəlilovun xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərdən Müdafiəçi seçdiyi üçün həmin vəkili xidməti iş otağına dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxs axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoyması təklif edildiyindən sonuncu əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd mobil telefonu, sağ yan cibindən üç ədəd açarları, əynindəki göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd gümüşü rəgli bükülünü, arxa sağ cibindən isə pul əskinaslarını çıxarıb stolun üstünə qoyub, üstündə başqa heçnə olmadığını bildirmişdir. Rafiqin üstünü və paltarlarını axtardıqda əlavə heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs, masanın üstünə qoyduğu gümüşü rəngli bükülünü göstərib içərisində kakos olduğunu və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Sonra mobil telefonu, açarları və pulları göstərib hamısının ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt Rafiqin üstündən bir ədəd 20 manatlıq, üç ədəd 5 manatlıq və iki ədəd 2 manatlıq olmaqla cəmi 37 manat pul aşkar olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs həmin pulları haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, “Elman” adlı şəxsə 20 manata bir büküm şüşə satmışdır. Həmin 20 manat Elmandan aldığı pul olduğunu, 17 manatı isə taksi fəaliyyəti ilə məşğul olan zaman qazandığını bildirmişdir. Rafiqin üzərindən aşkar olunmuş narkotik vasitəni idarə etdiyi “Vaz-2106” markalı avtomaşınla Bakı şəhərinə gedən zaman Şamaxı rayonunda Bakı şəhərinə gedən adını bilmədiyi şəxsdən 40 manat müqabilində 3 büküm narkotik vasitə təklif etmişdir. O, Elmana zəng edərək 40 manata narkotik vasitə olduğunu bildirib, almasını soruşmuş, Elman da ona almasını demişdir. Həmin vaxt o, Elmana demişdir ki, 40 manatın 20 manatnı o, verər. Razılaşandan sonra o, həmin şəxsə 40 manat verib narkotik vasitə olan bükülüləri götürmüşdür. Şəki şəhərinə qayıdandan sonra tutulan gün, Elman ona zəng edib şüşə istədiyini, o, Elmana «Məhəmmədəfəndi» ziyarətinin yanına gəlməsini demiş, idarə etdiyi avtomaşınla deyilən ünvana gəlib Elmanı götürmüş, sonunca ona 20 manat vermiş, o da Elmana aldığı şüşənin bir bükümünü vermiş, “Hava bürosu”nun yaxınlığında Elmanı düşürüb getmişdir. Təqsirləndirilən şəxs masanın üstünə qoyduğu kağız bükülü açılıb baxıldıqda, içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin maddə bükülüb ağ rəgli boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Həmçinin Rafiqin üstündən aşkar olunmuş bir ədəd mobil telefon və cəmi 37 manat pul subut əhəmiyyəti kəsb edə biləcəyini nəzərə alaraq müstəntiq tərəfindən ayrı-ayrı zərflərə qoyub bağlanıb möhürlənmişdir. Hər bir zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonda müstəntiq şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol yazıb ucadan oxunmuş, düz yazıldığı üçün protokola da digər iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və X3 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, o, təxminən hadisədən 4-5 gün qabaq Elmana, patı, yəni metamfetamin tapmağın mümkün olduğunu soruşmuşdur. Elman ondan qəbul etdiyini soruşmuş, o da Elmana, təzəlikcə başladığını demişdir. Elman ona demişdir ki, maraqlanıb taparsa ona deyəcək. Həmin vaxt o, Elmana demişdir ki, -«eşitmişəm ki, «Dəli» ləqəbli Rafiq satır, ancaq onunla heç bir münasibəti olmayıb, Rafiqi tanyırsa ondan metamfetamin ala biləcəyini soruşduqda Elman ona, maraqlanıb deyəcəyini bildirmişdir. Həmin gün axşam Elman zəng edib gəlməsini bildirəndə o, Elmana Dram teatrın yaxınlığında olduğunu demişdir. Elman “Vaz-2106” markalı avtomaşınla gəlib avtomaşından düşüb gətirib ona bir çet metamfetamin verib 20 manat pulu ondan götürüb həmin avtomaşına oturub çıxıb getmişdir. O, da həmin metamfetamini özü xəlvət istifadə etmişdir. Bundan başqa 22 dekabr 2022-ci il tarixdə axşam saatlarında Elmana zəng edib metamfetamin istəmişdir, Elman da ona demişdir ki, maraqlanıb deyəcək. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Elman ona zəng edib demişdir ki, onun pulu yoxdur, gəlib pulunu versin metamfetamin alsın. O da saat təxminən 10:30 radələrində Elmanın yaşadığı evin yanına gəlib, Elmanla görüşüb 20 manat pul vermişdir. Elman pulu götürüb ona demişdir ki, birdən harasa getmək lazım gəlsə taksiyə verməyə onun pulu yoxdur. Həmin vaxt onun üstündə 2 manat pul qalmışdır, həmin pulu çıxarıb Elmana vermişdir ki, lazım olsa taksidən istifadə etsin. Həmin vaxt Elman ona, Rafiq “Məhəmmədəfəndi” ziyarətinin yanına gəlməlidir deyib, evinin qarşısında yerləşən binalarının arası ilə “Hava bürosu”nun yanına, oradan da “Məhəmmədəfəndi” ziyarətinin yanına getmişlər. Rafiq idarə etdiyi “Vaz-2106” markalı avtomaşını ilə gəlib Elmanın yanında saxlamışdır. Elman qabaq sərnişin oturacağına oturan kimi Rafiq avtomaşını qabağa doğru sürüb qabaqdan sağa tərəf getmişdir. Bu vaxt Elman ona zəng edib demişdir ki, “Hava bürosu”nun yanına gəlsin. O da piyada deyilən yerə gəlmişdir. Bir qədər qabaqda Elmanın dayandığını görüb ona yaxınlaşmışdır. Elmanın yanına çatan kimi mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulu, saxlanması və satışında şübhəli olduqlarına görə üzərinə baxış keçirilməsinin vacibliyini bildirib Polis Şöbəsinə dəvət etmişlər. O, Elmanla etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə X11 gəlmişlər. Onlar vəkillə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Onlar da etiraz etməmişlər. Həmin vaxt müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən “Nokia” markalı köhnə rəqəmli mobil telefonunu və sol yan cibindən isə “Kent-4” markalı siqaretini çıxarıb stolun üstünə qoyub, üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra müstəntiq üstünü axtarmış, lakin heçnə aşkar olunmamışdır. Müstəntiq üstündən aşkar olunmuş mobil telefonu ağ rəngli boş zərfə qoyub bağlayıb möhürləmiş, zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Lakin siqaretini isə özünə qaytarmışdır. Üzərinə şəxsi axtarış aparılan zaman o, müstəntiqə yuxarıda qeyd etdiyi kimi olmuş vəziyyəti danışmışdır. Bundan başqa o, göstərmişdir ki, Rafiq adlı şəxsin narkotik vasitə və ya psixotrop maddə satmasını görməmişdir. Lakin Rafiqin narkotik vasitə və ya psixotrop maddə satmasını şəhərdə gəzən ümumi söhbətdən eşitmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 23 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş video diskdən görünür ki, videoçəkilişdən istifadə etməklə şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirən zaman əynində olmuş göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə aşkar edilərək qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 23 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş video diskdən görünür ki, videoçəkilişdən istifadə etməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X5 24 dekabr 2022-ci il tarixli, 17/894 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə …» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,027 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə …» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,263 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Rəyin təsviri hissəsində göstərilmişdir ki, Metamfetaminin təmiz çəkisi - 0,027 qr., tədqiqata sərf edildi - 0,01 qr., qalıq - 0,017 qr. Heroinin təmiz çəkisi -0,263 qr ., tədqiqata sərf edildi-0,005 qr., qalıq - 0,213 qr. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunui ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən «narkotik vasitələrin siyahısı»na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunui ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən «psixotrop maddələrin siyahısı»na daxildir. Ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. “Şübhəli səxsin tutulması haqqında” 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:55-də CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir MRX-nın Rayonlarasası narkoloji dispanserindən daxil olmuş 29 dekabr 2022-ci il tarixli 522 №-li məktubundan görünür ki, 1978-ci il təvəllüdlü Əsgərov X1 şəhər Rayonlarasası narkoloji dispanserdə qeydiyyatda yoxdur. Şəki Rayon Məhkəməsinin 4(075)-118/2022 saylı 25 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay, yəni 23 dekabr 2022-ci il tarixdən 23 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 4(107)-118/2022 saylı 28 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 25 dekabr 2022-ci il tarixli, 4(075)- 118/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Şəki rayon Mərkəzi xəstəxanası" X10 xx.xx.2022-ci il tarixli 1446 nömrəli məktubundan görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən Şəki Rayonlarlarası Psixatriya xəstəxanasının «Emosional davamsız şəxsiyyət pozuntusu F-60.3» diaqnozu ilə dispanser müşahidəsindədir. Şəki şəhərində yerləşən «İnvetro» klinikasına verilmiş sorğunun xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs həmin gün müayinə olunan zaman morfin, metadon və amphetamin istifadə etməsi müəyyən edilmişdir. Şəki şəhər «Dəmirçibulağı» məhəllə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 02 arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəki şəhəri, M.F.Axundov prospekti 11/7 ünvanda qeydiyyatda olmaqla yaşayır, himayəsində xx.xx.2005-ci il və xx.xx.2009-cu il təvəllüdlü iki yetkinlik yaşına çatmayan övladları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə-narkoloji ekspertizanın 15 fevral 2023-cü il tarixli, 269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixatrik ekspertizanın 03 mart 2023-cü il tarixli, 49 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) A60.3 xəstəliyi keçirmişdir və hal-hazırda keçirir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törədən vaxt və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat təbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. Həmçinin tanışı Şahid1 psixotrop maddə olan metamfetamin satması keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qəbul etdiyi, həmçinin tanışı Şahid1 satdığı psixotrop maddəni və üstündən aşkar edilmiş narkotik vasitəni nə vaxt, haradan, kimdən və necə əldə etməsini, başqa şəxslərə satıbsatmamasını, digər cinayət əməllərini törədib-törətməməsini, Şahid1 kimlərəsə narkotik vasitə satıb-satmamasını keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən etmək mümkün olmamışdır. O cümlədən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman kənar şəxslərin məlumat və iştiraklarının olmaması müəyyən olunmuşdur. 28 dekabr 2022-ci il tarixli mobil telefona baxış protokolunda qeyd olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Şahid2 üstündən aşkar olunmuş və ona məxsus olan köhnə istehsal olan, düyməli “Nokia” markalı mobil telefona baxış zamanı, mobil telefonun «Mesajlar» faylını açdıqda ancaq «Elman halva» adı altında olan ***-***-**-** nömrəsinə 03 dəfə ismarıc göndərilmiş. Birinci ismarıc açıldıqda xx.xx.2022-ci il tarixdə saat 13:20-də «duranda yığ məni gözdiyirəm» sözləri yazılmışdır. Şahid2 bildirmişdir ki, o, həmin tarixdə tanışı Şahid1 metamfetamin istəmək üçün həmin ismarıcı yazmışdır ki, Elman ona zəng etsin. İkinci ismarıc açıldıqda xx.xx.2022-ci il tarixdə saat 16:09-da «bidənə aç başqa söz dicəm, tort var» sözləri yazılmışdır. Şahid2 bildirdi ki, o, həmin tarixdə tanışı Şahid1 metamfetamin istəmək üçün həmin ismarıcı yazmışdır. Tortu şərti olaraq yazmış, əslində metamfetamin istəmişdir. Sonra Elman zəng edəndə o, Elmandan metamfetamin istəmişdir. Elman da ona demişdir ki, maraqlanıb deyəcək. Üçüncü ismarıc açıldıqda xx.xx.2022-ci il tarixdə saat 17:05-də «başqa yerdən düzəlir məndə zəng gəldi» sözləri yazılmışdır. Şahid2 bildirdi ki, o, həmin tarixdə Şahid1 zəng edib metamfetamin istəyəndə, Elman ona «maraqlanıb deyərəm» demiş, lakin cavab gəlmədiyi üçün o, əsəbləşib Elmana həmin ismarıcı yazmışdır ki, artıq lazım deyil. Səhəri gün Elman ona zəng edib Rafiqlə danışdığını və ondan metamfetamin alacağını bildirmişdir. 06 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolunda qeyd olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Şahid1 üstündən aşkar olunmuş və ona məxsus olan «Samsung» markalı mobil telefona baxış zamanı, yığılan zənglər siyahısında «Regy» adı altında istifadə olunan ***-***-**-** nömrəsindən zənglər daxil və xaric olunmuşdur. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, həmin mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur və həmin mobil nömrə vasiətəsi ilə Rafiqlə əlaqə saxlamışdır. Baxış zamanı 23 dekabr 2022-ci il tarixdə gün ərzində saat 08:35-dən saat 10:27-dək 09 dəfə daxil, xaric olan və cavabsız zənglər qeydə alınmışdır. Bundan başqa 22 dekabr 2022-ci il tarixdə gün ərzində saat 03:52-dən saat 05:13-dək 09 dəfə daxil və xaric olan, o cümlədən cavabsız zənglər qeydə alınmışdır. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə gecə ağrıları olduğuna görə o, Təqsirləndirilən şəxs zəng eləmişdir ki, ondan narkotik vasitə alsın, Rafiq telefonu açandan sonra xahiş etmişdir ki, ona bir çet, yəni bir büküm metamfetamin gətirsin. Rafiq də 20 manatın müqabilində bir büküm metamfetamin gətirib evinin yanında ona vermişdir. Mobil telefonun “Whatsapp” proqramında «Ragy» adı altında ***-***-**-** nömrədən yazışmalar qeyd olunmuşdur. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, həmin nömrə tanışı Rafiqə məxsusdur və o, xx.xx.2022-ci il tarixdə Rafiqlə yazışmışdır. «Ragy» adı altında olan səhifə açıldıqda qarşı tərəf «hə, ses yollama, mavaytim yoxdur, akmır, de kontur yoxdur» sözlərini yazmışdır. Şahid1 ona «20 manat fatı çətir, o uşaq bizdədir» sözlərini yazmışdır. Rafiq, «Yaxşı» yazmış, Şahid1 ona «Sə çöxlurəm» yazmış, Rafiq, «Niniyirəm» yazmış, cavabında Şahid1 «dobru ilə» yazmışdır. Rafiq, «Ge ziyarətin yanına» yazmışdır. Şahid1 da ona «Yaxşı» sözünü yazmışdır. Rafiq, «O adam burdadı, alım» yazmış, Şahid1 da ona «Ha» yazmışdır. Rafiq «Oldu» yazmış, Şahid1 da ona «Çıxdım mən ziyarətin yanına» yazmış, Rafiq «E oldu, nedi idde edji ibdisen» yazmışdır. Şahid1, “Whatsapp” proqramına vasitəsi ilə Rafiqlə yazışmanı mahiyyətini izah edərək bildirmişdir ki, o, Rafiqə tanışı Niyazını nəzərdə tutub patı istədiyini, 20 manatlıq patı gətirməsini tanışı yanında olduğunu bildirmiş, Rafiq də razılaşıb ona ziyarətin yanına gəlməsini bildirmişdir. Bundan sonra Rafiq idarə etdiyi avtomaşınla «Məhəmmədəfəndi» ziyarətinin yanına gəlib onu götürmüş, yolda Rafiq 20 manat pulu ondan alıb bir büküm patı, yəni metamfetamin vermişdir. Şahid1 Şəki ŞRPŞ-də üzərində videoçəkilişlə axtarış keçirilən zaman çəkilmiş və Təqsirləndirilən şəxs ilə üzləşmə aparılmasını əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Şahid1 əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Təqsirləndirilən şəxs verilən ittihama görə o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etmə, saxlama, daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən metamfetamin əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşıdığı cəmi 0,027 qram narkotik vasitə olan metamfetamini 23 dekabr 2022-ci il tarixdə 20 manat müqabilində Şahid1 satmış, kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,263 qram heroin isə həmin tarixdə onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqdini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməllərini törətməsi özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirlən şəxs Şahid1 narkotik vasitə vediyini etiraf etmiş, lakin ibtidai istintaqda onu 20 manata satmadığını desə də sonuncu pulu oturacağın üzərinə qoyduğundan ondan həmin pulu qəbul etdiyini etiraf etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin təkcə əvəzli və ya qazanc əldə etmək niyyəti ilə yayılması yox, onun digər şəxsi maraq məqsədilə yayılması da nəzərdə tutulmuşdur. Göründüyü kimi hər ikisində şəxsi və maddi maraq, yəni birincidə pul müqabilində, ikincidə isə özünü yaxşı göstərib münasibət qurmaq, münasibətlərini yaxşılaşdırmaq, bunun müqabilində isə qarşı tərəfin vasitəsilə qazanc əldə etmək üçün özünə iş yeri tapmaq niyyəti ilə narkotik vasitəni Şahid1 verməklə özgəninkiləşdirdiyinin etiraf etmişdir. Məhkəmə bunlardan onun narkotik vasitəni pul müqabilində satmasını daha inandırıcı hesab edib Təqsirləndirilən şəxs məhkəmə iclasında CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı gətirdiyi arqumentlərə tənqidi yanaşır, qəbul və inandırıcı hesab etmir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan metamfetamin və heroini istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması, eləcə də satılması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətləri islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr az yaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, həm satış, həm də satış məqsədi olmadan, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarında, ümumi təmiz çəkisi 0,027 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 23 dekabr 2022-ci il tarixdə saat 16:20 radələrində həmin psixotrop maddəni qanunsuz olaraq Şəki şəhəri, X13 küçəsində yerləşən «Məmmədəfəndi» ziyəratgahının qarşısında, küçədə tanışı Şahid1 20 manata satmış və 23 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən «Hava Bürosu»nun inzibati binasının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 11:30 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs əldə edib istifadə etmək məqsədi ilə üzərində daşıyaraq saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarında, ümumi təmiz çəkisi 0,027 qram Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində Şəki şəhəri, X9 prospektində yerləşən «Aşağı Karvansaray»ın yaxınlığında həmin tarixdə saxlanılaraq Şəki şəhəri, X9 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 17:30 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şalvarın sol arxa cibindən narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi bir ədəd 20 manatlıq, eyni zamanda üç ədəd 5 və iki ədəd 1 manatlıq əskinazlarla cəmi 37 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1 və 234.2-ci maddələrinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Məhkəmə CM-nin 59-cu maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi CM-nın 234.1-ci maddənin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən təqsirləndirilən şəxsin sonradan səmimiyyətini pozması ilə bağlı şəxsiyyətini səciyyəndirməsini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predimeti olan qurudulmuş marixuananın daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu da nəzərdə saxlayaraq, cəzanın ədalətliliyi baxımından, eləcə də hərəkətlərində narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, daşıma və saxlama ilə yanaşı narkotik vasitəni qanunsuz olaraq satmanın da olduğunu diqqətsiz buraxmağın mümkünsüzlüyünü qeyd edərək fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, onun şəxsiyyətini, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan saxlanılan Şahid1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,017 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin, və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra cəmi qalıq çəkisi 0,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. xx.xx.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üstündən götürülmüş pul məbləğlərindən iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 20 manatlıq və xx.xx.2022-ci il tarixli protokolla Şahid1 üstündən götürülmüş 2 ədəd 1 manatlıq pul əskinazları dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs üstündən götürülmüş üç ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinasları onun özünə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (alt) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Şahid1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,017 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin, və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra cəmi qalıq çəkisi 0,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. xx.xx.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üstündən götürülmüş pul məbləğlərindən iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan bir ədəd 20 manatlıq və xx.xx.2022-ci il tarixli protokolla Şahid1 üstündən götürülmüş iki ədəd 1 manatlıq pul əskinazları dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs üstündən götürülmüş üç ədəd 5 manatlıq və iki ədəd 1 manatlıq pul əskinasları onun özünə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabınaköçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №1(075)-48/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-48/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver