Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-49/2022 16.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında 03 avqust 1980-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatda olan və tutulduğu günə kimi həmin ünvanda yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən 28 iyul 2020-ci il tarixli Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və 03 dekabr 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli aminstiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 1,44 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 05 fevral 2022-ci il tarixdə saat 10:00 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananı şəffaf sellofan bükümdə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Embavud” mebel salonunun yaxınlığında tanışı Şahid1 50 (əlli) manat pul müqabilində satmış, 05 fevral 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 11:10 radələrində Şahid1 Şəki şəhəri, X13 prospektində yerləşən Xan Sarayının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 prospekti 1 ünvanında yerləşən Şəki Şəki-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulmaqla üzərinə videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış zamanı Şahid1 əynindəki boz rəngli şalvarın sağ yan cibindən qəsdən, satış məqsədi olmadan, özünün şəxsi istifadəsi üçün əldə edib özündə saxlayaraq daşıdığı şəxsi istehlak miqdarında 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,44 qram, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq 05 fevral 2022-ci il tarixdə, saat 15:45 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Aytac» şadlıq sarayının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulmaqla üzərinə videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin dövriyyəsindən əldə etdiyi 50 manat pul əskinazı aşkar edilərək götürülmüşdür. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuananı tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Bir neçə dəfə də 05.02.2022-ci il tarixdə 50 manat pul müqabilində narkotik vasitə satdığı Şahid1 ilə birlikdə qurudulmuş marixuanadan istifadə etmişdir. Bir müddət bundan əvvəl Gəncə şəhərinə müştəri aparmış, oradan qayıdarkən Şəki rayonu, Şəki kənd kəndinə ayrılan yolun kənarında dayanacaqda taxta oturacaqda 01 ədəd sellofan bükülü olmasını görmüşdür. Həmin bükülünü götürüb baxdığında içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. O, narkotik vasitədən asılılığını aradan qaldırmaq üçün müalicə almışdır. Bu səbəbdən narkotik vasitə istifadə etmək istəməmişdir. Buna baxmayaraq tapdığı narkotik vasitəni götürmüşdür ki, gələcəkdə lazım olarsa istifadə edər. Belə olmuş narkotik vasitəni gətirib Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən “Embavud” mebel mağazasının yaxınlığında xəlvət yerdə daşına altına qoyub gizlətmişdir. 04.02.2022-ci il tarixdə tanışı Şahid1 ilə birlikdə “Qafqaz” restoranında əyləşib yeyib içərkən həmin şəxs narkotik vasitə istifadə etmək istədiyini bildirdiyində ona narkotik vasitə tapdığını, 50 manat verərsə ona verə biləcəyini demişdir. Şahid1 də səhər 50 manat verib narkotik vasitəni ondan götürəcəyini demişdir. Onlar bir qədər əyləşdikdən sonra restorandan durub yaşadığı evinə getmişdir. Səhəri gün, yəni 05.02.2022-ci il tarixdə Şahid1 ona zəng elmiş və onunla görüşüb narkotik vasitəni götürmək istədiyini demişdir. O da Şahid1 Şəki şəhəri, S.Mümtaz küçəsində həmişə dayandığı “Sahil” pansiyanatın qarşısında dayandığını, həmin yerə gəlməsini demişdir. Təxminən saat 10:00 radlərində Şahid1 onun olduğu yerə gəlmiş və onlar görüşmüşlər. Şahid1 onun idarə etdiyi avtomobilə əyləşmiş və narkotik vasitə üçün ona verəcəyi 50 manat pulu vermişdir. O, Şahid1 avtomobildən düşüb, bir qədər qarşıya getməsini demişdir. Şahid1 avtombildən düşdükdən sonra o, S.Mümtaz küçəsində "Embavud" mebelin yaxınlığında daşın altında gizlətdiyi bir ədəd sellofan bükülünü götürüb yolun kənarında dayanıb Şahid1 gəlməsini gözləmişdir. Şahid1 gəlmiş, onunla görüşüb 01 ədəd sellofan bükülünü götürüb oradan uzaqlaşmışdır. O da oradan yenidən dayandığı yerinə qayıtmışdır. Anar isə hara getməsindən məlumatı olmamışdır. 05.02.2022-ci il tarixdə saat 15:45 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Aytac” şadlıq sarayının yaxınlığında özünə məxsus avtomaşınla hərəkətdə olarkən bir neçə mülki geyimli şəxslər onu saxladaraq polis əməkdaşı olduqlarını, onun narkotik vasitənin satışı ilə məşğul olduğunu və Anara narkotik vasitə satması barədə onlara məlumat daxil olduğunu, bu səbəbdən onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt o, artıq polis əməkdaşlarının Şahid1 narkotik vasitə satmasından məlumatlı olduqlarını görüb onlarla birlikdə polis şöbəsinə gəlməyə razı olmuşdur. Polis şöbəsinə gəldikdən sonra birinci mərtəbədə onun adını, soyadını və yaşadığı ünvanı qeyd edilmiş, sonra birinci mərtəbədə yerləşən otaqlardan birinə aparılmışdır. Həmin otaqda əyləşən şəxs müstəntiq olmuşdur. Müstəntiq üstündə şəxsi axtarış aparılacağını, lakin ondan öncə ona vəkil veriləcəyini bildirmişdir. Buna görə də ona vəkillərin siyahısı təqdim etmişdir. O, da siyahıda olan şəxslərdən özünə vəkil seçmişdir. Vəkil gəldikdən sonra müstəntiq onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzfələrini izah etmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin və polis işçilərinin iştirakı ilə üstündə videoçəkilişlə şəxsi axtarış aparmağa başlamışdır. Şəxsi axtarış başlandıqdan sonra müstəntiq ona üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif etmişdir. Müstəntiqlə razılaşıb əyləşdiyi stoldan ayağa qalxaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən açarları, əynindəki şalvarın sol yan cibindən mobil telefonu və pul əskinazılarını, əynindəki gödəkcənin sol iç cibindən mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olubolmaması barədə sual edəndə “xeyir” deyərək cavab vermişdir. Sonra müstəntiq əllərini qaldırmasını təklif etmiş, o, hər iki əlini yuxarı qaldırdıqdan sonra əynindəki köynəyə, şalvara, şalvarın altındakı geyimə və digər geyimlərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı əynindəki geyim əşyalarında qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra müstəntiq ayağındakı ayaqqabılarını çıxarmasını təklif etmiş, ayaqqabılarını çıxarıb çevirərək silkələmiş, daha sonra ayaqqabılarının içərisinə bir-bir baxılmış, lakin hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Əynindəki gödəkçənin sağ yan cibindən günəbaxan tumları aşkar edilmiş, müstəntiq ayaqqabılarını geyinməsini bildirdiyində ayaqqabılarını geyinmişdir. Bundan sonra müstəntiq masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif etmişdir. O, masanın üzərinə qoyduğu əşayaların özünə məxsus olduğunu bildirib günəbaxan tumlarını göstərib tum olduğunu, mobil telefonu göstərib Nokia markalı mobil telefon olduğunu bildirmişdir. Müstəntiq telefonun üzərində hansı mobil nömrə olması barədə sual verdikdə o, ***-***-**- ** mobil nörməsinin olmasını, mobil telefonun və mobil nömrənin özünə məxsus olmasını bildirmişdir. Digər mobil telefonun Samsung markalı olmasını və üzərində ***-***-**-** mobil nömrəsinin olmasını, mobil telefon və mobil nömrənin özünə məxsus olmasını demişdir. Bundan sonra 51 manat pul əskinazını təqdim edib özünə məxsus olduğunu, açarların isə avtomobilinin açarları olmasını, digər açarın evinə məxsus olmasını qeyd etmişdir. Bundan sonra müstəntiq şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirən zaman onun üzərindən narkotik vasitə marixuanaya bənzər kütlənin aşkar edilib götürüldüyü, həmin şəxsdən həmin narkotik vasitəni haradan əldə etməsi soruşduqda o, həmin narkotik vasitəni Ruslan adlı şəxsdən aldığını bildirdiyini, hazırda bununla bağlı nə deyə biləcəyi barədə sual edəndə o, Gəncədən gələndə dayanacaqda bükülü vəziyyəötdə nəşə tapdığını demişdir. Həmin tapdığı bükülünü açıb baxanda nəşə olduğunu, özünün də müalicə olunduğunu, lakin əvvəl nəşə çəkdiyini, tapanda tamah edib götürdüyünü, Anar ilə çörək yeyərkən də ona artıq nəşədən qurtarmaq istədiyini, istəyərsə ona verə biləcəyini dediyini qeyd etmişdir. Müstəntiq narkotik vasitəni Şahid1 nə vaxt verdiyini soruşanda bu gün səhər təxminən saat 10:00 radələrində verdiyini bildirmişdir. Müstəntiq narkotik vasitəni Anara nə müqabilində verdiyini soruşduğunda 50 manata satdığını bildirmişdir. O, əvvəllcədən Şahid1 “pula ehtiyacım var, istəyirsənsə 50 manat ver narkotik vasitəni sənə verim” demişdir. Anarla bazarın yaxınlığında görüşmüş və 50 manat pul müqabilində narkotik vasitəni Anara vermişdir. Müstəntiq ona təqdim etdiyi 50 manat pulun Şahid1 aldığı pul olub-olmadığını soruşduğunda o, bəli deyərək cavab vermişdir. Həmin vaxt Anara və yaxud başqa hər hansı bir şəxsə narkotik vasitə satmadığını qeyd etmişdir. Daha sonra müstəntiq üzərindən aşkar olunan 01 ədəd 50 manatlıq və 01 ədəd 01 manatlıq olmaqla 51 manat pul əskinazlarının iş üçün əhəmiyyət kəsb etdiyini qeyd etmiş və pullar 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırmış və zərfin ağzını möhürü ilə mühürləyib götürmüşdür. Daha sonra müstəntiq üzərindən aşkar olunan 01 ədəd Nokia markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyini qeyd etmiş və 01 ədəd ağ rəngli zərfə qoyub, zərfın ağzını möhür ilə möhürləyib götürmüşdür. Daha sonra müstəntiq üzərindən aşkar olunan digər 01 ədəd Samsung markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyini qeyd etmiş və 01 ədəd ağ rəngli zərlə qoyub qablaşdırlmış və zərfin ağzını möhür ilə möhürləyib götürmüşdür. Bundan sonra masanın üzərindəki günəbaxan tumları və açarlar özünə qaytarılmışdır. Bundan sonra müstəntiq saxlanılan zaman avtomobi ilə birlikdə saxlanıldığını müəyyən etdikdən sonra avtomobilin saxlanıldığı Şəki ŞRPŞ-nin duracağına, arxa həyət hissəsinə bütün iştirakçılarla birlikdə çıxmışlar. Duracağa çıxdıqdan sonra avtomobilin Mersedes markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmiş və baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomobilin salonuna yük yerinə və digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan edilən hər hansı bir əşya yaxud predmet aşkar edilməmişdir. Videoçəkiliş dayandırıldıqdan sonra onlara nümayiş etdirilmişdir. Həmin videoçəkilişə baxmış, heç bir vəsatəti və etirazı olmadığını bildirmişdir. Müstəntiq bu barədə protokol yazaraq onlara ucadan oxumuş, heç bir etirazı və vəsatətinin olmadığını bildirərək həmin protokola imza elmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir fiziki və psixi təzyiqə məruz qalmamışdır. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyata durmur. Bildirmişdir ki, himayəsində 2 azyaşlı uşağı vardır. Törətmiş olduğu əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən üç il olar Şəki şəhər "Yuxarı Baş Milli" tarixi-memarlıq qoruğunda bağban işləməklə ailəsi üçün qazanc əldə edir. Təxminən üç ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. ünvan 5 ünvanında yaşadığı ev dağlıq sahəyə yaxın yerdə yerləşir. Yaşadığı evin yaxınlığında böyük zibilxana vardır. İlk dəfə narkotik vasitəni 3 il əvvəl yaşadığı evin yaxınlığında zibilxanaya zibil atan zaman zibillikdə bir ədəd yabanı çətənə kolu bitdiyini görmüşdür. Həmin çətənə kolunun təxminən 70-80 sm hündürlüyü olmuşdur. O, çətənə kolunu görüb heç kimin olmadığı vaxtda xəlvət çətənə kolunu qırıb yaxınlıqda olan ağacın üzərinə qoyub qurutmuş, sonra həmin çətənə kolunu götürüb yaşadığı evin yaxınlığında gizlədib saxlamışdır. Hər dəfə zibil atmağa getdiyində narkotik vasitədən götürüb istifadə etmiş, çətənə kolunu evə gətirməyə qorxmuş ki, ailə üzvüləri görüb onun narkotik vasitə istifadə etməsindən şübhələnərlər. Həmin çətənə kolunu özü tək istifadə etmiş, sonuncu dələ yəni, 04.02.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında xəlvət yerdə istifadə etdikdən sonra nəşə qurtarmışdır. Belə olmuş narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Üç il olar Şəki şəhər sakini Təqsirləndirilən şəxs takisi sürücüsü kimi tanıyır. Həmin şəxslə taksi sürücüsü kimi bir neçə yerə gedib-gələrkən onunla münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ilə münasibəti yarandıqdan sonra arabir onunla əyləşib yeyib içmişlər. Əvvəllər Təqsirləndirilən şəxs ilə əyləşib yeyib-içdiyi vaxtdan onun narkotik vasaitə istifadə etməsini öyrənmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs ilə xəlvət yerdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişlər. 04.02.2022ci il tarixdə axşam saatları Təqsirləndirilən şəxsla Şəki şəhəri ərazisində yerləşən “Qafqaz” restoranında əyləşib yeyib-içərkən narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmək istədiyini bildirdiyində həmin şəxs onun üçün narkotik vasitə tapa biləcəyini demişdir. Təqsirləndirilən şəxs 50 manat pulu olduğunu və puluna yetdik narkotik vasitə tapmasını xahiş etmişdir. Onların bu söhbətindən sonra restorandan çıxıb yaşadığı evə getmişdir. Səhəri yuxudan oyanmış, Ruslan ilə aralarında olan söhbət yadına düşmüş, telefonu götürüb ona zəng etmişdir. Ruslana zəng etdiyində həmin şəxs onun üçün narkotik vasitə tapdığını, gəlib götürməsini demişdir. Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunda həmin şəxs Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən "Sahil pansiyanat" restoranın giriş qapısı yaxınlığında avtomobildə dayandığını demişdir. 05.02.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində həmin yerə gedib Ruslanla görüşüb onun idarə etdiyi avtomaşına əyləşmiş, sonra isə üzərində olan 50 manat pulu ona vermişdir. Pulu Ruslana verdikdən sonra həmin şəxs ona avtomaşından düşməsini, bir qədər qarşıda görüşməsini, malı ona verəcəyini demişdir. O, avtomaşından düşdükdən sonra piyada yolun sağ kənarında yerləşən "Embavud" mebel mağazasına doğru hərəkət etmiş, Embavud mebel mağazasına çatmasına az qalmış Ruslan avtomobildən düşüb yolun kənarında dayandığını görmüşdür. Ona yaxınlaşmış, həmin şəxsə verdiyi 50 manat müqabilində ona 01 ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Narkotik vasitəni alıb Təqsirləndirilən şəxs uzaqlaşmışdır. Bir qədər Şəki şəhəri ərazisində gəzdikdən sonra Xan sarayının yaxınlığında yaşadığı ev istiqamətində hərəkətdə olarkən 2 nələr şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitə əldə etməyi, narkotik vasitə qəbul etməyi və narkotik vasitənin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olduğundan onlarla birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, da polis əməkdaşları ilə razılaşmış və avtomobilin arxa sərnişin orturacağında əyləşmişdir. Polis əməkdaşının biri də onun yanında əyləşmiş, həmin vaxt polis əməkdaşlarının gözü onun üstündə olduğundan üstündə olan narkotik vasitəni çıxarıb tullaya bilməmişdir. Polis Şöbəsinə gəldikdən sonra birinci mərtəbədə onun adını, soyadını və yaşadığı ünvanı qeyd etmişlər, sonra birinci mərtəbədə yerləşən otaqlardan birinə aparmışlar. Həmin otaqda əyləşən şəxs müstəntiq olmuşdur. Müstəntiq üstündə şəxsi axtarış aparılacağını, lakin ondan öncə vəkil veriləcəyini bildirmişdir. Buna görə də ona vəkillərin siyahısını təqdim etmişdir. Vəkillər siyahısında olan şəxslərdən özünə vəkil seçmiş, vəkil gəldikdən sonra müstəntiq onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzfələrini izah etmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin və polis işçilərinin iştirakı ilə üstündə videoçəkilişlə şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış başlandıqdan sonra müstəntiq üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif etmişdir. O, da müstəntiq ilə razılaşıb əvvəlcə əynində olan boz rəngli şalvarın sol yan cibindən pulları, açarları və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu masanın üzərinə qoymuş, sonra isə boz rəngli şalvarının sağ yan cibindən qəpik pulları və tanışı Təqsirləndirilən şəxs aldığı 01 ədəd şəffaf sellofanda narkotik vasitə olan marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qəpik pulu və kiçik kağızı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt müstəntiq üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşduğunda üzərində başqa heç nə olmadığını bildirmişdir. Sonra üzərində sənədlərin olduğu yadına düşmüş və əynində olan gödəkcənin sağ iç cibindən sənədləri, bank kartını və 01 ədəd lotereya biletini çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq bir daha ondan üzərində hər hansı əşyanın olub-olmadığı soruşanda üzərində başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra müstəntiq əllərini yuxarı qaldırmasını təklif etmiş, həmin vaxt hər iki əllərini yuxarı qaldırmış və müstəntiq tərəfindən üzərində axtarış aparılmışdır. Lakin, heç bir qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. Bütün bunlardan sonra üst-başını səliqəyə salmış, üst-başını səliqəyə saldıqdan sonra müstəntiq masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etməyi təklif etmişdir. O, əvvəlcə masanın üzərində olan 01 ədəd qara rəngli mobil telefonu götürüb özünə məxsus "Samsung” markalı mobil telefon olduğunu, həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsinin olduğunu, həmin mobil nömrənin özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt mobil telefon kənara qoymuş və masanın üzərində olan 01 ədəd sənədi göstərib bunun özünə aid “birka” olduğunu bildirmişdir. Həmin sənədin üzərinə baxış zamanı sarı rəngli, üzərində “Azərbaycan Respublikası Dövlət X12 şəhər “Yuxarı baş” Milli Tarix Memarlıq qoruğu. Şahid1, bağban” sözlərinin yazıldığı müəyyən olunmuşdur. Daha sonra 2 ədəd “Kapital banka” məxsus, yaşıl rəngli maaş kartı və ağ rəngli sosial yardım kartını təqdim etmişdir. Hər iki kartın onun adına olduğu müəyyən olunmuşdur. Sonra 1 ədəd kağızı göstərib sosial yardım kartını dəyişmək üçün toplanılacaq sənədlərin siyahısı olduğunu bildirmişdir. Qardaşının idarə etdiyi avtomobilə aid 01 ədəd 971661 nömrəli etibarnaməni, 01 ədəd ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə aid, “Hyundai Excel” markalı avtomobilə məxsus 043553 nömrəli qeydiyyat şəhadətnaməsini, 1 ədəd AB 529339 nömrəli, özünə məxsus sürücülük vəsiqəsini təqdim etmişdir. Daha sonra 01 ədəd lotereya biletini təqdim edib bunun “poz qazan” uduş lotoreyası olduğunu bildirmiş, sonda 1 ədəd yaşıl rəngli alışqanı təqdim edib alışqan olduğunu bildirmişdir. Bundan sonra 4 ədəd açarı təqdim edib aralarında qara rəngli açarın avtomobilin açarı, 2 ədəd dəmir, kiçik açarların isə iş yerində otağının açarı olduğunu demişdir. Sonra 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazlanı, 1 ədəd bank ödəniş qəbzini, 1 ədəd kağızda yazılmış ödəniş kodunu, 01 ədəd kağızda yazılmış telefon nömrəsini təqdim etmişdir. Həmin telefon nömrəsinin odununu doğradığı adamlardan kiminsə verdiyini, yəni indi adının yadında qalmadığı şəxsə məxsus olduğunu bildirmişdir. Həmin vaxt 01 ədəd üzərində “Cutates” sözünün yazıldığı kağızı göstərmiş və bunun dərman adı olduğunu bildirmişdir. Sonra üzərindən aşkar edilmiş 1 ədəd 5, 3 ədəd 3 və 1 ədəd, 1 qəpikləri təqdim etmişdir. Sonra 1 ədəd qırmızı rəngli paltar düyməsini göstərib bunu yoldan tapdığını və nə olduğunu bilmədiyini, həmin əşyanın daş olduğunu bildirmişdir. Üzərinə asdığı göstərici nişanın, yəni “birkanın” paltara birləşdirici vasitəsini təqdim etmişdir. Daha sonra 1 ədəd şəffaf sellofanda olan vasitəni təqdim etmiş, müstəntiq bunun nə olduğunu soruşanda '‘nəşə” olduğunu bildirmişdir. Həmin bükülünün içərisində yaşıl rəngli ol şəklində, narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bütün bunlardan sonra müstəntiq onunla sual-cavab aparmışdır. Həmin vaxt müstəntiqə narkotik vasitəni özü istifadə etmək məqsədilə takisi sürücüsü tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs yaşadığı yeri, onun soyadını soruşduğunda bilmədiyini qeyd etmiş, sonra müstəntiq Ruslanın avtomobilinin dövlət nömrə nişanını soruşanda 90-616 olduğunu desə də, orta hərflərini bilmədiyini qeyd etmişdir. Müstəntiq narkotik vasitəni Ruslandan nə vaxt aldığını soruşduğunda 05.02.2022-ci il tarixdə təxminən saat 10:00-da xatırlamadığı mobil nömrəsinə zəng edib Çöl yolunda aldığını bildirmişdir. Müstəntiq Ruslana etdiyi zəngi telefonda qalıb-qalmadığını və narkotik vasitəni hansı məbləğə aldığını soruşanda telefonda nömrəsinin qaldığını, narkotik vasitəni də 50 manata aldığını qeyd etmişdir. Müstəntiq əvvəllər Ruslandan narkotik vasitə alıbalmadığını soruşanda əvvəllər bir-iki dəfə yolda, maşında onunla narkotik vasitə istifadə etdiyini, lakin ondan narkotik vasitə almadığını bildirmişdir. Müstəntiq Ruslan ilə nə vaxt narkotik vasitə istifadə etdiyini soruşduğunda o, 04.02.2022-ci il tarixdə axşam satlarında Təqsirləndirilən şəxs məxsus avtomobildə sonuncu dəfə narkotik vasitə istifadə etdiyini qeyd etmişdir. Bütün bunlardan sonra müstəntiq narkotik vasitə kimi təqdim etdiyi içərisində yaşıl rəngli kütlə olan 01 ədəd sellofan bükülünün açıb baxdığında şəffaf sellofan bükülünün içərisində yaşıl rəngli, spesifik iyə malik vasitə aşkar edilmişdir. Həmin vaxt təqdim etdiyi yaşıl rəngli kütlənin həqiqətən də marixuana olduğunu bildirmişdir. Sonra isə 01 ədəd sellofan bükülüdə olan narkotik vasitə, yəni yaşıl rəngli kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə müstəntiq tərəfindən, ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra müstəntiq üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyini bildirib ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi qeyd etmiş və 01 ədəd zərfin üzəri yazılaraq işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon həmin 01 ədəd zərfin içərisinə qoyulmuş və möhürü ilə möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra müstəntiq üzərindən aşkar olunmuş digər əşyaların iş üçün əhəmiyyət kəsb etmədiyi üçün əşyları özünə qaytarmışdır. Müstəntiq bütün iştirakçılardan və müdafiəçidən sualının olub-olmadığını soruşmuşdur. Hüquqlarını müdafiə edən “təqdim etdiyiniz predmet dəqiq olaraq marixuanadırmı deyərək sual edəndə” o, bəli marixuanadır deyə cavab vermişdir. Müdafiəçi 50 manat müqabilində Ruslan sizə hansı çəkidə narkotik vasitə vermiş deyərək sual edəndə o, çəkini bilmədiyini, 50 manat pulu olduğunu, ona yetdik nə düşür verməsini, çəki barəsində heç nə danışıqları olmadığını qeyd etmişdir. Müstəntiq videoçəkilişi nümayiş etdirməsi və protokol tərtib edilməsindən ötrü dayandırmışdır. Videoçəkiliş dayandırılaraq nümayiş etdirilmiş, bütün iştirakçılar heç bir vəsatət və etirazları olmadığını bildirdikdən sonra protokol yazaraq ucadan oxunmuş, heç bir etiraz və vəsatət olmadığından həmin protokolu imza etmişlər. Onun narkotik vasitə istifadə etməsindən ailə üzvlərindən, həmçinin heç kəsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımş və onların xoş münasibəti olmuşdur. Onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Narkotik vasitəni arabir özü tək istifadə etmiş, əvvəllər bir neçə dəfə də Təqsirləndirilən şəxs ilə birlikdə istifadə etmişdir. Üzərində aşkar olunmuş 1.44 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Bundan başqa heç bir məqsədi olmamışdır. Narkotik vasitə istifadə etsə də, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyatda durmur. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə, yaxud təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05.02.2022-ci il tarixdə “Anar” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitlərin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, əməliyyat qrupunun yaradılaraq “Anar” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsindən ötrü Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən tədbirin keçirilmisinə icazə verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılaraq Şahid1 ətrafında əməliyyat tədbirləri davam etdirilmişdir. Şəki şəhər sakini Şahid1 ətrafında keçirilmiş əməliyyat tədbiri zamanı onun ünvan 6 ünvanda yaşayan Şahid1 olması müəyyən edilmişdir. Bundan sonra 05.02.2022-ci il tarixdə saat 11:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 Şəki şəhəri, Xan sarayının yaxınlığında tərəflərindən saxlanılaraq Şəki ŞRPŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra Şahid1 üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şahid1 üstünə şəxsi axtarış keçirilməsi İB-nin müstəntiqi Mübariz Əhmədova həvalə edildiyindən Şahid1 müstəntiqin xidməti iş otağına aparmışlar. X7 öz xidməti iş otağında Şahid1 vəkillərin siyahısını təqdim etmiş və Şahid1 vəkil seçərək onun dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müstəntiq tərəfindən müdafiəçi dəvət olunmuşdur. Eyni zamanda müstəntiqi tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edən polis serjantı Qiyam Səfərəliyev dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra müstəntiq Şahid1 şübhəli şəxs qismində tutmuş və bundan sonra onların iştirakları ilə videoçəkilişdən istifadə etməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Şahid1 hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq hər birinə hüquq və vəzifələri izah etdikdən sonra Şahid1 üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif elmişdir. Həmin vaxt Şahid1 müstəntiq ilə razılaşıb əynində olan boz rəngli şalvarın sol yan cibindən pulları, açarları və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu masanın üzərinə qoymuşdur. Sonra isə boz rəngli şalvarının sağ yan cibindən qəpik pulları və 01 ədəd şəffaf sellofanda olan narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Şahid1 əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd qəpik pulu və kiçik kağızı çıxarıb masanın üzərinə qoymuş, həmin vaxt müstəntiq üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşduğunda Şahid1 üzərində başqa heç nə olmadığını bildirmişdir. Şahid1 əynində olan gödəkcənin sağ içəri cibindən sənədləri, bank kartını və 01 ədəd lotoreya biletini çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq bir daha Şahid1 üzərində hər hansı əşyanın olubolmadığı soruşanda o, üzərində başqa əşyanın olmadığını bildirmişdir. Bütün bunlardan sonra Şahid1 üst-başını səliqəyə saldıqdan sonra müstəntiq masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif elmiş, o, əvvəlcə masanın üzərində olan 01 ədəd qara rəngli mobil telefonu götürüb özünə məxsus ''Samsung'' markalı mobil telefon olduğunu, həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsinin olduğunu, həmin mobil nömrənin özünə məxsus olduğunu bildirmiş və mobil telefon kənara qoymuşdur. Daha sonra masanın üzərində olan 01 ədəd sənədi göstərib bunun özünə aid “birka” olduğunu bildirmişdir. Həmin sənədin üzərinə baxış zamanı sarı rəngli, üzərində “Azərbaycan Respublikası Dövlət X12 şəhər "Yuxan baş” Milli Tarixi Memarlıq qoruğu, Şahid1, bağban” sözlərinin yazıldığı müəyyən olunmuşdur. Daha sonra Şahid1 02 ədəd “Kapital banka” məxsus, yaşıl rəngli maaş karlı və ağ rəngli sosial yardım kartını təqdim etmiş, hər iki kartın onun adına olduğu müəyyən olunmuşdur. Şahid1 01 ədəd kağızı göstərib sosial yardım kartını dəyişmək üçün toplanılacaq sənədlərin siyahısı olduğunu bildirmişdir. Sonra qardaşının idarə etdiyi avtomobilə aid qeydiyyat şəhadətnaməsini, X3 məxsus 1 ədəd sürücülük vəsiqəsini təqdim etmişdir. Daha sonra 01 ədəd lotoreya biletini təqdim edib “poz qazan” uduş lotereyası olduğunu bildirmişdir. Sonra 01 ədəd yaşıl rəngli alışqanı təqdim edib alışqan olduğunu bildirmişdir. Bundan sonra 04 ədəd açarı təqdim edib aralarında qara rəngli açarın avtomobilin açarı, 2 ədəd kiçik dəmir açarların isə iş yerinin otağının açarı olduğunu, 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinazları, 01 ədəd ödəniş qəbzini, 01 ədəd kağızda yazılmış ödəniş kodunu, 01 ədəd kağızda yazılmış telefon nömrəsini təqdim etmişdir. Həmin telefon nömrəsinin odun doğradığı adamlardan kiminsə verdiyini, yəni indi adının yadında qalmadığı şəxsə məxsus olduğunu bildirmişdir. Daha sonra 01 ədəd üzərində "Cutates” sözünün yazılmış kağızı göstərmiş və hunun dərman adı olduğunu bildirmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd 5, 03 ədəd 3 və 01 ədəd 1 qəpikləri təqdim etmiş, sonra 01 ədəd qırmızı rəngli paltar düyməsini göstərib bunu yoldan tapdığını və nə olduğunu bilmədiyini, həmin əşyanın daş olduğunu bildirmişdir. Üzərinə asdığı göstərici nişanın, yəni “birkartın” paltara birləşdirici vasitəsini təqdim etmiş, daha sonra 01 ədəd şəffaf sellofanda olan narkotik vasitəni təqdim etmişdir. Müstəntiq bunun nə olduğunu soruşanda Şahid1 “nəşə” olduğunu bildirmişdir. Bükülünün içərisindən yaşıl rəngli ot şəklində olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bütün bunlardan sonra müstəntiq Şahid1 ilə sual-cavab aparmışdır. Həmin vaxt Şahid1 müstəntiqə narkotik vasitəni özü istifadə etmək məqsədilə taksi sürücüsü olan tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs yaşadığı yeri, onun soyadını soruşduğunda bilmədiyini qeyd etmiş, sonra müstəntiq Ruslanın avtomobilinin dövlət nömrə nişanını soruşanda 90-616 olduğunu desə də, orta həriflərini bilmədiyini qeyd etmişdir. Müstəntiq Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs nə vaxt aldığını soruşduğunda o, 05.02.2022-ci il tarixdə təxminən saat 10:00-da yadında qalmayan mobil telefon nömrəsinə zəng edib Çöl yolunda görüşüb aldığını bildirmişdir. Müstəntiq Şahid1 Təqsirləndirilən şəxs etdiyi zəngi telefonunda qalıb-qalmadığını və narkotik vasitəni hansı qiymətə aldığını soruşanda nömrənin telefonda qaldığını, narkotik vasitəni isə 50 manata aldığını qeyd etmişdir. Müstəntiq əvvəllər Ruslandan narkotik vasitə alıb-almadığını soruşanda Şahid1 əvvəllər bir-iki dəfə yolda, maşında onunla narkotik vasitə istifadə etsə də ondan narkotik vasitə almadığını bildirmişdir. Müstəntiq Ruslan ilə nə vaxt narkotik vasitə çəkdiyini soruşduğunda 04.02.2022-ci il tarixdə axşam satlarında Təqsirləndirilən şəxs məxsus avtomobildə sonuncu dəfə narkotik vasitə istifadə etdiklərini qeyd etmişdir. Bütün bunlardan sonra müstəntiq narkotik vasitə kimi təqdim etdiyi içərisində yaşıl rəngli kütlə olan 01 ədəd sellofan bükülünün ağzmı açmış və içərisinə baxdığında şəffaf sellofanın içərisində yaşıl rəngli, spesifik iyə malik vasitə aşkar edilmişdir. Həmin vaxt Şahid1 təqdim etdiyi yaşıl rəngli kütlənin həqiqətən də marixuana olduğunu bildirmişdir. Sonra isə 01 ədəd sellofan bükülüdə olan narkotik vasitə, yəni yaşıl rəngli kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə müstəntiq tərəfindən, ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhür ilə möhürlənib götürülmüşdür. Daha sonra müstəntiq Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyini bildirib ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyini qeyd etmişdir. Bundan sonra zərfin üzəri yazılmış, 01 ədəd işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon 01 ədəd zərfin içərisinə qoyulmuş və möhür ilə möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra müstəntiq Şahid1 üzərində aşkar olunmuş digər əşyaların iş üçün əhəmiyyət kəsb etmədiyini bildirib bütün əşyları özünə qaytarmışdır. Bundan sonra müstəntiq iştirakçılara və müdafiəçiyə sualının olub-olmadığı soruşmuşdur. Hüquqlarını müdafiə edən sualının olduğunu bildirərək “təqdim eldiyiniz predmetin dəqiq olaraq marixuanadırmı? deyərək sual edəndə” Şahid1 ona bəli marixuanadır deyib cavab vermişdir. Müdafiəçi 50 manat müqabilində Təqsirləndirilən şəxs Sizə hansı çəkidə narkotik vasitə vermişdir? deyərək sual edəndə o, çəki bilmədiyini, yəni 50 manat pulu olduğunu, ona yetdik nə düşür verməsini desə də narkotikin çəkisi ilə bağlı heç bir söhbətləri olmadığını qeyd etmişdir. Müstəntiq onlara videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırıldığını bildirmiş, videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, videoçəkilişə baxmışlar, heç-bir vəsatət və etirazı olmadığını bildirmişlər. Müstəntiq protokol yazaraq ucadan oxumuş, heç bir etirazı və vəsatəti olmadığını bildirərək həmin protokola imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 Vaqif oğlu şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifəsi cinayətkarlığa qarşı, həmçinin narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 05.02.2022ci il tarixdə “Anar” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitlərin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, əməliyyat qrupunun yaradılaraq “Anar” adlı şəxsin şəxsiyyəti və olduğu yeri müəyyən edilib polis şöbəsinə gətirilmiş, sonuncunun üzərində cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan edilmiş əşyanın, eləcə də narkotik vasitənin olmasına güman edildiyindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərindən sellofan bükülüdə olan narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə aşkar edilərək götürülmüşdür. Şahid1 narkotik vasitəyə bənzər yaşıl rəngli kütləni 05.02.2022-ci il tarixdə Şəki şəhəri “Çöl yolu” adlanan yerdə “Ruslan” adlı taksi sürücüsündən 50 manata aldığını bildirmişdir. 05.02.2022-ci il tarixdə Ruslan adlı şəxsin yaşadığı və olduğu yeri müəyyən edilərək İstintaq bölməsinə təqdim edilməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş əməliyat tapşırığının icrası ilə əlaqədar Şəki ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2lə birlikdə Təqsirləndirilən şəxs ətrafında tərəflərindən əməliyyat tədbirləri davam etdirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra 05.02.2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Aytac” Şadlıq Sarayının yaxınlığında idarə etdiyi Mersedes markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomaşınla saxlanılaraq Şəki ŞRPŞ-nə dəvət edilmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi üçün İBnin müstəntiqə həvalə edildiyindən Təqsirləndirilən şəxs müstəntiqin xidməti iş otağına aparmışlar. Müstəntiq öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs vəkil seçərək dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müstəntiq tərəfindən müdafiəçi zəng olunaraq PŞ-nə dəvət olunmuş, eyni zamanda müstəntiq tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edən polis serjantı Qiyam Səfərəliycv dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra müstəntiq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və bundan sonra onların iştirakları ilə videoçəkilişdən istifadə etməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq hər birinə hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müstəntiqlə razılaşıb əyləşdiyi stoldan qalxaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən açarları, əynindəki şalvarın sol yan cibindən mobil telefonu və pul əskinazlarını, əynindəki gödəkcənin sol iç cibindən mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edəndə o, “xeyir” deyərək cavab vermişdir. Müstəntiq Təqsirləndirilən şəxs əllərini qaldırmasını təklif etmiş, o, hər iki əlini yuxarı qaldırdıqdan sonra onun üzərində axtarış aparmış, lakin qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşayarın özünə məxsus olduğunu bildirib günəbaxan tumlarını göstərib tum olduğunu, mobil telefonu göstərib Nokia markalı mobil telefon olmasını bildirmişdir. Müstəntiq telefonun üzərində hansı mobil nömrə olması barədə sual verdikdə Təqsirləndirilən şəxs ***-***-**-** mobil nörməsinin olmasını, mobil telefonun və mobil nömrənin özünə məxsus olmasını bildirmişdir. Digər mobil telefonun Samsung markalı olmasını və üzərində ***-***-**-** mobil nömrəsinin olmasını, mobil telefon və mobil nömrənin özünə məxsus olmasını demişdir. Bundan sonra 51 manat pul əskinazlarını təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Açarların isə idarə etdiyi Mersedes markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarları olmasını, digər açarların isə evinin açarları olmasını qeyd etmişdir. Bundan sonra müstəntiq şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirən zaman onun üzərindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilib götürüldüyü, həmin şəxsdən narkotik vasitəni haradan əldə etməsi soruşulduqda o, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirdiyini, hazırda bununla bağlı nə deyə bilərsən deyib sual edəndə Təqsirləndirilən şəxs bildirmişdir ki, Gəncədən gələndə Şəki kəndinə gedən yolun kənarında dayanacağın yaxınlığında bükülmüş nəşə olduğunu gördüyünü, Moskva şəhərində olan vaxtdan narkotik vasitəni tanıdığını və narkotik vasitədən anlayışı olduğunu, tapdığı bükülüyə açıb baxanda nəşə olduğunu, müalicə olunmasına baxmayaraq tamah edib götürdüyünü, Anar ilə yemək yeyərkən də ona artıq nəşədən qurtarmaq istədiyini, istəsə, nəşəni ona verəcəyini deməyini qeyd etmişdir. Müstəntiq narkotik vasitəni Şahid1 nə vaxt verdiyini soruşanda Təqsirləndirilən şəxs 05.02.2022-ci il səhər təxminən saat 10:00 radələrində verdiyini bildirmişdir. Narkotik vasitəni Şahid1 nə müqabilində verdiyini soruşduğunda Təqsirləndirilən şəxs 50 manata satdığını bildirmişdir. Müstəntiq təqdim etdiyi 50 manat pulun Şahid1 aldığı pul olub-olmadığını soruşduğunda Təqsirləndirilən şəxs bəli deyərək cavab vermişdir. Müstəntiq Təqsirləndirilən şəxs hazırda narkotik vasitə istifadə edibetmədiyini soruşanda əvvəllər istifadə etdiyini, hazırda isə ara-bir istifadə eldiyini bildirmişdir. Müstəntiq 1 manat pul nə puldu? deyərək sual edəndə həmin pulun özünün olduğunu qeyd etmişdir. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd 50 manatlıq və 01 ədəd 01 manatlıq olmaqla 51 manat pul əskinazlarının iş üçün əhəmiyyət kəsb etdiyini qeyd etmiş və pulları 01 ədəd ağ rəngli zərfə qoyaraq qablaşdırmış və zərfin ağzını möhür ilə möhürləyib götürmüşdür. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd Nokia markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyini qeyd etmiş və 01 ədəd ağ rəngli zərfə qoyub, zərfin ağzını möhür ilə möhürləyib götürmüşdür. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan digər 01 ədəd Samsung markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyini qeyd etmiş və 01 ədəd ağ rəngli zərlə qoyub qablaşdırmış və zərfin ağzını möhür ilə möhürləyib götürmüşdür. Bundan sonra müstəntiq masanın üzərindəki günbaxan tumlarını və açarları Təqsirləndirilən şəxs özünə qaytarmışdır. Müstəntiq Təqsirləndirilən şəxs saxlanılan zaman idarə etdiyi avtomaşınla birlikdə saxlanıldığını müəyyən etdikdən sonra avtomobilin saxlanıldığı Şəki ŞRPŞ-nin arxa həyət hissəsində duracağa iştirakçılarla birlikdə çıxmışlar. Duracağa çıxdıqdan sonra avtomobilin Mersedes markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmiş və baxış keçirilməsinə başlanılmış, baxış zamanı avtomobilin salonunun yük yerinə və digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan edilən hər hansı bir əşya və yaxud da predmet aşkar edilməmişdir. Müstəntiq onlara videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsi üçün dayandırılmış, videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmişdir. Videoçəkilişə baxılmış, heç bir vəsatət və etiraz olmadığını bildirmişlər. Müstəntiq bu barədə protokol yazaraq ucadan oxumuş, heç bir etiraz və vəsatət olmadığını bildirərək həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 05 fevral 2022-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Şahid1 əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülüdə cəmi 1.44 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli küllə aşkar olunaraq qablaşdırılıb götürülmüş, o, həmin bilkülüdəkinin narkotik vasitə olduğunu və tanışı Təqsirləndirilən şəxsdan 50 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. (İ cild. i/v-37-46) İşdə olan şübhəli şəxsin tutulması haqqında 05.02.2022-ci il tarixli, 6225 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.02.2022-ci il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i/v-60-62) İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 05 fevral 2022-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarın sol yan cibindən 01 ədəd 50 manat və 01 ədəd 1 manat pul əskinazları aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 50 manat pul əskinazını narkotik vasitənin satışından əldə etdiyi pul olduğunu qeyd etmişdir. (İ cild i/v-76-87) İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin 06.02.2022-ci il tarixli, 54A və 55A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X1 marixuana qəbulu nəticəsində narkotik faktı aşkar edilmişdir. (İ cild. i/v-91-92) İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın 06.02.2022-ci il tarixli 17/123 №-li rəyində göstərilmişdir ki, «Şahid1 üstündən aşkar olunub götürülmüş.... Bitki kütləsi» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-1.44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanadır. Rəyin təsviri hissəsində marixuananın təmiz çəkisi-1.44 qram, tədqiqata sərf edildi- 0.05 qram, qalıq-1.39 qram olduğu göstərilmişdir. Ekspertiza xərci 34.55 manatdır. (İ cild. i/v- 93-96) İşdə olan 06 fevral 2022-ci il tarixdə şübhəli şəxs Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun ifadələri arasında ziddiyyətlər olduğundan onlar videoçəkilişlə üzləşdirilmiş, üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək 04 fevral 2022-ci il tarixdə günorta saatlarında Şəki şəhərində “Pansionat” adlanan yerin qarşısında Təqsirləndirilən şəxs 50 manat pul verdiyini və həmin ərazidən 300-400 metr aşağıda yerləşən “Ev Qur” tikinti mağazasının yaxınlığında ondan 01 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana aldığını bildirmişdir. (İ cild. i/v - 131-140) İşdə olan Şəki rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli, 1(075)-16/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05.02.2022-ci il tarixindən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ c.səh. 175- 177) İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Topqarağac məhəllə nümayəndəliyinin 10.02.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun himayəsində iki az yaşlı övladı vardır. (İ cild, i\v- 183-185) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 11.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 62-ci maddələrinə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 03.12.2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya qərarının 2.5 bəndinə əsasən cəzadan azad edilmişdir. (İ cild, i/v-186) İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanasının 12.02.2022-ci il tarixli 183 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. (İ cild, i\v-188) İşə əlavə edilmiş, Mobil telefona baxış keçirilməsi haqqında 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, istintaq araşdırması zamanı Şahid1 məxsus olan bir ədəd mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-nin 53 nömrəli zərflər üçün möhürü ilə möhürlənərək şəxsi axtarışın keçirilməsində iştirak edən şəxslər və Şahid1 tərəfindən imzalanmışdır. Həmin zərf tərəfimdən protokolda qeyd edilən şəxslərin iştirakı ilə açıldı. Zəfın içərisindən gövdəsi qırmızı rəngli plasmas olan, iki kartlı, **********13684/01 və **********13682/01 İMEİ kodlu, rəngli ekranlı, 01 ədəd "Samsung Duos" markalı mobil telefon aparatı aşkar edildi. Mobil telefon aparatının bütün hissəsi qara rənglidir. Arxa qapağın orta hissəsində "Samsung" yazısı həkk olunmuşdur. Mobil telefonun üzərində qara rəngli kabro vardır. Kabronun ortasında kamera, səsötürücü və fənər üçün 03 ədəd dəliklər vardır. Mobil telefonun üz ekranının yuxarı hissəsində səsötürücü, fənər və 03 ədəd balaca dəliklər vardır. Səsötürücünün aşağı hissəsində "Samsung" Duos sözləri yazılmışdır. Mobil telefonun aşağı hissəsində ortada 01 ədəd düymə yerləşir. Düymənin sol hissəsində balaca kvadırat və sağ hissəində isə əyri ox işarəsi vardır. Mobil telefonun bütün yan hissələri boz rənglidir. Mobil telefonun yuxarıl sol hissəində qulaqcıq dəliyi, sol yan hissəsində səs azatma və artırma düyməsi, sağ hissəsində mobil telefonu yandırıb söndürmək üçün düymə, aşağı hissəində tən ortada telefonu elektirik cəryanma qoşmaq üçün dəlik, həmin dəliyin yanında balaca dəlik vardır. Mobil telefon işlək vəziyyətdə olmaqla telefonun üzərində "xxxx" MMC-yə məxsus «***-***-**-**» kart nömrəsi vardır. Digər nömrə yeri isə boşdur. Mobil telefonun "Menyu" suna daxil olduqda on altı bölmə olması müəyyən edildi. Mobil telefon aparatının "Menyu"suna daxil olduqda ekranın yuxarı hissəsində birinci sırada "Samsung", ondan sonra "Google", ondan sonra "Play Market" ondan sonra "Telefon" ondan sonra sonuncu "Mesajlar" yazılan bölməsi, ikinci sırada "Kamera", ondan sonra "Qalereya", ondan sonra "Saat" ondan sonra sonuncu "Kontaktlar", ondan sonrasonuncu "Param-lər" yazılan bölməsi, üçüncü sırada "Təqvim", ondan sonra "Kalkulyator", ondan sonra "Samsung Notes" sonuncu "Vhatsapp" ondan sonra sonuncu "YouTube" yazılan bölməsi, dördüncü sırada "Bakcell Menyu" yazılan bölməsi yerləşir. Mobil telefonun gedib-gələn zənglər bölməsinə baxıldıqda müxtəlif adlarla yazılmış və sadəcə mobil nömrələr olması müəyyən edildi. Baxış zamanı Şahid1 həmin mobil nömrələrin kimə məxsus olması soruşulanda həmin şəxs bir çox mobil nömrələrin iş yoldaşlarına, tamlçarma və qohumlarına məxsus olmasını bildirdi. Həmin şəxsdən Təqsirləndirilən şəxs hansı mobil nömrənin aid olması soruşulduqda həmin şəxs 055-440- 52- 94 mobil nömrəsinin Təqsirləndirilən şəxs məxsus olmasım bildirdi. Şahid1 özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə həmin mobil nömrəyə zəng edib Təqsirləndirilən şəxs ilə əlaqə saxladığını qeyd etdi. Bundan sonra Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə nəzərə yetirdikdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ***-***-**-** mobil nömrəsinə 31 dekabr 2021-ci il tarixdə saat 17:13-də zəng olunduğu, lakin həmin zəngə cavab verilmədiyi, ondan sonra Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ***-***-**-** mobil nömrəsinə 07 yanvar 2022-ci il tarixdə saat 19:11 -də zəng olunduğu və 1 dəqiqə 24 saniyə danışıq aparıldığı, ondan sonra Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ***-***-**-** mobil nömrəsinə 07 yanvar 2022-ci il tarixdə saat 21:08-də zəng olunduğu və 1 dəqiqə 28 saniyə danışıq aparıldığı, ondan sonra Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ***-***-**-** mobil nömrəsinə 07 yanvar 2022-ci il tarixdə saat 21:11 də zəng olunduğu və 51 saniyə dafıışıq aparıldığı, Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** mobil nömrəsindən Şahid1 ***-***-**-** mobil nömrəsinə 07 yanvar 2022-ci il tarixdə saat 21:25-də zəng olunduğu və 14 saniyə danışıq aparıldığı, Şahid1 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 07 yanvar 2022-ci il tarixdə saat 21:37-də zəng olunduğu, lakin danışıq aparılmadığı, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ***-***-**-** mobil nömrəsinə 15 yanvar 2022-ci il tarixdə saat 16:45-də zəng olunduğu, lakin həmin zəng rədd olunduğu, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ***-***-**-** mbobil nömrəsinə 18 yanvar 2022-ci il tarixdə saat 16:35-də zəng olunduğu və 50 saniyə danışıq aparıldığı, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ***-***-**-** mbobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 19:08-də zəng olunduğu və 1 dəqiqə 57 saniyə danışıq aparıldığı, Şahid1 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 04 fevral 2022-ci il tarixdə saat 18:47-də zəng olunduğu və 1 dəqiqə 1 saniyə danışıq aparıldığı, Təqsirləndirilən şəxs məxsus 055-440- 52-94 mobil nömrəsindən Şahid1 ***-***-**-** mbobil nömrəsinə 04 fevral 2022-ci il tarixdə saat 19:01-də zəng olunduğu, lakin zəngə cavab verilmədiyi, Şahid1 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 04 fevral 2022-ci il tarixdə saat 19:01-də zəng olunduğu və 27 saniyə danışıq aparıldığı,Şahid1 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 04 fevral 2022-ci il tarixdə saat 19:03-də zəng olunduğu, lakin zəngə cavab verilmədiyi, Şahid1 ***- ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 04 fevral 2022-ci il tarixdə saat 22:23-də zəng olunduğu və 27 saniyə danışıq aparıldığı, Şahid1 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 05 fevral 2022-ci il tarixdə saat 09:24-də zəng olunduğu və 14 dəqiqə 57 saniyə danışıq aparıldığı müəyyən olundu. Bütün bunlardan başqa gedib-gələn zənglər bölməsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Bütün bunlardan sonra mobil telefonun SMS bölməsi, WhatsApp bölməsin və digər bölmələrə baxıldı, lakin iş üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilmədi. Bütün bunlardan başqa telefon aparatının yaddaşında iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilmədi. (İ cild, i\v- 192-194) İşdə olan Azərbaycan Respublikası İTS üzrə DATƏBİB “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən Şəki ŞRPŞ-nə daxil olmuş 16.02.2022-ci il tarixli, 295/1 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki RMX-nın publik huquqi şəxsin Narkoloji kabinetində 26.04.2021-ci il tarixdən (F12-26) konnobinoidlorin qəbulu nəticəsində Epizodik (marixuana) diaqnozu ilə profilaktiki qeydiyyatdadır. (İ cild, i\v-195) İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının 21.02.2022-ci il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanam 05.02.2022-ci il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Embavud” mebel salonun yaxınlığında yolun kənarında tanışı Təqsirləndirilən şəxs Şaid oğlundan 50 manata aldığı müəyyən olunsada, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında əvvəllər borc mübahisələri, narazılıq, ədavət və ya düşmənçiliklərinin olması, onların əvvəllər istifadə etdikləri narkotik vasitəni harada və kimlərdən əldə etmələrini, onlar öz aralarında narkotik vasitənin alqı-satqısını edərkən yaxınlıqda və ətrafda kimlərinsə olmasını, eyni zamanda Şahid1 və Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməli törədmələri, həmçinin həmin cinayət əməlinin törədilməsindən kənar şəxslərin məlumatı və ya iştirakları olmasını müəyyən edilməsi mümkün olmamışdır. İstiqamətdə əməliyyat tədbirlərinin davam etdirildiyi, gələcəkdə müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəkdir. (İ cild, i/v 196) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 26 mart 2022-ci il tarixli, 357 №-li rəyində göstərilmişdir ki, Bayramov Ruslar Şahid oğlu narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i/v-4) İşə əlavə edilmiş, Mobil telefona baxış keçirilməsi haqqında 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, istintaq araşdırması zamanı Təqsirləndirilən şəxs məxsus olan iki ədəd mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri DİN-nin 53 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənərək şəxsi axtarışın keçirilməsində iştirak edən şəxslər və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmin zərflər tərəfimdən protokolda qeyd edilən şəxslərin iştirakı ilə açıldı. Zəfin içərisindən gövdəsi və üzlüyü qara rəngli plasmas olan, iki kartlı, **********10658 və **********10657 İMEİ kodlu, rəngli ekranlı, 01 ədəd "Samsung Galaxy A03s" markalı mobil telefon aparatı aşkar edildi. Mobil telefon apartınm üzərində qara rəngli kabro vardır. Mobil telefon bütün gövdəsi qara rənglidir. Telefonun arxa qapağın yuxarı sol hissəsində 03 ədəd kamer və 01 ədəd fənər dəliyi yerləşir. Telefonunarxa qapaşğının orta hissəsində imei kodu yazılmış ağ kağız parçası yapışdırılmışdır. Həmin kağız parçasının aşağı hissəsində "Samsung" sözü yazılmışdır. Mobil telefon aparatının ekranın yuxarı hissəsi 01 ədəd ön kamera dəliyi vardır. Mobil telefonun sağ yan hissəsində 02 ədəd düymələr vardır. Telefonun yuxarı hissəsində balaca dəlik, aşağı hissəsində isə elektirik cəryanı qoşmaq üçün dəlik, 01 ədəd qulaqcıq dəliyi, 01 ədəd balaca dəlik və 01 ədəd səsötürücü dəlikləri yerləşir. Mobil telefon işlək vəziyyətdə olmaqla telefonun üzərində "xxxx" MMC- yə məxsus «***-***-**-**» kart nömrəsi vardır. Mobil telefonun "Menyu" suna daxil olduqda otuz altı ədəd müxtəlif proqram bölmələri olması müəyyən edildi. Mobil telefon aparatının "Menyu"suna daxil olduqda ekranın yuxarı hissəsində birinci sırada "Samsung", ondan sonra "Google", ondan sonra "Microsoft" ondan sonra "Play Market", ondan sonra sonuncu "Samsung Members" yazılan bölməsi, ikinci sırada birinci bölmə "Galaxy Store", ondan sonra "Spotify", ondan sonra "Netflix" ondan sonra "Telefon", ondan sonra sonuncu "Pinterest" yazılan bölməsi, üçüncü sırada birinci bölmə "Mesajlar", ondan sonra "Kamera", ondan sonra "Fotoğraflar", ondan sonra "Saat", ondan sonra sonuncu "kontaktlar" yazılan bölməsi, dördüncü sırada "Param-lər", ondan sonra "Təqvim", ondan sonra "Kalkulyator", ondan sonra "YT Music", ondan sonra sonuncu "Samsung Notes" yazılan bölməsi, həmin bölmələrdən sonra ekranı sol sürüşdürdükdə birinci sırada "Samsung Global G", ondan sonra "Samsung Free", ondan sonra "Vhatsapp", ondan sonra "Tik-Tok Lite", ondan sonra sonuncu "BirBank" yazılan bölməsi, ikinci sırada birinci bölmədə "Mobil Auto sürücü", ondan sonra "İnstagram", ondan sonra "Facebook", ondan sonra "Pubg Mobile", ondan sonra "Bravl Stars", ondan sonra sonuncu "Bravl Stars" bölməsi, üçüncü sırada birinci bölmə "Az Nav", ondan sonra "SMS Radar.az", ondan sonra "Oyun" bölməsi, ondan sonra sonuncu "Azrcell" bölməsi, dördüncü sırada "Hay Day" oyun bölməsi yerləşir. Mobil telefonun SMS bölməsi, gedib-gələnb zənglər bölməsinə, WhatsApp bölməsin və digər bölmələrə baxıldı, lakin iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Bundan başqa Təqsirləndirilən şəxs məxsus digər "Nokia" markalı mobil telefona baxış keçirildi. Mobil telefon DİN-nin 53 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənərək şəxsi axtarışın keçirilməsində iştirak edən şəxslər və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmin zərf tərəfimdən protokolda qeyd edilən şəxslərin iştirakı ilə açıldı. Zərfin içərisindən gövdəsi və üzlüyü qara rəngli plasmas olan, iki kartlı, **********21564 və **********21572 İMEİ kodlu, rəngli ekranlı, 01 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edildi. Mobil telefon apartının bütün gövdəsi qara rənglidir. Mobil telefonun arxa qapağının yuxarı hissəində səsötürücünün balaca dəlikləri, ondan aşağı hissədə isə Nokia sözü yazılmışdır. Telefonun üz hissəsində balaca rəgli ekran, ekranın aşağı hissəsində rəqəmli düymələr yerləşir. Ekranın yuxarı hissəində Nokia sözü və 01 ədəd səs ötürücü dəliyi yerləşir. Telefonun yuxarı hissəində 01 ədəd qulaqcıq dəliyi, 01 ədəd fənər və 01 ədəd elektirik cəryanı qoşmaq üçün dəliklər yerləşir. Telefonun aşağı hissəində isə 02 ədəd dəliklər vardır. Telefonun arxa qapağın açıldıqda 02 ədəd mobil nömrə kart yeri yerləşir. Sol tərəfdə yerləşən mobil nömrə kart yerində Bakcel MMC-yə məxsus mobil kart vardır. Sağ tərəfdə olan kart yeri isə boşdur. Mobil kart yerlərinin aşağı hissəsində imei kodları yazılmışdır. Mobil telefon işlək vəziyyətdə olmaqla telefonun üzərində "xxxx" MMC- yə məxsus «***-***-**-**» kart nömrəsi vardır. Mobil telefonun "Menyu" suna daxil olduqda doqquz ədəd müxtəlif proqram bölmələri olması müəyyən edildi. Mobil telefon aparatının "Menyu"suna daxil olduqda ekranın yuxarı hissəsində birinci sırada "Mesajlar", ondan sonra "kontakt", ondan sonra "gedib-gələn zənglər" yazılan bölməsi, ikinci sırada birinci bölmə "kontakt", ondan sonra "Saat", ondan sonra "Radiyo" bölməsi, üçüncü sırada birinci bölmə "Oyun", ondan sonra "Kalkulyator", ondan sonra sonuncu "Mobil nömrə" bölməsi yerləşir. Mobil telefonun SMS bölməsi, gedib-gələnb zənglər bölməsinə və digər bölmələrə baxıldı, lakin iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Bütün bunlardan başqa hər iki mobil telefon aparatlarının yaddaşında iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilmədi. (İİ cild, i/v-6-7) İşə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Həmçinin işdə olan Şahid1 Şəki ŞRPŞ-də aparılan istintaq zamanı üzərində videoçəkilişlə axtarış keçirilən və Təqsirləndirilən şəxs ilə üzləşmə aparılmasını əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Şahid1 əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. İşdə olan AZ-İ 808527 və AZ-İİ 244542 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı və 2009-cu illərdə anadan olmuş 2 uşağı vardır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Belə ki, Narkotik vasitə olan marixuananın satılması ilə bağlı cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun bunda təqsirli olması tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı tamah niyyətilə satması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə istinad edərək onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, həmçinin yetkinlik yaşına çatmayan 1 uşağının olmasını, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndirildiyi CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən, onun əvvəllər də məhkum olunmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzadır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan, Şahid1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1.44 qram olmuş, tədqiqatdan sonra 1.39 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan cinayət yolu ilə əldə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 50 manat pul əskinazı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilməlidir. İşdə olan 06 ədəd videoçəkilişlər olan disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. 34.55 ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X4, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 05 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Narkoloji kabinetinin qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan, Şahid1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1.44 qram olmuş, tədqiqatdan sonra 1.39 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan cinayət yolu ilə əldə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 50 manat pul əskinazı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilsin. İşdə olan 06 ədəd videoçəkilişlər olan disklər cinayət işinin materiallarında (əlavə edilməklə) saxlanılsın. 34.55 (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X4, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan, məhkuma isə hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində, Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-49/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-49/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver