Məhkəmə qərarları › İş №1(075)-49/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-49/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-49/2024 06.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Şirin İbrahimxəlil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 Ağamməd oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1979-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla tutulana qədər həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda X11 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs3 ilə tanış olduqdan sonra sonuncuya direktor olduğu "xxxx" MMC-yə X16 İcraiyyə Komitəsinin balansına verilmiş və hazırda balıqçılıq təsərrüfatı yaradılmış 10,61 ha torpaq sahəsinə istifadə hüququnu təsdiq edən çıxarış verilməsi öhdəliyinin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını və bu yolla da həmin torpaq sahəsinə istifadə hüququnu təsdiq edən çıxarış alacağını Zərərçəkmiş şəxs3 vəd verib onu aldatmaqla, 2018-ci ilin yay aylarında istintaqla müəyyən edilməmiş vaxtda Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Şahid3 işlətdiyi “Saphir” adlanan qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında ilkin olaraq 2500 manat, sonradan isə həmin ərəfədə qısa fasilələrlə Mingəçevir şəhərində müxtəlif ünvanlarda 2000 manat, 500 manat və 2019-cu ilin fevral ayında 1500 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus 6500 manat məbləğdə pulunu alıb ələ keçirərək, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 istifadəsində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 4 sot torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmə öhdəliyinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını və bu yolla da həmin torpaq sahəsinə çıxarış alacağını Zərərçəkmiş şəxs2 vəd verib onu aldadaraq, 2020-ci ilin sentyabr ayında Şəki şəhəri, Kiş yolunda yerləşən “Soyuqbulaq” kafesində 15000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2021ci il tarixli imtinasının əsassız hesab edilərək əlilliyin etibarsız hesab edildiyi tarixdən yenidən təyin edilməsi və əlilliyin etibarsız hesab edildiyi vaxtdan hazırki vaxtadək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını vəd edib onu aldadaraq, 2022-ci ilin yanvar ayının əvvəllərində Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2021ci il tarixli imtinasının əsassız hesab edilərək, həmin tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını vəd edib onu aldadaraq, Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 2022-ci ilin yanvar ayı ərzində 1500 manat, 1000 manat və 1500 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4000 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 “Müharibə veteranı” adı və vəsiqəsini düzəltdirəcəyini vəd edib aldadaraq, bu məqsədlə 2022-ci ilin fevral ayının ortalarında özünün təqdim etdiyi bankomat katına göndərilmiş 2500 manat pulu, 2022-ci ilin iyul ayının ortalarında isə ünvan 4 ünvanında yerləşən Şəki Məhkəmə Kompleksinin qarşısında 1500 manat pulu, yəni cəmi 4000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Qəbələ rayonunda yerləşən Əmirvan kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib onu aldadaraq, 18 avqust 2022-ci il tarixdə Şəki şəhəri, Sülh küçəsi ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində yerləşən ofisində 6000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 mülki iddiası əsasında Şəki Apellyasiya Məhkəməsində baxılan iş üzrə JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin öz təsir imkanlarından istifadə edərək etibarsız hesab edilməsi barədə qətnamə çıxardacağını vəd edib aldadaraq, bu məqsədlə 2022-ci ilin aprel ayının axırlarında Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman- Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 3000 manat, 2022-ci ilin sentyabr ayının əvvəllərində Şəki şəhərində yerləşən “Qafqaz” kafesində 1000 manat və öz adına olan "xxxx"-a məxsus karta göndərilmiş 500 manat pulu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 4500 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 övladı Emin Rəfizadə üçün İİ qrup əlillik düzəldəcəyini vəd edib aldadaraq, 09 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasında 7000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 mülki iddiası əsasında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, 2(107)-799/2022 saylı qətnamənin öz təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Ali Məhkəməsində qüvvədə saxlatdıracağını vəd edib aldadaraq 2022-ci ilin noyabr ayında Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman- Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 3200 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə iddiaçı Zərərçəkmiş şəxs12 cavabdeh X3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış üzrə qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Şəki Rayon Məhkəməsində baxılan iş üzrə iddiaçının xeyrinə qətnamənin çıxarılmasına nail olacağını Zərərçəkmiş şəxs12 vəd edib onu aldadaraq 2023-cü ilin mart ayının əvvəllərində Şəki şəhərində yerləşən köhnə “Qax” dayanacağının yaxınlığında avtomobil təmiri sexində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 övladı Zaur İsmayılov ilə X15 arasında olan mülki mübahisə əsasında Şəki Apellyasiya Məhkəməsində baxılan iş üzrə Zaur İsmayılovun lehinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib aldadaraq 11 aprel 2023-cü il tarixdə saat 1622 radələrində öz adına olan **********370107 nömrəli "xxxx"-a məxsus karta ünvan 7 ünvanında yerləşən “5+1” adlı marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərilmiş 3000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Yevlax şəhəri, Nizami prospekti 2A ünvanında yerləşən 7,0 ha torpaq sahəsində inşa olunmuş Toxum zavoduna məxsus tikililərin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və iddiaçı “X41” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Balakən şəhəri, Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində torpağın və üzərindəki tikililərin ölçülərinin əks olunduğu müvafiq lahiyə və eskiz sənədlərdə göstərilən ölçülərə uyğun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi əsasında Şəki İnzibati Məhkəməsində baxılan işlər üzrə iddiaçıların xeyrinə qətnamələrin çıxarılmasına nail olacağını Zərərçəkmiş şəxs10 vəd edib onu aldadaraq 17 aprel 2023-cü il tarixdə saat 1430 radələrində 409809xxxxxx7796 nömrəli “Leobank”a məxsus bankomat kartına göndərilmiş 500 manat pulu, öz adına olan **********370107 nömrəli "xxxx"-a məxsus karta ünvan 10 ünvanında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə həmin tarixdə saat 1817-də göndərilmiş 5000 manat pulu və saat 1821-də göndərilmiş 1500 manat pulu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 7000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 mülki iddiası əsasında Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli e-2(075)-254/2023 nömrəli qətnamədən apellyasiya şikayəti verəcəyini və Şəki Apellyasiya Məhkəməsində sonuncunun xeyrinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib onu aldadaraq 2023-cü ilin may ayının əvvəllərində Şəki şəhərində yerləşən köhnə “Qax” dayanacağının yaxınlığında avtomobil təmiri sexində 6000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan iş üzrə JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin öz təsir imkanlarından istifadə edərək etibarsız hesab edilməsi barədə qətnamə çıxardacağını vəd edib aldadaraq, 3 iyun 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs1 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 əlilliyin verilməsi, birdəfəlik kompensasiyanın və sığortanın alınması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edəcəyini və sonuncunun lehinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib aldadaraq 5 iyul 2023-cü il tarixdə Şəki şəhərində yerləşən Şəki avtovağzalının qarşısında 3400 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinаyət-Prоsessuаl Məcəlləsinin (bundan sonra CPMnin) 8-ci mаddəsi ilə nəzərdə tutulmuş cinаyət mühаkimə icrааtının vəzifələrinə digərləri ilə yаnаşı cinаyət təqibi ilə bаğlı bütün hаllаrı hərtərəfli, tаm və оbyektiv аrаşdırmаq dаxildir (mаddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü mаddəsinə əsаsən məhkəmənin hökmü qаnuni və əsаslı оlmаlıdır. 349.5-ci mаddəsinə əsаsən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsаslı hesаb edilir. Göstərilən xüsusаtlаr məhkəmə istintаqı zаmаnı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şаhidlərin ifаdələri və işin digər tədqiq оlunmuş hаllаrı ilə sübutа yetir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ilin oktyabr ayının 15-dən 2017-ci ilin may ayının 17-dək Şəki İnzibati-İqtisad Məhkəməsində məsləhətçi (iclas katibi) vəzifəsində işləmişdir. 17 may 2017-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs3 ilə təxminən 2018-ci ildən tələbə yoldaşı, Mingəçevir şəhər sakini Şahid2 vasitəsilə tanış olmuşdur. Mingəçevir şəhəri, H.Əliyev prospektində köməkçi yolda avtovağzalın ətrafında Zərərçəkmiş şəxs3 məxsus "xxxx" MMC-nin balansında olduğunu bildiyi torpaq sahəsi olmuşdur. Zərərçəkmiş şəxs3 orada kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, balıqçılıq təsərrüfatı yaratmışdır. Zərərçəkmiş şəxs3 2018-ci ildə, tanışı və tələbə yoldaşı Şahid2 vasitəsilə ona müraciət edərək, "xxxx" MMC-yǝ məxsus 10,61 ha torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınmaqla çıxarışın alınıb verilməsini xahiş etmişdir. O, torpaq sahəsinin sənədlərinə baxdıqdan sonra DƏDRX tərəfindən birbaşa çıxarışın verilməyəcəyini bilmiş, Zərərçəkmiş şəxs3 çıxarışın verilməsinin məhkəmə qaydasında həllini tapa biləcəyini bildirmişdir. Həmin torpaq sahəsi Zərərçəkmiş şəxs3 direktoru olduğu "xxxx" MMC-nin faktiki istifadəsində və əvvəllər fəaliyyət göstərmiş «Kür» kooperativinin balansında olmuş, “Kür” kooperativi ləğv olunduqdan sonra hüquqi varisi "xxxx" MMC-yə keçmiş, məhkəmə təcrübəsindən torpaq sahələrinə çıxarış verilməsi qaydasını bildiyindən öz axarı ilə buraxdıqda da məsələnin həll olunacağına arxayın olub məhkəmə qaydasında həmin torpaq sahəsinə istifadə hüququna dair çıxarışın alınmasının mümkünlüyünü düşünmüşdür. Fürsətdən istifadə edib, ilkin olaraq çıxarışın verilməsi ərizəsi ilə DƏDRX-nə müraciət edilməli olduğunu, oradan imtina məktubu verildikdən sonra çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması iddiası ilə aidiyyəti üzrə Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət edilməklə istəyinin həll olunacağını Zərərçəkmiş şəxs3 izah etmiş, iddia etdiyi torpaq sahəsinə çıxarış almaqda köməklik edəcəyini yalandan vəd verib, pul almaq qərarına gəlmişdir. 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs3 istifadəsində olan MMC-nin torpaq sahəsində salınmış təsərrüfatda, çıxarış almaq üçün 5000 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs3 demişdir. Zərərçəkmiş şəxs3 əvvəl məbləğin çox olduğunu desə də, sonradan onunla 4500 manata razılaşmışlar. Həmin vaxtlarda Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Şahid3 adlı tanışlarının qızıl-zinət əşyalarının alqı-satqı mağazasında Zərərçəkmiş şəxs3 ilkin olaraq 2500 manat pul alıb şəxsi ehtiyaclarına sərf etmişdir. DƏDRX-dən imtina məktubu gəldikdən sonra Zərərçəkmiş şəxs3 onun tapşırığı ilə 10,61 ha torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulması iddiası ilə Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət etmiş və məhkəmə ərizəni icraata qəbul etmişdir. 2500 manat məbləğdə pulu aldığı vaxtdan təxminən 1 ay sonra o, Zərərçəkmiş şəxs3 direktoru olduğu "xxxx" MMC-nin nəzdində olan təsərrüfatında yenidən 2000 manat məbləğdə pul alıb şəxsi ehtiyaclarına xərcləmişdir. O, məhkəmə proseslərinin uzandığını görüb, Zərərçəkmiş şəxs3 aldığı 4500 manat pulu qaytarmaq istəmiş, 2018-ci ilin yay aylarının sonlarında Şahid2la birlikdə Zərərçəkmiş şəxs3 təsərrüfatına gedib, pulu qaytarmaq istədiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs3 pulu almayıb, sənədləşməni yekunlaşdırmağı tələb etmişdir. Zərərçəkmiş şəxs3 israr etdiyini görüb, sənədləşməni yekunlaşdırmaq üçün yalandan əlavə 500 manat da pul istəmişdir. Razılaşdıqdan 2-3 gün sonra Mingəçevir şəhərində xatırlamadığı ərazidə görüşüb 500 manatı Zərərçəkmiş şəxs3 alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs3 qaldırdığı iddia Şəki İnzibati-İqtisad Məhkəməsində təmin edilmiş, DƏDRX həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsində X29 məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. DƏDRX Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, işin Ali Məhkəmə müstəvisinə çatdığını görüb, Ali Məhkəmənin də Şəki Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacağını düşünmüş, bunu bir fürsət kimi dəyərləndirib, Zərərçəkmiş şəxs3 əlavə pul almaq qərarına gəlmişdir. Ona görə də, Ali Məhkəmə tərəfindən qərarın qüvvədə saxlanılması üçün təxminən 2019-cu ilin əvvələrində Zərərçəkmiş şəxs3lə görüşüb əlavə 1500 manat pul verməli olduğunu demişdir. Razılaşdıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs3 məxsus təsərrüfatda görüşüb, 1500 manat puluda alıb şəxsi ehtiyaclarına xərcləmişdir. Ali Məhkəmədə Zərərçəkmiş şəxs3 iddiası mümkün hesab edilməmiş, qərar iddiaçının qeyd olunan torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüququnun olmaması ilə əsaslandırılmışdır. Zərərçəkmiş şəxs3 iddia ərizəsində 10,61 ha torpaq sahəsinin hazırda direktoru olduğu "xxxx" MMC-nin balansına «Kür» kooperativinin balansından keçdiyini qeyd etsə də, reallıqda həmin torpaq sahəsinin "xxxx" adlı kooperativin balansından keçməsi Ali Məhkəmədə müəyyən edilmiş, məhz bu səbəbdən də Zərərçəkmiş şəxs3 iddiası mümkünsüz hesab edilmişdir. İddia etdiyi torpaq sahəsini sənədləşdirə bilmədiyi üçün Zərərçəkmiş şəxs3 verdiyi 6500 manat məbləğdə pulu ondan tələb etmişdir. Maddi vəziyyəti yaxşı olmadığından, xərclədiyi pulu Zərərçəkmiş şəxs3 5 il ərzində qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 şikayət etdikdən və barəsində Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlandıqdan sonra 6500 manat pulu Zərərçəkmiş şəxs3 qaytarmışdır. Bundan başqa: 2018-ci ildə veteranlıq almaq üçün işlədiyi Şəki İnzibati Məhkəməsinə müraciət etdiyi vaxtdan Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaranmışdır. 2020-ci ildə Zərərçəkmiş şəxs2 yanında olan tanımadığı bir şəxslə Şəki rayonunda xatırlamadığı çayxanada onunla görüşən zaman Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 4 sot torpaq sahəsinə dair şəhadətnamə göstərib mülkiyyətinə keçirilməsi barədə çıxarış almaqda köməklik göstərməsini xahiş etmişdir. O bunun elə də çətin olmadığını fikirləşib işin həlli üçün Zərərçəkmiş şəxs2 15000 manat verməsini istəmiş və razılaşmışlar. 2020-ci ilin sentyabr ayının sonlarında həmin işin həlli üçün Zərərçəkmiş şəxs2 bir nəfər şəxslə gəlib Şəki rayonu, Soyuqbulaq kafesinə onunla görüşən zaman 15000 manat pulu vermişdir. O, pulu alıb şəxsi ehtiyaclarına xərləmişdir. Sənədləşmə ilə məşğul olarkən şəhadətnamənin kökünün olmadığı məlum olmuş, ona görə də Zərərçəkmiş şəxs2 istəyini yerinə yetirmək mümkün olmamışdır. 2022-ci ilin dekabr ayından Zərərçəkmiş şəxs2 15000 manat pulunu geri qaytarmağı tələb etməyə başlamış, o bir az səbirli olmasını deyib, pulunu qaytaracağına söz vermişdir. Pulu qaytarmadığı üçün Zərərçəkmiş şəxs2 ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Hazırda yaxınları 15000 manat pulu ödəmiş, bu səbəbdən Zərərçəkmiş şəxs2 onunla barışmış, heç bir şikayət və tələbi qalmamışdır. X8 iştirakçısı olan həmkəndlisi Zərərçəkmiş şəxs5 İİİ qrup əlil kimi 2005-ci ildə pensiyaya çıxmış, 2021-ci ilə qədər əlilliklə bağlı pensiya almışdır. Nizami ona müraciət edərək ləğv edilmiş əlilliyinin bərpa edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Eyni məzmunlu iddia ilə müraciət edənlər məhkəmədə uğur qazandığı üçün Nizamiyə məhkəməyə müraciət etmək üçün sənədlərini gətirməsini və işin 4000 manat xərci olduğunu demişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Nizami onun işlədiyi, əvvəllər Təhsil şöbəsinin binası olmuş, ofis kimi götürüb işlətdiyi yerə gəlmiş və ona 1500 manat pul vermişdir. Onlar ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə prosesi zamanı tibbi ekspertiza təyin edilmişdir. Nizaminin xəstəliyinin olub-olmamasını yoxlamaq üçün onlar birlikdə Patoloji və Anatomiya birliyinə getmişlər. O, çöldə gözləmiş, Nizami içəri daxil olmuşdur. Lakin komisiyanın üzvlərindən kimsə gəlmədiyi üçün müayinə təxirə salınmışdır. Onlar təyin olunan vaxtda yenidən müayinədən keçmək üçün getmiş, o, çöldə gözləmiş, Nizami içəri girib-çıxandan sonra ekspertin 10 gün müddətində rəyi məhkəməyə göndərəcəyini dediyini ona bildirmişdir. O, bu işə görə qalan pulu da proses dövründə iki dəfəyə, yəni 1500 və 1000 manat olmaqla ümumilikdə 4000 manat Nizamidən almışdır. Ekspert rəyi ilə Nizamidə heç bir xəstəlik olmadığı müəyyən olunmuş, bu səbəbdən məhkəməni uduzmuşlar. Zərərçəkmiş şəxs5 ondan pulunu tələb etməyə başladığı üçün aldığı puldan 2000 manat qaytarmış, o, həbsdə olarkən ailə üzvləri tərəfindən qalan 2000 manat da Nizamiyə ödənilmişdir. O, Zərərçəkmiş şəxs6, Mingəçevir şəhər məhkəməsində müharibədə iştirak etmək faktının müəyyən edilməsi ilə bağlı işinə kömək etdiyi Bayram Yusifov adlı şəxsin vasitəsi ilə tanımışdır. Bayram ona zəng vurub tanışı Zərərçəkmiş şəxs6 Birinci Qarabağ Müharibəsində iştirak etdiyini, lakin veteranlıq ala bilmədiyini bildirmiş və bu işin həll olunmasında Zərərçəkmiş şəxs6 köməklik etməsini xahiş etmişdir. Bayramla Asif 2022-ci ilin yanvar ayının ortalarında onun köhnə ofisinə gəlmişlər. Asif köhnə məhkəmə sənədlərini, şəxsiyyət vəsiqəsinin surətini və hərbi biletini ona təqdim etmişdir. O, Asifə işinin həllinin 1-2 il çəkəcəyini bildirmiş, işin həllini Asiflə 4000 manata razılaşmışlar. Asif pulu hazırlaması üçün vaxt istəmişdir. Təxminən 2022-ci ilin fevral ayının ortalarında o, xatırlamadığı bank kartının şəklini Asifə atmış, Asif karta 2500 manat pul göndərmişdir. Bundan başqa Asif 2022-ci ilin iyul ayının ortalarında onunla Şəki Məhkəmə Kompleksinin qarşısında görüşmüş, onun avtomobilində qalan 1500 manat pulu ona vermişdir. O aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, Asifin işinin həlli ilə bağlı Müdafiə Nazirliyinə sorğular vermiş, işlə bağlı müəyyən hərəkətlər etmişdir. Tutulduğu üçün Asifin işini davam etdirə bilməmişdir. O, həbsdə olduğu dövrdə ailə üzvləri tərəfindən Asifə vurduğu 4000 manat maddi ziyan ödənmişdir. 2022-ci ilin yay aylarında köhnə tanışı Azər Qasımov ona zəng vuraraq Qəbələ rayonu, Əmirvan kəndində yaşayan bir nəfər tanışının kəndin orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə girməsinə köməklik etmək lazım olduğunu demiş, o, maraqlanıb xəbər verəcəyini Azərə bildirmişdir. O, İzzət adlı şəxsin qardaşı oğlu Ruslana bu barədə söyləmiş, Ruslan əmisi İzzətin hər yerdə tanışı olduğunu, həmin şəxsi problemsiz işə qoya biləcəyini, işin həllinin 5000 manat xərci olduğunu ona demişdir. O, işə düzəlmək istəyən adamla onu tanış etməsini Azərə söyləmişdir. O, işə düzəlmək istəyən Əmirvan kənd sakini Zərərçəkmiş şəxs4 ilə danışmış və Elşən ona müharibə veteranı olduğunu bildirmişdir. O, 5000 manatın üstünə özü üçün də 1000 manat pul qoyaraq Elşənə işin həlli üçün 6000 manat pul verməli olduğunu, şəxsiyyət və veteranlıq vəsiqəsini, eləcə də pulu gətirməsini demişdir. 2022-ci ilin avqust ayında Elşən onun işlədiyi - Dram Teatrın arxasında yerləşən yeni ofisinə gələrək sənədləri və 6000 manat pulu gətirmişdir. O pulu götürmüş, Elşənə 3 aydan sonra işə başlayacağını bildirmişdir. O həbsdə olarkən Zərərçəkmiş şəxs4 vurmuş olduğu ziyan yaxın qohumları tərəfindən ödənilmişdir. Qax rayonundan olan "Çayan" adlı şəxslə dostluğu olmuş, Çayan onun əvvəllər məhkəmədə işlədiyini və hüquq məsləhətxanası işlətdiyini bilmişdir. Çayan Zərərçəkmiş şəxs7 ilə birlikdə onun köhnə ofisinə gəlmiş, onları tanış etmişdir. Zərərçəkmiş şəxs7 X8 iştirakçısı olmuş, 2008-ci ildən İİ qrup əlil kimi pensiya almış, 2021-ci ildə pensiyası dayandırılmışdır. O, Rafiqin gətirdiyi sənədlərə baxıb məhkəməyə müraciət etmək lazım olduğunu söyləmiş, işin həlli üçün 5000 manat pul istəmiş və işin həllinin 7-8 ay çəkəcəyini demişdir. Rafiq pulu hazırlayıb xəbər edəcəyini söyləmişdir. Onlar 2022-ci ilin yanvar ayının əvvəlində onun ofisində görüşmüş, Rafiq 5000 manat pulu ona vermişdir. Rafiqin işi ilə bağlı Şəki İnzaibati məhkəməsinə müraciət etmişlər. Proses dövründə ekspertza təyin olunmuş, Rafiqlə birlikdə Bakı şəhərinə getmişdir. Rafiq müayinələrdən keçmiş, lakin ekspert Rafiqin sağlam olması barədə rəy vermişdir. Şəki İnzibati məhkəməsində qərar onların ziyanına çıxdıqdan sonra Rafiq pulunu geri istəmiş və o aldığı 5000 manat pulu qaytarmışdır. 2023-cü ilin iyun ayında Rafiq onun yeni ofisinə gəlmiş və işi davam etdirməsini xahiş etmiş, ona 4000 manat pul verərək qalan 1000 manat pulu iş yekunlaşandan sonra verəcəyini bildirmişdir. Rafiqin işinə Şəki Apellyasiya məhkəməsində baxılmış, orada da iddiaları təmin edilməmişdir. Sonra tutulmuş və işləri yarımçıq qalmışdır. O, həbsdə olarkən Zərərçəkmiş şəxs7a vurmuş olduğu 5000 manat maddi ziyan yaxın qohumları tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs8 Şəki İnzibati məhkəməsindən tanımış, məhkəmədə işləyərkən Zərərçəkmiş şəxs8 veteranlığın bərpası ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, veteranlığı bərpa edilmişdir. 2023-cü ilin yay ayında Elçin ona zəng vuraraq sənədlər gətirmək istədiyini bildirmiş, əlilliklə bağlı işinin məhkəmədə həllinə köməklik etməsini ondan xahiş etmişdir. O, işin həllinə görə 3400 manat pul alacağını Elçinə bildirmiş, Elçin də razılaşmışdır. Onlar 2023-cü ilin iyul ayında Şəki avtovağzalında görüşmüş, Elçin sənədləri və 3400 manat pulu ona vermişdir. O pulu alıb şəxsi ehtiyaclarına xərcləmiş, Elçinin işini həll etməmiş və həmçinin puluna da qaytarmamışdır. Sonra həbs edilmiş, həbsdə olarkən aldığı 3400 manat pul ailə üzvləri tərəfindən Elçinə ödəmişlər. O, Zərərçəkmiş şəxs1 əvvəldən tanımışdır. məhkəmə işinə kömək etdiyi şəxslərdən biri Arifi onun yanına ofisə göndərmişdir. O, Ariflə Şəki şəhərində görüşəndə ümumi tanışları, Ariflə ondan da yaxın münasibətdə olan Ramin də yanında olmuşdur. O, işlə tanış olanda, Arifin Şəki rayonu, Sarıca kəndində yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 40-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası üzrə Şəki Rayon Məhkəməsinin qəbul etdiyi 1 aprel 2022-ci il tarixli qətnamə ilə iddialarının rədd edildiyini görmüşdür. Arif ona işə çıxan Araz adlı vəkilinin zəif çıxış etməsi səbəbindən işi uduzduğunu bildirmişdir. O, Arifə qətnamədən apellyasiya şikayəti verməsini təklif etmişdir. O, vəkillər kollegiyasının üzvü olmadığına görə şikayəti elektron sistemə yerləşdirib təsdiqlətmək üçün Arifə Asan imza aldırmışdır. Arif Asan imza nömrəsi alıb ona gətirmiş, o, Arif üçün apellyasiya şikayəti yazmış, işin Apellyasiya məhkəməsində həll olacağını, işin həlli üçün 3000 manat lazım olduğunu demişdir. Arif 2022-ci ilin aprel ayının axırlarında Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslə 3000 manat pul göndərmiş, sürücü pulu işlədiyi ofisində ona vermişdir. O işin həlli ilə bağlı heç bir hərəkət etməmiş, iş öz axarı ilə həllini tapmış Apellyasiya Məhkəməsi şikayəti təmin etmiş, məhkəmənin 1 aprel 2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etmiş, Şəki rayonu, Sarıca kəndində yerləşən 4 nəfərin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. O, işin həllinə görə əlavə xərc çıxdığını söyləyib Arifdən 1500 manat da pul istəmiş, Arif, 1500 manata söz vermədiyini, 1000 manat tapa biləcəyini demiş, axşam taksi ilə Şəkiyə gəlib Qafqaz kafesində görüşərək 1000 manat pulu ona verib qayıtmışdır. O, az müddət sonra Arifə zəng edərək pula ehtiyacı olduğunu deyib, qalan 500 manat pulu da kartına göndərməsini istəmiş, bank kartını Arifə atmış, 500 manat pulu da Arifdən almışdır. 2022-ci ilin noyabr ayında Apellyasiya Məhkəməsinin qərarından qarşı tərəfin kassasiya şikayəti verdiyi bilib, Ali Məhkəmədə də eyni qərar qəbul edəcəyini düşünərək fürsətdən istifadə etmək məqsədilə Ali Məhkəmədə işin üstündə durmaları, işin həlli üçün 3000 manat pul lazım olduğunu Arifə demiş, daha sonra zəng edərək yol xərcləri olaraq 200 manat da artıq göndərməsini istəmişdir. Arif bir gün sonra taksi sürücüsü ilə 3200 manat pulu Şəki şəhərinə göndərmiş, sürücü pulu ofisində ona vermişdir. Ali Məhkəmədə Şəki Apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək yenidən baxılması üçün qaytarılmış, Arif zəng edərək narazılığın bildirmişdir. O, Arifə narahat olmamasını, ekspertizaya görə işin geri qaytarıldığını, lazımi adamlarla danışdığını, hər şeyin qaydasına düşəcəyini söyləmiş, Arif isə inanmadığını deyib, pulunun geri qaytarılmasını istəmişdir. O, 3000 manat pulu Raminin vasitəsilə Arifə göndərmişdir. X36 məhkəməsinə qaytarıldıqdan sonra o, məhkəmənin öz əvvəlki qərarının üstündə dayanacağını düşünüb işi danışdığını Arifə deyib 4000 manat pul lazım olduğunu bildirmiş, Arif taksi sürücüsü ilə 3 iyun 2023-cü ildə Şəki şəhərinə gəlmiş, hərbi Komissarlığın yanındakı çayxanada söhbət etdikdən sonra 4000 manat pulu vermişdir. Şəki Apellyasiya Məhkəməsində yenidən məhkəmə olmuş və məhkəmə Arifin ziyanına qərar çıxarmışdır. O, hissə-hissə olmaqla 1000 manatı özünə verməklə, qalan pulu isə kartına vurmaqla 4000 manat pul Arifə qaytarmışdır. Arif ondan şikayət etmiş, o, həbs edildikdən dərhal sonra qalan 4500 manat pul da ailə üzvləri tərəfindən Arifə ödənmiş, Arifə heç bir borcu qalmamışdır. Zərərçəkmiş şəxs12 Ağamməd oğlunu Şəki şəhər sakini kimi tanımışdır. Vidadinin qardaşı ilə bağlı məhkəmə mübahisəsi olmuş, Zərərçəkmiş şəxs12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri F.Xoyski küçəsi 24 (hazırda 22) ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh X2 adına dövlət qeydiyyatına alınmasına əsas olan xx.xx.2006-cı il tarixli, anası X18 ilə cavabdeh X6 arasında bağlanmış evin bağışlanmasına dair 4Ə-/337 saylı müqavilənin etibarsız hesab olunmasına və X2 adına xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vidadi, işin öz xeyrinə həll olunmasına köməklik etməsini ondan xahiş etmiş, o da işin həllindən ötrü 2000 manat pul verəcəyini Vidadiyə demişdir. 2023-cü ilin mart ayının əvvəllərində Vidadinin işlədiyi yerə, yəni Şəki şəhərində yerləşən köhnə Qax dayancağının yanına gəlmiş və avtomobil təmiri sexində Vidadi ona 2000 manat pul vermişdir. O, qətnamənin xeyrinə çıxarılacağına Vidadiyə söz vermişdir. Lakin məhkəmənin 28 mart 2023-cü il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs12 iddia tələbi təmin edilməmişdir. O, Vidadidən aldığı pula görə həmin qətnamədən apellyasiya şikayətini təmənnasız yazıb vermiş, apellyasiya şikayətini yazmaq üçün Vidadidən pul almamış, lakin işin apellyasiyada həli üçün 6000 manat istəmişdir. 2023-cü ilin may ayının ortalarında işlədiyi sexdə Vidadi ona 6000 manat pul vermişdir. O aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 25 avqust 2023-cü ildə məhkəmədə Vidadinin ziyanına qərar verilmişdir. Vidadi pulunu ondan tələb etmiş, o, evini satıb pulunu verəcəyini bildirmiş, lakin sonra tutulmuşdur. O həbsdə olarkən ailə üzvləri tərəfindən Vidadiyə vurduğu ziyan ödənmişdir. Zərərçəkmiş şəxs10 tanışı Mingəçevir şəhər sakini Şahid5 Əli oğlunun vasitəsilə tanımışdır. 2023-cü ilin mart-aprel aylarında Elgiz ona vəkil Zərərçəkmiş şəxs10 Şəki İnzibati Məhkəməsində iki işi ilə bağlı özü gəlmədən vaxtında baxılıb həll edilməsinə kömək lazım olduğunu demiş, o bu işlərin həlli üçün hər işə 3500 manat olmaqla cəmi 7000 manat pul verilməsini istəmiş, tezliklə işlərə baxılıb yekunlaşacağına söz vermiş və razılaşmışlar. O, Elgizə bankomat kartı göndərmiş, pulun göndərilməsi barədə danışmışlar. Zərərçəkmiş şəxs10 pulu karta köçürtməklə 7000 manat göndərmişdir. O aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs10 işin uzandığından narazı qalıb verdiyi pulları tələb etmiş, vermədiyi halda şikayət edəcəyini söyləmişdir. O bir müddət keçsə də pulu qaytara bilməmiş, sonra isə həbs edilmişdir. Zərərçəkmiş şəxs10 vurduğu 7000 manat ziyan o, həbsdə olan vaxtlarda yaxınları tərəfindən ödənilmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs10 ondan heç bir şikayət və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs11 oğlu Zaur İsmayılovun 2022-ci ildə Mingəçevir şəhər Məhkəməsində X15 ilə aralarında borc məsələsinə dair məhkəmə işi olmuşdur. X31 İsmayılovdan 16000 manat pul tələb etmiş, Mingəçevir ŞŞəhər Məhkəməsinin qətnaməsi ilə Emilya Mİrzəyevanın iddiası təmin edilmişdir. X21 Şəhər Məhkəməsinin qətnaməsi ilə razı olmadığı üçün apellyasiya şikayəti vermişdir. Zaurla orada rastlaşmış, Zaur onu əvvəllər də məhkəmə işçisi kimi tanımış, artıq vəkil kimi çalışdığını bildirmiş, öz məsələsini danışdıqda işi xeyrinə həll edə biləciyini Zaura demiş və bunun müqabilində 3000 manat pul istəmişdir. Buna görə Zaurun atası Zərərçəkmiş şəxs11 3000 manat pulu 11 aprel 2023-cü ildə onun bankomat kartına göndərmişdir. O pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, Şəki Apellyasiya məhkəməsində işinə baxılmış və şikayəti qismən təmin edilmiş, Zaurdan 16000 yox 10.400 manat tutulması qət edilmişdir. Zaurun atası Ramazan borcun nə səbəbdən tam silinmədiyini öyrənəndə o, borcu tamamilə sildirəcəyini demişdir. Lakin ona inanmayıb pulu geri tələb etməyə başlamışlar. Xərclədiyindən o pulu qaytara bilməmiş, həbsdə olduğu vaxtlarda Zərərçəkmiş şəxs11 vurduğu ziyan yaxınları tərəfindən ödənilmiş, Razaman İsmayılova bu barədə ərizə vermişdir. Hazırda Zərərçəkmiş şəxs11 ziyanın tam ödənilmədiyini deməsini başa düşməyib düzgün qəbul etməmişdir. Zərərçəkmiş şəxs9 Şahid4 vasitəsilə tanımış, Zərərçəkmiş şəxs9 oğlu anadangəlmə əlil olmuş, 18 yaşına çatana kimi dövlətdən əlil kimi pensiya almışdır. 2023cü ilin dekabr ayında 18 yaşı tamam olanda pensiya kəsiləcəyini bildiyinə görə 18 yaşından sonra da əlillik pensiyası alması üçün 2022-ci ilin sentyabr ayında dostu Şahid4 Natiqə köməklik etməsini ondan xahiş etmişdir. Abduləli onun mobil telefonuna zəng edib Şəki Məhkəmə Kompleksinin həyətinə çağırmışdır. O, bu işin həlli üçün 7000 manat pul ödəməli olduqlarını, işin həllinin 3-4 ay çəkəcəyini bildrimişdir. O, Natiqə, oğluna ömürlük İİ qrup əlillik düzəldəcəyini demiş, pulun nə qədər tez çatsa bir o qədər yaxşı olacağını qeyd etmişdir. Səhəri günü, 9 sentaybr 2022-ci ildə Şəki Məhkəmə Komplesinin inzibati binasının içərisində Natiq Abduləli ilə birlikdə gəlib onunla görüşmüş və Abduləlinin yanında Natiq ona 7000 manat pulu vermişdir. Natiq işin nə vaxt düzələcəyini soruşmuş, o, işi milyon faiz düzəldəcəyini, 2023-cü ilin yanvar ayının 10-da oğlunun əlillik sənədini ona təqdim edəcəyini demişdir. Aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin yanvar ayının 10-dan sonra Natiq tez-tez əlaqə saxlayıb işin vəziyyəti ilə maraqlanmış, işin düzələcəyini demişdir. Sonra həbs olunmuş, o həbsdə olduğu vaxtlarda Zərərçəkmiş şəxs9 vurduğu 7000 manat ziyan yaxınları tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs eyni zamanda göstərmişdir ki, ibtidai istintaq zamanı etiraf etməyib boynundan atdığı ittihamlar üzrə cinayət faktlarını məhkəmədə etiraf etməsinin səbəbi, təqsirini məhkəmədə etiraf etmək istəməsi, həm də həbsdə olarkən qohumları tərəfindən ziyanların ödənildiyini bilməsi olmuşdur. Təqsirləndirilən şəxs, əvvəldən ziyanın ödənilməsi barədə ərizə verdikləri üçün ziyanın tam ödənilmədiyini deyən zərərçəkmiş şəxslərin ifdələrindəki ziyanın tam ödənilmədiyi halın qəbul edilməməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs3 sənədlərinin məhkəmə tərəfindən qaytarıldığının nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. 2004-cü ilin təxminən dekabr ayının sonlarında Mingəçevir şəhər avtovağzalının yaxınlığında olan, əvvəl “Kür” kooperativinin balansında olmuş, sonradan hüquqi varisi olan ona məxsus "xxxx" MMC-nin balansına keçmiş 10,61 ha torpaq sahəsini XDS-nin İcraiyyə Komitəsinin qərarı ilə almış, orada balıqçılıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin ərazinin 7 ha hissəsi təbii göldən, 2,96 ha torpaq sahəsi isə süni göldən ibarət olmuşdur. Həmçinin qeyd olunan ərazidə tövlə tikdirmişdir. Qeyd olunan torpaq sahəsində fəaliyyət göstərib orada bir neçə tikili tiksə də, istifadə hüququ rəsmi dövlət qeydiyyatından keçməmiş, ona görə də torpaq sahəsinə istifadə hüququnu təsdiq edən çıxarış almaq qərarına gəlmişdir. Təxminən 2018-ci ilin yay aylarında şəhər sakini kimi tanıdığı Şahid3 ara-sıra kooperativin ərazisinə balıq tutmaq üçün gəlib-getməyə başlamış, bir müddət sonra bacısı oğlu Şahid2 da özü ilə gətirmişdir. Sonra isə Şahid2 tanışı, tələbə yoldaşı kimi təqdim etdiyi, X29 məhkəməsində işlədiyini bildirdiyi Təqsirləndirilən şəxs gətirmişdir. Elə 2018-ci ilin yay aylarında Şahid2, Viladim, balıqçıları Şahid1 və soyadını hazırda xatırlamadığı Eldarın yanında MMC-nin balansında olan torpaq sahəsi ilə bağlı söhbət edərkən Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədinin olub-olmamasını soruşmuş, torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınmasına və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almaqda ona kömək edə biləcəyini demişdir. Sənədi hansı qaydada ala biləcəyini soruşduqda Təqsirləndirilən şəxs çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsini, oradan imtina məktubu gəldikdən sonra, X29 Məhkəməsinə müraciət etməkdə ona kömək edəcəyini, beləliklə məhkəmə yolu ilə torpaq sahəsinə çıxarış ala biləcəyini, torpaq sahəsinə sənədi bu yolla almaqdan ötrü 5000 manat məbləğdə pul lazım olduğunu, həmin pulun bir hissəsinin məhkəməyə çatacağını, qalan hissəsinin isə yol xərci və rüsumların ödənilməsinə sərf olunacağını bildirmişdir. O, Müşfiqə 5000 manat yox, 4500 manat pul hazırlaya biləcəyini demiş və onlar razılaşmışlar. O, kooperativ və torpaq sahəsinə dair bütün sənədlərini Müşfiqə çatdırmaq üçün Şahid2 vermişdir. O, ilkin olaraq 2500 manat pul hazırlamış və Müşfiqə çatdırmaq üçün Viladimə vermişdir. Şahid3 Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı mağazası işlətmişdir. Müşfiq gəlib pulu Viladimdən həmin qızıl-zinət əşyalarının alqı-satqısı mağazasından götürmüşdür. Müşfiq pulu Viladimdən almağa gələrkən o da Viladimin yanına getmiş, bir müddət sonra Tariyel və Müşfiq Viladimin yanına gəlmişlər. Orada onun və Tariyelin yanında Viladim onun verdiyi 2500 manat pulu Müşfiqə vermişdir. 2500 manatı Müşfiq Viladimin obyektindən götürərkən "xxxx" MMC və onun balansında olan adı çəkilən torpaq sahəsinə dair sənədlərin hamısı Müşfiqdə olmuşdur. Pulu alan ərəfədə Təqsirləndirilən şəxs ona DƏDRX-nə ərizənin yazılmalı olduğunu demiş, o da Müşfiqin diqtəsi ilə ərizəni yazıb Müşfiqə vermişdir. Bir müddət sonra Tariyel və Müşfiq qalan 2000 manat pulun da qısa müddət ərzində verilməsini istəmişlər. Rusiya Federasiyasında işləyən şərikləri ona göndərməli olduğu pul gecikdiyi üçün həmin vaxt pulu olmamış, məcbur olub təzə «Niva» markalı avtomobilini satışa çıxartmış, qiymətindən xeyli aşağı qiymətə satmış və qalan 2000 manat pulu "xxxx" MMCnin ərazisində balıqçıları Şahid1 və Eldarın yanında şəxsən Müşfiq Mustafevə vermişdir. Həmin söhbətdə şəxsən iştirak etməsələr də Müşfiqə 2000 manat pulu verdiyini Şahid2 və Şahid3 söyləmişdir. Pulu alarkən Müşfiq təxminən 1 aya çıxarışı alacağına söz vermişdir. 1 aydan sonra Müşfiq Tariyel ilə birlikdə "xxxx" MMC-nin ərazisinə gələrək verdiyi 4500 manat pulu və sənədlərini qaytararaq qeyd olunan məbləğə çıxarış almağın mümkün olmadığını, əlavə 500 manat da pul lazım olduğunu bildirmişlər. Balıqçıları Eldar və Elşən bu söhbətin də birbaşa şahidləri olmuş, o, Müşfiq və Tariyelə artıq pulunun olmadığını deyib, etiraz etsə də, onu dinləməmişlər və 500 manat əlavə verilmədiyi təqdirdə sənədləşmənin alınmayacağını demişlər. Çarəsiz qalıb əlavə 500 manat da verməyə razılıq vermişdir. Razılaşdıqları üçün ona qaytarmaq istədikləri 4500 manat pulu və sənədlərini yenidən özləri ilə aparmışlar. Təxminən 2-3 gün sonra, 2018-ci ilin yay aylarında 500 manat pulu Mingəçevir şəhəri, Sabir küçəsində Ü.Hacıbəyov adına musiqi məktəbinin yanında şəxsən Təqsirləndirilən şəxs Tariyev və Viladimin iştirakı ilə vermişdir. 2018-ci ilin payız aylarında məhkəmə prosesləri başlamış, proseslərdə o və Tariyel, o cümlədən Müşfiq də iştirak etmiş, lakin onların heç birinə etibarnamə verməmişdir. X29 Məhkəməsi onun xeyrinə qərar çıxartmışdır. Qərardan DƏDRX apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsi İnzibati İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Qərarın onun xeyrinə olduğu müddətdə, 2019-cu ilin fevral ayının ortalarında Müşfiq ona zəng edərək, Ali Məhkəmədə qərarın qüvvədə saxlanılması və DƏDRX-də sənədləşmənin yekunlaşmasına görə 1500 manat pulun lazım olduğunu bildirmişdir. O, əlavə 1500 manat verilməsinə narazılıq etmiş, lakin Təqsirləndirilən şəxs 1500 manat pul vermədiyi təqdirdə Ali Məhkəmədə ziyanına qərar veriləcəyini demişdir. Çarəsiz qalıb, 1500 manat pulu faizə götürüb, "xxxx" MMC-nin ərazisində balıqçı Elşənin yanında Müşfiqə vermişdir. Müşfiq pulu götürüb, 10-15 günə çıxarışı alacağını bir daha vəd etmişdir. Bir müddət sonra Müşfiq yenidən ondan 2000 manat pul istəmiş, lakin o, qəti şəkildə verməyə etiraz etdiyi üçün, Müşfiq onun əvəzinə həmin pulu verəcəyini, sənədləşmə bitdikdən sonra həmin pulu ondan alacağını demiş, o da Müşfiqlə razılaşmışdır. Buna baxmayaraq Ali Məhkəmdə onun əleyhinə qərar çıxarılmışdır. O, verdiyi ümumilikdə 6500 manat pulu Təqsirləndirilən şəxs Tariyel və Viladimin vasitəsi ilə tələb etsə də, Müşfiq pulu qaytarmamış, sonradan ümumiyyətlə telefonlarına cavab verməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmiş, ərizəsi araşdırılaraq rədd edilmişdir. Rədd qərarında Mingəçevir Şəhər Prokurorluğuna şikayət vermiş, qərar ləğv edilərək Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. 6500 manat puldan 6000 manatı Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona ödənilmiş, qalan 500 manat isə ödənilməmişdir. Buna baxmayaraq xahişlərinə görə məcburiyət qarşısında ziyanın ona tam ödənildiyini yazmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ona məxsus "xxxx" MMC və adı ondan əvvəl "xxxx" olmuş MMC-nin və balansında olan torpaq sahəsinə dair sənədləri indiyədək ona qaytarmamışdır. Həmin sənədləri və 500 manat pulun qaytarılmasını tələb etmiş və şikayətçi olduğunu, Təqsirləndirilən şəxs ilə barışmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. O, Qarabağ müharibəsinin veteranı və Qarabağ əlillər Mingəçevir şəhəri Cəmiyyətinin üzvü olmuşdur. Hazırda rəhmətə getmiş Qarabağ əlillər cəmiyyətinin üzvü Xanbaba adlı şəxsə görə 2017ci ildə Müşfiqi vəkil kimi tanımış, münasibətləri yaranmış, arabir Müşfiqlə Mingəçevir şəhər ərazisində görüşmüşdür. O, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşamışdır. Mingəçevir şəhərində Müşfiqlə görüşüb çay içən zaman Müşfiq ona Mingəçevir şəhərində mütamadi olduğu üçün Mingəçevirdən ev almağı təklif etmiş, sonra isə torpaq sahəsi almağı məsləhət görmüşdür. O hardan torpaq almalı olduğunu bilmədiyini bildirmiş, Müşfiq ona Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, keçmiş Kapital Bankın binasının arxasında 4 sot torpaq sahəsinin satıldığını və həmin yeri ona göstərə biləcəyini söyləmişdir. O, razılaşmış, Müşfiqlə birgə torpaq sahəsinə baxmaq üçün getmişlər. Torpaq sahəsini bəyənmiş, Müşfiq 4 sot torpaq sahəsini ona 15000 manat müqabilində sata biləcəyini bildirmiş, o almağa razılaşmışdır. Təxminən 20 gün sonra, 2020-ci ilin sentyabr ayında Müşfiq ona zəng vurub Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, keçmiş Kapital bankın yaxınlığında yerləşən 4 sot torpaq sahəsinin sənədinin hazır olduğunu demiş və 15000 manatı verməsini istəmişdir. Müşfiqlə 2020-ci ilin sentyabr ayının sonlarında Şəki rayonu, Soyuqbulaq kafesində görüşmüş, onun yanında Məsim, Müşfiqin yanında isə Elgiz adlı şəxs olmuşdur. 2020-ci ilin sentyabr ayında Şəki rayonu, Soyuqbulaq kafesində o, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 4 sot torpaq sahəsini almaq üçün Məsimin yanında Müşfiqə 15000 manat pul vermiş, Müşfiq ona həmin torpaq sahəsinə dair şəhadətnamə vermişdir. O, Müşfiqdən torpağa dair çıxarış verməsini tələb etmiş, Müşfiq çıxarışı ona 3-4 ay müddətində alıb verəcəyini demiş, o da razılaşmışdır. 2022-ci ilin dekar ayına kimi Müşfiq müxtəlif bəhanələrlə onu aldatmış, 2022-ci ilin dekabr ayında torpaq sahəsinin sənədini düzəldə bilmədiyini bildirmişdir. O 15000 manatı tələb etdikdə Müşfiq bir az səbirli olmasını demiş, pulunu qaytaracağına söz vermişdir. Pulu qaytarmadığı üçün o, Təqsirləndirilən şəxs barəsində ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs yaxınları verdiyi pulu ona ödəmişlər. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. 2006-cı ildən 2014-cü ilədək Şəki şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, əsasən nümayəndəliklərdə çalışmışdır. Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə ona, arvadı X12, oğlu X7 və qızı X5 Şəki rayonu Sarıca kəndi ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Torpaq sahəsindən bir müddət istifadə etsələr də sonradan ailəsilə birlikdə Mingəçevir şəhərinə köçmüş və torpaq sahəsi istifadəsiz qalmışdır. Pul lazım olduğu üçün torpaq sahəsini icarəyə vermək istəmiş, bu barədə Sarıca kəndində bir neçə nəfərə məlumat vermişdir. Kənd sakini X20 torpaq sahəsini icarəyə götürüb əkin işləri aparmaq istəmiş, onlar razılaşmış, lakin aralarında notarial qaydada müqavilə alqı-satqı kimi imzalanmış, X20 ona 7200 manat pul verilmiş və torpaq sahəsindən istifadə etmişdir. 2021-ci ildə o,torpaq sahəsini qaytarmaq qərarına gəlmiş və ona görə Salehlə Mingəçevir şəhərində görüşmüşdür. Saleh torpaq sahəsini kürəkəni X9 adına qeydiyyatdan keçirdiyini bildirmiş və torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o və arvadı 2021-ci ilin sonunda məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmədən Şəki rayonu, Sarıca kəndində yerləşən 4 nəfər ailə üzvlərinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 1 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaları təmin edilməmişdir. O, hüquqlarını müdafiə edən vəkil Araz Xudiyevin məhkəmədə zəif iştirak etdiyindən məhkəməni uduzduğunu fikirləşmiş, ona görə də yeni vəkil axtarmaq qərarına gəlmişdir. Yadına əvvəlcədən tanıdığı, Şəki rayon İH-də sonra isə bir müddət də Məhkəmədə mühafizədə işləmiş Ramin adlı şəxs düşmüş, o, Raminin istifadəsində olan mobil nömrəyə zəng edib başına gələnləri danışmış və yaxşı bir vəkil axtardığını bildirmişdir. Ramin, əvvəllər Şəki inzibat məhkəməsində hakim köməkçisi işləyən bir nəfərin məhkəmədən könüllü çıxaraq vəkillik fəaliyyəti ilə məşğul olan güclü vəkil olduğunu bildirmiş, həmin şəxslə danışıb ona məlumat verəcəyini demişdir. Bir gün sonra Ramin zəng edərək vəkilin məhkəmənin qətnaməsinin surətini istədiyini bildirmişdir. O, qətnaməni yol maşını ilə Mingəçevirdən Şəkiyə göndərmiş, qətnaməni Ramin götürüb həmin adamla görüşmüşdür. Axşam saatlarında Ramin zəng edərək Müşfiq adlı vəkillə bir yerdə olduqlarını, qətnaməni oxuyub səhər cavab deyəcəyini ona söyləmişdir. Ramin bir gün sonra zəng etmiş, vəkilin işə əvvəldən qoşulmalı olduğunu, işin həllinin mümkünlüyünü və bu işin artıq Apellyasiya məhkəməsində həll olunacağını dediyini, vəkilin məhkəmədə tanışı olduğunu və işin həlli üçün 3000 manat istədiyini bildirmişdir. O, 2022-ci ilin aprel ayının axırlarında Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olan Elgiz adlı şəxslə 3000 manat pulu Raminə göndərmiş, pulu Ramin yox, Müşfiq ofisində Elgizdən qəbul etmişdir. O, Müşfiqlə telefonla danışmış və vəkil kimi məhkəmədə çıxış etmək üçün aralarında müqavilə bağlayıbbağlamayacaqlarını, etibarnamə verib-verməyəcəyini soruşmuş, Müşfiq narahat olmamasını, əlinin altında 6 vəkil olduğunu ona bildirmişdir. Müşfiq Apellyasiya şikayətini onun və arvadı Vəfanın adından vermiş, arvadı Müşfiqə mülki etibarnamə vermiş, lakin həmin etibarnamədə məhkəmədə iştirakla bağlı qeyd olmamışdır. Çünki notariat ofisində vəkilə etibarnamə verilərkən vəkilin sənədini istədikdə vəkilin sənədi olmadığı üçün adi etibarnamə yazılmışdır. O, Müşfiqin sözlərinə inanmış və məhkəminin qərarını gözləmişdir. 1 sentyabr 2022-ci il tarixdə saat 11-də yekun məhkəmə iclasına gələndə yolda Ramin ona zəng edərək birdən işinin alınmayacağı, problem çıxacağı halda narahat olmamasını Müşfiqin bu işi Ali Məhkəmədə həll edəcəyini, Müşfiqin böyük vəzifəli şəxsin sürücüsü ilə dost olduğunu ona bildirmişdir. O, işin həlli üçün pul verdiyini, nə səbəbdən məhkəmədə uduzduğunu əvvəl Ramindən, sonra isə zəng edib nə səbəbdən məhkəmənin onun ziyanına qərar çıxardığını Müşfiqdən soruşmuş, Müşfiq, guya onun köhnə vəkilinin bu işə görə 5000 manat pul alıb, hakimlərə 3000 manat verdiyini yalan söylədiyi üçün işin alınmadığını ona demişdir. O, Müşfiqə əvvəlki vəkilin bu məsələ haqda bilmədiyini dedikdə, Müşfiq daşınıb ona xəbər edəcəyini bildirmiş, o da əsəbiləşib geri evə qayıtmışdır. Sonradan Müşfiq ona zəng edərək Apellyasiya Məhkəməsində şikayətlərini təmin edildiyini, məhkəmənin 1 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edildiyini, Şəki rayonu, Sarıca kəndində yerləşən 4 nəfər ailə üzvlərinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyini bildirmiş, lakin ona hədə-qorxu gələrək qarşı tərəflə birləşib bu iş üzrə Ali Məhkəmədə onun ziyanına qərar çıxartdıracağını demişdir. O, Müşfiqdən bunun səbəbini soruşmuş, Müşfiq səbəb kimi bir qədər əvvəl üstünə qışqırdığını göstərmişdir. 10 dəqiqə sonra Ramin zəng edərək onu təbrik etmiş və 1500 manat da əlavə pul verməli olduğunu, bu işə görə əlavə xərc çıxdığını söyləmişdir. O, 1500 manata söz vermədiyini, lakin 1000 manat tapa biləcəyini demişdir. O, 1000 manat pul hazırlayıb axşam taksi sürücüsü Pərvizlə Şəkiyə getmiş, Raminlə görüşmüş, Şəki şəhərində yerləşən Qafqaz kafesinə getmişlər. Müşfiq də ora gəlmiş, o, 1000 manat pulu kafedə Müşfiqə vermişdir. Az müddət sonra Müşfiq ona zəng edərək Bakı şəhərində olduğunu, pula ehtiyacı olduğunu, qalan 500 manat pulu da kartına göndərməsini istəmiş və ona "xxxx" ASC-yə aid bank kartını atmışdır. O, kartı qardaşı oğlu Məhəmmədə göndərmiş, Məhəmməd öz kartından 500 manat pulu Müşfiqin kartına köçürmüşdür. 2022-ci ilin noyabr ayında Müşfiq ona zəng edərək Şəki Apellyasiya məhkəməsində işlərinə baxan hakiminin, ona qarşı tərəfin kassasiya şikayəti verdiyini, işin Ali Məhkəməyə getdiyini dediyini, işin üstündə durmalarını, qətnaməni qüvvədə saxlamağı tapşırdığını demişdır. X40 Məhkəmədə işə baxacaq hakimlə danışdığını, adını, işin həlli üçün 3000 manat lazım olduğunu demiş, sonra zəng edərək 200 manat da yol xərci göndərməsini istəmişdir. O, bir gün sonra taksi sürücüsü Elgizlə 3200 manat pulu Şəki şəhərində Müşfiqin ofisində onun özünə verməsi üçün göndərmişdir. Müşfiq pulu almış, lakin Raminə bildirməməsini tapşırmış, o da razılaşmışdır. Ali Məhkəmədən onlara məktub gələndə işə baxan hakimlərin tərkibində adını ona dediyi hakimin də adının olduğunu görmüş və Müşfiqə inanmışdır. Lakin sonradan Müşfiqə pul verdiyini Raminə dedikdə, Ramin pulu verəndə ona niyə demədiyini irad tutaraq onu qınamışdır. Köhnə vəkili Araz zəng edərək, Şəki Apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib işin Apellasiya məhkəməsinə geri qaytarıldığı qərarının elektron kabinetdə yerləşdirildiyini ona bildirmişdir. O, Müşfiqə zəng vurmuş, lakin Müşfiq cavab verməmişdir. Sonra Raminə zəng edib işi uduzduqlarını, Müşfiqin necə iş həll etdiyini soruşmuş və Müşfiqə ona zəng etməsini deməyi Ramindən xahiş etmişdir. O, Müşfiqlə danışmış, Müşfiq ona əvvəlki vəkili Araz müəllimin yalan danışdığını, keçən dəfə də belə hay-küy etdiyini, dəqiqləşdirib ona xəbər edəcəyini bildirmişdir. Sonra Ramin ona zəng edərək haqlı olduğunu, Müşfiqin axşam 6-da Mingəçevirdə olacağını ona demiş, o, Müşfiqlə görüşmüş və Müşfiq ona narahat olmamasını, ekspertizaya görə iş geri qaytarıldığını, lazımi adamlarla danışdığını, hər şeyin qaydasına düşəcəyini ona bildirmiş, o Müşfiqə inanmadığını demiş, pulunu geri qaytarmalarını istəmişdir. Müşfiq pulu qaytaracağını desə də, onu aldadaraq pulu verməmişdir. Raminə zəng edərək onu Müşfiq ilə tanış etdiyinə iradını bildirib onlardan şikayət edəcəyini söyləmiş, Ramin səbrli olmasını, Bakıya getməməsini, zəngini gözləməsini deyərək onu sakitləşdirməyə çalışmışdır. Həmin gün axşam Ramin ona zəng edərək sabah Müşfiqin 3000 manat pulu ona verəcəyini demişdir. Səhəri gün Ramin ona Müşfiqin pulu qaytardığını, pulun onda olduğunu demişdir. O, özünə aid "xxxx" ASC-yə məxsus kartı Raminə göndərmiş, Ramin 2950 manat pulu onun kartına vurmuşdur. Belə ki, onun icazəsi ilə Ramin 20 manat özünə götürmüş, qalan pulu isə bank komissiya kimi tutmuşdur. Bir müddət sonra Ramin ona zəng edərək işinin Şəki Apellyasiya məhkəməsində olduğunu, Müşfiqin işi danışdığını, 4000 manat pul lazım olduğunu ona bildirmiş, o pul verməyəcəyini Raminə demişdir. Lakin bundan sonra Ramin bir neçə dəfə də zəng vurmuş və Müşfiqin onun işini əsas adamlarla danışdığını bildirmiş, keçən dəfə də onun işini həmin adamın həll etdiyinə onu inandırmağa çalışmışdır. O, Raminə, pulun verilməsini istəyirsə, qaytarılmasına da cavabdeh olacagını tələb etmiş, Ramin isə danışıb xəbər edəcəyini demişdir. Sonra Ramin ona pulu götürüb Şəkiyə gəlməsini, pulun sabah saat 12-də lazımi adama çatmalı olduğunu ona bildirmişdir. O, 3 iyun 2023-cü ildə Elgizlə birlikdə Şəki şəhərinə gəlmiş, Raminlə Şəkidə görüşmüş, sonra Müşfiqin yanına, Komissarlığın yanındakı çayxanaya getmişlər. Söhbət etdikdən sonra 4000 manat pulu orada Müşfiqin yanında Raminə vermişdir. Müşfiq pulu kimə çatdırmalı olduqlarını Raminə demişdir. 13 iyun 2023-cü ildə yenidən məhkəmə olmuş və məhkəmə onun ziyanına qərar çıxarmışdır. Müşfiqə dərhal zəng etmiş, Müşfiq cavab verməmiş, Raminə zəng etmiş və yanına getmişdir. Ramin Müşfiqə zəng etdikdə Müşfiq işi uduzduqlarını yeni eşitdiyini, pulu verdikləri adamın bərk əsəbləşdiyini, işin üzərində çalışdığını, qərarı dəyişdirməyə çalışdığını, qətnamə çıxaran hakimin səhvə yol verdiyini, işi qarışdırdığını ona bildirmişdir. O, bir neçə gün də gözləmiş, məhkəməyə gedib qətnaməni almış, heç nəyin dəyişmədiyini, hər şey onun əleyhinə olduğunu görmüş, Ramin və Müşfiqə zəng edərək pulunu tələb etmişdir. Ramin hissə-hissə olmaqla ona 4000 manat pul qaytarmış, 1000 manatı əlbəəl vermiş, qalan pulu isə kartına vurmuşdur. Sonra o, Şəki Apellyasiya məhkəməsinin iş üzrə birinci qətnamə çıxartmış hakiminin yanına getmiş, bir məhkəmənin necə iki fərqli qərar qəbul etdiyini soruşmuş və Müşfiqin hakimin adı ilə ondan 4500 manat pul aldığını söyləmiş, hakim Müşfiqi tanımadığını, heç kimdən də pul alınmadığı, qanuni qətnamə qəbul edildiyini ona bildirilmişdir. O, Müşfiqin onu aldadaraq pulunu almasını, məhkəmən onun xeyrinə qərar qəbul etməsinin Müşfiqlə əlaqəsi olmadığını başa düşmüşdür. Ona görə də o, Şəki Apellyasiya məhkəməsinə ərizə ilə müraciət etmişdir. Müşfiq həbsdə olan vaxtlarda yaxınları tərəfindən 4500 manat da ona ödənilmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. X8 iştirakçısı, müharibə veteranı olmuş, heç bir yerdə işləməmişdir. 2022-ci ilin yay aylarında tanışlarına ona iş tapmaqda köməklik etmələrini xahiş etmiş, Bakı şəhərində yaşayan dostu Azər Qasımov söhbət zamanı Şəki şəhərində Müşfiq adlı vəkilin iş tapmaqda onlara köməklik edə biləcəyini ona bildirmişdir. Azər Təqsirləndirilən şəxs şəxsən tanımadığını, iş görən adam olduğunu tanışlarından eşitdiyini, istədiyi halda Müşfiqin nömrəsini tapıb verə biləcəyini ona demişdir. Azər Müşfiqin nömrəsini tapıb ona vermiş, o, Müşfiqlə əlaqə saxladıqda Qəbələ rayonu, Əmirvan kəndində yerləşən orta məktəbdə təsərrüfat müdiri vəzifəsinin boş olduğunu, həmin vəzifəyə götürülməsinə ona köməklik edə biləcəyini Müşfiqdən soruşmuş, Müşfiq maraqlıb bir həftəyə bir söz deyəcəyini ona bildirmişdir. Təxminən 1 həftədən sonra Müşfiq ona zəng edib şəxsiyyət vəsiqəni, veteranlıq biletini gətirməsini, ona işə qəbul olunmaqda köməklik edə bilcəyini demiş və işin həll olunması üçün onun 6000 manat pul verməli olduğunu demiş və pulu və sənədləri verəcəyi halda 15 sentyabrdan işə çıxa biləcəyini qeyd etmişdir. O, 2022-ci ilin avqust ayının 18-də 6000 manat pulu hazılayıb Şəki şəhərində yerləşən ofisinə gətirib orada Təqsirləndirilən şəxs vermişdir. Müşfiq həmin vaxt ona 15 sentyabrdan işə çıxacağını demiş, lakin ayın 15-i o, işə çıxa bilməmişdir. Bu barədə Müşfiqlə danışmış, Müşfiq ona noyabr ayının 1-i işə çıxacağını bildirmişdir. Lakin noyabr ayının 1-i də o, işə çıxa bilməmişdir. Müşfiq hər dəfə vaxtı uzatmağa başlamışdır. O, Müşfiqin onu aldadaraq pulunu adığını, şəxsi ehtiyaclarına xərclədiyini anlamış, Müşfiqi tapıb pulunu tələb etdikdə, Müşfiq qızına toy etdiyini, toydan sonra pulunu qaytaracağını demişdir. Lakin, uzun müddət keçsə də Müşfiq aldığı pulları qaytarmamış, o da şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs həbsdə olarkən yaxınları tərəfindən 6000 nanat ona ödənilmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. O, X8 iştirakçısı olmuş, 1999-cu ildə Ağdam rayonunun Çıraqlı kəndində düşmən tərəfindən yaralanmışdır. Sağ çiyin nahiyəsindən xəsarət almış, çiyin sümüyündə sınıq olduğu səbəbindən əlilliklə əlaqədar aidiyyəti qurumlara müraciət etmişdir. 2005-ci ildə ona İİİ qrup əlil kimi pensiya təyin olunmuş və əlillik pensiyası alırmışdır. 2021-ci ilin may ayından əlilliyinə xitam verilmiş və pensiyası kəsilmişdir. O, bu işi ilə maraqlanıb müxtəlif qurumlara getmiş, əlilliyinə əsassız xitam verildiyi bildirilmişdir. O, həkimin yanına getmiş, ona məhkəməyə müraciət etməsi məsləhət bilinərək məhkəmə yolu ilə əlilliyini bərpa edə biləcəyi deyilmişdir. Bu barədə ona deyən Şəki Şəhər xəstəxanasında işləyən travmatoloq Seymur həkim ona Müşfiqin nömrəsini vermiş, yaxşı vəkil olduğunu demiş, Müşfiqə zəng edib onunla görüşməsini təklif etmişdir. O, Müşfiqlə görüşüb başına gələnləri danışmış, Müşfiq ona məhkəməyə müraciət etməli olduğunu, işin həlli üçün 4500 manat pul verməli olduğunu bildirmişdir. O, Müşfiqlə 1500 manat əvvəldən, qalan pulu isə işin yekununda verəcəyi barədə razılaşmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində işlədiyi ofisdə görüşüb Müşfiqə 1500 manat vermişdir. Pulu aldıqdan sonra Müşfiq işə başlamış, təxminən 1 həftədən sonra işi ilə bağlı həkimə verilməsi üçün 1000 manat pul istəmişdir. Bu səbəbdən o, ofisində Müşfiqə 1000 manat da vermişdir. Sonra o, Müşfiqlə birlikdə Bakı şəhərinə Topçubaşov adına Elmi-Tədqiqat İnstitutuna getmiş, həkim sənədlərinə baxıb forma 88-i olmadığını demişdir. Geri qayıtdıqlarından təxminən bir həftə sonra, yəni 2022ci ilin yanvar ayının axırlarında Müşfiq Bakı şəhərinə onun işi ilə bağlı getdiyini deyib ondan 1500 manat da istəmişdir. O, yenə ofisində görüşüb Müşfiqə 1500 manat da vermişdir. Onlar birlikdə Bakı şəhərinə, Topçubaşov adına Elmi-Tədqiqat İnstituna getmişlər. Müşfiq həkimin onu görməməsinə çalışmasını xahiş etmiş, özü içəri keçib işi həll edib çıxacağını bildirmişdir. O, xəstəxanın həyətində dayanmış, Müşfiq içəri keçib, təxminən 30 dəqiqədən sonra qayıdıb sənədlərin lazım olduğunu ona demişdir. Şəki şəhərinə qayıtdıqdan sonra məhkəməyə çağırılmışdır. Müşfiq məhkəmədə iştirak edə bilmədiyini, lakin işi həll etdiyini deyib, özünün zala daxil olmasını xahiş etmişdir. O, məhkəmə zalına daxil olmuş, lakin qərar əleyhinə çıxmışdır. O, məhkəmədən çıxıb Müşfiqin yanına getmiş, qərarın ziyanına çıxdığını demiş və işi necə həll etdiyini soruşmuşdur. Müşfiq ona narahat olmamasını, Apellyasiya məhkəməsinə müraciət edəcəyini demiş, sonra isə onun telefon zənglərinə cavab vermədikdə Müşfiqin onu aldadaraq pulunu alıb, şəxsi ehtiyaclarına xərclədiyini başa düşmüşdür. O, Müşfiqi tapıb pulunu tələb etmiş, Müşfiq 2023-cü ilin yay aylarında ona 2000 manat pul qaytarmışdır. Müşfiq həbs olunandan sonra yaxınları qalan ziyanı da ona tam ödəmişdir. Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. FHN-nin Mingəçevir Şəhər YMD-nin 107 saylı yanğın bölməsində sürücü vəzifəsində işləmiş və 2017-ci ildən təqaüdə çıxmışdır. 1991-1996-cı illərdə hərbi hissələrdə qulluq etmiş və birinci Qarabağ döyüşlərində iştirak etmiş, lakin veteranlıq ala bilməmişdir. Onunla müharibədə iştirak edən X37 şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin bütün sənədlərini toplayaraq aidiyyatı qurumlara verib veteranlıq almaqda köməklik etdiyini, pul müqabilində işini düzəltdiyini bildirmiş və ona da Təqsirləndirilən şəxs müraciət etməsini məsləhət görmüşdür. O, Bayrama həmin adamla görüşmək istədiyini bildirmişdir. Onlar, yəni o, Bayram və Müşfiq 2022-ci ilin yanvar ayının ortalarında Şəki şəhərində Təqsirləndirilən şəxs ofisində görüşmüşlər. O, Təqsirləndirilən şəxs hərbi biletini, köhnə məhkəmə sənədlərini və şəxsiyyət vəsiqəsinin surətini vermiş, Müşfiq sənədlərə baxıb işini düzəldə biləcəyini söyləmiş və bunun üçün 4000 manat pul istəmiş, o, razılaşıb pulu hazırlmaq üçün vaxt verməsini demişdir. O, təxminən 2022-ci ilin fevral ayının ortalarında 2500 manat pul hazırlamış, Müşfiqə zəng vurub pulun bir hissəsinin hazır olduğunu bildirmişdir. O, Müşfiqin göndərdiyi bank kartına 2000 manat pul göndərmişdir. Həmin bank kartı qadına məxsus olmuş, lakin konkret kimin adına olması yadında qalmamışdır. Müşfiq 500 manat da Mingəçevir şəhərində vəkilə pul çatdırılmalı olduğunu dediyi üçün 500 manat pul da Müşfiqin istəyi ilə Bayrama vermişdir. Müşfiq ona veteranlıq işinin həll olunmasının təxminən 1-2 il çəkəcəyini bildirmişdir. O, qalan pulu sənəd hazır olandan sonra verəcəyi ilə bağlı Müşfiqlə razılaşmışdır. 2022-ci ilin iyul ayında Müşfiq ona zəng edərək sənədinin hazır olduğunu, yerdə qalan pulu da verməsini istəmiş və noyabr ayında gedib sənədini götürməsini demişdir. O, 2022-ci ilin iyul ayının ortalarında Müşfiqlə Şəki Şəhər Məhkəməsinin qarşısında görüşmüş, Müşfiqin avtomobilinə əyləşib yerdə qalan 1500 manat pulu vermişdir. Müşfiq noyabr ayının 20-də sənədini götürməsini desə də, 2022-ci ilin noyabr ayının 20-də onun veteranlıq işi alınmamışdır. Müşfiqə zəng edərək sənədin nə vaxt hazır olacağını soruşduqda Müşfiq ondan səbrli olmasını xahiş etmişdir. Müşfiq ona hər dəfə bir vaxt deyəndə Müşfiqin onu aldadaraq pulunu aldığını, pulu şəxsi ehtiyaclarına xərclədiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Həmin pulun bir hissəsini Təqsirləndirilən şəxs yaxınları ona ibtidai istintaq müddətində ödəmiş, qalan hissəsini isə Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra özünün ödəyəcəyini demişlər. Təqsirləndirilən şəxs yaxınları ziyanın tam ödənilməsi və şikayətinin olmaması barədə ondan xahiş etmələrini nəzərə alıb pulun tam ödənildiyini istintaqda bildirmiş, məhkəmədə işə baxılarkən pulun tam ödənilməməsi barədə həqiqəti bildirmiş, ondan sonra qalan pul Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona ödənilmişdir. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. 1993-cü illərdə gedən Birinci Qarabağ müharibəsində iştirak etmiş və 1 aydan artıq müddətdə ermənilərin əlində əsir qalmışdır. Dövlətin köməkliyi ilə əsirlər dəyişdirilərkən o, Azərbaycan Respublikasına təhvil verilmişdir. O, müharibədə ayağından güllə yarası almışdır. Azərbaycan Respublikasına təhvil verilərkən onun sənədləri itdiyi üçün sənədlərini bərpa etməyə başlamışdır. 2008-ci ildə ayağında güllə yarasından aldığı travma ilə əlaqədar əlillik almaq üçün aidiyyəti qurumlara müraciət etmiş, lakin kəllə-beyin travması ilə ona 2008-ci ildə İİ qrup əlillik təyin olunmuş və 2021-ci ilin may ayına qədər əlilliklə bağlı pensiya almış, sonra pensiyası kəsilmişdir. O, maraqlanmış, müxtəlif qurumlara getmiş, əlilliyinə əsassız xitam verildiyi ona bildirilmişdir. Söhbət zamanı bacısının əri Pərvin Bayramov ona Qax rayonunda "Çayan" adlı şəxsin bir neçə nəfərin kəsilmiş pensiyasının bərpa edilməsinə köməklik etdiyini bildirmişdir. O "Çayan" adlı şəxslə telefonla əlaqə saxlamış və 2021-ci ilin noyabr ayının əvvəllərində onlar Şəki şəhərində 9 mərtəbə adlanan yerin yanındakı çayxanada görüşmüşlər. "Çayan" Şəki şəhər sakini Müşfiq adlı vəkilin bu işlərlə məşğul olduğunu ona bildirmiş, onu Şəki şəhəri, Calğalı bulaq küçəsində yerləşən "Foto-Seymur" deyilən yerin yanında olan ikimərtəbəli binanın birinci mərtəbəsindəki Müşfiq adlı şəxsin ofisində aparmışdır. O Təqsirləndirilən şəxs başına gələnləri danışdıqda Müşfiq sənədlərinə baxmaq isdəmiş və sənədlərin ondan almışdır. Müşfiq sənədlərə baxdıqdan sonra onun işinin həll oluna biləcəyini, 8000 manat pul verdiyi halda 3 ay ərzində əlilliyini bərpa etdirə biləcəyini, 5000 manat pul verəcəyi halda 7 aya həll edəcəyini ona bildirmişdir. Müşfiq işi qanuni yolla, yəni məhkəmə yolu ilə həll edəcəyini demişdir. O, Müşfiqə hal-hazırda əlində o qədər pul olmadığını demiş və ondan vaxt istəmişdir. Pulu düzəltmək üçün 3 baş inəyini satmış və 2400 manat pul hazırlamış, qalan pulları isə qohumlarından yığmışdır. 2022-ci ilin yanvar ayının əvvəlində Müşfiqlə danışmış və pulun hazır olduğunu bildirmiş, Müşfiqin oturduğu ofisində, yəni birinci dəfə görüşdüyü yerdə 5000 manat pulu və əlində olan bütün sənədləri Müşfiqə vermişdir. Ona görə də hal-hazırda əlində heç bir sənədinin əsli, orijinalı qalmamışdır. O, pulu verdikdən sonra Müşfiq 10-15 gündən bir zəng vuraraq ona narahat olmamasını işinin alındığını bildirmişdir. 2022-ci ilin mart-aprel ayında Müşfiq onu Bakı şəhərinə həkim komissiyasına aparmış, içəri keçməzdən əvvəl Müşfiq ona narahat olmamasını, pullarını verdiyini dediyi üçün içəri daxil olmuş, komissiyada 5 xanım, 1 kişi oturmuşdur. Komissiyada ondan necə əsir düşdüyünü soruşduqda, o, ayağından güllə yarası aldığını, əsirlikdə də bütün bədəninə xəsarətlər yetirildiyini demişdir. O, komissiya üzvlərindən onu yoxlamalarını tələb etsə də, ona çölə çıxmasını, onlara iş öyrətməməsini demişlər. Dəfələrlə ona imtina gəlməsinə baxmayaraq Müşfiq narahat olmamasını, işini həll edəcəyini bildirmişdir. Sonradan Müşfiq onun telefon zənglərinə cavab verməmiş, ancaq mesaj ataraq narahat olmamasını, işini həll edəcəyini demişdir. O, onu aldadaraq pulunu alıb şəxsi ehtiyaclarına xərclədiyini başa düşmüş, Müşfiqi tapıb pulunu tələb etməyə başlamış, Müşfiq lazım gəlsə pulunun iki qatını ona qaytaracağını, lakin işinin alınacağını yenə də ona bildirmişdir. Sonradan Müşfiqin ondan başqa digər şəxsləri də aldadıb pullarını aldığını anlamışdır. Həbsdə olduğu vaxtlarda Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona vurduğu 5000 manat ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş və müharibə dövrundə sol ayağının bud nahiyəsindən güllə yarası almışdır. Döyüş gedən ərəfədə müharibə veteranı olmağı qeydə almış, 2014-cü ildən veteran olması ləğv edilmiş və bununla bağlı pensiya alması dayandırılmışdır. O, Yevlax rayon məhkəməsinə müraciət etmiş, veteranlığın bərpası ilə əlaqədar Şəki İnzibati-İqtisad Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. O, 2015-ci ildə Şəki İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, Təqsirləndirilən şəxs həmin məhkəmədə işləmiş, oradan Təqsirləndirilən şəxslə tanışlığı yaranmışdır. Məhkəmə qətnaməsi ilə veteranlığı bərpa edilmiş, veteranlığının dayandırıldığı dövr üçün alınmalı olan pulların tələb edilməsi ilə bağı Şəki İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin yazılıb məhkəməyə verilməsində Təqsirləndirilən şəxs ona köməklik etmiş, məhkəmədə ərizəsinə baxılaraq iddiası təmin edilmişdir. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq müharibə dövründə yaralandığı üçün əlliklik ala bilcəyini, bundan ötrü məhkəməyə ərizə verməli olduğunu bildirmiş və ona bu işin həllində köməklik edəcəyini söyləmişdir. Aralarında olan razılaşmaya əsasən Müşfiq Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə qarşı 3 iddia ərizəsi ilə, yəni birdəfəlik kompensasiyanın alınması, əlilliyin verilməsi və yaralanmasına görə sığortanın alınması ilə bağlı məhkəməyə müraciət etməli, o isə bu işlərin həlli üçün Müşfiqə 3400 manat pul verməli olmuşdur. O, Müşfiqin hələ də məhkəmədə işlədiyini düşünmüş, ona görə də işinin həlli üçün Müşfiqə pulu verməyə razılaşmışdır. 2023-cü ilin iyul ayının 5-də 3400 manat pulu hazırlayıb Müşfiqlə Şəki avtovağzalında görüşmüş və avtovağzalın içərisində olan çayxanada 3400 manat pulu Müşfiqə vermişdir. Müşfiq ona 3 ay müddətində sənədləri toplayacağını, 2023-cü ilin oktyabr ayının sonunadək məhkəmənin işi yekunlaşdıracağını bildirmişdir. 2023-cü ilin oktyabr ayında Müşfiqlə əlaqə saxlamış və işlərin hansı mərhəldə olduğunu soruşmuş, Müşfiq bu yaxınlarda məhkəmə olacağını, səbrli olmasını demişdir. Sonra Müşfiqə zəng çatmamış, həbs edildiyini öyrənmiş, Müşfiqin heç bir iddia ərizəsi yazmadığı, məhkəmədə iddia qaldırmadığı məlum olmuş, pul lazım olduğu üçün onu aldadaraq 3400 manat pulunu ələ keçirdiyini öyrənmişdir. Pulun bir hissəsini Təqsirləndirilən şəxs yaxınları ona ibtidai istintaq müddətində ödəmiş, qalan hissəsini isə Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra özünün ödəyəcəyini demişlər. Təqsirləndirilən şəxs yaxınları ziyanın tam ödənilməsi və şikayətinin olmaması barədə ondan xahiş etmələrini nəzərə alıb pulun tam ödənildiyini istintaqda bildirmiş, məhkəmədə işə baxılarkən pulun ödənulmədiyi barədə həqiqəti bildirmiş və ondan sonra qalan pul Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona ödənilmişdir. Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralaında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. Onun xx.xx.2005-ci il təvəllüdlü oğlu X25 anadangəlmə əlil olmuş, 18 yaşına çatana kimi dövlətdən pensiya almışdır. 2023-cü ilin dekabr ayının 16-da oğlunun 18 yaşı tamam olanda pensiyanın kəsiləcəyini bildiyinə görə oğlunun 18 yaşından sonra da əlilliklə bağlı pensiya alması üçün 2022-ci ilin sentyabr ayında dostu Şahid4 ona köməklik etməsini xahiş etmişdir. Abduləli ona Şəki şəhərində Müşfiq adlı vəkilin bu məsələlərin yolunuqaydasını bildiyini, bu işə Müşfiqin köməklik edə biləcəyini bildirmişdir. Abduləli Müşfiqin mobil telefonuna zəng edib Şəki Məhkəmə Kompleksinin həyətinə çağırmış, Müşfiq bu işin həlli üçün 7000 manat pul istəmiş, işin həllinin 3-4 ay çəkəcəyini, həmin pulun içərisində yol xərcinin və rüsumların da olduğunu bildrimişdir. Müşfiq işi hansı yolla düzəldəcəyini deməmiş, sadəcə oğluna ömürlük İİ qrup əlillik düzəldəcəyini demişdir. Müşfiq özünü ona vəkil kimi təqdim etmiş, prosesi başlayacagını və məhkəmə zalına keçməli olduğunu bildirmiş, pulun nə qədər tez çatsa bir o qədər yaxşı olacağını qeyd etmişdir. O, səhəri gün, 9 sentaybr 2022-ci ildə Təqsirləndirilən şəxslə Şəki Məhkəmə Komplesinin inzibati binasının içərisində görüşmüş, Abduləlinin yanında Müşfiqə 7000 manat pulu sayaraq vermişdir. Pulu bankdan götürdüyünü, üzərində faiz ödəyəcəyini Müşfiqə deyib işinin alınıb-alınmaması barədə dəqiqləşdirmə aparmış, Müşfiq isə ona işin milyon faiz alınacağını, 2023-cü ilin yanvar ayının 10-da oğlunun əlillik sənədini ona təqdim edəcəyini bildirmişdir. O, yanvar ayının 10-una kimi gözləmiş, heç bir cavab çıxmadığını görüb Müşfiqə zəng etmişdir. Müşfiq yeni ildə işlərdə bir az qarışıqlıq olduğunu, yanvar ayının sonuna kimi məsələnin öz həllini tapacağını bildirmişdir. 2023-cü ilin yanvar ayının sonu olsa da Müşfiq yenə də vaxt istəmiş, işi uzanmağa başlamışdır. Müşfiq hətta ona, guya oğlunun işinin olduğu həkimin məzuniyyətdə olduğunu deyərək aldatmışdır. 2023-cü ilin aprel ayında Müşfiq ona VTEK-dən, yəni Tibbi-Sosial Ekspert Komissiyasından öyrəndiyini, sənədlərinin hazır olduğunu dediyi üçün o, Şəki şəhərində yerləşən TSEK-ə getmiş, siyahıda oğlunun adı olmamışdır. O, Müşfiqə bu barədə demiş, Müşfiq ona Bakı şəhərində yerləşən Tibbi-Sosial Ekspert Komissiyasına getmək lazım olduğunu, məlumatın onlarda olduğunu söyləmişdir. O, Bakı şəhərinə getmiş, lakin oğlunun orada heç bir sənədinin olmadığını öyrənmiş və Müşfiqin yalan danışdığını, pulunu mənimsədiyini anlamış, pulunu tələb etmiş, Müşfiq də pulu həkimdən alıb qaytaracağını ona bildirmişdir. Sonradan o, Müşfiqin onu aldatdığını, heç bir həkimlə danışıq aparılmadığı ona məlum olmuşdur. Müşfiq tutulduqdan sonra Müşfiqin ailəsinin yanına getmiş, məsələni ailəsinə danışmış, ödənlməli olan pul Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona ödənilmişdir. Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. 2018-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin mart-aprel aylarında iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, iddiaçı qismində “Azərtoxum” və "xxxx" QSC çıxış edirmişdir. O, həmin hüquqi şəxslərlə müqavilə bağlayaraq məhkəmədə hüquqlarını müdafiə etmişdir. O, əvvəllər Şəki şəhərində məhkəmədə heç vaxt olmamış, yaşadığı Bakı şəhəri ilə məsafənin uzaqlığına görə hər dəfə gəlib-getmək istəmədiyindən və işin tez bir zamanda yekunlaşmasını istədiyindən, Şəki şəhərində keçiriləcək məhkəmə proseslərində iştirak etmək, çatışmayan sənədlər olduqda köməklik göstərməsini bacaran tanışının olubolmamasını dünyasını dəyişmiş tələbə yoldaşı və dostunun Mingəçevir şəhərində yaşayan qardaşı Şahid5 soruşmuşdur. İşlər üzrə tam sənədləşmə aparıldığından və lazımi sübutlar toplandığından müsbət nəticə əldə edəcəklərindən şübhələri olmamışdır. Sadəcə işlərin yaxın zamanda yekunlaşmasını xahiş edəcək birinin olması ilə maraqlanmışdır. Elgiz Müşfiq adında dostu olduğunu, əvvəllər Şəki İnzibati məhkəməsində işlədiyini, indi də bu kimi işlər gördüyünü və hamını tanıdığını bildirmişdir. O, Elgizdən Müşfiqlə danışmasını xahiş etmişdir. Elgiz Müşfiqlə danışarkən Müşfiq müsbət cavab vermiş və hakimlərlə yaxın olduğunu, xahiş edəcəyi halda 1-2 aya işilərinin yekunlaşacağını bildirmişdir. Elgiz Müşfiqin bu xahişi şəxsi münasibət zəmnində edəcəyini və bunun əvəzində hər işə görə 3500, yəni 7000 manat pul tələb edəcəyini ona demiş və o da razılaşmışdır. Müşfiq Elgizə iki ədəd bankomat kartı göndərəcəyini, birinə 6500 manat, digərinə isə 500 manat pul göndərməsini demişdir. O, Elgizdən niyə məbləğin hamısını bir karta göndərmədiyini soruşduqda, Elgiz ona Müşfiqin 500 manat kiməsə verəcəyi olduğunu, həmin pulu o karta göndərməsini söyləmişdir. Beləliklə, Elgiz “whatsapp” vasitəsilə Təqsirləndirilən şəxs adına olan Rabitə banka məxsus **********370107 nömrəli kartının və Leobanka məxsus 409809xxxxxx7796 nömrəli bankomat kartının şəkillərini ona göndərmiş, o da gün ərzində pulu göndərəcəyini Elgizə bildirmişdr. Elgiz 500 manat pulun tez çatmalı olduğunu bildirdiyindən o, xx.xx.2023-cü ildə saat 1430-da iş yoldaşı Vüsal adlı şəxsə nağd şəkildə 500 manat pulu öz kartından Elgizin atdığı karta göndərməsi üçün vermiş, Vüsal istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqinə daxil olaraq oradan 500 manat pulu 409809xxxxxx7796 nömrəli bankomat karta göndərmişdir. O, ünvan 13 ünvanında yerləşən E-manat ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus bankomat kartına xx.xx.2023-cü ildə saat 1817-də 5000, 1821-də 1500 manat olmaqla, ümumilikdə 7000 manat göndərməklə Müşfiqə vermişdir. Artıq 2023-cü ilin iyun ayında işin uzandığını görmüş, məhkəmə ilə əlaqə saxlamış, ona işlər üzrə sorğuların cavabları hələ alınmadığı bildirilmişdir. O, Elgizdən Müşfiqin nömrəsini götürüb əlaqə saxlamış, söhbət zamanı Müşfiqin heç işdən xəbəri olmadığını anlamışdır. O, Müşfiqdən verdiyi pulları tələb etdikdə, Müşfiq, pulu guya ağsaqqala verdiyini, geri alıb qaytaracağını ona demişdir. O, Müşfiqə yalan danışdığını deyib, görüşüb pulu verməsini tələb etmiş, pulunu vermədiyi halda şikayət edəcəyini Müşfiqə bildirmişdir. Müşfiqlə bir neçə aya yaxın pulun qaytarılması mövzusunda söhbət etsə də hər dəfə müxtəlif bəhanələr gətirərək, gah evi satacağını, gah qohumlarından pul alıb verəcəyini deməklə pulunu qaytarmaqdan yayınmışdır. Müşfiqi axtarmağa başlamış, mobil telefonlarına zəng çatmadığını görüb harada olması barədə maraqlandıqda Müşfiqin həbs edildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs verilən pullar özünə məxsus olmuşdur. Ona vurduğu zərər, 7000 manat pul Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona ödənilmişdir. Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. 2022-ci ildə Mingəçevir şəhər Məhkəməsində oğlu Zaur X1 ilə aralarında borc məsələsinə dair məhkəmə işi olmuşdur. Məhkəmədə oğlu cavabdeh kimi, Emilya Mirzəyeva isə iddiaçı qismində çıxış etmişlər. Emilya Mirzəyeva oğlundan 16000 manat pul tələb etmiş, Mingəçevir şəhər Məhkəməsinin qətnaməsi ilə Emilya Mİrzəyevanın iddiası təmin edilmişdir. Oğlu X21 Şəhər Məhkəməsinin qətnaməsi ilə razı olmadığı üçün Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Oğlu Zaur orada Təqsirləndirilən şəxs ilə rastlaşmış, Zaur onu əvvəllər də məhkəmə işçisi kimi tanımışdır. Müşfiq artıq vəkil kimi çalışdığını bildirmiş, Zaur öz məsələsini danışdıqda Müşfiq məhkəmə prosesini onun xeyrinə həll edə biləciyini oğlu Zaura bildirmiş və bunun müqabilində 3000 manat pul istəmişdir. Oğlu Zaur bu barədə ona söyləmiş, o, arvadı X4 adına "xxxx" KB ASC-dən kredit götürmüş, üstünü də tamamlayıb 3000 manat pulu 11 aprel 2023-cü ildə saat 1622də ünvan 7 ünvanında yerləşən 5+1 marketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə Müşfiqin adına olan 41xxxxxxx370107 nömrəli bankomat kartına göndərmişdir. Şəki Apellyasiya məhkəməsində işinə baxılmış və şikayəti qismən təmin edilmiş, borcu azaldılaraq 10.400 manat olmuşdur. Onlar Müşfiqdən borcun nə səbəbdən tam silinmədiyini soruşduqda Müşfiq borcu tamamilə sildirəcəyini demişdir. Müşfiqin yalan danışdığını hiss etdiyindən pulunu tələb etməyə başlamış, lakin Müşfiq pulu ödəməkdən yayınmışdır. Müşfiqin pulu alaraq heç bir iş görmədiyini anlamış, vəkil tutub Ali Məhkəməyə müraciət etmiş, lakin şikayətləri təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə ödəməli olduqları 10.400 manat pulu ödədikləri üçün icra şöbəsində işə xitam verilmişdir. Həbsdə olduğu vaxtlarda Təqsirləndirilən şəxs yaxınları tərəfindən onlara 2500 manat ödənilmiş, qalan 500 manatı da ödəyəcəklərinə söz verib pulunu tam aldığı barədə ərizə yazıb verməsini, Müşfiqin azadlığa buraxılmasına kömək etməsini xahiş etmişlər. Bu səbəbdən o, tam pulunu almasa da yalandan pulunu tam aldığı barədə ərizə yazıb vermiş, ifadə verərkən də belə demişdir. Hazırda yenə də aldadıldığını hiss edib məhkəmə baxışı tamamlanmamış əvvəlki ifadəsini düzəldib məhkəmyə doğrusunu deməyi qərara almış, pulunun 500 manatının verilmədiyini bildirmiş, qalan 500 manat ziyanı tələb etmiş, şikayətçi olduğu və təqsirləndirilən şəxslə barışmadığı barədə məhkəməyə ərizəsini təqdim etmişdir. Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evi anası X10 xüsusi mülkiyyətində olmuşdur. O, 1997-ci ilə qədər həmin ünvanda yaşamışdır. 1997-ci ildən 2006-cı ilə qədər kirayələrdə yaşamış, 2006-cı ildə öz evinə qayıtmaq istəsə də onu ailəsi ilə evə buraxmamışlar. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin 18 iyul 2006-cı il tarixli qətnaməsi ilə cavabdeh anası X13 qarşı iddiası təmin edilərək ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evindən ona istifadə hüququ verilmiş və o, öz ailəsilə həmin evə köçürülmüşdür. Qətnamədən cavabdeh X18 apellyasiya şikayəti versə də şikayəti təmin edilməmiş və Apellyasiya Məhkəməsinin 10 noyabr 2006-cı il tarixli qətnaməsi ilə Şəki rayon məhkəməsinin 18 iyul 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X34 15 may 2021-ci ildə rəhmətə getmişdir. Anasının vəfatından sonra da kommunal xərclərlə bağlı ödəniş qəbzləri anasının adına gəlmiş, o, mülkün mərhum anasınım adına olduğunu fikirləşmişdir. Sonuncu dəfə kommunal xərclərlə bağlı evə gələn bildirişlər anasının deyil, qardaşı Rəhmanın adına gəldiyindən o, şübhələnib soruşduqda qardaşı artıq yaşayış evinin ona məxsus olduğunu söyləmişdir. Mərhum anasının sağlığında 2 saylı dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 4Ə/337 saylı müqaviləsinə əsasən evi qardaşı Rəhmana bağışlaması, evin xx.xx.2006-cı ildə Rəhmanın adına Dövlət Reyestrindən çıxarışla qeydiyyata alındığı məlum olmuşdur. Bu barədə xəbər tutduqda o, iddia ərizəsi ilə ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh X2 adına dövlət qeydiyyatına alınmasına əsas olan xx.xx.2006-cı il tarixli, anası X18 ilə cavabdeh X6 arasında bağlanmış evin bağışlanmasına dair 4Ə-/337 saylı müqavilənin etibarsız hesab olunmasına və X2 adına xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşi məhkəmədə ola-ola Şəki şəhərindən tanıdığı Təqsirləndirilən şəxslə rastlaşmış və başına gələnləri danışmışdır. Müşfiq ona haqlı olduğunu, həmin evdə onun pay hüququ olduğunu bildirmiş, bu işdə ona köməklik edə biləcəyini, lakin işin xərci olduğunu demişdir. Müşfiq ilkin olaraq 1500 manat desə də sonradan 2000 manat pulun lazım olduğunu bildirmişdir. O, pulu hazırlayib bu barədə Müşfiqə xəbər vermiş, 2023-cü ilin mart ayının əvvəllərində Müşfiq onun işlədiyi, Şəki şəhəri köhnə Qax dayancağının yanında yerləşən avtomobillərin təmiri sexinə gəlmiş, o, 2000 manat pulu Müşfiqə vermişdir. Müşfiq qətnamənin onun xeyrinə çıxacağını desə də məhkəmənin 28 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. O, Müşfiqdən işi necə danışdığını soruşduqda Müşfiq problem olmayacağını, Apellyasiya Məhkəməsinə müraciət edib orada qətnaməni ləğv etdirəcəyini bildirmişdir. Müşfiq Apellyasiya məhkəməsinin hakiminin onun dostu olduğunu, işi həll edəcəyini ona demişdir. Müşfiq onun üçün Apellyasiya şikayəti yazmış və işi 6000 manata həll edəcəyini ona bildirmişdir. O, 2023-cü ilin may ayının ortalarında işlədiyi sexdə Müşfiqə 6000 manat pul vermişdir. İşin düşdüyü hakim dediyindən başqası olsa da Müşfiq işin ona yaxın olan hakimdə olacağını ona demişdir. Eyni zamanda Müşfiq rəsmi vəkil olmadığı üçün proseslərə girə bilməmişdir. Ona görə də o, Müşfiqdən vəkil tutmaq lazım olduğunu soruşmuş, Müşfiq ehtiyac olmadığını, özü vəkil tutduğunu demişdir. 2023-cü ilin yay aylarında Müşfiqdən işlə bağlı maraqlandıqda, Müşfiq işi hələ araşdırdıqlarını demiş, lakin özü proseslərə getməmişdir. O, 2023-cü ilin avqust ayında məhkəmə prosesi olacağını və işin yekunlaşmalı olduğunu öyrənmişdir. Müşfiqdən işin nə yerdə olduğunu soruşmuş, Müşfiq yaxşı olacağını demişdir. O, ehtiyat edərək vəkil tutmuş, vəkili məhkəməyə göndərmiş, vəkil işlə tanış olmuş və hakim çıxış üçün vəkilə 3 gün vaxt vermişdir. 25 avqust 2023-cü ildə məhkəmə günü vəkil ona məhkəməni uduzduğunu, Müşfqin heç bir iş görmədiyini demişdir. O, Müşfiqə bu barədə deyib pulunu tələb etmiş, Müşfiq evini satıb pulunu verəcəyini bildirmiş, lakin sonra tutulmuşdur. O Müşfiqin ailə üzvləri ilə danışmış, Müşfiqin yaxınları ondan şikayət etməməsini, pulunu verəcəklərinə söz vermişlər. Müşfiqin ailəsi evlərini satmış, lakin onun pulu verməmişlər. O, pulunu almaq üçün şikayət ərizəsi yazmışdır. Bndan sonra ödənilməli olan pul Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona ödənilmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 uzun müddət əvvəldən tanımış, münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin sentyabr ayında o, yaşadığı Şəki rayonu, Böyük Dəhnə kəndində çayxanada olan zaman İlqar onunla birgə Şəki şəhərinə gedib-qayıtmalarını ondan xahiş etmiş, o razılaşmışdır. Onlar birlikdə Şəki şəhərinə getmiş, İlqar ona avtomobilin yanında gözləməsini demiş, özü gedib 2 nəfər şəxsə yaxınlaşmışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 dayısı Şahid3 vasitəsi ilə tanımışdır. Dayısı Şahid3 təxminən 10 ilə yaxındır ki, Zərərçəkmiş şəxs3lə yoldaşlıq etmiş, təxminən 2018-ci ilin yay aylarından etibarən o da Zərərçəkmiş şəxs3 Mingəçevir avtovağzalının yaxınlığındakı torpaq sahəsində yaratdığı balıqçılıq təsərrüfatına və orada olan kafe tipli iaşə obyektinə gedib-gəlmiş, orada yaradılmış göllərdə balıq tutmaqla boş vaxtlarını keçirmişlər. Həmin ərəfələrdə tanışı və tələbə yoldaşı, əvvəllər Şəki İnzibati-İqtisad məhkəməsində işləmiş Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs3 istifadəsində olan torpaq sahəsinə aparmış, Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs münasibətləri yaranmışdır. 2018-ci ilin yay aylarında növbəti dəfə Müşfiq, o, dayısı Şahid3, Şahin və təsərrüfatın balıqçısı və oranı mühafizə edən Eldar söhbət edən zaman Zərərçəkmiş şəxs3 istifadəsində olan 10-11 ha torpaq sahəsinin sənədləri tam qaydasında olmadığına görə müəyyən işləri görə bilmədiyini, torpaq sahəsinin istifadə hüququnu təsdiq edən çıxarış almaq istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 həmin çıxarışı almaqda kömək edə biləcəyini, bundan ötrü ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsinə müraciət edilməli olduğunu, oradan çıxarış verilməkdən imtina məktubu gəldikdən sonra Şəki İnzibati-İqtisad Məhkəməsinə müraciət etməklə çıxarış verilməsi öhdəliyinin DƏDRX-nin 17 saylı ərazi idarəsinin üzərinə qoyulacağını, bu yolla torpaq sahəsinə çıxarış ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu işin 10000 manat qiyməti olduğunu Şahinə bildirmiş, Zərərçəkmiş şəxs3 10000 manata gücünün çatmayacağını demişdir. Müşfiqlə Şahin işi 5000 manata danışmışdır. Zərərçəkmiş şəxs3 torpaq sahəsinə dair sənədləri Təqsirləndirilən şəxs vermiş, sənədlərin içərisində XDS İcraiyyə Komitəsinin qərarının əsli, torpaq sahəsinin rəngli cizgiləri, hətta göllərin çəkilişiləri və hazırda xatırlamadığı sair sənədlər olmuşdur. Dayısı Viladimin uşağının təhsil haqqına 2500 manat pul çatmadığı üçün Zərərçəkmiş şəxs3 dayısına 2500 manat ǝl borcu pul vermişdir. Zərərçəkmiş şəxs3 torpaqın sənədlərini düzəltməyə görə təcili pul lazım olduğu üçün dayısı Viladimin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Sapfir» qızıl-zinət əşyalarının alqı-satqı mağazasına gedib, orada dayısına verdiyi 2500 manat pulu qaytarmasını istəmiş, dayısı Viladim elə orada 2500 manat borcunu Zərərçəkmiş şəxs3 qaytarmışdır. Təxminən 3 saatdan sonra Müşfiq Şəki şəhərindən Mingəçevir şəhərinə dayısı Viladimin «Sapfir» mağazasına gəlmiş, Zərərçəkmiş şəxs3 orada torpaq sahəsi ilə bağlı sənədləşmənin aparılmasına görə Müşfiqə 2500 manat pul vermişdir. Oradan birlikdə Zərərçəkmiş şəxs3 obyektinə gedib bir qədər vaxtlarını keçirdikdən sonra Müşfiq çıxıb getmişdir. Müşfiq sənədləşmə işinə başlamış, lakin işin hansı qaydada apardığını bilməmişdir. 2018-ci ilin payız aylarında o və dayısı Viladimin yanında Mingəçevir şəhəri, N.Nərimanov adına musiqi məktəbinin yanında Zərərçəkmiş şəxs3 sənədləşmə işinə görə Təqsirləndirilən şəxs əlavə olaraq 500 manat pul vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs3 təzə «Niva» markalı avtomobilini satıb, Müşfiqə ya 2000, ya da ki, 2500 manat pul verdiyini demiş, həmin pulun verilməsində iştirak etməmiş lakin sonradan Şahinin özündən eşitmişdir. O, Zərərçəkmiş şəxs3 Müşfiqə onun iştirakı olmadan nə səbəbə görə əlavə pul verdiyini soruşduqda Şahin bunu Müşfiqin göstərişi ilə demədiyini söyləmişdir. Həmçinin Şahinlə söhbət zamanı sənədləşmənin gecikdiyini bildirdikdə o, Müşfiqə zəng edib, Şahinin sənədlərini və pulunu geri qaytarmasını tələb etmişdir. Müşfiq sənədləri və 4500 manat pulu götürüb Mingəçevir şəhərinə Zərərçəkmiş şəxs3 işlətdiyi iaşə obyektinə getmişdir. Orada Müşfiq sənədləri və 4500 manat pulu çıxarıb qaytarmaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 sənədlərini və 4500 manat pulu götürməyib, işin niyǝ gecikdiyini soruşmuşdur. Bu vaxt balıqçı Eldar və adını bilmədiyi digər şəxsin yanında Müşfiq verilən pulun az olduğunu və əlavə pula ehtiyac olduğunu Şahinə bildirmişdir. Söhbətin sonunda Şahin pulu qəbul etməyib, sənədləşmə işinin başa çatdırmağı Müşfiqdən istəmişdir. Müşfiq sənədləri və qaytarmaq istədiyi pulu götürüb getmişdir. Xeyli müddət sonra Bakı şəhərində olarkən Şahin ona zəng edərək Müşfiqin ondan əlavə olaraq ya 1500, ya da ki, 2000 manat pul aldığını, lakin sənədləşmənin hələ də başa çatmadığını bildirmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs3 Müşfiqin əlavə olaraq ondan 2000 manat pul istədiyini də söyləmiş, lakin o, Şahinin Müşfiqin əlavə olaraq istədiyi 2000 manat pulu verib-vermədiyini bilməmişdir. İşin vəziyyəti ilə bağlı Şahin və Müşfiqdən soruşub maraqlandıqda 1-ci və apellyasiya instansiyası məhkəmələrində işin Zərərçəkmiş şəxs3 xeyrinə qərar çıxarıldığını, Ali Məhkəmədə isə işin Şahinin ziyanına olduğunu öyrənmişdir. Müşfiqə zəng edib Zərərçəkmiş şəxs3 aldığı pulu və sənədləri qaytarmasını tələb etmiş, lakin həmin vaxt Müşfiq pulu və Zərərçəkmiş şəxs3 sənədlərini qaytarmamışdır. Zərərçəkmiş şəxs3 dediyinə görə torpaq sahəsinə sənəd almaq üçün Müşfiqə ümumilikdə 6500 manat pul vermiş, o, həmin pulun 3000 manatının verilməsində iştirak etmişdir. Müşfiqi Şahinlə həqiqətən o, tanış etmiş və sənədləşdirmə işində Müşfiqə inanıb, hərəkətlərinə cavabdeh olduğunu Şahinə demiş, lakin Müşfiqə hər hansı bir məbləğdə pul verməli olduğunu deməmiş və təklif etməmiş, pulu və sənədləri Müşfiq özü ondan istəyib almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs işi həll etmədiyini, Zərərçəkmiş şəxs3 torpaq sahəsinə çıxarış əldə etmək üçün götürdüyü sənədləri və aldığı pulu geri qaytarmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olan zaman Zərərçəkmiş şəxs1 tanımışdır. 2022-ci ilin aprel ayının son günlərində səhər saatlarında Zərərçəkmiş şəxs1 zəng edərək ondan Şəkiyə pul aparmasını xahiş etmiş, o, Zərərçəkmiş şəxs1 3000 manat pul götürüb Şəki şəhərinə aparmış, Şəki şəhərinə çatıb mobil telefon nömrəsini verdiyi Ramin adlı şəxsə zəng vurub Zərərçəkmiş şəxs1 3000 manat pul göndərdiyini, hara çatdırmalı olduğunu soruşmuş, Ramin Şəki şəhərində olmadığını bildirib, Müşfiqin nömrəsini verərək pulu Müşfiqə çatdırmasını demişdir. O, Müşfiqə zəng vurub dediyi ünvana getmiş, Müşfiqin oturduğu ofisdə 3000 manat pulu Müşfiqə vermişdır. O, sonralar da işlə bağlı Zərərçəkmiş şəxs1 bir neçə dəfə Şəki Apellyasiya məhkəməsinə aparmış, orada Ramin və Müşfiqlə görüşmüşlər. Bir müddət sonra Zərərçəkmiş şəxs1 Şəki Apellyasiya məhkəməsində işi udduğunu ona bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəhmətlik qardaşı Elşən Mustafayevin yaxın dostu olmuş, o da Müşfiqi rəhmətlik qardaşına görə tanımışdır. Müşfiq ona yaxşı münasibət bəsləmiş, xəstəxanada yatanda dəfələrlə gəlib baş çəkmişdir. Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər sakini kimi tanımış, İlqar qardaşı ilə birlikdə Mingəçevir şəhərində “Dostluq” Şadlıq sarayını işlətmiş, o da həmin vaxt Musiqiçilər parkında çayxana işlətmişdir. 2020-ci ilin aprel ayının 15-də atası Abduləli rəhmətə getmiş, bu səbəbdən onun psixi vəziyyəti korlanmışdır. Anası onu xəstəxanaya yerləşdirmək üçün Müşfiqlə danışmış və onu Şəki şəhərində psixatriya xəstəxanaya yerləşdirmək istəmişdir. Müşfiq anasına onun sənədləri götürüb gəlməsini dediyi üçün o, Şəki şəhərinə getmiş, Müşfiq onu avtovağzalda qarşılamışdır. Müşfiq bir nəfərlə çayxanada görüşüb çay içdikdən sonra onu xəstəxanaya aparacağını bildirmiş, birlikdə Şəki şəhərində çayxanalardan birində əyləşmişlər. Müşfiqin görüşdüyü adamın onun tanıdığı Zərərçəkmiş şəxs2 olduğunu görmüşdür. İlqarın da yanında tanımadığı bir nəfər olmuşdur. Müşfiqlə söhbət əsnasında başa düşmüşdür ki, Müşfiq İlqardan 14-15 min manat pul istəmiş, lakin söhbəti dəqiq bilmədiyi üçün müdaxilə etməmişdir. Müşfiqlə İlqar kənara çəkilmiş, orada İlqarın 1 paçka 100 manatlıq əskinazı və digər məbləğdə 100-lük əskinazları sayaraq verdiyini görmüşdür. İlqar yanında gələn şəxslə çıxıb getmişdir. Müşfiq ona siqaret və ərzaq məhsulları alaraq xəstəxanaya yerləşdirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 onun rəhmətlik qardaşının tələbə yoldaşı olmuşdur. Ceyhunla birlikdə həmçinin hərbi xidmətdə olmuşlar. Ceyhun ona tez-tez maddi yardım etmiş və əl tutmuşdur. 2023-cü ilin aprel ayında Ceyhun zəng vuraraq Şəki İnzibati Məhkəməsində tanışı olub-olmadığını soruşmuş, o, nə üçün maraqlandığını Ceyhundan öyrəndikdə məhkəmədə işləri olduğunu, onu tezləşdirmək lazım olduğunu, uzanmasını istəmədiyini demişdir. O, rəhmətlik qardaşı Elşənin dostunun məhkəmədə işlədiyini Ceyhuna demişdir. Müşfiqin məhkəmədə işlədiyini bilmiş, işdən çıxdığını bilməmişdir. O, Müşfiqlə danışıb xəbər edəcəyini Ceyhuna bildirmişdir. Müşfiqə zəng vurmuş, Şəki İnzibati məhkəməsində bir iş olduğunu, tez baxılmasına kömək edə bilib-bilməyəcəyini soruşmuş, Müşfiq kömək edə biləcəyini bildirmiş və ona, işin həlli üçün Ceyhunun nə qədər pul verə biləcəyini öyrənməsini tapşırmışdır. Ceyhun məhkəmədə iki işi getdiyini, hər işə görə 3000 manat olmaqla ümumilikdə 6000 manat pul verə biləcəyini bildirmişdir. O, Ceyhunun sözlərini Müşfiqə çatdırmış, Müşfiq az olduğunu, 7000 manat verməsini istəmişdir. O, Ceyhuna bu barədə söyləmiş, Ceyhun razılaşmış və Müşfiqin nömrəsini və bank kartının şəklini göndərməsini xahiş etmişdir. O, Müşfiqə kartının şəklini ona atmasını, pulu göndərəcəyini demiş, Müşfiq öz adına olan kartı göndərərək pulun 6500 manat hissəsini həmin karta, Mingəçevir şəhərində kiməsə 500 manat pul verməli olduğu üçün qalan 500 manatını isə onun öz kartına göndərilməsini istəmişdir. O, Müşfiqin kartının şəklini Ceyhuna atmış, Ceyhun 6500 manat həmin karta, 500 manatı isə onun atdığı anasının adına olan 4098 0944 2136 7796 nömrəli "xxxx" KB ASC-yə məxsus karta göndərmişdir. O, pulu Mingəçevir şəhərində bankomatdan çıxarmış, sonra bir nəfər zəng vuraraq ona 500 manat pulun çatacağını bildirmiş, taksi ilə yanına gəlmiş, o, Müşfiqə zəng vurub həmin adama pulu verib-verməməsini soruşmuş, Müşfiq razılıq verdikdən sonra 500 manat pulu həmin şəxsə vermişdir. Ceyhunun Müşfiqə verdiyi 7000 manat puldan ona hər hansı bir məbləğ çatmamışdır. Onun Müşfiqə də heç bir borcu olmamışdır. O, Ceyhunla Müşfiqi bir-biriləri ilə əlaqələndirmiş və özləri işlərini danışmışlar. 2023-cü ilin iyul ayında Ceyhun ona zəng edərək Müşfiqin onu aldatdığını, heç bir iş görmədiyini bildirmiş və pulun geri qaytarılmasını tələb etmişdir. O da Müşfiqə zəng etmiş, lakin Müşfiq onun telefon zənglərinə cavab verməmişdir. O hətta Müşfiqin evinə də getmiş, lakin qapını açmamışlar. O, Müşfiqin Şəki şəhərində bir neçə nəfəri aldadaraq pullarını ələ keçirdiyini öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2016-cı ilə qədər Şəki şəhər İcra Hakimiyyətində Mühafizə Polisi olaraq posta çıxmış, həmin dövrdə Şəki şəhər İHB-nin Turan qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi işləmiş Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, çox yaxşı münasibətləri olmuşdur. 2017-cı ildən isə Şəki Məhkəmə Kompleksində və digər xidmət yerlərində Mühafizə Polisi əmədaşı olaraq postda dayanmışdır. 2023-cü ildə Arif tanışı olan taksi sürücüsü ilə gəlib Şəki şəhərində onunla görüşmüş, torpaq mübahisəsi olduğunu, məhkəməyə müraicət etdiyini, ərizə yazdırmaqdan ötrü Şəki şəhərində hüquq məsləhətxanası işlədən Müşfiqlə görüşmək istədiyini bildirmişdir. O, Ariflə Şəki şəhərində yerləşən Qafqaz restoranına getmiş, Müşfiq də ora gəlmiş, Ariflə Müşfiq ərizəni hansı formada yazmaq mövzusundə söhbət etmişlər. Arifi Müşfiqlə o, tanış etməmiş, Arif özü Müşfiqi əvvəlcədən tanımış, Arifi Müşfiqin yanına məhkəmə işinə kömək etdiyi Firuzə adlı qadın qohumu göndərmişdir. Qeyd olunan işi ilə bağlı Arif Şəki şəhərinə gələndə bir neçə dəfə görüşmüşlər. Müşfiqlə Arif arasında sözsöhbət düşmüş, Müşfiq Arifin telefon zənglərinə cavab vermədiyi üçün Arif ona zəng edərək Müşfiqi tapmasını xahiş etmişdir. O da gedib Müşfiqin ofisində olub-olmadığına baxmış, onları danışdırmaq istəmişdir. Mübahisələri düşdüyü üçün Arif Müşfiqdən pullarını geri istəmiş, Müşfiq Ariflə görüşməmək üçün bir dəfə ona 1000 manat pul verib Arifə çatdırmasını xahiş etmişdir. O pulu Müşfiqdən almış, Arif taksi sürücüsü ilə gəlib pulu ondan götürüb getmişdir. Aralarında qalan məbləği isə kart vasitəsi ilə Arifə göndərmişdir. O, Ariflə Müşfiqin arasında olan söhbətlərdə tam iştirak etməmiş, heç bir məhkəmə prosesinə görə Arifə zəng vurmamışdır. Sadəcə olaraq bir tanış kimi Ariflə birlikdə Müşfiqlə görüşmüşdür. Məhkəmə proseslərinə görə Müşfiqin Arifdən pul alıbalmadığından xəbəri olmamış, Arifin pulundan da ona hər hansı bir məbləğdə pul verilməmişdir. Arif verdiyi pulları Müşfiqdən aldıqdan sonra Şəki şəhərinə yenə gələrək yollara xərclədiyi pulu qaytarmasını da istəmişdir. Müşfiq Arifin qardaşı oğlu Məhəmmədlə tanış olduğu üçün zəng edərək Arifin onlardan əl çəkmədiyini bildirmiş, Arifin əl çəkməsi üçün Məhəmməd özü Arifin kartına 250 manat pul vurmuş, 40 manat isə Müşfiq ona vermiş, bundan sonra Arif çıxıb getmişdir. Arif pulları alıb getdikdən təxminən bir neçə gün sonra Şəki şəhərinə gəlib ona zəng edərək pulunun tam qayıtmadığını, çox ziyana düşdüyünü bildirib Müşfiqin gətirib pulu qaytarmasını dedikdə, o, Arifə sözlərini nə səbəbdən ona dediyini, heç kimə zəng etməyəcəyini, insafsızlıq etməməsini demiş, buna görə aralarında mübahisələri düşmüşdür. Müşfiq həbsdə olan dövrdə Şahid4la birlikdə Müşfiqin evinə iki dəfə aparıb verdiyi 500 manat və 250 manat pullar isə borcla bağlı olmuşdur. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs9 xx.xx.2005-ci il təvəllüdlü oğlu X25 anadangəlmə əlil olmuş, 18 yaşına çatana kimi dövlətdən pensiya almışdır. Natiq, 2023-cü ilin dekabr ayının 16-da oğlunun 18 yaşı tamam olandan sonra da əlilliklə bağlı pensiyası kəsilməməsinə köməklik etməsini xahiş etmiş, o, Şəki şəhərində Müşfiq adlı vəkilin bu məsələlərin yolunu-qaydasını bildiyini, bu işdə Müşfiqin köməklik edə biləcəyini Natiqə bildirmişdir. O, Müşfiqin mobil telefonuna zəng edib Şəki Məhkəmə Kompleksinin həyətinə çağırmışdır. Müşfiq bu işin həlli üçün 7000 manat pul ödəməli olduqlarını, işin həllinin 3-4 ay çəkəcəyini bildrimişdir. Müşfiq hansı yolla Natiqin oğluna əlillik düzəldəcəyini deməmiş, sadəcə olaraq ömürlük İİ qrup əlillik düzəldəcəyini demişdir. Müşfiq pulun nə qədər tez çatsa bir o qədər yaxşı olacağını qeyd etmişdir. Natiq səhəri günü, 9 sentaybr 2022-ci ildə Təqsirləndirilən şəxslə Şəki Məhkəmə Komplesinin inzibati binasının içərisində görüşmüş, onun yanında Müşfiqə 7000 manat pulu sayaraq vermişdir. Natiq Müşfiqə pulu bankdan götürdüyünü, üzərində faiz ödəyəcəyini deyib işinin alınıb-alınmaması barədə dəqiqləşdirmə aparmış, Müşfiq işin milyon faiz alınacağını, 2023-cü ilin yanvar ayının 10-da oğlunun əlillik sənədini təqdim edəcəyini bildirmişdir. Lakin aldadıb aldığı pulları öz ehtiyaclarına xərcləmiş, işi həll etməmiş və pul geri qaytarmamışdır. Müşfiq iş həll etmək adı ilə onun vasitəsi ilə bir çox adamların pulunu alıb işlərini həll edəcəyi barədə yalan vədlər vermiş, lakin aldığı pulları şəxsi ehtiyaclarına xərcləyərək mənimsəmiş, heç bir iş görməmişdir. Həmin pulların hamısını o, özünün adına olan torpağı sataraq ziyan dəymiş adamlara ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində ərizə yazaraq Şəki Rayon Prokurorluğuna, məhkəməyə və bir çox orqanlara göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həbsdə olduğu yerdən zəng edərək 500 manat pul aparıb evlərinə verməsini ondan tələb etmiş, verməyəcəyi halda əlbir olduqları barədə məkəməyə bildirəcəyi ilə onu hədələmişdir. O, Müşfiqə, ona ödəməli olduğu 24000 manat pulu qaytarmadığı halda yenidən evinə necə 500 manat pul verməsini söyləmiş və verməmişdir. Təqsirləndirilən şəxs əvəzinə zərər çəkmiş şəxslərə ödədiyi 24000 manat pulu indiyədək Təqsirləndirilən şəxs tələb etməməsinin səbəbi Müşfiqin yaxın qohumlarının onun pulunun qaytarılacağı ilə bağlı ona söz vermələri olmuşdur. Müşfiq həbsdə olduğu yerdən ona zəng edib hədə qorxu ilə pul tələb etdikdən sonra Müşfiq barəsində şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda Müşfiqin ondan başqa da iş üzrə şahid olan digər şəxslərə həbsdə olduğu yerdən zəng vurub eyni qaydada hədə qorxu ilə pul tələb etməsindən məlumatı olmuş, hətta Ramin adlı şahid onunla birlikdə Müşfiqin evinə iki dəfə - 500 manat və 250 manat olmaqla pullar aparıb vermişdir. Təqsirləndirilən şəxs şahidin 24000 manat pul veməli olduğu ilə bağlı söylədiklərinin yalan olduğunu, Şahid4 heç bir ziyan vurmadığını, Şahid4 bir manat da pul ödəməyəcəyini, həbs yerindən zəng vurub tələb etməsi ilə bağlı isə ondan başqaları tələb etdiyi halda nə etməli olduğunu demişdir. Eyni zamanda zərərçəkmiş şəxslərə vurduğu ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin saksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 noyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və CMnin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət işinin istintaqının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılması qərara alınmışdır. (İ cild, iş v.199) 25 avqust 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin icraata qəbul edilməsi qərara alınmışdır. (İ cild, iş v.236) 25 avqust 2023-cü il tarixli cinayət işləri üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin Təqsirləndirilən şəxs CM-nin 178.2.4cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilməsi və ********* sayla istintaqın davam etdirilməsi qərara alınmışdır. (İ cild, iş v.238) 1 mart 2023-cü il tarixli cinayət işinin başlanması və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə ünvan 16 ünvanda pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ********* №li cinayət işi başlanmışdır. (İ cild, iş v.240-241) 1 mart 2023-cü il tarixli cinayət işinin icraata götürülməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə başlanılmış ********* №li cinayət işi icraata götürülmüş və istintaqı aparılmışdır. (İ cild, iş v.243-244) 8 aprel 2022-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, dələduzluq cinayətinin tərkib əlamətləri olduğundan araşdırmanın davam etdirilməsi üçün xx.xx.2022-ci il tarixli HK-1/565 nömrəli materialların aidiyyəti üzrə Mingəçevir ŞRŞ-nin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır. (İİ cild, iş v. 9) 6 iyul 2022-ci il tarixli “sübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, HK-1/565 nömrəli material üzrə Təqsirləndirilən şəxs 6 iyul 2022-ci il tarixdə saat 1834-də Mingəçevir ŞRŞ-də CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tututlan cinayəti törətməkdə sübhəli şəxs qismində tutulmuşdur. (İİ cild, iş v. 29) 7 iyul 2022-ci il tarixli şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə sübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şübhəli şəxs statusuna xitam verilməsi qərara alınmış və qərar ona 7 iyul 2022-ci il tarixdə saat 1700-da Mingəçevir ŞRŞ-nin İnzibati binasında elan olunaraq o, müvəqqəti saxlama yerindən azad edilmişdir. (İİ cild, iş v. 35-36) 8 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd olunmuşdur. (İİ cild, iş v. 38-39) 23 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və materialın əlavə araşdırma aparılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Mingəçevir şəhər X24 Bölməsində toplanmış HK-1/565 nömrəli materia üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar ləğv olunmuş və material əlavə araşdırma aparılması üçün şəhər X24 Bölməsinə göndərilmişdir. (İİ cild, iş v. 43-45) 7 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd olunmuşdur. (İİ cild, iş v. 103-105) 14 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və material üzrə əlavə araşdırma aparılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Mingəçevir şəhər X24 Bölməsində toplanmış HK-1/565 nömrəli material üzrə “cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv olunmuş və material üzrə araşdırmanın aparılması Mingəçevir şəhər prokurorunun müavininə həvalə edilmişdir. (İİ cild, iş v. 107- 109) 22 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4 və 32.4, 312.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə ittiham elan edilməsi qərara alınmışdır. (İİ cild, iş v. 169-170) 22 may 2023-cü il tarixli ittihamın elan olunması üçün şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə barəsində CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış Təqsirləndirilən şəxs həmin maddələrlə ittihamın elan edilməsi üçün onun tutulması və eyni vaxta onun barəsində axtarışın elan edilməsi qərara alınmışdır. (İİ cild, iş v. 171-172) 19 iyun 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (İİ cild, iş v. 198) 21 iyun 2023-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, CM-nin 178.2.4 və 32.4, 312.1ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş və iş üzrə əməl CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddəsindən 178.2.4-cü maddəsinə tövsif edilməklə istintaq adiyyəti üzrə Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir. (İİ cild, iş v. 209-216) 25 avqust 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqından qərardan görünür ki, 25 avqust 2023-cü ildə CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, ********* nömrəli 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə əməl CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İİ cild, iş v. 221-222) 27 avqust 2023-cü il tarixli “şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və tutulması qərara alınmışdır. (İİ cild, iş v. 224-225) 10 sentyabr 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Şəki rayon ərazisində saxlanılaraq, aidiyyəti üzrə Mingəçevir ŞRŞ-nə təhvil verilmişdir. (İİ cild, iş v. 232) 10 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraatın təzələnmiş və cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (İİ cild, iş v. 233-234) 10 sentyabr 2023-cü il tarixli “sübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə saat 1830-da Mingəçevir ŞRŞ-də CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tututlan cinayəti törətməkdə sübhəli şəxs qismində tutulmuşdur. (İİ cild, iş v. 244) Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 4(051)-81/2023 saylı qərarından görünür ki, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (İİİ cild, iş v. 24-26) 18 oktyabr 2023-cü il tarixli “cinayət işinin aidiyyətı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin adiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. (İİİ cild, iş v. 36-38) 1 noyabr 2023-cü il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaq aidiyyəti üzrə Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün göndəilməsi qərara alınmışdır. (İİİ cild, iş v. 68-70) 16 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübəli şəxs qismində tutulması və barəsində axtarış elan olunması haqqında qərar qəbul edilmişdir. (İ cild, iş v.142-143) Şəki Şəhər-Rayon Polis Şöbəsinin 28 oktyabr 2023-cü il tarixli, 313108/2- 27966/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü ildə Şəki şəhəri ərazisində tutularaq Bakı şəhəri, Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. (İ cild, iş v.153) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-758/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay, 3 (üç) gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yən 28 oktyabr 2023-cü il tarixindən hesablanmışdır. (İ cild, iş v.188-191) 28 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 15-də Şəki şəhəri ərazisində müəyyən edilərək tutulmuş və Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin MSYyə təhvil verilmişdir. (İ cild, iş v.195) 15 avqust 2023-cü il tarixli diskə baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, diskə baxış keçirilən zaman diskdə 4 ədəd səs yazısı olması müəyyən edilmiş, həmin səs yazılarından siyahıda 1-ci olan “Whatsapp Audio 23-07-04 at 16.03.11” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “Həftənin 6-cı günü gəl məndən pulunu götür saat 4-də, 5-də”, siyahıda 2-ci olan Whatsapp Audio 23-07-04 at 16.03.12” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “ay qardaşım salam, bazar günü sudya pulu versin verəcəm. Məndə yoxdu ki, versin verəcəm”, siyahıda 3-cü olan Whatsapp Audio 23-07-04 at 16.03.12” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “dirəşmək olmur da hakimdi bu hakim, məndə narahat oluram, Elgizdə də var, o da pulu verməlidi, versin verəcəm”, siyahıda 4-cü olan Whatsapp Audio 23-07-04 at 16.08.08” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “kimdə varsa al götür üstü neçə faizdisə 30-40 faiz, fazini mən ödəyəcəm, mənim də 19 min manat alacağım var alanmıram”, siyahıda 5-ci olan Whatsapp Audio 23-07-04 at 16.03.09” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “ayın axırına qədər vaxt ver çatdıracam, çörək haqqı ondan tez çatdıranmıram, ayın axırına qədər vaxt ver çatdırım” səs yazıları öz əksini tapmışdır. (İ cild, iş v.231) 14 fevral 2023-cü il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan görünür ki, diskdə Zərərçəkmiş şəxs3lə Şahid2 adlı şəxsin arasında 19:01 dəqiqə ərzində davam edən telefon danışığı olmuşdur. Zərərçəkmiş şəxs3 2022-ci ilin mart ayında Şahid2la arasında olan və DVD diskə köçürülən danışığı istifadəsində olan mobil telefonla apardığını, kənardan həmin danışığın videolentə alındığını, həmin danışıq zamanı onun direktoru olduğu "xxxx" MMC-nin balansında olan 10,61 ha torpaq sahəsinə istifadə hüququna dair çıxarış almaqda ona kömək etmək vədi ilə 2018-ci ilin yay aylarında Şəki şəhər sakini Təqsirləndirilən şəxs ondan hissə-hissə olmaqla 6500 manat məbləğdə pul aldığını, onu Təqsirləndirilən şəxslə tanış edən Şahid2 tərəfindən də təsdiq edildiyini qeyd etmişdir. Təqdim edilən DVD diskdəki görüntülərə baxış keçirilən zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs3 qırmızı rəngli masa arxasında əyləşərək Şahid2la danışıq aparmış, Şahid2 səsinin eşidilməsi üçün isə istifadəsində olan mobil telefonu «selektor» rejiminə qoşmuşdur. Danışıq zamanı Zərərçəkmiş şəxs3 torpaq sahəsinə sənədləşmə işinin aparılmasına görə Təqsirləndirilən şəxsǝ ümumilikdə 6500 manat məbləğdə pul verdiyini, Təqsirləndirilən şəxs ondan əlavə olaraq 2000 manat məbləğdə də pul istədiyini Şahid2 dedikdə, sonuncu Təqsirləndirilən şəxs ona həmin pulu qaytaracağını, «heç kim heç kimin pulunu yeyə bilməz» kimi ifadələrdən istifadə edərək, həmin pulu Təqsirləndirilən şəxs alaraq ona qaytaracağını demişdir. Bundan başqa danışıq zamanı Tarıyel Kərimov “Müşi neynəsin, onu da aldadan aldadıb”, “sənin haqqını heç kim yeyə bilməz” kimi ifadələrdən istifadə etmişdir. Bundan başqa aralarında olan danışıq zamanı Şahid2 həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 5000 manat məbləğdə pul almasının şəxsən şahidi olduğunu təsdiq edərək, qalan 1500 manat pulun verilməsindən xəbərsiz olduğunu qeyd etmişdir. Həmçinin telefon danışığı zamanı Tarıyel Kərimov sonda Müşfiqlə əlaqə yaradacağını və Zərərçəkmiş şəxs3 verdiyi pulu Təqsirləndirilən şəxs alıb ona qaytaracağını bildirmişdir. (İİ cild, iş v.121-122) Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona dəymiş 4500 manat maddi ziyanın ödənildiyini təsdiq etmişdir. (İİİ cild, iş v.76) Bakı Apellyasiya Məhkəməsinin 4(103)-95/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-789/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (İİİ cild iş.v 91-95) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-862/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 yanvar 2024-cü il tarixdən 2 fevral 2024-cü il tarixədək uzadılmışdır. (İİİ cild iş.v 182-187) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 22 dekabr 2023-cü il tarixli, 3-21-3-35/2-5128/2023 nömrəli məktundan görünür ki, JN-6938A, kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında vətəndaş Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər ərazisində 0.04 ha torpaq sahəsinin mülkiyyətinə verilib-verilməməsi barədə məlumat aşkar edilməmişdir. (İİİ cild, iş v.196) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-26/2024 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay, yəni 2 mart 2024-cü il tarixədək uzadılmışdır. (İİİ cild iş.v 245-249) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İV cild iş.v-1) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-95/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay müddətinə, yəni 2 may 2024-cü il tarixədək uzadılmışdır. (İV cild iş.v 129-133) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş 26 fevral 2023-cü il tarixli, 3-17-4/2-5042/2024 nömrəli məktubdan görünür ki, müraciətləri əsasında Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixində və Zərərçəkmiş şəxs7 xx.xx.2023cü il tarixində Agentlikdə qəbulda olmuşdurlar. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətlərinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adlarına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barələrində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. (İV cild, iş v.156-157) 17 aprel 2023-cü il tarixli, ********* nömrəli qəbzdən görünür ki, 416973******3670 kart hesabından 409809******7796 kart hesabına 500 manat pul köçürülmüşdür. (İV cild iş.v 170) 17 aprel 2023-cü il tarixli, 8232 nömrəli və 17 aprel 2023-cü il tarixli, 8233 nömrəli qəbzlərdən görünür ki, “eManat” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan **********370107 nömrəli bank kartına cəmi 6500 manat pul köçürülmüşdür. (İV cild iş.v 171-173). 11 aprel 2023-cü il tarixli qəbzən görünür ki, “MİLLİÖN” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 41********370107 nömrəli bank kartına 3000 manat pul köçürülmüşdür. (İV cild iş.v 177) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin audio və videoyazıların məhkəmə ekspertizasının 29 fevral 2024-cü il tarixli, 3-16-16/2-4/90-4/100 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mübahisəli audio və videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmişdir. Ekspertizaya təqdim olunmuş mübahisəli audio və videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi –Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş mübahisəli audio və videofonoqramlardakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audiosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Mübahisəli audio və videofonoqramların qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. (İV cild, iş v.243-248) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin sənədlərin məhkəmə texniki ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 5/1739 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim olunmuş Zərərçəkmiş şəxs2 adına JN-6938K KOD ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhdətnaməsinin üzlüklərin birinci və ikinci vərəqlərinin üzərindəki çap mətni elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və.s) çap edilmişdir. Təqdiqata təqdim olunmuş Zərərçəkmiş şəxs2 adına JN-6938K KOD ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhdətnaməsinin üçüncü vərəqindəki çap mətni şirnaklı printerdə çap edilmişdir. Təqdiqata təqdim olunmuş Zərərçəkmiş şəxs2 adına JN-6938K KOD ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhdətnaməsində olan möhür əksləri relyef klişe vasitəsilə sənədlərin üzərinə birbaşa vurulmuşdur. Təqdiqata təqdim olunmuş Zərərçəkmiş şəxs2 adına JN-6938K KOD ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhdətnaməsində hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər, sonradan əlavə etmə) müəyyən edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manatdır. (İV cild, iş v.238-241) Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 Ağamməd oğlu tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışlar və təqsirləndirilən şəxsdən şikayət və tələbləri qalmamışdır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyandan hər birinə 500 manat ödənilməmiş qalmış, həmçinin Zərərçəkmiş şəxs3 şənədlərinin qaytarılmadığından narazı qaldığını bildirmiş, bu səbəbdən şikayətçi olmaqla təqsirləndirilən şəxslə barışmamışlar. Şəki İnzibati Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2-1(84)-164/2018 nömrəli məktubunun surətlərindən görünür ki, Şəki İnzibati Məhkəməsinin icratında olmuş 2-1(84)- 164/2018 nömrəli iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli (imtina məktubu və sxemlər) məhkəmə tərəfindən Zərərçəkmiş şəxs3 göndərilmişdir. Elektron portal çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndində göstərilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Hazırki iş üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin düzgün olaraq dələduzluq cinayəti kimi, eləcə də təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməsi mübahisələndirilmir, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ittihamı tam qəbul etdiyini bildirib cinayət əməlini etiraf etmişdir və məhkəmə tərəfindən də əməlin düzgün tövsif edildiyi müəyyən edilmişdir. CM-nin 75.1 və 75.1.2-ci maddələrində müvafiq olaraq göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında göstərilir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 ilə bağlı epizodları üzrə hissəsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Qeyd olunmalıdır ki, həmin zərərçəkmiş şəxslər dəymiş zərərlərinin tam ödənilməsi, təqsirləndirilən şəxslə barışmaları, heç bir şikayət və tələblərinin olmadığı barədə məhkəmə baxışında bildirmiş və bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişlər. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmiş epizodlar hissəsi verilmiş ittihamdan xaric olsa belə təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfədən çox törədilməsi halı ardan qalxmadığından, verilmiş ittihamda cinayətin təkrar törədilməsinə təsir etmir. Göründüyü kimi təqsirləndirilən şəxsin törətdiyi əməldə təkrarçılıq hərəkətlərinin mövcudluğu mübahisələndirilmir. Təqsirləndirilən şəxs özü də ittiham edildiyi bütün epizodlar üzrə özünü tam təqsirli bilmişdir. CM-nin 39.1.3-cü maddəsində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CM-nin 42.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. CM-nin 16.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Təqsirləndirilən şəxs ittihamı tam, eyni zamanda qeyd olunan epizodlar üzrə də qəbul etmiş, əməlini etiraf etmişdir. Həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi təqsirləndirilən şəxsə verilmiş ittihamın aid olduğu cinayət məcəlləsinin maddələrinə təsir etməmişdir. Bu yalnız ittihamın mətnindən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmiş epizodların xaric edilməsinə səbəb olmuş, həmin epizodlar üzrə ayrıca qərar qəbul edilmişdir. Qalan epizodlar üzrə məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs3 ilə tanış olduqdan sonra sonuncuya direktor olduğu "xxxx" MMC-yə X16 İcraiyyə Komitəsinin balansına verilmiş və hazırda balıqçılıq təsərrüfatı yaradılmış 10,61 ha torpaq sahəsinə istifadə hüququnu təsdiq edən çıxarış verilməsi öhdəliyinin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını və bu yolla da həmin torpaq sahəsinə istifadə hüququnu təsdiq edən çıxarış alacağını Zərərçəkmiş şəxs3 vəd verib onu aldatmaqla, 2018-ci ilin yay aylarında istintaqla müəyyən edilməmiş vaxtda Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Şahid3 işlətdiyi “Saphir” adlanan qızılzinət əşyalarının alqı-satqısı mağazasında ilkin olaraq 2500 manat, sonradan isə həmin ərəfədə qısa fasilələrlə Mingəçevir şəhərində müxtəlif ünvanlarda 2000 manat, 500 manat və 2019-cu ilin fevral ayında 1500 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus 6500 manat məbləğdə pulunu alıb ələ keçirərək, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa: o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 istifadəsində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 4 sot torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmə öhdəliyinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını və bu yolla da həmin torpaq sahəsinə çıxarış alacağını Zərərçəkmiş şəxs2 vəd verib onu aldadaraq, 2020-ci ilin sentyabr ayında Şəki şəhəri, Kiş yolunda yerləşən “Soyuqbulaq” kafesində 15000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Qəbələ rayonunda yerləşən Əmirvan kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib onu aldadaraq, 18 avqust 2022-ci il tarixdə Şəki şəhəri, Sülh küçəsi ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində yerləşən ofisində 6000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 mülki iddiası əsasında Şəki Apellyasiya Məhkəməsində baxılan iş üzrə JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin öz təsir imkanlarından istifadə edərək etibarsız hesab edilməsi barədə qətnamə çıxardacağını vəd edib aldadaraq, bu məqsədlə 2022-ci ilin aprel ayının axırlarında Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman- Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 3000 manat, 2022-ci ilin sentyabr ayının əvvəllərində Şəki şəhərində yerləşən “Qafqaz” kafesində 1000 manat və öz adına olan "xxxx"-a məxsus karta göndərilmiş 500 manat pulu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 4500 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 övladı Emin Rəfizadə üçün İİ qrup əlillik düzəldəcəyini vəd edib aldadaraq, 09 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasında 7000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 mülki iddiası əsasında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, 2(107)-799/2022 saylı qətnamənin öz təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Ali Məhkəməsində qüvvədə saxlatdıracağını vəd edib aldadaraq 2022-ci ilin noyabr ayında Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 3200 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə iddiaçı Zərərçəkmiş şəxs12 cavabdeh X3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış üzrə qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Şəki Rayon Məhkəməsində baxılan iş üzrə iddiaçının xeyrinə qətnamənin çıxarılmasına nail olacağını Zərərçəkmiş şəxs12 vəd edib onu aldadaraq 2023-cü ilin mart ayının əvvəllərində Şəki şəhərində yerləşən köhnə “Qax” dayanacağının yaxınlığında avtomobil təmiri sexində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 övladı Zaur İsmayılov ilə X15 arasında olan mülki mübahisə əsasında Şəki Apellyasiya Məhkəməsində baxılan iş üzrə Zaur İsmayılovun lehinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib aldadaraq 11 aprel 2023-cü il tarixdə saat 1622 radələrində öz adına olan **********370107 nömrəli "xxxx"-a məxsus karta ünvan 7 ünvanında yerləşən “5+1” adlı marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərilmiş 3000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Yevlax şəhəri, Nizami prospekti 2A ünvanında yerləşən 7,0 ha torpaq sahəsində inşa olunmuş Toxum zavoduna məxsus tikililərin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və iddiaçı “X42” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Balakən şəhəri, Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində torpağın və üzərindəki tikililərin ölçülərinin əks olunduğu müvafiq lahiyə və eskiz sənədlərdə göstərilən ölçülərə uyğun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi əsasında Şəki İnzibati Məhkəməsində baxılan işlər üzrə iddiaçıların xeyrinə qətnamələrin çıxarılmasına nail olacağını Zərərçəkmiş şəxs10 vəd edib onu aldadaraq 17 aprel 2023-cü il tarixdə saat 1430 radələrində 409809xxxxxx7796 nömrəli “Leobank”a məxsus bankomat kartına göndərilmiş 500 manat pulu, öz adına olan **********370107 nömrəli "xxxx"-a məxsus karta ünvan 10 ünvanında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə həmin tarixdə saat 18:17-də göndərilmiş 5000 manat pulu və saat 1821-də göndərilmiş 1500 manat pulu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 7000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 mülki iddiası əsasında Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli e-2(075)-254/2023 nömrəli qətnamədən apellyasiya şikayəti verəcəyini və Şəki Apellyasiya Məhkəməsində sonuncunun xeyrinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib onu aldadaraq 2023-cü ilin may ayının əvvəllərində Şəki şəhərində yerləşən köhnə “Qax” dayanacağının yaxınlığında avtomobil təmiri sexində 6000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan iş üzrə JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin öz təsir imkanlarından istifadə edərək etibarsız hesab edilməsi barədə qətnamə çıxardacağını vəd edib aldadaraq, 3 iyun 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs1 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 əlilliyin verilməsi, birdəfəlik kompensasiyanın və sığortanın alınması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edəcəyini və sonuncunun lehinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib aldadaraq 5 iyul 2023-cü il tarixdə Şəki şəhərində yerləşən Şəki avtovağzalının qarşısında 3400 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxsin əməli tövsif olunduğu CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 39-cu bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs11 əvvəl ziyanlarının tam ödənildiyi barədə ifadə və ərizə versələr də, məhkəmə baxışında ziyanlarının tam ödənilmədiyini, hər birinə 500 manat ziyanın ödənilməmiş qaldığını, təqsirləndirilən şəxsə kömək məqsədilə qohumlarının xahişi ilə üzdən keçməyib ödəyəcəkləri barədə verdiyi vədlərinə inanıb əvvəlki ifadə və ərizələrində yalandan ziyanın tam ödənildiyini yazdıqları məhkəmə tərəfindən daha inandırıcı qəbul edilir. Həm də ona görə ki, digər 2 zərərçəkmiş şəxslər də eyni hal barədə məhkəmə iclasında ziyanlarının tam ödənilmədiyini bildirdikdən sonra yenidən ifadə verib qalan ziyanın ödənildiyini bildirmişlər. Eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxslə barışmadıqlarını bildirib nəzərə alınmasını xahiş etmişlər. Zərərçəkmiş şəxs3 barışmamasının səbəbini vurulmuş ziyanın tam ödənilməməsindən başqa həmçinin sənədlərinin təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmaması ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 sənədlərinin məhkəmənin rəsmi məktubu ilə qaytarıldığını iddia etmiş, həmin məktubda iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin (imtina məktubu və sxemlərin) qaytarıldığı qeyd olunmuşdur. Zərərçəkmiş şəxs3 isə "xxxx" adlı kooperativin sənədlərini nəzərdə tutub istədiyini bildirməsi ilə məhkəmənin məktubunda qeyd olunan sənədlərdən əlavə sənədləri nəzərə tutduğu məlum olmuşdur ki, bunu da zərərçəkmiş şəxs barışmamasının əsaslarından biri kimi göstərmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olması, CM-nın 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi hərəkətləri etməsidir. Məhkəmə qeyd olunan qanun normalarına istinad edərək Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və əməlində cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CM-nın 8.1-ci mаddəsinə əsаsən cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli оlmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, оnun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun оlmаlıdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın həbsdə olduğu müddətdə yaxın qohumları tərəfindən ödənildiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 ödənilməli olan 6500 manat pulun 6000 manat məbləği ödənilmiş 500 manat məbləği ödənilməmişdir. Pulunun və ona aid sənədlərin qaytarılmadığından narazı olan Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs şikayətçi olmaqla onu bağışlamadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Eyni zamanda digər Zərərçəkmiş şəxs11 ödənilməli olan 3000 manat pulun 2500 manat məbləği ödənilmiş 500 manat məbləği ödənilməmişdir. Pulunun qaytarılmadığından narazı olan Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs şikayətçi olmaqla onu bağışlamadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyanı tam ödəməmiş və onlarla barışıq əldə etməmişdir. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdikləri ifadələrində ibtidai istintaqda ziyanlarının tam ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmələrinin səbəbini, onlara vurulmuş ziyanın bir hissəsinin Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən onlara ödənilib, qalan hissəsinin isə Təqsirləndirilən şəxs azadlığa buraxıldıqdan sonra ödəniləcəyi barədə verilmiş vədlər olduğunu qeyd edib, onlara dəymiş zərərin tam ödənilməsini tələb etmişlər. Təqsirləndirilən şəxs yerindən icazəsiz həmin zərərçəkmiş şəxslərə qarşı, pullarını almasaydılar ibtidai istintaq dövründə ziyanlarının tam ödənildiyi barədə yazmazdılar deyib, yalan ifadə verdiklərinə görə cinayət məsuliyyətinə cəlb ediləcəkləri ilə hədələyərək təsir göstərmiş, məhkəmənin müdaxiləsindən sonra zərərçəkmiş şəxslər ziyanlarının tam ödənilmədiyi barədə düzgün ifadə vermişlər. Təqsirləndirilən şəxs yenə də zərərçəkmiş şəxsləri hədələyərək heç birinin qalan ziyanlarını ödəməyəcəyi kimi təhdidlər səsləndirmişdir. Məhkəmə baxışındakı bu kimi hallar təqsirləndirilən şəxsin özü və ya digərləri vasitəsilə ziyanı ödəyəcəyinə vədlər verilməklə zərərin tam ödənildiyi görünüşü yaratmaqla yanaşı, vəd verdikləri zərərçəkmiş şəxslərdən məhkəmədə pulu tam almadıqları barədə ifadə verənlərin heç birinin ziyanının ödənilməyəcəyi barədə dediklərindən belə başa düşülmüşdür ki, ziyanlarını tam ödəyəcəyinə söz verdiyi zərərçəkmiş şəxslərə, azadlığa buraxılandan sonra da ödəniş etməyi nəzərdə tutmamış, yalan vədlər verilməsi dələduzluq hərəkətlərinin davamı olmuşdur. Məhkəmənin, zərərçəkmiş şəxslərə ödənişlərin real olması üçün həqiqiliyini yoxlayıb bu vəziyyətə səthi yanaşmaması təqsirləndirilən şəxs tərəfindən arqesiya ilə zərərçəkmiş şəxslərlə münasibətinin pisləşməsinə yönələn hərəkət, məhkəmə baxışının əsassız uzadılması, süründürməçilik kimi dəyərləndirilməsi, məhkəmə baxışını tez tamamlamamasına görə hakimə etiraz etməsi və çoxsaylı ünvanlara şikayətlər göndərməsi ilə hədəyəyib təsir göstərməyə çalışması bir daha niyyətini həyata keçirən zaman maneə ilə rastlaşması kimi görünmüşdür. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş zərərəri ödəməyi təklif etmiş, ziyanın ödənilməsinin nəticələrini, eləcə də iş üzrə icraata xitam verilməsinin əsaslarını təqsirləndirilən şəxsə izah etmişdir. Həmin zərərçəkmiş şəxslərdən bəziləri növbəti məhkəmə iclasında onlara dəymiş ziyanın tam ödənildiyini bildirərək Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmadıqlarını bildirsələr də, ziyanları tam ödənməmiş və barişıq əldə edilməmiş zərərçəkmiş şəxslər qalmışdır. Bu hal bir daha onu göstərmişdir ki, zərərçəkmiş şəxslərin bəziləri onlara dəymiş zərərin tam ödənilməsini verilmiş vədlər, xahiş və ya təsirlər nəticəsində bildirmişlər. Bütün bu qeyd olunanlar təqsirləndirilən şəxsin verdiyi ifadələrində səmimi, əməlindən peşman olmadığını sübut etmişdir. Belə ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını əsas gətirərək hər məhkəmə iclasında barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət vermiş təqsirləndirilən şəxs vəsatətinin təmin edilmədiyini görüb məhkəmə iclas zalında əyləşən yaxın qohumlarına, müvafiq orqanlara şikayət ərizələri göndərmələri barədə tapşırıq verməklə azadlığa buraxılmayacağı halda məhkəmənin barəsində şikayətlər göndəriləcəyindən təsir vasitəsi kimi istifadə edərək hədə məzmunlu fikirlər nümayiş etdirmişdir. Nəzərə alınmalıdır ki, ziyan ödənilməsi CM-nın 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin ictimai təhlükəlilik dərəcəsinə təsir edən hallardan biri kimi nəzərdə tutulmuşdur. Digər hal isə əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsidir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, barışmadıqlarını və sonuncunu bağışlamadıqlarını, eyni zamanda vurulmuş ziyanın tam ödənilməsini, Zərərçəkmiş şəxs3 həmçinin sənədlərinin qaytarılmasını tələb etdiklərini, təqsirləndirilən şəxsin yaxın qohumlarının təkidi və xahişi ilə ibtidai istintaqda ziyanın ödənildiyi barədə doğru olmayan ərizə və ifadə verdiyini bildirmişlər. Bu onu göstərir ki, ziyanı tam ödədiyini və məhkəmənin onu həbsdən azad etməli olduğunu iddia edən təqsirləndirilən şəxs nə tam ziyanı ödəməmiş, nə də barışıq əldə etməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 40-cı bəndində hətta göstərilir ki, CM-nin 178.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətmiş şəxslərə münasibətdə dövlət büdcəsinə ödənilməsi tələb olunan qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Bundan başqa şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, iş üzrə prosesdə şahid qismində iştirak etsə də, əslində o da Təqsirləndirilən şəxs hərəkətlərindən zərərçəkmişdir. Təqsirləndirilən şəxs onun vasitəsilə əlaqə qurduğu tanışlarının da eyni qaydada pullarını ələ keçirtmiş, Təqsirləndirilən şəxs və qohumları həmin şəxslərin şikayətçi olmaması üçün zərərin onun tərəfindən ödənilməsini xahiş edib, sonra qaytarılacağına söz verdikləri üçün o həmin aldadılan şəxslərə dəymiş 24000 manat zərəri özündən ödəmiş, pulunun qaytarılacağını gözləyib zərərçəkmiş şəxs kimi şikayət etməmişdir. Qısa müddət əvvəl, hazırda saxlanıldığı təcridxanadan Təqsirləndirilən şəxs ona zəng vurub aparıb evinə pul verməsini tələb etmiş, vermədiyi halda əlbir olduqları barədə məhkəmədə onun əleyhinə ifadə verəcəyi ilə hədələmişdir. O, əvəzinə ödədiyi 24000 manatı qaytarmadıqları halda əlavə tələb etdiyi pulu nə üçün verməli olduğunu başa düşmədiyini deyib tələbini yerinə yetirməkdən imtina etmiş, ödədiyi 24000 manatla bağlı da şikayət edəcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs ondan başqa da digər şəxslərdən eyni qayda ilə pul tələb edib evinə verdirdiyini bilmiş, bunlardan biri olan hazırki iş üzrə Şahid6 ayrı-ayrılıqda 500 və 250 manat olmaqla iki dəfə onunla birlikdə aparıb Təqsirləndirilən şəxs evində ailə üzvlərinə vermişlər. Bu cür halların və zəzərçəkmişlərin çox olmasına baxmayaraq ailəsinin və yaxın qohumlarının xahişini, zərərləri ödəyəcəkləri vədlərini və hazırda həbsdə olmasını nəzərə alaraq şikayət etməkdə gözləmə mövqeyi tutmuşlar. Bütün bunlar Təqsirləndirilən şəxs islah yolunda olunmadığını təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini yuxarıda qeyd edilənlərlə əlaqəli şəkildə rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti (zərərçəkmiş şəxslərə, şahidlərə, məhkəmənin gedişinə hədələrlə qanunsuz təsirlər göstərməyə çalışması, tam ödəmədiyi halda yalan vədlərlə ziyanın ödənılməsi görünüşü yaratması, islah yolunda olmamasını göstərən davranışları), cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin az agır cinayətlər təsnifatına aid olması və əməli ilə vurulmuş zərəri ödəməyə münasibəti), cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri, himayəsində azyaşlı uşağının olması, ziyanı qismən ödəməsi nəzərə alınmaqla CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulаn azadlıqdan məhrum etmə cəzasının təyin olunması məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aid olan epizodlar üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi və xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub həbsdə saxlanmış, həmin iş hazırki cinayət işinə birləşdirilmişdir. Məhkəmə hesаb edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi və xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulub həbsdə saxlandığı 3 gün cəza müddətinə hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən sаxlаnılmаlı və cəza çəkmə müddətinin əvvəli həbsə alındğı 28 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 270 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub həbsdə saxlandığı 3 gün cəza çəkmə müddətinə hesablanmaqla təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəza çəkməsinin başlanğıcı 28 oktyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 270 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkum tərəfindən surətinin ona verildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar