Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-49/2025 17.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1998-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləmir, orta təhsilli, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1 -ci maddəsi, xx xxxx 1981-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, evli, işləməyən, orta təhsilli Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, tutulana qədər həmin kənddə yaşamış Təqsirləndirilən şəxs2 CM-nin 128 və 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya əsasən 21 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinin yaxınlığında özü gələn olarsa xəbər verməsi üçün yaxınlıqda dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus, həmin yoldan keçən, dəyəri 1100 (bir min bir yüz) manat olan bir baş 1 il 2 aylıq, təxminən 80 kq təmiz əti olan, 2 aylıq boğaz dişi dananı ətrafda heç kimin olmamasından istifadə edib yaxınlıqda yerləşən özünün yaşadığı evin həyətinə, oradan isə həyətindəki tövləyə salıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1100 (bir min bir yüz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya əsasən 21 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən özünün yaşadığı fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi üçün yaxınlıqda dayanıb ətrafa nəzarət etmiş, özü isə həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus, həmin yoldan keçən, dəyəri 1100 (bir min bir yüz) manat olan bir baş 1 il 2 aylıq, təxminən 80 kq təmiz əti olan, 2 aylıq boğaz dişi dananı ətrafda heç kimin olmamasından istifadə edib yaxınlıqda yerləşən özünün yaşadığı evin həyətinə, oradan isə həyətindəki tövləyə salıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1100 (bir min bir yüz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, 10 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində birgə yaşadıqları Şəki rayonunun Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs2 ona sərxoş vəziyyətdə evə gəlməsi və uşaqları ilə mübahisə etməsini irad bildirməsi səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən əlindəki oxlov ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla sonuncuya sağ sarğı, sağ bud, sağ baldır nahiyəllərinin hematoması, hər iki saidin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun daimi işi olmamış, o, kənddə mal-qara alqı-satqısı ilə məşğul olan şəxslərə mal-qara tapmaqda kömək etmişdir. Belə ki, kənddə adətən malqara almaq və satmaq istəyənlər ona yaxınlaşıb istəyini demiş, o da həmin şəxslərə məlumatlar vermiş, köməklik göstərmişdir. Etdiyi köməkliyə görə malı satan da, alan da ona təxminən 20-30 manat pul vermişdilər. Digər təqsirləndirilən şəxs Sərdarla həmkəndli olub, münasibətləri yaxşı olmuş, qohumluq əlaqələri, ədavəti düşmənçiliyi olmamışdır. 21 sentyabr 2024-cü ildə, saat 13 radələrində Sərdarla birlikdə kəndin mərkəzində yerləşən kafelərin birində oturub nahar edən zaman hərəsinə bir bardaq pivə içmişlər. Saat 15 radələrində Sərdar mağazadan hərəsinə bir şüşə 0,5 litlik pivə almış birlikdə sonuncunun yaşadığı evin yanına gəlmişlər, evin yanında yolun kənarından keçən borunun üstündə oturub həmin pivəni içib söhbət etmişlər. Söhbət zamanı Sərdar evinin yanında yerləşən bağda otlayan danasını göstərib, dananı satıb banka olan kredit borcunu ödəmək istədiyini bildirib, dananı neçəyə satmağın mümkünlüyünü soruşmuşdur. O danaya baxıb təxminən 600 manata satmağın mümkünlüyünü söyləmişdir. Söhbət etdikləri zaman Sərdar, evin yanından yoldan keçən malların arasında bir baş dişi dananı göstərib, əmisi oğlunun danası olduğunu bildirmiş, dananı həyətinə salmağa kömək etməsini, satmaq üçün müştəri gətirməsini, əmisi oğlu bilsə öz danasını ona verəcəyini demiş, o, da razılaşmışdır. Bundan sonra o, Sərdara, yoldan keçən malların arasından bir baş həmin dişi dananı həyətinə, oradan həyətdəki tövləyə salmasına kömək etmişdir. O, ayırılıb kəndin mərkəzinə getmiş, orada mal-qara alıb-satmaqla məşğul olan Müşfiq adlı şəxsə zəng edib, bir nəfərdə satlıq bir baş dişi dana olduğunu bildirmişdir. Müşfiq danaya baxaram üçün gələcəyini demiş, təxminən 1 saat yarımdan sonra idarə etdiyi Qazel markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə gəlmişdir. Kəndin mərkəzində o, Müşfiqin idarə etdiyi avtomaşına oturub Sərdarın evinin yanına sürdürmüşdür. Müşfiq avtomaşından düşüb Sərdar ilə görüşmüş, Sərdar onu həyətindəki tövləyə aparıb orada olan bir baş inək və bir baş oğurladığı dişi dananı Müşfiqə göstərib, anasının xərcəng xəstəsi olduğunu, buna görə həmin malları satmaq istədiyini bildirmişdir. Müşfiq heyvanlara baxıb, inək malı yaşlı olduğuna görə almaq istəmədiyini, ancaq dişi dananı almaq istədiyini bildirib neçəyə satacağını soruşmuşdur. Sərdar dananın qiymətini 700 manat demiş, Müşfiq 600 manata almaq istədiyini bildirəndə Sərdar razılaşmışdır. Müşfiq Sərdara 600 manat vermiş, sonra birlikdə dananı Müşfiqin idarə etdiyi Qazel markalı avtomaşının yük yerinə mindirmişlər. Müşfiq idarə etdiyi avtomaşına oturub sürüb gedəndə o da Müşfiqin yanında oturub kəndin mərkəzinə getmişdir. Yolda Müşfiq ona, mal təşkil etdiyinə görə 20 manat vermişdir. Bir neçə dəqiqədən sonra Sərdar da kəndin mərkəzinə gəlmiş, cibindən çıxardıb ona 250 manat pul vermişdir. Həmin gün saat 19-20 radələrində kəndin mərkəzinə gedəndə, həmkəndlisi Laçın ona, bir baş dişi danasının itdiyini bildirib, dananı axtardığını demişdir. Həmin vaxt, Sərdarın həyətinə saldığı və onların Müşfiqə satdıqları dananın Laçının danası olduğu ona məlum olmuşdur. O, Laçından bir qədər aralaşıb Sərdara zəng etmiş, satdıqları dananın Laçının danası olduğu halda ona yalandan əmisi oğlunun danası olduğunu deməsini irad tutmuş, Sərdar ona, Laçınla özü danışacağını, anlaşılmazlıq olduğunu bildirəcəyini söyləmişdir. O, zəng edib dananın oğurluq olduğu barədə Müşfiqə məlumat verəcəyini, gətirib dananı qaytarmasını deyəcəyini Sərdara demişdir. Sərdar Laçınla danışacağını dediyinə görə o, özü Laçına heç nə deməmişdir. Sərdar Laçına bu barədə demədiyinə görə səhəri gün Laçın 102 xidmətinə zəng edib danasının oğurlanması barədə məlumat vermişdir. Səhəri gün Müşfiq dananı gətirmiş, dana Laçının özünə qaytarılmışdır. Sərdar dananı yoldan həyətlərinə saldığı vaxt o, dananın Laçına məxsus olduğunu bilməmişdir. Sərdarın deməsinə görə dananın Sərdarın əmisi oğlu Tərlanın danası olduğunu bilmişdir. O, etdiyi hərəkətindən peşimançılıq çəkmiş, yüngül cəza verilməsini xahiş etmişdir. İbtitidai istintaq zamanı da təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 eyni məzmunlu ifadə vermiş, lakin həmin vaxt CM-nin 177.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 128 və 177.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun daimi işi olmadığı üçün idarə etdiyi «Kia-Rio» markalı avtomaşını ilə Bakı şəhərində «BOLT» şirkətində sərnişin daşımaqla məşğul olmuşdur. Təxminən iyul ayında sürücülük hüququ 6 ay müddətinə məhddulaşdırıldığına görə, taksi fəaliyyəti ilə məşğul ola bilməyib yaşadığı kəndə qayıtmış, anasının 5 aydır ki, xərcəng xəstəsi olduğunu bildirmişdir. Digər təqsirləndirilən şəxs Əfqanrla həmkəndli olub, münasibətləri yaxşı olmuş, qohumluq əlaqələri, ədavəti düşmənçiliyi olmamışdır. 21 sentyabr 2024-cü ildə, saat 13 radələrində həmkəndlisi və dostu Əfqanla birlikdə kəndin mərkəzində yerləşən kafelərin birində oturub nahar edən zaman hərəsinə bir bardaq pivə içmişlər. Sonra, saat 15 radələrində mağazadan hərəsinə bir şüşə 0,5 litlik pivə alıb birlikdə onun yaşadığı evin yanına gəlib, yolun kənarından keçən borunun üstündə oturub pivəni içib söhbət etmişlər. Söhbət zamanı o, Əfqana evinin yaxınlığında yerləşən bağ sahəsində otlayan dananı göstərib, neçəyə satmağın mümkünlüyünü soruşmuş, dananı satıb banka olan kreditini ödəmək istədiyini bildirmişdir. Əfqan danaya baxıb 600 manata satmağın mümkünlüyünü demişdir. Bu vaxt yoldan keçən malların arasında gedən dişi dananı göstərib, özünün danasını satmaqdansa həmin dananı oğurlayıb satmağı təklif etmişdir. O, həmin dananı əmisi oğlununu danısına oxşadığını, əmisi oğlu xəbər tutarsa o, öz danasını əmisi oğluna verəcəyini demişdir. Həmçinin, dananı onun həyətinə salmalarını, Əfqanın müştəri tapmasını, dananı satıb pulunu öz aralarında bölmələrini Əfqanla danışmışdır. Razılaşandan sonra dananı həyətinə salmasını Əfqan ona demişdir. Onlar birlikdə ətrafa baxmış, heç kim gəlmədiyi üçün o, dananı xəlvət həyətinə, oradan da həyətdəki tövləyə salmışdır. Əfqan, alıcı gətirəcəyini, alıcıya dananı 700 manata satdığını deməsini, sonra isə 600 manata razılaşıb satmasını tapşırıb ondan ayırılıb getmiş, təxminən 1 saat yarımdan sonra Müşfiq adlı şəxsin idarə etdiyi Qazel markalı avtomaşınla gəlmişdir. O, Müşfiqə, tövlədə olan özünə məxsus inəyi və həmin dişi dananı göstərib, anası xərcəng xəstəsi olduğuna görə həmin malları satmaq istədiyini bildirmişdir. Müşfiq baxıb, inəyi yaşlı olduğuna görə almaq istəmədiyini, dişi dananı almaq istədiyini bildirib neçəyə satacağını soruşmuşdur. O, dananı 700 manata satmaq istədiyini demiş, Müşfiq isə 600 manata almaq istədiyini bildirmişdir. O, razılaşmış, Müşfiq ona 600 manat vermiş, birlikdə dananı Müşfiqin idarə etdiyi Qazel markalı avtomaşının yük yerinə mindirmişlər. Əfqan da avtomobilə əyləşmiş, Müşfiq avtomaşını sürüb getmişdir. O, pulu götürüb kəndin mərkəzinə doğru getmiş, orada görüşüb Əfqana 250 manat pul vermişdir. Əfqan hərəsinə üç yüz manat çatmalı olduğunu demiş, o, özünə çox pul qalması üçün Əfqanı aldadıb, qəsdən yalandan, dananı həyətə salanda arvadının gördüyünü, heç kimə deməməsi üçün 100 manatı arvadına verdiyini demişdir. Əfqan da razılaşıb 250 manatı götürmüşdür. Əfqanla birlikdə bir müddət orada dayanıb, sonra evinə getmişdir. Saat 19-20 radələrində Əfqan ona zəng edib işin zibilinin çıxdığını, qonşu Laçının danasını axtardığını demişdir. O, da işin zibili çıxıbsa, dananı gətirib pulunu geri vermələri üçün Müşfiqə zəng eləməsini, dananı sahibinə qaytarmalarını Əfqana demişdir. Əfqan, aldığı pulu xərclədiyini ona demiş, o, da aldığı pulu xərclədiyini Əfqana bildirmiş, lakin o, pulu düzüb-qoşub vermələrini Əfqana söyləmişdir. Səhəri gün səhər saatlarında Müşfiq dananı gətirmişdir. Lakin, Müşfiqi, Laçını, Əfqanı və onu Sarıca PB-nə dəvət etmişlər. Orada Müşfiqin idarə etdiyi Qazel markalı avtomaşının arxa yük yerinə baxıb bir baş dişi dana olduğunu görmüşlər. Laçın danaya baxıb ona məxsus olduğun tanımışdır. Onların iştirakları ilə dana Laçının özünə təqdim edilmişdir. Sonradan, malı alan Müşfiqin də Əfqana, mal tapdığına görə 20 manat verdiyini eşitmişdir. Bundan başqa o, həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə 2009-cü ildə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Uzun müddət ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, təxminən 8 ay əvvəl yaşamaq üçün ailəsi ilə kəndə qayıtmışlar. 10 noyabr 2024-cü ildə, saat 19 radələrində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evə gəlmişdir. Evə sərxoş vəziyyətdə gəldiyi üçün arvadı Zərərçəkmiş şəxs2 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ona qarğış etdiyi üçün əsəbiləşərək evin mətbəxindən götürdüyü oxlovla arvadı Günəşin bədəninin müxtəlif - ayaq və qol nahiyyələrinə xatırlamadığı sayda zərbələr vurmuş, bir neçə dəfə vurduqdan sonra zərbənin təsirindən oxlov qırılmışdır. O, arvadını döyməsinin səbəbinin sakit durmaması, ona qarğış etməsi olduğunu göstərməkdən ötrü, arvadını döyməsi səhnəsini çəkməsi üçün uşaqların istifadə etdikləri mobil telefonun video kamerasını qoşub uşağa vermiş, uşaq da hadisəni çəkmiş, baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Sabahısı gün, yəni xx.xx.2024-cü ildə uşaqlardan birini götürüb bərbərə aparmış, onu gətirib daha sonra digərini bərbərə aparmışdır. Bərbərdən qayıdanda, arvadının evdə olan uşağı götürüb atası evinə getdiyini görmüşdür. O, yanında olan uşağı aparıb anasına vermişdirdir. Hazırda da arvadı Zərərçəkmiş şəxs2 uşaqları ilə birlikdə atası evində yaşamışdır. Hazırda arvadı ilə barışımış, arvadı onu bağışlamış, ondan heç bir şikayəti, tələbi qalmamış, məhkəməyə bu barədə ərizə də vermişdir. Ona görə də oğurluqla bağlı ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin onları bağışlayıb onlarla barışdığını nəzərə alıb yüngül cəza təyin edilməsini, arvadı ilə barışdığını nəzərə alıb həmin əmələ görə işin icraatına xitam verilməsini xahiş etmişdir. O, məhkəməyə bu barədə ərizə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Sərdar və Əfqanla heç bir münasibəti olmamış, qonşusu Sərdar çox vaxt Bakı şəhərində olmuş, Əfqan isə kəndin yuxırısında yaşamış, onu təsadüf hallarda görmüşdür. Aralarında qohumluq əlaqəsi, heç bir ədavət və ya düşmənçilik, olmamışdır. Onun şəxsi təsərrüfatında 4 baş iri buynuzlu heyvanları - bir baş camışı, bir baş həmin camışın balası, bir baş inəyi və bir baş həmin inəyin dişi balası olmuşdur. Mallara o, özü baxmış, hər gün səhər camışı, inəyi və inəyin balasını - dişi dananı kənd sakinləri kimi kəndin aşağısındakı örüş sahəsinə ötürmüş, axşam hava qaralana yaxın mallar qayıdıb gəlmişdir. 21 sentyabr 2024-cü ildə, səhər saat 7 radələrində malları həmişə olduğu kimi örüş sahəsinə sürmüş, axşam saat 18 radələrində inək malı və camış malı qayıdıb gəlmiş, lakin dişi dana gəlib çıxmamışdır. Həmin bir baş düyə orta köklükdə, təxminən 80 kq təmiz əti olan, 2 aylıq boğaz, şabalıdı rəngdə, 1 il 2 aylıq təxminən 1000 manat qiymətində olmuşdur. O, örüş sahəsini və kəndin içrərisini axtarmağa başlamış, gecə saat 21 radələrinə kimi dananı axtarmış, lakin tapa bilməmışdir. Səhəri gün saat 6 radələrində yenə dananı axtarmağa çıxmış, örüş sahələrini axtarıb dananı tapmamışdır. Kəndin içərisində dananı axtaran zaman yolda oynayan az yaşlı uşaqlar, dünən Qazel markalı avtomaşına bir baş dana mindirib aparıldığını ona demişlər. O, kənddə həmin Qazel avtomaşının kimin olması ilə maraqlanmış, Qazelin sahibi Müşfiq adlı şəxs tez-tez kəndə mal alamağa gəldiyini öyrənmişdir. O, Müşfiqin mobil telefon nömrəsini əldə edib zəng etmiş, Kiçik Dəhnə kəndindən dişi dana alıb-almadığını soruşmuş, Müşfiq bir gün qabaq Kiçik Dəhnə kəndindən bir baş dişi dana aldığını söyləmişdir. O, həmin dananın ona məxsus olduğunu, oğurlayıb ona satdıqlarını Müşfiqə demiş, Müşfiq də dananı gətirib gəlməsini demişdir. Bir müddət sonra Müşfiq idarə etdiyi Qazel markalı avtomaşını ilə onun danasını gətirmişdir. Müşfiq dananı Sarıca PB-nə aparmış, onu da bölməyə dəvət etmişlər. Polis əməkdaşları dananı ona təqdim etmişlər. Müşfiq, həmin dananı ona Sərdar və Əfqanın satdığını, 600 manat Sərdara verib, 20 manat da Əfqana mal tapdığına görə verdiyini ona bildirmişdir. Hazırda oğurlanmış bir baş dişi dansı özünə qaytarılmaqla ona dəymiş ziyan tam ödənmiş, o, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi qalmamışdır. Qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşi üzrə zərərçəkmiş şəxs qimində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə 2010-cu ildə evlənmiş və birgə nikahlarından iki əkiz oğlan övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində yaşamağa başlamışlar, təxminən 8 ay bundan qabaq Şəki rayonu, Kiçik Dəhnə kəndinə qayıtmışlar. Əri Təqsirləndirilən şəxs2 ilə aralarında tez-tez ailədaxili münaqişə və mübahisələr olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs2 ilə arlarında münaqişə xx.xx.2024-cü ildə saat 19 radələrində yaşadıqları evdə baş vermişdir. Aralarında baş vermiş münaqişəyə səbəb əri Təqsirləndirilən şəxs2 evə sərxoş vəziyyətdə gəlməsi və əsassız olaraq mübahisə yaratması olmuşdur. Belə ki, Sərdar evdə uşaqla yersiz mübahisə edib fiziki təsir göstərmək üçün üstünə getmək istəyəndə o, qarşısına durmuşdur. Münaqişə zamanı Təqsirləndirilən şəxs2 əlinə oxlov alaraq bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmuşdur. Zərbənin təsirindən oxlov əlində qırılmış, bundan sonra Sərdar sakitləşmişdir. Bir qədər keçidikdən sonra ağlına nə gəlmişsə Sərdar özünün mobil telefonunun video kamerasını qoşub 5 yaşlı oğlı Nurxana verib, «mən ananı vuracam sən videoya çəkərsən» demişdir. Nurlan da qorxusundan telefonu götürüb çəkməyə başlamışdır. Bu vaxt Sərdar sınmış oxlovla təkrat onun qollarına, qıçlarına və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış və ona qarşı nalayiq söyüşlər söyürdü. Bir müddət onu vurduqdan sonra özü dayanmış və telefonu uşağın əlindən götürmüşdür. Sonra Səbrad uşağa, «həyətdən beli gətir gəl, oxlov sınıb vurmaq olmur, bellə ananı döyəcəm» demişdir. Uşaq da qaranlıqda çölə çıxmağa qorxduğu üçün getməmişdir. O, Sərdarın onu vurmaması üçün özü həyətə qaçmış, evə qayıtmaqdan ötrü bir müddət çöldə dayanıb Sərdarın yatmasını gözləmişdir. Gecə Sərdarın telefonunda olan həmin videoçəkilişi özünün telefonuna köçürmüş və həmin videoçəkilişi o, hazırki iş üzrə araşdırma zamanı təqdim etmişdir. Artıq Sərdarın bu hərəkətlərinə dözə bilmədiyim üçün səhəri gün, yəni xx.xx.2024-cü ildə Sərdar Nurxanın başını qırxdırmağa aparanda, o, oğlu Ərxanı götürüb atası evinə getmişdir. X5 özü gətirib ona vermişdir. Sərdar Nurxanı həyətə salıb ona, -«sən nə üçün icazəsiz atangilə gəlmisən» deyib onu öldürəcəyi ilə hədələmişdir. O, qorxduğu üçün kənara çəkilmişdir. Sərdar uşaqları aparmaq istəyəndə o, qoymamış, bacısı Turanə 102 xidmətinə zəng etdikdən sonra Sərdar çıxıb getmişdir. Təxminən 2 ay qabaq Sərdar evdə uşağı Ərxanı da döymüş, sifətinə sillə vurmuşdur. Lakin uşaqda xəsarət olmamışdır. Həmçinin Sərdar evdə olan qızıl əşylarını götürüb aparıb girov qoyub pul götürüb borclarını vermişdir. Hazırda evdə onun qızıl əyşaları qalmamışdır. Hətda qaynanası ona toy günü hədiyyə etdiyi bir ədəd qızıl lirəni də satıb pulunu xərcləmişdir. Həmin pulları da borclarına vermişdir. Yaşadıqları evdə əri Sərdar oxlovla onun böyrünə, ayaqlarına və qollarına vurmuş, baş vermiş münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Münqaişə baş verən zaman evdə 2 azyaşlı uşaqları olmuş, kənar şəxs olmamış, səs-küyə heç kim gəlməmişdir. Əri Sərdar əvvəllər də onu döyərək müxtəlif xəsarətlər yetirmişdir. Şikayət edəcəyi təqdirdə ailəsinin dağılacağını fikirləşdiyi üçün bu barədə heç bir hüquq mühafizə orqanına və ya tibb müəsisəsinə müraciət etməmişdir. Əri Sərdar tərəfindən əvvəllər döyülməsi ilə bağlı bədənində heç bir xəsarət və ya izi qalmamışdır. Sərdarın onu və uşaqlarını əvvəllər döyməsini heç kim görməmişdir. Sərdar spirtli içki aludəçisi olmuş, tez-tez içib sərxoş vəziyyətdə evə gəlmiş, heç nədən mübahisə yaradıb onu döymüşdür. Əri Sərdarla Bakı şəhərində də bir müddət yaşamışlar, Bakı şəhərində olduqları müddətdə Sərdar evə narkotikə bənzər maddə gətirib qəbul etmiş, hallanmış, narkotikə bənzər maddənin təsirindən sərxoş olub evdə söz-söhbət yaradıb onu döymüşdür. O, həmin maddənın narkotik vasitə olacağını düşünmüşdür. Sərdarın narkotikə bənzər maddəni evə gətirib evdə istifadə etməsini uşaqlar da görmüşdür. Narkotik vasitə saxladığına görə Sərdar Bakı şəhərində tutulmuşdur, sonra evə buraxılmışdır. Sərdarın deməsinə görə barəsində cinayət işi olmuşdur. X3 kəndinə gələndən sonra da Sərdar evə sərxoş vəziyyətdə gəlib səbəbsiz mübahisə yaradıb onu döymüşdür. Lakin o, ailəsinin dağılmaması üçün heç bir orqana şikayət etməmiş, bəlkə nə vaxtsa düzəcəyini fikirləşmişdir. Sonuncu dəfə xx.xx.2024-cü ildə Sərdarın onu döyüb, döyülməsini uşağın vaitəsi ilə videoya çəkməsi ona çox pis təsir etdiyi üçün o, şikayət etmək məcburiyyətində qalmışdır. Əri Sərdar qonşunun danasını oğurlayıb həyətlərinə və tövləyə salan zaman o, evin içərisində olmuş, həmin vəziyyəti görməmişdir. Ancaq sonradan, Qazel markalı avtomaşınla iki nəfər həyətlərinə gəlmiş, Sərdarla birlikdə tövləyə daxil olub oradan bir baş dananı çıxarıb avtomaşına yükləmişlər. Dana onların danası olmamışdır. O, yaxınlaşıb kimin danasını apardıqrlarını soruşmaq istəmiş, lakin Sərdar əli ilə yaxın gəlməməsini işarə etmişdir. Dananı yükləyib aparanda Sərdar da çıxıb getmiş, bundan sonra o, Sərdarı görməmiş, hara getdiyini bilməmişdir. Səhəri gün saat 10-11 radələrində Sərdar evə gəlib, onu soruşan olub-olmadığı ilə maraqlanmış, o, Sərdara, qonşunun gəlib soruşduğunu demişdir. Həmin vaxt ona, Sərdarın bir gün qabaq Əfqanla birlikdə qonşunun danasını oğurlayıb onun həyətdəki tövləyə saldıqları, sonra da satdıqları məlum olmuşdur. O, Sərdar və Əfqanın dananı oğurladıqlarını əvvəlcədən görməmiş, dananı satan zaman da oğurluq dana olduğunu bilməmiş, buna görə Sərdar ona pul verməmişdir. Səhəri gün Sərdar özü deyəndə, Əfqanla birlikdə qonşunun danasını oğurlayıb satıdıqlarını bilmişdir. O, əri Təqsirləndirilən şəxs2 kimlərdən narkotik vasitə alması, kiminlə narkotik vasitə qəbul etməsi barədə heç nə bilməmişdir. Sərdar evdə özünə məxsus əşyaların arasında və ya digər yerdə narkotik vasitəyə bənzər maddə saxlamamış və hazırda da da yaşadığı evdə belə maddə olmamışdır. Sərdar ona «səni öldürəcəm» deyib hədələyən vaxt evdə bacısı Turanə olmuş və görmüş, Sərdarın onu hədələyən vaxt əlində heç nə olmamışdır. Hazırda bağışlayıb Sərdarla barışmış, Sərdardan heç bir şikayəti və tələbi qalmamışdır. Odur ki, Sərdarın onu döyməsi barədə olan hissəsi üzrə işə xitam verilməsini xahiş etmişdir. O, məhkəməyə bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun daimi iş yeri olmadığı üçün iri buynuzlu heyvanları alıb satmaqla məşğul olmuşdur. xx.xx.2024-cü ildə, saat 14 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan Əfqan ona zəng edib tanışı Sərdar adlı şəxsdə satdlıq bir baş inək və bir baş dişi dana malı olduğunu bildirmişdir. O idarə etdiyi Qazel markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Şəki rayonu, Kiçik Dəhnə kəndinə getmiş, kənddə Əfqanla görüşmüş, saat 16 radələrində həmin kənddə yaşayan Sərdar adlı şəxsin evinə getmişlər. Sərdar bir baş şabalıdı rəngdə buynuzlu dişi dananı və bir baş inək malını göstərib, anası xərcəng xəstəsi olduğunu, anasına kimya müalicəsi lazım olduğunu və buna görə vacib pul lazım olduğu üçün malları satmaq istədiyini bildirmişdir. Qoca olduğu üçün inək malını istəmədiyini, dişi dananı almaq istədiyini Sərdara demiş və Sərdardan dişi dananı neçəyə satdığını soruşmuşdur. Sərdar dişi dananı 700 manata satdığını söyləmiş, o, 700 manata baha olduğunu, üstündə 600 manat pul olduğunu demişdir. Sərdar razılaşıb dişi dananı 600 manata ona satmışdır. O, pulunu verib dananı idarə etdiyi Qazel markalı avtomaşına yükləmiş, Əfqan da onun yanında oturmuş, uzaqlaşandan sonra o, Əfqana, mal tapdığı üçün 20 manat vermiş. kəndin mərkəzində Əfqan avtomaşından düşmüşdür. O, dananı yaşadığı evin həyətinə aparmışdır. Səhəri gün, yəni xx.xx.2024-cü ildə səhər saat 7 radələrində Əfqan ona zəng edib, Sərdarın satdığı dişi dananın oğurluq olduğunu bildirib dananı qaytarmaq lazım olduğunu demişdir. Bundan sonra o, Şəki rayon Polis Şöbəsinə gedib aldığı dananın oğurluq olması barədə şifahi məlumat vermiş, oradan ona, Sarıca PB-nə getməsini bildirmişlər. O, dananı idarə etdiyi Qazel markalı avtomaşınla Sarıca PBnə aparmış, həmin vaxt Əfqan, Sərdar və adını həmin vaxt bildiyi Laçın adlı şəxs orada olmuşlar. Laçın maşının yük yerində olan danaya baxıb, dananın ona məxsus olduğunu tanımışdır. Orada polis əməkdaşı baxış keçirib dananı sahibi Laçına qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 özünə aid olanlarla bağlı eyni məzmunlu ifadə verib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq etmişdir .Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Zərərçəkmiş şəxs2 tərəfindən Şəki ŞRPŞ-ya yazılmış 11 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, əri Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadıqları evdə onu döydüyünü bildirmiş və barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli diskdə olan videogörüntüyə baxış keçirilməsi barədə protokolda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndindəki özünə məxsus evdə həyat yoldaşı Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə axşam saatlarında oxlovla döymüşdür. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 505 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 sağ sarğı, sağ bud, sağ baldır nahiyələrinin hematoması, hər iki saidin qançırları küt əşyanın təsirindən əmələ gəlmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Elektron portaldan çıxarışdan görünür ki, xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatdadır, işləmir. xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ tərəfindən CM-nın 234.1-cİ maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ tərəfindən CM-nın 177.2.1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1510-da Təqsirləndirilən şəxs2 CM-nın 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda ibtidai istintaqı aparılmış, həmçinin cinayət işi CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 128 və 177.2.1-ci maddələrinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs1 Şəki ŞRPŞ-nin Sarıca PB-nə ünvanladığı xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, ona məxsus bir baş dişi dananın 21 sentyabr 2024-cü il tarixdə oğurlanması barədə məlumat vermişdir. 22 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs1 DİNin102 xidmətinə zəng edərək ona məxsus bir baş iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ŞRPŞnin Sarıca PB-nə ərizə yazaraq, DİN-in 102 xidmətinə verdiyi məlumatı təsiq edərək ona məxsus bir baş iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı oğurluq əməlini törətməkdə təqsirli bilinən Şəki rayonu, Kiçik Dəhnə kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təhqiqatda verdikləri ifadələrində göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində yaşadıqları Şəki rayonu, Kiçik Dəhnə kəndindən bir baş şabalıdı rəngdə olan iribuynuzlu heyvanı yaşadıqları küçədən oğurlayaraq, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə salmışlar, daha sonra Təqsirləndirilən şəxs1 tanıdığı, iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan Şəki şəhər sakini Şahid1 yaşadıqları kənddə 600 manata satmışlar. Sonradan cinayətlərin üstünün açılmasını görüb Şahid1 geri istədikdə Şahid1 onlardan almış olduğu bir baş dananı götürərək, ŞRPŞ-nin Sarıca PB-nə gətirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları bir baş dananı göstərərək həmin dananın yaşadıqları kənddən oğurladıqları dana olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə bir baş iribuynuzlu heyvana baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, yerində protokol tərtib olunmuşdur. Fotoşəkillərdən görünür ki, Şahid1 idarə etdiyi Qazel markalı avtomaşına baxış zaman Zərərçəkmiş şəxs1 məxsus şabalıdı rəngdə bir baş dişi dana aşkar olunaraq onun özünə təhvil verilmişdir. Həmin dana saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus bir baş dananı Şahid1 sağ-salamat təhvil almışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1820-də Təqsirləndirilən şəxs2 CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Elektron portaldan çıxarışdan görünür ki, xx xxxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatdadır. xx.xx.2017-ci il tarixdə Şəki ŞRPŞ tərəfindən CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirləndirilərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11ci bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 20:55-də Təqsirləndirilən şəxs1 CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şəki Bazar ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 26 nömrəli məktubda qeyd olunmuşdur ki, bir baş 1 il 2 aylıq, təxminən 80 kq təmiz əti olan, 2 aylıq boğaz dişi dananın xx.xx.2024-cü il tarixdə orta satış bazar qiyməti 900 (doqquz yüz) manat təşkil etmişdir. 25 sentyabr 2024-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə olmaqla, tutulduğu gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 23 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsi üçün nəzərdə tutulan əsasların mövcudluğu kifayət qədər əsaslandırılmadığı üçün Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə, tutulduğu gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 23 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməyərək məhkəməyə təqdimat verilməsindən imtina edilmiş, Şəki ŞRPŞ-nin MSY-dən həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini həmin gün saat 18:40-da almışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsi üçün nəzərdə tutulan əsasların mövcudluğu kifayət qədər əsaslandırılmadığı üçün Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə, tutulduğu gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 23 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməyərək məhkəməyə tədimat verilməsindən imtina edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini 25 sentyabr 2024-cü ildə saat 18:10-da almışdır. Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətəndə Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində 2 azyaşlı övladı vardır. Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 həqiqətən də Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır. Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 həqiqətən də Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır, tam orta təhsillidir, ailəlidir, heç yerdə işləmir, qohum-qonşularla münasibətləri yaxşıdır. İctimaiyyət arasında davranışı normaldır. Onun haqqında nümayəndəliyə şikayət xarakterli məktub daxil olmamışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Sabunçu RPİ-də ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılması üçün Sabunçu Rayon məhkəməsinə göndərilmişdir. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli məclisinin xx.xx.2021-ci il tarixli Amnitiya qərarının 2.11-ci bəndinə əsasən azad edilmişdir. Şəki rayon Məhkəməsinin xx.xx.2027-ci il tarixli, 1(075)-48/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum olunmuşdur. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 948 nömrəli məktubda qeyd olunmuşdur ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Şəki rayonu, Kiçik Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubda qeyd olunmuşdur ki, Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 “8 Nöyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilmiş və o, xx.xx.2022-ci il tarixli amnistiya aktının tətbiq edilməsi ilə bağlı qərarla yuxarıda qeyd olunan məhkəmə hökmü ilə təyin edilmiş cəzadan azad edilmiş və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlama protokolunda və ona əlavə edilmiş foto şəkillərdən aydın olur ki, Təqsirləndirilən şəxs1 Şəki rayonu, Kiçik Dəhnə kəndində ağ rəngli dəmir darvazası olan evi göstərib Sərdar Məhəmməlinin evi olduğunu, evdən təxminən 10 metr kənarı göstərib həmin yerdə dayanaraq ətrafa nəzarət etdiyini, bir qədər qabaqda yolun sağ tərəfini göstərib Sərdarın həmin yerdə bir baş dişi dananı tutub oradan yaşadığı evin həyətinə saldığını, daha sonra Sərdar Məhəmməlinin yaşadığı evin həyətinə daxil olub sol tərəfdə yerləşən tövləni göstərib dananı həmin tövləyə saldıqlarını, sonra isə tövlənin qarşı tərəfini göstərib oğurladıqları dananı həmin yerdə Şahid1 idarə etdiyi avtomaşının yük yerinə yüklədiklərini bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Həmin qərarın surətini həmin gün saat 14:30-da almışdır. Şəki rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-nin 128 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 2 ay 28 gün müddətinə 01 dekabr 2024-cü il tarixdən 28 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 həqiqətən də Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində 2 azyaşlı övladı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəki RMX PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, «Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyat yoxdurlar. Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2024-cü il tarixli 9/9301 nömrəli rəyində qeyd olunmuşdur ki, bir baş 1 il 2 aylıq, təxminən 80 kq təmiz əti olan, 2 aylıq boğaz dişi dananın 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1100 manat müəyyən edilir. 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 128 və 177.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Həmin qərarın surətini 06 yanvar 2025-ci il tarixdə saat 10:35-də almışdır. 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Həmin qərarın surətini 06 yanvar 2025-ci il tarixdə saat 14:40-da almışdır. “X1” MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də xx.xx.2025-ci il tarixdən etibarən ünvan 2 ünvanında yerləşən “Yeni Həyat” Reabilitasiya mərkəzində psixoloji olaraq yatılı qalmaqla reabilitasiya keçir. Onun reabilitasiyası 6 ay müddətinə təyin edilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-70/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İbtidai istintaq zamanı şübhəli şəxs kimi tutularaq həbsdə saxlandığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış 04 may 2025-ci il tarixli ərizədə bildirilmişdir ki, əri Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən Şəki Rayon Məhkəməsinə yazılmış 02 oktyabr 2025-ci il tarixli ərizədə bildirilmişdir ki, o, Şəki Rayon Məhkəməsinin icraatında olan 1(075)- 49/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs2 ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən ona heç bir maddi və mənəvi zərər dəyməmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Şəki Rayon Məhkəməsinə yazılmış 06 oktyabr 2025-ci il tarixli ərizədə bildirilmişdir ki, o, Şəki Rayon Məhkəməsinin icraatında olan 1(075)- 49/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onlardan heç bir maddi və mənəvi tələbi yoxdur. Təqsirləndirilən şəxslər tərəfindən iribuynuzlu heyvanı geri qaytarılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-nin 128 və 177.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməlləri törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı, habelə məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq zamanı CM-nin 128 və 177.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq zamanı CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunduğundan, Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi üzrə zərərçəkmiş şəxs onunla barışması səbəbi ilə həmin maddə üzrə başlanmış cinayət təqibinə ayrıca qərarla münasibət bildirilməsi nəzərə alınmalı, hər iki təqsirləndirilən şəxslərə CM-nın 177.2.1-ci maddəsi ilə törədilməsi nəzərdə tutulmuş cinayətə görə cəza təyin edilməlidır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən, onların təqsirləndirildiyi 177.2.1ci maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulmasını nəzərə alaraq və eyni zamanda cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, iş üzrə vurulmuş maddi ziyanı tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, yuxarıda qeyd edilən şəxsiyyətlərini səciyyələndirən halları diqqətdə saxlayaraq cəza təyin etmənin ümumi əsasları baxımından belə nəticəyə gəlir ki, onlara, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi tam əsaslıdır və bu cəzanın məqsədini təmin edə bilər. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qaneedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, tövsiyyələr və presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması, əməlin ictimai təhlüləlik dərəcəsi təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslərdən Sərdar Məmmədlinin hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilib həbsdə olduğu müddətdə, Sabunçu rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddə ilə 1 il maddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı qeyd edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 təyin edəcəyi azadlığın məhdudlaşdırılması cəzasına Sabunçu rayon məhkəməsinin hökmü üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hökmlərin məcmusu üzrə birləşdirmək üçün cəzaları azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla toplanmalı, ibtidai istintaq müddətində həbsdə olduğu müddət və birinci hökmə əsasən çəkilən cəza cəzaçəkmə müddətinə, qəti cəza müddətinə hesablanmalıdır. Həbsdə olduğu nəzərə alınarq barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, Sabunçu rayon məhkəməsinin hökmü üzrə təyin edilmiş cəzanı ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməsi təyin edildiyi nəzərə alınmalı, cəzasını ümumi tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. İşin Təqsirləndirilən şəxs2 CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi ayrıca qərar verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcələnin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə qaldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasını yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Şəki Rayon İcra və Probasiya Şöbəsi həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd video çəkilişin aparıldığı disk cinayət işinin materiallarında saxlanılmalı, 1 baş dişi dananın sahibi olan Zərərçəkmiş şəxs1 təhvil verilməsi, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Cinayət işinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi üzrə ayrıca qərar qəbul edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir günü hesablanmaqla, 1 il azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, hökmü ilə təyin edilmiş 1 il azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə üzərində qəti olaraq saxlanılmış 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasından şübhəli şəxs kimi tutulmaqla həbsdə saxlandığı 4 gün çıxılmaqla, üzərində qəti olaraq 1 il 5 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı 1 dekabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə olduğu nəzərə alınarq barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə qaldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın, Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Şəki Rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd video çəkilişin aparıldığı disk cinayət işinin materiallarında saxlanılsın, 1 baş dişi dananın dananın sahibi olan Zərərçəkmiş şəxs1 təhvil verilməsi , maddi zərərin tam məbləğdə ödənilməsi və iş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №1(075)-49/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-49/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver