Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-5/2023 17.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Şəki şəhərində аnаdаn olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmаyаn, işsiz, Şəki şəhəri, Bağbanlar küçəsi, ev 1/8 ünvаnındа pasport qeydiyyatında olmаqlа, həmin ünvаndа yaşayan, bаrəsində polisin nəzаrəti аltınа vermə qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və Şəki rayonu, “Qarasu” adlanan ərazidə beton körpünün altında beton piltələrin arasında saxlamış, 29 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 21 radələrində Şəki şəhəri, Bağbanlar küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki boz rəngli cins şalvarının sol ön cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,42 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq Şəki rayonu “Qarasu” adlanan əraziyə baxış keçirən zaman orada olan beton körpünün altındakı beton piltələrin arasında gizlətdiyiı bir ədəd sellofon torbada təmiz çəkisi 480 qram şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə ibtidai istintaq orqanının mövqeyi ilə razılaşaraq, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın düzgün olduğu qənaətinə gəlmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə qəbul edən olmamış, bu vaxta qədər cəmi bir-iki dəfə narkotik vasitənin marixuana növündən çəkməklə istifadə etmişdir. 29 avqust 2022-ci ildə, yaşadığı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 1/8 ünvаnında, evlərinin həyətinə anası ilə birlikdə işləyən zaman, təxminən saat 1715 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin (bundan sonra Şəki ŞRPŞ-nin) əməkdaşları yaşadığı ünvana gəlib onu çölə çıxarmış, çöldə polis formasında 1 nəfər də olmuşdur. Polis əməkdaşları ona polis şöbəsinə getməli olduğunu bildirdikləri üçün onlarla birlikdə əvvəlcə “İnvitro” tibbi müayinə mərkəzinə getmiş, orada ondan analiz götürüldükdən sonra Polis şöbəsinə aparılmışdır. Polis şöbəsində ona kibrit qutusunda narkotik vasitə olan marixuana verib, üstünə baxış keçirilən vaxt çıxarıb təqdim etməsi, yenə eyni qaydada Qarasu çayına balıq tutmaq üçün gedərkən yolun kənarında yabanı bitdiyini görüb topladığını, özü çəkib istifadə etmək üçün qurudub saxladığını, istədiyi vaxt saxladığı yerdən çəkmək üçün götürdüyünü demək tapşırılmış, ona verilmiş ittiham üzrə qeyd olunanları üstünə götürməsi bildirilmişdir. Polis əməkdaşları onda qorxu yaradaraq boynuna almasa üzünə adam duracagı, satışla tutulacağı ilə hədələnmişdir. Atası və anasının hər ikisinin əlil olması, kənar qulluğa ehtiyacları olmaları, ondan başqa onların qayğısına qalacaq başqa kəslərinin olmaması gözlərinin qarşısına gəlmiş, həmçinin ona deyilənləri boynuna aldıqdan sonra sənədləşmə aparılıb buraxılacağına, tutulmayacağına söz verilmiş, o təzyiqlərə dözə bilməyib və verilən vədə inanıb narkotik vasitə qəbul edən kimi sənədləşməsinə razılıq vermişdir. Əvvəlcə polis şöbəsində müdafiəçisinin və baxış iştirakçılarının iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, kibrit qutusunda olan narkotik vasitəni çıxarıb təqdim etmiş, sonra isə Polis əməkdaşları onu Qarasu adlanan ərazidə yerləşən körpünün altına aparıb, körpünün altındakı beton piltələrin arasına sellofan torbada narkotik vasitə qoyub, vəkillə və çəkilişlə birlikdə gələn zaman oradan götürüb narkotik vasitəni təqdim etməsi, narkotik vasitəni tutulmamışdan təxminən iki ay əvvəl Şəki rayonu, Öryət kəndində Qarasu adlanan ərazidə yerləşən Qarasu çayına balıq tutmaq üçün gedərkən yolun kənarında çətənə bitkisinin bitməsini və yetişməsini görüb, həmin vaxt nəşədən istifadə etmək üçün orada olan koldan yabanı halda bitmiş nəşəni toplayıb üzərində olan sellofan torbanın içərisinə qoyduğunu, sonra isə yoluna davam edərək balıq ovlamaq üçün çaya tərəf getdiyini, hava günəşli olduğuna görə topladığı nəşəni həmin yerdə bir gün ərzində müəyyən qədər qurudub, daha sonra isə onu yenidən sellofan torbaya yığıb evə qayıdan zaman balıq ovladığı çayın beton körpünüsünün altındakı iki beton piltənin arasında gizlətdiyini, həmin sellofan torbanı beton piltənin arasına gizlətməqdə məqsədinin, hər dəfə balıq ovuna gedərkən həmin sellofandan narkotik maddə götürüb istifadə etmək olduğunu deməsi tapşırılmış və Polis şöbəsinə qayıtmışlar. O da deyilənlərin hamısını etmiş, birinci üstünə şəxsi axtarış edilmiş, ardınca Qarasu adlanan ərazidə yerləşən körpünün altına gedilib oradakı narkotik vasitə götürülmüş, sonra ard-arda guya çəkilişlərə baxış keçirildikdən sonrakı iki kiçik çəkilişlər edilmişdir. O, olmayan, baş verməyən cinayəti yalandan boynuna almış, yazılanları imzalayaraq yalan ifadələr vermişdir. O, narkotik vasitə qəbul edən olmamış, ona görə də düzgün olaraq ekspertiza zamanı narkomaniyadan əziyyət çəkmədiyi müəyyən edilmiş və rəydə də qeyd olunmuşdur. Ekspertiza zamanı polis əməkdaşlarının sözləri ilə 4-5 dəfə narkotik vasitə qəbul etdiyini demiş, buna görə rəydə onun arabir narkotik vasitə qəbul etməsi yazılmışdır. Heç bir cinayət törətmədiyini, himayəsində İİ qrup əlil olan atası və anasına tək baxmasının nəzərə alınıb barəsində bəraət hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. 29 avqust 2022-ci il tarixdə xidmətdə olan zaman “Sərxan” adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Sərxan» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəhbərliyinin icazəsi ilə 29 avqust 2022-ci il tarixdə «Sərxan» adlı şəxsin, xx.xx.1989-cu il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri, Bağbanlar küçəsində yaşadığı evin yaxınlığında olması müəyyən edildiyindən həmin əraziyə gedib saat 21 radələrində ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirilmiş, ona narkotik vasitə əldə etməkdə məlumat əldə olunduğu üçün onlarla birlikdə polis şöbəsinə getmsi təklif edilmişdir. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət edilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi X6ya həvalə edilmişdir. X6 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil seçmiş, vəkil dəvət olunub gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis dəvət edilmiş, mütəxəssisə hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin, onun, Şahid3, Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə başlanımışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cin şalvarın sağ ön cibindən içərisində 19 ədəd siqaret olan bir ədəd Rothmans markalı siqaret qutusunu, bir ədəd alışqanı, şalvarın sol ön cibindən bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuş, ondan üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs üzərində başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif olunmuş, sonuncu həmin əşyaların ona məxsus olduğunu deyib əşyaları təqdim etmişdir. Əşyaları təqdim edən zaman o, kibrit qutusunu göstərib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin kibrit qutusu açıldıqda içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütləni nə vaxt, haradan yaxud kimdən hansı məqsədlə əldə etməsi, üzərində saxlamaqda məqsədi, başqa yerdə narkotik vasitə saxlayıb saxlamadığı barədə sual verildikdə o, narkotik vasitəni təxminən iki ay əvvəl rayonun “Qarasu” adlanan ərazisindən yabanı halda bitmiş çətənə kollarından yığdığını, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün götürüb saxladığını, bundan başqa həmin narkotik vasitənin bir hissəsini Qarasu adlanan ərazidə beton körpünün altında beton piltələrin arasında saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin yaşıl rəngli kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı şəxsi axtarışda başqa narkotik vasitə saxlaması, saxlamışdırsa təqdim edə bilib-bilməcəyi barədə Təqsirləndirilən şəxs sual verdikdə o, narkotik vasitəni özünün şəxsi istifadəsi üçün Şəki rayonu, Qarasu adlanan ərazidə beton körpünün altında beton piltələrin arasında saxladığını bildirib təqdim edə biləcəyini demişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs, vəkili Müdafiəçi və şəxsi axtarışda iştirak edən Şahid2, Şahid3 ilə birlikdə xidməti avtomobillər ilə Təqsirləndirilən şəxs bildirdiyi “Qarasu” adlanan əraziyə getmişlər. Həmin əraziyə getdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi geri göstərməsini təklif etmiş, Təqsirləndirilən şəxs körpünün altındakı beton sütunların yanına yaxınlaşmış və narkotik vasitəni orada saxladığını bildirmiş və beton piltələrin arasında gizlətdiyi sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisinə açıb baxış keçirdikdə içərisində yaşıl rəngli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni necə əldə etməsi və hansı məqsədlə saxlaması barədə sual verildikdə o, təxminən iki ay əvvəl həmin Qarasu adlanan ərazidən yabanı halda bitmiş narkotik vasitənin olduğunu görüb, onu toplayıb burada gətirərək narkotik vasitəni özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra isə həmin sellofan bükülün içərisindəki yaşıl rəngli kütlə müvafiq qaydada qablaşdırılmış, videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmışdır. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsində eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində hazırda məhkəmə iclasında verdiyi ifadədən fərqli ifadə vermişdir. Təqsirləndirilən şəxs əvvəlkindən fərqli ifadə verməsini onunla izah etmişdir ki, o Polis şöbəsində polis əməkdaşlarının ona təsir edərək içərisində narkotik vasitə olan torba göstərib ona məxsusluğunu etiraf etməsini təkid etmişlər. O ilkin olaraq razılaşmasa da, sonradan polis əməkdaşlarının bütün dedikləri ilə razılaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs bu izahını inandırıcı qəbul etməmişdir. Belə ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, gizlətdiyi yerə baxış keçirilib narkotik vasitə aşkar edilib götürülərkən, eləcə də ilkin dindirmə zamanı Təqsirləndirilən şəxs söylədikləri ittihamın mahiyyətinə və işin faktiki hallarına uyğun olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs, gizlətdiyiv və ondan aşkar edilib götürülmüş narkotik vasitələri yığıb qurudaraq özü istifadə etmək üçün saxladığını, 2007-ci ildən narkotik vasitədən istifadə etdiyini bildirmiş, bu haqda şübhəli və təqsirləndirilən şəxs kimi ifadələr vermişdir. Lakin sonradan, Təqsirləndirilən şəxs əvvəlki ifadələrini dəyişərək fərqli ifadələr vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin ifadələrində CM-nin 234.1 maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, usta işləməklə özünü və ailəsini dolandırmışdır. Şəki Rayon Məhkəməsinin 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ilk dəfə 2007-ci ildə narkotik vasitə olan qurudulmuş marixuanadan Gəncə şəhərində istifadə etmişdir. O, iki ay əvvəl Şəki rayonu, Öryət kəndində Qarasu adlanan ərazidə yerləşən Qarasu çayına balıq tutmaq üçün gedərkən yolun kənarında çətənə bitkisinin bitməsini və yetişməsini görmüş, həmin vaxt o, nəşədən istifadə etmək üçün orada olan koldan yabanı halda bitmiş nəşəni toplayıb üzərində olan sellofan torbanın içərisinə qoymuşdur. Bundan sonra isə yoluna davam edərək balıq ovlamaq üçün çaya tərəf getmiş, hava günəşli olduğuna görə topladığı nəşəni həmin yerdə bir gün ərzində müəyyən qədər qurutmuş, daha sonra isə onu yenidən sellofan torbaya yığıb evə qayıdan zaman balıq ovladığı çayın beton körpünüsünün altındakı iki beton piltənin arasında gizlətmişdir. Həmin sellofan torbanı beton piltənin arasına gizlətməqdə məqsədi, hər dəfə balıq ovuna gedərkən həmin sellofandan narkotik maddə götürüb istifadə etmək olmuşdur. Yaşadığı evə getmiş, gizlətdiyi narkotik maddədən sonuncu dəfə təxminən 15 gün əvvəl üstündən götürüb həmin yerdə Qarasu adlanan ərazidə balıq tutmaq üçün gedərkən özü istifadə etmiş və bir ədəd kibrit qutusunun içərisinə bir hissəsini yığaraq istifadə etmək üçün cibinə qoymuş və başqa şəxslərin onu görməməsi üçün oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə axşam saat 20:50 radələrində Şəki şəhəri, Bağbanlar küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşları olduqlarını demiş, üzərində narkotik vasitə olduğuna dair onlarda məlumat olmasına görə Polis Şöbəsinə onu dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Həmin vaxt təhqiqaçı özünü təqdim edib üzərində narkotik vasitə olmasına görə şübhələr olduğunu deyib siyahı verərək vəkil seçməyini bildirmiş, o, siyahıdan müdafiəçi seçmiş, vəkil dəvət olunub gəldikdən sonra təhqiqatçı onu CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutaraq ona hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarışın keçiriləcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini demiş, o da əynində olan boz rəngli cins şalvarın sağ ön cibindən içərisində 19 ədəd siqaret olan bir ədəd Rothmans markalı siqaret qutusunu, bir ədəd alışqanı, sol ön cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı ondan həmin əşyaları təqdim etməsini xahiş etdikdə o, üzərindən aşkar edilmiş əşyaları təqdim edərək kibrit qutusunda saxladığı narkotik vasitəni göstərib narkotik vasitə olduğunu, narkotik vasitəni Qarasu adlanın ərazidən yabanı halda görüb yığdığını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra ona yaşadığı evdə yaxud başqa yerdə narkotik vasitə olub olmaması barədə sual verildikdə o, təxminən iki ay bundan əvvəl yabanı halda topladığı nəşənin olduğunu və həmin narkotik vasitəni Qarasu adlanan ərazidə yerləşən körpünün altındakı beton piltələrin arasında gizlətdiyini bildirmiş və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Topladığı nəşənin yerini deməkdə məqsədi isə artıq tutulduğuna görə həmin nəşəni də gizlətmək məqsədinin olmamasını və cəzanı bütünlüklə çəkmək istəməsi ilə bağlı olmuş, buna görə də həmin nəşənin də yerini göstərə biləcəyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə olan kibrit qutusu təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Siqaret və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Videoçəkiliş yekunlaşdırılmış və təhqiqatçı tərəfindən nümayiş etdirilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə təhqiqatçı nəşəni gizlətdiyi yeri göstərə biləcəyini soruşmuş, o, göstərə biləcəyini demiş, o, müdafiəçi, təhqiqatçı və üzərinə axtarışda iştirak edən polis əməkdaşları ilə birlikdə həmin yerə getmək üçün Polis Şöbəsindən çıxmışlar. Həmin yerə getdikdən sonra yenidən videoçəkiliş ilə təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra nəşəni təqdim etməyini xahiş etmiş, o, beton piltələrin arasında gizlətdiyi nəşəni götürüb təqdim etmişdir. Daha sonra isə həmin nəşə də müvafiq qaydada qablaşdırılmış, videoçəkiliş yekunlaşdırılmış və təhqiqatçı tərəfindən nümayiş etdirilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 29 avqust 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:25-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 20-21) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 30 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video diskdən görünür ki, üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol ön cibindən bir ədəd kibrit qutusunun içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (İş.v 43-52) Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə 30 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video diskdən görünür ki, Şəki rayonu, “Qarasu” adlanan ərazidə beton körpünün altına baxış keçirən zaman orada olan beton piltələrin arasında bir ədəd sellofan torbada yaşıl rəngli kütlə aşkar edilərək götürülmüşdür. (İş.v 53-55) Məhkəmə Ekspertiza Mərkəzinin X7 xx.xx.2022-ci il tarixli 17/694 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. - tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs “Qarasu” adlandırdığı ərazidə saxladığı narkotik vasitəyə bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd rəngli sellofan torbanın içərisində olan digər 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi – 480,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Rəyin qeyd hissəsində göstərilmişdir ki, Marixuanaların təmiz çəkisi – 485,42 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq 485,32 qr. Aparılmış tədqiqatın dəyəri 34,55 manat təskil edir. (İş.v 61-64) 31 avqust 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 103-105) 31 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqinin vəsatəti təmin edilməyərək məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. (İş. v 107-108) 31 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilərək, o Polis şöbəsinin müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. (İş v. 109-110) Şəki şəhəri İHB-nın “İpəkçi” məhəllə Nümayəndəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli, 4/130 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1956-cı il təvəllüdlü İİ qrup müddətsiz əlil atası X4 və xx.xx.1957-cı il təvəllüdlü İİ qrup əlil anası X5 ilə birlikdə Şəki şəhəri, Bağbanlar küçəsi, ev 1/8 ünvаnındа pasport qeydiyyatında olmаqlа yaşayır. (İş.v 114) Şəki şəhəri İHB-nın “İpəkçi” məhəllə Nümayəndəsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 4/160 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası İİ qrup ruhi xəstədir, anası isə İİ qrup ümumi xəstəlikdən əziyyət çəkir. Hər iki valideyninə Təqsirləndirilən şəxs qayğı göstərir, evdə ancaq özü işləyir və evə ancaq onun gəliri daxil olur. (İş.v 115) Şəki şəhəri İHB-nın “İpəkçi” məhəllə Nümayəndəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli, 4/131 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş.v 116) Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserinin 07 sentyabr 2022-ci il tarixli, 355 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsi, ev 1/8 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən “Kanabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları “Asılılıq sindromu diaqnozu üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. (İş.v 125) Şəki Rayon Psixatriya Xəstəxanasının 02 sentyabr 2022-ci il tarixli, 859 №-li məktubundan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsi, ev 1/8 ünvanında qeydiyyata olan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. (İş.v 130) DİN-nin BƏSİİ-dən daxil olmuş 03 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan mərhum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. (İş.v 135) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1371 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (İş.v 148) Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X10 09 sentyabr 2022-ci il tarixli, 557 nömrəli məhkəmə psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubilkası CM-nin 21.1-ci maddələinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (İş.v 150-151) Şəki Rayon məhkəməsinin 1(075)-22/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İş.v 156-165) Göründüyü kimi Təqsirləndirilən şəxs ilkin ifadəsi hazırki ifadəsindən fərqli olaraq işin faktiki hallarına daha uyğun gəlir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsini dəyişməsini Şəki Şəhər-Rayon Polis şöbəsində olarkən ona təsir olunması halı ilə bir daha qarşılaşmaması üçün ilkin ifadələrində etiraf etməsi kimi əsaslandırmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilmiş, həmin narkotik vasitəni yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığaraq qurudub əldə etdiyini, satış məqsədi olmadan özü istifadə etmək üçün saxladığını etiraf etmiş, nə vəkilinə, nə təhqiqatı, istintaqı aparan şəxslərə,nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, eləcə də araşdırmanı aparmış prokurorluğun müstəntiqinə təzyiq və ya təsirə məruz qalması, üzərindən və baxış keçirilərkən aşkar olunmuş narkotik vasitənin özünə aid olmaması, polis əməkdaşı tərəfindən üzərinə qoyulması barədə bildirməmişdir. Yalnız məhkəmə məsuliyyətinə verildikdən sonra təzyiq və ya təsirə məruz qaldığını, üzərindən və baxış keçirilərkən aşkar olunmuş narkotik vasitənin Polis şöbəsində polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, özünə aid olmadığını iddia etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməməsi iş materialları ilə təkzib olunur. Belə ki, cinayət işində olan Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci-cu il tarixli, 1371 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olunmuşdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Belə ki, Təqsirləndirilən şəxs üzərində kibrit qutusunda və Qarasu adlanan ərazidə yerləşən körpünün altındakı beton piltələrin arasından aşkar edilmiş narkotik vasitəni konüllü olaraq özü təqdim etmiş və yerini göstərmişdir. Həmin vaxtı bunları səmimi etiraf etsə də sonradan fərqli olaraq özünə məxsus olmadığı, polis əməkdaşlarının təzyiqi, təsiri altında boynuna aldığı barədə ifadələr vermişdir. Sərxan Qədiroun üzərindən kibrit qutusunda aşkar edilmiş narkotik vasitə və Qarasu adlanan ərazidə yerləşən körpünün altındakı beton piltələrin arasından aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını əsaslandıra bilməməsini məhkəmə ona görə qeyd edir ki, məhkəmə ekspertizası zamanı həmin kütlələrin hər ikisi eyni tərkibli olmuşdur. Bundan başqa, aşkar edilib götürülərkən Təqsirləndirilən şəxs proses iştirakçılarının yanında narkotik vasitəni özü təqdim etmiş və özünə aid olduğunu bildirmiş, proses iştirakçılarına, eləcə də müdafiəçisinə ona təsir, təzyiq və digər bu kimi hallar barədə heç nə deməmiş və sezdirməmişdir. Götürmə prosesində iştirak etmiş şəxslər də məhkəmə iclasında ifadə verərkən qeyd olunanları Təqsirləndirilən şəxs yanında demişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərındə şəxsi axtarış aparılıb kibrit qutusunda narkotik vasitə aşkar olunub götürülərkən, onda başqa narkotik vasitə olub-olmaması da soruşulmuş, o, Qarasu adlanan ərazidə yerləşən körpünün altındakı beton piltələrin arasında da narkotik vasitə gizlədib saxladığını bildirmişdir. O, ibtidai istintaq zamanı ifadəsində qeyd etdiyi kimi, narkotik vasitə həmin ərazidən aşkar edilib götürülmüşdür. O, narkotik vasitə saxladığı yeri Qarasu adlanan ərazidə yerləşən körpünün altındakı beton piltələrin arası kimi qeyd etmiş, yeri özü göstərib təqdim etmiş, proses iştirakçıları həmin baxış və götürmə hərəkətini onun özünün təqdim etməsi əsasında həyata keçirmişdir. Qeyd olunan hərəkət icra olunarkən heç bir etiraz edilməmişdir. Bunu təqsirləndirilən şəxsin özü və proses iştirakçıları məhkəmə iclasında dindirilərkən də təsdiq etmişlər. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmamış marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və Şəki rayonu, “Qarasu” adlanan ərazidə beton körpünün altında beton piltələrin arasında saxlamış, 29 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 21 radələrində Şəki şəhəri, Bağbanlar küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki boz rəngli cins şalvarının sol ön cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,42 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq Şəki rayonu “Qarasu” adlanan əraziyə baxış keçirən zaman orada olan beton körpünün altındakı beton piltələrin arasında gizlətdiyiı bir ədəd sellofon torbada təmiz çəkisi 480 qram şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə CM-nin 59-cu maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində İİ qrup atası və anasının olmasını və ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən hər bir narkotik vasitənin ictimai təhlükəliliyini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predimeti olan qurudulmuş marixuananın daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu, cəzanın ədalətliliyi baxımından daha təhlükəli narkotik vasitə və yollarla törədilən cinayətlərin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, himayəsində İİ qrup əlil atası və anasının olmasını və ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Seçilmiş cəza növünün təsir gücünü, islah təsirini heç də daha ciddi cəza növündən əsaslı fərqlənən hesab etməyən məhkəmə düşünür ki, azadlığın məhdudlaşdırılması cəzasının həddini nizamlamaqla həmin cəzanın təqsirləndirilən şəxsin islah olunmasında daha təsirli rol oynayacağı mümkündür. Belə ki, təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə, pozduqda, cinayət törətdikdə daha ağır nəticələrlə üzləşəcəyi, seçilmiş cəza növünün daha ciddisi ilə dəyişdiriləcəyi, toplanacağı, hazırda seçilə biləcək daha ağır cəzanın həddindən artıq olacağı qaçılmaz olacaqdır ki, bu da təqsirləndirilən şəxs üçün islah təsirinin əhəmiyyətli dərəcədə tutarlı olmasına görə qanunun imkan verdiyi və məhkəmənin seçdiyi cəza növündən özünü doğrultmaqda yararlanmaq imkanı ilə yanaşı, əks təqdirdə, yəni bu yoldan çəkinməyib davam edərsə onu qarşıda daha ağır və təyin edilmiş cəzanın da nəzərə alınmaqla qəti və ciddi cəza gözlədiyi mənzərəsini daima canlanmaqla islah olunacağına inam yaratmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Qədirov X1 qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və baxış keçirilən zaman götürülmüş tədqiqata sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 485,32 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək həbsdə saxlandığı cəmi 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 04 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 02 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2300-dan növbəti gün saat 0600-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və baxış keçirilən zaman götürülmüş tədqiqata sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 485,32 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi,Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-5/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-5/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver