Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-5/2025 04.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X3 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların etibarnamə üzrə nümayəndəsi, vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, 12 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 01 avqust 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı Şəki rayonunun Aydınbulaq kəndində yerləşən fərdi yaşayış evində tək olmasından istifadə edərək həmin ünvanda birgə yaşadığı baldızı Zərərçəkmiş şəxs1 həmin evin yataq otağında saxladığı əl çantasının içərisində olan açarı götürərək həmin yataq otağındakı saxlanc yeri hesab edilən sandığın qapısının qıfılını qanunsuz olaraq açıb oradan həmin ünvanda birgə yaşadıqları qaynı Zərərçəkmiş şəxs2 və baldızı Zərərçəkmiş şəxs1 birgə mülkiyyətində olan pulun 4500 (dörd min beş yüz) manat hissəsini gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat dəyərində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Şahid1 ilə 2005-ci ildən ailə həyatı qurmuş, birgə nikahdan 2009-cu il təvəllüdlü İlkin, 2011-ci il təvəllüdlü Gülxar və 2014-cü il təvəllüdlü Nihad adlı övladları dünyaya gəlmişlər. Ailə həyatı qurduğu vaxtdan hazıradək Şəki rayonu Aydınbulaq kəndində həyat yoldaşı Murad, Övladları, qaynanası Məhburə, qaynı Xaldarbay və baldızı Fəridə ilə birgə yaşamışdır. Heç yerdə işləməmişdir. Həyat yoldaşı və qaynı Xaldarbay isə təsərrüfatla məşğul olmuşlar. Belə ki, yaşadıqları evin həyətindəki tövlədə iri və xırda buynuzlu heyvanlara baxır, hərdən heyvanlardan bir neçəsini satıb qazanc əldə etməklə ailəni dolandırmışlar. Həyat yoldaşı Murad 230 manat və qaynanası Məhburə təqaüd alırlar. Qaynı Xaldarbay və baldızı Fəridə subaydırlar. Ailə üzvləri ilə münasibəti normal olmuşdur, hərdən ailədaxili münaqişələr olsa da, qısa müddətdə öz həllini tapmışdır. 2020-ci ilin yay aylarında ailədaxili münaqişələr çoxaldığı üçün övladları ilə birlikdə Bakı şəhərinə atası evinə getmiş və 2022-ci ilin oktyabr ayınadək orada valideynləri ilə birlikdə yaşamışdır. Həmin müddət ərzində Muradla əlaqə saxlamışdır. Murad bir neçə dəfə Bakı şəhərinə gedib onlarla görüşmüşdü. Daha sonra Muradın valideynləri Bakı şəhərinə gedib onun evinə qayıtmasını istəmiş, belə olduqda o, yenidən Aydnbulaq kəndinə ər evinə gəlmişdir. Bir neçə ay sonra həyat yoldaşı, baldızı və digər ailə üzvləri ilə ailədaxili münaqişələr yaranmışdır. Beləliklə, 2023-cü ilin avqust ayının əvvəllərinədək birlikdə yaşamışlar. Ailəsi ilə birgə yaşadığı müddətdə əldə olunan qazanc pulları yataq otağındakı sandığın içərisində saxlamışdır. O, pulların orada saxlanıldığını bilmişdir. Çünki o da cücəyə baxmış və bir qədər böyüdükdən sonra satıb əldə olunan qazancı evə gətirib həmin sandığa qoymuşdur. Lakin sandıqda nə qədər pul olduğunu bilməmişdir. Övladlarının görmə qabiliyyətləri zəif olduğu üçün əvvəllər bir neçə dəfə həkim müayinəsindən keçirmişdir. Son vaxtlar da həyat yoldaşı Murada bu barədə bir neçə dəfə desə də, o, uşaqları həkimə aparmamış, ona da pul verməmişdir. Eyni zamanda ailədaxili münaqişlər yenidən çoxaldığı üçün o, sandıqda saxlanılan puldan bir qədər götürüb övladları ilə birgə Bakı şəhərinə gedib, orada özünə kirayə ev tutmaq və uşaqları həkimə aparmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə günorta saatlarında baldızı Fəridə, qaynanası Məhburə və Murad həyətdə olarkən onlardan xəbərsiz həmin otağa daxil olmuş, sandığın üstündə bir neçə yorğan və döşək olduğunu görmüşdür. Sandığın açarı isə baldızı Fəridənin əl çantasının içərisində olması barədə əvvəlcədən məlumatı olmuşdur. Çünki əvvəldən həmin açar çantada saxlanılmışdır. O, çantanın ağzını açıb sandığın açarlarını götürüb qıfılı açmış, sandığın qapağını qaldırdıqda dəsmallar, dəsmalın üstündə isə qazan olduğunu görmüş, qazanın qapağın açdıqda qazanın içərisindəki açıq çəhrayı rəngli dəsmalın arasında pulların olduğunu görmüşdür. Əlini atıb bir qədər pul götürüb əynindəki şalvarın cibinə qoymuş, daha sonra qazanın və sandığın ağzını örtüb qıfılı bağlayıb açarı yenidən Fəridənin çantasına, yəni götürdüyü yerə qoymuşdur. Bundan sonra evdən çıxıb digər evə özünün qaldığı otağa getmiş, pulları cibindən çıxarıb saydıqda, 10, 20, 50 və 100 manatlıq əskinazlardan ibarət cəmi 4500 manat pul olduğunu görmüşdür. Həmin pulları özünə məxsus pul qabına, həmin pul qabını isə özünə məxsus əl çantasının içərisinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində 12 ədəd cücəni satmaq üçün övladları ilə birlikdə Şəki bazarına gəlmiş, evdən çıxarkən sandıqdan götürdüyü 4500 manat pulu və uşaqların vəsiqələrini də özü ilə götürmüşdür. Çünki bazardan sonra uşaqları həkimə aparmaq barədə düşünmüşdür. Bazarda 12 ədəd cücəni 35 manata satmış, bazarda olarkən isə Bakı şəhərinə gedib bir müddət orada yaşamaq qərarına gəlmişdir. Ona görə də övladları ilə birlikdə Şəki avtovağzalına getmiş, avtovağzalın girişində tanımadığı taksi sürücüsünə yaxınlaşıb Bakı şəhərinə getmək istədiyini dedikdə digər sürücü Bakı şəhərində müştərilərinin onu gözlədiyini demiş və münasib qiymətə, yəni 50 manata onu və övladlarını aparacağını bildirmişdir. O, razı olmuş və saat təxminən 11 radələrində övladları ilə birgə markasını və nömrəsini xatırlamadığı həmin taksiyə əyləşmişdir. Bakı şəhər avtovağzalında sandıqdan götürdüyü 4500 manat pulun üstündən 50 manat pulu götürüb tanımadığı həmin sürücüyə verib maşından düşmüş və başqa bir taksi ilə valideynlərinin yaşadığı evə getmişdir. Əvvəldən valideynlərinə Bakı şəhərinə gedəcəyi barədə heç nə deməmişdir. Bir gün orada qalmış, daha sonra kənddən əşyalarını da aparıb bir müddət Bakı şəhərində kirayədə qalmaq qərarına gəlmişdir. Bunun üçün xx.xx.2023-cü il tarixdə bacıları Gülpəri və Humayla birgə evdən çıxıb Bakı avtovağzalına getmiş, orada tanımadığı taksi sürücüsündən onları Şəki rayonuna gətirməsini, həmçinin əşyalarını yığmaq üçün yük maşını tapmasını xahiş etmişdir. Həmin şəxs bir nəfər şəxslə danışıb özünün onları 70 manata Şəki şəhərinə gətirib geri qaytaracağını, yük maşınının sürücüsünün isə əşyalarını 250 manata Bakı şəhərinə apara biləcəyini dedikdə o, razı olub həmin şəxslə Şəki rayonu Aydınbulaq kəndinə gəlmişdir. Həmin yük maşını da kəndə gəlmiş, həyat yoldaşı və qaynanası ilə görüşüb əşyalarını götürmək üçün gəldiyini demişdir. Daha sonra bacılarının köməyi ilə övladlarının paltarlarını, özünə məxsus yorğan-döşək və qab-qacağı həmin Ford markalı yük maşınının yük yerinə yığaraq maşına əyləşib yenidən Bakı şəhərinə atası evinə getmişlər. Yolda olarkən həmin puldan yemək almaq üçün xərcləmiş, yükləri atası evinə yığmışlar. Daha sonra sandıqdan götürdüyü pulun üstündən 250 manat pulu yük maşınının sürücüsünə, 70 manat pulu isə taksi sürücüsünə vermişdir. Valideynləri onun üzərində həmin pulu görməmişlər. xx.xx.2023-cü il tarixdə isə həyat yoldaşı Murad qardaşı Ramazana zəng edib evdəki sandıqdan 70-80 min manat pul oğurlandığını və həmin pulu onun götürdüyünü demişdir. Qardaşı ona zəng edib bu barədə dedikdə o, valideynlərinə sandıqdan 4500 manat pul götürdüyünü etiraf etmişdir. Həmin gün axşam saatlarında qaynı Xaldarbay, baldızları Fəridə və Kamilə Bakı şəhərinə onun atası evinə gəlib ondan pulları istədikdə o, onlara sandıqdan 4500 manat pul götürdüyünü, həmin pulun 4000 manatının özündə olduğunu, qalan 500 manatı isə xərclədiyini bildirmişdir. O, Şəki rayonu, Aydınbulaq kəndində yerləşən həyat yoldaşı ilə birgə yaşadığı evin yataq otağındakı sandığın qapağının üzərindəki qıfılın kilidini açarla açıb oradan cəmi 4500 manat pul götürmüşdür. Pulları götürərkən heç kim olmamışdır. Qeyd olunan ünvandan 63400 manat pul oğurlamamışdır. Həmin sandıqda 72000 manat pul olma ehtimalı yoxdur. Evdə Fəridə və Xaldarbay ayrıca pul qazanmamışlar. Həm də ötən il həmin puldan Xaldarbaygilin yaşadıqları evin həyətində özünə yeni ev tikdirmiş və həyətin kənarlarını kubiklə hasarlamışdır. Özünün satdığı cücələrdən əldə etdiyi pulun çox hissəsini evin xərclərinə ödəmiş, az hissəsini sandığa qoymuşdur. Murad isə Xaldarbayla birgə heyvan satıb sandığa pul yığmışdır. Sonuncu dəfə hadisədən təxminən bir həftə əvvəl sandığa pul qoymuşdur. Əvvəllər ona pul lazım olduqda həyat yoldaşı Murada dedikdən sonra sandığı açıb oradan lazım olan pulu götürmüşdür. İstintaq zamanı azadlığa buraxılacağını düşündüyü üçün evdən 19000 manatdan çox pul götürməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin ünvanda təsərrüfat həyat yoldaşı Muradın adına olmuş, baldızı Fəridənin və qaynı Xaldarbayın qazanc sahəsi olmamışdır. Xaldarbay Murada təsərrüfat işlərində kömək etmişdir. Onun götürdüyü 4500 manat öz pulu olmuşdur. Həmin pulun 2500 manatı özünün saxladığı pul və 2000 manatı da yoldaşının pulu olmuşdur. O, həmin evdə 18 il gəlin olduğu üçün sandığın açarını o da götürə bilirdi. Çantanı onlar gizlətməmişlər, sandıqça isə onun yataq otağında olmuşdur. O, bir gün əvvəldən yoldaşına demişdir ki, uşaqları həkimə aparmaq lazımdır. Ancaq yoldaşı razılaşmamışdır. O da pulu götürüb uşaqları həkimə aparacağını demiş, ancaq yoldaşı heç nə deməmişdir. Səhər yenə yoldaşına demişdir ki, “əgər sən belə edirsənsə mən pulu götürürəm və uşaqlarıda aparıb səndən ayrılıram”. Yoldaşı yenə heç nə deməmiş və işinə getmişdir. Buna görə də o, pulu götürüb uşaqları aparıb getmişdir. Özünü təqsirli bilmir. Himayəsində 3 yetkinlik yaşına çatmayan övladı vardır. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, 2002-ci ildən yaşadığı kənddə təsərrüfatla məşğul olur. Təsərrüfatında 90 baş xırdabuynuzlu, 24 baş iribuynuzlu heyvan vardır. Təxminən 20 ildir ki, təsərrüfatında olan heyvanlardan hər ay bir neçəsini satıb evin xərclərini ödəmişdir. Həmçinin artıq qalan pulları da yeni tikili evin yataq otağındakı anasına məxsus sandığın içərisində olan qazanın içərisinə yığıb saxlanmışdır. Evdə anası Məhburə, bacısı Fəridə, qardaşı Murad, Muradın həyat yoldaşı Günel və üç övladı ilə birgə yaşamışlar. Uzun illərdir ki, təsərrüfatında ətlik heyvanlar saxlamış, onları yetişdirib bazarda satmış və əldə etdiyi qazancı da sandığa yığmışdır. Həmçinin bacısı Fəridə əvvəllər müəllim işləmiş, 2019-cu ildə Fəridə işdən çıxmışdır. Birgə yaşadıqları evdə ev quşlarına baxmış, bazarda satıb müəyyən qazanc əldə etmişdir. Bundan başqa təsərrüfatda olan heyvanların südünü, qatığını, pendirini satıb qazanc əldə etmiş və əldə etdiyi pulların hamısını həmin sandığın içərisinə qoymuşdur. Onlara pul lazım olduqda sandıqdan pulu götürüb xərclərinə ödəmişlər. Anasının aldığı təqaüd evin xərclərinə, Murad isə öz təqaüdünü övladlarının xərclərinə ödəmişdir. Muradın həyat yoldaşı Günel də övladları ilə birlikdə onların yanında yaşamışdır. Günel övladları ilə birgə köhnə tikilidə qalmışdır. Lakin onların yaşadığı evə də sərbəst şəkildə gəlmişdir. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında pulları saydıqda cəmi 72000 manat pul olduğunu görmüşdür. Həmin pulları noxudu rəngli dəsmal ilə bağlayıb qırmızı rəngli qazanın içərisinə qoymuş və qazanın qapağını bağlamışdır. Sandığın kilidini isə bağlayıb açarı bacısı Fəridəyə vermişdir. Sandığın açarı Fəridənin çantasında saxlanılmışdır. Ona və ailə üzvlərinə pul lazım olduqda Fəridə və o, sandığın qıfılını açıb oradan pul götürmüşlər. 2020-ci ildə Muradla aralarındakı münaqişədən sonra Günel övladları ilə birgə Bakı şəhərinə atası evinə getmiş, təxminən iki il orada yaşadıqdan sonra yenidən evə qayıtmışdır. Günel heç yerdə işləməmiş, evdə cücə saxlamış, həmin cücələrdən bir neçəsini hərdən satıb öz xərclərinə ödəmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Günel övladları İlkin, Gülxar və Nihad ilə birlikdə Şəki şəhərinə getmək adı ilə evdən çıxmış, gedərkən cücələri də satacağını deyib özü ilə aparmışdır. Həmin gün axşamadək Günel evə gəlməmişdir. Ona zəng etsələr də, Günel zənglərə cavab verməmişdir. Günelin və uşaqların başına hadisə gəlməsindən narahat olub onun qardaşına da zəng etmişlər, lakin o da cavab verməmişdir. Nəhayət ki, Bakı şəhərində yaşayan qardaşı Mahmudla əlaqə saxladıqdan sonra Günelin övladları ilə birlikdə Bakı şəhərində atası evində olduğunu öyrənmişlər. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Günelə zəng etdikdə o, atası evində olduğunu, Muradla boşanacağını, kəndə gəlib əşyalarını aparacağını deyib telefonu söndürmüşdür. Həmin gün saat 17-18 radələrində Günel bacıları Gülpəri və Humayla birlikdə Ford markalı avtomobil ilə yaşadıqları evə gəlmiş, yaşadığı evdən əşyalarını və cücələri həmin avtomobilə yığıb getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində o, Şəki şəhərində “heyvan bazarı” adlanan yerdə olarkən bacısı Fəridəyə zəng edib ot almaq üçün sandıqdan pul çıxarmasını demiş, daha sonra evdən ona zəng edib sandıqdakı pulun çox hissəsinin yerində olmadığını demişlər, o, dərhal evə gəlib sandığın içərisində pulları bağladığı dəsmalın dağınıq halda olduğunu, pulun sayının isə azaldığını görmüşdür. Dərhal pulu saydıqda qazanın içərisində cəmi 8600 manat, 400 ABŞ dolları, dəqiq məbləği xatırlamadığı rus rublun olduğunu görmüşdür. 63400 manat pulun yerində olmadığı məlum olmuşdur. Halbuki əvvəldən həmin qazanda dollar və rubldan başqa 72000 manat pul olmuşdur. Qardaşı Murad və bacısı Fəridə Günelə zəng edib bu barədə soruşduqda o, pul götürmədiyini demiş, bacıları Fəridə və Kəmalə ilə birlikdə Bakı şəhərinə Günelin atası evinə getmişlər. Orada Günel qapıdan çıxıb yenə pulu götürmədiyini onlara demişdir. Səhəri gün Günel telefonla zəng edərək onların sandıqda saxladıqları pulda onun da haqqının olduğunu, evdən çıxarkən 4500 manat pulu sandıqdan götürdüyünü, həmin pul ilə övladları ilə özünə kirayə ev tutacağını bildirmişdir. Günel cəmi 4500 manat pul götürdüyünü dediyi üçün ona ümumilikdə 63400 manat pulun yoxa çıxması barədə heç nə deməmişdir. Bu barədə qohumlara da heç nə deməmişdir. Gələcəkdə polisə şikayət etdikdə həmin məbləği demək qərarına gəlmişdir. Güneldən nə üçün onlara bu barədə heç nə demədiyini soruşduqda, Günel “yaxşı eləmişəm, mənim payımdır, həmin pulun 500 manatını xərcləmişəm, qalan pul isə özümdədir” sözlərini demişdir. Belə olduqda onlar Aydınbulaq kəndinə yaşadıqları evə qayıtmış, yenidən Günel ilə əlaqə saxlayıb pulları qaytarmasını bildirmiş, lakin o, pulları qaytarmayacağını dediyi üçün xx.xx.2023-cü il tarixdə, səhər saatlarında bacısı Fəridə DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, o, sonuncu dəfə 2023-cü ilin yanvar ayında sandığın içərisindəki pulları saydıqda 72000 manat, 400 ABŞ dolları və rubllar olmuşdur. 72000 manat pulu dəsmal ilə bağlayıb qazanın içərisinə, dollarları və rublları isə həmin pullardan ayrı qazanın içərisinə qoyub qapağını örtmüşdür. Həmin vaxtdan sonra qazandan pul götürməmiş, həmçinin üstünə pul qoymamışdır. Həmin pullar ona və bacısı Fəridəyə məxsus olmuşdur. Təxminən 20 ildir ki, təsərrüfatdan əldə etdiyi qazancı həmin sandığa yığaraq 72000 manat yığmışdır. Həmin pulun əsas hissəsini isə onun yetişdirib satdığı ətlik heyvanlardan əldə etmişdir. Həmin 72000 manat pulun əksər hissəsinin 50 və 100 manatlıq pul əskinazları təşkil etmişdir. Eyni zamanda 10, 20, 50 və 200 manatlıq pul əskinazları da olmuşdur. Qardaşı Şahid1 və onun həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus pul olmamışdır. Murad aylıq təqaüddən əldə etdiyi 220 manat qazanc, Günel isə hərdən cücə satmaqla qazanc əldə etmişdir. Əldə etdikləri qazancı isə özlərinə və övladlarına xərcləmişlər. Günelin də digər ailə üzvləri kimi sandığın açarının saxlanıldığı yer barədə məlumatı olmuşdur. Günel 2023-cü ilin aprel ayınadək onlarla normal səmimi münasibət saxlamışdır. Bakı şəhərinə atası evinə gedib təxminən 10 gün orada qaldıqdan sonra yenidən evə qayıtmış, həmin vaxtdan sonra onlara qarşı münasibəti dəyişmişdir. Hərdən onlarla danışmamış, kobud cavab vermişdir. Murad ilə aralarında hərdən münaqişə yaranmışdır. 2023-cü ilin yanvar ayından xx.xx.2023-cü il tarixədək olan müddətdə qardaşı Muradın həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən onlara məxsus 63400 manat pul oğurlanmışdır. Günel həmin pulun hamısını etiraf etməsə də, 4500 manat pul götürməsini etiraf etmişdir. Göstərmişdir ki, o, hadisə olan günü bazara getmişdir. Ot almaq istəmiş və zəng vurub demişdir ki, Fəridə sandıqdan pul çıxarsın. O, bazardan gəlib heç kimə heç nə bildirməmişdir. Görmüşdür ki, evdə vəziyyət yaxşı deyil. Günelə zəng etmiş demişlər ki, “sandığı sən açmısan”. Demişdir ki, “yox mənlik deyil”. Bakıya atası evinə gedəndə Günelin anası qabaqlarına çıxıb nə olduğunu soruşmuş və onlar da pulu versinlər çıxıb gedəcəklərini bildirmişlər. Günelin anası demişdir ki, onun xəbəri yoxdur. Ancaq Günel demişdir ki, onda pul yoxdur. Əmisi oğlu Günelin anasına demişdir ki, yola gətir pulu versin onlar da çıxıb getsinlər. Söhbəti onların ailəsi, əmisi oğlu və onun əmiləri bilmiş, başqa heç kim bilməmişdir. Daha sonra Günelə zəng vurmuşlar, Günel telefonu açmamışdır. Əmisi oğlu zəng vuranda bu zaman Gülpəri telefonu açmış, demişdir ki, yanında yoxdur. 3-5 dəqiqədən sonra əmisi oğlu yenə Gülpəriyə zəng vurmuşdur. Gülpəri telefonu açanda Günellə ikisi yan-yana olmuşdur. Danışan zaman demişdir ki, o, 4500 manat oğurlamış və onu da polisə verib özünü qurtaracaqdır. Bacısı ona demişdir ki, özünü döyüb onu şərləyib tutduracaqdır. O, anası ilə danışanda telefonu alıb demişdir ki, onun başına iş açacaqdır. Onlar həmin gün səhər Şəkiyə gəlmişlər. İki dəfə Günelə zəng vuranda bildirmişlər ki, getsinlər polisə. Onlar da qaynar xəttə zəng etmişlər. Sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışlar. Daha sonra izahat verib ərizə yazmışlar. Bir müddət sonra Günel özü ona zəng vurub demişdir ki, şöbəyə gəlirlər. Onları şöbəyə çağırıblar. Demişlər ki, saat 15:00-da polis şöbəsinə gəlsinlər. Əməliyyatçılardan biri gəlib və onu çağırmışdır. Onu rəisin otağına aparmışlar. Polislər onu şöbədə döymüş, 2 gün orada saxlamışlar. Daha sonra buraxmışlar. Həmin günə qədər müstəntiq onlara demişdir ki, sübut var. Ancaq həmin gün demişdir ki, heç nə yoxdur. O, Günelə qarşı hər hansı əxlaqsız hərəkət etməmişdir. Günel onların 63400 manat pullarını oğurlamışdır. Təqsirləndirilən şəxslə barışıq olmamışdır, şikayətçidir. Hesab edir ki, istintaq düzgün aparılmamışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. 2013-cü ildən 2019-cu ilədək Bakı şəhərində Türk Liseyində köməkçi müəllimə işləmiş, daha sonra Liseyin fəaliyyəti dayandğı üçün Aydınbulaq kəndinə atası evinə gəlmişdir. Həmin vaxtdan yaşadığı kənddə təsərrüfatla məşğul olmağa başlamışdır. Belə ki, hazıradək evdə ev quşlarının özünü və yumurtasını satmaqla, həmçinin təsərrüfatlarında olan xırdabuynuzlu heyvanların, yəni qoyun və keçinin süd məhsullarını salmaqla qazanc əldə edir. Təsərrüfatlarında 90 baş xırdabuynuzlu, 24 baş iribuynuzlu heyvanlar vardır. Həmin heyvanlar əsasən qardaşı Xaldarbayın nəzarətindədir. Xaldarbay heyvanların yemlənməsi və otarılması ilə məşğul olur. O da ona kömək etmişdir. Digər qardaşı Muradın gözü zəif gördüyü üçün əsas işləri görə bilmir, hərdən onlara köməklik edir. Xaldarbay uzun illərdir ki, təsərrüfatla məşğul olmuşdur. O, ətlik heyvanlar alıb bəsləmiş və sataraq pul əldə etmişdir. Xaldarbay hər ay demək olar ki, ətlik iribuynuzlu heyvan və quzu satmışdır. Heyvanları örüşə də Xaldarbay özü aparmış, heyvanların otunu və yemini Xaldarbay özü almışdır. Anası Məhburə 327 manat və qardaşı Murad isə 2-ci qrup əlil olduğu üçün 220 manat təqaüd alırlar. Anasının aldığı təqaüdü evin xərclərinə ödəmiş, Murad isə öz təqaüdünü övladlarına xərcləmişdir. Muradın həyat yoldaşı Günel və övladları da onlarla birlikdə yaşamışlar. Həyətdə iki ev vardır ki, onlardan biri iki otaqlı olmaqla köhnə tikili ev, digəri isə iki otaqlı olmaqla yeni tikilidir. Günel övladları ilə birgə köhnə tikilidə yaşamışlar. Lakin onların yaşadığı evə də sərbəst şəkildə getmiş, onlarla birgə oturmuşdur. Qardaşı Xaldarbay və o, təsərrüfatdan əldə etdikləri pulları eyni yerdə, yəni yeni tikili evin yataq otağındakı anasına məxsus sandığın içərisində saxlamışlar. Sonuncu dələ 2023-cü ilin yanvar ayında Xaldarbay ilə birlikdə pulları saydıqda cəmi 72000 manat pul olduğunu görmüşdür. Həmin pulları dəsmal ilə bağlayıb qırmızı rəngli qazaçanın içərisinə qoymuş, həmin puldan başqa 4 ədəd yüzlük ABŞ dolları və bir neçə rus rublu da sandığın içərisində olmuşdur. Daha sonra qazanın qapağını örtmüş, Xaldarbay sandığın kilidini bağlayıb açarı ona vermişdir. Sandığın üstünə üç ədəd yataq döşəyi yığmış, açarı isə həmin otaqdakı ona məxsus qara rəngli əl çantasının cibində saxlamışdır. Evin xərclərini isə əlavə pullarla ödəmişlər. Ona görə də həmin pullar olan sandığı mütəmadi olaraq açmamışlar. Sandığa pullardan əlavə dəsmallar və stəkanlar da qoymuşlar. Qardaşı Muradın həyat yoldaşı Günel də onlarla birgə yaşadığı üçün sandıqda pulların olması barədə məlumatı olmuşdur. Çünki onlar evdə pulları sayarkən və sandığa qoyarkən Günel görmüşdür. Günelin sandığın açarını saxladığı yer barədə də məlumatı olmuşdur. 2020-ci ildə Muradla aralarındakı münaqişədən sonra Günel övladları ilə birgə Bakı şəhərinə atası evinə getmiş, təxminən iki il orada yaşadıqdan sonra yenidən evə qayıtmışdır. Günel heç yerdə işləməmişdir. Əvvəllər evdə heç bir təsərrüfatla məşğul olmamış, günün çox hissəsini telefonla danışmış, mesajlar yazmışdır. Günelin telefonla kimlərləsə danışdığını eşitmişdir. O, ev barədə telefonda danışmışdır. 2023-cü ilin ilin əvvəllərindən Günel evdə cücə saxlamağa başlamış, həmin cücələrdən bir neçəsini hərdən satıb öz xərclərinə ödəmişdir. 2023-cü ilin aprel ayının sonlarında Günel atasının səhhəti ilə bağlı özü tək Bakı şəhərinə atası evinə getmiş, təxminən 10 gün orada qalıb yenidən evə qayıtmışdır. Həmin vaxtda qədər Günelin evdə onlara qarşı münasibəti normal olmuş, səmimi münasibət saxlamışdır. Lakin Bakı şəhərinə gedib qayıtdıqdan sonra onlara qarşı münasibəti dəyişmiş, çox vaxt danışmamışdır. xx.xx.2023-cü il tarixdə, səhər saat 08 radələrində Günel övladları İlkin, Gülxar və Nihad ilə birlikdə Şəki şəhərinə getmək adı ilə evdən çıxmış, gedərkən cücələrin də bir hissəsini satacağını deyib özü ilə aparmışdır. Həmin gün axşamadək Günel evə gəlməmiş, ona zəng etsələr də, lakin zənglərə cavab verməmişdir. Günelin və uşaqların başına hər hansı hadisə gəlməsindən narahat olub onun qardaşına da zəng elsələr də, o da zəngə cavab verməmişdir. Bundan sonra Bakı şəhərində yaşayan qardaşı Mahmudun vasitəsilə Günelin övladları ilə birlikdə Bakı şəhərinə atası evinə getməsi barədə məlumatları olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 17-18 radələrində Günel bacıları Gülpəri və Humayla birlikdə Ford markalı avtomobil ilə yaşadıqları evə gəlmiş, özünün yaşadığı evdən əşyalarını və cücələri həmin avtomobilə yığıb getmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında qardaşı Xaldarbay təsərrüfatından 5 baş xırdabuynuzlu heyvanları satmaq üçün Şəki şəhərində yerləşən “heyvan bazarı” adlanan bazara getmiş, saat təxminən 10 radələrində Xaldarbay ona zəng edib bir kamaz ot aldığını, otun pulunu vermək üçün sandıqdan pul çıxarmasını demişdir. O, sandığın qapısını açdıqda içərisinə pulları yığdıqları qazanın qapağının aralı olduğunu, dərhal qapağı açıb baxdıqda isə pulların azaldığını görmüşdür. Dərhal Xaldarbaya zəng edib məlumat vermişdir. Daha sonra pulu saydıqda qazanın içərisində cəmi 8600 manat, 400 ABŞ dolları, dəqiq məbləği xatırlamadığı rus rublunun olduğunu görmüşlər. 63400 manat pulun yerində olmadığını başa düşmüşlər. Onlar Günelə zəng edib bu barədə soruşduqda o, pul götürmədiyini demiş, bacısı Kəmalə və qardaşı Xaldarbayla birlikdə Bakı şəhərinə Günelin atası evinə getmişlər. Orada Günel qapıdan çıxıb yenə pulu götürmədiyini dedikdə onlar Günelə götürdüyü pulları qaytarmasını izah etsələr də, Günel inkar elmişdir. Həmin gün Bakı şəhərində qalmışlar və səhəri gün Günel telefonla zəng edərək sandıqda saxladıqları pulda onun da haqqının olduğunu, evdən çıxarkən 4500 manat pulu sandıqdan götürdüyünü, həmin pul ilə övladları ilə özünə kirayə ev tutacağını bildirmişdir. Onlar Günelə ümumilkdə 63400 manat pulun yoxa çıxdığını deməmişlər. Güneldən pulları nə üçün xəbərsiz götürdüyünü soruşduqda isə “yaxşı eləmişəm, mənim payımdır, həmin pulun 500 manatını xərcləmişəm, qalan pul isə özümdədir” sözlərini demişdir. Bundan sonra Günel ilə mübahisə etməmiş, ona şikayət edəcəkləri barədə məlumat vermişlər. Aydınbulaq kəndinə yaşadıqları evə qayıtdıqdan sonra yenidən Günel ilə əlaqə saxlayıb pulları qaytarmasını desələr də, Günel pulları qaytarmayacağını bildirdiyi üçün xx.xx.2023cü il tarixdə səhər saatlarında DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, ayın ikisi atasının ili olmuşdur. Ayın biri Günel evdən gedəsi idi. Böyük oğlu şəhərə getmək istəməmişdir. Günel həmin ildən başlayaraq cücə saxlamışdır. Ayın ikisi atasının ili olmuş, ayın üçü də sayını dəqiq xatırlamadığı sayda cücələri yığıb, 3 uşaqla şəhərə getdiyini bildirib evdən getmişdir. Qardaşı avtobusun gəlmə vaxtlarında gözləmiş, lakin heç birində gəlməmişdir. Daha sonra zəng etmiş, ancaq telefonu açmamışdır. Sonra qardaşına zəng etmiş, lakin qardaşı da telefonu açmamışdır. Sonra axşam zəng edəndə uşaqların Bakıda olduğunu öyrənmişdir. Bazar günü qardaşı heyvan satmağa bazara getmişdir. Bazarda ona zəng edib demişdir ki, pul lazımdı və ona oradan 1000 manat pul çıxartsın. Sandığın açarı onda olmuşdur. O, sandığı açmış, qazan ağzına kimi dolu və dəsmalın içində pul bükülüdür. Görmüşdür ki, açılıb azca pul qalıb. Azərbaycan pulu çox az idi və biraz da rus pulu var idi. Evdə vəziyyət qarışdı. Anası pis oldu sonra qardaşına zəng vurdu, qardaşı gəldi. Evdən çıxanda Günel olduğu üçün ondan şübhələndilər. Aprel ayında atası əməliyyat olunurdu atasının yanına getmiş və 10 gün qalmışdır. Bu arada onlar bacı-qardaş əməliyyat pul söhbəti və s. olmuşdur. Daha sonra o, qardaşı və böyük bacısı Bakıya getmişlər. Özünə zəng edib soruşmuşlar ki, pul ondadır. Lakin heç nə deməmişdir. Valideynlərinə də zəng etmişlər, ancaq heç biri yaxın durmamışdır. O, əmisi oğluna zəng etmişdir. Əmisi oğlu Sumqayıt şəhərində yaşayır. Onlar gecə gedib Bakıya çatmışlar. Əmisi oğlu da işdən çıxıb, gəlmişdir. Gecə saat 11-də onların evinə getmişlər. Evdə onları qarşılayan Günel və anası olmuşdur. Başqa heç kimi də görməmişdir. Qardaşının böyük qızı gəlib, sonra getmişdir. Başqa heç kəsi görməmişlər. Onlar demişlər ki, onlara aid olan pulu versinlər, onlar gedəcək. Anası demişdir ki, o, Qurana and içə bilər ki, götürə də bilər götürməyə də. Günel demişdir ki, o götürməmişdir. Götürsə də onlara verməyəcək, polisə verər. Daha sonra onlar əmisigilə getmişlər. Səhər zəng edib demişlər ki, onlara 2 saat vaxt versinər söz deyəcəklər. Sonra demişlər ki, 4500 manatı götürmüş, polislərə verəcəklər, onlara verməyəcəklər. Günelin bacısı Gülpərini ya qapılarına gələndə, ya da gedəndə görməmişlər. Gülpəri də onlara demişdir ki, polisə şikayət etsələr, onları şərləyəcəkdir. Onlar da qayıdıb, gəlmişlər. O, səhər 102 xidmətinə zəng edib, 63400 manat pul oğurlandığını və 8600 manat qaldığını bildirmişdir. Daha sonra polis əməkdaşları onların evinə gəlmiş, videosunu çəkmişlər. Günel 2023-cü ilin aprel ayının axırından sonra dəyişmişdir. Belə ki, 10 gün gedib Bakı şəhərində qalmışdır. Bir gün də o, əməliyyat olunmuşdur bazara gəlmişdir. Günel demişdir ki, Bakıya gedir göz əməliyyatının həkimi gəlmişdir. Polis şöbəsində istintaq hərəkətləri getmişdir. Şöbədə ona demişlər ki, sübut var. Daha sonra ona heç nə deməmişlər. Sonradan gəlib çəkmişlər, çekin içindən 500 manat çıxmış onu da anası karantin vaxtı vermişdir. Göstərmişdir ki, həmin pullar ona və qardaşı Xaldarbaya məxsus olmuşdur. Pulların arasında Xaldarbayın qazancı daha çox olmuşdur. Xaldarbay təxminən 20 ildir ki, təsərrüfatdan əldə etdiyi qazancı həmin sandığa yığmışdır. O isə 2019-cu ildən sonra əldə etdiyi qazancı həmin pulların üstünə qoymuşdur. Onlar 72000 manat pul yığmışlar. Həmin 72000 manat pulun əksər hissəsi 50 və 100 manatlıq pul əskinazları olmuşdur. Eyni zamanda 10, 20, 50 və 200 manatlıq pul əskinazları da olmuşdur. Həmin qazanın içərisində Günelə və Murada məxsus pul olmamışdır. Muradın aylıq qazancı 220 manat olmuşdur. Günel isə hərdən cücə satmaqla qazanc əldə etmişdir. Həmin pulları isə özlərinə və övladlarına xərcləmişlər. 2023-cü ilin yanvar ayından xx.xx.2023-cü il tarixədək olan müddətdə qardaşı Muradın həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən 63400 manat pul oğurlanmışdır. Günel həmin pulun hamısını etiraf elməsə də, 4500 manat pul götürməsini etiraf etmişdir. Təqsirləndirilən şəxslə barışıq olmamışdır, şikayətçidir. Hesab edir ki, istintaq düzgün aparılmamışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. 10 ildir ki, gözdən İİ qrup əlildir. Hərdən qardaşı Xaldarbaya təsərrüfat işində kömək edir. Lakin səhhətinə görə işləyə bilmir. Qardaşı Xaldarbayın təsərrüfatında çoxlu sayda xırda və iribuynuzlu heyvanlar vardır. O, həmin heyvanları bəsləyib satır və qazanc əldə edir. Həmçinin bacısı Fəridə də ev quşlarına baxmış, böyüdüb sataraq qazanc əldə etmişdir. O, 220 manat təqaüd alır. Həmin təqaüdü hər ay ailəsinə və övladlarına xərcləmişdir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 2009-cu il təvəllüdlü İlkin, 2011-ci il təvəllüdlü Gülxar və 2014-cü il təvəllüdlü Nihad adlı övladları dünyaya gəlmişlər. Günel də heç yerdə işləməmiş, 2023-cü ilin əvvəllərindən cücə yetişdirməyə başlamış, hərdən həmin cücələrdən satıb özü üçün xərcləmişdir. Günel ilə əvvəllər ailə münasibətləri normal olmuş, hərdən atası evinə gedib gəlmişdir. 2020-ci ildə aralarındakı ailə münaqişəsindən sonra Günel övladları ilə birlikdə Bakı şəhərinə atası evinə getmiş, 2022-ci ildə geri qayıtmışdır. Yenidən normal yaşamışlar. 2023-cü ilin aprel ayında Günel yenidən Bakı şəhərinə atası evinə getmiş və təxminən 10 gün orada qalıb yenidən kəndə qayıtmışdır. Həmin vaxtdan sonra Günel ona və digər ailə üzvlərinə qarşı kobud münasibət göstərmişdir. Tez-tez səbəbsiz münaqişələr etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə olarkən övladları ona ayın 3-də həkimə gedəcəklərini demiş, xx.xx.2023cü il tarixdə səhər tezdən Günel uşaqlarla birgə həkimə və bazara gedəcəyini deyib evdən çıxmışdır. O, özü ilə cücələrin bir hissəsini də satacağını deyib aparmışdır. Həmin gün günorta saatlarına qədər gözləmiş, lakin Günel və uşaqlar evə gəlməmişlər. Günelə zəng etsə də, o, zənglərə cavab verməmişdir. Axşam saatlarına qədər bir neçə dəfə zəng etsə də, Günel cavab verməmiş, belə olduqda Bakı şəhərində yaşayan qardaşı Mahmudla əlaqə saxlamışlar və ondan sonra Günelin övladları ilə birlikdə ondan xəbərsiz Bakı şəhərinə atası evinə getdiyini bilmişlər. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yenidən Günelə zəng etdikdə o, atası evində olduğunu, ondan boşanmaq istədiyini, kəndə gəlib əşyalarını aparacağını deyib telefonu söndürmüşdür. Həmin gün saat 17-18 radələrində Günel bacıları Gülpəri və Humayla birlikdə Ford markalı avtomobil ilə onun yaşadığı evə gəlib əşyalarını və cücələri həmin avtomobilə yığaraq getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində qardaşı Xaldarbay Fəridəyə zəng edib ot almaq üçün sandıqdan pul çıxarmasını deyərkən o, həmin vaxt yan otaqda olmuşdur. Anidən Fəridənin uca səslə “pul yoxdur” deyib ağlamasını eşitmiş, dərhal həmin otağa daxil olub sandığa baxdıqda pulların olduğu qabın ağzının açıq olduğunu, içərisindəki dəsmalın dağınıq halda olduğunu görmüşdür. Qardaşı Xaldarbay da bir neçə dəqiqə sonra evə gəlmiş, onlar Günelin pulları da götürüb getməsindən şübhələnmişlər. Xaldarbay pulu sayıb 72000 manat puldan cəmi 8600 manat pulun qaldığını dedikdə o, Günelə zəng edib bu barədə soruşmuş, Günel isə pul götürmədiyini demişdir. Onlar Günelə inanmamış, ona görə də bacıları Fəridə, Kəmalə və qardaşı Xaldarbay Bakı şəhərinə Günelin atası evinə getmişlər. Həmin gün axşam saatlarında Fəridə ilə telefonla danışarkən Günelin evdən 4500 manat pul götürməsini etiraf etdiyini, qalan pulu isə etiraf etmədiyini ona demişdir. Bir gün sonra isə bacısıgil kəndə qayıtmışdır. Günelə yenidən zəng edib pulları qaytarmasını demişlər, lakin o, pulları qaytarmayacağanı bildirdikdə xx.xx.2023-cü il tarixdə səhər saatlarında bacısı Fəridə DİNnin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və Şəki ŞRPŞnə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, onun sandıqda pul olması barədə məlumatı olmuşdur. Çünki evdə birgə söhbət zamanı Xaldarbay və Fəridənin əldə eldikləri qazancdan gələcəkdə Xaldarbaya Bakı şəhəri ətrafında ev almaq üçün pul yığdıqları barədə demişlər. Həmin pulları isə özlərinin yataq otağındakı sandığa qoymuşlar. Lakin həmin sandıqda nə qədər pul olması barədə məlumatı olmamışdır. Sandıqdakı həmin pullar qardaşı Xaldarbaya və bacısı Fəridəyə məxsus olmuşdur. Uzun müddətdir ki, Xaldarbay evdə xırda və iribuynuzlu heyvanlara qulluq edib ətlik heyvanları və quzuları sataraq pul qazanmışdır. Qazandığı pulları isə həmin sandığa yığmışdır. Həmçinin Fəridə də süd məhsulları və ev quşlarını satmaqla pul əldə edib Xaldarbayla birgə həmin sandığa yığmışdır. Sandığın içərisində Günelə və onun özünə məxsus pul olmamışdır. O, hər ay 220 manat təqaüd almışdır. Günel isə hərdən cücə satmaqla qazanc əldə etmişdir. Əldə etdikləri qazancı özlərinə və övladlarına xərcləmişlər. Hətta anası və qardaşı Xaldarbay həmişə onlara maddi köməklik etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Fəridə onun qızı, Xaldarbay isə oğludur. Onlar yaşadıqları kənddə təsərrüfatla məşğul olurlar. Günel isə digər oğlu Muradın arvadıdır. Onlar 2005-ci ildə ailə həyatı qurmuşlar, birgə nikahdan 2009-cu il təvəllüdü İlkin, 2011-ci il təvəllüdlü Gülxar və 2014-cü il təvəllüdlü Nihad adlı övladları dünyaya gəlmişlər. Günel də heç yerdə işləmir, hazırda Bakı şəhərində atası evində yaşayır. Özü təqaüdçüdür, aldığı təqaüdlə evin gündəlik xərclərini qarşılayır, qalan xərcləri isə Xaldarbay və Fəridə təsərrüfatdan əldə etdiyi qazancla ödəyirlər. Oğlu Murad gözdən əlil olduğu üçün heç bir iş görmür. Murad təqaüd alır və həmin təqaüd ilə öz xərclərini ödəyir. Günel də onlarla birgə yaşadığı vaxtlarda, yəni bu ilin əvvəllərindən cücə yetişdirməyə başlamış, hərdən həmin cücələrdən salıb özü üçün xərcləmiş, öz övladlarına paltar və oyuncaq almışdır. Oğlu Xaldarbay uzun illərdir ki, yaşadığı evin həyətindəki tövlədə iri və xırdabuynuzlu heyvanlar saxlamış, həmin heyvanları yetişdirib, özü örüşə aparmış və satıb pul əldə etmişdir. Qızı Fəridə isə həyətdə ev quşlarına qulluq elmiş, həmçinin heyvanların südünü və süd məhsullarını satmaqla qazanc əldə etmişdir. Evdə Xaldarbaydan və Fəridədən başqa heç kim təsərrüfatla məşğul olmamışdır. Həmçinin evin digər hər hansı qazanc yeri yoxdur. Xaldarbay və Fəridə əldə etdikləri pulları özlərinə məxsus yeni tikilmiş evin yataq otağındakı sandığın içərisində saxlamışlar. Xaldarbay gələcəkdə həmin pullar ilə özünə ev almaq qərarına gəlmişdir. Günel ilə Muradın əvvəllər ailə münasibətləri normal olmuşdur. Günel hərdən atası evinə gedib gəlmişdir. 2020-ci ildə ailə münaqişəsindən sonra Günel övladları ilə birlikdə Bakı şəhərinə atası evinə getmiş, 2022-ci ildə geri qayıtmışdır. Yenidən normal yaşamışlar. Bu ilin aprel ayında Günel yenidən Bakı şəhərinə atası evinə getmiş və təxminən 10 gün orada qalıb kəndə qayıtmışdır. Həmin vaxtdan sonra Günel ona və digər ailə üzvlərinə qarşı kobud münasibət göstərmişdir. Tez-tez səbəbsiz münaqişələr etmişdir. xx.xx.2023-cü il tarixdə səhər tezdən Günel uşaqlarla birgə həkimə və bazara gedəcəyini deyib evdən çıxmış, özü ilə cücələrin də bir hissəsini aparmışdır. Həmin gün günorta saatlarına qədər gözləsələr də, Günel və uşaqlar gəlməmişlər. Murad Günelə zəng etmiş, lakin Günel zəngə cavab verməmişdir. Daha sonra Günelin xəbərsiz uşaqları ilə birgə Bakı şəhərinə getməsi onlara məlum olmuşdur. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Günelə zəng etdikdə o, atası evində olduğunu, Muraddan boşanmaq istədiyini, kəndə gəlib əşyalarını aparacağını demiş, həmin gün saat 17-18 radələrində Günel bacıları Gülpəri və Humayla birlikdə Ford markalı avtomobil ilə yaşadığı evə gəlib əşyalarını və cücələri həmin avtomobilə yığmış və çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə həyətdə olarkən anidən Fəridənin uca səslə “pul yoxdur” deyib ağladığını eşitmiş, Muradla dərhal həmin otağa daxil olub sandığa baxdıqda pulların olduğu qabın ağzının açıq olduğunu, içərisindəki dəsmalın dağınıq halda olduğunu görmüşdür. Xaldarbay da evə gəlib pulu saymış və 72000 manat puldan 63400 manatının oğurlandığını demişdir. Murad Günelə zəng edib bu barədə soruşduqda o, pul götürmədiyini desə də ona inanmamışlar. Ona görə də Fəridə, Kamilə və Xaldarbay Bakı şəhərinə Günelin atası evinə getmişlər. Həmin gün axşam Fəridə onlara Günelin evdən 4500 manat pul götürdüyünü etiraf etsə də, qalan pulu etiraf etmədiyini bildirmişdir. Bildirmişdir ki, o, sandıqda 72000 manat pul olmasını görmüşdür. Sonuncu dəfə Xaldarbay onun yanında həmin pulu saymışdır. Xaldarbay və Fəridə Xaldarbaya Bakı şəhəri ətrafında ev almaq üçün pul yığmışlar. Həmin pullar oğlu Xaldarbaya və qızı Fəridəyə məxsus olmuşdur. Uzun müddətdir ki, Xaldarbay evdə xırda və iribuynuzlu heyvanlara baxmışdır. Ətlik heyvanları və quzuları satıb pul qazanmışdır. Qazancını isə həmin sandığa yığmışdır. Həmçinin Fəridə də süd məhsulları və ev quşlarını satmaqla pul əldə edib, Xaldarbayla birlikdə sandığa yığmışdır. Sandığın içərisində Murada, Günelə və onun özünə məxsus pul olmamışdır. O, hər ay 327 manat pensiya almışdır. Həmin pul ilə evin xərclərini ödəmişlər. Həmçinin Murad hər ay 220 manat pensiya almışdır. Günel isə hərdən cücə satmaqla qazanc əldə etmişdir. Hər ikisi əldə etdikləri qazancı özlərinə və övladlarına xərcləmişlər. Günelin həmin yerdə pul olması barədə məlumatı olmuşdur. Çünki ailəcə birlikdə olarkən söhbət zamanı Xaldarbay sandığa pul yığdıqları barədə demişdir. Günel Muradla ailədaxili münaqişə yaradıb, həmin pulları da sandıqdan oğurlayıb Bakı şəhərinə atası evinə getmişdir. Yaşadığı həmin ünvanda əvvəllər bu kimi hadisələr baş verməmişdir. Xaldarbay və Fəridənin aylıq qazancları müxtəlif məbləğlərdə olmuşdur. Xaldarbay hərdən bir ay ərzində bir neçə heyvan alıb, bir neçə ay heyvanlara qulluq edərək satmışdır. Həmçinin Fəridə də ev quşlarının cücələrini bir neçə ay yetişdirib sataraq qazanc əldə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir. Fərdi evlərdə təmizlik işləri görməklə qazanc əldə edir. Təqsirləndirilən şəxs onun bacısıdır. Onunla münasibətləri normaldır. Günel ər evində olarkən də telefon əlaqələri olmuşdur. Murad Günelin əri, Xaldarbay Günelin qaynı, Fəridə isə Günelin baldızıdır. Onlar əvvəllər Şəki rayonu Aydınbulaq kəndində birlikdə yaşamışlar. Günel ilə Murad arasında əvvəllər də hərdən ailədaxili münaqişələr baş vermişdir. Ona görə Günel bir neçə dəfə övladları ilə birgə atası evinə gəlmişdir. 03 avqust 2023-cü il tarixdə, axşam saatlarında Günel ona zəng edib Muradla ailədaxili münaqişələri olduğu üçün Bakı şəhərinə atası evinə getdiyini demiş, səhəri gün Günel ilə atası evində görüşmüşdür. Günel Muradın və ailə üzvlərinin ona normal münasibət göstərmədiklərini, Muradın uşaqları həkimə aparmadığını, övladlarına paltar almadığını, ona ailəsi kimi hörmət elmədiyini deyib ağlamışdır. O, bacıları ilə birlikdə Güneli sakitləşdirib ailəsi ilə barışdırmağa çalışmışdır. Lakin Günel artıq Muraddan boşanacağını demiş və ondan Aydınbulaq kəndinə gəlib əşyalarını yığmasına kömək göstərməsini xahiş etmişdir. Günelin səhhətini nəzərə alaraq razı olmuşdur. Güneldən yol pulu olub-olmadığını soruşmuş və ona maşınlara verməyə pulu olmadığı halda ərindən müəyyən qədər pul götürməsini təklif etmişdir. Günel isə satdığı cücələrin pulunu özündə saxladığını, yol pulu olduğunu demişdir. Lakin Günelin özündə dəqiq nə qədər pul olduğunu bilməmişdir. Belə olduqda səhəri gün digər bacısı Humay və Günel ilə birlikdə Aydınbulaq kəndinə Günelin ər evinin qarşısına gəlmişlər. Günelin əşyalarını yığmaq üçün yük maşını da gətirmişlər. Həmin vaxt Xaldarbay onların üstünə gəlib nə üçün gəldiklərini soruşub onları evə qoymayacağını deyərək üstünə qışqırmışdır. O isə Xaldarbaya evlərinə daxil olmayacağını deyib kənarda dayanmışdır. Günel əşyalarını maşına yığdıqdan sonra Bakı şəhərinə atası evinə getmişlər. Həmin vaxtdan hazıradək Günel üç övladı ilə birlikdə atası evində yaşayır, özü isə heç yerdə işləmir. Xəstəliyi ilə bağlı Günel heç yerdə işləyə bilmir. Günel Nəsimi Rayon Məhkəməsinə Muradla nikahlarının pozulması üçün müraciət etmişdir. Bildirmişdir ki, Günelin ər evində pul olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Ümumiyyətlə Aydınbulaq kəndinə Günelin ər evinə əvvəllər hərdən bir neçə dəfə əri ilə birlikdə Güneli və övladlarını görmək üçün gəlmişdir. Murad, qardaşları və bacıları onlara xoş münasibət göstərmədikləri üçün onlara tez-tez gəlməmişlər. Günel evlərində olan pul barədə ona heç nə deməmişdir. Günel ilə telefon əlaqəsi zamanı ailəsinin qazancı barədə heç nə danışmamışlar. Lakin Günelin evdə cücələri yetişdirib satdığını, müəyyən qazanc əldə etdiyini, Günel ərinin və digər ailə üzvlərinin ona heç nə almadıqlarını, övladlarına və ona normal münasibət göstərmədiklərini bilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ər evindən çıxarkən sandıqdan pul götürməsi barədə məlumatı olmamışdır. Günel atası evinə getdikdən bir neçə gün sonra Günelin evdən çıxarkən övladlarının müalicəsi və müəyyən xərclərini ödəmək üçün özünə və ərinə məxsus 4500 manat pul götürməsini bilmişdir. Günel Bakı şəhərinə gedərkən bu barədə ona heç nə deməmişdir. O, hətta Güneldən maddi sıxıntıları olub-olmadığını soruşduqda, ona bir qədər maddi köməklik göstərməsini təklif etmişdir. Günel ötən ilin avqust ayından övladları ilə birlikdə atası evində yaşadığı müddətdə Günel və övladlarının xərcləri valideynləri tərəfindən qarşılanmışdır. Günel bu müddət ərzində heç bir mülk almamışdır. Günelin hər hansı mülk almaq üçün maddi imkanı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir. İmişli rayon sakini Səbuhi İsayevlə 2004-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş və 2007-ci il təvəllüdlü Xanım adlı övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun bacısıdır. Onunla münasibətləri normaldır. Günel ər evində olarkən də telefon əlaqələri olmuşdur. Murad Günelin əri, Xaldarbay Günelin qaynı, Fəridə isə Günelin baldızıdır. Onlar əvvəllər Şəki rayonu Aydınbulaq kəndində birlikdə yaşamışlar. Günel ilə Murad arasında əvvəllər də hərdən ailədaxili münaqişələr baş vermişdir. Ona görə Günel bir neçə dəfə övladları ilə birgə atası evinə getmişdir. 03 avqust 2023-cü il tarixdə axşam saatlarında Günel ona zəng edib Muradla ailədaxili münaqişələri olduğu üçün Bakı şəhərinə atası evinə getdiyini bildirmişdir. Səhəri günü Günel ilə atası evində görüşmüşlər. Digər bacıları da evdə olmuşlar. Günel Muradın və ailə üzvlərinin ona normal münasibət göstərmədiklərini, Muradın uşaqları həkimə aparmadığını, övladlarına paltar almadığını, ona ailəsi kimi hörmət etmədiyini deyib ağlamışdır. Onlar Güneli sakitləşdirib ailəsi ilə barışdırmağa çalışmışlar. Lakin Günel artıq Muraddan boşanacağını bildirmişdir. Səhəri gün Günel digər bacısı Gülpəri ilə birlikdə Şəki rayonu Aydınbulaq kəndinə ər evinə gəlib əşyalarını yığıb atası evinə aparmışdır. Həmin vaxtdan indiyədək Günel övladları ilə birgə atası evində yaşamağa başlamışdır. Bildirmişdir ki, onun Günelin ər evində pul olubolmaması barədə heç bir məlumatı olmamışdır. Ümumiyyətlə Aydınbulaq kəndinə Günelin ər evinə getməmişdir. Günel isə evlərində olan pul barədə ona heç nə deməmişdir. Günel ilə telefon əlaqəsi zaman ailəsinin qazancı barədə heç nə danışmamışlar. Lakin Günelin evdə cücə yetişdirib satdığını, müəyyən qazanc əldə etdiyini, ailə üzvlərinin də kənd təsərrüfatı ilə məşğul olduqlarını, bir neçə il əvvəl Muradgilin həyətdə ev tikdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ər evindən çıxarkən sandıqdan pul götürməsi barədə məlumatı olmamışdır. Günel atası evinə getdikdən bir neçə gün sonra bu barədə məlumatı olmuşdur. Günel Bakı şəhərinə gələrkən bu barədə ona heç nə deməmişdir. Günelin və övladlarının xərcləri valideynləri tərəfindən qarşılanmışdır. Günel bu müddət ərzində heç bir mülk almamışdır. Çünki Günelin hər hansı mülk almaq üçün maddi imkanı olmamışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Şahid1 onun atası, Təqsirləndirilən şəxs isə anasıdır. Xaldarbay əmisi, Fəridə isə bibisidir. Əvvəllər Aydınbulaq kənd tam orta məktəbində təhsil almış, hazırda Bakı şəhəri 35 saylı tam orta məktəbdə 8-ci sinifində oxuyur. Ötən ilin avqust ayınadək Aydınbulaq kəndində atası evində birgə yaşamışlar. Əvvəllər atası ilə anası arasında hərdən münaqişələr olmuşdur. Anası ilə birlikdə bir neçə dəfə Bakı şəhərinə babası Şairin evinə gedib bir müddət orada yaşamışlar. Ötən ilin iyul ayının sonlarında da anası ilə atası arasında mübahisə baş vermiş, avqust ayının 3-də anası Günel evdə yetişdirdiyi cücələri də yığıb onlara Bakı şəhərinə gedəcəklərini demişdir. Daha sonra anası Günel, bacısı Gülxar və qardaşı Nihatla birlikdə Şəki şəhərinə bazara gəlmişlər. Anası orada cücələri satmış, daha sonra avtovağzala getmişlər. Anası bir nəfər sürücü ilə danışdıqdan sonra maşına əyləşib, Bakı şəhərinə babası Şairin yaşadığı evə getmişlər. Hazıradək anası, qardaşı və bacısı ilə birlikdə həmin ünvanda yaşayırlar. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Aydınbulaq kəndindəki evdən çıxarkən anası Təqsirləndirilən şəxs üzərindəki pul barədə ona heç nə deməmişdir. Onun üzərində və ya çantasında pul olmasını bilməmişdir. Bazarda on ədəd cücəni satdıqdan sonra anası Günel ona yol pulunun düzəldiyini və Bakı şəhərinə gedəcəklərini demişdir. Əvvəllər birgə yaşadıqları evdə sandıqda pul saxlanılması barədə məlumatı olmamışdır. Həmçinin anası Günelin sandıqdan pul götürməsini görməmişdir. Anası bu barədə ona heç nə deməmişdir. Ümumiyyətlə o, valideynlərinin, əmisinin və digər ailə üzvlərinin qazancı barədə maraqlanmamışdır. Bakı şəhərinə getdikdən sonra anası Təqsirləndirilən şəxs hər hansı mülk almamışdır. Anasının dəyərli əşya almasını görməmişdir. Bir neçə dəfə nənəsi ona paltar almışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Şahid1 onun atası, Təqsirləndirilən şəxs isə anasıdır. Əvvəllər atası ilə anası arasında hərdən münaqişələr olmuşdur. Anası ilə birlikdə bir neçə dəfə Bakı şəhərinə babası Şairin evinə gedib bir müddət orada yaşamışdır. Ötən ilin iyul ayının sonlarında da anası ilə atası arasında mübahisə baş vermiş, avqust ayının 3-də anası evdə yetişdirdiyi cücələri də yığıb, Bakı şəhərinə gedəcəklərini demişdir. Daha sonra anası Günel, bacısı Gülxar və qardaşı Nihadla birlikdə Şəki şəhərinə bazara gəlmişlər. Anası orada cücələri satmış, daha sonra avtovağzala getmişlər. Anası bir nəfər sürücü ilə danışdıqdan sonra maşına əyləşib, Bakı şəhərinə babası Şairin yaşadığı evə getmişlər. Anası üzərindəki pul barədə ona heç nə deməmişdir. Anasının sandıqdan pul götürməsini görməmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid6 digər Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kəklik Bayramova ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. O, Şahid8 tanıyır. Tez-tez onun evinə gedib-gəlmişdir. Onlarla qoşuluqda yaşayır. Təxminən 8 - 9 ildir ki, Mahmud həmin ünvanda yaşayır. Mahmuda yemək aparmışdır. 2023-cü ilin avqust ayında Mahmudun evinə gedən zaman ev barədə danışmamışlar. O, Mahmuddan kirayə yaşadığı evin sahibinin ünvanını, telefon nömrəsini soruşmamışdır. Mahmuddan həmin evin neçəyə satılması barədə maraqlanmamışdır. O, qızı Təqsirləndirilən şəxs ər evindən pul oğurlaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onların evinə gəldikdən sonra, zərərçəkmiş şəxslər onların evinə qızının üstünə gəlib pul oğrulamasını bildirmişlər. Bu vaxta kimi onun bu məsələdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs 4500 manat götürdüyünü bildirmiş, həmin pulun özünün olduğunu, cücə satıb qazandığını bildirmişdir. Günel onlara gələn zaman 4500 manat məbləğdə pul gətirməsini maraqlanmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işinin başlanılması və cinayət işinin icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Şəki rayonu Aydınbulaq kəndində yerləşən fərdi yaşayış evindən 72000 manat məbləğində pulun oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. - Təqdim etmə və götürülmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şəki rayonu, Aydınbulaq kəndində yerləşən ər evindəki sandığın içərisindən götürdüyü 4500 manat məbləğində pulu araşdırma zamanı, yəni xx.xx.2023-cü il tarixdə istintaqa təqdim etmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmış və həmin qərar xx.xx.2023-cü il tarixdə saat 19:10-da təqsirləndirilən şəxsə təqdim edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və CD diskdə mövcud olan baxış keçirilən zaman qeydə alınmış videoçəkilişdən görünür ki, Şəki rayonu, Aydınbulaq kəndində yerləşən, Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin yataq otağındakı sandığın içərisindəki əşyalar dağınıq halda olmaqla, qırmızı qazançanın içərisində 9110 (doqquz min bir yüz on) manat, 400 (dörd yüz) ABŞ dolları və 35500 (oluz beş min beş yüz) rubl pul və dörd ədəd özəlləşdirmə çeki vardır. - Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, istintaq ifadəsində şübhəli şəxs qismində ifadə verərkən Aydınbulaq kəndində yaşadığı evdən qaynı və baldızına məxsus 4500 manat pulu sandıqdan götürdüyünü bildirmişdir. Hazırda bildirir ki, o, həmin ünvandan ayrı-ayrı vaxtlarda 19000 manatdan çox pul götürmüşdür. Ona görə də, istintaqa əlavə olaraq ifadə vermək istəyir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.3.2-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməyərək məhkəməyə təqdimat verilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirlərinin seçilməsi barədə göstəriş verilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-10238 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmamış və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli, 11290 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanası PHŞ-də müalicə olunmamışdır. - “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təxminən saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində tutularaq Şəki ŞRPŞ-yə gətirilmiş aidiyyəti üzrə Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. - Bakı şəhəri MKTB-nin 16 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 24 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməyərək məhkəməyə təqdimat verilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinin nəzərə alınması qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinin nəzərə alınması qərara alınmışdır. - Şəki şəhər İHB-nin Aydınbulaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 37 nömrəli məktubda qeyd olunmuşdur ki, Şəki rayonu Aydınbulaq kənd sakinləri Şahid7 Binəli qızı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 eyni təsərrüfatın üzvləridir, təsərrüfatın başçısı Şahid7 Binəli qızıdır və təsərrüfata məxsus 5.23 ha pay torpağı, 0.12 ha həyətyanı sahə, xx.xx.2023-cü il tarixə qeydə alınmış 14 baş iri buynuzlu, 41 baş xırda buynuzlu mal qara və 15 baş toyuq var. - xx.xx.2010-cu il tarixli, AZ-İİ 573340 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Şahid4 atası Şahid1 Anbar oğlu, anası Təqsirləndirilən şəxsdır. - xx.xx.2011-ci il tarixli, AZ-İİ 738011 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Şahid5 atası Şahid1 Anbar oğlu, anası Təqsirləndirilən şəxsdır. - xx.xx.2014-cü il tarixli, AZ-İİİ 362285 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Şahid6 atası Şahid1 Anbar oğlu, anası Təqsirləndirilən şəxsdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 6286 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. - Şəki şəhər İHB-nin Aydınbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 31 nömrəli məktubda qeyd edilmişdir ki, nümayəndəliyin Aydınbulaq kəndində qeydiyyatda olan Şahid1 Anbar oğluna məxsus Aydınbulaq kəndində 0,74 ha pay torpaq, 0,017 ha həyətyanı torpaq sahəsi var. Şahid1 anası Şahid7 Binəli qızının təsərrüfatının üzvüdür, həmin həyətdə iki otaqlı yeni yaşayış evi inşa edib, Şahid1 bildirdiyinə görə evin tikintisinə icazə verilməsinə dair sənəd olmayıb. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və CD diskdə mövcud olan məlumatlardan görünür ki, Nomrenin_Mexsusluq_Tarixcesi_**********3751_998752030 adlı fayl açıldıqda 01 səhifədə ***-***-**-** saylı mobil nömrənin Bakı şəhər sakini Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil nömrəni təxminən bir il bundan əvvəl əldə etdiyini, mobil nömrənin onun istifadəsində olduğunu bildirmişdir. Baxış zamanı faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. Nomrenin_Mexsusluq_Tarixcesi. **********3806 557163660 adlı fayl açıldıqda 01 səhifədə ***-***-**-** saylı mobil nömrənin Bakı şəhər sakini Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil nömrəni təxminən üç il bundan əvvəl aldığını, həmin vaxtdan hazıradək qeyd olunan mobil nömrənin onun istifadəsində olduğunu bildirmişdir. Baxış zamanı faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. SMS_Tarixcesi_**********4929_998752030 adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdə, saat 17:54-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gulperi yanindadir aca bilmirsen indi de teksen Sen hardasan 1 saatdir cixibsan telefona cavab vermek olmur Alo seninleyem senleyem Ay qiz hardasan men hemi narahat oluram hemide nervilenirem hardasan niye acmirsan” məzmunlu mətn mesajların yazıldığı müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin nömrənin Bakı şəhərində atası evinin yaxınlığında yaşayan qonşulardan birinə məxsus olduğunu, Bakı şəhərində olarkən övladlarını həmin şəxsin yanına qoyub şəhərə getdiyini, onunla əvvəllər hərdən əlaqə saxladığını bildirmişdir. Baxış zamanı faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. SMS_Tarixcesi_**********4943__557163660 adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdə saat 21:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “salam günel mene kart nomresi ata 100 m vurum marketdeyem. Ya da gülpernin noraresin de atim. Günel ata mene marektdeyem” məzmunlu mətn mesajların yazıldığı müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin nömrənin Bakı şəhərində olarkən baxıcılıq etdiyi azyaşlı uşağın anası Arzu adlı şəxsə məxsus olduğunu, zəhmət haqqı verərkən hərdən kart hesabına pulu köçürdüyünü bildirmişdir. Baxış zamanı faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. Zenglerin_Detallasmasi_**********4530_557163660 adlı fayl açıldıqda 23 səhifədə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən müştəri zənglərinin detallaşması barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı nömrələr arasında qeyd olunan müddətdə müxtəlif vaxtlarda telefon danışıqlarının olması və anten dairəsi barədə məlumatlar öz əksini tapmışdır. Sonuncu dəfə 07 may 2023-cü il tarixdə saat 08:09:55-də ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 27 saniyə danışıqlar olmuş, həmin vaxt qeyd olunan mobil nömrə anten dairəsi üzrə “ünvan 4 ünvanda olmuşdur. Baxış zamanı faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. Zenglerin_Detallasmasi_**********4539_998752030 adlı fayl açıldıqda 564 səhifədə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə 055***-***-**-** saylı mobil nömrəyə gələn və gedən müştəri zənglərinin detallaşması barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. Baxış zamanı ***- ***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı nömrələr arasında qeyd olunan müddətdə müxtəlif vaxtlarda telefon danışıqlarının olması və anten dairəsi barədə məlumatlar öz əksini tapmışdır. Sonuncu dəfə 06 avqust 2023-cü il tarixdə saat 22:41:52-də ***-***-**-** saylı mobil nömrə anten dairəsi üzrə “ünvan 5 ünvanda olmuşdur. Baxış zamanı faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan ediməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 55678/2024 saylı məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X4 adında xx.xx.2024-cü il tarixdən “BYD F3” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Eyni zamanda “Toyota Prius (hibrid)” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən **********4788 nömrəli gömrük vəsiqəsi əsasında X2 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 istifadəsinə verilməsi barədə DİN BDYPİ mərkəzi informasiya sistemində məlumat mövcuddur. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-18559/24 saylı məktubundan görünür ki, ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında, ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən, ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində zəng, SMS yazışması qeydə alınmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin (17-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində yaşadığı Şəki rayonunun Aydınbulaq kəndində yerləşən fərdi yaşayış evindən, saxlanc yeri hesab edilən sandığın içərisindən götürdüyü 4500 manat məbləğdə pulun özünün olmasını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən qeyd edilən məbləğdə pulun ona məxsus olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamış, həmin pulun zərərçəkmiş şəxslərin birgə mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin birgə mülkiyyətində olan 4500 manat məbləğdə pul vəsaitinin saxlanc yeri hesab edilən sandıqdan gizli yolla talanması oğurluq cinayət əməlinin tərkib hissəsini yaradır. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində zərərçəkmiş şəxslərə məxsus 4500 manat məbləğdə pulu sandıqdan götürməsini etiraf etmişdir. O, həmin hadisələrin nəticəsini dərk etməklə ifadə vermişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs götürdüyü 4500 manat məbləğdə pulun özünə məxsus olmasını qeyd etməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təsir göstərilməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bildirdiyi 4500 manat məbləğdə pulun özünə məxsus olması işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadəsi daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, istintaq ifadəsində şübhəli şəxs qismində ifadə verərkən Aydınbulaq kəndində yaşadığı evdən qaynı və baldızına məxsus 4500 manat pulu sandıqdan götürdüyünü bildirmişdir. Hazırda bildirir ki, o, həmin ünvandan ayrı-ayrı vaxtlarda 19000 manatdan çox pul götürmüşdür. Ona görə də, istintaqa əlavə olaraq ifadə vermək istəyir. Məhkəmə təqsirləndirilən şəxsin ərizəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən 19000 manatdan çox pulun oğurlanması iş materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi təqsirləndirilən şəxs ifadəsində 4500 manat məbləğdə pulu götürməsini etiraf etmişdir. Məhkəmə həmçinin zərəçəkmiş şəxslərin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətlərə münasibərdə əldə edilmiş sübutlara əsasən qeyd edir ki, cinayət işi materiallarından, tərəflərin ifadələrindən təqsirləndirilən şəxs tərəfindən CM 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi öz təsdiqini tapmır. Belə ki, zərərçəkmiş şəxslər 63400 manat məbləğdə pulun təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirsələr də, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin mobil telefon anten dairə məlumatları alınmış, onun ailə üzvləri ilə bağlı 63400 manat məbləğdə pul oğurlaması barədə danışığı müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqında şahid qismində dindirilən şəxslər də ifadələrində Təqsirləndirilən şəxs tərəfindən 63400 manat məbləğdə pul oğurlanmasını bildirməmişlər. Bundan başqa zərərçəkmiş şəxslərin qeyd etdikləri təqsirləndirilən şəxsin qardaşı tərəfindən avtomobil alınması araşdırma zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması ibtidai istintaq zamanı, habelə məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəlsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində CM-nin 177.2.3-cü maddəsinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-nin maliyyə hissəsinin depozit hesabında saxlanılan təqsirləndirilən şəxsin dəymiş ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etdiyi 4500 (dörd min beş yüz) manat pul zərərçəkmiş şəxslərə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-nin maliyyə hissəsinin depozit hesabında saxlanılan təqsirləndirilən şəxsin dəymiş ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etdiyi 4500 (dörd min beş yüz) manat pul zərərçəkmiş şəxslərə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-5/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-5/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver