Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-50/2020 27.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 2001-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşayan, bаrəsində “xxxx” qətimkаn tədbiri seçilmiş və X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, qəsdən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq fərdi yaşayış evinin həyətinə daxil olmasına baxmayaraq bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd cinayətini və qəsdən, təkrarən, tamah niyyətilə, fərdi yaşayış evinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli yolla talayaraq qəsdən oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin hasarından aşmaqla həyətə qanunsuz daxil olub, evin həyətinin sağ hissəsində yerləşən yardımçı tikiliyə daxil olaraq 300 manat dəyərində əmlakı əldə etmək istədikdə orada kənar şəxsin olduğunu görüb dərhal geri qayıdaraq həyətin açıq olan giriş qapısından küçəyə çıxmaqla bir müddət gözləmiş, daha sonra yenidən öz vahid niyyətini davam etdirmək üçün həyətin giriş qapısından həyətə daxil olmaqla istəyən zaman Zərərçəkmiş şəxs2 görüb bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək həmin evdən qaçaraq uzaqlaşmaqla oğurluğa cəhd cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 Rasul oğlunun ailəsi ilə birlikdə Bakı şəhərində olduğu zaman ona məxsus yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olub evin şüşəbəndinin şüşəsini sındırıb, pəncərəsini açmaqla qanunsuz olaraq həmin evə daxil olaraq otağın döşəməsinin üzərində olan saxlanc yeri hesab edilən dəmir seyfi götürüb evin zirzəmisinə düşürməklə orada həmin seyfi sındırmaq yolu ilə açaraq içərisində olan 01 ədədinin qiyməti 650 manat olmaqla ümumilikdə 12350 manat dəyərində 19 ədəd “yeddilik” qızıl türk lirəsini, bir ədədinin qiyməti 780 manat olmaqla ümumilikdə 4680 manat dəyərində 06 ədəd rus istehsalı “onluq” qızıl sikkəni, 1300 manat dəyərində 01 ədəd rus istehsalı “onbeşlik” qızıl sikkəni, 370 manat dəyərində 01 ədəd rus istehsalı “beşlik” qızıl sikkəni və həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 5270 manat dəyərində 3100 ABŞ dolları olmaqla ümumilikdə 23970 manat dəyərində əmlakı gizli yolla talayaraq zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 23970 manat məbləğində maddi ziyanlıq vurmaqla xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 2020-ci ilin yanvar ayının 25-də iş tapıb işləmək üçün Bakı şəhərinə getmək adı ilə evdən çıxıb Şəki şəhərində yaşayan bibisi Azadəgilə getmişdir. Evdən getdikdən bir neçə gün sonra gecə saat 01:00 radələrində küçədə gəzən zaman bir evin qarşısından keçərkən qapının açıq olduğunu görüb asardan atlanıb həyətə girmişdir. Həyətə girən zaman həyətyanı sahəni çəkən müşahidə kameralarını nəzərə almışdır və ona görə də hasardan atlanmışdır. Həyətə daxil olduğu zaman evin giriş qapsının ağzında bir şəxs görmüşdür. Həmin adam ona “Nə lazımdır” deyəndə, qaçıb oradan uzaqlaşmışdır. Həyətə daxil olanda niyyəti oğurluq etmək olmamışdır, sadəcə içkili olduğu üçün hərəkətlərini idarə edə bilməmişdir. Bundan sonra bir neçə gündə bibisigildə qalmışdır. 2020-ci ilin fevral ayının 1-də günorta radələrində qaldığı evdən çıxmış və gecə qalmaq üçün özünə yer axtarmışdır. M.Ə.Rəsulzadə küçəsi ilə Kiş kəndi istiqamətində yolun sağ tərəfi ilə hərəkət edərkən uşaqlıqdan tanıdığı qazanxanada gecələmək qərarına gəlmişdir. Ona görə də yoldan darvazanın üzərindən tullanaraq qazanxananın həyətinə daxil olmuşdur. Qazanxananın yaxınlığında işıqları sönülü vəziyyətdə olan ev görmüş, qazanxanın həyəti ilə evin həyətini ayıran hasara yaxın olan işıq dirəyinə çıxmış oradan da həyətə atlanmışdır. Evdə heç kimin olmadığına əmin olduqdan sonra evin qapılarının açarlarını axtarmışdır. İlk növbədə həyətdə olan və qapısı taxtadan olan tikiliyə qapısı açıq olduğundan daxil olmuş, axtarış aparmış, heç nə tapa bilməmişdir. Həyətdə olan maşının da qapıları açıq olmuş, lakin maşından da heç nə tapa bilməmişdir. Evə qapının şüşəsini sındırmaqla daxil olduqdan evi axtarmış qiymətli əşya tapmamışdır. Lakin evdə iki ədəd seyf aşkar etmişdir. Seyfin birinin qapısı açıq olduğundan daxilinə baxış keçirib dəyərli heç nə tapmamışdır. Digər seyfin qapısı bağlı olmuş, seyfi götürüb getmək istəmişdir. Buna gücünün çatmadığını biləndə evin altında olan zirzəmiyə enmişdir. Zirzəmidə vintaçan və bolt açan açarları götürüb onlardan istifadə etməklə seyfin qapısını qanrıb sındırmışdır. Seyfin içərisində sənədlər, kağız parçasına bükülmüş formada ABŞ dollarları və qutuda 27 ədəd sarı rəngli dəmir pulların olmasını aşkar etmişdir. Seyfdə olan ABŞ dollarlarını və qızıl pulları cibinə qoymuşdur. Daha sonra evin qarşısında hasarın yanında olan stulun üzərinə çıxaraq darvaza yola atlanmış və M.Ə.Rəsulzadə küçəsi ilə İpək Kombinatı istiqamətində getmişdır. Yolda sağ tərəfdə olan döngəyə girmiş və səhərə kimi döngədə qapıların birinin qarşısında çöməlib oturmuşdur. Döngədə oturduğu zaman oğurladığı pulları saymış və 3100 ABŞ dolları olmasını görmüşdür. Səhər tezdən bazara getmiş və mağazaların açılmasını gözləmişdir. Bazarda “Eldarado” adlı mağazaya daxil olaraq iki ədəd yüzlük dolları manata çevirmişdir. Belə ki, kassada olan şəxs 01 ədəd yüzlük ABŞ dollarını 170 manata dəyişdiklərini bildirmiş və ona 200 dollar müqabilində 340 manat vermişdir. X7 yanına getmiş və oradan yolla ötən sürücüsünü tanımadığı avtomobillə Bakı şəhərinə getmişdir. Bakıda olduğu müddətdə bütün pulları xərcləmişdir. Lakin qızılları saxlamaq üçün Rəşad adlı qohumuna vermişdir. Belə ki, Rəşadın işlədiyi sexə gedərək özlərinə məxsus qızılları Bakı şəhərinə qiymətini yoxlatmaq üçün gətirdiyini, saxlamaq üçün onda qalmağını xahiş etmiş, bir müddətdən sonra gəlib götürəcəyinə söz vermişdir. Bundan sonra oğurladığı 27 ədəd qızıldan 21 ədədini Rəşada vermiş 6 ədədini özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Şəki şəhərinə qayıtmış və gecəni bibisigildə qalmışdır. Səhərisi gün dostları ilə şəhərdə olduğu zaman iki nəfər şəxsin onlara yaxınlaşaraq əl uzadıb görüşmək istəyəndə qaçmağa başlamış, çünki artıq polisə törətdiyi cinayət əməli məlum olduğunu və ona görə saxlamaq istədiklərini bilmişdir. İpək Kombinatının yaxınlığından oğurluq etdiyi ev istiqamətində qaçmağa başlamış, lakin Samir marketin yaxınlığında polis əməkdaşları tutub saxlamış və polis şöbəsinə gətirmişlər. Qaçan zaman cibində olan Rəşada vermədiyi qızılları yerə atmışdır. Polis şöbəsinə gəldikdən sonra törətdiyi cinayət əməlini tam səmimi olaraq etiraf etmiş və üzərində olan qızıl pulları da atdığı yeri polisə demişdir. Etdiyi əməldən peşman olmasını nəzərə almaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında həyat yoldaşı ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə özünə məxsus avtomobillə Bakı şəhərinə getmişlər. Şəkidə olmadıqları müddətdə evə nəzarət etmək üçün evin açarlarını qaynı Sadiqə vermişlər. xx xxxxxx 2020-ci il tarixdə qaynı Sadiq ona zəng edərək evdən oğurluq olduğunu bildirmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və elə həmin günü Şəki şəhərinə dönmüşlər. Evə baxış keçirdikdən sonra ona məlum olmuşdur ki, naməlum şəxs evinə daxil olaraq evdə olan dəmir seyfi evin zirzəmisinə düşürüb orada sındırmaq yolu ilə açaraq içərisində ona məxsus olan 1 ədədinin qiyməti 650 manat olmaqla ümumilikdə 12350 manat dəyərində 19 ədəd “yeddilik” qızıl türk lirəsini, bir ədədinin qiyməti 780 manat olmaqla ümumilikdə 4680 manat dəyərində 6 ədəd rus istehsalı “onluq” qızılı, 1300 manat dəyərində 1 ədəd rus istehsalı “onbeşlik” qızılı, 370 manat dəyərində 1 ədəd rus istehsalı “beşlik” qızılı və 3100 ABŞ dolları pulu gizli yolla talayaraq ümumilikdə 18700 manat və 3100 ABŞ dolları məbləğində maddi ziyanlıq vurmaqla ona məxsus olan əmlakları oğurlamışdır. Vurulan ziyan ona tam ödənilmişdir. Qeyd olunanları, vurulan zoyanın ona ödənilməsini, təqsirləndirilən şəxsin cavan olmasını nəzərə almaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı ünvanda həyətyanı sahədə ümumilikdə iki ədəd fərdi yaşayış evi var. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində yaşayan dostu qonaq gəlmiş və həmin evlərdən birində ailə üzvləri ilə birlikdə özü yaşadığına görə dostunu digər evdə yerləşdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə şübhələndiyinə görə evin təhlükəsizlik kameralarının yaddaşındakı görüntülərə baxmış və bir nəfər naməlum şəxsin yaşadığı evin həyətyanı sahəsində olduğunu, qaçaraq evin həyətyanı sahəsinin giriş qapısından çıxıb getdiyini müşahidə etmişdir. Bundan sonra həmin şəxsin bir daha geri qayıda biləcəyini ehtimal edib müşahidəni davam etdirmiş və bir qədər sonra həmin şəxsin yenidən evin həyətyanı sahəsinin giriş qapısından başını içəri salıb, həyətə baxdığını görüb, dərhal evdən həyətə çıxmış və evin giriş qapısında dayanıb dayandığı yerdən təqribən 10 metr məsafədə olan həyətin giriş qapısının bayır tərəfdən önündə dayanan həmin şəxsə səslənərək ona “Nə lazımdır?” deyə sual vermişdir. Şəxs onun səsini eşidən kimi geriyə dönüb qaçmışdır. Hadisə ilə bağlı Şəki ŞRPŞ-ya müraciət etmişdir. Hadisə nəticəsində ona ziyan dəyməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmasını, cavan olmasını nəzərə almaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 verdiyi ifadəsində bildirdi ki, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə polis nəfəri Şahid3 ilə birlikdə Şəki şəhər ərazisində xidmətdə olan zaman şöbə rəhbərliyi tərəfindən Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluğu törətmiş şəxsin Şəki şəhər sakini Təqsirləndirilən şəxs olması barədə əməliyyat məlumatının daxil olması, həmin şəxsin müəyyən edilməklə İstintaq Bölməsinə təhvil verilməsi barədə göstəriş almışlar. Bu səbəbdən Təqsirləndirilən şəxs yerini müəyyənləşdirmək üçün əvvəlcə elə onun yaşadığı küçə istiqamətinə getmişlər. Onlar Şəki şəhəri İpək Kombinatının yaxınlığında olan zaman Abdullətifin yolun kənarında dayanmasını, yanında da iki nəfər şəxsin olduğunu görmüşdür. Bu zaman ona yaxınlaşmaq istədikdə Abdullətif polis əməkdaşı olduqlarını bilib qəflətən Şəki şəhərində yerləşən Yenilik ticarət mərkəzi istiqamətinə qaçmışdır. Arxasınca qaçaraq Abdullətifi saxlamış və İstintaq Bölməsinə təhvil verilməsindən ötrü Şəki ŞRPŞ-yə gətirib şöbə rəhbərliyinə bu barədə məruzə etmişlər. Şöbədə Abdullətif qaçan zaman cibində olan qızılları atdığını bildirmiş. O, da qayıdıb həmin yoldan qarın işindən selofan qabda qızılları tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 verdiyi ifadəsində bildirdi ki, Şəki şəhəri, S.Rəhman küçəsindəki bazarında yanında yerləşən özünə məxsus olan “Eldarado” adlı mağazanı işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs mağazaya daxil olub ona yaxınlaşıb 200 dolları xırdalamaq istədiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs iki ədəd yüz dollarlıq əskinaz alıb əvəzində ona 340 manat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunan şahid qismində tanınan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə polis nəfəri Şahid4lə birlikdə Şəki şəhər ərazisində xidmətdə olan zaman şöbə rəhbərliyi tərəfindən Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluğu törətmiş şəxsin Şəki şəhər sakini Təqsirləndirilən şəxs olması barədə əməliyyat məlumatının daxil olması, həmin şəxsin müəyyən edilməklə İstintaq Bölməsinə təhvil verilməsi barədə göstəriş almışlar. Bu səbəbdən Şahid4lə birlikdə Təqsirləndirilən şəxs yerini müəyyənləşdirmək üçün əvvəlcə elə onun yaşadığı küçə istiqamətinə getmişlər. Onlar Şəki şəhəri İpək Kombinatının yaxınlığında olan zaman Abdullətifin yolun kənarında dayanmasını, yanında da iki nəfər şəxsin olduğunu görmüşlər. Bu zaman ona yaxınlaşmaq istədikdə Abdullətif polis əməkdaşı olduqlarını bilib qəflətən Şəki şəhərində yerləşən “Yenilik ticarət mərkəzi” istiqamətinə qaçmışdır. Arxasınca qaçaraq Abdullətifi saxlamış və İstintaq Bölməsinə təhvil verilməsindən ötrü Şəki ŞRPŞ-yə gətirib şöbə rəhbərliyinə bu barədə məruzə etmişlər. Bundan sonra Abdullətifi istintaq bölməsinə təqdim edib xidməti fəaliyyətlərinə davam etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunan şahid qismində tanınan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də Bakı şəhərində fəhlə işləməklə gündəlik pulunu qazanıb özünü və ailəsini dolandırır. Təqsirləndirilən şəxs uzaqdan qohumudur. Onunla qohumumluğu yaxın olmadığı üçün münasibətləri sıx deyildir. Yəni onunla mütəmadi olaraq əlaqə saxlamır və tez-tez görüşmür, Şəki şəhərinə gəldikdə arabir görüşür. Bundan başqa bir neçə dəfə Bakı şəhərində görüşmüşdür. Bakı şəhərində Şamaxinka adlanan yerdə metal qəbulu yerində təxminən 1 il işlədiyinə görə Abdullətif orada işlədiyini bilib hər dəfə görüşmək istədikdə ora gəlmişdir. O, mobil telefon istifadə etmir, buna görə Abdullətif ilə telefon əlaqəsi də olmamışdır. Təxminən bir neçə ay bundan əvvəl xatırlamadığı gündə Abdullətif işlədiyi yerə gəlib-görüşmüş, hal-əhval tutmuşdur. Həmin vaxt bir qədər söhbət etdikdən sonra o, içərisində 21 ədəd qızıl pullar olan şəffaf sellofan torbanı verib saxlamağını, sonradan gəlib götürəcəyini bildirmişdir. Həmin vaxt qızıl pulların haradan əldə etməsini soruşduqda Abdullətif həmin qızıl pulların babasına məxsus olduğunu, ona verməkdə məqsədinin isə Bakıda gəzəcəyi üçün itirməsindən qorxduğunu olmasını bildirmişdir. Bundan sonra sonuncu sağollaşmış və çıxaraq getmişdir. Həmin qızıl pulları yaşadığı evdə gizlətmək üçün cibinə qoymuş və gündəlik işinə davam etmişdir. Həmin gün gecə vaxtı evə gəlib həmin qızıl pulları yaşadığı evin həyət hissəsinə saxlamaq istədikdə sellofan torbanın aşağı hissəsinin cırılmış olduğunu görmüşdür. Bu zaman qızılların düşməsini başa düşüb onları saymış və 16 ədəd olduğunu bilmişdir. Bu zaman qızıllardan 5 ədədinin itdiyini başa düşmüşdür. Ciblərinə baxsa da həmin qızılları qoyduğu yan cibinin aşağı hissəsinin yırtıq olduğunu görüb qızılları yolda gələn zaman düşməsini bilmişdir. Həmin gün evi ilə avtobus dayanacağı arasında olan yolu axtarmağa başlamış, lakin yolda da qızılları tapmamış və avtobusda düşməsini fikirləşmişdir. Lakin həmin gün saat gec olduğuna görə səhəri gün Abdullətif ilə danışacağını düşünüb evə gedərək yatmışdır. Səhəri günü yuxudan oyandıqda həmişəki kimi işinə getmiş, lakin həmin gün Abdullətif yanına gəlməmişdir. Bir neçə gün keçdikdən sonra Abdullətif ilə əlaqə saxlamağa çalışsa da mobil nömrəsini bilmədiyi üçün onunla əlaqə qurmağı mümkün olmamışdır. Daha sonra öz şəxsi işləri ilə əlaqədar bu məsələni unutmuşdur. Həmin vaxtdan bir qədər keçdikdən sonra Abdullətifin Şəki şəhərində oğurluq etməsini, verdiyi qızılların da oğurluq qızıl olduğunu eşitmişdir. Bundan sonra həmin qızılları olduğu yerdən götürüb təhvil vermək üçün polis şöbəsinə gəlmişdir. Abdullətif qızılları verən zaman ona oğurluq etməsi barədə heç bir xəbər verməmiş, o da bunu hiss etməmişdir. Bundan başqa verdiyi qızılların oğurluq olduğunu bildiyi andan həmin qızılları götürüb təhvil vermək üçün gəlmişdir. Baş vermiş hadisə ilə əlaqədar heç bir əlavə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu şübhəli şəxs qismində tutulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək “xxxx” qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “xxxx” qətimkan tədbiri xx xxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “xxxx” qətimkan tədbiri xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. DİN-in X1 tərəfindən verilmiş xx xxx 2020-cu il tarixli 20/184R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 18 ədəd yapışqan lent kəsikləri üzərlərində olan 06 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd xx.xx.2001-ci il tarixdə şəki rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əlbarmaq və 02 ədəd ovuc izi DİN KTİN-nin ADİS-in məlumat bankında olan şəxslıərin əlbarmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-cu il tarixli 6/124- 9/216 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 06 ədəd pul sikkəsi təxminən 916 əyarlı qızıldan hazırlanmışdır. 01 ədəd qulplu pul sikkəsinin qulpu qiymətsiz metal ərintisindən hazırlanmışdır. 06 ədəd pul sikkəsinin sertifikatı, pasportu olmadığından istehsal edildiyi ölkəni müəyyən etmək mümkün olmamışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların 2020-ci ilin fevral ayına pərakəndə satış qiyməti təxminən müəyyən edilir: 01 ədəd qulplu pul sikkəsi-600.0 manat, 05 ədəd pul sikkəsi 3150.0 manat (5x630). Aparılan ekspertizanın dəyəri 90 manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-cu il tarixli 4/216 nömrəli ekspert rəyindən görünür ki, ekspertizyaa təqdim olunmuş sol və aşağı hissələri qeyri hamar olan 14x8 sm ölçülü bloknot vərəq parçası üzərində olan “***-***-**-** tehran, ***-***-**-** nihad məhlə ***-***-**-** sərxoş qaqoş”yazıları Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılan ekspertizanın dəyəri 112 manatdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-cu il tarixli 6/682- 9/1141 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş: 13 ədəd sarı rəngli metaldan, hər birinin aversində kənarlarda dəfnə yarpağından çələng və alt birləşmə yerində 02 ədəd çarpaz məşəl, reversində ərəb qrafikalı yazılar olan pul sikkəsi-metalı təxminən 916 əyarlı qızıla uyğundur, ümumi çəkiləri 92,66 (7.02, 7.12, 7.11, 7.11,7.14, 7.12, 7.13, 7.10, 7.11, 7.16, 7.16, 7.16, 7.18) qramdır, -01 ədəd sarı rəngli metaldan “15-lik” pul sikkəsi-metalı təxminən 900 əyarlı qızıla uyğundur, çəkisi 12.88 qramdır. -01 ədəd srı rəngli metaldan “10-luk” pul sikkəsi metalı təxminən 900 əyarlı qızıla uyğundur, çəkisi 8.56 qramdır. -01 ədəd sarı rəngli metaldan “5-lik” pul sikkəsi-metalı təxminən 900 əyarlı qızıla uyğundur, çəkisi 4.27 qramdır. -Təqdim edilmiş pul sikkələrinin antik əşya hesab olunub-olunmamasının, hansı ölkədə istehsal olunmasının, təyinatının və istismara yararlı olub-olmamasının müəyyən edilməsi məsələsi fiziki-kimyəvi ekspertizasının predmetinə aid olmadığından həmin suallar cavablandırılmadı. -Aparılmış fiziki-kimyəvi ekspertizaların nəticələrinə əsasən təqdim edilən sikkələrin əyarlarına və çəkilərinə əsasən 2020-ci ilin fevral ayına olan pərakəndə satış qiyməti ümumilikdə 10690.0 manat müəyyən edilir. Ayrılırıqda qiyməti tədqiqat hissədə göstərilmişdir. Aparılan ekspertizanın dəyəri 109,50 manatdır. DİN-in BƏSİİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki şəhər İcra Hakimiyyəti başçısının Arxüstü məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəki Rayonlararası Psixatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 246 №-li məktubundan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahiəsində yoxdur. Şəki RMX-dan daxil olmuş xx.xx.2020-ci il tarixi 223 nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şəki RMX-nin publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Məhkəmə-psixiatrik ekspertizanın xx xxxx 2020-ci il tarixli 282 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə nəzərdə tutulan əməlləri törətmişdir. Onun həmin cinayətləri törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 həyətinə oğurluq niyəti olmadan daxil olmasına dair ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 həyətinə qanunsuz olaraq daxil olmuş və əmlakını gizli olaraq talamaq istəyinin aşkar olunduğunu gördükdən sonra öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş, cinayətkar qəsdin davam etdirilməsindən imtina edərək cinayət yerindən uzaqlaşmışdır. Odur ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddələrinə əsasən, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin peşman olmaqla əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını, yəni cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd olunanları rəhbər tutaraq, hаnsı cəzа növünün təyin оlunmаsı məsələsini müzаkirə edərək, cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, оnun şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrı, hаbelə təyin оlunacaq cəzаnın оnun islаh оlunmаsınа təsirini nəzərə аlаrаq, оnun bаrəsində təqsirləndirildiyi mаddənin sаnksiyаsındа nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzаsının təyin оlunmаsını məqsədə müvаfiq hesаb edir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı dövrdə dünyada baş verən pandemiya ilə əlaqədar müvafiq davranış qaydalarına icra olunması kimi əlavə vəzifələr də Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin xxxxdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən xxxxdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla, cəmi 01 (bir) il 01 (bir) ay 04 (dörd) günmüddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasəndan çıxılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şəki ŞRPŞ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış bir ədəd sındırılmış seyf və şüşə qırıqları məhv edilməli, bir ədəd vintaçan və bir ədəd təmir açarı qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalı, 22 ədəd qızıl sikkənin Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 311,50 (üç yüz on bir manat əlli qəpik) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxsndаn tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. Yuxarıdakılara əsasən və CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü mаddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək xxxxdə olduğu 06 (altı) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən xxxxdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında xxxxdən dərhal azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan seçilsin, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 21:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitar-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış Şəki ŞRPŞ-də saxlanılan bir ədəd sındırılmış seyf və şüşə qırıqları məhv edilsin, bir ədəd vintaçan və bir ədəd təmir açarı qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın, 22 ədəd qızıl sikkənin Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 311,50 (üç yüz on bir manat əlli qəpik) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxsndаn tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə mülki iddiаnın оlmаmаsı nəzərə аlınsın. Hökmdən, elаn оlunduğu andаn 20 (iyirmi) gün müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Şəki Аpelyаsiyа Məhkəməsinə apelyаsiyа şikаyəti və аpelyаsiyа prоtesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-50/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-50/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver