Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-50/2023 31.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ X9 Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 18:30 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz-21011» markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Aşağı Göynük kənd yolunda Şəki rayonunun Baş Göynük kəndi istiqamətində yolun orta hissəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, nəqliyyat vasitəsinin yükünün xüsusiyyətlərini və vəziyətini, yol və metoroloji şərati, xüsusi hərəkət istiqamətində görmə şəratini nəzərə almaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda buna riayət etməyərək, 20 metr məsafədən yolun sağ kənarından sol kənarına keçməkdə olan piyada Zərərçəkmiş şəxs görüb təhlükəni hiss etsə də hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, etinasızlıq edərək hərəkəti üçün qarşısında yaranmış qəza təhlükəsini qabaqcadan gördüyü və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək əvvəlcədən görməli olduğu halda, bu təhlükəyə əhəmiyyət vermədən avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə hərəkəti davam etdirib ehtiyatsızlıqdan avtomobilin sol ön hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya müştərək travma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəlləəsası sümüyünün sınığı, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, qaşətrafı və sol bazunun aşağı 1/3-nin geniş ölçülü hematoması, sağ İ və İİ barmaqların qançırı ilə nəticələnən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Şahmərdan oğlunun ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun illərdir yaşadığı Şəki rayonu, Baş Göynük kənd Tibb Məntəqəsində sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. xx.xx.2022-ci il tarixdə özünə məxsus Vaz-21011 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avomobil ilə Aşağı Göynük kənd yolu ilə yaşadığı Baş Göynük kəndi istiqamətində 60 km/saat sürətlə hərəkət etmiş, hərəkət etdiyi yolda onun hərəkət istiqamətində ondan başqa heç kim olmamış, piyadanı vurduğu yerə 15-20 metr qalmış yolun sağ kənarında avtomobil dayanmasını və arxa stop işıqlarının yanmasını görmüş, həmin vaxt yolun tən ortası ilə hərəkət etmiş ki, yolun sağ kənarında dayanan avtomobil ani vaxtda yolun hərəkət hissəsinə keçərsə həmin avtomobili ötüb keçsin, yolun orta xətinin üzəri ilə hərəkətdə olarkən bir nəfər şəxsin avtomobilin sol hissəsindən dəymiş, sonra isə avtomobilin alın şüşəsinin sol hissəsinə çırpılıb yerə düşmüş, piyadanı vurmadan əvvəl sükanı yolun sağ kənarına çevirsə də idarə etdiyi avtomobilin sol qanad hissəsi ilə piyada hərəkət edən şəxsi vurmuş, vurduğu piyada avtomobilin alın şüşəsinə dəyib yolun orta xətti üstünə və idarə etdiyi avtomobildən sol tərəfə düşmüşdür. Bir neçə metr qarşıya gedib avtomobili Baş Göynük kəndi istiqamətində yolda saxlamış və avtombildən dərhal düşüb vurduğu piyadanın yanına qaçıb onu yerdən qaldırmış və qışqırıb kömək istəmişdir. Həmin an adının sonradan Oktay olmasını bildiyi şəxs onun yanına gəlmiş və nalayiq ifadələr işlədərək "Rasimi kim vurdu, kim vurdu" deyib üzərinə gələndə ona kömək etməsini demiş, elə həmin vaxt həmkəndlisi Şahid2 da gəlib ona köməklik etmişdir. İdarə etdiyi avtombili Şəki şəhəri istiqmətinə çevirmiş, sonra isə birlikdə Zərərçəkmiş şəxs avtomobilin arxa otracağına qoymuş, Şahid2 ona demiş ki, avtomobili dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına sürsün. Şəki şəhəri istiqamətində hərəkətə başladığı andan təcili tibbi yardıma zəng edib hadisə barədə məlumat vermişdir. Qoxmuq körpüsünə çatarkən təcili tibbi yardımın gəldiyini görüb avtomobili saxladıb vurduğu şəxsi təcili tibbi yardıma qoyub xəstəxanaya aparmış, xəstəxanada həkimlər vurduğu şəxsi müayinə edib onun artıq öldüyünü bildirmişlər. Sonradan törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı ölümünə səbəb olduğu şəxsin Şəki rayonu, Aşağı Göynük kənd sakini Zərərçəkmiş şəxs olmasını öyrənmiş, hazırda törətmiş olduğu hadisəyə görə çox peşmanlıq hissi keçirir. İdarə etdiyi avtomobildə özündən başqa heç kim olmamışdır. Hadisə zamanı hava dumanlı olmuş, avtomobili idarə edən vaxt sipirtli içki qəbul etməmiş, hadisə vaxtı heç bir bədən xəsarəti almamışdır. Hadisədən sonra zərər çəkmiş şəxsin yaxın qohumları ilə və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər etsə də, bu barədə başqa adamlar vasitəsi ilə barışığa cəhd etsə də, zərər çəkmiş şəxsin arvadı, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisi onunla barışmamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. 18 dekabr 2022-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs Şəki rayonu, Çeşməli kəndində yaşayan bacısı Tüməngilə getmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs taksi çağırıb gəlini Əfsanə Əlimərdanovanı, iki xəstə nəvələrini və onu Çeşməli kəndinə yola salmışdır. Onlar bacısı Tüməngildə əyləşib söhbət etdikdən bir neçə saat sonra gəlini Əfsanə Əlimərdanova onun oğlu Zərərçəkmiş şəxs zəng edib danışdıqdan sonra onun Şin şadlıq sarayında toyda olduğunu bilmişlər. Bacısı Tüməngildə bir neçə saat əyləşib söhbət etdikdən sonra yaşadıqları evə qayıtmış, lakin oğlu Zərərçəkmiş şəxs toydan evə qayıtmamışdır. Onlar evdə olarkən xəbər eşitmiş ki, oğlu Zərərçəkmiş şəxs Şəki rayonu, Aşağı Göynük yolunda maşın vurmuş, onu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ondan sonra gəlini Əfsanə Əlimərdanova ilə birlikdə təcili Şəki xəstəxanasına getmiş, xəstəxanada öyrənmiş ki, Baş Göynük kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21011 markalı avtomobil ilə oğlu Zərərçəkmiş şəxs vurmuşdur. Oğlu Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs oğlu Rasimin ölümünə səbəb olduğuna görə onun barəsində şikayətçidir, bunadan sonra da şikayətçi olacaqadır. Hadisədən sonra Təqsirləndirilən şəxs onlarla qohumları və şəxsən özü barışıq əldə etmək üçün pul təklif etməsinə və digər formada barışığa cəhd etsə də, oğlu Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş şəxs Təqsirləndirilən şəxs barəsində şikayətçidir, həmin şəxs həbs olunana kimi də şikayətçi olacaqdır. Təqsirləndirilən şəxs barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, ailəsinin dolanışığını təmin etmək üçün 2012-ci ildən X2 xətt təmirçisi vəzifəsində işləyir. 18 dekabr 2022-ci il tarixdə əmizadə sayılan X6 onu oğlu Fərid İdrisovun toy məclisinə dəvət etmişdir. Toy məclisi Şəki rayonu, Şik kəndi ərazisində yerləşən "Şin" şadlıq sarayında keçirilmişdir. O, toya tək getmiş, toyda bir çox kənd sakinləri ilə əyləşib yeyib içməklə spirtli içki qəbul etmiş, həmin toyda onunla yanaşı yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmiş Zərərçəkmiş şəxs da iştirak etmişdir. Zərərçəkmiş şəxs başqa şəxslərlə başqa masada əyləşib yeyib-içməklə spirtli içki qəbul etmişdir. Xeyli vaxt toyda əyləşib yeyib içdikdən sonra yaşadığı evə qayıtmaq qərarına gəlmış, şadlıq sarayından çıxıb Şəki rayonu, Aşağı Göynük kəndi istiqamətində piyada hərəkət edərkən görmüş ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs da piyada onun arxasınca gəlir. Zərərçəkmiş şəxs gəlib yolda ona çatmış, onlar söhbət edə-edə piyada gedərkən tanımadığı Vaz-2107 markalı avtomobil gəlib onların yanında dayanmış və Rasim ilə birlikdə həmin avtomobilə minmişdir. Şəki rayonu, Baş Göynük kəndinə sonradan çəkilmiş yeni asfalt yolun kənarında yeni tikilən evlərin yaxınlığında avtomobildən düşmüşlər. Avtomobildən düşdükdən sonra o, yolun kənarında evləri olan bibisi Lətafətgilə getmiş, Zərərçəkmiş şəxs da ara küçə ilə yaşadığı evinə getməsini bildirmişdir. Rasim yolun kənarında oturmuş və bir qədər sonra gedəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs orada qoyub bibisigilə getmiş, Zərərçəkmiş şəxs 150-200 metr uzaqlaşdıqdan sonra yolun kənarında Aşağı Göynük kəndi istiqamətində yolun sağ kənarında yerləşən darvaza qapısından evin həyətinə daxil olarkən yoldan gubbultu səs gəldiyini eşitmiş, geriyə dönüb səs gələn yerə qaçıb baxdığında artıq Baş Göynük kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə kimisə vurduğunu və həmin şəxsi yerdən götürüb avtomobilin arxa hissəsinə qoymağa çalışdığını görmüş, əvvəlcə avtomobilin vurduğu şəxsin Zərərçəkmiş şəxs olmasını bilməmiş, yaxınlaşıb Təqsirləndirilən şəxs köməklik etdiyində avtomobilin vurduğu şəxsin Zərərçəkmiş şəxs olmasını görmüş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs asfalt örtüyün üzərindən götürüb avtomobilin arxa oturcağına uzatmışlar. Elə həmin vaxt digər bir nəfər yaşlı kişi də gəlib onlara köməklik etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşına qoyduqdan sonra Şəki şəhəri istiqamətində getmiş, sonra nə baş verməsini bilməmiş, oradan çıxıb yaşadığı evə getmişdir. Hadisə baş verdikdən sonra hadisə yerinə çatdığı üçün hadisənin necə baş verməsini görməmişdir. Bundan başqa hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, özünə məxsus Vaz-2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd arası taksi işləyib ailəsi üçün qazanc əldə edir. 18 dekabr 2022-ci il tarixdə ağac qırıntıları yığıb yaşadığı Baş Göynük kəndinə gətirmək üçün özünə məxsus avtomobil ilə "Qarasov" ərazisinə getmiş, orada yığıdığı ağac qırıntılarını gətirmək üçün yük avtomobili tapa bilməmişdir. Ona görə də özünə məxsus avtomobil ilə Baş Göynük kənd yolu ilə hərəkət edərkən avtomobilin matorxanasında pərin remeni qırıldığından yeni tikilən yaşayış evlərinin yaxınlığında idarə etdiyi avtomobili Baş Göynük kəndi istiqamətində yolun sağ kənarında asfat örtükdən təxminən 2-3 metr kənarda yolun ehtiyyat hissəsində saxlamış, avtomobildən düşüb alışqan fənəri ilə arxa yük yerində pərə salmaq üçün remen axtararkən iki nəfər tanımadığı şəxsin yüksək səslə söhbət edə-edə Aşağı Göynük kəndi istiqamətində asfat örtüyün üzərində piyada hərəkət etdiklərini görmüş, gecə qaranlıq olduğuna görə həmin şəxslərin kim olmasına elə də əhəmiyyət verməmiş, həmin şəxslər onun yanından ötüb keçdikdən təxminən beş dəqiqə sonra ondan təxminən 30-40 metr aşağıda gubbultu səsi eşitmiş, lakin qaranlıq və tək olduğuna görə həmin səs gələn yerə ilkin olaraq getməmişdir. Bir az vaxt sonra kiminsə "allahınız olsun mənə kömək edin" deyib qışqırmasını eşitmiş, həmin an artıq deyilən sözə və haraya dözə bilməyib səs gələn yerə getmişdir. Ora çatdığında Baş Göynük kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21011 markalı avtomobilin Baş Göynük kəndi istiqamətində yolun orta xəttinin ortasında dayandığını, avtomobildən solda asfaltın üzərində bir nəfər şəxsin hərəkətsiz halda olduğunu, sürücünün həmin şəxsi qucaqlayıb oturduğunu görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb yerdə olan şəxsi götürüb üz-gözünün qanını gödəkcəsi ilə silmiş, sürücüyə isə avtomobili Şəki şəhəri istiqamətinə çevirməsini bildirmişdir. Bunda sonra onlar köməkli formada xəsarət alan şəxsi avtomobilin arxa hissəsinə qoymuşlar. Təqsirləndirilən şəxs avtomobili dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına sürməsini bildirdiyindən xəsarət alan şəxsi xəstəxanaya aparmışdır. Daha sonra tələsik halda pərin remenini salıb az sürətlə yaşadığı ev istiqamətinə hərəkət etmişdir. Hadisənin necə baş verdiyini eyni zamanda Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs necə vurmasını görməmişdir. Bütün bunlardan sonra nə baş verməsindən məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 18 dekabr 2022-ci il tarixdə evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21011 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobili ilə Baş Göynük kəndinə gələn yolda bir nəfər şəxsi vurduğunu və nəticədə həmin şəxsin öldüyünü eşitmişdir. Bu xəbəri eşidib hadisə yerinə getmiş, hadisə yerində Təqsirləndirilən şəxs vurduğu şəxsin Aşağı Göynük kənd sakini Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. Hadisə yerində çoxlu sayda kənd sakinləri, polis əməkdaşları və asfalat örtüyün üzərində qanabənzər ləkələr olmasını görmüşdür. Hadisə yerində olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb hadisə yerinə baxış keçiriləcəyini və baxış zamanı hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O, da buna heç bir etiraz etməmiş, digər hal şahidi Şahid4la birlikdə onlara hüquq və vəzifələri izah olunduqdan sonra müstəntiq hadisə yerinə baxış keçirməyə başlamış, baxış zamanı müstəntiq sürücü Təqsirləndirilən şəxs ilə sorğu-sual edən zaman həmin şəxs hadisə zamanı avtomaşını saatda 60 km sürətlə idarə etdiyini və yolu keçmək istəyən piyadanı görən anda onunla piyada arasında təxminən 15-20 metr məsafə olduğunu bildirmiş, sürücü Təqsirləndirilən şəxs piyadanın onun hərəkət yoluna çıxdığını görəndə sükanını sağa doğru döndərdiyini, buna baxmayaraq piyadanı avtomobilin qabaq sol hissəsi ilə vurduğunu və həmin şəxsin avtomobilin alın şüşəsinin sol hissəsinə dəyib yerə düşdüyünü qeyd etmişdir. Hadisə yerinə baxış keçirilən zaman sürücü Təqsirləndirilən şəxs avtomobildə özündən başqa heç kimin olmadığını və spirtli içki qəbul etmədiyini bildirmiş, müstəntiq hadisə yerində ölçü işləri apararkən sürücü Təqsirləndirilən şəxs piyadanı vurduğu yeri əli ilə göstərmişdir. Sürücü Təqsirləndirilən şəxs törətmiş olduğu yol nəqliyyat hadisəsinin necə baş verməsini izah edərkən, müstəntiq də hadisə yerində ölçü işləri aparmış, hadisə baş verən yolun eninin 7 metr olduğu, piyadanın vurulduğu yerin yolun sol hissəsindən 3 metr, sağ hissəsindən 4 metr məsafədə olduğu müəyyən olunmuşdur. Bütün bunlarla əlaqədar müstəntiq protokol və hadisə yerinin sxemini tərtib etmiş, onların hər biri imzalarla həmin protokolu və sexemi təsdiq etmişlər. Müstəntiq hadisə yerinə baxış keçirdikdən sonra oradan uzaqlaşıb yaşadığı evə getmiş, bundan başqa hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onunla ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqəsi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. Sərxoşluğun müayinəsinə dair 518 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən verilmiş AC 454896 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin QİŞ 2 saylı Səyyar ASAN xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sənədin etibarlılıq tarixi xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. AD 936665 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Vaz 21011” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Şəki rayonu, Aşağı Göynük kənd yolunda yaşayış məntəqəsində baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru və düzdür. Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun hər iki hərəkət hissəsinin kənarında ehtiyat hissə vardır. Hadisə yerində tormuz izləri aşkar edilməmiş, yolda sürət məhdudiyyəti 60km/saatdır. Hadisə yerində Vaz-21011 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən yol ilə Baş Göynük kəndi istiqamətində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs vurmuş, həmin vaxt avtomaşını geriyə Şəki şəhəri istiqamətində döndərib vurduğu şəxsi avtomaşına qoyub Şəki RMX-sı istiqamətində hərəkət etmişdir. Bu səbəbdən yol-nəqliyyat hadisəsi törətmiş avtomobil və hadisə nəticəsində ölmüş meyitin hadisə yerində olmadığı müəyyən olunmuşdur. Piyada hərəkət hissəsinin sol kənarından 3 metr məsafədə, sağ kənarından isə 4 metr məsafədən vurulmuşdur. Yolun sol hərəkət hissəsində asfalt betonun üzərində iki yerdə qanabənzər ləkələr vardır. Piyada “Vaz-21011” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadının qabaq hissəsi ilə vurulmuşdur, alın şüşəsinin sol hissəsi isə çatlayıb qırılmışdır. Piyada hadisədən əvvəl hərəkət hissəsinin sol kənarından sağ kənarına doğru hərəkətdə olmuşdur. Piyada hərəkət hissəsinin sol kənarından vurulduğu yerə qədər 3 metr məsafə qət etmişdir. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru yolu keçməyə başladığı andan yaranmış, həmin andan piyada avtomobil ilə vurulma yerinə kimi adi yerişlə 3 metr məsafə qət etmişdir. Hadisə yerinə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 71 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir: müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəllə əsası sümüyünün sınığı, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, qaşətrafı və sol bazunun aşağı 1/3-nin geniş ölçülü hematoması, sağ İ və İİ barmaqların qançırı. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü meyit müayinə olunan vaxtdan 2-3 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı 2,5 % qatlığında etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə güclü dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 fevral 2023-cü il tarixli 8/219 saylı rəyinin nəticə hissəsindən görünür ki, Vaz 21011 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Hüseyninbala oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavabında görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində Aşağı Göynük kənd yolunda baş vermiş yol nəqliyyat hadisəsi yerinə yaxın ərazidə çayxana, kafe, ictimai-iaşə obyektləri, müşahidə kameraları, yoldan keçən digər avtonəqliyyat vasitələrinin olmadığı, Vaz-21011 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməklə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş sürücü Təqsirləndirilən şəxs ilə mərhum Zərərçəkmiş şəxs arasında heç bir ədavət və ya düşmənçilik olmadığı, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinə Aşağı Göynük kənd sakini Şahid1 və Şəki rayonu, Baş Göynük kənd sakini Şahid2 gəldiyi, həmin şəxslərdən başqa kiminsə hadisə yerinə gəlmədiyi müəyən edilmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İnzibati Ərazi Dairəsininin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Baş Göynük kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ailə üzvü beş nəfərdən ibarət olmaqla himayəsində bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin MV № 017834 nömrəli, 10 yanvar 2020-ci il tarixli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin MV № 059127 nömrəli, 22 fevral 2017-ci il tarixli vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı statusuna malikdir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi Vaz 21011 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən yol ilə Baş Göynük kəndi istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsinin eni 7 metr olmaqla, piyada hərəkət hissəsinin sol kənarından 3 metr məsafədə, sağ kənarından isə 4 metr məsafədən avtomobilin qabaq sol qanadının qabaq hissəsi ilə Zərərçəkmiş şəxs hadisədən əvvəl hərəkət hissəsinin sol kənarından sağ kənarına doğru hərəkətdə olmasına baxmayaraq onu vurmuş və nəticədə öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görərək kifayət qədər əsaslar olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünəgüvənmə ilə idarə etdiyi avtomobili ilə zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263- 1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi müharibə veteranı olmasını (CM-59.2), himayəsində bir azyaşlı uşağın olmasını (C.M 59.1.4) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan 31 may 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X4, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Veliyev
Məhkəmə qərarları › İş №1(075)-50/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-50/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver