Məhkəmə qərarları › İş №1(075)-50/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-50/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-50/2025 17.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkili X1 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulan günə kimi Bakı şəhəri, Sabunçu rayonu, B.ünvan 2 ünvanında yaşamış, , Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətində Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 19 nömrəli Yanğından mühafizə hissəsində və ARDNŞO üzrə Yanğından mühafizə idarəsinin 47 nömrəli Yanğından mühafizə hissəsində sürücü vəzifəsində işlədiyi dövrdə və bundan sonrakı müddət ərzində səlahiyyətləri xaricində olmasına baxmayaraq, qəsdən, tamah niyyəti və etibardan sui-istifadə və aldatma yolu ilə, qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı X6 16000 (on altı min) manat pul müqabilində onun Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Şəki bölməsində yanğınsöndürən vəzifəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verməklə inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 2020-ci ilin mart ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Bakı şəhəri Binəqədi rayonu ərazisində onun cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid4 vasitəsilə 1500 (bir min beş yüz) manat, 2020-ci ilin aprel ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Bakı şəhəri Binəqədi rayonu ərazisində onun cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid4 vasitəsilə 1500 (bir min beş yüz) manat, 2022-ci ilin yaz aylarında, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən "Qismət” şadlıq evinin yaxınlığındakı yaşayış binasının giriş hissəsində onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid2 vasitəsilə 11000 (on bir min) manat, 2022-ci ilin mart ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən "Qismət” şadlıq evinin yaxınlığındakı yaşayış binasının giriş hissəsində onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 vasitəsilə 1000 (bir min) manat, 28 iyun 2022-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndinin ərazisində yerləşən ödəmə terminalı vasitəsilə X4 onun anası X2 adına olan "xxxx"a məxsus 510307…6039 nömrəli plastik kart hesabına göndərdiyi 1000 (bir min) manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 16.000 (on altı min) manat pulunu alaraq ələ keçirərək qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X6 vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda, yəni 16.000 (on altı min) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə ifadəsində bildirdi ki, o, 2020-ci ilin sentyabr ayınadək FHN-nin DYMX-nin Nizami rayonu üzrə 19 saylı DYMH-də komendat işləmiş, o, 26 aprel 2022-ci il tarixdə FHN-də xidmətdən xaric olunmuş, o, Şahid4 vasitəsilə Buğdayı tanıdıqda həmin vaxt FHN-nin DYMX-nin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 19 nömrəli Yanğından mhüafizə hissəsinin təsərrüfat sektorunun komendantı vəzifəsində işləmiş, daxili xidmət baş çavuşu rütbəsində olmuş, FHN-də xidmət etdiyi dövrlərdə təxminən 2020-ci il tarixdə təxminən mart və ya aprel aylarında əvvəllər tanıdığı Şahid4 söhbət zamanı ona Şəki rayonunda Tural adlı tanışının qardaşının FHN-nin DYMX-nin Şəki bölməsində işə düzəlmək istədiyini demiş və ondan Turalın qardaşına köməklik edə biləcəyini soruşmuş, ona İlkinə nömrəsini həmin şəxsə verməsini və bu işlə bağlı maraqlanacağını demişdir. Həmçinin İlkinə həmin şəxslərdən ilkin olaraq 5000 manat pul almasını bildirmiş, lakin həmin dövrdə İlkinə Buğday və ya onun qardaşı Tural 3000 manat pul göndərsə də, o, Turalgilin 5000 manat əvəzinə 3000 manat göndərdiyinə görə, İlkinə götürdüyü 3000 manatı geri qaytarmasını tapşırmış, İlkin də götürdüyü pulu geri qaytarmışdır. Bir neçə gün sonra Tural ona zəng edərək qardaşı Buğdayın işi ilə bağlı onlara köməklik etməyini xahiş etmiş və bu iş üçün nə qədər pul lazım olduğunu soruşmuş və işi həll etməyini xahiş etmişdir. Turala köməklik edə biləcəyini deyib bu iş üçün 10.000 manat pul lazım olduğunu bildirmiş, sonuncu da razı olmuş və saat 20 radələrində Yasamal rayonunda yaşadığı evin yaxınlığında onunla görüşüb pulu almağını xahiş etmiş, o, Yasamal rayonu Yeni Yasamal qəsəbəsində “Qismət” şadlıq sarayının yaxınlığında yerləşən yaşayış binasının giriş hissəsində Tural ilə görüşmüş, söhbət zamanı Tural ilkin olaraq 6000 manat pulu olduğunu, qalan pulu da tezliklə verəcəyini demiş, o da razı olaraq 6000 manat pulu Turaldan almış, həmçinin həmin vaxt Tural qardaşı Buğdayın şəxsiyyət vəsiqəsini, hərbi biletini, sağlamlıq haqqında arayışı, attestatını, doğum haqqında şəhadətnaməni və digər bir neçə sənədlərini ona vermiş, bir neçə gün sonra İlkinlə telefon əlaqəsi zamanı o, Turala Buğdayı Bakı şəhərinə çağırmasını demişdir. Buğday ilə FHN-nin poliklinikasının qarşısında görüşmüşlər. Buğdayı həmin vaxtdan tanımış, o, Buğdayı inandırmaq üçün onun şəxsiyyət vəsiqəsini götürüb adını qeyd etdirəcəyini demiş və poliklinikaya daxil olmuş, bir neçə dəqiqə sonra çölə çıxıb Buğdaya sənədlərin hazırladığını deyərək vəsiqəsini qaytarmışdır. Həmin vaxt o, yalandan poliklinikaya girib öz xidmət üzrə adını xatırlamadığı həkimin yanında söhbət etmiş, məqsədi isə Buğdayın işinə köməklik edəcəyinə dair görüntü yaratmaq olmuşdur. Bundan sonra isə Buğday onunla sağollaşıb getmişdir. Daha sonra pandemiya dövrü və ondan sonra müharibə başlamış, həmin zamanlarda o, Buğdaya və ailə üzvlərinə baş qarışıq olduğunu, şəhid və qazi ailə üzvlərinin işə qəbul edildiyini, onun da sənədlərini digər sənədlərin arasında hazırlanacağını deyib inandırmış, bir müddət belə davam etmişdir. 2022-ci ilin təxminən mart ayında o, Buğdayı və atasını Bakı şəhərinə çağırmış, Xətai metrostansiyasının yaxınlığında FHN-nin İdarəsinin yanında Buğday və atası ilə görüşmüş, Buğdaya orada gözləməsini, işə qəbul əmrinin veriləcəyini demiş, sonuncular da inanmışlar. Buğday içəridə gözləyən zaman atası Şahid2 “Buğdayın işi həll olunur, ona görə də qalan pulları da verin” sözlərini demiş, Adil pulun Turalın yaşadığı evdə olduğunu dedikdən sonra Adil ilə o, idarə etdiyi “Opel” markalı avtomobilə əyləşib Yeni Yasamal qəsəbəsinə Turalın yaşadığı binanın qarşısına getmişlər. Adil evə gedib bir neçə dəqiqə sonra onun yanına gəlmiş və hazırda xatırlamadığı məbləğdə pulu ona vermiş, o, pulu Adildən alıb oradan uzaqlaşmış və həmin pulu da şəxsi xərclərinə ödəmişdir. Buğday işə qəbul olunmadığı üçün ona tez-tez zəng etmişlər, belə olduqda bir neçə ay sonra o, qardaşı Rahimlə birlikdə digər işləri ilə bağlı Şəki şəhərinə gələrkən Göynük kəndinə Buğdayın yaşadığı evə getmiş, orada onun atası, digər ailə üzvləri və özü ilə görüşmüş, Buğday və onun ailə üzvləri onları qarşılamış, bir qədər orada dayanıb geri qayıtmışlar. O, Bakı şəhərinə qayıtdıqdan sonra Tural ilə əlaqə saxlayıb Buğdayın işinin həll olunmasına az qaldığını, əlavə 1000 manat pul lazım olduğunu demiş, belə olduqda Tural Buğdayın 1000 manat pulu karta köçürməklə ona göndərəcəyini demiş, o, anası X2 adına olan "xxxx"a məxsus təqaüd kartının nömrəsini Buğdaya demiş, hazırda kartın nömrəsini xatırlamamış, Buğday 1000 manat pulu həmin kart hesabına 28 iyun 2022-ci il tarixdə köçürmüşdür. Beləliklə, o, Buğdayın FHN-də işə düzəlməsinə köməklik etmək üçün özündən və ailəsindən 16000 manat məbləğdə pulu almışdır. Onun Buğdayı işə düzəltmək kimi imkanı və fikri olmamışdır. Hazırda imkanı olmadığından aldığı pulları qaytara bilmir, əməlindən peşman olmasını və səmimi ifadəsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında o, Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Şəki bölməsində yanğınsöndürən vəzifəsinə işə düzəlmək istəmiş, lakin işə qəbul qaydaları barədə məlumatı olmamış, qardaşı Tural ilə bu barədə danışdıqda o, tanışlarından bu barədə maraqlanacağını demiş, qardaşı Şahid1 həmin vaxtlar Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində xidmət etmiş, bir müddət sonra Tural ona İlkin Alıyev adlı şəxslə tanış olduğunu demiş, İlkinin bu işdə onlara köməklik edəcəyini demiş, belə olduqda o, qardaşı Tural ilə birlikdə İlkin Alıyevlə telefon vasitəsilə əlaqə saxlamış, İlkin ondan şəxsiyyət vəsiqəsini, sağlamlıq və məhkumluq haqqında sənədləri hazırlayıb onunla görüşməklərini istəmiş, o, İlkinin dediyi sənədləri hazırlayıb 2020-ci il tarixdə karantin düşməmişdən təxminən 10-15 gün əvvəl Bakı şəhəri Avtovağzal metrostansiyasının yaxınlığında İlkinlə görüşmüş və həmin sənədləri və 1500 manat məbləğində pulu sonuncuya təqdim etmiş, İlkin sənədləri və pulu götürüb növbəti mərhələdə hospitala çağırılacağını demişdir. Təxminən bir ay sonra İlkin ona zəng edib sənədlərin hazır olduğunu deyib onu müayinə üçün hospitala getmək üçün Bakı şəhərinə çağırmış və özü ilə əlavə olaraq yenə 1500 manat pul aparmağını demişdir. O, Bakı Beynəlxalq Avtovağzalında metrostansiyasının yaxınlığında eyni yerdə İlkinlə görüşmüş, orada 1500 manat pulu İlkinə vermiş, İlkin ondan aldığı pulları Rəşad adlı şəxsə verəcəyini, onun işini Rəşadın həll edəcəyini demiş, daha sonra İlkin onu hospitala aparacağını deyib özünün idarə etdiyi qara rəngli "Mercedes E-class" markalı avtomobilə əyləşdirmiş və onlar birlikdə Biləcəri qəsəbəsinə getmişlər. Orada FHN-nin hospitalının qarşısında İlkin onu Təqsirləndirilən şəxs ilə tanış etmiş, Rəşad şəxsiyyət vəsiqəsini ondan götürüb hospitalın binasına daxil olmuş, bir müddət sonra İlkin onu Hospitaldan idarə etdiyi maşınla avtovağzala yenidən gətirmiş, ona “müayinə sənədlərini Rəşad həll edəcək” sözlərini demiş, o inanmış və metro ilə yaşadığı evə getmişdir. İlkin bir müddət sonra ona zəng edib ondan aldığı ümumilikdə 3000 (üç min) manat pulun hamısını Rəşada verdiyini, onun işi ilə Rəşadın məşğul olduğunu, ona görə də, Rəşadla əlaqə saxlamağını bildirib sonuncunun nömrəsini ona vermiş, o, Rəşadla telefon əlaqəsi saxlayan zaman demək olar ki, bütün sənədlərin hazır olduğunu, tək idman normativlərinin qaldığını, ona görə də, yaxın günlərdə onu nazirliyə çağıracaqlarını, 6 ay ərzində onun işlə təmin olunacağını demiş, lakin sonradan "COVİD-19" pandemiyası daha çox yayıldığı üçün Rəşad pandemiyanı əsas gətirib işin uzandığını bildirmişdir. Bundan sonra isə 44 günlük "Vətən Müharibəsi" başlamış, bununla da uzun müddət onun işə düzəlməyi ilə bağlı Rəşad heç bir hərəkət etməmiş, müharibədən sonra isə Rəşad ona əsasən müharibə iştirakçılarının işlə təmin olunduğunu, onun da sənədlərini digər namizədlərlə birlikdə nazirliyə göndərəcəyini, onunla əlaqə saxlayacağını demişdir. 2022-ci ilin yaz aylarında Rəşad ona zəng edib onu Bakı şəhərinə FHN-nin idarəsinə dəvət etmiş, o, atası ilə birlikdə Xətai metrostansiyasının yaxınlığında yerləşən FHN-nin İdarəsinə getmişlər. O, bir neçə saat gözləmə zalında gözləmiş, atası ilə Rəşad isə binanın qarşısında dayanmışlar və söhbət etmişlər. O, bu zaman FHN-nin idarəsinin içərisində gözləmişdir. Birdən Rəşad ona zəng edib bir neçə saata işə qəbul əmrimin veriləcəyini, ona görə də, orada gözləməyini, özü isə atası ilə birlikdə qalan pulu götürməyə getdiyini demiş, o da inanmış, atası da Rəşadla birlikdə həmin vaxt qardaşı ilə onun müvəqqəti yaşadığı Bakı şəhəri, Yeni Yasamal rayonu qəsəbəsində “Qismət” şadlıq sarayının yaxınlığında yerləşən evə gedib oradan 11.000 manat pulu götürüb Rəşada vermiş, həmin vaxt qardaşı Tural işdə olmuş, o, inzibati binanın gözləmə zalında gözləsə də, heç bir xəbər olmamış, daha sonra isə onu zaldan çıxarmışlar. O, Rəşada zəng edib maraqlandıqda o, səhəri gün əmrinin veriləcəyini, ona görə də getməyini demiş, o evə getmiş, səhəri günü də yenidən FHN-nin idarəsinə getmiş, lakin heç bir xəbər olmamışdır. Rəşad onunla əlaqə saxlayıb əmri imzalandıqdan sonra özünün rayona göndərəcəyini demiş və rayona qayıdıb gözləməyini istəmişdir. O, atası ilə birlikdə Şəki rayonuna qayıtmış, təxminən bir ay sonra atası Adil Rəşada zəng edib pulu qaytarmasını istəmiş, sonuncu müxtəlif bəhanələr etmiş və bir neçə gün sonra, təxminən 2022-ci ilin mart ayında qardaşı ilə birlikdə Baş Göynük kəndinə yaşadığı evə gəlmiş və Rəşad onun atasına və ona işin bir həftəyə hazır olacağını, onun əmrinin veriləcəyini, ondan sonra işə başlayacağını demiş, onlar da Rəşada inanmışlar. Daha sonra isə onunla əlaqə saxlayacağını deyib getmişdir. Səhəri gün axşam saatlarında Rəşad qardaşı Turala zəng edib qiymətlərin qalxdığını deyib onun işə düzəlməyi üçün əlavə 2000 manat pul lazım olduğunu demiş, qardaşı Tural ona bu barədə məlumat verdikdə o, yaşadığı Göynük kəndində olmuş, həmin vaxt özündə cəmi 1000 manat pul olmuş, ona görə də, qardaşından 1000 manat pul da tapıb Rəşada verməsini xahiş etmiş, qardaşı Tural Yasamal rayonunda həmin vaxt yaşadığı binanın yaxınlığında yerləşən "Qismət” şadlıq sarayının yanındakı istirahət parkında görüşüb 2022-ci ilin mart ayında 1000 manat pulu Rəşada vermiş, daha sonra o, 2022-ci ilin təxminən iyun ayında səhər saatlarında Rəşadla əlaqə saxlayıb qalan 1000 manat pulu göndərmək üçün ondan kart nömrəsi istəmiş, Rəşad “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona anası Minayə Zeynalova adlı şəxsin adına olan kart nömrəsinin şəklini atmış, o, yaşadığı Baş Göynük kəndindəki “Bərəkət” marketin içərisində olan ödəmə terminalı vasitəsilə 1000 manat pulu 2022-ci ilin təxminən iyun ayının axırlarında Rəşadın ona göndərdiyi həmin kart hesabına köçürmüş və qəbzin şəklini Rəşada göndərmiş, lakin həmin qəbz hazırda onda olmamışdır. Bundan sonra, Rəşad pulun hesaba daxil olduğunu demişdir. Həmin vaxtdan sonra uzun müddət Rəşadla əlaqə saxlaya bilməmişlər. Daha sonra o, Rəşadın yeni mobil nömrəsini əldə etmiş, telefon əlaqəsi zamanı Rəşad təzəlikcə X11 rayonunda yerləşən Sərhəd Qoşunlarının Hərbi Hissəsində MAXE kimi xidmətə başladığını, 6 ay bitdikdən sonra kredit götürüb pulunu qaytaracağını demiş, bir neçə dəfə əlaqədən sonra yenidən Rəşadla əlaqəsi kəsilmiş və həmin vaxtdan sonra Rəşadla heç bir əlaqəsi olmamış, sonradan Təqsirləndirilən şəxs hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunduğunu eşitmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi 16.000 manat puldan ona heç bir məbləğdə pul qaytarmamışdırQanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, yaşadığı kənddə təsərrüfatla məşğul olur. Buğday Nurəddinov onun oğludur. 2020-ci ilin mart ayında X20 Nazirliyinin X13 Xidmətinin Şəki bölməsində yanğınsöndürən vəzifəsinə işə düzəlmək istədiyi üçün digər oğlu Tural İlkin adlı şəxslə tanış olduğunu, Buğdayın işə düzəlməsinə köməklik edə biləcəyini demişdir. Beləliklə Tural ilə Buğday İlkinlə danışmışlar. Buğday sənədlərlə bərabər İlkin adlı şəxsə 3000 manat pul vermişdir. Bir müddət sonra İlkin Buğdaya ondan aldığı 3000 manat pulun hamısını Rəşada verdiyini, onun işini Rəşadın həll edəcəyini, ona görə də Rəşadla əlaqə saxlamasını demişdir. Buğday tez-tez Rəşadla telefon əlaqəsi saxlamışdır. 2022-ci ilin yaz aylarında Rəşad Buğdayı Bakı şəhərinə FHN-nin idarəsinə dəvət etmiş və özü ilə 11.000 manat pul aparmasını demişdir. Onlar da kredit götürmüş və heyvanların bir neçəsini sataraq Rəşadın dediyi 11.000 manat pulu bitirdikdən sonra Buğdayla birlikdə Bakı şəhərinə gedərək pulları Turalın yaşadığı evə qoyduqdan sonra Xətai metrostansiyasının yaxınlığında yerləşən FHN-nin İdarəsində Rəşadla görüşmüşlər. Rəşad Buğdaya gözləmə zalında gözləməsini, bir neçə saata işə qəbul əmrinin veriləcəyini dediyi üçün Buğday içəri daxil olduqdan sonra Rəşad ona bütün sənədlərin hazır olduğunu, həmin gün əmrin veriləcəyini demiş və 11.000 manat pulu ondan istəmişdir. O, pulun evdə olduğunu dedikdə, Rəşad birlikdə evə gedib pulu götürməsini təklif etmişdir. Rəşadla birlikdə Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən oğlu Turalın yaşadığı binanın qarşısına getmişlər. Rəşad binanın giriş qapısının qarşısında dayanmış, o isə evə daxil olub 11.000 manat pulu evdən götürərək binanın qarşısında Rəşada vermişdir. Rəşad pulları ondan götürüb saydıqdan sonra cibinə qoymuş və oradan uzaqlaşmışdır. Bir neçə saat sonra Buğday evə gələrək heç kimin onu qarşılamadığını, işə qəbul əmrinin verilmədiyini, əksinə, onu gözləmə zalından çölə çıxartdıqlarını deyərək Rəşadla bir neçə dəfə danışsa da, xəbər olmamışdır. Bir müddət sonra Rəşad qara rəngli opel markalı avtomobil ilə qardaşı ilə birlikdə Şəki rayonuna yaşadığı evə gəldikdə o, Rəşaddan pulları istəmiş, Rəşad isə Buğdayın işə düzələcəyinə söz vermiş və narahat olmamasını bildirmişdir. 2022-ci ilin payız aylarında Rəşad digər oğlu Turala zəng edib qiymətlərin qalxdığını deyərək Buğdayın işə düzəlməsi üçün əlavə 2000 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulun 1000 manatını Tural Bakı şəhərində Rəşadın qardaşına vermiş, qalan 1000 manat pulu isə Buğday Rəşadın dediyi kart hesabına köçürmüşdür. Beləliklə Təqsirləndirilən şəxs oğlu Buğdayı FHN-də işə düzəldəcəyinə söz verib ümumilikdə 16.000 manat pulunu ələ keçirsə də, onu aldatmış və pulunu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, 2017ci ilin mart ayından Hərbi Dəniz Qüvvələrində xidmət etmiş, Buğday Nurəddinov onun qardaşı olmuş, 2020-ci ilin mart ayında X20 Nazirliyinin X13 Xidmətinin Şəki bölməsində yanğınsöndürən vəzifəsinə işə düzəlmək istədiyini demiş və ondan bu barədə maraqlanmağını xahiş etmiş, o, bu barədə iş yoldaşlarına demiş və beləliklə, İlkin Alıyev adlı şəxslə tanış olmuşdur. İlkin bu işdə onlara köməklik edəcəyini demişdir. Belə olduqda o, qardaşı Buğday ilə birlikdə İlkin Alıyevlə telefon vasitəsilə əlaqə saxlamış, İlkin Buğdaydan şəxsiyyət vəsiqəsi, sağlamlıq və məhkumluq haqqında sənədləri hazırlayıb görüşmək istəmiş, Buğday İlkinin dediyi sənədləri hazırlayıb 2020-ci il tarixdə karantin düşməmişdən təxminən 10-15 gün əvvəl Bakı şəhəri Beynəlxalq Avtovağzalının yaxınlığında avtovağzal metrostansiyasının qarşısında İlkinlə görüşmüş, orada qardaşı Buğday İlkinə yuxarıda qeyd olunan sənədləri və 1500 (min beş yüz) manat məbləğində pulu vermiş, təxminən bir ay sonra İlkin Buğdaya zəng edib sənədlərin hazır olduğunu deyib müayinə üçün onu FHN-nin hospitalına çağırmış və özü ilə 1500 manat pul aparmasını demiş, ona bu barədə qardaşı Buğday məlumat vermiş, Buğday Bakı Beynəlxalq Avtovağzalında İlkinlə ikinci dəfə görüşüb orada yenidən əlavə olaraq 1500 manat pulu İlkinə vermiş, daha sonra qardaşı İlkinin idarə etdiyi maşınla oradan Biləcəri qəsəbəsindəki FHN-nin hospitalına getmişlər, həmin yerdə İlkin Buğdayı Təqsirləndirilən şəxs ilə tanış etmiş, bir müddət sonra İlkin qardaşı Buğdaya ondan aldığı 3000 manat pulun hamısını Rəşada verdiyini, işin Rəşad tərəfindən həll ediləcəyini, ona görə də Rəşadla əlaqə saxlanılmasını demiş, Buğday tez-tez Rəşadla telefon əlaqəsi saxlamış, sonuncu isə demək olar ki, bütün sənədlərin hazır olduğunu, tək idman normativlərinin qaldığını, ona görə də yaxın günlərdə onu nazirliyə çağıracaqlarını, 6 ay ərzində Buğdayın işlə təmin olunacağını demiş, lakin sonradan "COVİD-19" pandemiyası daha çox yayıldığı üçün Rəşad pandemiyanı əsas gətirib işin uzandığını bildirmiş, bu ərəfədə Rəşadla telefon danışdığı zaman ondan aldığı 3000 (üç min) manat pulu geri qaytarmağı tələb etmiş, sonuncu ona adını xatırlamadığı xalası oğlu vasitəsilə aldığı 3000 manatı qaytaracağını, lakin pulu qaytardıqdan sonra Buğdayın işinin həll olunmayacağını demiş, o da Buğdayın işinin alınması üçün Rəşada inanıb “xalan oğlunu göndərmə, qalsın pul səndə bu işi həll elə” sözlərini demişdim. Bundan sonra isə 44 günlük "Vətən Müharibəsi" başlamış, bununla da uzun müddət Buğdayın işə düzəlməsi ilə bağlı Rəşad heç bir hərəkət etməmiş, müharibədən sonra isə Buğday Rəşadla danışarkən Rəşad ona əsasən müharibə iştirakçılarının işlə təmin olunduğunu, amma onun sənədlərini də digər namizədlərlə birlikdə nazirliyə göndərəcəyini demiş, 2022-ci ilin yaz aylarında Rəşad Buğdayı Bakı şəhərində Xətai metrostansoyasının yaxınlığında yerləşən FHN-nin idarəsinə dəvət etmiş və özü ilə 11.000 manat pul aparmasını demişdir. Buğday atası ilə birlikdə Bakı şəhərinə, yəni onun yaşadığı evə gəlmişlər. Özləri ilə gətirdikləri 11.000 manat pulu onun yaşadığı evə qoyub daha sonra Xətai metrostansiyasının yaxınlığında yerləşən FHN-nin İdarəsinə getmişlər, o, bir çox görüşlərdə Buğdayın yanında olmasa da, Buğday işin gedişatı barədə ona mütəmadi məlumat vermiş, bir neçə saat sonra Rəşad Buğdaya bir neçə saata əmrinin veriləcəyini demiş və atası ilə birlikdə həmin vaxt qardaşı ilə onun müvəqqəti yaşadıqları Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən evə getmişlər, orada yaşadığı evin həyətində atası 11.000 manat pulu götürüb Rəşada vermiş, həmin vaxt o, işdə olmuş, qardaşı Buğday isə FHN-nin inzibati binasında qalmış, sonradan Buğdayı FHN-nin binasından çölə çıxarmışlar. Bir müddət Rəşaddan xəbər olmamış, o, Rəşada telefonla əlaqə saxlayıb aldığı ümumilikdə 14000 manat pulu geri qaytarmasını tələb etmiş, hər dəfəsində isə Rəşad ona “narahat olma, Buğday işə düzələcək” deyərək onları aldatmış, təxminən 2022-ci ilin mart-aprel aylarında o, Rəşadla yaşadığım Yeni Yasamal qəsəbəsində “Qismət” şadlıq sarayının yaxınlığındakı evin həyətində görüşmüş, sonuncu orada 6000 manat pulu cibindən çıxarıb yanında sayıb ona vermək istəmiş və “qalan 8000 manat pulu isə bu işin həlli üçün ayrı-ayrı şəxslərə vermişəm, həmin geri qaytara bilməyəcəm, bu pulu götür, amma götürsən artıq Buğdayın işi alınası deyil” sözlərini demiş, o da yenə Buğdayın işinin alınması üçün Rəşadın yanında saydığı və qaytarmaq istədiyi 6000 (altı min) manat pulu götürməmiş, Rəşada qaytarmış, sonuncu da pulu götürüb getmişdir. 2022-ci ilin təxminən mart aylarında Rəşad adını xatırlamadığı qardaşı ilə Şəki rayonuna gəlib burada atası, Buğday və onunla görüşüb danışmış, işi həll edə bilmədiyi üçün üzrxahlıq etmişdir. 2022-ci ilin yaz aylarında Rəşad ona zəng edib qiymətlərin qalxdığını demiş və Buğdayın işə düzəlməsi üçün əlavə 2000 manat pul lazım olduğunu bildirmiş, o, bu barədə atasına və Buğdaya məlumat verdikdə Buğday özündə cəmi 1000 manat pul olduğunu demiş və ondan 1000 manat pulu da tapıb Rəşada verməsini xahiş etmiş, o razı olmuş, o, Rəşada zəng edib görüşməklərini dedikdə, sonuncu gəlib ondan pulu götürəcəyini demişdir. Beləliklə, o, 2022-ci ilin yaz aylarında Yasamal rayonunda həmin vaxt yaşadığı binanın yaxınlığında yerləşən "Qismət” şadlıq sarayının yanındakı istirahət parkında Rəşadla görüşüb 1000 manat pulu sonuncuya vermiş, qalan 1000 manat pulu isə Buğday Rəşadın ona atdığı kart hesabına köçürməklə 2022-ci ilin iyun ayının sonlarında sonuncuya vermişdir. Bir müddət sonra qardaşı onun 1000 manat pulunu ona qaytarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs qardaşı Buğdayı FHN-də işə düzəldəcəyinə söz verib ümumilikdə 16.000 manat pulunu ələ keçirsə də, onu aldatmış və pulunu geri qaytarmamışdır. Onlar tez-tez Rəşaddan pulu tələb etdikdə sonuncu Yaşar adlı qohumunun telefon nömrəsini ona verib pullarını qaytaracağını demiş, o, həmin şəxslə əlaqə saxladıqda Rəşadın digər borclarının da olduğunu, Buğdayın pulunu da Rəşadın əvəzinə qaytarmağa çalışacağını demiş, bir neçə dəfə əlaqədən sonra Yaşar adlı şəxs maddi imkanının olmadığını, pullarını Rəşaddan tələb etməklərini demişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şəki ŞRPŞ-nə ifadə verdiyi zaman ola bilsin fikrini tam ifadə edə bilməmiş, o, Rəşadın qardaşının 2022-ci ilin yaz aylarında Rəşadla birlikdə “Opel” markalı avtomobillə Şəki rayonu, Baş Göynük kəndinə gəldiyini və onlarla söhbət etdiyini qeyd etmiş, lakin pulu isə Rəşadın özünə vermiş, ola bilsin ki, səhv anlaşılmışdır. Həmin vaxt hava yağışlı olduğu üçün payız olduğunu hesab etmiş, əslində isə xatırladığı qədər yaz ayları olmuşdur. Beləliklə, o, 2022ci ilin yaz aylarında, yəni təxminən mart ayında, karantin bitən aylarda Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yaşadığım binanın yaxınlığında yerləşən "Qismət” şadlıq sarayının yanındakı istirahət parkında X14 işə düzəltməsi üçün 1000 manat pul vermiş, qalan 15.000 manat pulu isə eyni məqsədlə atası və qardaşı Buğday Rəşada vermişlər. Rəşad onlardan aldığı puldan qardaşına pul verməsi barədə ona heç bir söz deməmiş, səhv etmirəmsə “Opel” markalı maşın Rəşadın qardaşına məxsus olmuşdur. İlkin Buğdaya əvvəlcə özünün bu işlə məşğul olacağını desə də, sonradan Rəşadla tanış edərək işlərin hamısını Rəşadın həll edəcəyini demiş, sonuncu özü də İlkindən 3000 manatı aldığını etiraf etmiş, İlkin bu işdə onlara sadəcə kömək etmək istəmiş, ona görə də, İlkinin bu məsələdə təqsiri və ya günahı olmamışdır. Rəşad Buğdayın işə düzəlməsi üçün heç bir iş görməmiş, heç bir köməklik göstərməmişdir. O, həmin vaxt 1000 manat pulu öz şəxsi vəsaiti hesabına versə də, bir neçə ay sonra qardaşı Buğday ona 1000 manat pul vermiş, hazırda Rəşadın ələ keçirdiyi pullar Buğdaya məxsus olmuşdur. Həmin Yaşar adlı şəxs Rəşadın ona pul verdiyini deməmiş, Yaşar Rəşadın qohumu olduğunu, Rəşadın onlardan başqa ayrı-ayrı şəxslərə də pul borcunun olduğunu, qohum kimi ona köməklik etmək məqsədilə onların pullarını qaytarmağa çalışacağını demişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Şahid1la xx.xx.2019-cu il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü oğlu Yasin və xx.xx.2024-cü il təvəllüdlü oğlu Sunay dünyaya gəlmişdir. Buğday Nurəddinov onun qaynıdır. Hazırda Bakı şəhərində onlarla birlikdə yaşayır. 2020-ci ilin mart ayında qaynı X15 Nazirliyinin Dövlət Yanğından Mühafiz Xidmətinin Şəki bölməsində yanğınsöndürən vəzifəsinə işə düzəlməsi ilə bağlı evdə əri və atası ilə danışdıqlarını eşitmişdir. Söhbət zamanı Buğday İlkin adlı şəxsə 3000 manat pul verdiyini, onun isə həmin pulları Rəşad adlı şəxsə verəcəyini, Rəşadın onu FHN-də işə düzəldəcəyini demişdir. 2022-ci ilin yaz aylarında Buğday və qayınatası Adil yaşadığı evə gələrək, ona kağız bağlama vermiş və içərisində pul olduğunu, özündə saxlamasını, həmin pulu Buğdayın işinə görə Rəşad adlı şəxsə verəcəklərini demişlər. O. bağlamanı götürərək içərisindəki pulları saymadan dolaba qoymuşdur. Bir neçə dəqiqə sonra isə Rəşadla görüşəcəklərini deyib evdən çıxmışlar. Həmin gün bir neçə saat sonra qayınatası Adil evə gəlib ona verdiyi içərisində pul olan bağlamanı götürmüş və Rəşadın binanın yanında olduğunu, pulu Rəşada verib qayıdacağını deyərək evdən çıxmışdır. Bir neçə dəqiqə sonra evə qayıdaraq 11.000 manat pulu Rəşada verdiyini demişdir. Həmin gün axşam saatlarına qədər qayınatası evdə dayanmışdır. Tez-tez Buğdayla danışmış, o isə gözlədiyini, hələki heç bir xəbər olmadığını demişdir. Buğday axşam saatlarında evə gələrək işin alınmadığını, bir müddət də gözləməli olduğunu demişdir. 2022-ci ilin payız aylarında Tural məzuniyyətdə olduğu üçün Baş Göynük kəndinə gəlmişlər. Həmin vaxt Rəşad adlı şəxs bir nəfər şəxslə birlikdə Göynük kəndinə yaşadığı evə gəlmişdir. O, Rəşadı ilk dəfə həmin vaxt görmüşdür. Ondan sonra da Rəşadı görməmişdir. Həmin vaxtdan sonra Turalın və Buğdayın Rəşadla nə danışdıqları, görüşüb-görşüməmələri barədə məlumatı olmamışdır. O. Bakı şəhəri, Yeni Yasamal rayonunda yaşadığı binada Təqsirləndirilən şəxsla görüşmədiyini, ona pul vermədiyini, Bakı şəhərində olarkən ümumiyyətlə Təqsirləndirilən şəxs görmədiyini, Buğday Nurəddinovun işə düzəlməsi üçün heç kimə pul vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, FHNnin XRXİ-də sürücü işləyir. 2020-ci ilin mart ayında Şahid1 onunla telefon əlaqəsi saxlayaraq hansısa tanışından nömrəni aldığını, onunla görüşmək istədiyini demişdir. Həmin tanışını hazırda xatırlamır. Telefon danışığı zamanı Şahid1 qardaşı Buğdayı FHNdə işə düzəltmək istədiklərini demiş və bu işdə onlara köməklik etməsini xahiş etmişdir. O, Şahid1 bu işlərdən anlayışı olmadığını, heç kimi işə düzəltmədiyini demiş, Təqsirləndirilən şəxs əvvəllər ona bir neçə dəfə nazirlikdə əlaqələrinin olduğunu, kimlərisə işə düzəldiyini dediyi üçün o, Turala və Buğdaya Rəşadla danışacağını, Rəşad onlara köməklik etsə onları tanış edəcəyini demişdir. Belə olduqda Rəşadla əlaqə saxlayıb bu barədə bildirdikdə, Rəşad Buğdayı işə düzəldə biləcəyini, tezliklə işi həll edəcəyini, bunun üçün isə şirinlik lazım olduğunu demişdir. Rəşad ona Buğdaygildən müəyyən qədər pul götürməsini, özünə də qazanc əldə etməsini təklif etmiş, lakin o, Rəşada bu işdə heç bir marağı olmadığını, əgər Buğdayı işə düzəldə birlərsə, işi həll edib şirinliyini almasını demişdir. Rəşad müəyyən sənədləri hazırlamasını tapşırdığı üçün Buğday ilə danışıb Rəşadın dediyi kimi ona şəxsiyyət vəisqəsini, sağlamlıq və məhkumluq haqqında sənədləri hazırlayaraq Bakı şəhərinə getməsini və onunla görüşməsini demişdir. Bir neçə gün sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Buğdayla görüşmüş, Buğday sənədləri ona vermiş, o da Buğdayla görüşməsi üçün Rəşadla əlaqə saxlamışdır. Lakin Rəşad işləri olduğu üçün görüşə bilmədiyini, sənədləri Buğdaydan götürməsini demiş və Buğdaya növbəti mərhələdə hospitala çağırılacağı barədə məlumat verməsini istəmişdir. O da Rəşadın sözünə inanıb sənədləri Buğdaydan götürmüş və ona bir müddət sonra hospitala çağırılacağını demişdir. Rəşadla görüşüb sənədləri ona verərkən Rəşad ondan Buğday ilə görüşəndə ondan şirinlik kimi 3000 manat pulu alıb ona çatdırmasını xahiş etmişdir. Özünə də əlavə pul götürməsini təklif etmiş, lakin o, etiraz edərək bu işdə marağının olmadığını demişdir. Tanışları vasitəsilə ondan xahiş etdikləri üçün Buğdayın işə düzəlməsini ondan xahiş etdiyini Rəşada demişdir. Təxminən bir ay sonra Rəşad ona zəng edib Buğdayın sənədlərinin hazır olduğunu, müayinə üçün hospitala gəlməsini, özü ilə 1500 manat pul gətirməsini demiş, o da Buğdaya zəng edib bu barədə məlumat vermişdir. Buğday razı olmuş, Bakı Beynəlxalq Avtovağzalında Buğdayla görüşmüşdür. Orada Buğday 1500 manat pulu ona vermiş, o isə Buğdaya bu işdə heç bir marağının və qazancının olmadığını, pulun hamısını Rəşad istədiyi üçün ona verəcəyini demişdir. Buğdaya əvvəldən də onun işini Rəşadın həll etdiyini, onunla tanış edəcəyimi demişdir. Daha sonra birlikdə Biləcəri qəsəbəsinə, FHN-nin hospitalının qarşısına getmişlər. Çünki Rəşadla danışan zaman həmin yerdə görüşəcəyini demişdir. X16 Təqsirləndirilən şəxs tanış olmuşlar. Rəşad Buğdaya işini həll edəcəyinə söz vermiş və onun şəxsiyyət vəsiqəsini götürüb hospitalın binasına daxil olmuşdur. Bir müddət sonra onunla əlaqə saxlayaraq Buğdayı rayona yola salmasını bildirmişdir. O da Buğdayı avtovağzala gətirib Şəki rayonua yola salmışdır. Rəşad ilə əlaqə salayaraq pulu ondan götürməsini dedikdə o, pulu özündə saxlamasını, Buğdaydan əlavə 1500 manat da almasını, pulun hamısını ondan alacağını demişdir. O, Rəşada Buğday ilə artıq tanış olduqlarını, ona görə də özünün Buğdayla əlaqə saxlamasını bildirdikdə isə Rəşad işlərinin çox olduğunu, vaxtı olmadığı üçün onun Buğday ilə danışmasını istəmişdir. Belə olduqda təxminən bir həftə sonra o, Buğdayla telefon əlaqəsi saxlayaraq Rəşadın onun işinə görə əlavə 1500 manat pul istədiyini demiş, Buğday razı olmuş və Bakı avtovağzalında onunla görüşüb 1500 manat pulu Buğday ona vermişdir. O da Bakı şəhərində hazırda dəqiq xatırlamadığı ünvanda Rəşadla görüşüb pulun hamısını ona vermiş və Rəşaddan Buğdayın işi ilə bağlı nə sözü olsa onun özü ilə əlaqə saxlamasını xahiş etmişdir. Həmçinin Buğdaya da zəng edərək ona verdiyi ümumilikdə 3000 manat pulun hamısını Rəşada verdiyini, onun işi ilə bağlı Rəşadın məşğul olduğunu, ona görə də Rəşadla əlaqə saxlamasını bildirərək Rəşadın nömrəsini ona vermişdir. Həmin vaxtdan sonra Buğdayla və Rəşadla həmin işlə bağlı heç bir əlaqəsi, danışığı olmamışdır. Eyni zamanda bir müddət sonra Rəşadla əlqəsi kəsilmiş və indiyədək onunla heç bir əlaqəsi və münasibəti olmamışdır. Həmin vaxtdan sonra baş vermiş hadisələr barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərində tanıdığını, münasibətinin normal olduğunu, bir neçə ay münasibətdən sonra onunla heç bir əlaqəsinin olmadığını, Buğday Nurəddinovu isə 2020-ci ilin mart ayında tanıdığını, Təqsirləndirilən şəxs onu işə düzəldəcəyinə söz verdiyi üçün Buğdayla bir neçə dəfə Bakı şəhərində görüşdüyünü, lakin həmin ilin yaz aylarından sonra Buğdayla da heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs Buğdayı FHN-də işə düzəldəcəyinə söz verdikdən sonra bu iş üçün 3000 manat pul istəyərək ona Buğdayı və qardaşını onun tanıdığını deyərək həmin pulu onlardan alıb Rəşada verməsini dediyi üçün 3000 manat pulu Buğdaydan alaraq Təqsirləndirilən şəxs verdiyini, bu işdə heç bir marağı və qazancının olmadığını, Buğdayın işə düzəlməsini ondan hansısa tanışının xahiş etdiyini, Rəşad da özünü işə düzəldən şəxs kimi tanıtdığına görə Rəşadın Buğdayın işə düzəlməsinə köməklik edəcəyini düşündüyünü, Rəşad 3000 manat pul istədiyi üçün Buğdaydan həmin pulu alaraq Rəşada verdiyini, X12 və onu aldatması barədə əvvəlcədən məlumatının olmadığını, Zərərçəkmiş şəxs onu işə düzəldəcəyinə dair söz vermədiyini, əvvəldən onunla danışan zaman Rəşad adlı tanışının bu işlərlə məşğul olduğunu, Rəşadın ona köməklik edəcəyinə söz verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyada XTHH-də snayper məsafə ölçən vəzifəsində xidmət edir. Şahid1 onun iş yoldaşıdır. Onunla normal münasibəti vardır. 2022-ci ilin yay aylarında Tural ilə birlikdə xidmətdə olarkən, söhbət zamanı Tural qardaşı Buğdayın FHN-də işə düzəlməsindən ötrü Rəşad adlı şəxsə 16000 manat pul verdiklərini, Rəşadın isə onun işini uzatdığını, pulu da geri qaytarmadığını demiş və ondan Rəşadla görüşüb bu barədə danışmasını xahiş etmişdir. O, Turala Rəşadla əlaqə saxlayıb görüşəcəyini demişdir. Beləliklə bir müddət keçmiş, 2023-cü ilin payız aylarında Turaldan Rəşadla bağlı maraqlanaraq pulunu qaytarıb-qaytarmadığını soruşduqda, Tural Rəşadın onları aldatdığını demişdir. O, Turaldan Rəşadın nömrəsini götürüb ona zəng etmiş, aralarındakı söhbət zamanı Rəşadla görüşmək qərarına gəlmişlər. Bir neçə gün sonra Rəşadla Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsində yerləşən “Texas” restoranının yaxınlığındakı kafedə görüşmüşlər. Özü tək getmişdir. Rəşad da həmin yerə tək gəlmişdir. Rəşadı ilk dəfə həmin yerdə görmüşdür. Rəşadla söhbət zamanı ona Turalı uzun müddətdir ki tanıdığını, onun və ailəsinin kasıb insanlar olduğunu demiş, Turaldan və ailəsindən aldığı pulları geri qaytarmasını xahiş etmişdir. Söhbət zamanı Rəşad Turaldan və qardaşından Buğdayı FHN-də işə düzəldəcəyinə söz verərək 16.000 manat pul aldığını etiraf etmiş, lakin guya müəyyən problemlər olduğu üçün Buğdayın işini həll edə bilmədiyini demişdir. Təxminən yarım saat aralarındakı söhbətdən sonra Rəşad Buğdayı işə düzəltmək adı ilə aldığı 16.000 manat pulu hissə-hissə olmaqla, yəni hər ay 1000 manat olmaqla Rəşada qaytaracağına söz vermişdir. Hətta həmin danışıq zamanı Rəşad artıq Tural və qardaşı Buğday ilə əlaqə saxlamayacığını, artıq onu tanıdığını, hər ay 1000 manat pulu onun vasitəmlə Turala verəcəyini demişdir. Belə olduqda o, Turala zəng edərək Rəşadın fikrini ona dedikdə, Tural da Rəşadın onlardan aldığı pulu hər ay 1000 olmaqla qaytarmasına razı olmuşdur. Bundan sonra Rəşad bir neçə günə onunla görüşərək 1000 manat pulu ona verəcəyini demiş və sağollaşaraq getmişdir. Bir neçə gün keçsə də, Rəşaddan xəbər olmamışdır. O, Rəşadın hazırda xatırlamadığı nömrəsinə zəng etmiş, lakin zəng çatmamışdır. Bir neçə ay ərzində o özü və Tural Rəşada dəfələrlə zəng etsələr də, ona zəng çatmadığı üçün Rəşadla əlqə saxlaya bilməmişlər. Daha sonra isə Tural ona Rəşadın tutulduğunu demişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla heç bir münasibətinin, ədavət və düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxsla bir dəfə 2023-cü ilin payız aylarında Nizami rayonu ərazisində “Texas” restoranının yaxınlığındakı kafedə iş yoldaşı Turalın qardaşı Buğdayın pulunu qaytarmasını xahiş etmək üçün görüşdüyünü, Təqsirləndirilən şəxs da onunla cəmi bir dəfə görüşdüyünü, həmin görüşdə Turala təqdim etmək üçün hər ay 1000 manat verəcəyinə söz versə də, Təqsirləndirilən şəxs ona pul vermədiyini, bir neçə ay ərzində Rəşadla əlaqə saxlamağa çalışsa da, telefonuna zəng çatmadığını, Təqsirləndirilən şəxs ilə Bakı şəhərində “Madonna” restoranının yaxınlığında görüşmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, onun oğlu Təqsirləndirilən şəxs bildiyi qədərilə, hazırda dələduzluq əməllərinə görə həbs edilmişdir. O, əvvəllər oğlu Rəşadın dələduzluq əməllərindən xəbəri olmamış, yalnız tutulduqdan sonra oğlunun ayrı-ayrı şəxslərin pullarını ələ keçirdiyini eşitmiş, onun "xxxx" məxsus olan bank kartı mövcud olmuş, oğlu bəzən həmin kartı ondan icazə alıb götürmüş, lakin həmin kartla nə etdiyini bilməmişdir. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun oğlu bəzən kartını xatırlamadığı tarixlərdə ondan istəmiş, o da həmin bank kartını Rəşada vermiş, lakin sonuncunun onun bank kartı ilə dələduzluq edəcəyini bilməmiş, bu barədə xəbəri olmamış, Buğday Nurəddinovu da tanımamışdır. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklər edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli, səs yazılarının köçürüldüyü bir ədəd diskə baxış protokolundan görünür ki, 01 ədəd diskin içərisində olan “AUD-20240817-WA0004” adlı fayl açıldıqda həmin faylda “bu gün günortadan sonra Cəmilə xanımın yığacaq, nə olsa dərhal mən səni cavablandıraram” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, vatsap ani mesajlaşma proqramı vasitəsilə həmin səs yazısını inandırmaq üçün Zərərçəkmiş şəxs göndərdiyini, lakin Cəmilə adlı şəxsi tanımadığını, heç kimə Buğday Nurəddinovun işi ilə bağlı heç nə demədiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 08 saniyə müddətində olması müəyyən edilmişdir. 01 ədəd diskin içərisində olan “AUD-20240817-WA0005” adlı fayl açıldı. Həmin fayl açıldıqda “axşamın xeyir, çatmamışam, sənədlərin üstü yazılıb, hazırlayıblar, ikinci gün günün birinci yarısı Buğdaya zəng gələcək və üçüngü gün bura gəlməsi barədə deyiləcək, başqa rayondan da adam olacaq” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, vatsap ani mesajlaşma proqramı vasitəsilə həmin səs yazısını inandırmaq üçün Şahid1 göndərdiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 41 saniyə müddətində olması müəyyən edilmişdir. 01 ədəd diskin içərisində olan “AUD- 20240817-WA0006” adlı fayl açıldı. Həmin fayl açıldıqda “ oldu qadan alım imzasını vuracaqlar, mənə xəbər edəcəklər” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, vatsap ani mesajlaşma proqramı vasitəsilə həmin səs yazısını inandırmaq üçün Şahid1 göndərdiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 10 saniyə müddətində olması müəyyən edilmişdir. 01 ədəd diskin içərisində olan “AUD-20240817-WA0007” adlı fayl açıldı. Həmin fayl açıldıqda “Tural qaqa biraz gec oldu amma göndərdim sənə, bu həftənin sonuna qədər göndərəcək” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, vatsap ani mesajlaşma proqramı vasitəsilə həmin səs yazısını inandırmaq üçün Şahid1 göndərdiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 13 saniyə müddətində olması müəyyən edilmişdir. 01 ədəd diskin içərisində olan “AUD-20240817-WA0008” adlı fayl açıldı. Həmin fayl açıldıqda “sağol, içəridə dəyişikliklər var, dələduzluqla məşğul olanları qovublar” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, B.Nurəddinov və qardaşı tez-tez ona zəng edib işlə bağlı maraqlandıqları üçün onları inandırmaqdan ötrü vatsap ani mesajlaşma proqramı vasitəsilə həmin səs yazısını Zərərçəkmiş şəxs göndərdiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 21 saniyə müddətində olması müəyyən edilmişdir. 01 ədəd diskin içərisində olan “AUD-20240817- WA0009” adlı fayl açıldı. Həmin fayl açıldıqda “sənədi mənə atacaqlar, sənə atacam, sənə and verirəm baxıb silərsən” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, Şahid1 inandırmaq üçün öz istifadəsində olan mobil telefonda xüsusi proqram vasitəsilə Buğday Nurəddinovun adının qeyd olunduğu sənəd hazılayıb Şahid1 vatsap ani mesajlaşma proqramı vasitəsilə göndərdiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 31 saniyə müddətində olması müəyyən edilmişdir. 01 ədəd diskin içərisində olan “AUD-20240817-WA0010” adlı fayl açıldı. Həmin fayl açıldıqda “səbrli ol narahat olma mənə xəbər edəcəklər, mən də səninlə əlaqəyə çıxıb bildirəcəm” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, Şahid1 inandırmaq üçün həmin səsi ani mesajlaşma proqramı vasitəsilə ona göndərdiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 20 saniyə müddətində olması müəyyən edilmişdir. 01 ədəd diskin içərisində olan “AUD-20240817-WA0011” adlı fayl açıldı. Həmin fayl açıldıqda “Cəmilə xanım da Sevda xanımdan cavab gözləyir, qeydiyyata düşüb, çağırış günortadan sonra və ya sabah olacaq, onlarla hər gün mütəmadi olaraq əlaqə saxlayıram ki bizim verdiyimiz sənədləri qeydiyyatdan keçirdək” sözləri deyilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, Şahid1 inandırmaq üçün həmin səsi ani mesajlaşma proqramı vasitəsilə ona göndərdiyini bildirmişdir. Baxış zamanı səs qeydinin 33 saniyə müddətində olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, bank çıxarışlarına baxış protokolundan görünür ki, Şahid6 tərəfindən könüllü surətdə istintaqa təqdim edilmiş, ona məxsus olan ödəniş kartından olan çıxarışlar "xxxx" ASC-yə məxsus olmaqla, Şahid6 aiddir, kartın nömrəsi 416974******5665-dir. Çıxarışlar 11 səhifədən ibarətdir. Ümumilikdə 3 qrafada 1000 (min) manat məbləğinin öz əksini tapdığı, 6-cı səhifədə xx.xx.2022-ci il tarixdə icra edilmiş 1000 manat ödənişin kartdan karta, 8-ci səhifədə xx.xx.2022-ci il tarixdə icra edilmiş 1000 manat məbləğində pul vəsaitinin ATM-dən çıxarıldığı, 9-cu səhifədə 1000 manat məbləğində pul vəsaitinin isə hər hansı ödəmə terminalı (MİLLİÖN, EMANAT və sair) vasitəsilə 28 iyun 2022-ci il tarixdə sözügedən karta mədaxil edildiyi müəyyən edildi. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilmədi. Bakı Hərbi Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 4-1 (093)-154/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.3.2 və 310-cu maddələri ilə Təqsirləndirilən şəxs barəsində 22 noyabr 2023-cü il tarixdən hesablanmaqla 15 mart 2024-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4 (012)-231/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.3.2 və 310-cu maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətə, yəni 15 iyun 2024-cü il tarixdək uzadılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 18/2-7029/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2010-cu il tarixdən 26 aprel 2022-ci il tarixinədək Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmət keçmişdir. 26 aprel 2022-ci il tarixində fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir və hərbi qulluqçu statusuna malik deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 4969 nömrəli məktubdan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 11699 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Sabunçu Rayon Mənzil Komunal Təsərrüfat Birliyinin xx.xx.2025-ci il tarixli, 07 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Bakı şəhəri, Sabunçu qəsəbəsi, B.ünvan 2 ünvanında qeydiyyatsız yaşamışdır, barəsində Sabunçu rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil-Kommunal İstismarı Sahəsinə heç bir şikayət daxil olmamış, himayəsində 3 azyaşlı övladları – X10, X7, oğlu X8 vardır. Cinayət işində olan Şəki rayonu, Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Qaratorpaq kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Zeynalov X5 Adil Buğday oğlunu FHN-nin DYMX-nin Şəki bölməsində işə düzəldəcəyi adı ilə aldadıb onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə sonuncunun əmlakını ələ keçirmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), himayəsində 3 azyaşlı övladınn olmasını (CM-nin 59.1.4-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.2-ci maddəsinə əsasən Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmaqla o, həmin madddələr ilə ittiham olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni zərər çəkmiş şəxsə öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməsi və zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmaması, şəxsiyyətləri nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olub olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir Göstərinlərə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkmə müddətinin əvvəli hökm elan olunduğu andan hesablanmalı, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı 17 mart 2025-ci il tarixdən hesablansın. Hökmdən elan edildiyi, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar