Məhkəmə qərarları › İş №1(075)-51/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-51/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-51/2021 02.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X12 iştirakları ilə, Təqsirləndirilən şəxs: 04 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi ev 41 ünvanında pasport qeydiyyatında olmaqla və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük ərazisi yeni sahədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 17 fevral 2021-ci il tarixdə saat 10:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi BMW 535 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Yevlax-Zaqatala-Gürcüstan sərhəddi yolunun Şəki rayonunun Cumakənd kəndinin ərazisindən keçən 73-cü kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş, hadisə yerinə gələn Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının X21 əməkdaşları tərəfindən saxlanılaraq hərəkətləri şübhə doğurduğu üçün Şəki rayon Narkoloji Dispanserində müayinədən keçirilmiş, onda opoidlərin və amfetaminin qəbulu aşkar edildiyi üçün Şəki şəhəri, X19 prospekti, 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilib həmin gün şübhəli şəxs qismində tutularaq saat 16:15 radələrində üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən bir ədəd sellofan bükümdə, 0,536 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində pasport qeydiyyatında olmaqla Bakı şəhərində Binə qəsəbəsində yaşayır. Bakı şəhəri Binə qəsəbəsində yaşayan Şahid6 onun sinif yoldaşıdır. Onunla yaxın dost münasibəti vardır. Qax rayon sakini Şahid2 təxminən 2 ildir ki, tanıyır. Onunla yaxın dostluq münasibəti yaranmışdır. Rəqsanə onun xoşuna gəldiyi üçün sonradan onu istədiyini Rəqsanəyə demişdir. İmişli şəhər sakini Şahid1 da təxminən 1 ildir ki, tanıyır. Sevinc isə dostu Siruzla sevgili olmuşdur. Təxminən 6 ay olar ki, psixotrop maddə olan metafetamini istifadə edir. Metamfetamini dəmir falqada əridib tüstüsünü ciyərlərinə çəkir. Metamfetamini adətən instagram sosial şəbəkəsindən onlayn şəkildə tanımdığı şəxsdən əldə edir. 14 fevral 2021-ci il tarixdə Yasamal rayonu ərazisində olarkən dönərxanadan dönər almış, dönəri alıb qayıdarkən binanın qarşısında, daşın altında olan sellofan bükülü diqqətini cəlb etmişdir. Belə ki, sellofan bükülü olmuş və o, həmin sellofan bükülünü əlinə alıb içərisinə baxmışdır. Sellofan bükülünün içərisində ağ rəngli, şəffaf, psixotrop maddə olan metafetamin olmuş, həmin vaxtı metafetamindən daimi istifadə etdiyi üçün tanımışdır və sellofan bükülünü alıb şalvarının sağ yan kiçik cibinə qoymuşdur. Bundan 2 gün sonra, yəni 2021-ci il fevral ayının 16-da Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə telefon zəngi gəlmiş, Rəqsanə telefonda demişdir ki, Qax rayonuna, atasıgilin yanına getmək istəyir və dostu Sevincin də onunla birgə getmək istədiyini bildirmişdir. O, onu və Sevinci Qax rayonuna maşını ilə aparmasını xahiş etmişdir. Razılaşmış və demişdir ki, dostu Siruzu da götürəcək. Rəqsanə də razılaşmışdır. Həmin gün saat 18:00 radələrində Siruzu, Sevinci və Rəqsanəni evlərindən götürmüşdür. BMV markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili il saat təxminən 21:00 radələrində Bakı şəhərindən idarə etdiyi avtomobillə yola çıxmışlıar. Qax rayonu istiqamətində gəlməyə başlamışlar. Lakin maşın nasaz olduğundan yolda bir neçə dəfə qızdırmış və ona görə də ləng gəlmişlər. Belə ki, saat təxminən gecə 04:00 radələrində Qax rayonuna gəlib çatmışlar. O, Sevinc və Rəqsanəni aparıb Rəqsanənin ata evinə, Qarabaldır kəndinə düşürmüşdür. Siruzla birgə Qax şəhərinə qayıdıb ATS-in yanında olan hoteldə gecələmişlər. 17 fevral 2021-ci il tarixdə saat təxminən 08:00 radələrində Rəqsanə ona zəng edib demişdir ki, Bakı şəhərinə qayıtmaq istəyir. O da demişdir ki, problem yoxdur. 1-2 saata gəlib onu götürər. Həmin gün saat təxminən 10:00 radələrində o, Siruzla gəlib qızları Qarabaldır kəndindən götürmüş və Bakı şəhəri istiqamətində gəlməyə başlamışlar. Əvvəl Siruz onun yanında, yəni öndə oturmuşdur. Sonra arxaya keçmişdir. Rəqsanə isə qabağa keçmişdir. Gəlib Şəki rayonu Cumakənd kəndinə çatmışlar. O, avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmiş, avtomobilin altından stupsiyanın, yəni poçemnikin səsi gəlmişdir. Cumakənd kəndində birdən yolun sol tərəfindən sağ tərəfinə yoldan it keçmişdir. O, iti görüb əyləci basanda idarəetməni itirmişdir və maşın asfalt yolun sağına tərəf getməyə başlamışdır. O, özünü itirəndə maşın yolun sağında dayanmış VAZ-21015 markalı, nömrəsini yadında saxlamadığı maşının arxasına dəyib dayanmışdır. Rəqsanəgil həyəcanlanmışdır. Maşından düşmüş, bu zaman camaat oraya toplaşmışdır. Su alıb onlara içmək üçün vermişlər. Hadisə vaxtı həmin dayanmış avtomobilin sürücüsü avtomobilində əyləşmişdir. Ancaq bildirdiyinə görə o heç bir xəsarət almamışdır. Özlərinə gəlmişlər. Orada olan sakinlərdən xahiş etmişdir ki, hadisə yerinə polis çağırsınlar. Bir azdan YPX əməkdaşları oraya gəlmişlər. YPX əməkdaşları hadisə yerinə baxış keçirəndən sonra onun avtomobilini evakuatorla DYP-nin postuna aparmışlar. O da DYP postuna gəlmiş, Siruzgilin izahatını alarkən o, psixotrop maddələrdən istifadə etməkdə şübhəli olduğu üçün onu narkoloji analizdən keçirmişlər. Sidiyindən analiz götürmüşlər. Müəyyən olunmuşdur ki, metafetamin qəbul etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Şəki ŞRPŞ-nə dəvət etmişlər. O da etiraz etməyərək könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Şəki ŞRPŞ-yə gəldikdən sonra şöbənin inzibati binasının 1-ci mərtəbəsində olan təhqiqatçının otağına keçmişlər. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona vəkillərin siyahısı təqdim edilmiş, daha sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Sonra təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, təhqiqatçı həmin vaxt ona üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibində olan sellofan bükülüdə ağ rəngli metafetamini əvvəlcə çıxarıb stolun üstünə qoymuşdur. Sonra isə əynində olan qara rəngli gödəkçənin sağ yan cinində olan astma xəstəsi olduğum üçün gəzdirdiyi dərmanı, həmin gödəkçənin sol yan cibində olan 2 ədəd maşının açarını, şalvarının sağ yan böyük cibində olan 1 ədəd 1 manatlıq pul əskinazını, şalvarın sol yan cibində olan 1 ədəd Samsung J2 markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Başqa üzərində heç nə olmadığını bildirmişdir. Əllərini qaldırmaq təklif olunmuş, hər iki əlini yuxarı qaldırdıqdan sonra təhqiqatçı tərəfindən əynindəki şalvarın bel nahiyyəsində, şalvarın sol və sağ yan ciblərində, həmçinin şalvarın sol və sağ arxa ciblərində, üst gödəkçəsinin solda olan iç cibində axtarış aparılmışdır. Sonra ayaqqabılarını çıxarıb silkələmişdir. Corablarını çıxarıb silkələmiş, burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst başını səliqəyə salmışdır. Corablarını və ayaqqabılarını geyinmşdir. Üzərində olan əşyaları təqdim etmək təklif olunmuş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərində olan sellofan bükülünü açaraq içərisində olan şəffaf rəngli, psixotrop maddəyə bənzər maddəni göstərib bunun psixotrop maddə olan metafetamin olduğunu, şəxsi istifadəsi üçün 14 fevral 2021-ci il tarixdə Yasamal rayonunda binanın qarşısında olan daşın yanında sellofan bükülüdə tapdığını, metafetamini özünün istifadəsi üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını və satmaq fikrinin də olmadığını demişdir. Təhqiqatçı daha sonra psixotrop maddəyə bənzər ağ rəngli maddəni ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağını bildirmişdir. Əvvəlcə 01 ədəd zərfi açaraq içərisini ona və iştirakçılara, vəkilə göstərmişdir. Zərfin içərisinin boş olduğunu görmüşlər. Bundan sonra təhqiqatçı masanın üzərində, sellofanın içərisində olan ağ rəngli, şəffaf maddəni həmin zərfə qoymuş və zərfin ağzını bağlamışdır. Daha sonra psixotrop maddəyə bənzər maddənin qoyulduğu zərfin üzəri Şəki ŞRPŞ-nin möhürü ilə möhürlənmişdir. Videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət olmamış, protokol ucadan oxunmuşdur. O da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Psixotrop maddə olan metafetamindən heç vaxt heç kimə satmamış və metafetaminin satışı ilə məşğul deyildir. O, asıxırncı dəfə Bakı şəhərində olan evlərindəndən çıxmazdan əvvəl metafetamin qəbul etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı psixotrop maddənin təsiri altında olmuşdur. Hadisə vaxtı yanında olmuş Şahid2, Şahid1 və Şahid6 ilə Qax rayonuna gedərkən və Qax rayonundan qayıdarkən onların yanında psixotrop maddələrdən istifadə etməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Üzərində psixotrop maddə saxlamasına görə peşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİN-in BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. Onun vəzifəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, 17 fevral 2021-ci il tarixdə Yevlax-Zaqatala yolunun Şəki rayonunun Cumakənd kəndindən keçən hissəsində DİN-in BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX inspektoru, polis baş serjantı Şahid4 ilə birgə Kia Sportage markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olmuş, saat təxminən 11:30 radələrində məlumat gəlmişdir ki, Qax rayonu istiqamətindən Şəki rayonu Cumakənd kəndi istiqamətində hərəkət edən BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil Şəki rayonu Cumakənd kəndində idarəetməni itirərək yolun sağ genişlənmiş hissəsində dayanmış VAZ 21150 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O da Şahid4la birgə həmin vaxt hadisə yerinə getmiş, müəyyən etmişlər ki, BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhəri Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Hadisə vaxtı onun avtomobilində daha 3 nəfər şəxsin, yəni Şahid6, Şahid1 və Şahid2 olduğu müəyyən edilmiş, VAZ 21150 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün isə Qax rayon sakini Şahid5 olduğu müəyyən edilmişdir. Onlar tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. Hadisə yerində olarkən sürücü Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb onun sərxoş olub-olmamasını yoxlamaq məqsədilə 717 saylı YPX postuna dəvət etmişlər. Sürücülər Təqsirləndirilən şəxs və Şahid5 Şəki rayon Narkoloji Dispanserinə sərxoşluq hallarının müəyyən edilməsi üçün təqdim edilmiş, bu zaman Təqsirləndirilən şəxs sidiyində opoidlərin və amfematin qəbulu faktı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddənin təsiri altında, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-ci, yəni nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunaraq idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə müvafiq qaydada İXP3792099 saylı inzibati protokol tərtib edilmiş və sürücü Təqsirləndirilən şəxs 800 manat məbləğində inzibati cərimə edilmişdir. Sürücü Təqsirləndirilən şəxs ilə hadisə barəsində şifahi sorğu-sual etdikdə o bildirmişdir ki, bu gün, yəni 17.02.2021-ci il tarixdə saat təxminən 11:30 radələrində idarə etdiyi BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qax rayonu istiqamətindən Şəki rayonu Cumakənd kəndinə gələrkən qarşısına it çıxdığından idarəetməni itirib yolun sağ genişlənmiş hissəsində dayanmış VAZ21150 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində o və avtomobildə olan digər şəxslər xəsarət almamış, psixotrop maddə olan metamfetamindən istifadə etdiyini və hazırda da üzərində metamfetamin saxladığını bildirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs, Şahid6, Şahid1 və Şahid2 izahatları alınmış, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə, həmçinin özü və avtomobilində hadisə zamanı olmuş sərnişinlərlə birgə Şəki ŞRPŞ-nə gətirilib təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin saxlaması ilə bağlı qanuni tədbir görülməsi məqsədilə onlar tərəfindən Şəki ŞRPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində metamfetamin saxlamasında şübhəli olduğundan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Şıxəli Ağayevin otağına daxil olmuşlar. Təhqiqatçı tərəfindən Həsən Həsənzadəyə hüquq və vəzifələri izah olunmuş, bundan sonra ona vəkillərin siyahısı təqdim edilmiş, daha sonra ona dövlət hesabına vəkil təyin edilmiş, sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin, Təqsirləndirilən şəxs, onun və BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX inspektoru, polis baş serjantı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Təhqiqatçı həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, əvvəlcə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, asma xəstəliyi üçün olan nəfəsliyi, sol yan cibindən açarları, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, sağ yan kiçik cibindən isə bir ədəd sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması sual verildikdə o “xeyr” deyərək cavab vermiş, bundan sonra Təqsirləndirilən şəxs qollarını qaldırmaq təklif olunmuş, o da hər iki əlini yuxarı qaldırdıqdan sonra təhqiqatçı tərəfindən əynindəki şalvarın bel nahiyyəsində, şalvarın sol və sağ yan ciblərində, həmçinin şalvarın sağ və sol arxa ciblərində, üst gödəkçəsinin iç və yan ciblərində axtarış aparılmışdır. Təhqiqatçı bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif etmişdir. O da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərində olan sellofan bükülünü açaraq içərisində olan ağ rəngli, psixotrop maddəyə bənzər maddəni göstərib bunun psixotrop maddə olan “şüşə, metamfetamin” olduğunu bildirmişdir. Bundan sonra həmin içərisində ağ rəngli psixotrop maddəyə bənzər kütlə olan sellofan bükülü psixotrop maddə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Təhqiqatçı masanın üzərində, sellofanın içərisində olan ağ rəngli maddəni həmin zərfə qoymuş və zərfin ağzını bağlamışdır. Zərfin üzəri Şəki ŞRPŞ-nin 53 nömrəli möhürü ilə möhürlənmiş, imzalar çəkilmiş, o da zərfin üzərinə imza çəkmişdir. Bundan sonra Həsən Həsənzadə masanın üstünə qoyduğu bir ədəd qara rəngli, üzərində “Samsung” sözü yazılmış mobil telefonu göstərərək özünə məxsus mobil telefon olduğunu bildirmiş, həmin mobil telefon da zərfə qoyulmuş və qablaşdırılmışdır, zərfin üzəri 53 nömrəli möhürlə möhürlənmişdir. O da zərfin üzərinə imza çəkmişdir. Sonra isə masanın üzərində olan 1 ədəd G15233474 rəqəmləri həkk olunmuş 1 manatlıq pul əskinazını ona məxsus pul olduğunu, asma xəstəliyi ilə bağlı üzərində “Berodol H” sözləri yazılmış nəfəsliyi göstərərək nəfəslik olduğunu, 2 ədəd açarın isə idarə etdiyi avtomobilin açarı olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 1 manatlıq pul əskinazı, 2 ədəd avtomobil açarı və nəfəslik onun özünə qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmışdır. Protokol tərtib edilmiş, heç bir şikayət olmamışdır. Protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs, vəkili, Şahid4, o və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BDYPİ-nin YPXA-nın 5-ci taqımının YPX inspektoru, polis baş serjantı Rüstəmov X6 Lətif Cavidan oğlu ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid5 01.06.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. X1 məxsus VAZ 21150 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili var. Özünün “B” kateqoriyalı, 06.07.2025-ci ilədək etibarlı olan sürücülük vəsiqəsi var. X15 avtomobili idarə etmək üçün ona 2025-ci ilədək etibarlı olan etibarnamə vermişdir. 17 fevral 2021-ci il tarixdə idarə etdiyi VAZ 21150 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilində nasazlıq olduğundan səhər radələrində, yəni saat 09:30 rədələrində evdən çıxmışdır ki, aparıb maşınını ustaya göstərsin. Maşınının dinamosunda problem olmuş, belə olub Şəki rayonu Cumakənd kəndində olan avtoservisə gəlmiş, oraya gəlib çatandan sonra ustaya zəng etmiş və onun nə vaxt gələcəyini soruşmuşdur. Usta da maşınındakı problemli vəziyyəti bildiyi üçün demişdir ki, 10-15 dəqiqəyə gəlib onun maşınına baxacaq. Hava da yağışlı olduğundan o, maşını söndürüb sexin qarşısında gözləməyə başlamışdır. Elə maşında oturduğu vaxt birdən gözləmədiyi halda maşınına arxadan nəyinsə dəydiyini görmüş, tez maşından düşmüşdür. Maşından düşəndə görmüşdür ki, maşınına Qax rayonu istiqamətindən gələn BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə dəymişdir. Hadisə olan kimi həmin avtomobildən 2 cavan oğlan və 2 nəfər də cavan qızlar çıxmışlar. Onlar həyəcanlı olmuşlar. Ancaq xəsarət almamışlar, onun da xəsarəti olmamışdır. Hər iki avtomobilin arxa və qabaq hissələrinə ciddi ziyan dəymişdir. Onlar yaxında olan mağazaya gedib su alıb içib özlərinə gəlmişlər. Camaat oraya yığışmış və polisə zəng edərək məlumat vermişlər. Təxminən yarım saat sonra polislər hadisə yerinə gəlmiş, YPX əməkdaşları hadisə yerinə gəldikdən sonra hadisə yerinə baxış keçirərək sxem tərtib etmiş, sığortadan da şəxslər gələrək hadisə yerinə baxmışlar. Bundan sonra YPX əməkdaşları onu və BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili içərisində olan sərnişinlərlə birgə Şəki rayonu “Alaqapı” adlanan yerdə olan 717 saylı YPX polis postuna aparmış, orada izahat vermişlər. BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən polislər şübhələnmiş, ona görə də onu və Həsən adlı həmin sürücünü sərxoşluq hallarının yoxlanması üçün Şəki rayon Narkoloji Dispanserinə təqdim etmişlər. Onun ayıq olduğu müəyyən olunmuş, sürücü Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu faktı aşkar edilmişdir. Təqsirləndirilən şəxs orada da yoxlanmış, sonra polislərlə birgə 717 saylı YPX polis postuna qayıtmış, Həsən isə bundan sonra eşitdiyinə görə polislərlə birgə Şəki ŞRPŞ-nə gətirilmişdir. Məhkəmə iclasına gəlməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Qax rayonunda qeydiyyatda olsa da əvvəllər çox vaxtı Bakı şəhərində və Xaçmaz rayonunda olmuş, belə ki, təxminən 1 il yarım bundan əvvəl Xırdalan şəhərində olan çay evində 2 ay ofisiant işləmiş, İmişli rayon sakini Şahid1 da həmin vaxtdan tanımışdır. Belə ki, Sevinc də orada ofisiant işləmişdir. Siruz adlı şəxsi isə təxminən 2020-ci ilin avqust ayından tanıyır. Onunla yaxın münasibəti olmayıb. Ancaq onun Bakı şəhəri Binə qəsəbəsindən olduğunu və tanışı Təqsirləndirilən şəxs sinif yoldaşı olduğunu bilmişdir. O, bundan başqa Yasamalda çay evində ofisiant, Biləcəridə “Çinar” marketdə satıcı işləmiş, həm də onlayn pərdə satışı ilə məşğul olmuşdur. Hazırda heç bir yerdə işləmir. Atası, anası və balaca qardaşı Qax rayonu Qarabaldır kəndində yaşayır. O, Xırdalan şəhərində olan çay evində işlədiyi vaxtı orada onunla birgə ofisiant işləyən, dəqiq adını xatırlamadığı bir qız onu Bakı şəhəri Binə qəsəbəsində yaşayan, arabir çay evinə gələn Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Həsənlə aralarında əvvəllər dost kimi münasibət yaranmışdır. Telefonla, Whatshappla bir-biri ilə danışmışlar. Sonradan, yəni təxminən 3-4 ay bundan əvvəl Həsənin bu münasibəti sevgiyə çevrilmiş, ona da bunu bildirmişdir. Həsən hətta ona demişdir ki, elçi göndərmək istəyir. O da demişdir ki, valideynlərinə demək lazımdır. O da Həsənə deyəcəyini bildirmiş, hadisədən təxminən 1 həftə əvvəl, yəni fevral ayının 11-də o, Sevinclə onun Xırdalanda kirayə yaşadığı evdə qalmağa başlamışdır. Fevral ayının 16-da o, qərarlaşdırmışdır ki, atası, anası və qardaşını görməyə Qax rayonuna getsin. Bu barədə Sevincə də demiş, onun maddi imkanı olmadığına görə fikirləşmişdir ki, tanışı Həsənə bu barədə desin görək onu Qax rayonuna evlərinə apara bilərmi? Belə olub Həsənin istifadəsində olan 070-404- 06-05 nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə zəng etmiş, ona telefonda demişdir ki, Qax rayonuna, atasıgilin yanına getmək istəyir. Apara bilərmi? Həsən də razılaşmı və demişdir ki, dostu Siruzu da götürəcək. O da Həsənə Sevincin də onunla gələcəyini bildirmişdir. 16 fevral 2021-ci il tarixdə saat təxminən 21:00 radələrində Həsən idarə etdiyi BMV markalı, dəqiq qeydiyyat nömrəsini xatırlamadığı avtomobili ilə onun və Sevincin birlikdə yaşadığı kirayə evin qarşısına gəlmiş, dostu Siruz da onunla olmuşdur. Onlar saat 21:00 radələrində Həsənin avtomobilinə əyləşib Bakıdan çıxmışlar. Saat təxminən gecə 03:00 radələrində Qax rayonu Qarabaldır kəndinə çatmış, onu və Sevinci atasıgilin yaşadığı evdə düşürmüşlər. Onlar isə bildiyinə görə Qax şəhərində olan hansısa hoteldə gecələməyə getmişlər. Onun bir neçə gün Qax rayonunda, evlərində qalmaq fikri olmuş, ancaq səhəri günü, yəni 17 fevral 2021-ci il tarixdə saat təxminən 09:00 radələrində onlayn pərdə sifarişi ilə bağlı qərarlaşdırmışdır ki, Bakıya, oradan da Xaçmaz rayonuna, bacısıgilə qayıtsın. Belə olub Həsənə zəng etmiş və demişdir ki, gəlib onu və Sevinci götürsün. Tez qayıtmalıdırlar. Həsən də gələcəyini dedikdən sonra saat təxminən 10:00 radələrində idarə etdiyi avtomobillə evin qarşısına gəlmişdir. O və Sevinc maşına əyləşmiş, bundan sonra Şəki rayonu istiqamətində gəlməyə başlamışlar. Arxada əvvəl o və Sevinc əyləşmiş, sonra yolda Siruzun yuxusu gəldiyi üçün Siruz arxaya keçmiş, o, isə qabağa Həsənin yanına keçmişdir. Şəki rayonuna tərəf gəlməyə başlamışlar. Gəlib Şəki rayonu Cumakənd kəndinə çatanda Həsən avtomobili təxminən 80 km/saat sürətlə idarə etmiş, avtomobilin altından səs gəlmiş, elə bil ki, nə isə təkəri vurmuşdur. Cumakənd kəndində maşının qabağına birdən yolun sol tərəfindən sağ tərəfinə it keçmişdir. Həmin vaxt Həsən idarəetməni itirmiş və asfalt yolun sağ tərəfinə tərəf getmiş, onlar qışqırmışlar və olduqları maşın gedib yolun sağında dayanmış maşının arxa tərəfindən dəyib dayanmışdır. Həmin vaxt onun sol gözü maşının qabaq şitinə dəymiş, həyəcanlanaraq maşından düşmüşlər. Camaat oraya toplaşmış və onları marketə aparıb su alıb vermişlər. Özlərinə gəldikdən sonra yol polisinə zəng edilmiş, yol polisləri hadisə yerinə gəlib baxış keçirmişlər. Həmin vaxt o biri avtomobilin sürücüsü də orada olmuş, yol polisləri maşına baxdıqdan və lazımı sənədləşməni apardıqdan sonra Həsənin avtomobilini evakuatorla DYP-nin postuna aparmışlar. Bundan sonra hadisə ilə bağlı onların, yəni o, Sevinc və Siruzun izahatlarını almışlar. Həsəni isə narkoloji testdən keçirmək üçün aparmışlar. Bir azdan polislər Həsəni PPX avtomobili ilə postda qaytarmış, orada o bilmişdir ki, Həsənin sidiyində psixotrop maddələr aşkar edilmişdir. Bundan sonra onları da Şəki ŞRPŞ-nin əməkdaşları polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş, könüllü şəkildə həmin polislərlə birgə Şəki ŞRPŞ-nə gəlmişdir. Şəki ŞRPŞ-nə gəldikdən sonra şöbənin inzibati binasının birinci mərtəbəsində olan təhqiqatçının otağına keçmiş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Daha sonra ona dövlət hesabına vəkil təyin edilmiş, sonra təhqiqatçı tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O da etiraz etməmiş, həmin vaxt müdafiəçinin, mütəxəssis Şəfiqə xanımın və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, ona həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif edilmiş, o, üzərində olan ağ-qara rəngli paltonun sağ çöl cibində olan özünə məxsus 01 ədəd adi, sadə qolbağı, saç yığan sancağı çıxararaq masanın üzərinə qoymuşdur. Başqa üzərində heç nə olmadığını bildirmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etmişdir. Üzərinə şəxsi axtarış və götürmə zamanı cinayət xarakterli heç nə aşkar olunmamışdır. Bundan sonra bütün əşyaları maddi sübut əhəmiyyəti daşımadığından özünə qaytarılmışdır. Videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmış, bundan sonra protokol tərtib edilmiş,heç bir şikayət olmamış, protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Spirtli içkilərdən arabir istifadə edir. Adətən çaxır və pivə içir. Sonuncu dəfə təxminən 1 ay bundan əvvəl, Xaçmazda bacısıgildə evdə olarkən 1-2 stəkan çaxır içmiş, narkotik vasitələrdən, psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. X4 psixotrop maddə olan metamfetamini üzərində gəzdirib daşımasından onun əvvəlcədən məlumatı olmamışdır. Məhkəmə iclasına gəlməyən Şahid1 və Şahid6 ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 17 fevral 2021-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Həsən-zadə Həsən Əli oğlunun əynindəki tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 1 ədəd sellofan bükülüdə, ağ rəngli psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin sellofan bükülüdə olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və 14 fevral 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində dönər alıb qayıdarkən binanın qarşısında, daşın altında olan sellofan bükülüdə tapdığını bildirmişdir. İşdə olan 18.02.2021-ci il tarixli baxış keçirilməsi avtomobillərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi BMW 535 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilində hər hansı cinayət xarakterli əşya və vasitə, həmçinin narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizanın 18 fevral 2021-ci il tarixli 17/133 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs oğlundan götürülmüş maddi sübut.....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi - 0,536 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata 0,050 qram sərf olunmuş, 0.486 qram qalıq qalmışdır. Ekspertiza xərci 71.94 manat təşkil edir. Şəki RMX-nin Narkoloji şöbəsinin 17.02.2021-ci il tarixli 36 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Həsən-zadə Həsən Əli oğlunun sidiyindən opoidlərin və amfetamin qəbulu faktı aşkar edilmişdir. “İnvitro” X5 daxil olmuş ekspres metod barədə 17.02.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müayinə edilərkən onda amfetamin(AMP) və marixuana(THC) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Dispanserindən daxil olmuş 04.03.2021-ci il tarixli 712 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında pasport qeydiyyatında olan 04 avqust 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X11 Şəxsindən daxil olmuş 04.03.2021-ci il tarixli 1724 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi ev 41 ünvanında pasport qeydiyyatında olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük ərazisində yaşayan 04 avqust 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya X11 Şəxsində müalicədə olmayıb. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 31.03.2021-ci il tarixli 321 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Xəzər RİHB-nin Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 16.03.2021-ci il tarixli 1015 nömrəli arayış və 141 nömrəli xasiyyətnamədə göstərilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Əli oğlu Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi ev 41-də daimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs Əli oğlu oğlu barəsində Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan DİN-nin BƏSİİ-dən 10.03.2021-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 17 fevral 2021-ci il tarixli 349 saylı qərardan və həmin tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:20-də şübhəli şəxs qismində tutulmuş və 19 fevral 2021-ci il tarixdə saat 15:00-da Şəki ŞRPŞ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onların özlərinin məhkəmə iclasındakı etiraf ifadələri, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokollar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən X9 əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və buna görə də ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin yuxarı həddi 0.15 qram, küllü miqdarı isə 2 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin miqdarı 0,536 qram olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş metamfetaminin miqdarı Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onun şübhəli şəxs kimi tutulduğu müddət nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.486 qram psixotrop maddə hesab olunan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 71.94 manat məhkəmə bioloji ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X7, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulası əmlakların olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək “şübhəli şəxs qismində tutulduğu” üç gün müddət həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış iki il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.486 qram psixotrop maddə hesab olunan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 71.94 manat məhkəmə bioloji ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X7, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulası əmlakların olmaması nəzərə alınmalıdır. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar