Məhkəmə qərarları › İş №1(075)-51/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-51/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-51/2022 27.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Xüsusi ittihamçı X5, Xüsusi ittiham qaydasında şikayət olunan şəxs X2 iştirakları ilə, Xüsusi ittihamçı X8 tərəfindən, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147 və 148ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: X8, xisusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, “onu ağır cinayətdə ittiham etdiyinə görə X3 qeyd etdiyi maddələrlə - CM-nin 147, 148-ci maddələri ilə onu təhqir edərək, şərəf və ləyaqətini alçaldaraq yayımladığına görə; yalan olduğunu bilə-bilə ondan ərizə ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə yalan məlumat verdiyinə görə Cinayət-Prosessual Məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini, qızı 2016-cı ildə onun oğlundan öz ərizəsi ilə boşandıqdan sonra xx.xx.2022-ci il tarixdə onlara qarşı təhqir və şər-böhtan xarakterli bu günə qədər törətdiyi baş verən pis əməlləri ilə bərabər mənəvi ziyan 100000 manat məbləğində, onların, ondan çox onlara qarşı əsassız iddialarının arxasınca düşərək xərclədikləri məhkəmə xərcləri ilə birlikdə arzuolunan işlərindən yayınaraq itirdikləri gəlirlərdən olduqları üçün 50000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir”. Məhkəmə xüsusi ittihamçının şikayətinin xahiş etdiyi hissəsini olduğu kimi qeyd etməklə ilk növbədə onu diqqətə çatdırmaq istəyir ki, xüsusi ittihamçının etdiyi xahişi başa düşülən, konkret və qanuna uyğun olmamaqla, xüsusi ittiham qaydasında baxılması nəzərdə tutulan işlərə aid olmayan, təqsirləndirilən şəxsin Cinayət-Prosessual Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini və mənəvi ziyan, eləcə də itirdikləri gəlirlərinə görə qeyd etdiyi pul məbləğinin tutularaq onun xeyrinə ödəniləsi barədə qətnamə çıxarılması istəyindən ibarətdir. Xüsusi ittiham qaydasında verilmiş şikayət ilə tanış olaraq məhkəmə hesab edir ki, qeyd olunan və aşağıdakı səbəblərdən şikayət üzrə məhkəmə baxışının keçirilməsindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Şikayətdə, şikayət vermiş şəxs haqqında məlumatlar qanunun tələb etdiyi qaydada tam göstərilməmişdir. Yəni şikayətçinin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi qeyd edilməmiş, bunun əvəzinə ixtisası yazılmışdır. Bundan başqa cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X4 tərəfindən törədilməsi qeyd olunsa da, konkrek xüsusi ittihamçıya qarşı deyil, cəm şəklində onlara qarşı ifadəsi işlədilmişdir. Eyni zamanda əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, baş vermiş cinayətin nədə ifadə olunduğu, şikayətdə göstərilən cinayət hesab etdiyi əməlin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən şikayətdə, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. CPM-nin 300.1.3-cü maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə də qərar qəbul edilir. CPM-nin 302.1.3 maddəsində göstərilir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7 maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-nin 302.2.3-ci maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302.1.3, 302.2.3, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7 madəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından təqsiriləndirilən şəxs X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar