Məhkəmə qərarları › İş №1(075)-51/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-51/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-51/2023 14.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirlədirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxxxxx 1987-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İİİ qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir.. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 3000 (üç min) manat pul müqabilində sonuncunun oğlu Şahid1 müharibə veteranı vəsiqəsi verilməsinə və əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 2021-ci ilin oktyabr ayı ərzində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ölkədə qismən səfərbərlik elan edildikdən sonra xx.xx.2020-ci il tarixdə könüllü olaraq Şəki rayon hərbi komissarlığına müraciət etmiş, həmin gün də bir çox könüllü ilə birlikdə Suqovuşan və Ağdarə rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişlər. Tərtər-Ağdərə istiqamətində gedən döytüşlərdə, yəni xx.xx.2020-ci il tarixdə minamiyot mərmisinin yanına düşməsinə görə çoxlu sayda qəlpə yaraları almışdır. Hazırda həmin yaralara görə İİİ qrup əlildir. Müavinət almaq üçün 2021-ci ilin yay aylarında Əhalinin Dövlət Sosial Müdafiəsi Fonduna müraciət etmişdir. Həmin vaxt döyüşlərdə aldığı xəsarətlərlə bağlı tibbi sənədləri fonda təqdim etmiş, təqdim etdiyi tibbi sənədlərə görə əlilliyi təsdiq olunmuşdur. Bütün bu işləri gördüyü vaxt müavinət almaq üçün hansı sənədləri toplanması və hansı qurumlara müraciət etməli olduğunu öyrənmiş, müvaintlə yanaşı Yaşat fondu ona və bir çox qazi olan şəxslərə maddi köməklik etmişdir. Şəki Asan ximətində yerləşən Yaşat fondunun işçisi Şahid3 qazi kimi tanıyır və onun döyüşlərdə iştirakına görə müavinət aldığını bilir. Samirə müavinət almaq üçün tibbi səndlərini özü topladığını bildirmişdir. 2021-ci ilin oktyabr ayının əvvələri olarkən onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs arvadı və 44 günlük döyüşlərdə iştirak etmiş oğlu İntiqam müavinət almaq üçün Şəki Asan Xidmət Mərkəzinə müraciət etmişlər, onları Yaşat Fondun işçisi Şahid3 yönətmişlər. Şahid3 Şahid1 əlilliyi olmadığına görə ona maddi yardım edə bilməyəcəklərini, əlillik almasına istiqamət vermək üçün onun mobil nömrəsini həmin şəxslərə vermişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək döyüşlərdə iştirak edən oğlu Şahid1 əlillik məsələsi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona oğlu Zərərçəkmiş şəxs əlillik verilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs oğlunun əlillik məsələsinin həlli üçün 3000-3500 manat civarında xərci olacağını demişdir. Həmin şəxs də işin həlli ilə bağlı 3000 manat verə bilcəyini bildirmişdir. Aralarında olan söhbətə əsasən işin həllini 3000 manata razılaşmışlar. Zərərçəkmiş şəxs ilə görüşdüyü gün təxminən saat 18 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığında görüşüb ondan 3000 manat pulu almışdır. Həmin vaxt onların yanında heç kim olmamışdır. Pulu Zərərçəkmiş şəxs alarkən ona narahat olmamasını, tanışları olduğunu, qısa vaxtda oğlunu əlilliyə çıxaracağını bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs oğlu İntiqam ilə birlikdə Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəyə gedib onun döyüşlərdə iştirak etməsi və yaralanması ilə bağlı arayış almışdır. Zərərçəkmiş şəxs 3000 manatı alarkən bir sıra maddi sıxıntıları olmuşdur. Ona görə də, həmin şəxsdən aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs işin həlli ilə bağlı soruşanda ona məsələni qısa vaxtda həll edəcəyini demişdir. O, fikirləşmişdir ki, həmin şəxsdən aldığı pulu qısa vaxtda əldə edib qaytarar, lakin maddi sıxıntılarına görə İlhamdan aldığı pulu geri qaytara bilməmişdir. Bir müddət sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs 3000 manat alsa da onun oğlu Şahid1 əlilliyə çıxarılması ilə bağlı hər hanı bir iş görməmiş və ya hər hansı bir dövlət qurumuna müraciət etməmişdir. Zərərçəkmiş şəxs heç bir ədavəti yoxdur, niyəti aldatmaq olmayıb. Zərərçəkmiş şəxs aldığı 3000 manatdan 1500 manatını artıq qaytarmışdır. Maddi imkanı aşağıdır, lakin artıq işləyir. Qalan məbləği də ayda 300-500 manat olmaq qaytarmağa söz verir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə bildirmişdir ki, kiçik oğlu Şahid1 hərbi xidmət vaxtı İİ Qarabağ döyüşlərində yaxından iştirak etmiş, hətta döyüşlərdə sol qolundan iki qəlpə yarası almışdır. Şahid1 Azərbaycan Respublikası Prezidenti tərəfindən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Şahid1 müharibə veteranı və yaxud əlillik verilməmişdir. Ona görə də, oğluna müharibə veteranı verilməsi üçün bir neçə dövlət qurumlarına müraciət etsə də, heç bir müsbət nəticə olmamışdır. 2021-ci ilin oktyabr ayının əvvələrində oğlu İntiqam anası Svetlana ilə birlikdə Şəki Asan Xidmət Mərkəzinə gedib veteranlıq əldə etmək üçün müraciət etmişdir. Asan xidmətdə vətəndaşları xidmətlər üzrə yönəldən qızlardan biri oğlu ilə həyat yoldaşı Svetlananı Asan Xidmətin əməkdaşı Şahid3 yanına göndərmişlər. Şahid3 adlı əməkdaş oğlu ilə yoldaşını dinlədikdən sonra onların müracitinin səlahiyyəti çərçivəsində olmadığını, bu məsələni həll edəbiləcək və hansı səndlərin toplanması və hansı qrumlara müraciət olunmasını bilən şəxsin tanıdığı Asif adlı qazinin olduğunu, həmin şəxsin adını və əlaqə telefonunu kağız parçasına yazıb yoldaşı ilə oğluna vermişdir. Həyat yoldaşı Svetlan və oğlu İntiqam yanına gəlib Şahid3 onlara verdiyi məsləhəti və Asif adlı şəxsin adı, telefon nömrəsi olan kağızı parçasını ona vermişlər. Ondan sonra Asif adlı şəxsə zəng edib oğlu İntiqamın 44 günlük müharibə iştirakçısı olduğunu, lakin ona əlillik və veteran verilmədiyini, onu veteranlığa çıxarmaq istədiyini bildirmişdir. Asif Şahid1 yüzdə yüz əlillik düşdüyünü demişdir. Təqsirləndirilən şəxs oğlu Şahid1 əlilliyə çıxarılmasına köməklik edəcəyini, bu işin həllinə 3000-3500 manat pul lazım olacağını demişdir. O, da həmin şəxsin qazi olmasını nəzərə alıb dediklərinə inanıb oğlu Şahid1 əlilliyə çıxaracağına ümid etmişdir. 2021-ci ilin oktyabr ayının əvvəlləri Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığında Asif ilə görüşüb məsələ ilə bağlı bir daha danışmışdır. Asif ilə görüşüb danışarkən tanışı olduğunu, işi qısa vaxtda həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 3000-3500 xərcin çıxar demiş, aralarında olan razılaşmaya əsasən işin həllinə görə Təqsirləndirilən şəxs 3000 manat verməli olmuşdur. Təqsirləndirilən şəxslə görüşüb söhbət etdikdən bir gün sonra yəni Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığında onunla görüşüb 3000 manat vermişdir. Asif Məmmədliyev pulu ondan alıb Şahid1 əlillik məsələsini qısa vaxtda həll edəcəyini, bütün işləri özü görəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə ay keçmiş, artıq 2022-ci ilin yanvar ayının əvvələri olmasına baxmayaraq İntiqamın əlillik məsələsindən heç bir xəbər çıxmamışdır. Asif Məmmədliyev ondan 3000 manat pulu aldıqdan 15-20 gün sonra oğlu İntiqam ilə gedib onun xidmət etdiyi Ağcabədi rayonu ərazisində "N" saylı hərbi hissəsindən döyüşlərdə yaralanması barədə sənədlər almışdır. Bütün bunlara baxmayaraq İntiqamın əlillik məsələsi həll olunmamışdır. Sonra dəfələrlə Asif Məmmədliyevə zəng edib görüşsədə həmin şəxs hər dəfə narahat olma düzələcəkdir deyib bəhanə etmişdir. 2022-ci ilin may ayında artıq Asif ilə görüşüb məsələnin nə yerdə olmasını soruşduqda həmin şəxs artıq işin alınmadığını qısa vaxtda ondan aldığı pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 3000 manat puldan 1500 manatını ona geri qaytarmış, geri qalan 1500 manat pulunu isə hazıradək qaytarmamışdır. Təqsirləndirilən şəxslə barışmayıb, mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətə Ağcabədi rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə başlamışdır. xx.xx.2021-ci il il tarixdə həqiqi hərbi xidməti başa vurub təxris olunmuşdur. Hərbi xidmətə olarkən 2020-ci ilin sentyabr ayında ölkə başcısının sərəncamı ilə ölkədə qismən səfərbərlik elan olunmuş və İİ Qarabağ döyüşləri başlamışdır. Həmin döyüşlərdə atıcı əsgər kimi iştirak etmiş, həttə sol qolundan minamyotun patlamasına görə qəlpə yarası almış və hazırda qəlpə qolundadır. Döyüşlərdə yaxından iştirak etdiyinə görə "Cəsur döyüşçü","Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallar ilə təltif olunmuşdur. O, hərbi xidməti başa vurub yaşadığı evə qayıtdıqdan sonra müharibə veteranı almaq üçün müxtəlif dövlət qurumlarına şifahi və yazılı olaraq müraciət etmiş, lakin müraciətinə baxılmamışdır. 2021-ci ilin oktyabr ayının əvvələrində anası Şahid2 ilə birlikdə Şəki Asan Xidmət Mərkəzinə gedib veteranlıq əldə etmək üçün müraciət etmişdir. Asan Xidmət Mərkəzində vətəndaşları xidmətlər üzrə yönəldən qızlardan biri onları asan xidmətin əməkdaşı Şahid3 yanına göndərmişdir. Şahid3 anasıyla onu qəbul edib dinlədikdən sonra müraciətinin onun səlahiyyəti çərçivəsində olmadığını, bu məsələni həll etməyin yollarını bilən qazi Asif adlı şəxs olduğunu deyib əlaqə telefonunu kağız parçasına yazıb onlara vermişdir. Atası Zərərçəkmiş şəxs Asif adlı şəxslə nə vaxt danışması və harada görüşməsi barədə məlumatı olmamışdır. Asifin adını və telefon nömrəsini atası Zərərçəkmiş şəxs verdikdən bir müddət sonra Asiflə xidmət etdiyi və yaralandığı hərbi hissəyə getməli olmuşdur. Atası Zərərçəkmiş şəxs ona demiş ki, Asif adlı qazi ilə danışıb, həmin şəxs sənə veteranlıq alacağına söz verib və həmin şəxsin işi həll etməsi üçün xidmət etdiyi hərbi hissədən döyüşlərdə yaralanması ilə bağlı arayış almalısan. Asiflə birlikdə Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissəyə gedib oradan döyüşlərdə yaralanması ilə bağlı arayış almışdır. Bütün bunlardan sonra öyrənmiş ki, qazi Asif adlı şəxs onu müharibə veteranı kimi əlilliyə çıxaracağına yalan vədlər verib 3000 manat pulunu alımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi fadəni təsdiq etməklə göstərmişdir ki, 2008-ci ildən X8 Xidmət Mərkəzində vətəndaşların qəbulu işinin təşkili sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Onun Asan xidmətdə iş funksiyası gələn vətəndaşların qəbul edilməsi, vətəndaşların alabiləcəkləri xidmət barədə məlumat vermək, vətəndaş axınının idarə olunması və vətəndaşların alabiləcəkləri xidmətlər bardə istiqamət verməkdən ibarətdir. 2020-ci ilin dekabr ayında şəhid ailələrin, müharibə əlillərinə yardım göstərmək üçün "YAŞAT" fondu yaradılmışdır. Fond tərəfindən məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditlərinin bağalanması, tibbi və psoxologi dəstək xərclərinin qarşılanması və təhsil istiqaməti üzrə yardımlar nəzərdən tutulmuşdur. YAŞAT fondunun Şəki rayonu üzrə məhsul işçisi (operator) təyin edilmişdir. O, qazi və İİİ qrup müharibə əlili olan Şəki şəhər sakini Təqsirləndirilən şəxs YAŞAT fondu üzrə yardım edərkən, eyni zamanda qazi və şəhid ailələri ilə bağlı tədbirlərdə ünsiyyət edib tanımışdır. Təqsirləndirilən şəxs müharibə iştirkaçısı və qazi kimi tanıyır. 2021-ci ilin oktyabr ayının əvvələri olarkən işdə olduğu zaman Asan xidmətin məlumat köşkündən iki nəfər vətəndaş yönəldilmişdir. Həmin adının sonradan Şahid1 olmasını bildiyi şəxs anası ilə ona yaxınlaş, həmin şəxslərdən nə ilə bağlı gəldiklərini soruşduğunda Şahid1 Qarabağ uğrunda gedən 44 günlük döyüşlərdə iştirak etdiyini və qəlpə yarası aldığını, "YAŞAT" fondunun ona yardım etməsini xahiş etdiyini bildirmişlər. İntiqm Paşayev şəxs əlilliyi olmadığını bildirmişdir. Şahid1 YAŞAT fondunun əlillik dərəcəsi təyin edilmiş şəxslərə yardım etdiyini söyləmişdir. Bu zaman Şahid1 anası oğlunun döyüşlər zamanı qəlpə yarası aldığını, lakin əlillik təyin edilmədiyini demişdir. O, da Asan xidmətin məsul işçisi olaraq onlara izah etmişlər ki, Asan xidmət müharibə iştirakçılarına əlillik təyin edən orqan deyil, aidiyyəti orqanlara müraciət etməlisiniz. Qadın müxtəlif yerlərə getsələrdə onlara heç bir yardım edilmədiyini, oğluna əlillik dərəcəsi alabilmədiklərini deyərək narazılıq etmişdir. Şahid1 müharibədə iştirak etmiş və əlillik təyin edilmiş tanışının olub-olmamasını soruşmuş, həmin şəxs tanışı olmadığını bildirmişdir. İntiqamdan qazi tanışını olub-olmasını soruşmaqda məqsədi həmin şəxsin əlillik dərcəsinin necə əldə etməsini və hansı sənədlərin toplanmasını öyrənməsi olmuşdur. İntqam Paşayevdən qazi Təqsirləndirilən şəxs tanıyıbtanımadığını soruşanda onlar Asif adlı şəxsin adını eşitdiklərini, lakin tanımadıqlarını bildirmişlər. Şahid1 və onun anasının yanında qazi Təqsirləndirilən şəxs zəng etmiş və yanında qazi olduğunu, lakin həmin şəxsə əlillik dərəcəsi verilmədiyini, ona əlillik təyin edilməsində istiqamət göstərməsini və hansı sənədlər toplamaq lazım olmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs telefonda də heç bir problem olmadığını, vətəndaşları onun yanına göndərməyini, Təqsirləndirilən şəxs mobil nömrəsini kağız parçasına yazıb Şahid1 vermiş, ondan sonra Asif ilə həmin şəxslər arasında nə baş verməsindən məlumatı olmamışdır. Bunu etməkdə Şahid1 kömək etmək istəmiş, başqa məqsədi də olmamışdır. İş materiallarına əlavə edilmiş 04 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 04 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlunun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 65 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 175 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının X1 xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində xx.xx.2011-ci il təvəllüdlü Sübhan Məmmədəliyev vardır. İş materiallarına əlavə edilmiş Ə№020138 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup muharibə əlilidir. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi quluqqçularının Sərəncamlarından görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinə əsasən 300 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 13 iyun 2023-cü il tarixli 795 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cərimə cəzasını ödədiyi üçün 30 yanvar 2013-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin qeydiyatından çıxarılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün etirafı, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əlil olmasını, vətən muharibəsinin iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda sadalanan halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət Məcəlləsinin 49.1-ci və Cəzaların İcrası Məcəlləsinin 43-45-ci maddələrinin tələblərinə uyğun olaraq təyin edilmiş cəza təqsirləndirilən şəxsin iş yeri üzrə çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı gündən hesablanmalı, təyin edilmiş cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yerin İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 1 500 (min beş yüz) manat pul və 35 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 10 (on) faiz dövlət nəfinə pul tutulmaqla, 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza Təqsirləndirilən şəxs iş yeri üzrə çəkilsin və cəzaçəkmə müddətinin başlanğıcı onun aylıq qazancının 10 (on) faizinin dövlət nəfinə tutulduğu gündən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat pul və 35 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar