Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-51/2025 17.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri X5, X3 və Müdafiəçi3, təcüməçi X2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1983-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli - 4 azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan, tutulana qədər həmin kənddə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 180.2.1 və 180.2.3-cü maddələri, xx.xx.1997-ci ildə Qax rayonu, Qum kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay - 1 azyaşlı uşağı olan, orta təhsilli, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Şəki rayonu, Şorsu kəndində qeydiyyatda olan, tutulana qədər həmin kənddə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1 və 180.2.3-cü maddələri, xx.xx.1988-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, tutulana qədər həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs3 CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin 4960 (dörd min doqquz yüz altmış) manat dəyərində əmlakını gizli yolla qanunsuz olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 21 oktyabr 2024-cü il tarixdə, saat 330 radələrində idarə etdiyi, Təqsirləndirilən şəxs3 məxsus “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Şorsu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, özü gələn olarsa xəbər verməsi və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra oradan dərhal uzaqlaşa bilmələri məqsədi ilə həmin avtomobili işlək vəziyyətdə saxlamaqla küçədə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə və oradan da həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq həmin tövlədən sonuncuya məxsus bir ədədi 340 (üç yüz qırx) manat olmaqla 680 (altı yüz səksən) manat dəyərində hər birinin təmiz əti təxminən 18 kq olan iki ədəd erkək, bir ədədi 360 (üç yüz altmış) manat olmaqla 1080 (min səksən) manat dəyərində hər birinin təmiz əti təxminən 20 kq olan üç baş erkək, bir ədədi 550 (beş yüz əlli) manat olamaqla 1100 (min yüz) manat dəyərində hər birinin təmiz əti təxminən 30 kq olan iki ədəd boğaz dişi, bir ədədi 450 (dörd yüz əlli) manat olmaqla 900 (doqquz yüz) manat dəyərində hər birinin təmiz əti təxminən 27 kq olan iki baş dişi qoyunları gizli yolla talamaqla özlərinin gəldikləri Təqsirləndirilən şəxs3 məxsus “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklədikdən və təmiz əti təxminən 35 kq, qiyməti 450 (dörd yüz əlli) manat olan bir baş dişi, təmiz əti təxminən 18 kq, qiyməti 300 (üç yüz) manat olan bir baş dişi və təmiz əti təxminən 25 kq, qiyməti 450 (dörd yüz əlli) manat olan bir baş erkək olmaqla, cəmi 1200 (min iki yüz) manat dəyərində qoyunları avtomobilə yükləmək məqsədi ilə tövlədə ayaqlarını bağladıqdan və onlardan bir başını avtomobilin yanına gətirdikdən sonra səsə çıxan Zərərçəkmiş şəxs onların oğurluq etməsini aşkar edərək hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək avtomobilə yüklədikləri həmin 9 baş xırdabuynuzlu heyvanlarla birgə avtomobili idarə edərək oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3760 (üç min yeddi yüz altmış) manat dəyərində əmlakı açıq yolla talayaraq maddi ziyan vurmaqla qəsdən soyğunçuluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin 4960 (dörd min doqquz yüz altmış) manat dəyərində əmlakını gizli yolla qanunsuz olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 21 oktyabr 2024-cü il tarixdə, saat 330 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi, Təqsirləndirilən şəxs3 məxsus “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Şorsu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra oradan dərhal uzaqlaşa bilmələri məqsədi ilə həmin avtomobili işlək vəziyyətdə saxlamaqla küçədə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs3 və özü isə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə və oradan da həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq həmin tövlədən sonuncuya məxsus bir ədədi 340 (üç yüz qırx) manat olmaqla 680 (altı yüz səksən) manat dəyərində hər birinin təmiz əti təxminən 18 kq olan iki ədəd erkək, bir ədədi 360 (üç yüz altmış) manat olmaqla 1080 (min səksən) manat dəyərində hər birinin təmiz əti təxminən 20 kq olan üç baş erkək, bir ədədi 550 (beş yüz əlli) manat olamaqla 1100 (min yüz) manat dəyərində hər birinin təmiz əti təxminən 30 kq olan iki ədəd boğaz dişi, bir ədədi 450 (dörd yüz əlli) manat olmaqla 900 (doqquz yüz) manat dəyərində hər birinin təmiz əti təxminən 27 kq olan iki baş dişi qoyunları gizli yolla talamaqla özlərinin gəldikləri Təqsirləndirilən şəxs3 məxsus “Daewoo Nexia” markalı, **- KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklədikdən və təmiz əti təxminən 35 kq, qiyməti 450 (dörd yüz əlli) manat olan bir baş dişi, təmiz əti təxminən 18 kq, qiyməti 300 (üç yüz) manat olan bir baş dişi və təmiz əti təxminən 25 kq, qiyməti 450 (dörd yüz əlli) manat olan bir baş erkək olmaqla, cəmi 1200 (min iki yüz) manat dəyərində qoyunları avtomobilə yükləmək məqsədi ilə tövlədə ayaqlarını bağladıqdan və onlardan bir başını avtomobilin yanına gətirdikdən sonra səsə çıxan Zərərçəkmiş şəxs onların oğurluq etməsini aşkar edərək hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək avtomobilə yüklədikləri həmin 9 baş xırdabuynuzlu heyvanlarla birgə avtomobili idarə edərək oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3760 (üç min yeddi yüz altmış) manat dəyərində əmlakı açıq yolla talayaraq maddi ziyan vurmaqla qəsdən soyğunçuluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin 4960 (dörd min doqquz yüz altmış) manat dəyərində əmlakını gizli yolla qanunsuz olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 21 oktyabr 2024-cü il tarixdə, saat 330 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi, özünə məxsus “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Şorsu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra oradan dərhal uzaqlaşa bilmələri məqsədi ilə həmin avtomobili işlək vəziyyətdə saxlamaqla küçədə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 və özü isə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə və oradan da həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq həmin tövlədən sonuncuya məxsus bir ədədi 340 (üç yüz qırx) manat olmaqla 680 (altı yüz səksən) manat dəyərində hər birinin təmiz əti təxminən 18 kq olan iki ədəd erkək, bir ədədi 360 (üç yüz altmış) manat olmaqla 1080 (min səksən) manat dəyərində hər birinin təmiz əti təxminən 20 kq olan üç baş erkək, bir ədədi 550 (beş yüz əlli) manat olamaqla 1100 (min yüz) manat dəyərində hər birinin təmiz əti təxminən 30 kq olan iki ədəd boğaz dişi, bir ədədi 450 (dörd yüz əlli) manat olmaqla 900 (doqquz yüz) manat dəyərində hər birinin təmiz əti təxminən 27 kq olan iki baş dişi qoyunları gizli yolla talamaqla özlərinin gəldikləri özünə məxsus “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklədikdən və təmiz əti təxminən 35 kq, qiyməti 450 (dörd yüz əlli) manat olan bir baş dişi, təmiz əti təxminən 18 kq, qiyməti 300 (üç yüz) manat olan bir baş dişi və təmiz əti təxminən 25 kq, qiyməti 450 (dörd yüz əlli) manat olan bir baş erkək olmaqla, cəmi 1200 (min iki yüz) manat dəyərində qoyunları avtomobilə yükləmək məqsədi ilə tövlədə ayaqlarını bağladıqdan və onlardan bir başını avtomobilin yanına gətirdikdən sonra səsə çıxan Zərərçəkmiş şəxs onların oğurluq etməsini aşkar edərək hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək avtomobilə yüklədikləri həmin 9 baş xırdabuynuzlu heyvanlarla birgə avtomobili idarə edərək oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3760 (üç min yeddi yüz altmış) manat dəyərində əmlakı açıq yolla talayaraq maddi ziyan vurmaqla qəsdən soyğunçuluq cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni 180-ci maddə üzrə təqsirli bilməmiş, 177-ci maddə ilə təqsirli bilərək göstərmişdir ki, o əslən Şəki rayonu, Baş Göynük kəndindən olan və Bakı şəhərində yaşayan Salehi 15 il əvvəl Bakı şəhərində yük maşınlarında sürücü işləyərkən tanımışdır. Salehlə yaxın münasibəti olmuş, aralarında ədavət, düşmənçilik və qohumluq əlaqəsi olmamışdır. xx.xx.2024-cü ildə, saat 10-11 radələrində Saleh ona zəng edərək harada olduğunu soruşub görüşmək istədiyini bildirmiş, o evdə olduğunu və yola çıxacağını Salehə demişdir. Saleh idarə etdiyi Daewoo Nexia markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşınla gedib yolda onu götürmüş, birlikdə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən kafelərin birinə getmişlər. Salehin yanında bir nəfər şəxs olmuş, Saleh həmin şəxsi onunla tanış edib adının Şahid və türmə yoldaşı olduğunu bildirmişdir. Birlikdə kafedə oturub yemək yeyib bir şüşə 700 qramlıq spirtli içki qəbul etmişlər. Yeməyin hesabını o, öz adına yazdırıb verəcəyini bildirmiş və ayrılıb evinə getmişdir. Həmin gün axşam saat 18 radələrində Saleh təkrar ona zəng edib harada olduğunu soruşub, onu Şahidlə birlikdə oturduğu Göynük kafesinə dəvət etmiş, o da kafeyə getmişdir. Onlar birlikdə oturub yeyib-içmiş, yenə bir şüşə 700 qramlıq spirtli içki qəbul etmişlər. Bu dəfə yeyib-içməyin hesabını Saleh özü ödəmiş, sonra saat 22-23 radələrində kafedən çıxıb Aşağı Göynük kəndi ərazisində yerləşən yanacaq doldurma məntqəsinin yanına getmişlər. Saleh, onu və Şahidi avtomaşından düşürüb, işinin olduğunu, gedib-gələcəyini deyib çıxıb getmiş, Şahidlə o, yanacaq doldurma məntəqəsinin yanındakı kafedə oturub pivə içmişlər. Bir müddət sonra Saleh idarə etdiyi avtomaşınla onların yanına qayıtmış, onlarla birlikdə oturub bir ədəd Bizon enerji içikisi içmişdir. Gecə saat 1 radələrində, Saleh getmək istədiklərini bildirib ona da evlərinə getməsini demişdir. Saleh və Şahidin sərxoş vəziyyətdə avtomobili idarə etmələrini istəmədəiyi üçün o, artıq geç olduğunu, evində qalmağa şəraitinin olduğunu demiş, onun evində gecələmələrini, səhər durub getmələrini təklif etmişdir. Saleh onun təklifiylə razılaşmamış, Şahidlə işləri olduğunu demiş və ondan evinə getməsini istəmişdir. Bundan sonra o, sərxoş vəziyyətdə avtomobili idarə etmələrini istəmədiyi üçün onlarla birlikdə gedəcəyini Salehə demişdir. Saleh yenə razı olmamış və ondan evinə getməsini istəmişdir. O, gecə vaxtı onları yolda qoya bilməyəcəyini, onlarla gedəcəyini, avtomobili də özü idarə edəcəyini demişdir. Onun bu təklifindən sonra Saleh onunla razılaşmış, avtomaşını o, idarə etmiş və getməyə başlamışdır. Saleh ona avtomobili Şəki rayonu, Şorsu kəndi istiqamətinə sürməsini demiş, o da avtomobili Şorsu kəndi istiqamətində idarə etmişdir. Yolda Saleh ona Şahidlə heyvan oğurlamağa getdiklərini bildirmiş, o, bunu biləndən sonra da ayrılıb getməmiş, birlikdə getmək istəmiş, hər üçü birlikdə getməyə razılaşmışlar. Saleh ona kəndin girişində avtomobili saxyayıb gözləyəcəyini, Şahidlə özü birlikdə oğurluq üçün gedəcəklərini, zəng edib çağırdıqda avtomobili kəndə yanlarına sürəcəyini, Şahidin onun qarşısına çıxacağını bildirmiş və o Salehin təklifinə etiraz etməmiş, avtomaşında oturub gözləmiş, içikili olduğu üçün yatmışdır. Bir müddətdən sonra Saleh ona zəng edərək avtomobili kəndə tərəf idarə etməsini, Şahidin qarşısına çıxacağını demişdir. O, avtomobili Şorsu kəndinin içinə doğru idarə etmiş, bir qədər getdikdən sonra Şahid qarşısına çıxmış, avtomobilə oturub onu kənddə tanımadığı bir evin küçə qapısının qarşısına sürdürüb, saxlatmışdır. Evin həyətinə açılan darvaza metalik rəngdə olmuş, darvazadan başlayaraq, həyətyanı sahənin kənarı beton dirəklərlə hasarlanmışdır. O, avtomobildə oturub gözləmiş, Saleh və Şahid evin həyətindən bir-bir qoyunları tutaraq gətirib avtomobilin arxa yük yerinə və arxa salona 9 baş qoyun yığmışlar. 10-cu qoyunu götürüb maşına gətirən zaman qapıdan çıxanda ev sahibi oyanıb həyətə çıxıb onları görmüş, onların arxasınca yola çıxmışdır. Həmin vaxt onların arasında nə söhbət olduğunu bilməmiş, Saleh və Şahid qoyunu orada buraxıb gəlib avtomaşına oturub tez sürməsini demişlər. O, avtomobili sürüb oradan uzaqlaşmış, Aşağı Göynük kəndində öz yaşadığı evin yanında avtomobilindən düşüb evinə getmiş, Saleh isə Şahidlə bilikdə çıxıb getmiş, hara getdiklərindən onun xəbəri olmamışdır. Səhəri gün Saleh zəng edib qoyunlara müştəri tapıb satmaq istədiklərini, müştər tapmaqda köməklik etməsini xahiş etmiş, o, müştəri tapa bilməyəcəyini Salehə bildirmişdir. Etdiyi hərəkətdən peşman olmuş, bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Oğurlanmış heyvanlar zərərçəkmiş şəxslərə qaytarılmış və ziyan ödənilmişdir. O, əməlinin CM-nin 177ci maddəsinə tövsif edilərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni 180-ci maddə üzrə təqsirli bilməmiş, 177-ci maddə ilə təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildə ailə həyatı qurmuş, bir qız övladı olmuş və sonradan həyat yoldaşından boşanmışdır. 2022-ci ildə CM-nin 177-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2024-cü ilin iyul ayında azadlığa buraxılmışdır. Yaşadığı kənddə iş tapa bilmədiyi üçün təxminən üç həftə əvvəl iş axtarmaq məqsədilə Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs3lə türmədə olarkən tanış olmuş, Saleh də əslən Şəki rayonunun Göynük kəndindən olmuşdur. Saleh də qoyun oğurladığı üçün azadlıqdan məhrum edilmişdir. Bakı şəhərinə iş axtarmaq üçün gedərkən Salehə zəng etmiş və onunla görüşmüş, hər gün Salehlə yeyib içirmişlər. Saleh Kamaz markalı yük maşını və “Renta Car”dan icarəyə götürdüyü “Daewoo Nexia” markalı, ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə etmişdir. Aralarında söhbət zamanı Saleh ona pul qazanmağın mümkün olmadığını, qazanc əldə etmək üçün oğurluq etmək lazım olduğunu demiş, o isə Salehə oğurluq etməkdənsə icarəyə yer götürüb işlətmələrini təklif etmişdir. Saleh işə başlamaq üçün 2000-3000 manat pula ehtiyac olduğunu, buna görə oğurluq etmək lazım olduğunu söyləmişdir. Beləliklə pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişlər. Saleh ona heyvan oğurlamalarını təklif etmiş, heyvanda yaxşı pul olduğunu, heyvan satmağı bacardığını ona demişdir. Heç kəsin onlardan sübhələnməmələri və tutulmamaları üçün tanıdıqları ünvandan oğurluq etmək qərarına gəlmişlər. Əldə edəcəkləri pulları Salehlə aralarında bərabər böləcəkləri barədə razılığa gəlmişlər. O, yaşadığı Şorsu kəndində onunla qonşuluqda yaşayan Abdullətif adlı şəxsin həyətində çoxlu sayda qoyunlar olduğunu, həm də divarının hündür olmadığı üçün həyətə daxil olmağın rahat olduğunu Salehə bildirmiş, onlar heyvanları oğurlayıb Salehin idarə etdiyi Daewoo Nexia markalı avtomobilə yerləşdirməklə aparıb sataraq qazanc əldə etmək barədə düşünmüşlər. Bakı şəhərində mağazaların birinə yaxınlaşıb oğurluq edərkən heç kimin onları tanımaması üçün papaq, oğurlayacaqları heyvanların ayağını bağlamaq üçün jilka ip, əlcək, həyətdə olmasını ehtimal etdikləri iti zəhərləmək üçün bir qədər ət və zəhər almışlar. İki gün sonra 18 oktyabr 2024-cü ildə Salehin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Bakı şəhərindən Şəki rayonuna getmişlər. X37 adlı şəxsə zəng edərək, əllərində heyvan olduğunu və əgər almaq isdəsə ona sata biləcəyini demiş, Ülvi də heyvanları almağa razılaşmışdır. Saleh Ülvini bir neçə il əvvəldən tanıdığını, Göynük kəndində ona məxsus fermada çoban işlədiyini və həmin vaxtdan aralarında münasibət yarandığını qeyd etmişdir. Səhər saatlarında onlar Şəki rayonuna çatıb bir qədər gəzmişlər. Sonra, oğurlayıb satıb qazanc əldə etmək üçün heyvanların çox olduğu Qax- Zaqatala rayonlarında çöllük deyilən ərazilər istiqamətə geməyə razılaşmış, Zaqatala rayonuna qədər getmiş, heyvan əldə edə bilmədikləri üçün geriyə Şəki rayonuna qayıtmışlar. Gecə rayon ərazisində maşında yatıb, səhəri gün Saleh tanışı Eltonla danışmış, Göynük kəndində tanımadığı kafedə Eltonla görüşmüşlər. O, Eltonu əvvəllər tanımamış, həmin vaxt tanış olub birlikdə oturub yeyib içmiş, lakin oğurluq barədə heç nə danışmamışlar. Yeyib içdiklərinin hesabını Salehlə Elton vermişdir. Gecə saatlarında Elton sağollaşıb evinə getdikdən sonra Salehlə o, gecəni maşında yatmışlar. Səhəri gün, yəni 20 oktyabr 2024-cü ildə günorta saatlarında yenidən Eltonla Göynük kəndində başqa kafedə görüşmüş, birlikdə oturub yeyib içmişlər. Bir neçə saat sonra Saleh ona Eltonla işi olduğunu, maşında oturub onu gözləməsini demiş, o, Saleh və Eltondan uzaqlaşıb maşına getmişdir. Təxminən yarım saat sonra Salehlə Elton birlikdə maşına gəlmişlər. Elton sükan arxasında, Saleh isə onun yanında sağ ön oturacaqda əyləşmiş, o isə əvvəldən arxa oturacaqda əyləşmişdir. Saleh oğurluqla bağlı söhbətə başlamış və Eltonun da onlarla birlikdə oğurluğa gedəcəyini, Eltonun maşını sürəcəyini, onların isə həyətə daxil olub heyvanları oğurlayaraq gətirib maşına yerləşdirəcəklərini bildirmiş, Elton da razı olmuşdur. Onlar birlikdə Şorsu kəndinin girişinə getmişlər. Oktyabr ayının 21-i gecə saat 1 radələrində Şorsu kəndinin girişinə çatıb bir qədər kəndə tərəf gedərək heç kimin olmamasından tam əmin olmaq üçün gözləmişlər. Təxminən iki saat orada gözlədikdən sonra o, gedəcəkləri ünvana tərəf Eltona istiqamət vermişdir. Məqsədləri həmkəndlisi Abdullətifin həyətindən qoyun oğurlamaq olmuşdur. Abdullətifin yaşadığı evin yolunu o bilmiş, ünvana təxminən 600 metr qalmış o, Eltona maşını saxlamasını demiş, aralarındakı razılığa əsasən Elton maşında gözləmişdir. Salehlə o Bakı şəhərindən aldıqları qara rəngli papaqları heç kimin onları tanımaması üçün başlarına, həmçinin heyvanları rahat tutmaq üçün əlcəkləri də əllərinə geyinmiş və heyvanları bağlamaq üçün jilka ipləri də götürüb Abdullətifin yaşadığı evə tərəf getmişlər. İlk olaraq heç kimin onları görmədiyindən əmin olmaq və həyətə keçmək üçün özlərinə rahat yer tapmaq üçün həyətin ətrafını gəzmişlər. Həyətin giriş qapısı ilə tövlənin arasında təxminən bir metr hündürlükdə beton piltələrlə divar hörülmüş, o, həmin divarın üstündən həyətə daxil olub dərhal qapını açmış, Saleh də qapıdan içəri daxil olmuşdur. O, Salehə heyvanların olduğu yeri göstərmiş, it olarsa zəhərli əti yeyib ölməsi üçün Saleh özü ilə götürdüyü siçan zəhərini ətin içərisinə qoyub həyətə atmışdır. Onlar tövləyə tərəf yaxınlaşmış, tövlənin qarşısındakı ağıl hissəsində çoxlu sayda qoyunların yatdığını görmüşlər. Ağılın kənarı şifer və dəmirlə bağlı olmaqla taxta və metal tordan hazırlanmış qapısı olmuşdur. O, qapını açıb içəri daxil olmuş, Saleh isə həyətdə dayanıb gələn olsa xəbər vermək üçün ətrafa nəzər yetirmişdir. O, içəri daxil olduqda heyvanların bir hissəsi onu görüb ayağa qalxmış, heyvanların arasından seçim etmədən 6 baş əlinə keçən heyvanı tutub özü ilə götürdüyü jilka iplə ayaqlarını bağlamış və Salehlə birlikdə 6 baş heyvanı maşına apararaq yük yerinə və arxa salona yığmışlar. Yenidən ağıla qayıdıb növbəti 6 baş qoyunun ayağını bağlamışlar. Heyvanlardan 5 başını maşına aparıb yük yerinə və arxa salona yığdıqdan sonra sonuncu qoyunu götürüb gətirib avtomaşının qabaq sərnişin oturacağının qarşısına yerləşdirməyə çalışmışlar. Saleh qoyunu yerləşdirmək üçün qabaq oturacağı arxaya tərəf çəkmiş, o isə qoyunu tutub saxlamışdır. Bu vaxt arxa tərəfdən səs gəldiyini eşitmiş, araxa tərəfə baxanda bir nəfərin onlara tərəf gəldiyini görmüşdür. O, Abdullətifi tanımış dərhal qoyunu baraxıb avtomobilin arxan oturacağına, Saleh də sağ ön oturacağına əyləşib qapını örtmüş və Elton avtomobili sürmüş, oradan uzaqlaşmışlar. Onları görən olduğu üçün Elton narahat olub onu evlərində düşürüb hara istəyirlərsə gedə biləcəklərini demişdir. Eltonun yaşadığı evin yanına gəlib Eltonu avtomobildən düşürdükdən sonra, sükan arxasında Saleh oturmuşdur. Salehlə birlikdə Qax rayonuna getmiş, gözdən uzaq əkin sahələrinə gedib orada qoyunları avtomaşından düşürmüşlər. Saleh, satmaq üçün qoyun gəticəklərini gündüzdən zəng edib bildirdiyi və razılaşıb gətirmələrini dediyi Baş Göynük kənd sakini Ülvi adlı şəxsə bir neçə dəfə zəng etsə də Ülvi telefonu açmamışdır. Məcburiyyət qarşısında səhərə qədər maşında qalmışlar. Səhər hava işıqlaşandan sonra qoyunların ayaqlarını açmışlar, o, qoyunları otarmış, Saleh isə avtomobili aparıb yudurub gətirmişdir. Ülvi günortaya kimi telefonu açmamış, saat 13-14 radələrində telefonu açmış, Saleh Ülviyə qoyunların olduğu yeri demişdir. Ülvi idarə etdiyi Opel markalı avtomaşınla sahəyə gəlib qoyunlara baxmış, zəif olduğunu bildirmişdir. Əvvəlcədən telefonla danışanda Ülvi, onlara normal qoyunlar olsa birini 240 manatdan ala biləcəyini desə də, qoyunlara baxıb zəif olduğunu söyləyib qoyunlara 900 manatdan artıq pul verə bilməyəcəyini bildirmiş, Salehlə o məcburiyyət qarşısında qalaraq Ülvi ilə razılaşmışlar. Ülvi onlara 900 manat pul verib qoyunları idarə etdiyi Opel markalı avtomobilə yığıb getmişdir. Onlar 900 manat pulu götürdükdən sonra Bakı şəhərinə yola düşmüşlər. Qəbələ rayonu ərazisində Saleh ona qoyunları satıb əldə etdikləri 900 manat puldan 100 manat vermiş, qalan pulu isə özünə götürmüş, o da həmin pulla özünə paltar almışdır. Ağsu rayonu ərazisində o, dostu Elvinlə görüşmək üçün avtomobildən düşmüş Saleh isə Bakı şəhərinə getmişdir. O, Elvinlə parkda təxminən 20 dəqiqə görüşüb Elvindən 10 manat borc pul alıb Bakı şəhərinə yola düşmüşdür. O, Bakı şəhərində tikinti yerlərinin birində özünə iş tapıb işləməyə başlamışdır. Sonradan bir neçə dəfə Salehlə telefon əlaqələri olsa da, Saleh etdikləri oğurluqla bağlı heç nə deməmişdir. Oğurladıqları həmin heyvanları sonradan Salehin sahibinə qaytardığı ona Polis şöbəsində məlum olmuşdur. O, etdiyi hərəkətdən peşman olduğunu, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Oğurlanmış heyvanlar zərərçəkmiş şəxslərə qaytarılmış və ziyan ödənilmişdir. O, ittihamın verildiyi CM-nin 180-cı maddəsi ilə deyil, CM-nin 177-ci maddəsi ilə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni 180-ci maddə üzrə təqsirli bilməmiş, 177-ci maddə ilə təqsirli bilərək göstərmişdir ki, o, digərləri ilə birlikdə 2019-cu ildə oğurluq etdiyinə görə 2019-cu ilin noyabr ayında tutulmuş, Şəki rayon məhkəməsində həmin cinayət işinə baxılıb, 4 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 may 2024-cü ildə həbsxanadan azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra Bakı şəhərində həm taksi fəaliyyəti ilə məşğul olmuş, həm də yük maşınlarında sürücü işləmişdir. Şəki rayonu, Şorsu kənd sakini Təqsirləndirilən şəxs2 türmədə cəza çəkdiyi müddətdə görüb tanımışdır. 2023-cü ilin fevral ayında cəza çəkmək üçün o X7 köçürülmüş, Şahidi həmin cəza çəkmə müəssisəsində görmüş, 1 il 3 ay Şahidlə bir müəssisədə cəza çəkmiş və birlikdə işləmişdir. Azadlığa çıxandan sonra da Şahidlə görüşmüşlər. Təqsirləndirilən şəxs1 2011-ci ildən tanımış, həmin vaxt Eltonla o təxminən 2-3 il yük maşınında sürücü işləmişlər. O, Daewoo Nexia markalı, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü ildə axşam Şahidlə görüşmüş və söhbət zamanı Şahidlə birlikdə Şəki rayonuna getmələri, Şəki rayonunu Şorsu kəndində Şahidin tanıdığı şəxsin qoyunlarını oğurlayaraq satmaları barədə razılığa gəlmişlər. Yolda xərcləmək üçün o, 350 manat pul, Şahid də özü ilə 150 manat pul götürmüşdür. Oğurluq edən zaman istifadə etmək üçün mağazadan kəndir (pres ipi), qara rəngdə idman papağı və 2 cüt rezin əlcək götürmüşlər. Bundan sonra birlikdə onun idarə etdiyi avtomaşınla Bakı şəhərindən yola düşmüşlər. Səhəri gün, yəni xx.xx.2024-cü ildə, səhər saat 10 radələrində Şəki şəhərinə çatmışlar. Həmin gün Şahidlə birlikdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarını gəzərək yol-boyu yeyib-içmiş, gecə Qax rayonu ərazisində avtomaşında yatmışlar. Səhər Şəki şəhərinə qayıtmış və artıq pulları qurtarmışdır. xx.xx.2024-cü ildə, saat 10-11 radələrində o, Eltona zəng edib harada olduğunu soruşub görüşmək istədiyini bildirmişdir. Məqsədləri birlikdə yeyib-içmək olmuşdur. Avtomobillə gedib yolda Eltonu götürmüş, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən kafelərin birinə getmişlər. Şahidi Etonla tanış etmiş və Eltona, Şahidlə türmə yoldaşı olduqlarını demişdir. Birlikdə yeyib-içmiş, təxminən bir şüşə 700 qramlıq spirtli içki qəbul etmişlər. Həmin yeyib-içməyin hesabını Elton öz üstünə yazdırmışdır. O, Şəki şəhərində yaşayan əmisi oğlu İlqardan 200 manat borc pul istəmiş, İlqar da etiraz etməmiş, onun kartına 200 manat pul göndərmişdir. Yeyib-içəndən sonra Eltondan ayrılmış, Şahidlə birlikdə Zaqatala rayonuna təkrar gəzməyə getmişlər. Şahidlə o Zaqatala rayonunda da yeyib-içib qayıtmışlar. Yolda onlara otlaq sahəsində otlayan qoyunlar rast gəlsə də oğurlamağı münasib bilməmişlər. Zaqatala rayonundan qayıdan zaman Şahid qonşusunda olan bir nəfərin həyətində saxladığı qoyunlarını oğurlayıb apara biləcəklərini bildirmiş, o da Şahidlə razılaşmışdır. Şahid qonşunun həyətində it olduğunu bildirdiyinə görə, həyətə sərbəst daxil olmaq üçün içərisinə qoyub itə verib öldürmək məqsədilə qabaqcadan yolüstü bir az ət və baytar aptekdən isə siçan zəhəri almışlar. Bu işləri gördükdən sonra Şəki rayonu, Aşağı Göynük kəndinə gedib yenə də zəng edib Eltonu yeyib-içməyə çağırmışdır. Aşağı Göynük kəndində yerləşən kafelərin birində oturub yeyib-içib spirtli içki qəbul edib söhbət etmişlər. Söhbət zamanı Şahidlə qoyun oğurlamaq barədə söhbət açmışdır. Şahidlə o, Eltonla sağollaşıb getmək istəyəndə, Elton onlarla getmək istədiyini, şərxoş vəziyyətdə olduqlarına görə avtomobili idarə edəcəyini bildirmişdir. O Eltona evə getməsini demiş, Elton narahat olmamalarını, onlarda heç nə istəməyəcəyini demişdir. Gecə saat 24 radələridə birlikdə kafedən çıxmışlar, Elton avtomobilin sürücü oturacağında, o qabaq sərnişin oturacağında, Şahid isə arxada əyləşmiş, birlikdə Şorsu kəndinə getmişlər. Kəndin yaxınlığında avtomaşını saxlayıb təxminən 2 saat gözləmiş, gözlədikləri müddətdə oğurluğa girəndə başlarına taxmaq üçün aldıqları idman papaqlarına onları görən olsa tanımamaları üçün iki ədəd deşik açaraq maska düzəltmişlər. Sonra aralıq yolla kəndin içərisinə getmiş, Şahid yolu göstərmiş, göstərdiyi evin yanına çatanda Elton avtomobili evin küçə qapısının yaxınlığında saxlamışdır. Qapı metalik rəngdə olmuş, darvazanın kənarına beton dirəkləri üst-üstə düzməklə hasar çəkilmişdir. Özləri ilə götürdükləri ətin içərisinə siçan zəhərini töküb əti həyətə atmışlar. Şahidlə o düzəltdikləri masqaları başlarına taxmışlar. Həyətdən səsküyün gəlmədiyini görüb Şahid həyətə keçib dəmir qapını açmış, o da həyətə daxil olmuşdur. Həyətə daxil olduqda qapıdan təxminən 2-3 metr qabaqda, kənarına dəmir və azbes şiferlər çəkilmiş, taxtadan və metal tordan hazırlanmış, həmçinin məftillə bağlanmış qapısı olan ağılın yerləşdiyini, ağılın içərisində çoxlu qoyunlar və keçilər olmasını görmüşlər. O, çöldə gözləyib gələn olsa xəbər vermək üçün ətrafa nəzarət etmiş, Şahid içəri daxil olub qoyunları tutub gətirdikləri kəndirlə ayaqlarını bağlamış və sonra onu çağırmışdır. İçəri girədə Şahidin artıq 6 baş qoyunun ayağını bağladığını görmüşdür. Qoyunları Şahidlə birlikdə bir-bir götürüb aparıb avtomobilə yığmışlar. Bir-bir daşıyıb avtomaşına yükləmək üçün əlavə 6 baş qoyunun da ayağını kəndirlə bağlamışlar. 9 baş qoyunu avtomaşının arxa yük yerinə və arxa salona yerləşdirmişlər. Avtomaşının qabaq sərnişin oturacağının qarşısına yerləşdirmək üçün 10-cu qoyunu gətirib avtomobilin qapısının yanında Şahid tutub saxlamış, o, qabaq oturacağı arxaya tərəf çəkmiş, bu vaxt arxa tərəfdən kənar səs gəlmiş, «hara aparırsan» sözünü eşidib arxa tərəf baxanda bir nəfər şəxsin onlara tərəf gəldiyini görmüşdür. O qoyunu baraxıb avtomaşına əyləşib qapını örtmüş, Şahid də arxa sağ qapını açıb orada əyləşib qapını örtmüş, Eltondan avtomobili sürmələrini istəmişlər. Elton avtomobili sürmüş və oradan uzaqlaşmışlar. Onları görən olduğu üçün Elton narahat olub evlərinə getmək istəmiş və avtomobili həyət qapılarınmın qarşısına sürmüş, Elton avtomobildən düşürdükdən sonra sükan arxasında o, özü oturmuşdur. Şahidlə birlikdə Qax rayonuna, gözdən uzaq əkin sahələrinə gedib orada qoyunları avtomaşından düşürmüşlər. O, gündüzdən Baş Göynük kənd sakini Ülvi adlı şəxsə zəng edib satmaq üçün qoyun gətircəklərini bildirdikdə Ülvi razılaşıb gətirmələrini demiş, o, Ülviyə bir neçə dəfə zəng etmiş, lakin Ülvi telefonu açmadığına görə məcbur gecə sahədə qalmışlar. Səhər hava işıqlaşandan sonra qoyunların ayaqlarını açmış, Şahid qoyunları otarmış, o isə avtomobili aparıb yudurub gətirmişdir. Ülvi günortaya kimi telefonu açmamış və saat 13-14 radələrində telefonu açmış, o, qoyunların yerini Ülviyə demişdir. Ülvi idarə etdiyi Opel markalı avtomobili ilə həmin sahəyə gəlib qoyunlara baxıb zəif olduğunu bildirmişdir. Ülvi ilə əvvəlcədən danışanda normal qoyunlar olsa birini 240 manatdan alacağını desə də, qoyunlara baxıb zəif olduğunu bildirib qoyunlara 900 manatdan artıq pul verə bilməyəcəyini demiş, Şahidlə o, məcburiyyət qarşısında qalaraq razılaşmışlar. Ülvi onlara 900 manat pul verib qoyunları idarə etdiyi Opel markalı avtomobilə yığıb aparıb getmişdir. Şahidlə o əldə etdikləri 900 manat pulu götürüb Bakı şəhərinə yola düşmüşlər. Qəbələ rayonu ərazisində Şahidə paltar almışlar. O, əldə etdikləri 900 manat pulun 700 manatını əvvəlcədən borc götürdüyü pulu qaytarmaq üçün götürmüş, qalan 200 manat pulun 100 manatını Şahidə vermiş, 100 manatı da ona qalmışdır. Ağsu rayonu ərazisində Şahid tanışı ilə görüşəcəyini bildirib avtomobildən düşmüş, o özü tək Bakı şəhərinə getmişdir. O, spirtli içkinin təsiri keçdikcə peşimançılıq hissi keçirməyə başlamış, Şahidə zəng edib, qoyunun sahibi ilə danışıb işi yoluna qoymalarını təklif etmiş, Şahid də ona, işdə olduğunu, gedə bilməyəcəyini, onu bu işə qatmamasını demişdir. O, həmçinin Eltona da zəng edib qoyun sahibi ilə razılaşmalarını təklif etmiş, Elton da çəkindiyi üçün özü getmək istəməyib, yaxşı fikir olduğunu, gedib qoyun sahibi ilə razılaşmasını ona demişdir. O, özü tək xx.xx.2024-cü ildə Şəki rayonuna, oradan Şorsu kəndində evinə gedib qoyununu oğurladığı şəxslə görüşmüş, guya qoyunları qardaşının oğurladığını, qardaşının uşaqlarının xəstə olduğunu, ehtiyacı olduğu üçün oğurladığını bildirmiş, ziyanını ödəyib razılığa gəlməsini təklif etmiş, lakin qoyun sahibi heç cür razılığa gəlməmişdir. Oradan çıxıb Ülviyə zəng edib vəziyyəti danışıb Ülvi ilə Şəki şəhərində görüşmüşlər. O əvvəl Ülviyə oğurluq etdiyinə görə Şahidi tutduqlarını, Şahidi qurtarmaq lazım gəldiyini demiş, qoyunları aparıb sahibinə qaytarıb Şahidi oradan çıxartdıqdan sonra pulunu qaytaracağını bildirmiş, Ülvi razılaşmış və qoyunları tutub avtomobilə yığdıqdan sonra ona zəng edəcəyini, birlikdə aparacaqlarını demişdir. Gecə saat 22-23 radələrində Ülvi ona zəng edib Əyriçay tərəfdə olduğunu bildirmiş, o, taksi fəaliyyəti ilə məşğul olan Ruslan adlı şəxsin idarə etdiyi avtomobillə Ülvinin dediyi yerə getmiş, avtomobildən düşüb gedəndə, gəlib onu götürməsi üçün zəng edəcəyini Ruslana bildirmişdir. Özü Ülvinin idarə etdiyi UAZ markalı avtomobilə əyləşmiş və birlikdə qoyunu oğurlanmış kişinin evinin yanına getmişlər. Adını həmin vaxt bildiyi Abulfəti çağırıb UAZ markalı avtomobildə olan qoyunları göstərib onun qoyunları olduğunu deyib razılaşmalarını təklif etmişdir. Abulfət isə razı olmayıb qoyunları ancaq polisin iştirakı ilə götürə biləcəyini demiş, bir də onun qapısını kimin göstərdiyini deməsini istəmişdir. O, çox xahiş-minnət etsə də mümkün olmamış, Abulfət qoyunları götürməmiş və məcbur geri qayıdası olmuşlar. Kənddən çıxanda artıq nə edəcəklərini bilməmiş, qoyunları kəndin girişində avtomobildən düşürəcəkləri barədə qərara gəlmiş və düşürmüşlər. Ülvi çıxıb getmiş, o, zəng edib Ruslanı çağırmış, Ruslan gəlib onu götürmüş və Rulanın idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıtmışdır. O, etdiyi hərəkətdən peşman olduğunu, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Oğurlanmış heyvanlar zərərçəkmiş şəxslərə qaytarılmış və ziyan ödənilmişdir. O, ittihamın verildiyi CM-nin 180-cı maddəsi ilə deyil, CM-nin 177-ci maddəsi ilə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun şəxsi təsərrüfatında 65 baş qoyun və 32 baş keçi olmuş və həmin xırda buynuzlu heyvanlara özü baxmışdır. Heyvanları hər gün səhər saat 7 radələrində otarmağa aparmış, saat 12 radələrində həyətinə qaytarmış, sonra saat 15 radələrində heyvanları yenidən otarmağa aparmış, saat 18 radələrində, yaxud da mövsümdən asılı olaraq hava qaralana yaxın evə gətirmişdir. Xırda buynuzlu heyvanları həyətində yerləşən tövlənin qarışısındakı ağıla salmış, ağılın kənarın metal torla bağlamış, metal torun qarşısına yırtıcı heyvanlar daxil ola bilməməsi və kənardan adamların ağılda olan heyvanları görə bilməməsi üçün dəmir və azbes şifer söykəmişdir. Ağılın qapısını ağacdan və metal tordan hazırlamış, qapını məftillə bağlamışdır. Həmçinin həyətə açılan dəmir darvazanın da qapısını arxadan dəmir keçirməklə bağlı saxlamışdır. xx.xx.2024-cü ildə, saat 330 radələrində yuxudan oyanıb həyətə çıxdıqda küçə qapısının açıq olduğunu görüb heyvanlarının oğurlandığını başa düşmüş, qapıdan çöldə işlək vəziyyətdə avtomobil dayandığını görmüşdür. Həmin avtomobil işlək vəziyyədə olsa da, işıqları yanmamış və hava qaranlıq olduğu üçün dövlət qeydiyyat nişanını görmək mümkün olmamışdir. O, qapıdan çölə çıxıb baxanda bir nəfərin qoyunu həmin avtomaşının salonuna yerləşdirmək istədiyini görmüş, qoyunları buraxması üçün «hara aparırsınız» deyib qışqırmışdır. Bu zaman qabaqda oturan adam o biri yoldaşını üzlərini görməməsi üçün tələsdirmiş, qoyunu avtomaşına yerləşdirmək istəyən şəxs qoyunu buraxıb avtomaşına oturmuş, sürüb getmişlər. Avtomobil uzaqlaşdıqdan sonra işıqlarını yandırmışdır. O, qoyunun ayağına bağlanmış ipi kəsib ağıla salıb sonra onların dalınca qaçmış, lakin çata bilməmişdir və avtomobilin sürətlə uzaqlaşıb getdiyini görmüşdür. O, evə qayıdıb istifadə etdiyi mobil telefonunu götürüb 102 xidmətinə zəng edib qoyunlarının oğurlanması barədə məlumat vermişdir. Bir qədər sonra ağıla baxanda iki baş qoyununun da ayaqlarının bağlandığını görmüş, oğurluq edən şəxslərin həmin 2 baş qoyunu da aparmaq istədiklərini başa düşmüşdür. Bir müddətdən sonra polis əməkdaşları gəlib tövləyə və ətrafa baxış keçirib onu da Polis Şöbəsinə dəvət etmişlər. O, Polis Şöbəsində şikayət ərizəsi yazıb, izahat vermişdir. xx.xx.2024-cü ildə, saat 16 radələrində evdə olduğu vaxt kiminsə qapıda onu çağırdığını eşidib, çölə çıxanda taksilə bir nəfərin gəldiyini görmüşdür. Həmin şəxs ona, qardaşının uşağı xəstə olduğu üçün onun qoyunlarının qardaşı tərəfindən oğurladığını bildirmiş və qoyunları gətirdiyini, yaxınlıqda olduğunu, qaytarmaq istədiklərini demişdir. O həmin şəxsə qoyunları yalnız polisin vasitəsi və iştirakı ilə qəbul edə biləcəyini, əks halda qoyunları qəbul etməyəcəyini bildirmişdir. Həmin şəxs xeyli müddət xahiş etsə də, o, razılaşmamışdır. Onun razı olmadığını görüb, həmin şəxs çıxıb getmişdir. xx.xx.2024-cü ildə, gecə 3 radələrində qapıda kiminsə çağırdığını eşitmiş, çölə çıxanda qapıda UAZ markalı avtomaşın və yanında sürücü dayandığını, eləcə də gündüz yanına gələn həmin oğlanı görmüşdür. UAZ markalı avtomaşında qoyunlarin olduğunu hiss etmişdir. Günorta gələn şəxs yenə də ona yaxınlaşıb “gəl barışaq, mənim qardaşımın uşağı xəstədir, ona görə sənin qoyunlarını oğurlayıb” deməsinə baxmayaraq o, yenədə razı olmamışdır. Həmin şəxs yenə də ona, qardaşının bir qələt etdiyini, qardaşını xəstə uşaqlarına bağışlamasını, qoyunlarını da gətirdiyini, qəbul etməsini və yazdığı ərizəni geri götürməsini ondan xahiş etmişdir. O, yenə də qoyunları qəbul etməyəcəyini qəti olaraq bildirmiş, qoyunları ancaq polis əməkdaşlarının vasitəsi və iştirakı ilə qəbul edə biləcəyini demişdir. Həmin şəxs bir müddət ona yalvarıb xahiş etmiş, razı olmadığını görüb çıxıb getmişdir. O, həmin şəxsin uzaqlaşıb kənddə gözləyib gecə yarısı yenidən qayıdıb qoyunları gətirib ağıla salacaqlarını fikirləşmiş, avtomaşının kənddən çıxıb getməsinə əmin olmaq üçün avtomobilin arxasınca kəndin çıxışına tərəf getmişdir. O avtomobilin arxasınca gedən zaman, kəndin yaxınlığından keçən şosse yolun kənarına çatanda yolun kənarında qoyunlar olduğunu görmüş yaxınlaşıb baxanda qoyunların onun oğurlanmış qoyunları olduğunu görmüşdür. Qoyunları yırtıcı heyvanların parçalayacağını fikirləşib məcbur qalıb gətirib ağıla salmışdır. Ona məxsus oğurlanmış 9 baş qoyunlardan 5 başı erkək, 4 baş isə dişi qoyun olmuşdur. Oğurlanmış 3 baş dişi qoyunun və 3 baş erkək qoyunun sol qulağının ucunu kəsmiş və işarə qoymuşdum. Qoyunları qulağının uc hissəsinin kəsili olmasından və digər əlamətlərindən tanımışdır. Qoyunlar orta köklükdə olmuş, erkək qoyunların 2 başı xırda, təxminən 18 kq təmiz əti, digər 3 baş erkək qoyunun isə təxminən 20 kq təmiz əti olmuşdur. Dişi qoyunların dördü də boğaz olmuş, dişi qoyunların 2 başının təxminən 30 kq təmiz əti, digər 2 baş dişi qoyunun isə təxminən 27 kq təmiz əti olmuşdur. Heyvanları oğurlayandan sonra yaxşı yemləmədikləri üçün xeyli arıqlamışdır. Oğurlanmış bir qədər kiçik erkək qoyunların biri təxminən 330 manat olmaqla iki başı 660 manat, digər erkək qoyunların biri 360 manat olmaqla üç başı 1080 manat, dişi qoyunlarından irisinin biri 550 manat olmaqla, iki başı 1100 manat, digər dişi qoyunların biri 450 manat olmaqla 2 başı 900 manat olmuşdur. Beləliklə ona məxsus qoyunların oğurlanması ilə ona, ümumilikdə 3760 manat maddi ziyan dəymişdir. Ondan oğurlanmış qoyunlar geri qaytarılsa da yaxşı baxılmadığı üçün həmin qoyunlardan ikisi tələf olmuş, hər birinin qiyməti 330 manat olmaqla ona cəmi 660 manat ziyan dəymişdir. Ziyan indiyədək təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən şikayətçi olmuş və onlarla barışmamışdır. Təqsirləndirilən şəxslər barəsində qanunamüvafiq tədbir görülmələrini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 22 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Şəki rayonu, Şorsu kəndində yerləşən evinin həyətindəki ağırdan 9 baş xırda buynuzlu heyvnaları 5 baş erkək, 4 baş dişi qoyunları oğurlanmışdır. Abülfət Camalov həyətindəki ağılı göstərərək oradan xırda buynuzlu heyvanların oğurlandığını bildirmişdir. Baxış zamanı hadisə yerində maddi subut aşkar olunmamışdır. (İ cild İş.v 8-14) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1850-də Təqsirləndirilən şəxs1 CM-nın 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 39-41) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 1830-da Təqsirləndirilən şəxs3 CM-nın 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 120-122) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, saat 2022-də X17 CM-nın 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 146-148) Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-87/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətində, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İ cild İş.v 203-208). Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-88/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İ cild İş.v 203-208). Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-89/2024 saylı qərarından görünür ki, X17 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki ŞİHB-nın Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyinin 4 noyabr 2024-cü il tarixli 549/1, 549/2 nömrəli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı-X18, qızı-xx.xx.2017-ci il təvəllüdlü X11, qızı-xx.xx.2019-cu il təvəllüdlü X19 və oğlu-xx.xx.2022-ci il təvəllüdlü X24 ilə birlikdə Şəki rayonu Aşağı Göynük kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 45-47) Şəki Rayon Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1004 №-li məktubundan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Şəki rayonu, Şorsu kəndində yaşayan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 X6 dispanser müşahidəsində yoxdurlar. (İİ cild İş.v 79) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1, Ağdaş rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə, CM-nin 179.2.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay islah işləri cəzasına məhkum olunmuş, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il, 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 9 ay 1 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Şəki Appelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 2 ay 7 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmişdir. (İİ cild İş.v 80-81) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (İİ cild İş.v 82) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində, Qax Rayon RPŞ-də CMnin 128-ci maddəsi ilə araşdırması aparılmış ********* nömrəli material üzrə CPM-nin 39.1.11-ci maddəsinin tələbinə əsasən xx.xx.2019-cu il tarixli bəraət verici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə 1 ay, 18 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. (İİ cild İş.v 83) “Şəki Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin 20 noyabr 2024-cü il tarixli, 18-1-71/2- 1647/2024 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Şəki rayonu, Şorsu kəndində yaşayan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Şəki Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin X1 kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İİ cild İş.v 88) Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 66 saylı MKİS tərəfindən verilmiş 2032 nömrəli, 25 dekabr 2024-cü il tarixli arayışın və xasiyyətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 206-207) Şəki ŞİHB-nın Şorsu kənd İƏD üzrə nümayəndəliyinin 23 dekabr 2024-cü il tarixli 276, 277 nömrəli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 nənəsi-X9, anası-X12 ilə birlikdə Şəki rayonu Şorsu kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (İİ cild İş.v 208-210) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9319 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4350.0 manat müəyyən edilir. Belə ki, həmin rəydə qeyd olunmuş cədvələ əsasən təmiz əti 18 kq olan erkək qoyun bir başı 340 manat olmaqla 2 baş 680 manat, təmiz əti 20 kq olan erkək qoyunun bir başı 360 manat olamqla 3 baş 1080 manat, təmiz əti 30 kq olan dişi qoyunun bir başı 360 olamqla 2 baş 720 manat, təmiz əti təxminən 27 kq olan dişi qoyunun bir başı 350 manat olmaqla 2 baş 700 manat, təmiz əti 35 kq olan dişi qoyunun qiyməti 420 manat, 18 kq əti olan dişi qoyun qiyməti 300 manat və təmiz əti 25 kq olan erkək qoyunun qiyməti 450 manat olmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təskil edir. (İİ cild İş.v 211-214) Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 vətən müharibəsi iştirakçısı olmaqla himayəsində xx.xx.2019-cu il təvəllüdlü X14 adlı bir uşaq vardır. Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il təvəllüdlü X20, xx.xx.2006-cı il təvəllüdlü X21, xx.xx.2011-ci il təvəllüdlü X22, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X19 və xx.xx.2022-ci il təvəllüdlü X24 adlı 6 övladı var. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. İbtidai istintaq orqanı baş vermiş hadisə ilə bağlı təqsirləndirilən şəxslərə soyğunçuluq cinayətini - CM-nın 180.2.1-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, CM-nın 180.2.3-cü maddəsi ilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla nəzərdə tutulmuş əlamətlərlə törətməsinə görə ittiham verilmişdir. Məhkəmə toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 180.2.1 və 180.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətmələri özlərinin tam, qismən və dolayı etirafları, şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş işin digər materialları və sübutların məcmusu ilə tam və heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi əməllərində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətlərinin olmasına dəlalət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndində əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin qərarın 5-ci bəndində əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə və oradan da həyətdə yerləşən saxlanc yeri hesab edilən ağıla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus qoyunları götürdüklərini etiraf etsələr də, əməllərinin CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə tövsif edilmələri ilə razılaşmamış, etdikləri hərəkətlərin soyğunçuluq yox, oğurluq olduğunu bildirmişlər. Onlar bütün bunları zərərçəkmiş şəxsin hadisə baş verən vaxt onları görüb tanımamaları ilə əlaqələndirmiş, lakin sonuncu qoyunu götürüb çıxarkən evin qapısının səsinin gəldiyini, ev sahibinin arxlarınca gələrək “nə edirsiniz qoyunları buraxın” dediyini eşitdiklərini də inkar etməmişlər. Güründüyü kimi təqsirləndirilən şəxslər hərəkətlərinin əmlakın sahibi tərəfindən aşkar edildiyini bilmiş, bunu dərk edərək əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin evinə soyğunçuluq məqsədi ilə getmədiyini bildirsə də, o digər təqsirləndirilən şəxslərlə kafedə oturub söhbət edən zaman oğurluq barədə söhbət edilmiş, o bu barədə eşidib bilmiş, ona çıxıb evlərinə getməsi deyilsə də getməyib avtomobili idarə edəcəyini təkidlə deyərək birlikdə getmiş və qabaqcadan razılaşdıqları kimi hadisənin baş verdiyi Şəki rayonu Şorsu kəndində avtomobildə əyləşib başqasının əmlakı olan qoyunları oğurlayıb gətirib avtomobilə yığdıqlarını görmüş, əmlak sahibinə ziyan vurulduğunu aşkar surətdə başa düşmüş, zərərçəkmiş xəbər tutub gələndə və heyvanları hara apardıqlarını deməklə hərəkətlərinin qarşısını almağa çalışanda avtomobili sürüb çıxıb gedərək niyyətlərini yerinə yetirməkdə kömək edib tanınmamalarını sığortalamış, yekunda zərərçəkmiş şəxsə məxsus talanmaqla əldə edilmiş əmlakın cinayət hadisəsi törətmiş iştirakçıların ixtiyarına, üzərində sərəncam verməklə bağlı imkanları yaranmasında mübahisə edilməyən formada iştirak etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs talanmış qoyunları qaytarıldıqdan sonra onlardan 2 başının öldüyünü bildirib, bununla bağlı dəymiş ziyanı tələb etməsi ilə bağlı təqsirləndirilən şəxsə ittiham verilməmiş, verilən ittiham üzrə müəyyən edilmiş ziyan qoyunların qaytarılması ilə ödənilmişdir. Heyvanların ölməsi ilə bağlı cinayət işinin materiallarında heç bir təsdiq edici sübut olmamışdır və belə bir ittiham verilməmişdir. Belə olan halda məhkəmənin həmin hala münasibət bildirməsi mümkünsüzdür. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin 4960 manat dəyərində əmlakını gizli yolla qanunsuz olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 21 oktyabr 2024-cü ildə, saat 330 radələrində idarə etdiyi, Təqsirləndirilən şəxs3 məxsus “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Şorsu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, özü gələn olarsa xəbər verməsi və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra oradan dərhal uzaqlaşa bilmələri məqsədi ilə avtomobili işlək vəziyyətdə saxlamaqla avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə və həyətdə yerləşən saxlanc yeri hesab edilən ağıla qanunsuz daxil olaraq, sonuncuya məxsus bir ədədi 340 manat olmaqla 680 manat dəyərində hər birinin təmiz əti təxminən 18 kq olan iki ədəd erkək, bir ədədi 360 manat olmaqla 1080 manat dəyərində hər birinin təmiz əti təxminən 20 kq olan üç baş erkək, bir ədədi 550 manat olamaqla 1100 manat dəyərində hər birinin təmiz əti təxminən 30 kq olan iki ədəd boğaz dişi, bir ədədi 450 manat olmaqla 900 manat dəyərində hər birinin təmiz əti təxminən 27 kq olan iki baş dişi qoyunları gizli yolla talamaqla gəldikləri avtomobilə yüklədikdən və təmiz əti təxminən 35 kq, qiyməti 450 manat olan bir baş dişi, təmiz əti təxminən 18 kq, qiyməti 300 manat olan bir baş dişi və təmiz əti təxminən 25 kq, qiyməti 450 manat olan bir baş erkək olmaqla, cəmi 1200 manat dəyərində qoyunları avtomobilə yükləmək məqsədi ilə tövlədə ayaqlarını bağladıqdan və onlardan bir başını avtomobilin yanına gətirdikdən sonra səsə çıxan Zərərçəkmiş şəxs onların oğurluq etməsini aşkar edərək hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək avtomobilə yüklədikləri 9 baş xırdabuynuzlu heyvanlarla birgə avtomobili idarə edərək oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus əmlakı açıq yolla talayaraq ümumilikdə 3760 manat dəyərində maddi ziyan vurmaqla qəsdən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin 4960 manat dəyərində əmlakını gizli yolla qanunsuz olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 21 oktyabr 2024-cü ildə, saat 330 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi, Təqsirləndirilən şəxs3 məxsus “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Şorsu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra oradan dərhal uzaqlaşa bilmələri məqsədi ilə avtomobili işlək vəziyyətdə saxlamaqla avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs3 və özü isə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə və həyətdə yerləşən saxlanc yeri hesab edilən ağıla qanunsuz daxil olaraq sonuncuya məxsus bir ədədi 340 manat olmaqla 680 manat dəyərində hər birinin təmiz əti təxminən 18 kq olan iki ədəd erkək, bir ədədi 360 manat olmaqla 1080 manat dəyərində hər birinin təmiz əti təxminən 20 kq olan üç baş erkək, bir ədədi 550 manat olamaqla 1100 manat dəyərində hər birinin təmiz əti təxminən 30 kq olan iki ədəd boğaz dişi, bir ədədi 450 manat olmaqla 900 manat dəyərində hər birinin təmiz əti təxminən 27 kq olan iki baş dişi qoyunları gizli yolla talamaqla gəldikləri avtomobilə yüklədikdən və təmiz əti təxminən 35 kq, qiyməti 450 manat olan bir baş dişi, təmiz əti təxminən 18 kq, qiyməti 300 manat olan bir baş dişi və təmiz əti təxminən 25 kq, qiyməti 450 manat olan bir baş erkək olmaqla, cəmi 1200 manat dəyərində qoyunları avtomobilə yükləmək məqsədi ilə ağılda ayaqlarını bağladıqdan və onlardan bir başını avtomobilin yanına gətirdikdən sonra səsə çıxan Zərərçəkmiş şəxs onların oğurluq etməsini aşkar edərək hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək avtomobilə yüklədikləri 9 baş xırdabuynuzlu heyvanlarla birgə avtomobili idarə edərək oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus əmlakı açıq yolla talayaraq ümumilikdə 3760 manat dəyərində maddi ziyan vurmaqla qəsdən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin 4960 manat dəyərində əmlakını gizli yolla qanunsuz olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 21 oktyabr 2024-cü ildə, saat 330 radələrində ona məxsus, Təqsirləndirilən şəxs1 idarə etdiyi, “Daewoo Nexia” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Şorsu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra oradan dərhal uzaqlaşa bilmələri məqsədi ilə avtomobili işlək vəziyyətdə saxlamaqla avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə və həyətdə yerləşən saxlanc yeri hesab edilən ağıla qanunsuz daxil olaraq sonuncuya məxsus bir ədədi 340 manat olmaqla 680 manat dəyərində hər birinin təmiz əti təxminən 18 kq olan iki ədəd erkək, bir ədədi 360 manat olmaqla 1080 manat dəyərində hər birinin təmiz əti təxminən 20 kq olan üç baş erkək, bir ədədi 550 manat olamaqla 1100 manat dəyərində hər birinin təmiz əti təxminən 30 kq olan iki ədəd boğaz dişi, bir ədədi 450 manat olmaqla 900 manat dəyərində hər birinin təmiz əti təxminən 27 kq olan iki baş dişi qoyunları gizli yolla talamaqla gəldikləri avtomobilə yüklədikdən və təmiz əti təxminən 35 kq, qiyməti 450 manat olan bir baş dişi, təmiz əti təxminən 18 kq, qiyməti 300 manat olan bir baş dişi və təmiz əti təxminən 25 kq, qiyməti 450 manat olan bir baş erkək olmaqla, cəmi 1200 manat dəyərində qoyunları avtomobilə yükləmək məqsədi ilə ağılda ayaqlarını bağladıqdan və onlardan bir başını avtomobilin yanına gətirdikdən sonra səsə çıxan Zərərçəkmiş şəxs onların oğurluq etməsini aşkar edərək hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək avtomobilə yüklədikləri 9 baş xırdabuynuzlu heyvanlarla birgə avtomobili idarə edərək oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus əmlakı açıq yolla talayaraq ümumilikdə 3760 manat dəyərində maddi ziyan vurmaqla qəsdən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri tövsif olunduğu CM-nin 180.2.1 və 180.2.3-cü maddələrinin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onların əməlləri CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayəti törətməkdə təqsirlidir və onlara törətdikləri cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal CM-nın 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olması, CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal CM-nın 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olması, CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.13-cü maddəsinə əsasən vurulan ziyanın tam şəkildə ödənməsi, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşaqlarının olması, CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsidir. Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.13-cü maddəsinə əsasən vurulan ziyanın tam şəkildə ödənməsi, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olması, CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsidir. Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.13-cü maddəsinə əsasən vurulan ziyanın tam şəkildə ödənməsi, CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməməsini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onların təqsirli bilindikləri CM-nin 180.2.1 və 180.2.3-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onları səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, Təqsirləndirilən şəxs1 bundan əvvəlki törətdiyi cinayətə görə təyin edilmiş azadlıqdan məhrum edilmə ilə bağlı olmayan cəzadan nəticə çıxartmamadığını və həmin cəzanın təsir edən olmadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayətin risidivinin olmasını, Təqsirləndirilən şəxs2 müharibədə iştirakını nəzərə alaraq belə nəticəyə gəlir ki, onlara, təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası ədalətli həddə təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onların şəxsiyyətlərini, işin hallarını, şəxsiyyətlərini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışlarını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətlərini, ailə vəziyyətlərini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzaları cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 180.2.1 və 180.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1 və 180.2.3-cü maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs3 CM-nin 180.2.1 və 180.2.3-cü maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan 9 baş qoyunların sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd «Samsung Galaxy» markalı mobil telefon, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş bir ədəd «HONOR» markalı mobil telefon sahiblərinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü ildən hesablansın. İş üzrə maddi sübut olan 9 baş qoyunların sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd «Samsung Galaxy» markalı mobil telefon, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş bir ədəd «HONOR» markalı mobil telefon sahiblərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №1(075)-51/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-51/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver