Məhkəmə qərarları › İş №1(075)-52/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-52/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-52/2021 28.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxx 1982-ci ildə Şəki rayonu Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Şəki kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 noyabr 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 dekabr 2016-cı il tarixdən başlayaraq hər ay 120.00 manat aliment və müalicəsinə sərf olunan əlavə xərclərə görə hər ay 70.00 manat, 21 may 2019-cu il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 160.00 manat və əlavə xərclərə görə 70.00 manat alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)- 13286/2016 saylı və 17 aprel 2019-cu il tarixli, 2(008)-2674/2019 saylı, həmçinin 01 dekabr 2017-ci il tarixdən başlayaraq 30 iyun 2008-ci il təvəllüdlü X5 və 12 yanvar 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136.00 manat olmaqla, cəmi 272.00 manat məbləğində alimentin və əlavə xərcə görə hər ay 50.00 manatın tutularaq X9 verilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı, habelə 1308.00 manat əsas borc və dövlət rüsumuna görə 30.00 manatın alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(075)-804/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 22 oktyabr 2018-ci il və 22 iyul 2019-cu il tarixlərdə hər dəfə 10 gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 07.10.2019-cu il, 26.02.2020-ci il, 13.07.2020-ci il və 08.09.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 09 oktyabr 2020-ci il tarixədək şəxsi maraq niyyətilə Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)-13286/2016 saylı qətnaməsi üzrə 2950.00 manat, Sabunçu Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(008)- 2674/2019 saylı qətnaməsi üzrə isə 3910.00 manat olmaqla, tələbkar Zərərçəkmiş şəxs1 cəmi 6860.00 manat aliment borcunu, Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı qətnaməsi üzrə X9 7976.00 manat aliment borcunu, həmçinin Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(075)-804/2019 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs3 olan 1338.00 manat borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyərək, zərər çəkmiş şəxslərə qeyd olunan məbləğlərdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi aşağıdakı mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2003-cü ildə Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan 21 noyabr 2004-cü il tarixdə Aynur adını verdikləri övladları anadan olmuşdur. Ayrıldıqdan sonra Jalə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsi X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan 16 dekabr 2016-cı il tarixdən başlayaraq hər ay 120.00 manat aliment və müalicəsinə sərf olunan əlavə xərclərə görə hər ay 70.00 manat, 21 may 2019-cu il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 160.00 manat və əlavə xərclərə görə 70.00 manat alimentin alınaraq Zərərçəkmiş şəxs1 verilməsinə dair 15 noyabr 2016-cı il tarixli və 17 aprel 2019cu il tarixli qətnamələr çıxarmışdır. Jalədən ayrıldıqdan sonra 09 sentyabr 2007-ci il tarixdə Vənətiyeva (Kərimova) Aynurə Əli qızı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 30 iyun 2008-ci il tarixdə Hümmət və 12 yanvar 2012-ci il tarixdə isə Adəm adını verdikləri övladları anadan olmuşdur. Aynurədən ayrıldıqda Nəsimi Rayon Məhkəməsi ondan 01 dekabr 2017-ci il tarixdən başlayaraq X5 və X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136.00 manat olmaqla, cəmi 272.00 manat məbləğində alimentin və əlavə xərcə görə hər ay 50.00 manatın tutularaq X9 verilməsinə dair 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı qətnamə çıxarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 məxsus mobil telefon satışı ilə məşğul olan mağazadan satış qiyməti 1768.00 manat olan “İphone 6+” markalı mobil telefonu kreditlə almış, dəyərinin bir hissəsini ödəsə də, lakin aylıq ödəmələri müəyyən edilmiş qrafik üzrə ödəyə bilmədiyi üçün 1308.00 manat borcu qalmışdır. Şəki Rayon Məhkəməsi ondan 1308.00 manat borc və 30.00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3 verilməsinə dair 12 mart 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamələrin icrası icra məmurları tərəfindən ondan tələb olunmuş, ancaq maddi imkanı zəif olduğundan bunu edə bilməmiş və hazırda da maddi imkanı buna yol vermədiyi üçün yaranmış borcu ödəyə bilmir. Belə ki, zərərçəkmiş şəxslər ondan şikayət edib onu inzibati qaydada tutdurmuşlar. Bu səbəbdən də onu işdən azad etmişlər. Hal-hazırda da işsizdir, həmçinin nəqliyyat vasitələrini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Əslində aliment borclarını ödəmək istəyir. Əlavə olaraq bildirdi ki, onu 14 iyun 2021-ci il tarixdə, gecə saat 11-12 radələrində Bakı şəhərində saxlamış, 15 iyun 2021-ci il tarixdə səhər isə Şəki ŞRPŞ-yə təhvil verilmişdir. Göstərdiklərini nəzərə alaraq, ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2003-cü ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşlar. Birgə yaşayışdan 21 noyabr 2004-cü il tarixdə Aynur adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra ayrılmışlar. Ayrılarkən övladı Aynur onun himayəsində qalmış, ayrıldıqdan sonra Vüqar uşaqla ümumiyyətlə maraqlanmamış və saxlanılmasına maddi kömək göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir uşağın saxlanılması üçün hər ay 70 manat aliment və 50 manat əlavə xərcin tutulması qət edilmişdir. Vüqar həmin qətnamə üzrə olan məbləği ona tam olaraq ödəmişdir. Lakin müəyyən edilmiş aliment məbləği ilə uşağın maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyindən sonradan iki dəfə aliment məbləğlərinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsi onun iddialarına baxaraq müəyyən edilmiş aliment məbləğinin artırılaraq Təqsirləndirilən şəxs 21 noyabr 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 dekabr 2016-cı il tarixdən başlayaraq hər ay 120.00 manat aliment və müalicəsinə sərf olunan əlavə xərclərə görə hər ay 70.00 manat, 21 may 2019-cu il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 160.00 manat və əlavə xərclərə görə 70.00 manat alimentin alınaraq ona verilməsinə dair 15 noyabr 2016-cı il tarixli və 17 aprel 2019-cu il tarixli qətnamələr çıxarmışdır. Hər iki qətnamənin çıxarılmasından xeyli müddətin keçməsinə baxmayaraq Vüqar müəyyən edilmiş aliment məbləğlərini ödəməmişdir. Övladları Aynur “serebral iflic” xəstəliyindən əziyyət çəkir, əlləri və ayaqları işləmir. Aynurun daimi qulluğa və müalicəyə ehtiyacı vardır. Müəyyən edilmiş aliment məbləğini ala bilmədiyindən uşağının gündəlik zəruri xərclərini, həmçinin müalicə xərclərini ödəməkdə olduqca çətinliklər çəkir. Vüqar isə uşağın xəstə olduğunu bildiyi halda müalicəsinə hər hansı köməklik etmir, ümumiyyətlə uşaqla maraqlanmır, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti belə ödəmir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs borc onun maaşına yönələn kimi işdən çıxır. Məqsədi yalnız qərəzli olaraq alimentin ödənməməsidir. Dəfələrlə icra məmurlarına da müraciət edib alimentin alınmasına köməklik etmələrini xahiş etmişdir. Xəstə uşaqla çətin maddi vəziyyətdə olduğunu, uşağın maddi təlabatlarının ödənilməsində çətinliklər çəkdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs hər iki qətnamə üzrə yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs Vənətiyeva (Kərimova) X13 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 09 sentyabr 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 30 iyun 2008-ci il tarixdə Hümmət və 12 yanvar 2012-ci il tarixdə isə Adəm adını verdikləri övladları anadan olmuşdur. Nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 01 dekabr 2017-ci il tarixdən başlayaraq 30 iyun 2008-ci il təvəllüdlü X5 və 12 yanvar 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay üzrə 136.00 manat olmaqla, cəmi 272.00 manat məbləğində alimentin və əlavə xərcə görə hər ay 50.00 manatın tutularaq ona verilməsinə dair 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı qətnamə çıxarmışdır. Lakin Vüqar müəyyən olunmuş alimenti ödəmir. Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs X10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və ifadə verərək göstərdi ki, o, Bakı şəhərində mobil telefonların satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs ona məxsus mağazadan satış qiyməti 1768.00 manat olan “İphone 6+” markalı mobil telefon almış və bunu aralarında bağlanmış 05 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs telefonun dəyərini 12 ay müddətinə, aylıq 147.4 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs bir müddət ödəniş etdikdən sonra müqavilə öhdəliyinə əməl etməmiş, 1308.00 manat borcu ödənilməmiş qalmışdır. Odur ki, məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi iddiasını təmin edərək Təqsirləndirilən şəxs 1308.00 manat borc və 30.00 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair 12 mart 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən iki ilə yaxın müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs borc məbləğindən heç bir ödəniş etməmişdir. Heç olmasa hissə-hissə 5-6 aya ödəməsini xahiş edir və razıdır. Təqsirləndirilən şəxsdən qətnamə üzrə yaranmış borcun alınaraq ona verilməsinə köməklik göstərilməsini və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və ifadə verərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)-13286/2016 saylı icra sənədinə əsasən 21.11.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 16.12.2016-cı il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 120.00 manat sabit pul məbləğində aliment və müalicəsinə sərf olunan əlavə xərclərə görə hər ay 70 manat tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(008)-2674/2019 saylı icra sənədinə əsasən isə 21.05.2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 21.11.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160.00 manat və əlavə xərclərə görə 70.00 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 01.12.2017-ci ildən başlayaraq 30 iyun 2008-ci il təvəllüdlü X11 və 12 yanvar 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cəmi 272.00 manat məbləğində aliment və əlavə xərclərə görə hər ay 50.00 manat tutularaq X9 verilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(075)-804/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 1308.00 manat əsas borc və 30.00 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Qeyd edilən icra sənədləri müvafiq olaraq 23.10.2017-ci il, 02.05.2018-ci il, 15.04.2019-cu il və 22.05.2019-cu il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Tələblər könüllü icra edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Həmin icra sənədləri üzrə icraat Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi rəisinin 22.07.2019-cu il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmiş və icrası ona həvalə edilmişdir. İcra müddətində icra sənədlərinin mahiyyətinə və icraata daxil olma ardıcıllığına uyğun olaraq ayrı-ayrı tarixlərdə Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq edilmişdir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)-13286/2016 saylı icra sənədinin icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs "xxxx" MMC-də xətt sürücüsü işlədiyi müəyyən edilərək tələb onun əmək haqqına yönəldilmişdir. Borclu 19.04.2018-ci il tarixdən isə həmin işdən çıxmışdır. Daha sonra borclunun "xxxx" MMC-də sürücü vəzifəsində işlədiyi və aylıq əmək haqqının 180 manat olduğu müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək alimentin ödənilməsi ilə bağlı borclu ilə aralarında razılığa gəldiklərini bildirmişdir. Digər icra sənədi üzrə tələbkar Aynurə Kərimova (Vənətiyeva) isə ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək borclunun 2254.00 manat məbləğində aliment borcunun yarandığı bildirmiş və alimentin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə bağlı görülmüş icra tədbirləri nəticəsində borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 03.09.2018-ci il tarixli axtarış qərarı qəbul edilmişdir. Borclu Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 22.10.2018-ci il tarixdə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, lakin o, borcun ödənilməsini təmin etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 3(075)-893/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə yenidən barəsində 18.06.2019-cu il tarixdə axtarış elan edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 22.07.2019-cu tarixdə saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində bir daha icra sənədlərinin mahiyyəti borcluya izah olunmuş, yaranmış aliment borclarının və pul borcunun ödənilməsi ondan tələb olunmuşdur. Lakin borclu heç bir ödəniş etməmiş və müxtəlif bəhanələrlə qətnamələrin icrasından yayınmışdır. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Şəki Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 3(075)-429/2019 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmiş, izahatları alınmışdır. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq borclu hərəkətlərində dönüş yaratmamış və qətnamələrin icrasından yayınmaqda davam etmişdir. Həmçinin borclu icra müddətində iş yerlərini mütəmadi olaraq dəyişdirmiş, iş yeri və gəlirləri barədə məlumat verməmişdir. Görülmüş tədbirlər nəticəsində borclunun iş yeri müəyyən edilərək tələblər onun əmək haqqına yönəldilsə də, borclu işdən çıxdığından borc məbləğlərinin onun əmək haqqı hesabına tutulmaları mümkünsüz olmuşdur. Habelə, borclu icra müddətində qətnamələrin icrası ilə bağlı müxtəlif vədlər versə də, vədlərinə əməl etməmiş, qətnamələrin icrasını etinasız yanaşmışdır. Nəticədə Təqsirləndirilən şəxs təqdimat verilən tarixədək, yəni 09 oktyabr 2020-ci ilədək Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)- 13286/2016 saylı icra sənədi üzrə 2950.00 manat, Sabunçu Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(008)-2674/2019 saylı icra sənədi üzrə isə 3910.00 manat olmaqla, tələbkar Zərərçəkmiş şəxs1 cəmi 6860.00 manat aliment borcu, Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı icra sənədi üzrə X9 7976.00 manat aliment borcu yaranmışdır. Eyni zamanda Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(075)-804/2019 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs3 olan 1338.00 manat borcu ödənilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)-13286/2016 saylı məhkəmə qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 iddiası qismən təmin edilmiş, 21 noyabr 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment və müalicəsinə sərf olunan əlavə xərclərə görə hər ay sabit pul məbləğində 70 manat tutulması qət edilmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 15 noyabr 2016-cı il tarixli, 2(008)- 13286/2016 saylı icra sənədinə əsasən 21 noyabr 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment və müalicəsinə sərf olunan əlavə xərclərə görə hər ay sabit pul məbləğində 70 manat ödənilməlidir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 23.10.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)-13286/2016 saylı qətnaməsi üzrə verilmiş 15 noyabr 2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(008)-2674/2019 saylı məhkəmə qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(008)-13286/2016 saylı məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Təqsirləndirilən şəxs 21 noyabr 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində və əlavə xərclərə görə 70 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 17 aprel 2019-cu il tarixli, 2(008)- 2674/2019 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində və əlavə xərclərə görə 70 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 22 may 2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sabunçu Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(008)-2674/2019 saylı qətnaməsi üzrə verilmiş 17 aprel 2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı məhkəmə qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 01.12.2017-ci il tarixdən başlayaraq, tərəflərin birgə nigahından anadan olmuş 30 iyun 2008-ci il təvəllüdlü X11 və 12 yanvar 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat məbləğində aliment və əlavə xərclərə görə hər ay 50 manat tutularaq X9 verilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 12 aprel 2018-ci il tarixli, 2(006)- 1062/2018 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 01.12.2017-ci il tarixdən başlayaraq, tərəflərin birgə nigahından anadan olmuş 30 iyun 2008-ci il təvəllüdlü X11 və 12 yanvar 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat məbləğində aliment və əlavə xərclərə görə hər ay 50 manat tutularaq X9 ödənilməlidir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 02 may 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(006)-1062/2018 saylı qətnaməsi üzrə verilmiş 12 aprel 2018-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(075)-804/2019 saylı məhkəmə qətnaməsindən görünür ki, X6 iddiası təmin edilmiş, Təqsirləndirilən şəxs 1308 manat əsas borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 12 mart 2019-cu il tarixli, 2(075)- 804/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 1308 manat əsas borc və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs3 ödənilməlidir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 15.04.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(075)-804/2019 saylı qətnaməsi üzrə verilmiş 12 mart 2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 3(075)-893/2018 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəki Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 3(075)-429/2019 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İttiham elan etmək üçün axtarış elan etmə və tutulma haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmişdir. 15 mart 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə saxlanılaraq Şəki ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. 01 mart 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 306.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 mart 2021-ci il tarixli qərardan görünür ki, CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 16 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. DİN-nin BƏSİİ-dən dаxil оlmuş 30 yanvar 2021-ci il tarixli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(075)-52/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. 15 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə Bakı şəhərində saxlanılaraq 15 iyun 2021-ci il tarixdə Şəki ŞRPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. X2 16 iyun 2021-ci il tarixli, 17/33-2605 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə X3 gətirilmişdir. Şəki Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən verilmiş 28 iyul 2021-ci il tarixli məktubdan görünür ki, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə verilməsi barədə təqdimat verildiyi tarixdən məktubun verildiyi günədək icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafları ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə nəticəyə gəlir ki, o, həmin maddə ilə təqsirli bilinməli və sanksiyası həddində cəzalanmalıdır. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində CM-nin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən və 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhdudlaşdırılması cəzasının təyin edilməsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs borcunu ödəməli olduğunu bildiyi ilk vaxtda, sonradan icra məmurları icra sənədini məcburi icraya yönəldərkən, istintaq dövründə və azadlıq hüququ məhdudlaşdırılmamış olanda borcunu ödəməli olması öhdəliyinin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməyib qərəzli şəkildə öz üzərinə yüksək məbləğdə borcu yığmışdırsa, hazırda ona cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə borcunu ödəyəcəyi və bununla da cəzanın məqsədinə nail olunacağı inandırıcı görünmür. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı qaçıb gizlənməklə gələcəkdə cəzadan da boyun qaçıracağına dair ehtimalın real olmasını nəzərə alaraq belə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 15 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixədək həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzasının əvvəli 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 15 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar