Məhkəmə qərarları › İş №1(075)-52/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-52/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-52/2023 27.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şəki rayonu, Turan qəsəbəsində Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı burun nahiyyəsinə başı ilə, sağ gözünə və sol qulağına yumruqla qəsdən zərbə vuraraq ona - burun tağının əzilmiş cırılmış yaraları, yumşaq toxumalarının əzilməsi, əzilmiş-cırılmış yaraların əzilməsi, sağ göz altı nahiyyənin, sol qulaq seyvanının travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, əzilmiş-cırılmış yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, onun Mətləbə qarşı heç bir ədavəti, dümənçiliyi yoxdur. 2022-ci ilin yay ayında ona Mətləblə bacısının birbirilərini sevdiyi barədə Mətləbin söz yaydığı gəlib çatmışdır. O bacısından maraqlanmış və bacısı Mətləb adlı şəxsi tanımadığını bildirmişdir. Aradan br neçə gün keçdikdən sonra o, Mətləbi işlətdiyi çayxanın qarşısında görmüş, və ona birdə bacısı ilə bağlı söz yaymamasını, belə bir şey olsa aralarında narazılıq olacağını demişdir. Bundan sonra o Mətləbi görməmişdir. Bir müddət keçdikdən sonra Mətləb onun mobil telefonuna zəng edərək ünvanında nalayiq ifadələr işlətməyə başlamışdır. O, Mətləbin bu hərəkətlərinə fikir verməmişdir. Ancaq Mətləb onun sakit durmağından istifadə edərək hər gün ona zəng edib söyüş söymüşdür. O bezib Mətləbi bloka atmışdır. Bundan sonra o, müxtəlif nömrələrlə zəng etməyə davam etmişdir. Telefon zənglərinə görə Mətləbi axtarsa da tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində evdən çıxıb dükana tərəf gedərkən Mətləbi görmüş və onunla işi olduğunu bildirmişdir. Ona yaxınlaşdığında Mətləb söyməyə başlamış və o Mətləbin söyüşlərinə əsəbləşib başı ilə burnuna vurmuşdur. Mətləb bir anlığa özünü itirmiş və o yumruqla onun sağ gözünə və sol qulağına bir neçə dəfə vurmuşdur. Həmkəndlisi Vasif onları ayırmağa başlamışdır. Bundan sonra o çıxıb getmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2022-ci ilin yay ayından Əlini tanıyır. Əli Turan qəsəbəsində çayxana işlədir. 2022-ci ilin yay ayında Əlinin işlətdiyi çayxananın yanından keçərkən Əli onu çağırmış, içkili vəziyyətdə onu vurmaq istəyəndə o yayınmış və bu zaman onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. O, Əliyə fikir verməyib getmişdir. Sabahı günü ona niyə söydüyünü soruşduqda, “yaxşı etmişəm” demişdir. O da ona “mənə söydüyün söyüşlər sənə olsun” deyərək cavab vermişdir. Bundan sonra o, Əlidən aralı gəzmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində “Ala qapı” adlanan yerdə yemək yedikdən sonra tək evə gedərkən, Turan qəsəbəsində Əli onu görüb dava-dalaş olmayacağını bildirərərk söhbət etmək üçün kəndin başına çağırmışdır. O da onun sözünə inanıb Əli ilə getmişdir. Həmin yerə çatdıqda Əli onu təhqir etmiş və başı ilə sifət nahiyyəsinə vurmuşdur. O zərbədən bir anlığa özünü itirmiş və Əli bundan istifadə edərək bir neçe dəfə yumruqla ona vurmuşdur. Sonra isə özü sakitləşib çıxıb getmişdir. Halhazırda Təqsirləndirilən şəxs barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, Mətləbi tanıyır, ona qarşı heç bir ədavəti, dümənçiliyi yoxdur. X2 ilə bir qəsəbədə yaşayırlar, ona qarşı da heç bir ədavəti, dümənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Sarıca PB-nin yaxınlığında olan çörək sexinə çörək almaq üçün gedərkən, bölmənin yaxınlığında Əlinin Mətləbə onun sözü olduğunu demişdir. Mətləbdə bölmənin yaxınlığında olan ara yolda dayanıb, gödəkçəsini çıxarıb Əliyə əl işarəsi il onu çağırmışdır. Əli də onun yanına getmişdir. Mətləb Əlinin ünvanına söyüş söyməyə başlamışdır. Əli də başı ilə onun sifətinə, yumruqla üzünə və qulağına vurmuşdur. Buna görə də onlara yaxınlaşıb ayırmağa başlamışdır. Bundan sonra ara sakitləşmiş, Əli və Mətləbdə çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəki rayonu, Turan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyü yeri göstərmişdir. İş materiallarında olan Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 400 nömrəli məktubda göstərilmişdir ki, Şəki rayon sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 08 mart 2021-ci il tarixli, 41 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun tağının əzilmiş-cırılmış yaraları, yumşaq toxumaların əzilməsi, sağ gööz altı nahiyyənin, sol qulaq seyvanını travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, əzilmiş-cırılmış yaraları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 mart 2023-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Turan qəsəbə kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, barəsində olan işn icraatına xitam verilməsini məhkməədə xaiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar