Məhkəmə qərarları › İş №1(075)-53/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-53/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-53/2022 18.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxx 1982-ci ildə Gəncə şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, Gəncə şəhəri S.Bahəddin küçəsi döngə 1 ev 5-də qeydiyyatda olmaqla yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 cəza çəkən, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, X3 cəza çəkdiyi müddətdə "Cəzaçəkmə müəssisələrinin X7" ilə məhkumlara qadağan olunmuş əşya sayılan deşici xassəyə malik ümumi uzunluğu 145 mm olan biz formasında əldəqayırma üsulu ilə hazırlanmış aləti istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, 04.12.2021-ci il tarixdə saat 15:30 radələrində X3 saxlanıldığı ümumi ağır rejimli 1-ci korpusun 1-ci mərtəbəsinin 13-cü kamerasında özünün qarnın ön divarından bir dəfə vuraraq qarın boşluğuna nüfuz etməyən xəsarət yetirmiş və qarın nahiyyəsinə sancılmış vəziyyətdə olan həmin alət tibbi sanitar hissəsində həmin gün müəssisə əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 04 dekabr 2021-ci il tarixdə məhkumlar üçün nəzərdə tutulan telefon otağından ailəsilə telefon əlaqəsi saxlayıb danışmış, ailəsində problemlərin olduğunu bildiyinə görə əsəb gərginliyi keçirmişdir. Belə ki, o, ailəli olub boşanmış, iki övladı var. Telefon danışığı zamanı böyük övladının xəstə olduğunu bilmişdir. Buna görə də anasıgildən uşağın onun yanına görüşə gətirmələrini istəmiş, onlar isə bunun mümkün olmayacağını bildirmişlər. O, da özünə xəsarət yetirərsə uşağı onunla görüşə gətirəcəklərini fikirləşmiş və həmin gün saat 15:30 radələrində əvvəlcədən müəssisə ərazisindən tapdığı bizi götürüb saxlanıldığı kamerada özünə xəsarət yetirmişdir. Belə ki, kamerada olduğu zaman bizi bir dəfə qarın nahiyəsinin ön divar hissəsinə vurmuş və biz bədəninə sancılmış vəziyyətdə qalmışdır. Daha sonra dəhlizə çıxaraq müəssisə əməkdaşlarına yaxınlaşıb etdiyi hərəkət barədə onlara məlumat vermişdir. Müəssisə əməkdaşları onu dərhal müəssisənin tibb sanitar hissəsinə aparmışlar. Həkim onun qarın nahiyəsinə sancılmış vəziyyətdə olan bizi çıxarmış və onu müayinə edərək vurduğu xəsarətin daxilə nüfuz etməyən səthi xəsarət olduğunu bildirmişdir. Bundan sonra həkim tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Müəssisə əməkdaşları özünə xəsarət yetirdiyi bizi götürüb qablaşdırmış və baş verənlərlə bağlı protokol tərtib etmişlər. O, da protokolla tanış olub doğruluğunu imzasıyla təsdiqləmişdir. Aşkar edilərək götürülmüş biz ona məxsusdur. Belə ki, həmin bizi hadisədən bir-iki gün əvvəl müəssisənin ərazisindən tapmış və onu götürüb ərazidəki ağacın dibində gizlətmişdir. Törətdiyi əməldən peşmandır, iki övladı vardır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, X4 əməliyyat şöbəsinin baş inspektoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs X3 saxlanılan şəxs kimi tanıyır, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. 04 dekabr 2021-ci il tarixdə saat 15:30 radələrində müəssisənin ümumi-ağır rejimli 1-ci korpusunun 1-ci mərtəbəsinin, 13-cü kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi barədə daxil olmuş məlumat əsasında müəssisənin rəisin növbətçi köməkçisi Şahid3la birlikdə dərhal hadisə yerinə getmişlər. Hadisə yerində getdikdə Fərəcovun saxlanıldığı kamerada biz formasında olan deşici alətlə qarın nahiyyəsinə bir dəfə vurmaqla özünə xəsarət yetirdiyini və xəsarət yetirdiyi alətin onun qarın nahiyyəsinə sancılmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal Təqsirləndirilən şəxs tibbi yardım göstərilməsi üçün onu müəssisənin tibb sanitar hissəsinə aparmışlar. Təqsirləndirilən şəxs qarın nahiyyəsinə sancılmış vəziyyətdə olan alət həkim tərəfindən çıxarılaraq ona ilkin tibbi yardım göstərilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs özünə yetirdiyi xəsarətin qarın boğluğuna keçməyən səthi xəsarət olduğu məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi «Cəzaçəkmə müəssisələrinin X7» ilə qadağan olunmuş aləti götürərək qablaşdırmışlar və faktla bağlı müvafiq protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, X4 rejim nəzarət şöbəsinin baş nəzarətçisi vəzifəsində çalışır. 04 dekabr 2021-ci il tarixdə X4 ümumi-ağır rejimli korpusunda böyük nəzarətçi kimi xidmətdə olmuşdur. Həmin gün saat 15-16 radələrində korpusun 1-ci mərtəbəsinin dəhlizində olduğu zaman həmin mərtəbənin 13-cü kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs ona yaxınlaşaraq saxlanıldığı kamerada özünə xəsarət yetirdiyini bildirmişdir. Etiram Fərəcovun qarın nahiyyəsində sancılmış vəziyyətdə bizə oxşar alət olmuşdur. O, dərhal bu barədə müəssisənin baş nəzarətçisi Şahid2 məlumat vermişdir. Müəssisə əməkdaşları qısa müddət ərzində hadisə yerinə gəlmiş və Təqsirləndirilən şəxs dərhal tibbi yardım göstərilməsi üçün müəssisənin tibb sanitar hissəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Abdullayev X1 Nicat Söhbət oğlunun ifadəsinə məzmunca eyni olan uyğun ifadə verdilər. İş materiallarında olan X4 Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 tərəfindən tərtib olunmuş 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, 04.12.2021-ci il tarixdə saat təxminən 15:30 radələrində X4 ümumi ağır rejimli 1-ci korpus, 1-ci mərtəbə, 13-cü kamerada saxlanılan 1982-ci il təvəllüdlü Gəncə şəhərində anadan olmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs üzərindən bir ədəd kəsicideşici alət olan biz aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə ballistik ekspertizasının 12 yanvar 2022-ci il tarixli 17/29 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış (müxtəlif materialları deşmək üçün istifadə olunan), alətdir, soyuq silahın kriminalistik təsnifatına və kоnstruksiyasına görə soyuq silah hesab edilmir”. Aparılmış tədqiqatın dəyəri 30.60 (otuz manat altmış qəpik) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 26 yanvar 2022-ci il tarixdə verilmiş tələbnamədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmdən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 23 yanvar 2019-cu ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi hökm edilmişdir. Maddi sübut kimi tanınması haqda 31 mart 2022-ci il tarixli qərardan görünür ki, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan alət iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X5 İntizam Qaydaları”nın təsdiq edilməsi barədə 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli qərarının 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxsin həmin cinayəti törətməsi özünün etirafı, şahid ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, həmçinin əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə hökmü ilə təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə onun çəkilməmiş 02 il 02 ay 05 gün azadlıqdan məhrum etmə cəzası vardır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 il 02 ay 05 günü həmin cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş 1 (bir) ədəd deşici xassəyə malik olan əldəqyırma üsulu ilə hazırlanmış biz məhv edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 18 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 61.20 (altmış bir manat iyirmi qəpik) manat ekspertiza xərci (30.60 manat ekspert arayışı və 30.60 manat ekspert rəyi) tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 05 (beş) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 18 may 2022-ci il tarixdən hesablansın. Cinayət işinin materiallarında saxlanılan iş üzrə maddi sübut 01 (bir) ədəd deşici xassəyə malik olan əldəqayırma üsulu ilə biz formasında hazırlanmış alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 61.20 (altmış bir manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesabına keçirilsin. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar